Məhkəmə qərarları › İş №1(103)-1895/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1895/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1895/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X6 ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 1(101)-1252/2024 saylı hökmü ilə (Hacıyev Siyavuş Həbib oğlunun sədrliyi, X8 və X4 ibarət tərkibdə) xx xxxxxx 1977-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; xx xxxxx 1966-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər X1 icraçı direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcının 14 noyabr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; 05 avqust 1984-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi nikah münasibətində olan, orta təhsilli, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu X.Bəylərov küçəsi, ev 23 ünvanda qeydiyyatda olmaqla İmişli rayonu, 20 Yanvar küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 30 oktaybr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 5 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda bacısı övladı Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb, sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır. Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 6 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04-05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir. Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04-05 radələrində Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş və cinayətin alətini idman meydançasının yanında yerləşən kimsəsiz əraziyə tullayaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 9 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pu! vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir.Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb,sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır.Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04 - 05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir.Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04 - 05 radələrində Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 7 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpə-ənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş və cinayətin alətini idman meydançasının yanında yerləşən kimsəsiz əraziyə tullayaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs3 yaxın müasibətdə olduğu tanışı və həmyerlisi Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yo! verməsi barədə məlumatlar yaymaqla nüfuzdan salmasına və təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olmağa çalışması səbəbindən sonuncunu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib qisas motivi ilə Zərərçəkmiş şəxs öldürülməsini sifariş vermək qərarına gəlmiş, bu məqsədlə 2011-ci ilin avqust ayı ərzində bir neçə dəfə məlum olmayan tarixlərdə özünün iş yeri olan “Elm və Təhsil Mərkəzi Təfəkkür” Universitetində və yaşadığı ünvan 9 ünvanında, sonuncu dəfə isə 15 sentyabr 2011-ci il tarixdə saat 22 radələrində sonuncu ünvanda Təqsirləndirilən şəxs2 ilə görüşlərində Zərərçəkmiş şəxs onun rektor vəzifəsində qalmasına təhlükə olmasından gileylənmiş, habelə Təqsirləndirilən şəxs2 “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə dəstək verməsi, mütəmadi olaraq ehtiyacı olduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verdiyini nəzərə alıb sonuncunun onun sözündən çıxmayacağına arxayın olaraq, həmçinin gələcəkdə də özü tərəfindən maddi və mənəvi dəstəyin həmişə davam edəcəyini vəd verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobillə vurmaq və ya başından küt əşya ilə vuraraq, yaxud hər hansı digər üsulla öldürməsini təkidlə təklif etmişdir. Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1 özünün “böyüyü” və “ağsaqqalı” kimi qəbul etdiyindən, habelə ona həmişə qarşılıqsız həm maddi, həm də mənəvi dəstək verdiyini və gələcəkdə də bu dəstəyin (maddi təminatın) davam edəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürmək barədə sifarişini qəbul edib cinayəti bilavasitə icra etməyi öz öhdəsinə götürmüşdür. Növbəti günlərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla aralarında şəxsi tanışlıq münasibətlərinin olduğuna görə cinayəti bilavasitə icra edəcəyi halda sonuncunun onu tanıdığını və bununla da Zərərçəkmiş şəxs öldürməklə bağlı planının pozulacağından ehtiyat etdiyinə görə dayısı Təqsirləndirilən şəxs1lə aralarında razılaşdırılmış plandan kənara çıxmaqla (yəni qəsdi bilavasitə özünün icra edəcəyini öhdəsinə götürdüyü halda, onun icrasının digər şəxsə həvalə edilməsi) sonuncunun iradəsindən kənar və xəbərsiz 2011-ci ilin sentyabr ayının ilk günlərində - istintaqa məlum olmayan tarixdə Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşüb, sonuncuya Zərərçəkmiş şəxs öldürməyi təklif etmiş və bunun qarşılığında Təqsirləndirilən şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 31.468 AZN təşkil edən 40.000 ABŞ dolları pul vəsaiti verməyə, habelə gələcəkdə maddi və mənəvi dəstək olmağa razılaşmışdır.Təqsirləndirilən şəxs3 qətlin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş verildiyini bilmədən, sifarişin Təqsirləndirilən şəxs2 aid olduğunu yəqin edərək sonuncu ilə razılaşmış və törədiləcək qətlin detalları barədə, yəni cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə ertəsi gün saat 04 radələrində Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına aparmış, həmin vaxt idman meydançasında olan Zərərçəkmiş şəxs uzaqdan ona göstərmiş, Zərərçəkmiş şəxs hər gün saat 04 - 05 radələrində həmin meydançada idman etməsi, yaşadığı bina barədə məlumatları bildirmiş və cinayətin törədilməsində istifadə etməsi üçün öz avtomobilində saxladığı cinayətin aləti olan bir ədəd uzunluğu 77.5 sm, diametri 2.5 sm olan paslanmış dəmir boru parçasını Təqsirləndirilən şəxs3 vermişdir.Növbəti, təxminən 10 gün ərzində Təqsirləndirilən şəxs3 hər gün saat 04 - 05 radələrindəZərərçəkmiş şəxs hər səhər idman etdiyi ünvan 11 ünvanın qarşısında yerləşən idman meydançasına gedərək Təqsirləndirilən şəxs2 ona verdiyi dəmir boru parçası ilə sonuncunu öldürmək üçün tək olması fürsətini güdsə də, bu baş tutmadıqda (bəzi günlərdə sonuncunun ümumiyyətlə gəzintiyə çıxmaması, bəzi günlərdə isə yanında başqa şəxslərin olması səbəbindən) nəhayət 16 sentyabr 2011-ci il tarixdə saat 04 radələrində istintaqla müəyyən edilməmiş taksi ilə Yasamal rayonu Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək avtomaşından düşüb Zərərçəkmiş şəxs idman etdiyi ünvan 10 ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada addımlayaraq, idman meydançasının girişində yerləşən qarajların yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs meydançaya gəlməsini və sonuncunu təklikdə yaxalaması fürsətini gözləmiş və saat 05:30 radələrində Zərərçəkmiş şəxs idman meydançasına daxil olduğunu görüb, cinayəti qüsursuz icra etmək məqsədilə onun meydançanın daxilində asta sürətlə qaçışa başlayaraq gəlib onun gizləndiyi yerdən keçməsindən dərhal sonra, ətrafın səssiz olması və kənar şəxslərin olmamasını əlverişli fürsət bilib gizləndiyi yerdən çıxaraq arxa tərəfdən Zərərçəkmiş şəxs hücum edib əvvəlcə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, zərbənin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra isə baş və kürək nahiyyələrinə ardıcıl olaraq ən azı dörd dəfə zərbələr endirib başın tüklü hissəsinin arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası və qansızması, arxa təpə-ənsə sümüklərinin ortadan çoxqəlpəli sınığı, həmin nahiyədən kəllə tağı və əsası sümüklərinin uzanan çoxsaylı sınıq xəttləri, baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, baş beynin kəskin ödemi, beyin yarımkürələrinin arxa təpəənsə nahiyyələrinin qəlpəli sınıq proyeksiyasında əzilməsi ilə müşayiət olunub kəskin baş beyin ödemi səbəbindən ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və gövdənin arxa səthinin 3 ədəd səthi qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək aldığı sifarişi bilavasitə icra edib Zərərçəkmiş şəxs sifarişlə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmünü X3 aid olan hissədə ləğv edib, onun əməlini düzgün və qanuni olaraq, Azərbaycan Respublikası CMnin 32.3 və 120.2.5-ci maddələrindən 126.3-cü maddəsinə tövsif edilməsini və həmin CMnin 75.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Milli Məclisinin 27 dekabr 2006-cı il tarixli Qərarına əsasən, cinayətin törədilmə tarixindən, yəni 16 sentyabr 2011-ci ildən 12 (on iki) ildən artıq müddət ötdüyündən, Müşfiq Atakişiyevin barəsində gedən cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətdən azad edilərək, dərhal məhkəmə iclas zalında, həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Müşfiq Atakişiyev həm istintaq zamanı, həm məhkəmə istintaqı zamanı bir neçə dəfə dindirilərkən bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öldürməyi barədə təklifini heç vaxt verməmişdir, onu yalnız xəsərətləndirmək barədə təklifini vermişdir ki, bir müddət, o, iş yerində görünməsin başı müalicəsinə qarışsın. Yalnız Zərərçəkmiş şəxs aid Müşfiq Atakişiyev bu kimi sözləri demişdir. Hüquqlarını müdafiə etdiyim Müşfiq Atakişiyev dəfələrlə müstəntiqə də və qətimkan tədbiri seçilən zaman da, məhkəmə prossesində dönə-dönə bu sözləri demişdir və daha sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs ölümülə bağlı onun heç bir məlumatı yoxdur, ümümiyyətlə ona aid olmayan bir məsələ olduğunu da vurğulayaraq öz ifadələrində birinci instansiya məhkəməsində dindirmələrdə bildirmişdi. Bu faktı ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı da Dayənət Quliyev öz ifadələrində dəfələrlə göstərmişdi hətta, o, Müşfiq Atakişiyevlə üzləşmə istintaq hərəkətində də və məhkəmədə də dindirilərkən onun üzünə bir daha təkidlə deyərək, iş üçün mühüm əhəmiyyət kəsb edən bu faktı təsdiq etmişdi. Məhkəmə prossesində, istintaq zamanı vermiş olduğu ifadələri Dayənət Quliyev bir daha, məhkəmədə təkrar-təkrar göstərmişdi. 16 sentyabr 2011-ci il tarixdə tezdən səhər saatlarında “Təfəkkür Universitetində prorektor vəzifəsində işləyən 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, gəzinti zamanı, baş nahiyəsinə dəmir alətlə yetirilmiş xəsərətlər nəticəsində, ölüm hadisəsi baş vermişdi. Bu qətiİi törədən təqsirləndirən şəxslərdən Təqsirləndirilən şəxs3 olmuşdur. Lakin, o,vermiş olduğu ifadələrində istər istintaqda, istər məhkəmədə istintaqı zamanı bildirdirdi ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmayıb, belə bir təklif də Dayənət Quliyev tərəfindən onun ünvanına verilməmişdir. Müşfiq müəllimi isə, o, tanımır və onunla hər hansı bir danışıq da aparılmayıb, eləcə də Müşfiq müəllim də Təqsirləndirilən şəxs3 tanımır və onların hər hansı bir görüşləri də, danışıqları da olmamışdır. Zərərçəkmiş şəxs öldürülməsinə gəldikdə, bu barədə Təqsirləndirilən şəxs2 Müşfiq Atakişiyev tərəfindən təklifin verilməsi və həmin təklifin icra edilməsi, tamamilə absurddur, həqiqəti əks etdirməyən bir məsələdir və eyni zamanda işin faktiki halları ilə də qəti uzlaşmayan, düz gəlməyən və həqiqətdən uzaq olan faktdır və ibtidai istintaq zamanı da sübut edilməmişdir. Bu işin faktiki hallarına nəzər yetirdikdə, əsaslı bir fikir formalaşır, bu cinayət işi qeyri qanuni, qərəzli, işin faktiki hallarına istinad olunmadan, uydurmalara, kənar sözsöhbətlərə, dedi-qodulara, işə aid olmayan şəxslərin təsirinə, fikirlərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən “ibtidai istintaq”çox bərbad halında aparılmışdır. Siyahı üzrə, məhkəmədə prosesində dindirilən şahidlərin biri də cinayət işinin mahiyyətinə dair bir söz belə deyə bilmədilər və məlümatsız olduqlarını bildirdilər; 1.Şahid- Bağırov Etibar ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır.2.Şahid-Mehdiyev Elçin, ifadəsində göstərdi ki, bu işlə bağlı mən heç nə bilmirəm. 3.Şahid-Şahid14, ifadəsində bildirdi ki, burda olan adamları mən tanımıram. 4. Şahid Musaye İlham işlə bağlı heç nə bilmədiyini dedi. 5.Şahid-Kərimov Elnur ifadəsində göstərdi ki, mən Dəyənətlə dost olmuşam, başqa məlumatım yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan Zaur Əhmədov konkret olaraq, Müşfiq Atakişiyevə dair hər hansı bir fikir bildirmədi. Yuxarıda qeyd etdiyim kimi, Müşfiq Atakişiyevə əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq, istintaq orqanı, müstəntiq Tural Hümmət-zadə-(nin) simasında, o, nümayışyana qərəzli mövqe tutaraq, bilə-bilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin əvəzinə 32.3 və 120.2.5-ci maddələri ilə Müşfiq Atakişiyevə qanuna zidd ittiham elan etmişdir, bu azmış kimi cinayət işinin istintaqı zamanı 30 may 2014-cü il tarixli Cinayət Məcəlləsinə edilmiş Dəyişiklik və Ələvələr haqqında olan Qərarı nə qeyd etmişdi, nə ona istinad etmişdir. Yuxarıda qeyd etdiyim kimi, Müşfiq Atakişiyev ona qarşı verilən əsassız və qanunsuz hökmü qəti surətdə qəbul etmir, özünü yalnız Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilir və səmimi peşmançılığını da ifadə edir. İstintaq zamanı cinayət işinin doğru-düzgün və mövcud qanunvericiliyinə uyğun araşdırılması üçün, yəni Azərbaycan Respublikası CM-nin 32.3 və 120.2.5-ci maddələrindən 126.3-cü maddəsinə ixtisaslaşdırılması barədə biz yazılı sürətdə rəsmi vəsətət verdik, lakin istintaq orqanı, yəni işin istintaqını aparan müstəntiq, Tural Hümmət-zadə vəsatətimizi, qərəzli olaraq təmin etmədi. 11 dekabr 2023-ci il tarixdə Müşilq Atakişiyev ibtidai istintaq zamanı təkrar dindirilərkən bildirdi ki, X10 Əhmədovun öldürülməsini yox, yalnız ona xəsərət yetirilməsinin söhbətini aparmışdı. Bu fikir istintaq olunan cinayət işinin bütün materiallarında, qabarıq şəkilində özünü bürüzə verir. Apellyasiya məhkəmə kollegiyası 2ci instansiya məhkəməsi olaraq nəzərə almalıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticələr, işin faktiki halları ilə tamamilə uyğun gəlmir. Nəticədə isə cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Hüquqlarını müdafiə etdiyim Müşilq Atakişiyev mötəbər ədalət mühakəməsi tərəfindən yalnız törətmiş olduğu cinayətə görə təqsirli bilinməlidir. Müşfiq Atakişiyevin şəxsiyyətinə gəldikdə,qeyd edirəm ki, o, Azərbaycan Respublikasının vətəndaşı, ziyalı şəxsdir, ali təsillidir, evlidir, iki uşaq atasıdır, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər X1 icraçı direktoru vəzifəsində çalışmış, əvvəllər məhkum olunmamış və hüquq-mühafizə orqanlarla hər hansı bir problem onun tərəfindən heç vaxt yaşanmamışdır. Birinci instansiya məhkəməsində dövlət ittihamçısının çıxışına dair qeyd edirəm ki, işin faktiki hallarını, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda şəxsiyyətlərini, törətmiş olduğu cinayətə münasibətlərini, peşimançılığı, bütün bunları və iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə almadan və baş vermiş əməlin düzgün, qanuni tövsifinə dair bir fikir bildirmədən, həddindən ziyada ağır cəza təyin edilməsini xahiş etmişdi. Onu da qeyd etməliyəm ki, birinci instansiya məhkəməsi öz hökmünü iş üzrə şahid keçən məhkum Dayənət Quliyevin həyat yoldaşı Şahid2 və Dəyanətin anası Quliyeva Fəriqənin telefon danışıqları əsasında verilmişdir. İstintaq araşdırılmasında və məhkəmə istintaqı zamanı Dayənət Quliyevlə bu şəxslər arasında, işin həqiqi faktiki hallarını müəyyən etmək üçün üzləşdirilmələr aparılmamışdır, nəticədə isə məhkəmə işi, qeyri-obyektiv və natamam aparmışdı. Bundan başqa Dayənət Quliyevin qızı (şahid) Fəridənin məhkəmədə ifadəsi alınmamışdır. Daha sonra şahidlər Fəriqə və Şahid2lar ifadələrini təzyiq altında vermiş olduqlarını bildirdilər və ifadələrini təsdiq etmədilər. Həmin hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1252/2024 nömrəli, 10 may 2024-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 32.3,126.3-cü maddəsinə tövsif edilib ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da ifadəsində verilmiş mənəvi, psixoloji təzyiqlərə baxmayaraq təkidlə bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs1 heç vaxt ona mərhum Tariyel Qurbanovun öldürülməsi sifarişini verməmişdir. Sifariş yalnız xəsarət yetirilməsindən ibarət olmuşdur. Bunun səbəbi də təqsirləndirlən şəxslər tərəfindən məhkəməyə bildirilmişdir. Təqsirləndirilən şəxs2 də bu işi bacarmadığından həmin sifarişi dostu Təqsirləndirilən şəxs3 həvalə etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 mərhum Tariyel Qurbanovun vurulmasını deyərkən qəti olaraq onun öldürülməsini nəzərdə tutmamışdır. Təqsirləndirilən şəxs3 də ifadəsində Təqsirləndirilən şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs2 isə ona konkret olaraq sifarişinin mərhumun öldürülməsi deyil, vurularaq xəsarət yetirilməsindən ibarət olduğunu bildirmişdir. Göründüyü kimi hadisənin baş verməsi cinayətin sifarişçisi kimi qeyd olunan şəxsin sifarişinə uyğun olmayaraq icraçı tərəfindən ümumi niyyətdən kənara çıxılmışdır. İcraçının ümumi niyyətdən kənara çıxması təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 ilkin ifadələrində bu halı təsdiq etməsə də, bunun istintaqın ilkin mərhələsində edilmiş hədə-qorxunun nəticəsi olduğu müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 lazım olan ifadəni verməyəcəyi təqdirdə ona əlavə maddələrlə ittiham veriləcəyi (cm-nin 182.madd. hədə qorxu ilə tələb etmə), əks halda isə ona verilmiş narkotik ittihamına xitam veriləcəyi bildirilmişdir. Göründüyü kimi, müstəntiq Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 əleyhinə ifadə aldıqdan sonra onun barəsində olan CM-in 234.1-ci maddəsinə xitam vermişdir. Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs3lə eyni maddə ilə təqsirləndirilməsi cinayət məcələsinin 35-ci maddəsinə ziddir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs2 Eİdar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.5-ci maddəsi ilə deyil 32.3,126.3-cü maddəsinə tövsif edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yüngülləşdirici halların olmasını nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 102 xidmətinə zəng edərək könüllü təslim olmuşdur. Lakin ibtidai istintaq orqanı bu hal barədə ictimaiyyətə yalnış məlumat verərək cinayətin hüquq mühafizə orqanlarının səyi nəticəsidə açıldığını bildirmiş, əslində isə dayandırılmış cinayət işi Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında təzələnmişdir. Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq yüngülləşdirici hal kimi, CM-nin 59.1.10-cu maddəsini ittiham aktında qeyd etməmişdir. Buna səbəb kimi də, Təqsirləndirilən şəxs2 istədiyi ifadəni ala bilməməsi olmuşdur. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona öldürmək sifarişi verdiyini etiraf etsə o, zaman ittiham aktında CM- nin 59.1.10-cu maddəsini qeyd edə bilər. Hesab edirik ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirici hal kimi CM-nin 59.1.10-cu maddəsi, yəni onun könüllü təslim olması nəzərə alınmalıdır. Bundan başqa onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı ümumi üç uşağının olması, özünün və həyat yoldaşının xəstə olması, ailəsini ağır həyat şəraitinin olmasının məhkəmə tərəfindən nəzərə alınacağına ümid edirik. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və məhkəmədən Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalından dərhal azad edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, özünü ittiham edildiyi əməl üzrə təqsirli hesab etmir, o, qətli sifariş etdirməmişdir. O, sifariş vermişdir ki, xəsarət yetirib müvəqqəti işdən kənarlaşmasını təmin etsin, öldürməyi sifariş etməmişdir. Dəyanət ondan xəbərsiz gedib başqa adam tapıb, həmin adam da sifarişi kobud şəkildə icra edib, Dəyanət sifarişi özü icra etsəydi bilərdi ki, o, öldürməyi sifariş etməmişdir. Tariyel Qurbanovun ölməyi ümumiyyətlə ona sərf etmirdi, birinci ondan şübhələnərdilər, xəsarətin cəzası daha yüngül olduğu üçün həmin sifarişi vermişdir. Həm də düşünmüşdür ki, barışsalar cəza da yüngülləşər, ona görə də, o, istəyirmiş ki, o, 1-2 ay xəstəxanada yatsın, o də işlərini qaydasına qoysun. Məhkum Samiri tanımamışdır, hadisədə iştirakını belə bilməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və bildirdi ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirici hal kimi CM-nin 59.1.10-cu maddəsi, yəni onun könüllü təslim olması nəzərə alınmalıdır. Bundan başqa onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı ümumi üç uşağının olması, özünün və həyat yoldaşının xəstə olması, ailəsini ağır həyat şəraitinin olmasının məhkəmə tərəfindən nəzərə alınmasını, Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək çıxışını məhkəməyə yazılı şəkildə təqdim etmiş, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X7 bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi ilə təqsirli olmaları cinayət işinin materialları ilə tam sübuta yetirilir. Belə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları və toplanmış digər sübutlar onların təqsirini təsdiq edir. Onlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ədalətlidir. Məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin əsas dəlili onların əməlinin CM-in 126.3-cü maddəsinə təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, ittiham tərəfinin müdafiə tərəfinin apellyasiya şikayətlərində əsaslandırdıqları halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, məhkum edilmiş şəxslər özlərini ittiham olunduqları müvafiq maddələrlə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilənlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələr, zərərçəkmiş şəxsin hüququ varisinin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin müdafiəçləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində istər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, istərsə də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Taryel Əhmədovu öldürməyi deyil ona xəsarət yetirməyi tapşırdığı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu bildirilsə də məhkəmə kollegiyası qeyd edilən dəlillərlə razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrdən və həmçinin üzləşdirmə protokolları ilə apellyasiya şikayətlərində qeyd edilənlər təkzib edilir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadələrində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs 2011-ci ildə öldürmüşdür, belə ki, uşaqlıq dostu Təqsirləndirilən şəxs2 hadisədən təxminən 10-15 gün əvvəl onunla ikilikdə Nəqliyyat Nazirliyinin yaxınlığındakı “Qala” restoranında görüşmüş, Tariyel adlı bir nəfər yaşlı şəxs ilə aralarında narazılıq olduğunu və onu öldürmək lazım olduğunu bildirərək ona Tariyeli öldürmək müqabilində 40.000 ABŞ dolları verəcəyini təklif etmişdir. O, Dəyanətə “dostuq, əgər sənə problem yaradırsa öldürərəm” deyib razılaşmışdır. Razılaşmaya əsasən pul hadisədən sonra bir dəfəyə verilməli imiş. Ertəsi gün saat 04-05 radələrində Dəyanət onu Dərnəgül tərəfdə yerləşən, qaldığı “Titanik” oteldən götürüb birlikdə hadisə yeri olan idman meydançasına aparmış, orada Tariyeli ilk dəfə ona göstərib hər gün eyni qayda üzrə eyni saatda oraya gəldiyini bildirmişdir. Həmin vaxt Tariyelin yanında özündən balacaboy başqa bir şəxs də olmuşdur. Bundan sonra Dəyanət cinayəti törətmək üçün özünün avtomobildən bir ədəd dairəvi, uzun, paslı, dəmir borunu gətirib ona verərək Tariyelin şəkər xəstəsi olduğunu, bir dəfə həmin boru ilə vursa öləcəyini bildirmişdir. Bundan sonrakı günlərdə təxminən 8-10 gün ardıcıl o, təkcə hadisə yeri olan idman meydançasına eyni saatlarda - sübh saat 04-05 radələrində gedib Tariyeli güdməyə başlamış, əynindəki idman şalvarının içərisindən əli ilə Dəyanətin ona verdiyi cinayətin aləti olan dəmir borunu tutub hərəkət etdirmişdir. Nəhayət 16 sentyabr 2023-cü ildə saat 04-05 radələrində qarajlar tərəfdə dayanıb Tariyeli güdərkən Tariyelin təkcə meydançaya gəlib gəzişməyə başladığını görüb fürsət olduğunu başa düşmüşdür. Bir qədər gözləmiş və Tariyel onun yanından keçib arxası ona tərəf olanda yavaş - yavaş yaxınlaşıb əlindəki dəmir borunu əvvəlcə Tariyelin baş nahiyyəsinə, yerə yıxıldıqdan sonra isə bir dəfə belinə zərbə endirmişdir. Tariyel orada hərəkətsiz qaldıqda öldüyünü başa düşmüşdür. Həmin vaxt ətraf ala qaranlıq olmuş və kənar şəxs olmamışdır. O, cəld hadisə yerindən gəldiyi istiqamətdə qarajlar tərəfə qaçmış, qaçanda meydançanın sağ tərəfində boş qapalı əraziyə əlindəki dəmir borunu “vıyıldatmış” və piyada Musabəyov parkına, oradan isə tanımadığı taksi ilə 20 Yanvar dairəsinə getmiş, orada Dəyanətin ona birlikdə ilk dəfə Tariyeli göstərdiyi gün verdiyi sadə model “Nokia” markalı mobil telefon və xatırlamadığı mobil nömrə vasitəsi ilə Dəyanətin xatırlamadığı mobil nömrəsinə zəng edib “tapşırdığıvı elədim, gedirəm rayona" demişdir. Dəyanət isə “get Allah yaxşı yol versin görüşərik” demişdir. Dəyanətə zəng edib məlumat verəndən sonra yenə əlaqə saxlaya biləcəklərini ehtimal edib tanımadığı təsadüfi taksi ilə İmişli rayonuna getmiş və rayona çatandan sonra telefonu da nömrəni də qırıb kanala atmışdır. Bundan bir neçə gün sonra o, Dəyanətlə görüşmək üçün Bakı şəhərinə gəlib Tarqovı deyilən yerdə görüşmüş, Dəyanət ona 5000 manat pul vermiş və 1-2 gün sonra o, Mahacqalaya səfər edərək təxminən 2 ay sonra geri Bakı şəhərinə qayıdıb Dəyanətlə görüşmüş, Dəyanətə Gürcüstandan maşın gətirmək istədiyini bildirmiş və Dəyanət Əcəmi metrosunun yanında ona 8000 manat pul vermişdir. Sonrakı tarixlərdə hazırki vaxta qədər Dəyanət ayrı-ayrı vaxtlarda hər dəfə pula ehtiyacı olanda hissə-hissə olmaqla təxminən 30000 manat ona pul vermişdir. O, heç vaxt Dəyanəti pul verməsi barədə hədələməmiş, ola bilər ki Dəyanət özü bunu hədə kimi başa düşmüşdür. Həmçinin, o, söhbətlər zamanı Dəyanətə cinayət barədə halları - harada gizlənib, haradan mərhuma yaxınlaşdığını, nəyin yanında vurduğunu və hansı istiqamətdə qaçdığını, qaçanda aləti hansı istiqamətdə tulladığını demişdir. O, hadisə vaxtı öldürdüyü şəxsin prorektor olduğunu, ümumiyyətlə kim olduğunu bilməmiş, lakin səhər açılanda həmin dövrün bütün xəbər verilişlərində yayılan məlumatlarda öldürdüyü şəxsin “Təfəkkür” universitetinin prorektoru olduğunu öyrənmiş və Dəyanətin dayısı Müşviqin də həmin universitetin rektoru olduğunu bildiyi üçün təxmini olaraq Dəyanətin işi deyil, Müşviqin işi olduğunu və dayısının Dəyanəti qabağa verdiyini başa düşmüşdür. Həmçinin, o, Tariyeli öldürmək üçün 40.000 ABŞ dolları pulu da Müşviqin vəd verdiyini və sonradan da həmin pulu Dəyanətə verdiyini, lakin Dəyanətin pulu xərclədiyi üçün ona bir dəfəyə deyil, hissə-hissə verdiyini hesab etmişdir. Təxminən bir neçə il sonra, təxminən 2013-cü ildə Dəyanətin birdən - birə maddi imkanının artdığını, “BMW X5” və digər avtomobillər dəyişdiyini, habelə qumarda 118000 və 59000 manat pul uduzduğunu görmüş və Dəyanətin polisdə işləyə - işləyə belə maddi imkanının olmasına inanmadığı üçün cinayətin Müşviq tərəfindən “zakaz” edildiyini və həmin maddiyyatı da Dəyanətin onun adından dayısından aldığını fərz etmişdir. Onun həmin vaxtlar maddi imkanı çox pis vəziyyətdə olmuşdur. Həmin ərəfələrdə Bakı şəhərində xatırlamadığı kafedə olanda o, Dəyanətlə ilk dəfə dayısı Müşviq barəsində söhbət açmış və Dəyanət onun öldürdüyü qoca kişinin Müşviqin müavini olduğunu və Müşviqin barəsində mətbuatda pis məlumatlar paylaşdığını, hətta özünün əlaqəli olduğu bir jurnalistin də olduğunu və məlumatları həmin jurnalistə ötürdüyünü, məqsədinin Müşviqin yerinə keçmək olduğunu bildirmiş və “dayımın əlinə - ayağına dolaşırdı, ona görə də öldürtdürdü” demişdir. O, Dəyanətə “ikiviz də şah kimi yaşayırsız, mən də tulyaqa kimi qalmışam ortalıqda” deyib ona da “gün ağlamalarını” istəmişdir. Dəyanət ona hər şeyin yaxşı olacağını vəd verib səbirli olmasını və ağzını bütov saxlamasını tapşırmışdır. Sonrakı tarixlərdə yenə də onun vəziyyətində bir dəyişikliyin olmadığını, lakin Dəyanətin gündə orda - burda qonaqlıqda yeyib - içdiyini görüb acıqlanmış və spirtli içki qəbul edib Dəyanətə zəng edərək narazılığını bildirmiş və “gedirəm dayıvın yanına deyəcəm bu işi görən mənəm, vəziyyətim də budu” demiş, bundan sonra günorta saatlarında birbaşa tanımadığı taksi ilə “Təfəkkür” universitetinin qarşısına getmiş, Dəyanət isə ona zəng edərək orada gözləməsini, gəlib nə problemi varsa həll edəcəyini bildirmiş və az sonra Dəyanət oraya gələrək onu öz avtomobilinə əyləşdirib oradan uzaqlaşdırmış, yolda yenə də ona hər şeyin yaxşı olacağını, sakit durmasını tapşırmışdır. O, Müşviqlə heç vaxt görüşməmiş və aralarında da bu cinayət barədə hər hansı söhbət olmamışdır. O, 12 il ərzində Bakı şəhərində polis əməkdaşları tərəfindən iki dəfə ayrı-ayrı tarixlərdə təxminən 2015-ci ildə Binəqədi RPİ-nin 4-cü polis şöbəsi qumar oyununa görə və Nərimanov RPl-nin 16-cı polis şöbəsi isə nəşə istifadəsinə görə tutulmuş, birinci halda öz hesabına buraxılsa da, 16-cı polis şöbəsindən onu Dəyanət gəlib 2000 manat pul verib buraxdırmış və sonradan ona həmin pulu sələmə götürdüyünü demişdir. Dəyanət 2023-cü ilin aprel ayında təslim olandan sonra onun da yaxında tutulacağından çox narahat olmağa başlamış və birlikdə yaşadığı anası onun halını soruşanda açıb anasına bütün hər şeyi danışıb cinayəti etiraf etmişdir. Tutulandan sonra Şüvəlan türməsində qardaşı Rövşən onunla görüşə gəlib anasına danışdıqlarını hər şeyi olduğu kimi danışmışdır. Üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə aralarında üzləşdirmə aparılmış və Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları (Tariyeli “xəstəxanalıq etmək” deyil öldürmək barədə tapşırıq aldığını, cinayəti törətmək üçün Təqsirləndirilən şəxs2 ona 40000 ABŞ dolları məbləğində pul vəd etdiyini, Təqsirləndirilən şəxs2 ona hədəfin fotoşəkilini deyil aparıb hədəfi canlı olaraq idman edərkən kənardan göstərdiyini) Təqsirləndirilən şəxs2 üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə həmin xüsusatları dəqiq xatırlamadığını və qarşı tərəfin doğru ifadə vermiş ola biləcəyini bildirməklə qəbul etmişdir. Üzləşdirmə protokolundan görünür ki, istintaqın gedişində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında Dəyanətin Samirə cinayətin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş edildiyini deyib - deməməsi xüsusatı üzrə əhəmiyyətli ziddiyyət yarandığına görə aralarında əlavə üzləşdirmə aparılmış Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi kimi 2013-cü ildə Təqsirləndirilən şəxs2 ona dayısı Təqsirləndirilən şəxs1 şəxsi vəzifə mənafeyi səbəbindən cinayəti sifariş etdiyini danışmasını Təqsirləndirilən şəxs2 üzünə qarşı səsləndirərək ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə həmin xüsusatın doğru olduğunu qəbul etmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, O, Dəyanətə: “Elə eləmək lazımdı ki, Tariyel 1-2 ay Universitet tərəfə gəlməsin, xəstəxanalıq olsun”,- deyə tapşırmış və Tariyeli universitetin çıxışında avtomobil ilə vurmağı və ya yolda başından daşla vurmağı təklif etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab edilərək rədd edilməlidir. Apellyasiya şikayətlərində qeyd edilənlərin əksinə, hökmdəki hallardan fərqli olaraq, apellyasiya şikayətlərində qeyd edilən dəlillələr işinin hallarının formal sadalanmasından ibarət olmuş, əməlin hüquqi tövsifinə təsir göstərək konkret dəlillər qeyd edilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin özlərini CM-in 32.3, 120.2.5-ci maddəsi ilə təqsirli bilməməsi, apellyasiya şikayətində bildirilən digər hallara tənqidi yanaşaraq inandırıcı saymır, özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirici hal kimi CM-nin 59.1.10-cu maddəsi, yəni onun könüllü təslim olmasını nəzərə alınmalı olması barədə dəlilinə münasibətdə qeyd edir ki, istintaq materiallarından göründüyü kimi 24 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək cinayəti törətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi yüngülləşdirici hal kimi qəbul edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Bu mənada qanunverici cinayətdə iştirakı olan şəxsin təkcə təslim olması ilə kifayətlənməyib, bu təslim olmanın özünü də şərtləndirir. Ona görə də, Təqsirləndirilən şəxs2 təslim olaraq cinayətin şəxsi motivi ilə və bilavasitə törətdiyini deməklə istintaqı yayındırması, cinayətin digər iştirakçılarını məsuliyyətdən kənarda qoymağa çalışması və təxminən altı ay istintaq aparıldıqdan sonra istintaq orqanının səyləri nəticəsində cinayətin digər iştirakçılarının müəyyən edilməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 DİN-in 102 xidmətinə zəng edib təslim olması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan “könüllü gəlib təqsirini boynuna almaq” kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına, həmçinin apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya şikayətində istinad edilmiş xüsusatlara dair müdafiə tərəfindən hər hansı sübut ibtidai istintaq, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı təqdim edilməməklə yanaşı, əksinə həmin dəlillərin mövcudluğu cinayət işi materiallarında olan sübutlarla təkzib edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi və ya həmin şəxslər barəsində bəraət hökmünün çıxarılması üçün AR CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 32.3, 120.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduqları cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladının olmasını yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmaması, Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayət əməlini qoca şəxsə qarşı törətmələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal kimi müəyyən edilməsi nəzərə alınaraq təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin sanksiyası həddində yeganə cəza növü olan azadlıqdan məhrumetmə cəzasının minimum həddinə yaxın həddə cəza təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, CM-in 120.2.5-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yeganə cəza növü olan azadlıqdan məhrumetmə cəzası təyin edərkən haqlı olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onların təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 1(101)-1252/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 1(101)-1252/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 38 (otuz səkkiz) saat üçün cəmi 228 (iki yüz iyirmi səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar