Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-190/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 0Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Rəhimov Elmar Eldar oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1969-cu ildə İmişli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli aministiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilmiş, məhkumluğu olmayan, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmü ilə: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla 03 (üç) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkanın hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs2 Allahverən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaların qismən toplanılmaqla 03 (üç) il 09 (doqquz ) ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 09 (doqquz) gün hissəsinin 01 (bir) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasına hesablanması və 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 Allahverən oğluna qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkanın hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaların qismən toplanılmaqla 03 (üç) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi olaraq birgə yaşadığı Təqsirləndirilən şəxs3 və ögey oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 14 aprel 2022-ci il tarixdə saat 02.00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs xüsusi amansızlıqla sol almacıq-gicgah sümüklərinin qövsününü qapalı, yerinidəyişmiş sınığı, burunun sol yan səthinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyün qapalı, yerinidəyişmiş sınığı, İX qabırğanın qapalı, yerinidəyişmiş sınığı, onurğanın bel şöbəsinin İV fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sol bazu sümüyünün başının travmatik çıxığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, başın alın və sağ ayaqüstü nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əynindəki paltarları soyundurub, əl və ayaqlarını iplə bağlayaraq yaşadığı evin qapısını da açarla kilidləyib, Zərərçəkmiş şəxs evdə olan bütün paltarlarını çantaya yığıb getməklə zərərçəkmiş şəxsin sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin həmin hökmünün dəyişərək barəsində daha az və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə əlavə təqdim edərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə onun əməlini düzgün tövsif edilməməklə, daha doğrusu əməlində cinayət tərkibi əlamətləri olmadığı halda onun barəsində qanunsuz və əsassız ittiham hökmü çıxarılaraq ona ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. O, Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmiş, onun azadlığının məhdudlaşdırılması üçün hər hansı hərəkət etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsi dinləmədən, yalnız zərərçəkmiş şəxsin müstəntiq tərəfindən təhrif olunmuş və məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və araşdırılmamış ifadələrini höhmdə qeyd etməklə onu CM-nin 127.2.2. və 145.2.4-cü maddələri ilə təqsirli bilib ona cəza təyin etmişdir. Hökmdən digər təqsirləndirilən şəxslər, zərərçəkən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayəti və ona əlavənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti ilə əlavəsi təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA ETT Birliyi” X7 Bakı şəhər Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 243 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-sol almacıqgicgah sümüklərinin qövsünün qapalı, yerinidəyişmiş sınığı (cərrahi yolla repozisiyası), burnun sol yan səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, İX qabırğanın qapalı, yerinidəyişmiş sınığı, onurğanın bel şöbəsinin (L4) İV fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sol bazu sümüyünün başının travmatik çıxığı (cərrahi yolla yerinə salınması), sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, başın alın və sağ ayaqüstü nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sol almacıq-gicgah sümüklərinin qövsünün qapalı, yerini dəyişmiş sınığı (cərrahi yolla repozisiyası), burnun sol yan səthinin səthi əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün qapalı, yerinidəyişmiş sınığı, İX qabırğanın qapalı, yerinidəyişmiş sınığı, onurğanın bel şöbəsinin (L4) İV fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sol bazu sümüyünün başının travmatik çıxığı (cərrahi yolla yerinə salınması) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, başın alın və sağ ayaqüstü nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun bədən səthinin müxtəlif nahiyələrində olduğundan xəsarət yetirən şəxsin və ya şəxslərin onunla hansı qarşılıqlı vəziyyətdə olduqları haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs bədən səthinin yuxarı ətraflarında (hər iki bazu, said, biləklər və əllər) hər hansı xəsarət və xəsarət izi aşkar olunmadı. Yuxarıda qeyd olunan sağ ayaqüstü nahiyədə aşkar olunmuş sıyrıqlarda xəsarət yetirən əşyanın fərdi xüsusiyyətləri saxlanılmasa da qeyd olunan sıyrıqların ekspertizaya təqdim edilmiş kapron (sintetik) materialdan (yəni bərk xarakterli materialdan) hazırlanmış ip təsirindən törənməsi istisna olunmur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 248/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ). Ekspertizaya təqdim edilmiş ip №1 üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş ip №2 üzərində olan ləkələrdə qan aşkar olunmamışdır. İş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı götürülümüş 02 ədəd ip maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon Prokurorluğunun arxivinə, hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd bel və 01 ədəd kəmər saxlanılması üçün Qaradağ rayon Prokurorluğunun arxivinə verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Alkişyev X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli aministiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək peşman olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs ilk olaraq verdiyi apellyasiya şikayətində barəsində daha az və yüngül cəza təyin edilməsini xahiş etmiş, lakin sonra verdiyi apellyasiya şikayətinə əlavədə əməlində cinayət tərkibi əlamətlərinin olmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə əlavənin dəlili əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 həmin cinayəti əməlini törəməsi birinci instansiya məhkəməsində iştirak etmiş digər təqsirləndirilən şəxslər və zərərçəmiş şəxsin verdiyi ifadələr ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş, məhkumun şəxsiyyətini, həmçinin, təyin edilən cəzanın məhkum edilmiş şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.4-cü maddələrinin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti ilə əlavəsi əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlavəsi təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 145.2.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-238/2022 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 5 (beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi5 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-190/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-190/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver