Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1910/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Sabirabad rayonu, Qəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar Rayon Məhkəməsinin 1(022)139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-353/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilmiş, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qəfərli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas cəzaların qismən toplanılması və əlavə cəzanın əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 1(022)-139/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 02 (iki) ay 03 (üç) gün müddəti (bir günə iki gün hesablanaraq 04 (dörd) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) qismən toplanılması və Təqsirləndirilən şəxs 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının faktiki çəkilmiş olan 02 (iki) ay 03 (üç) gün hissəsi, həmçinin hazırki iş üzrə 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət, cəmi 02 (iki) ay 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü üzrə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Şirvan Apelyasiya Məhkəməsinin 1(106)-353/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilmiş və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 26 iyul 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş idarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2in və Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil tələbatının ödənilməsi sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının 20 noyabr 2017-ci il tarixli, 04 nömrəli protokolunun 3-cü bəndinə əsasən kooperativin direktoru vəzifəsinə təyin edilməklə 15 dekabr 2017-ci il tarixdən həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”nda “müəssisə direktoru” vəzifəsinin tələblərinə və 26 iyun 2004-cü il tarixdə 0104-P-65- 40583 nömrə ilə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmış "xxxx" MTKnın nizamnaməsinə əsasən, müəssisəyə rəhbərlik etmək, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, müəssisəni dövlət orqanları, digər hüquqi və fiziki şəxslərlə müqavilə bağlanmasında təmsil etmək, qərarlar qəbul etmək, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək və digər səlahiyyətlərə malik olan kommersiya təşkilatının rəhbəri qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2olan 4 nömrəli qarajın 24 yanvar 2007-ci il tarixli, 1090 nömrəli arayışa əsasən, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs2 10.000 (on min) ABŞ dolları, yəni həmin dövrün kursuna əsasən milli valyuta ilə 8.712 (səkkiz min yeddi yüz on iki) manat məbləğində pula satılmasından, qarajın sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına, habelə qanuni sahibi tərəfindən qarajın başqa şəxslərə kirayəyə verilməsinin 2013-cü ildən ona həvalə olunmasına baxmayaraq, "xxxx" MTK-nın direktoru vəzifəsində işlədiyi 2020-ci ilin fevral ayında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin qarajın Zərərçəkmiş şəxs2 məxsus olduğunu gizlətməklə, 2018-2020-ci illərdə həmin qarajı kirayə haqqı ödəməklə ondan kirayəyə götürmüş Zərərçəkmiş şəxs1 satış üçün təklif edərək sonuncuda tutduğu vəzifəyə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna əminlik yaradıb qarajı 8.500 (səkkiz min beş yüz) manat məbləğində pula satmağa razılaşdırmış, həmin niyyətlə 24 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 71 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının qarşısındakı ofisdə qarajın satılmasına dair qanuni görüntü yaratmaq məqsədilə qeyd olunan ünvanda inşa olunan hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 18 m2 olan 4 nömrəli qarajın qeyri- yaşayış sahəsi kimi Zərərçəkmiş şəxs1 8.500 (səkkiz min beş yüz) manat pul müqabilində satılması haqqında 24 fevral 2020-ci il tarixli, gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənədlər hesab edilən "xxxx" MTK üzvlərinin 04 saylı iclas protokolundan çıxarış və 10 nömrəli maliyyə arayışına tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib texniki vasitələrdən istifadə etməklə hazırladıqdan sonra müvafiq saxta sənədlərdə "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı qrafalarda öz imzalarını icra edərək MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etmiş və sonuncudan həmin ofisdə qaraj üçün ödəniş olaraq əldə etdiyi 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə qarajın qanuni əsaslarla 24 yanvar 2007-ci il tarixdə satıldığı Zərərçəkmiş şəxs2 mülkiyyət hüququna, o cümlədən əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının başqa şəxslər tərəfindən məhdudlaşdirilmasinin yolverilməzliyi və mülkiyyətin toxunulmazlığı ilə bağlı qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Apellyasiya protestinin dəlilləri: Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 tərəfindən apellyasiya protesti verilərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 iyun 2024-cü il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq edilərək, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə də əlavə cəza təyin edilməklə, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəza təyin olunaraq dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırkı cinayət təqsirinin formasına görə qəsdən törədilən cinayət olmaqla ictimai təhlükəliliyinə görə az ağır cinayət kateqoriyasına aiddir. İctimai təhlükəlilik dərəcəsi isə zərərçəkmiş şəxsi aldatmaqla xeyli miqdarda - 8500 manat ziyan vurmaqla törədilməsidir. Dəymiş ziyanın həcminin çoxluğu, cinayətin qulluq mənafeyi ilə əlaqədar törədilməsi, cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə bir neçə tövsifedici əlamətə malik olması və eyni zamanda bir neçə müstəqil cinayət tərkibini yaratması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 308 və 313-cü maddələri) əməlin ictimai təhlükəliliyini artıran hallardandır. Lakin məhkəmə qeyd olunan hallara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə bərabər olmayan yanaşmaya yol vermişdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Bu cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur. O cümlədən cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə törədilmiş cinayət əməli, onun ictimai təhlükəlilik dərəcəsi arasında uyğunsuzluq yaranmasın. Başqa sözlə, Cinayət Məcəlləsinin 58-ci maddəsinin nəzərdə tutduğu müəyyən (məsələn cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilməsi, digər (məsələn, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirli bilinən şəxsin şəxsiyyəti) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Hökmdən göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin birinə dəymiş ziyanı tam ödəsə də, digər zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməmişdir. Bu baxımından məhkəmə həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilmədiyini də, cəza təyini zamanı nəzərə almamışdır. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə əlavə cəza təyin etməməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların tcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. Əlavə cəzalar müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum elmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvalıq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Buna görə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edildiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərinin nəzərə alınması qaçılmazdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə ləyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum elmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işinin hallarından, zərərçəkmiş şəxslərin ifadələrindən və məhkəmədə təsdiqini tapmış ittihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini qulluq mövqeyinin ona verdiyi üstünlüklərdən istifadə edərək törətmiş, zərərçəkmiş şəxs onun məhz xüsusi bir vəzifə - "xxxx" MTK-nın direktoru vəzifəsində daşımasına önəm verərək müvafiq məbləğdə pulu ona vermişdir. Belə olduğu halda məhkəmənin dövlət ittihamçısı kimi çıxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə əsas cəza ilə yanaşı 2 (iki) il müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsini də təklif etməsinə baxmayaraq əlavə cəzanın təyin edilməsi məsələsini ümumiyyətlə müzakirə etməməsi və əlavə cəzanı təyin etməməsi cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə cəzaların təyin edilməsi, toplanılması və əvəz edilməsində də səhvə yol vermişdir. Belə ki, təyin edilmiş cəzaların toplanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsindən görünür ki, bir neçə cəza təyin edildikdə daha yüngül cəza daha ağır cəza ilə əvəz edilir. Bu normanın strukturundan görünür ki, cəzaların toplanması zamanı daha yüngül cəzalar daha ağır cəzaların müddətinə bərabər tutulmaqla hesablanır. Belə ki, təyin edilmiş cəzalar azadlıqdan məhrumetmə ilə yanaşı digər cəzalardan ibarət olduqda həmin cəzalar azadlıqdan məhrumetmə cəzasına, azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı digər daha yüngül cəzalardan ibarət olduqda azadlığın məhdudlaşdırılması cəzasına, islah işləri ilə yanaşı digər yüngül cəzalara məhkum olunduqda islah işləri cəzasına bərabər tutulur. Belə qayda həm CM-in 58-ci maddəsinin, həm də cəza təyin etmənin ümumi prinsiplərindən irəli gəlir. Belə ki, şəxsin daha ağır cəzaya məhkum edilmədən islah oluna bilməsini mümkün hesab etməyən məhkəmənin elə həmin hökmü ilə təyin etmiş olduğu ağır cəzanı daha yüngülü ilə əvəz etməsi cəzanın təyin edilməsi zamanı nəzərə aldığı halları əhəmiyyətsiz edərdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin ümumi qaydalarına əsaslandığından, bu halda da məcmuya daxil olan yüngül cəza daha ağır cəzaya hesablanmaqla qəti cəza təyin edilməli idi. Lakin məhkəmə cinayət qanunu normalarını düzgün tətbiq etməyərək məcmuya daxil olan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplayaraq qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin təyin edilmiş cəzaların toplanılmasına dair tələblərinə də riayət etməmişdir. Belə ki, hökmün nəticəvi hissəsindən görünür ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq edərkən Biləsuvar Rayon Məhkəməsinin 1(022)- 139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 02 (iki) ay 03 (üç) gün müddətini hazırkı hökmlə təyin edilmiş cəzaya toplamışdır. Halbuki, məhkəmə Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəzaya toplamaqla qəti cəza müəyyən etməli idi. Beləliklə, məhkəmə məhkum X6 barəsində cəza təyini zamanı cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş şəxs, müdafiəçisi, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X7 verilmiş protestin məzmununa uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsini, protestin cəzanın hesablanması hissəsində təmin edilməsini xahiş etdilər. İşin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək, belə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmü cəzanın təyin edilməsi və cəzanın hesablanması hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə qismən razılaşaraq ona münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya protestində əsas cəzanın yüngül olması mübahisələndirilmişdir. Belə ki, hökmdən göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin birinə dəymiş ziyanı tam ödəsə də, digər zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməmişdir. Bu baxımından məhkəmə həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilmədiyini də, cəza təyini zamanı nəzərə almamışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı Qərarının 1-ci bəndinə görə “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.” Hazırkı cinayət təqsirinin formasına görə qəsdən törədilən cinayət olmaqla ictimai təhlükəliliyinə görə az ağır cinayət kateqoriyasına aiddir. İctimai təhlükəlilik dərəcəsi isə zərərçəkmiş şəxsi aldatmaqla xeyli miqdarda – 8.500 manat ziyan vurmaqla törədilməsidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Bu cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur. O cümlədən cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə törədilmiş cinayət əməli, onun ictimai təhlükəlilik dərəcəsi arasında uyğunsuzluq yaranmasın. Başqa sözlə, Cinayət Məcəlləsinin 58-ci maddəsinin nəzərdə tutduğu müəyyən (məsələn cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilməsi, digər (məsələn, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirli bilinən şəxsin şəxsiyyəti) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışmasını, digər zərərçəkmişə isə vurulmuş zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmamasını, əməlini səmimi etiraf etməklə peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmənin azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə gəldiyi qənaət işin hallarına, məhkum edilmiş şəxsin şəxsiyyətinə, cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Apellyasiya protestində cəzaların toplanması zamanı əvəzləşdirmənin düzgünlüyü mübahisələndirilmişdir. Belə ki, təyin edilmiş cəzaların toplanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsindən görünür ki, bir neçə cəza təyin edildikdə daha yüngül cəza daha ağır cəza ilə əvəz edilir. Bu normanın strukturundan görünür ki, cəzaların toplanması zamanı daha yüngül cəzalar daha ağır cəzaların müddətinə bərabər tutulmaqla hesablanır. Belə ki, təyin edilmiş cəzalar azadlıqdan məhrumetmə ilə yanaşı digər cəzalardan ibarət olduqda həmin cəzalar azadlıqdan məhrumetmə cəzasına, azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı digər daha yüngül cəzalardan ibarət olduqda azadlığın məhdudlaşdırılması cəzasına, islah işləri ilə yanaşı digər yüngül cəzalara məhkum olunduqda islah işləri cəzasına bərabər tutulur. Belə qayda həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58ci maddəsinin, həm də cəza təyin etmənin ümumi prinsiplərindən irəli gəlir. Belə ki, şəxsin daha ağır cəzaya məhkum edilmədən islah oluna bilməsini mümkün hesab etməyən məhkəmənin elə həmin hökmü ilə təyin etmiş olduğu ağır cəzanı daha yüngülü ilə əvəz etməsi cəzanın təyin edilməsi zamanı nəzərə aldığı halları əhəmiyyətsiz edərdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin ümumi qaydalarına əsaslandığından, bu halda da məcmuya daxil olan yüngül cəza daha ağır cəzaya hesablanmaqla qəti cəza təyin edilməli idi. Lakin məhkəmə cinayət qanunu normalarını düzgün tətbiq etməyərək məcmuya daxil olan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplayaraq qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bu mövqeyi ilə razılaşmır. Belə ki, Cinayət Məcəlləsinin 68-ci maddəsi toplanılan cəzaların qaydasını müəyyən etməklə, hansı cəzanın seçilməsini tənzimləmir. Əsas cəzanın təyin edilməsi məhkəmənin səlahiyyətindədir. Sonuncu məhkəmə əsas cəza təyin edərkən əvvəlki məhkəmənin təyin etdiyi əsas cəza ilə bağlı nəticəsindən asılı ola bilməz. Çünki bu qayda hakimin müstəqilliyi prinsipinə zidd olmuş olardı. Məhkəmə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə əlavə cəza təyin etməməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların tcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum elmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvalıq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Buna görə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edildiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərinin nəzərə alınması qaçılmazdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə ləyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Cinayə prosessual qanunvericiliyinin tələblərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum elmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işinin hallarından, zərərçəkmiş şəxslərin ifadələrindən və məhkəmədə təsdiqini tapmış ittihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini qulluq mövqeyinin ona verdiyi üstünlüklərdən istifadə edərək törətmiş, zərərçəkmiş şəxs onun məhz xüsusi bir vəzifə - "xxxx" MTK-nın direktoru vəzifəsində daşımasına önəm verərək müvafiq məbləğdə pulu ona vermişdir. Dəymiş ziyanın həcminin çoxluğu, cinayətin qulluq mənafeyi ilə əlaqədar törədilməsi, cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə bir neçə tövsifedici əlamətə malik olması və eyni zamanda bir neçə müstəqil cinayət tərkibini yaratması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 308 və 313-cü maddələri) əməlin ictimai təhlükəliliyini artıran hallardandır. Lakin məhkəmə qeyd olunan hallara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edərkən əlavə cəzanı yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə təyin etmişdir. Belə olduğu halda məhkəmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə əsas cəza ilə yanaşı kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi əlavə cəzanı təyin etməməsi cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə cəzaların toplanılması və əvəz edilməsində də səhvə yol vermişdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin təyin edilmiş cəzaların toplanılmasına dair tələblərinə də riayət etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-353/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Ərkuşad oğlu “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, ona həmin hökmlə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilmişdir. Belə ki, hökmün nəticəvi hissəsindən görünür ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq edərkən Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının tətbiqinə qədər çəkilmiş 02 (iki) ay 03 (üç) gün müddətini hazırkı hökmlə təyin edilmiş cəzaya toplamışdır. Halbuki, məhkəmə Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəzaya toplamaqla qəti cəza müəyyən etməli idi. Yalnız bundan sonra qəti cəzadan çəkilmiş cəzanı çıxmalı idi. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə cəzaları toplayarkən qəti cəza müddətini düzgün müəyyən etməməklə, cinayət qanununun tələblərini pozmuş və nəticədə cinayət qanunun tətbiqində səhvə yol verərək düzgün tətbiq etməmişdir. Həmçinin Cinayət Məcəlləsinin 46.2-ci maddəsini tətbiq etməli olduğu halda həmin normanı tətbiq etməməsi məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, məhkəmənin yol verdiyi yanlışlıqlar aradan qaldırılmalıdır. Bundan başqa, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmü cəzanın təyin edilməsi və cəzanın hesablanmalı hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəza təyini və cəzanın hesablanması hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən bu qərarla təyin edilmiş əsas və əlavə cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 68/2024 saylı, 10 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib Təqsirləndirilən şəxs təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı qərarla təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Biləsuvar Rayon Məhkəməsinin 1(022)- 139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (1 (bir) günə 2 (iki) gün hesabı ilə) qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası (faktiki çəkilmiş olan 02 (iki) ay 03 (üç) gün hissəsi, həmçinin həmin iş üzrə 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-353/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4cü bəndinə əsasən, ona Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən azad edilməsi nəzərə alınmalı) 1 (bir) günə 2 (iki) gün hesablanmaqla 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(103)-1910/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1910/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver