Məhkəmə qərarları › İş №1(103)-1917/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1917/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1917/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 1(101)-1018/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: X10, hakimlər X7 və X4) 11 avqust 2022-ci il tarixli, 1(101)-1018/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi, döyüş sursatını əldə etmə, saxlama, daşıma, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 01 ədəd odlu silah olan PH-4229M nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 01 ədəd darağı və 02 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilən patronu qanunsuz olaraq əldə etmiş, həmçinin qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 4,474 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,474 qram çəkidə psixotrop maddə metamfetamini və 01 ədəd odlu silah olan PH-4229M nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 01 ədəd darağı və 02 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilən patronu İdarə etdiyi “Chevrolet Aveo" markalı 99EM225 dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb daşımış, 10 noyabr 2021-ci il tarixdə saat 19:45 radələrində, ictimai yer hesab edilən Sumqayıt-Bakı avtomobil yolunun şəhərə girəcəkdə yerləşən tuneldən keçən hissəsində, yəni Bakı şəhəri Yasamal rayonu ərazisindəki “20 yanvar” dairəsi adlanan yerin yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı, 99EM225 dövlət qeydiyyat nişanlı avtomobili həmin yolda onunla eyni istiqamətdə sağ hərəkət zolağında hərəkət edən, tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin bərabərinə yaxınlaşdırıb, həmin vaxt yolda hərəkətdə olan çoxsaylı avtomobillərdəki şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, insanlar arasında bərqərar olmuş davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək idarə etdiyi avtomobilin şüşəsini aşağı endirib silah qismində istifadə etdiyi Makarov konstruksiyalı PM modelli həmin tapançanı Zərərçəkmiş şəxs tərəf tuşlayıb nümayiş etdirmiş, daha sonra isə həmin tapançadan bir dəfə havaya atəş açmaqla qərəzli xuliqanlıq etmiş, bu barədə Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 70 ünvanında saxlanılaraq ünvan 4ər Baş Polis İdarəsinin inzibati binasına gətirilib orada idarə etdiyi “Chevrolet Aveo” markalı, 99EM225 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 01 ədəd odlu silah olan PH-4229M nömrəli, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd darağ və 01 ədəd döyüş sursatı hesab edilən patron, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,474 qram çəkidə psixotrop maddə metamfetamin və hadisə yerindən 01 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA 63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan 9 mm kalibrli PH-4229M nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan atılmış-giliz aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 228.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkotik vasitəni satmasının təsdiq olunmaması, habelə məhkəmə istintaqı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyini və onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etdiyini nəzərə alıb onun mövqeyi ilə razılaşaraq Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq cinayətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi ilə tam əhatə olunduğu qənaətinə gələrək, şəxsin əməlini ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə, habelə Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etməklə həmin maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs öz hökmü ilə təqsirli bilmişdir. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə ona Azərbaycan Respublikası CM-nin 221.1, 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək özünü müdafiə xarakterli ziddiyyətli ifadələr vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamin çəkisi şəxsi istehlak miqdarından 29 dəfə artıq, yəni 4,474 qram olmuş, bu da onun məhz psixotrop maddə metamfetamini satması üçün əldə etməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki psixotrop maddə metamfetamini satış məqsədi İlə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq psixotrop maddə metamfetaminin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə əməlin tövsifində düzgün mövqe sərgiləməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin istər ibtidai istintaq, istər məhkəmə baxışı zamanı verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə vermiş olduğu özünümüdafiə xarakterli ifadələrdir. Buna baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən külli miqdarda 4,474 qram psixotrop maddə metamfetamin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz hökmündə müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Lakin şəxsin tutumasından sonra təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanlarına hər-hansı digər məlumatların daxil olmaması həmin şəxs tərəfindən psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Göstərilənlərdən aydın görünür ki, məhkəmə ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə heç bir qanuni və hüquqi əsas olmadan yalnız təqsirləndirilən şəxsin mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız hökm çıxarmışdır. Hesab edir ki, məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmdən narazı olduğunu, əsassız olaraq təqsirli bilinib məhkum edildiyini qeyd edib Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünün ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin edilməsini, eləcə də cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin isə təmin edilərək məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsas olmadığını qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 1(101)-1018/2022 saylı hökmünün dəyişdirlmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 221.1-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, hadisənin baş verməsini özündə əks etdirən videogörüntünün və digər sənədlərin (maddi sübutların) sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, məhkum edilmiş şəxsin apellyasiya şikayətində əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirini mübahisələndirməklə barəsində hər üç maddə ilə bəraətin verilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər üç əməlinə münasibətdə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Avtomobilə baxış keçirilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı avtomobilə yaxınlaşılaraq sağ qabaq qapını açıb salona vizual baxış zamanı sürətlər qutusunun yanından bir ədəd “İphone” markalı və bir ədəd “ark” yazısı olan mobil telefonlar, oturacaqların arasından Təqsirləndirilən şəxs deməsinə əsasən avtomobilin üzərindən çıxarılmış iki ədəd **-EM-*** dövlət qeydiyyat nişanı, avtomobilin arxa yük yerindən iki ədəd qara rəngli gödəkcə, bir ədəd ağ rəngli kişi şalvarı, şəxsi istifadəsində olan dərmanlar, vintaçan, alışqan, təsbeh, ətir, dəmir sep, sol qabaq qapının aşağı cib hissəsində “PH 4229” nömrəli silah darağı ilə birlikdə, daraqda 01 ədəd patron, 01 ədəd qatlanan bıçaq və qabaq sol tərəfdə ayaq altının altından 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar edilərək avtomobilin mühərrik örtüyünün üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş “PH 4229” nömrəli silah, 01 ədəd patron, 01 ədəd bıçaq və 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddəyə oxşar kütlə ilə bağlı suallar verilən zaman sonuncu qeyri-adekvat hərəkətlər nümayiş etdirərək sualları cavablandırmaqdan imtina etməklə heç bir sənədi imza etməyəcəyini bildirmişdir. Avtomobildən aşkar olunmuş “PH 4229” nömrəli silah sandıqca ilə birlikdə, 01 ədəd patron, 01 ədəd bıçaq və 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə ayrılıqda paketə qoyulmaqla qablaşdırılaraq möhürlənmiş, həmin qablaşdırmanın üzəri hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin hər iki mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində orta əsas yoldan sağ tərəfdə yerləşən köməkçi yolun sol tərəfində olan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ensiz yola videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti üzərində yerləşən körpüyə paralel köməkçi yolun sol tərəfindəki piyadaların “20 Yanvar” dairəsinə tərəf hərəkət etdikləri yoldur. Köməkçi yolun sağ tərəfində "xxxx" ASC-nin inzibati binası yerləşir. Həm körpünün üzərində, həm də köməkçi yolda avtomobillərin hərəkəti sıxlıq təşkil etmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində idarə etdiyi “Kia Rio” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “20 Yanvar” dairəsinə çatmamış bir nəfər naməlum şəxsin dövlət qeydiyyat nişanı olmayan ağ rəngli avtomobildən əlində olan silahla onu hədələdiyini, həmin şəxsin əlindəki qara rəngli silahı bir neçə dəfə ona tərəf tutduğunu, həmin sürücünün köməkçi yolla 20 Yanvar dairəsi istiqamətində, onun özünün isə körpünün üstü ilə hərəkətini davam etdirdiyini, bir qədər sonra gurultu səsi eşitdiyini bildirmişdir. Hadisə yerinə baxışı davam etdirilərkən Zərərçəkmiş şəxs avtomobili ilə körpünün üzərində hərəkət edərkən təxminən gurultu səsini eşitdiyi yeri göstərməsi təklif edildikdə sonuncu həmin vaxt avtomobillərin hərəkətinin həm körpünün üzərində, həm də köməkçi yolda çox sıx olduğunu, bu səbəbdən körpünün üzərinə çıxanda təxminən 30-40 metr məsafə qət etdiyini, ona silah tuşlayan sürücünün isə köməkçi yolda təxminən ondan bir qədər çox, yəni 50-60 metr məsafə qət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs gurultu səsi eşitdiyi köməkçi yolun sol tərəfində yerləşən və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yola diqqətlə baxış keçirilərkən üzəri bir qədər palçıq olan yerdən bir ədəd 9x18 kalibrli giliz aşkar edilərək götürülmüş və qablaşdırılaraq üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Hərəkətin intensivliyi və adamların çoxluğu nəzərə alınaraq hadisə yerinə baxış haqqında protokol Bakı Şəhər Baş Polis İdarəsində tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətinin xx.xx.2022-ci il tarixli 003-826-1222 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd fleşkarta keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, feşkartda Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 2- 064, TŞ 2-131 və TŞ 2-134” nömrəli kameralarının xx.xx.2021-ci İl tarixli saat 19:00-dan 20:30-dək olan müddətdəki videogörüntülərini özündə əks etdirən, hər birindəki görüntülər təxminən 90 dəqiqə davam edən (“TŞ2-064 3-2021-11- 10_19h00min00s000ms” faylı istisna olmaqla) və üzərində “TŞ2-064 1-2021-11- 10j9h00min00s000ms”, “TŞ2-064 2-2021-11- 10_19h00min00s000ms”, “TŞ2-064 3-2021- 11-10JƏhOOminOOsOOOms”, “TŞ2-064 4-2021- 11-10_19h00min00s000ms”, “TŞ2-131 1- 2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 2- 2021-11-10_19h00min00s000ms”, “TŞ2- 131 3-2021-11-10_19h00min00s000ms”, “TŞ2-134 1-2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 2-2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 3-2021-11- 10_19h00min00s000ms” yazıları olan 10 ədəd video fayl vardır. Həmin fayllardakı videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, habelə “20 Yanvar” dairəsi ətrafında və həmin dairə üzərindəki körpüdə xx.xx.2021-ci il tarixdə saat 19:00-dan 20:30-dək avtomobillərin hərəkəti qeydə alınmışdır. Lakin hava qaranlıq olduğundan, habelə bəzi videofayllardakı görüntülər keyfiyyətsiz olduğundan görüntülər aydın deyil. Baxış zamanı “TŞ2-131 3-2021- 11- 10_19h00min00s000ms” faylındakı videogörüntülərdən başqa iş üçün əhəmiyyət kəsb edən görüntülər aşkar edilməmişdir. “TŞ2-131 3-2021-11-10_19h00min00s000ms” faylındakı videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin gün saat 19:48-də iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi "KİA Rİo” markalı, 90-ZU004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə “20 Yanvar” dairəsi üzərindəki körpüyə tərəf şəhər istiqamətində hərəkət edir. Onun arxasınca isə bir yük avtomobili hərəkət edir. Qarşıda avtomobillərin sıxlığı yarandığından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil qısa müddət hərəkətini dayandırır, bu vaxt yük avtomobilinin arxa hissəsində sağ tərəfindən arxa dövlət qeydiyyat nişanı üzərində olmayan “Chevrolet” markalı, ağ rəngli avtomobil keçərək yük avtomobilindən qarşıda dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin bərabərinə yaxınlaşır. Lakin bundan sonra yük avtomobili görüntünün qarşısını kəsdiyindən “Chevrolet” markalı həmin avtomobil görünmür. Bir qədər sonra isə yolda avtomobillərin hərəkət sıxlığı olduğundan avtomobillərin həddən artıq aşağı sürətlə hərəkəti davam edir. Hərəkət bir qədər davam etdikdən sonra arxa dövlət qeydiyyat nişanı olmayan “Chevrolet” markalı, ağ rəngli avtomobil körpünün sağ tərəfi ilə “20 Yanvar” dairəsi istiqamətində, Zərərçəkmiş şəxs idarə etdiyi “KİA RİO” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə körpünün üstü istiqamətində aşağı sürətlə hərəkətini davam etdirir. Məhkəmə-ballistik eksperizasının 12 noyabr 2021-ci il tarixli 21/643R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PH-4229M Nə-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronudur və döyüş sursatıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə Rusiya dövlətində 1997- ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA 63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış - gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 9 mm kalibrli PH-4229M Ne-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır (cild 1, iş vərəqə 84-93). Şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin idarə etdiyi avtomobili onun avtomobilinin sağ tərəfi ilə hərəkət etdirərək qara rəngli tapança çıxarıb ona nümayiş etdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş PH-4229M nömrəli “Makarov” konstruksiyalı tapançanın, habelə arxa hissəsində 050/08 rəqəmləri həkk olunmuş 1 ədəd patronun və 77/97 rəqəmləri həkk olunmuş 1 ədəd gilizin Daxili İşlər Nazirliyində qeydiyyatda olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 012- 78-1222 saylı cavabdan görünür ki, “Makarov” markalı PH-4229M №li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur. Daxili İşlər Nazirliyinin 08.01,2019-cu il tarixli Q5-001-19 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş, kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”ın tələbinə əsasən yalnız istehsalçı müəssisə tərəfindən və ya icazə sistemində qeydiyyata alınarkən verilmiş fərdi nömrəsi olan talanmış, itirilmiş və ya aşkar edilmiş (müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş) silah və sursatın Baş Əməliyyat və Statistik İnformasiya idarəsində mərkəzləşdirilmiş axtarış uçotları aparılır. Odur ki, arxa hissəsində 050/08 rəqəmləri həkk olunmuş 1 ədəd patron və 77/97 rəqəmləri həkk olunmuş 1 ədəd gilizin fərdi seriya və nömrəsi olmadığı üçün uçotu aparılmır və həmin sursatların aşkar olunması, təhvil verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur (cild 2, iş vərəqə 75). Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 2/536 saylı cavab məktubundan görünür ki, PH-4229M zavod nömrəli 9 mm-lik “Makarov” markalı tapança 03 fevral 2022-ci il tarixinə olan məlumata əsasən silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Arxa hissəsində “050-08” rəqəmləri həkk olunan 9 mmlik tapança patronu Azərbaycan istehsallı döyüş sursatı hesab edilir və Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və texnika İdarəsinin Raket- Artileriya Silahları xidmətində qeydiyyatdadır. Arxa hissəsində “77-97" rəqəmləri həkk olunan 9 m-lik tapança patronu və onun gilizi Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və texnika İdarəsinin Raket-Artileriya Silahları xidmətində qeydiyyatdan keçmir. Məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 6/5022 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,474 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,424 qram təşkil etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 01 noyabr 2020-ci il tarixdən "xxxx" MMC Media qrupuna daxil olan “ARB” televiziya kanalında Xəbərlər Departamentinin müxbiri vəzifəsində çalışır. Artıq bir neçə ildir ki, atasına məxsus “Kia Rio” markalı, 90-ZU004 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 noyabr 2021-ci il tarixdə həmin avtomobillə Müşfiqabad qəsəbəsindən şəhərə qayıdarkən, təxminən saat 19:45 radələrində Sumqayıt- Bakı avtomobil yolu ilə hərəkət edib Bakı Beynəlxalq Avtovağzalının yanından keçib şəhər istiqamətində getmək üçün “Şamaxinka” deyilən ərazidəki tunelin içindən keçərək tunelin sonuna yaxınlaşanda ağ rəngli, “Chevrolet” markalı avtomobili idarə edən təxminən 24-25 yaşlarında, üzü saqqalı və başında idman “kepka”sı olan şəxs həmin avtomobili əvvəlcə onun avtomobilinin sağ tərəfi ilə hərəkət etdirərək qara rəngli tapança çıxarıb əlində ona tərəf nümayiş etdirərək nə isə deməyə başlamışdır. Ancaq onun öz avtomobilinin şüşəsi bağlı olduğundan həmin şəxsin, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs nə dediyini eşitməmiş və başa düşməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz avtomobilinin şüşəsini aşağı salıb əlindəki silahı ona doğru tuşlayaraq əlini aşağı-yuxarı hərəkət etdirərək yenə nəsə deməyə başlamış, lakin o, Samirin dediklərini eşitmədiyindən nə dediyini başa düşə bilməmişdir. Bununla belə Samirin bu hərəkətlərindən çox qorxduğundan həddən artıq güclü həyacan keçirməyə başlamış və avtomobilin sürətini bir qədər azaltmışdır ki, həmin şəxs ondan uzaqlaşıb getsin. Yolda avtomobillərin hərəkəti intensiv olduğundan Təqsirləndirilən şəxs arxadan sürətlə hərəkət edən avtomobillərin ona mane olduğunu görüb bir qədər qarşıya keçməli olmuşdur. Həmin vaxt onun avtomobilin arxa hissəsində dövlət qeydiyyat nişanının olmadığını görmüşdür. Daha sonra həmin şəxs tunelin çıxacağından sağa dönərək Yasamal istiqamətində, o isə körpünün üstü ilə hərəkət etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs getdiyi tərəfdən gurultu səsi, yəni silah atəşinə oxşar səs eşitdiyindən və bu, onda həddən artıq böyük həyəcan və qorxu yaratdığından çox çətinliklə avtomobili idarə edib metronun “Neftçilər” stansiyası yaxınlığında yaşayan qardaşıgilə getmişdir. O, hadisə barədə qardaşına məlumat verib baş verənləri ona danışmışdır. Bu hadisədən çox böyük qorxu, həyəcan və sarsıntı keçirdiyindən bir müddət özünə gələ bilməmiş, bir qədər sakitləşib özünü ələ alandan sonra bu barədə hüquqmühafizə orqanlarına müraciət etmək qərarına gəlmiş və “Facebook” sosial şəbəkəsi vasitəsilə Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova hadisə ilə bağlı müraciət ünvanlamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs bağışlamır və barışmır. Ona qarşı etdiyi hərəkətə görə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs isə həm ibtidai araşdırma dövründə, həmdə birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində avtomobildən aşkar olunmuş 1 ədəd “Makarov” tipli tapançanın, onun darağının, patronun və psixotrop maddənin ona heç bir aidiyyəti olmadığını, Xırdalan şəhərindən metronun “20 Yanvar” stansiyası istiqamətində Bakı şəhərinə qayıdarkən şəhərin girəcəyindəki tuneli keçəndən sonra əlində olan telefonla Almaz Nağıyeva ilə görüntülü danışdığını, həmçinin digər əlində siqaret olduğunu, həmin vaxt avtomobildə olan alışqan tapançanı götürüb siqareti yandırdığını, həmin alışqan tapançanı heç kimə tuşlamadığını, həmin vaxt avtomobillə gedərkən tapançanı əlində qaldırıb oynatdığından ola bilsin ki, Leyla xanım elə bilmişdir ki, tapançanı ona tuşladığını sandığını, həmçinin polis əməkdaşlarının ona təzyiq etdiyini bildirmişdir. Məhkum edilmiş şəxs tərəfindən verilmiş ifadələrin zərərçəkmiş şəxsin ifadələri və digər sübutlarla qarşılıqlı təhlilində belə qənaətə gəlmək olur ki, sonuncunun məkan, zaman, məzmun baxımından, demək olar ki, zərərçəkmiş şəxsin ifadəsi ilə eyni olan ifadə verməsi təsadüf olmamaqla, məhkum edilmiş şəxs bu ifadəsi ilə sadəcə oyuncaq tapança ilə müvafiq hərəkətləri etdiyini bildirməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır ki, məhkəmə kollegiyası onun bu cəhdini qurulmuş uğursuz müdafiə taktikası kimi qiymətləndirir. Məhkum edilmiş şəxsin psixotrop maddənin ona heç bir aidiyyəti olmaması və əlində olan əşyanın oyuncaq tapança olması ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən dəlilər “Avtomobilə baxış keçirilməsi haqqında” və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli protokollarla, ekspert rəyləri (tədqiqata təqdim edilmiş 01 ədəd PH-4229M Nə-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, Həmin giliz tədqiqata təqdim edilmiş 9 mm kalibrli PH-4229M Ne-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır), həmçinin Məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 6/5022 saylı rəyilə və avtomobilə baxış keçirilməsində iştirak etmiş şahidlərin ifadələri ilə tam təkzib edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayəti nəticəsində zor tətbiqinin və özgənin əmlakını məhv edilməməsini nəzərə alaraq onun əməlində qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcud olmamasına əsaslanaraq xuliqanlıq epizodu üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaəti qanunu və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən istinad edilmiş dəlillər birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və sonuncunun CM-in 221.1, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi axtarış və götürmə aparılan zamanı iştirak etmiş polis əməkdaşlarının, hal şahidlərinin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, “Avtomobilə baxış keçirilməsi haqqında” və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli protokollarla, zərərçəkmiş şəxsin ifadəsilə, hadisənin baş verməsini özündə əks etdirən videogörüntülərlə, tanınma protokolu, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşlarının ona təzyiq etməsi ilə bağlı birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı söylədiklərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, o, bu təsirin nədə ifadə olunduğunu dəqiqləşdirə bilmədi. Digər tərəfdən ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərə məruz qalmasına dair göstərdiyi xüsusatların araşdırılaraq hüquqi qiymət verilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilmiş, oradan isə araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından 02 mart 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar kifayət qədər ətraflı şəkildə əsaslandırılmaqla Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalma faktının həqiqəti əks etdirmədiyini təsdiq edir. Göründüyü kimi Təqsirləndirilən şəxs ümumiyyətlə heç bir cinayət törətməməsi ilə bağlı dedikləri iş üzrə kifayət qədər toplanmış biri digərini tamamlayan sübutlarla təkzib edildiyindən, həmin ifadələri müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən ifadələr kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilməməklə ifadəsində göstərdiyi hallar ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmiş və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası CM-nin 221.1, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Verilmiş apellyasiya protestində görünür ki, protest müəllifi məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (dövlət ittihamçısını öz təşəbbüsü ilə əməl CM 221.3-cü maddəsində 221.1-ci maddəsinə tövsif edilib) və 228.1-ci maddələri ilə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmış, yalnız Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə tövsifi edildiyi əməlini mübahisələndirilərək sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi xahiş etmişdir. Belə ki, apellyasiya protestində ilkin dəlil kimi Təqsirləndirilən şəxs psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi faktının əməlin tövsifi zamanı məhkəmə tərəfindən nəzərə alınmaması, göstərilən halın sonuncu tərəfindən psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsini sübut edən amil olması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin çəkisinin şəxsi istehlak miqdarından 29 dəfə artıq, yəni 4,474 qram, bunun da məhz psixotrop maddənin satması üçün əldə etməsi qənaətinə gəlməyə əsas verdiyi göstərilmişdir. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Samir Əmilidən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən edilməmişdir. Halbuki, bu halların müəyyən edilməsi sonuncunun əməlinin tövsif edilməsində mühüm və başlıca rol oynayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Lakin məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş iş materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlaması ilə bağlı heç bir mötəbər sübutlar müəyyən edilməmişdir. Belə olan halda mötəbər sübutların mövcud olmadığı şəraitdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin yalnız külli miqdarda – 4,474 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 4 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmiş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, ibtidai araşdırma zamanı X3 narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi aşkar edilməsi formal olaraq qeyd edilsə də, buna dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə əlavə heç bir əməliyyat –axtarış və ya istintaq hərəkəti aparılmamış, göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmiş, həmçinin X3 əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə heroini əldə etməsinə dair heç bir sübuta istinad edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda olması birmənalı şəkildə məhz həmin şəxsin narkotik vasitəsini satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə imkan vermir. Əksinə Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə heç bir sübutun və məlumatın olmaması, sonuncunun narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi olmadan əldə edib özündə saxlamasına və daşımasına dəlalət edən haldır. Bundan başqa Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə ünvanlamış tapşırığa verilmiş xx.xx.2022-ci il tarixli, 043-1372-1222 saylı cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə alıb əldə edərək saxlaması müəyyən edilmiş, lakin həmin psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır, qeyd edilən xüsusatların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda verilmiş cavab məktubunda qeyd olunan “külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə alıb əldə edərək saxlaması müəyyən edilmiş” ifadəsi digər sübutlar təsdiq olunmadığı halda elan edilmiş ittihamı təsdiq edən sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan (16 may 2022-ci il tarixli məhkəmə iclas protokolu) görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 verilmiş suallara cavab olaraq Samir Əliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumatın olmadığını bildirmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd odlu silah PH-4229M nömrəli Makarov konstruksiyalı, (PM) modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 02 ədəd döyüş sursatı hesab edilən patronları, həmçinin külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbələrin, habelə aşkar olunmuş odlu silah, döyüş sursatı və psixotrop maddənin hansı məqsədlərlə əldə edilməsi, qanunsuz əldə olunmasında Təqsirləndirilən şəxs hər hansı digər şəxs və ya şəxslərlə qabaqcadan əlbirliyinin olub-olmaması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı edilmiş əməlin baş verdiyi vaxt hadisə yerində olmuş avtomobillər və hadisənin şahidi olmuş digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə ünvanlanmış tapşırığa verilmiş xx.xx.2021-ci il tarixli, 043-5307-1221 saylı cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində qeyd edilən xüsusatların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilsə də, müsbət nəticə əldə edilməmişdir. Apellyasiya protestinin digər əsası kimi psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq psixotrop maddə metamfetaminin külli miqdarda əldə edilməsinin mümkünlüyü göstərilmişdir ki, bu isə öz növbəsində elə verilmiş apellyasiya protestinin özündə əks olunmuş bu dəlilin işin faktiki hallarına deyil, şəxsi mülahizələrə və gələcəkdə ola biləcək ehtimallara əsaslanmasının göstəricisidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə qarşı irəli sürülmüş ittiham ehtimallara əsaslana bilməz və yalnız biri digərini tamamlayan mötəbər sübutlarla təsdiqlənməlidir. Belə olan halda irəli sürülmüş ehtimallara dəlil kimi istinad edilməsi və həmin ehtimallar əsasında məhkəmə istintaqında iş üzrə mübahisəsiz qaydada öz təsdiqini tapmış halların təkzib edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə birinci instansiya məhkəməsində məhkəmə istintaqında, istərsə də apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddəni əldə etməsinə və yaymasına, psixotrop maddə əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır ki, belə olan halda işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməkdə tam haqlı olmuşdur. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, valideynlərinin hər ikisinin ikinci qrup əlil olmalarını, cəzanı ağırlaşdıran halın isə müəyyən olunmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair 11 avqust 2022-ci il tarixli, 1(101)-1018/2022 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə və məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayətləri və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar