Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1894/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Mülki iddiaçı - Azərbaycan Repsublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi, böyük dövlət vergi müfəttişi X9, Müdafiəçilər – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş,ali təhsili, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, "Bərpa plyus” Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki təsisçisi və rəhbərlərindən biri, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Respublika Elmi-Texniki kitabxanasının direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 213.3 və 192.1-ci maddələri və xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta ixtisas təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, "BƏRPA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətində müdir müavini vəzifəsində işləməklə həmin Cəmiyyətin faktiki rəhbərlərindən biri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-nin 192.1, 213.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-77/2024 nömrəli hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), Rasim Sadıxov, Leyla Əsgərova-Məmmədova) 10 iyul 2024-cü il tarixli 1(101)-77/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 192.1, 213.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 213.3-cü maddəsi ilə 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı ) ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 192.1-ci maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq cinayət təqibinə xitam verilmiş, cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 CM-nin 192.1 və 213.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 73-2.1-ci maddəsində göstərilən əsaslarla CM-nin 213.3-cü cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 192.1-ci maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmuşdur. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmiş, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabındaki 126.323 (yüz iyirmi altı min üç yüz iyirmi üç) manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin (VÖEN: **********) icraçı direktoru Şahid4 23 noyabr 2020-ci il tarixli əmri ilə Cəmiyyətin müdir müavini vəzifəsinə təyin edilməklə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7-ci maddələrinin tələblərinə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar verməli, “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 4.3-cü maddəsinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 1 nömrəli əlavəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, narkologiya fəaliyyəti sahəsində, habelə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə özəl tibb fəaliyyət göstərmək üçün xüsusi razılıq - lisenziya tələb olunduğu halda, habelə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkimnarkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda, habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 Nq-İİ Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazə alınmalı olmasına baxmayaraq qanunvericiliyin həmin tələblərini tamah niyyəti ilə qəsdən pozmaqla narkoloji asılılıqdan əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olmaq məqsədilə, 23 may 2011-ci il tarixdə X10 (Şahid3 qaynanası), X6 (Şahid1 anası) və Şahid8 (Təqsirləndirilən şəxs2 anası) adlarına təsis edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) “Psixiatriya - Psixiatrik” ixtisas növü üzrə stasionar tibb xidmətinin göstərilməsi üçün 01 fevral 2016-cı il tarixli, 176/2016 seriyalı, 088242 nömrəli, müddətsiz xüsusi razılıq (lisenziya) verilsə də, narkoloji yardım göstərilməsi ilə bağlı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvan 4 ünvanında qeydiyyatdan keçməklə ünvan 5 ünvanında narkoloji yardım göstərilməsi ilə bağlı faktiki qanunsuz fəaliyyət göstərən "BƏRPA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN. **********) özəl tibb müəssisəsində 05 fevral 2015-ci il tarixdən "BəRPa PLYUS” MMC-nin icraçı direktoru vəzifəsində işləmiş Şahid4, həmin Cəmiyyətin faktiki təsisçiləri və rəhbərləri olan Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1 və Cəmiyyətin yerləşdiyi ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin 50% mülkiyyətçisi olan X2 əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 2019-cu ilin mart ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində 1 günlük dəyəri 110,0 (bir yüz on) manat olmaqla narkoloji asılılıqdan əziyyət çəkən 2372 (iki min üç yüz yetmiş iki) xəstənin narkomaniyadan müalicə olunmalarını təşkil etməklə, habelə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 Ne-li Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazə alınmalı olmasına baxmayaraq, qeyd olunan tələblərə əmə) etməyib xüsusi icazə alınmadan, güclü təsir edən maddələrin satışı məqsədilə istintaqa məlum olmayan müxtəlif vaxtlarda və mənbələrdən əldə etdikləri, 23 noyabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 5(001)-1695/2021 nömrəli qərarı əsasında 26 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında olmaqla üzərində "Bərpa özəl tibb mərkəzi” sözləri yazılmış tikilidə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) inzibati binasında aparılmış axtarış və götürmə istintaq hərəkəti nəticəsində Cəmiyyətin inzibati binasında olan "əczaçılıq” otağında aşkar edilmiş təsiredici maddəsinin - "tramadol hidroxlorid”-in ümumi miqdarı 14,55 (on dörd tam yüzdə əlli beş) qram olan (bir həbdə 0,05 qr "tramadol hidroxlorid” olmaqla) "KRKA” firması (Sloveniya) tərəfindən istehsal edilmiş, SD6717 seriyalı və xx.xx.2023-cü il tarixədək yararlılıq müddətli, cəmi 291 (iki yüz doxsan bir) kapsul - "Tramadol kap. 50 mq” adlı, təsiredici maddəsinin - "tramadol hidroxlorid”-in ümumi miqdarı 6,1 (altı tam onda bir) qram olan (bir ampulda 0,1 qr "tramadol hidroxlorid” olmaqla) "KRKA” firması (Sloveniya) tərəfindən istehsal edilmiş, A72592 seriyalı və xx.xx.2024-cü il tarixədək yararlılıq müddətli 02 (iki) ml həcmli, cəmi 61 (altmış bir) ampul - "Tramadol 100 mq/2ml” adlı və təsiredici maddəsinin - "tramadol hidroxlorid”-in ümumi miqdarı 0,45 (sıfır tam yüzdə qırx beş) qram olan (bir ampulda 0,15 qr "tramadol hidroxlorid” olmaqla) "Sigma” firması (İran) tərəfindən istehsal edilmiş, 6152 seriyalı və xx.xx.2020-ci il tarixədək yararlılıq müddətli, cəmi 03 (üç) həb - "Contramal 150 mq” adlı, ümumilikdə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən təsiredici maddəsinin - "tramadol hidroxlorid"-in ümumi miqdarı 21,1 (iyirmi bir tam onda bir) qram, yəni külli miqdar təşkil edən dərman preparatlarını satış məqsədi ilə əldə edib saxlamaqla qanunsuz göstərdiyi həmin xidmətdən cəmiyyətin xəzinəsinə və "Bank of Baku” ASC-nin "Həzi Aslanov” filialında olan **********922925İ42 hesab, AZ07JBBK0**********922925İ42 İBAN və JBBKAZ22 SWİFT nömrəsi olan bank hesabına 01 mart 2019-cu il tarixdən 16 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş cəmi 1.644.200,70 (bir milyon altı yüz qırx dörd min iki yüz manat yetmiş qəpik) manat pul vəsaitindən 1.458.415,31 manat hissəsi müəssisənin fəaliyyəti və müalicə olunan xəstələrə sərf olunmaqla ümumilikdə xeyli miqdar təşkil edən 185.785,39 (yüz səksən beş min yeddi yüz səksən beş manat otuz doqquz qəpik) manat məbləğində qanunsuz gəlir əldə edib Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, habelə xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədilə qanunsuz əldə edərək saxlamışdır. Bundan başqa, o, 23 may 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı idarəsində X10 (Şahid3 qaynanası), X6 (Şahid1 anası) və Şahid8 (Təqsirləndirilən şəxs2 anası) adlanna təsis edilməklə ünvan 4 ünvanında qeydiyyatdan keçərək ünvan 5 ünvanında faktiki fəaliyyət göstərən, Cəmiyyətin icraçı direktoru Şahid4 olan "BƏRPA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2017-ci ilin sonundan qeyri-rəsmi, 23 noyabr 2020-ci il tarixindən Cəmiyyətin müdir müavini vəzifəsində işləyərkən Cəmiyyətin icraçı direktoru Şahid4, faktiki təsisçiləri və rəhbərləri olan Təqsirləndirilən şəxs2, Şahid3 və Manuçeri- X13, Cəmiyyətin yerləşdiyi ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin 50% mülkiyyətçisi olan X2 əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib həmin Cəmiyyətə 01 yanvar 2022-ci il tarixədək faktiki rəhbərliyi həyata keçirən şəxs kimi Cəmiyyətin 23 may 2011-ci il tarixli Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verməklə vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, 01 mart 2019-cu il tarixdən 05 noyabr 2021-ci il tarixinədək olan fəaliyyət dövrü ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə (VÖEN: **********) göstərilmiş tibbi xidmətlər üzrə 2018-ci ilin iyul ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 207.689,60 manat olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103-105, 149.2, 154, 155.1, 157.3.1, 177.1.2, 177.1.3, 177.2, 178, 218-221 -ci maddələrinin tələblərinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə növbəti ayın 1-dən, yəni 01 mart 2019-cu il tarixdən həmin maddələrin tələblərini pozaraq Büdcəyə ödənilməli olan X26 məbləği üzrə qeydiyyata alınmalı olduğu halda qeydiyyata alınmayıb vergi orqanına heç bir bəyannamə təqdim etməyərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində ƏDV-yə cəlb edilən 930.739,52 (doqquz yüz otuz min yeddi yüz otuz doqquz manat əlli iki qəpik) manat dövriyyədən 141.977,21 (yüz qırx bir min doqquz yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində ƏDV-yə cəlb edilən 1.147.047,65 (bir milyon yüz qırx yeddi min qırx yeddi manat altmış beş qəpik) manat dövriyyədən 174.973,38 (yüz yetmiş dörd min doqquz yüz yetmiş üç manat otuz səkkiz qəpik) manat və xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixinədək olan müddət ərzində ƏDV-yə cəlb edilən 1.048.929,50 (bir milyon qırx səkkiz min doqquz yüz iyirmi doqquz manat əlli qəpik) manat dövriyyədən 160.006,19 (yüz altmış min altı manat on doqquz qəpik) manat olmaqla 01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-də ambulator və ya stasionar olaraq müalicə almış şəxslər və ya onların yaxınları tərəfindən xidmət haqqı olaraq ödənilməklə Cəmiyyətin kassasına və "Bank of Baku” ASC-nin "Həzi Aslanov" filialında olan **********922925İ42 hesab, AZ07JBBK0**********922925İ42 İBAN və JBBKAZ22 SWİFT nömrəsi olan bank hesabına daxil olmuş cəmi 3.126.716,67 (üç milyon bir yüz iyirmi altı min yeddi yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin qeydiyyatsız ƏDV dövrü üzrə (3.126.716,67:1,18) 2.649.759,89 manat (iki milyon altı yüz qırx doqquz min yeddi yüz əlli doqquz manat səksən doqquz qəpik) satış dövriyyəsindən 476.956,78 (dörd yüz yetmiş altı min doqquz yüz əlli altı manat yetmiş səkkiz qəpik) manat (2.649.759,89x18%) X20, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103-105-ci maddələrinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs halında faktiki rəhbərliyi həyata keçirdiyi cəmiyyətin mənfəətlə işlədiyi halda vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə həqiqi mənfəətini azaldaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14, 83.9, 104,1 və 105,1 maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) müvafiq olaraq gəlirlərə görə 20% şərti rentabellik tətbiq edilməklə göstərilmiş tibbi xidmətlərə görə Cəmiyyətin xəzinəsinə daxil olmuş 2019-cu ildə 956.321,91 manat (ƏDVsiz), 2020-cı ildə 972.074,28 manat (ƏDV-siz) və 2021-ci ilin yanvar-noyabr ayları ərzində 888.923,31 manat (ƏDV-siz) olmaqla 2019-cu il üzrə 31.877,4 manat (956321,91:120)x20=159386,99*20%), 2020-ci il üzrə 32.402,48 manat (972074,28 :120)x20=162012,38*20%) və 2021-ci il üzrə 29.630,78 manat (888923,31:120) x20=148153,89*20%) olmaqla, ümumilikdə 93.910,66 manat mənfəət vergisi ödənilməli olduğu halda Azərbaycan Respublikası Vergilər Nazirliyinə 2019, 2020 və 2021-ci illər üzrə təqdim etdikləri bəyannamələr üzrə 2019-cu il üzrə 3.636,48 manat, 2020-ci il üzrə 1.261,29 manat və 2021-ci il üzrə 5.054,59 manat mənfəət vergisi ödəyərək 2019-cu ildə 28.240,92 manat (31.877,4 - 3.636,48), 2020-ci ildə 31.141,19 manat (32.402,48 - 1.261,29) və 2020-ci ildə 24.576,19 manat (29.630,78 - 5.054,59), ümumilikdə isə 83.958,30 (səksən üç min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat Mənfəət Vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmaqla qabaqcadan əlbir olduğu Şahid4, Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1 və Şahid2la birlikdə bir qrup şəxs halında vahid niyyətlə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 560.915,08 (beş yüz altmış min doqquz yüz on beş manat səkkiz qəpik) manat (476.956,78 manat ƏDV+ 83.958,30 manat mənfəət) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayındırmışdır. Təqsirləndirilən şəxs2 "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7-ci maddələrinin tələblərinə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri Ödəməli, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar verməli, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 4.3-cü maddəsinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 1 nömrəli əlavəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, narkologiya fəaliyyəti sahəsində özəl tibb fəaliyyət göstərmək üçün lisenziya tələb olunduğu halda, habelə "Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü İl 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkimnarkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda, qanunvericiliyin həmin tələblərini tamah niyyəti ilə qəsdən pozmaqla narkoloji asılılıqdan əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olmaq məqsədilə, 23 may 2011-ci il tarixdə X10 (Şahid3 qaynanası), X6 (Manuçeri- X3 anası) və Şahid8 (özünün anası) adlarına təsis edilmiş "BƏRPA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) "Psixiatriya - Psixiatrik” ixtisas növü üzrə stasionar tibb xidmətinin göstərilməsi üçün 01 fevral 2016-cı il tarixli, 176/2016 seriyalı, 088242 nömrəli, müddətsiz xüsusi razılıq (lisenziya) verilsə də, narkoloji yardım göstərilməsi ilə bağlı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvan 4 ünvanında qeydiyyatdan keçməklə ünvan 5 ünvanında narkoloji yardım göstərilməsi ilə bağlı faktiki qanunsuz fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) özəl tibb müəssisəsində 05 fevral 2015-ci il tarixdən "BəRPa PLYUS” MMC-nin icraçı direktoru vəzifəsində işləmiş Şahid4, 23 noyabr 2020-ci il tarixdən Cəmiyyətin müdir müavini vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1, özü ilə birlikdə həmin Cəmiyyətin faktiki təsisçiləri və rəhbərləri olan Manuçeri- X13, Şahid3 və Cəmiyyətin yerləşdiyi ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin 50% mülkiyyətçisi olan X2 əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 2019-cu ilin mart ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində 1 günlük dəyəri 110,0 (bir yüz on) manat olmaqla narkoloji asılılıqdan əziyyət çəkən 2372 (iki min üç yüz yetmiş iki) xəstənin narkomaniyadan müalicə olunmalarını təşkil etməklə qanunsuz göstərdiyi həmin xidmətdən cəmiyyətin xəzinəsinə və "Bank of Baku” ASC-nin "Həzi Aslanov” filialında olan **********922925İ42 hesab, AZ07JBBK0**********922925İ42 İBAN və JBBKAZ22 SWİFT nömrəsi olan bank hesabına 01 mart 2019-cu il tarixdən 16 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş cəmi 1.644.200,70 (bir milyon altı yüz qırx dörd min iki yüz manat yetmiş qəpik) manat pul vəsaitindən 1.458.415,31 manat hissəsi müəssisənin fəaliyyəti və müalicə olunan xəstələrə sərf olunmaqla ümumilikdə xeyli miqdar təşkil edən 185.785,39 (yüz səksən beş min yeddi yüz səksən beş manat otuz doqquz qəpik) manat məbləğində qanunsuz gəlir əldə edib Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, o, ünvan 4 ünvanında qeydiyyatdan keçməklə ünvan 5 ünvanında faktiki fəaliyyət göstərən "BəRpA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətini (VöEN: **********) 23 may 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı idarəsində X10 (Şahid3 qaynanası), X6 (Şahid1 anası) və Şahid8 (özünün anası) adlanna təsis etdirib Şahid4 həmin cəmiyyətə icraçı direktor kimi formal olaraq təyin edilməsi barədə vergi orqanlarında qeydiyyata alınmasına nail olmaqla 05 fevral 2015-ci il tarixdən "BƏRPA PLYUS” MMC-nin icraçı direktoru vəzifəsində işləmiş Şahid4, 23 noyabr 2020-ci i) tarixindən Cəmiyyətin müdir müavini vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1, özü ilə birlikdə həmin Cəmiyyətin faktiki təsisçiləri və rəhbərləri olan Şahid1, Şahid3 və Cəmiyyətin yerləşdiyi ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin 50% mülkiyyətçisi olan X2 əri Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib həmin Cəmiyyətə 01 yanvar 2022-ci il tarixədək faktiki rəhbərliyi həyata keçirən şəxs kimi Cəmiyyətin 23 may 2011 -ci il tarixli Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verməklə vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirən və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, 01 mart 2019-cu il tarixdən 05 noyabr 2021-ci il tarixinədək olan fəaliyyət dövrü ərzində "BƏRPA PLYUS” Məhdud Məsuliyyətli Cəmiyyətdə (VÖEN: **********) göstərilmiş tibbi xidmətlər üzrə 2018-ci ilin iyul ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 207.689,60 manat olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-16.1.7, 53.1,71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103105, 149.2, 154, 155.1, 157.3.1, 177.1.2, 177.1.3, 177.2, 178, 218-221 -ci maddələrinin tələblərinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə növbəti ayın 1-dən, yəni 01 mart 2019-cu il tarixdən həmin maddələrin tələblərini pozaraq Büdcəyə ödənilməli olan X26 məbləği üzrə qeydiyyata alınmalı olduğu halda qeydiyyata alınmayıb vergi orqanına heç bir bəyannamə təqdim etməyərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində ƏDVyə cəlb edilən 930.739,52 (doqquz yüz otuz min yeddi yüz otuz doqquz manat əlli iki qəpik) manat dövriyyədən 141.977,21 (yüz qırx bir min doqquz yüz yetmiş yeddi manat iyirmi bir qəpik) manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində ƏDV- yə cəlb edilən 1.147.047,65 (bir milyon yüz qırx yeddi min qırx yeddi manat altmış beş qəpik) manat dövriyyədən 174.973,38 (yüz yetmiş dörd min doqquz yüz yetmiş üç manat otuz səkkiz qəpik) manat və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində ƏDV-yə cəlb edilən 1.048.929,50 (bir milyon qırx səkkiz min doqquz yüz iyirmi doqquz manat əlli qəpik) manat dövriyyədən 160.006,19 (yüz altmış min altı manat on doqquz qəpik) manat olmaqla 01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan müddət ərzində "BƏRPA PLYUS” MMC-də ambulator və ya stasionar olaraq müalicə almış şəxslər və ya onların yaxınları tərəfindən xidmət haqqı olaraq ödənilməklə Cəmiyyətin kassasına və "Bank of Baku” ASC-nin "Həzi Aslanov” filialında olan **********922925İ42 hesab, AZ07JBBK0**********922925İ42 İBAN və JBBKAZ22 SWİFT nömrəsi olan bank hesabına daxil olmuş cəmi 3.126.716,67 (üç milyon bir yüz iyirmi altı min yeddi yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin qeydiyyatsız əDv dövrü üzrə (3.126.716,67:1,18) 2.649.759,89 manat (iki milyon altı yüz qırx doqquz min yeddi yüz əlli doqquz manat səksən doqquz qəpik) satış dövriyyəsindən 476.956,78 (dörd yüz yetmiş altı min doqquz yüz əlli altı manat yetmiş səkkiz qəpik) manat (2.649.759,89x18%) X20, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103-105-ci maddələrinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs halında faktiki rəhbərliyi həyata keçirdiyi cəmiyyətin mənfəətlə işlədiyi halda vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə həqiqi mənfəətini azaldaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14, 83.9, 104.1 və 105.1 maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 sayh və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) müvafiq olaraq gəlirlərə görə 20% şərti rentabellik tətbiq edilməklə göstərilmiş tibbi xidmətlərə görə Cəmiyyətin xəzinəsinə daxil olmuş 2019-cu ildə 956.321,91 manat (ƏDV-siz), 2020-cı ildə 972.074,28 manat (ƏDV-siz) və 2021-ci ilin yanvar-noyabr ayları ərzində 888.923,31 manat (ƏDV-siz) olmaqla 2019-cu il üzrə 31.877,4 manat (956321,91:120)x20=159386,99*20%), 2020-cı il üzrə 32.402,48 manat (972074,28:120)x20=162012,38*20%) və 2021-ci il üzrə 29.630,78 manat (888923,31:120)x20=148153,89*20%) olmaqla, ümumilikdə 93.910,66 manat mənfəət vergisi ödənilməli olduğu halda Azərbaycan Respublikası Vergilər Nazirliyinə 2019, 2020 və 2021-ci illər üzrə təqdim etdikləri bəyannamələr üzrə 2019-cu il üzrə 3.636,48 manat, 2020-ci il üzrə 1.261,29 manat və 2021-ci il üzrə 5.054,59 manat mənfəət vergisi ödəyərək 2019-cu ildə 28.240,92 manat (31.877,4 - 3.636t48), 2020-ci ildə 31.141,19 manat (32.402,48 - 1.261,29) və 2021-ci ildə 24.576,19 manat (29.630,78 - 5.054,59), ümumilikdə isə 83.958,30 (səksən üç min doqquz yüz əlli səkkiz manat otuz qəpik) manat Mənfəət Vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 560.915,08 (beş yüz altmış min doqquz yüz on beş manat səkkiz qəpik) manat (476.956,78 manat ƏDV + 83.958,30 manat mənfəət) məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayındırmışdır. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhəkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün təqsirləndirilən Təqsirləndirilən şəxs1 aid hissəsində ləğv edilməsi, əməlində ona elan olunan maddələrin cinayət tərkibi olmadığına, cinayətin törədilməsinə aidiyyəti olmadığına, həmin cinayətləri törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə barəsində CM-nin 192.1, 213.3-cü və 240.3.2-ci maddələri üzrə bəraət hökmü çıxarılmasını, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 isə qeyd edilən hökmün ləğv edilərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd edilən hökmdən apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın 171.079,10 manat məbləğində təmin edilməsini, Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 44.873,20 manat məbləğində vergi borcunun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs2 tərəfindən Baş Prokurorluğun depozit hesabına yerləşdirilmiş 126.323 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxslərin barəsində baraət hökmünün çıxarılmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin hökmünün verdikləri apellyasiya şikayətinə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Dövlət ittihamçısı müdafiə tərəfinin verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinə dair isə qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətləri təmin edilməməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-77/2024 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxslərin əməllərində hər hansı cinayətin tərkib əlamətlərinin olmamasını bildirsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPMin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətlərinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 əməlində CM-in 192.1, 213.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlində isə CM-in 192.1 və 213.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya müraciətlərindən görünür ki, şikayət müəllifləri təqsirləndirilən şəxslərin hər birinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədləri, yəni "xxxx" tibb müəssisəsindən aşkar edilərək götürülmüş dərman preparatlarının tədqiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2021-ci il tarixli 6/5284 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Şöbəsinin 20 may 2022-ci il tarixli 9/3225 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 28 aprel 2022-ci il tarixli **********455000 nömrəli məktubu ilə göndərilmiş, Baş idarənin Audit şöbəsi tərəfindən aparılmış yoxlamanın nəticəsinə dair tərtib edilmiş 28 aprel 2022-ci il tarixli mütəxəssis rəyi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrələr üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində apardıqları danışıqlara və SMS yazışmalara dair mobil operatorlardan alınmış məlumatları, 26 noyabr 2021-ci il tarixdə "BƏRPA PLYUS” MMC-də aparılmış axtarış və götürmə zamanı götürülmüş müəssisənin kameralarının yaddaş qurğularına keçirilmiş baxış protokolunu, 26 noyabr 2021-ci il tarixdə "BƏRPA PLYUS” MMC-də aparılmış axtarış zamanı götürülmüş sənədlərə keçirilmiş baxış protokolunu, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrinə əsasən, özəl tibb fəaliyyətinin narkologiya - narkoloji iş üzrə lisenziya almış özəl tibb müəssisələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 10 noyabr 2021-ci il tarixli İN-X/O-11061/2021 nömrəli məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Özəl müalicə profilaktika müəssisələrinin bazası”nın qüvvədə olan lisenziyalar bölməsində "xxxx" MMC-nin adına 088242 nömrəli xx.xx.2016-cı il tarixli İSN/L-176/2016 lisenziya qeydiyyata alınaraq xüsusi icazə verilməsi barədə məlumatların öz əksini tapmamasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X8” X17 daxil olmuş 19 aprel 2022-ci il tarixli 131-2-2022-4139 nömrəli məktubu, "BƏRPA PLYUS” MMC-nin 5 saylı Bakı "ASAN xidmət” mərkəzi vasitəsi ilə daxil olmuş 14 yanvar 2016-cı il tarixli müraciətinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 4 ünvanında özəl tibb fəaliyyətinin (psixiatriya: psixiatrik) həyata keçirilməsi üçün "BƏRPA PLYUS” MMC-yə verilmiş 23 sentyabr 2011-ci il tarixli 0938 qeydiyyat nömrəli (N°071328) lisenziya "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə və 7-ci hissəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 1 fevral 2016-cı il tarixli İSN/L-176/2016 qeydiyyat nömrəli müddətsiz lisenziya ilə əvəz edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən daxil olmuş 17 may 2022-ci il tarixli İN- X/0-5017/2022 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti (köhnə Nobel prospekti) 132C ünvanında fəaliyyət göstərən "Bərpa Plyus” MMC-ə məxsus tibb müəssisəsinə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən tərkibində psixotrop maddələr və güclü təsir edən maddələr olan dərman preparatlarının dövriyyəsi üçün xüsusi icazə verilməməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 03 iyun 2022-ci il tarixli 00138747-1222 nömrəli məktubu, Şahid4 xx.xx.2015-ci il tarixdən "Bərpa Plyus” MMC-nin icraçı direktoru vəzifəsində, Təqsirləndirilən şəxs1 isə xx.xx.2020-ci il tarixindən müdir müavini vəzifəsində işləmələrinə dair əmək müqaviləsi bildirişləri, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Şöbəsinin böyük eksperti X11, "BƏRPA PLYUS” MMC-nin həkimləri Manuçeri-X7, Şahid5, Şahid3 və digərlərinin ifadələrini, həmçinin əsaslığı heç bir şübhə doğurmayan sübut əhəmiyyətli digər sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırır, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 192.1, 213.3 və 240.3.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-in 192.1 və 213.3-cü maddələrinin dispozisiyası ilə tam əhatə olunur, bu səbəbdən təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərində göstərilən hallar mülahizə xarakteri daşıyır, təqsirləndirilən şəxslərin ifadələri isə özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında təqsirləndirilən şəxslərin cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlib onların əməllərini CM-nin yuxarıda qeyd edilən maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, hər iki təqsirləndirilən şəxsə nisbətdə bəraət hökmünün çıxarılmasını istisna edir. Mülki iddiaçı - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətində göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 77/2024 nömrəli hökmü mülki iddiaya aid olan hissədə dəyişdirilərək mülki iddia məbləği tam təmin edilməli, Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 44.873,20 manat məbləğində vergi borcunun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs2 tərəfindən Baş Prokurorluğun depozit hesabına yerləşdirilmiş 126.323 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməlidir. Apellyasiya şikayətində vurğulanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabındakı 126.323 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini qərara almış, lakin mülki iddianın hansı hissədə, hansı məbləğdə və kimlərdən tutulması məsələsinə münasibət bildirməmiş, iş üzrə mülki iddianı həll etməmişdir. Həmçinin 23 may 2022-ci il tarixli ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış “Dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsinin müəyyən edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs1 ümumi yayındırılmış vergi məbləğinin (560.915,08 manat) 08 %-i, yəni 44.873,20 manatın dövlət büdcəsinə ödənilməli olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında da Təqsirləndirilən şəxs1 tərəfindən hansısa məbləğin ödənildiyinə dair məlumat yoxdur. Belə olan halda məhkəmənin hansı əsasla hökmün 84-cü səhifəsinin 7-ci abzasında Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın əvəzi qismində 560.915,08 manatın 08 faizi - 39.264 manat olmasını qeyd etməsi anlaşılan deyil. Sadə hesablama aparılarkən də 560.915,08 manatın 08 faizinin - 44.873,20 manat olması müəyyən olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Baş Prokurorluğun depozit hesabına 126.323 (yüz iyirmi altı min üç yüz üç manat) manat pul vəsaiti yerləşdirmişdir. Halbuki mülki iddiadadan göründüyü kimi, dəymiş ziyanın əvəzi olaraq göstərilən 560.915,08 (beş yüz altmış min doqquz yüz on beş manat səkkiz qəpik) manatın 22,5 faizi, yəni 126.205,90 (yüz iyirmi altı min iki yüz beş manat doxsan qəpik) manat hissəsi Təqsirləndirilən şəxs2 aiddir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabındaki 126.323 (yüz iyirmi altı min üç yüz iyirmi üç) manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti və mülki iddiası qismən təmin edilməli, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 126.323 (yüz iyirmi altı min üç yüz iyirmi üç) manat pul vəsaitinin 126.205,90 (yüz iyirmi altı min iki yüz beş manat doxsan qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməli, qalan 117,76 (yüz on yeddi manat yetmiş altı qəpik) manat isə Təqsirləndirilən şəxs2 qaytarılmalı, eləcə də digər Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 44.873,20 manat məbləğində vergi borcu ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etsə də, maddi normaların tətbiqi ilə bağlı pozuntulara yol vermiş, belə ki, tətbiq edilməli olan cinayət qanununun normasını tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 192.1, 213.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddəsinin tələblərinə əsasən həmin maddələrlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin olunmasına baxmayaraq onun azadlıqdan məhrum etmə növündə cəzasının hansı cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməmişdir. Cinayət qanunvericiliyin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir (CM-nin 56.1.2-ci mad.). Odur ki, bu hissədə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-77/2024 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 ümumi rejimli cəza çəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilməlidir. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul səlahiyyətinə malikdir. CPM-in 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-77/2024 nömrəli hökmü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətə münasibətdə, eləcə də Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməsi hissəsində dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 397.1, 397.2, 398.1.4, 403.0.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-77/2024 nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası qismən təmin edilsin, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 126.323 manat (yüz iyirmi altı min üç yüz iyirmi üç) pul vəsaitinin 126.205,90 manat (yüz iyirmi altı min iki yüz beş manat doxsan qəpik) məbləğində olan hissəsi dövlət büdcəsinə ödənilsin, qalan 117,76 manat (yüz on yeddi manat yetmiş altı qəpik) isə Təqsirləndirilən şəxs2 qaytarılsın, Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməmiş 44.873,20 manat (qırx dörd min səkkiz yüz yetmiş üç manat iyirmi qəpik) məbləğində vergi borcu ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412 maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1894/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1894/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver