Məhkəmə qərarları › İş №1(103)-1912/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1912/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1912/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X8 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclası katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(001)- 303/2024 nömrəli hökmü ilə (hakim Tağıyev Vüsal Adıgözəl oğlunu sədrliyi ilə) xx.xx.1990-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olman, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəlinin 17 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həl edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və döyüş sursatını əldə etmə, saxlama, daşıma və üzərində gəzdirmə cinayətini törətmişdir. Belə ki, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasına daşımış, Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə saat 01:40 da Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən Biləcəri st. XPŞ-yə gətirilmiş və həmin gün saat 03:05-də üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriya-nömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, tapançanın üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), «GESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonlan mərkəzdən alışan, 05 ədəd atəşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri və etirazlar: Həmin hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: ibtidai araşdırma tamamilə qanunsuz aparılmışdır. Polis əməkdaşları məni tutduqları zaman üzərimdə silah olmamışdır. Polis əməkdaşları məni polis bölməsinə apardıqdan sonra mənə mənəvi və psixi işgəncə vermişlər. Məni polis bölməsinə apardıqdan sonra sənədləri imzalamadığım təqdirdə məni CM-in 234.4.3-cü maddəsi ilə cəzalandıracaqlarını bildirdilər. Ailə üzvlərimə dostlarıma qarşı cinayət işi açacaqları ilə məni hədələdilər. Məcbur qalıb sənədləri imzaladım. Birinci instansiya məhkəməsində həqiqətləri bildirsəm də məhkəmə deyilənləri nəzərə almadı. Heç bir sübut olmadan mənə cəza verdi. Həmin hökmdən Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli hökmünün ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir: Məhkəmə baxışı zamanı zamanı dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişəm. Təqsirləndirilən şəxs törətdiyi CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti qanunla dövriyyəsi qadağan olunmuş odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranış sahəsindəki ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs ictimai yerdə yüksək təhlükəliyə malik odlu silah hesab edilən və yaxın məsafələrdə hücum silahı xarakterinə malik alət olan, atəşə yararlı tapança və döyüş sursatlarını gəzdirməsi, onun sağlam həyat tərzi yaşamayaraq gələcək niyyətinin cəmiyyət üçün faydalı deyil cinayətkar məqsədlərə xidmət edəcəyindən ibarət real ehtimal olmaqla, şəxsiyyətinin sosial təhlükəliliyi ilə xarakterizə olunur. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlülkəliliyinə dəlalət edən haldır. Lakin, məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hala xüsusi diqqət yetirməyərək cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Halbuki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair” işlər üzrə məhkəmə təcrübəsi haqqınca Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Eyni zamanda, son dövrlərdə daxili işlər orqanlarının əməkdaşlarına qarşı qanunsuz olaraq əldə olunmuş odlu silahlarla müqavimət halları təhlil edilərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin aktuallığı daha da nəzərə çarpır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən yenidən hazırkı cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə tərəfindən əməlində residiv olan, heç bir yüngülləşdirən halı olmayan, törədilmiş cinayət əməlində özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur ki, təyin edilmiş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə, eləcə də ölkəmizdə bu sahədə aparılan islahatlara uyğun olmamışdır. Bununla da məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdiyini, apellyasiya protestini isə əsassız hesab etdiyini bildirdi və məhkəmədən apellyasiya protestinin təmin edilməməsini, təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X2 apellyasiya protestini müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxs daha əvvəl də məhkum olunub və məhkumluğu ödənilməyib, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi hədlərdə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddəsində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin əsas dəlili, birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsindən ibarət olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili isə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsindən ibarət olmuşdur. Apellyasiya protestindən və apellyasiya şikayətindən göründüyü kimi nə apellyasiya protestində, nə də apellyasiya şikayətində cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində Təqsirləndirilən şəxs ictimai yerdə yüksək təhlükəliyə malik odlu silah hesab edilən və yaxın məsafələrdə hücum silahı xarakterinə malik alət olan, atəşə yararlı tapança və döyüş sursatlarını gəzdirməsinin, onun sağlam həyat tərzi yaşamayaraq gələcək niyyətinin cəmiyyət üçün faydalı deyil cinayətkar məqsədlərə xidmət edəcəyindən ibarət real ehtimal olmaqla, şəxsiyyətinin sosial təhlükəliliyi ilə xarakterizə olunması qeyd edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası CM həmin Məcəllə ilə nəzərdə tutulmuş əməlləri (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölür. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayətini nəzərdə tutur ki, həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi törədilmiş cinayət az ağır cinayətlər qrupuna aiddir. Şəxsin əməlinin təhlükəliliyinə qiymət verərkən onun törədilməsi ehtimal ehtimal edilən cinayət deyil, törətmiş olduğu (yaxud hazırlıq və ya cəhd) cinayət əməli qiymətlənidirlir. Bundan başqa şəxsin CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmetlərini şəxs tərəfindən başqa bir cinayəti törətmək məqsədilə əldə etməsi, saxlaması və daşıması müəyyən edilmiş olsa idi onun əməli cinayətlərin məcmusu halında qiymətləndirilərdi ki, hazırkı halda şəxs yalnız CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilir. Apellyasiya protestinin məhkəmə tərəfindən əməlində residiv olan, heç bir yüngülləşdirən halı olmayan, törədilmiş cinayət əməlində özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunması ilə bağlı apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi, həmçinin cəza təyin edərkən CM-in 65.2-ci maddəsinin tələblərini (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.) Qeyd edildiyi kimi CM-in 228.1-ci maddəsi iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs isə 1 il 09 ay müddətinə, yəni CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin yarısından çox müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Göründüyü kimi dövlət itithamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxsin cəzasının ağırlaşdırılması istiqamətində olmaqla, ittiham tərəfinin subyektiv mülahizələrindən ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində ibtidai araşdırmanın tamamilə qanunsuz aparıldığı, heç bir sübut olmadan məhkəməsin ona cəza verdiyi qeyd edilsə də, apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halı nəzərə almışdır. Göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onun mülahizələrinə əsaslanmaqla əsassız olmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Həmin qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, işin halları nəzərə alaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növünü və həddini onun islah olunması üçün yetərli hesab edir. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları (müsbət xarakterizə olunmasını), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halların olamdığını, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməsini, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(001)-303/2024 nömrəli hökmü veriliş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(001)-303/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar