Məhkəmə qərarları › İş №1(103)-194/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-194/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-194/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X8, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Şam-Fİ X4” MMC-də satış təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi ev 49-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayev) 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 10 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentİnin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01,04,2004-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN**********) ərzaq və qida məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan “Şam-Fİ X4” məhdud məsuliyyətli cəmiyyətində 1 may 2020-ci il tarixdən 9 dekabr 2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən həmin MMC ilə arasında bağlanmış 1 may 2020-ci il tarixli əmək və tam maddi- məsuliyyət haqqında müqavilələrə əsasən özgə əmlakını talama məqsədilə ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni təyin olunmuş ərazi üzrə MMC-yə məxsus malların müştərilərə satılması və satılmış mallara görə müştərilərin MMC-yə olan borclarının nağd formada yığılıb MMC-nin kassasına gündəlik təhvil verilməsi səlahiyyətlərinə malik məsul şəxs kimi, vahid qəsdlə davamlı olaraq onun sifarişi ilə xidməti ərazisi olan Bakı şəhərinin Xəzər və Sabunçu rayonları üzrə müxtəlif ünvanlarda yerləşən ayrı-ayrı ticarət obyektlərinə MMC-nin anbarından rəsmi sənədlərə əsasən, o cümlədən 05.05.2020-ci il tarixli MERF**********13 nömrəli, 06.05.2020-ci il tarixli-MERF**********52 nömrəli, 08.05.2020-ci il tarixli-MERA**********08 nömrəli, 12.05.2020-ci il tarixli - MERF**********58 nömrəli,12.05.2020-ci il tarixli-MERF**********81 nömrəli, 13.05.2020-ci il tarixli - MERF**********42 nömrəli, 22.05.2020-ci il tarixli-MERF**********21 nömrəli, 26.05.2020-ci il tarixli- MERF**********49 nömrəli, 27.05.2020-ci il tarixli - MERF**********24 nömrəli, 02.06.2020-ci il tarixli -MERF**********38 nömrəli,02.06.2020-ci il tarixli -MERF**********49 nömrəli,03.06.2020-ci il tarixli -MERF**********73 nömrəli, 05.06.2020-ci il tarixli - MERR**********46 nömrəli, 05.06.2020-ci il tarixli -MERF**********80 nömrəli, 09.06.2020-ci il tarixli -MERA**********59 nömrəli, 09.06.2020-ci il tarixli -MERA**********78 nömrəli,10.06.2020-ci il tarixli, MERR**********98 nömrəli, 12.06.2020-ci il tarixli - MERN**********97 nömrəli,23.06.2020-ci il tarixli -MERA**********28 nömrəli,24.06.2020-ci il tarixli -MERF**********89 nömrəli, 26.06.2020-ci il tarixli -MERA**********25 nömrəli, 26.06.2020-ci il tarixli -MERA**********10 nömrəli, 29.06.2020-ci il tarixli -MERF**********57 nömrəli,01.07.2020-ci il tarixli -MERA**********94 nömrəli, 03.07.2020-ci il tarixli - MERF**********17 nömrəli, 07.07.2020-ci il tarixli -MERF**********89 nömrəli, 07.07.2020-ci il tarixli -MERF**********52 nömrəli, 07.07.2020-ci il tarixli -MERA**********81 nömrəli, 08.07.2020-ci il tarixli -MERA**********34 nömrəli,08.07.2020-ci il tarixli -MERA**********36 nömrəli, 14.07.2020-ci il tarixli -MERA**********87 nömrəli, 14.07.2020-ci il tarixli - MERF**********20 nömrəli, 14.07.2020-ci il tarixli -MERA**********92 nömrəli, 17.07.2020-ci il tarixli -MERF**********28 nömrəli, 21.07.2020-ci il tarixli -MERA**********81 nömrəli, 21.07.2020-ci il tarixli -MERA**********99 nömrəli, 22.07.2020-ci il tarixli -MERF**********38 nömrəli, 22.07.2020-ci il tarixli -MERF**********57 nömrəli, 24.07.2020-ci il tarixli - MERF**********59 nömrəli, 24.07.2020-ci il tarixli -MERF**********63 nömrəli, 07.2020-ci il tarixli -MERF**********64 nömrəli, 28.07.2020-ci il tarixli -MERF**********59 nömrəli, 28.07.2020-ci il tarixli -MERF**********96 nömrəli, 29.07.2020-ci il tarixli -MERF**********09 nömrəli, 29.07.2020-ci il tarixli -MERF**********12 nömrəli, 29.07.2020-ci il tarixli - MERA**********70 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********61 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********56 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********48 nömrəli, 04.08.2020-ci il tarixli -MERF**********17 nömrəli, 06.08.2020-ci il tarixli -MERR**********75 nömrəli, 06.08.2020-ci il tarixli -MERR**********73 nömrəli, 06.08.2020-ci il tarixli - MERR**********72 nömrəli, 07.08.2020-ci il tarixli -MERF**********71 nömrəli,10.08.2020-ci il tarixli -MERF**********87 nömrəli,10.08.2020-ci il tarixli -MERF**********30 nömrəli, 11.08.2020-ci il tarixli -MERR**********92 nömrəli, 11.08.2020-ci il tarixli -MERR**********95 nömrəli, 12.08.2020-ci il tarixli -MERF**********69 nömrəli, 13.08.2020-ci il tarixli - MERA**********75 nömrəli, 13.08.2020-ci il tarixli -MERA**********77 nömrəli,14.08.2020-ci il tarixli -MERF**********27 nömrəli, 17.08.2020-ci il tarixli -MERF**********77 nömrəli, 17.08.2020-ci il tarixli -MERF**********78 nömrəli,17.08.2020-ci il tarixli-MERF**********26 nömrəli, 18.08.2020-ci il tarixli -MERA**********52 nömrəli,18.08.2020-ci il tarixli - MERA**********60 nömrəli, 20.08.2020-ci il tarixli -MERF**********25 nömrəli, 20.08.2020-ci il tarixli -MERF**********49 nömrəli, 24.08.2020-ci il tarixli -MERF**********80 nömrəli,24.08.2020-ci il tarixli -MERF**********14 nömrəli, 24.08.2020-ci il tarixli - MERF**********26 nömrəli,24.08.2020-ci il tarixli -MERF**********29 nömrəli, 25.08.2020-ci il tarixli -MERF**********22 nömrəli, 28.08.2020-ci il tarixli -MERA**********37 nömrəli, 31.08.2020-ci il tarixli -MERF**********76 nömrəli, 01.09.2020-ci il tarixli -MERF**********76 nömrəli, 01.09.2020-ci il tarixli -MERF**********79 nömrəli, 01.09.2020-ci il tarixli - MERF**********82 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********32 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********81 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********00 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********12 nömrəli, 07.09.2020-ci il tarixli -MERF**********73 nömrəli,07.09.2020-ci il tarixli -MERF**********10 nömrəli, 08.09.2020-ci il tarixli - MERF**********41 nömrəli, 08.09.2020-ci il tarixli -MERF**********75 nömrəli, 10.09.2020-ci il tarixli -MERF**********56 nömrəli, 10.09.2020-ci il tarixli-MERF**********57 nömrəli, 10.09.2020-ci il tarixli -MERF**********93 nömrəli, 11.09.2020-ci il tarixli -MERA**********54 nömrəli, 11.09.2020-ci il tarixli,-MERA**********70 nömrəli, 11.09.2020-ci il tarixliMERA**********88 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********23 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********30 nömrəli,14.09.2020-ci il tarixli -MERF**********38 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********39 nömrəli, 14.09.2020-ci il tarixli - MERF**********41 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********44 nömrəli, 15.09.2020-ci il tarixli - MERA**********61 nömrəli, 15.09.2020-ci il tarixli -MERA**********23 nömrəli, 15.09.2020-ci il tarixli -MERA**********44 nömrəli,17.09.2020-ci il tarixli -MERA**********02 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********61 nömrəli, 18.09.2020-ci il tarixli - MERF**********95 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********01 nömrəli, 18.09.2020-ci il tarixli - MERF**********13 nömrəli, 21.09.2020-ci il tarixli -MERF**********90 nömrəli, 21.09.2020-ci il tarixli -MERF**********58 nömrəli, 22.09.2020-ci il tarixli -MERF**********07 nömrəli, 2.10.2020-ci il tarixli -MERF**********57 nömrəli, 02.10.2020-ci il tarixli - MERF**********61 nömrəli, 02.10.2020-ci il tarixli -MERF**********71 nömrəli, 02.10.2020-ci il tarixli - MERF**********73 nömrəli, 05.10.2020-ci il tarixli -MERF**********34 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********19 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********20 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********24 nömrəli, 06.10.2020-ci il tarixli - MERF**********50 nömrəli, 08.10.2020-ci il tarixli -MERF**********45 nömrəli, 08.10.2020-ci il tarixli - MERF**********58 nömrəli, 09.10.2020-ci il tarixli -MERR**********92 nömrəli,09.10.2020-ci il tarixli -MERR**********98 nömrəli, 09.10.2020-ci il tarixli - MERR**********08 nömrəli, 12.10.2020-ci il tarixli -MERF**********88 nömrəli,12.10.2020-ci il tarixli -MERF**********45 nömrəli,13.10.2020-ci il tarixli -MERF**********78 nömrəli, 13.10.2020-ci il tarixli - MERF**********08 nömrəli, 15.10.2020-ci il tarixli -MERF**********54 nömrəli, 15.10.2020-ci il tarixli -MERF**********09 nömrəli, 16.10.2020-ci il tarixli - MERF**********80 nömrəli,16.10.2020-ci il tarixli -MERF**********88 nömrəli, 19.10.2020-ci il tarixli - MERF**********81 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********47 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********52 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********54 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********56 nömrəli, 20.10.2020-ci il tarixli - MERR**********80 nömrəli, 23.10.2020-ci il tarixli -MERF**********38 nömrəli, 23.10.2020-ci il tarixli - MERF**********52 nömrəli,23.10.2020-ci il tarixli -MERF**********74 nömrəli,26.10.2020-ci il tarixli -MERF**********64 nömrəli, 27.10.2020-ci il tarixli - MERF**********24 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********15 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********16 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********18 nömrəli, 30.10.2020-ci il tarixli - MERR**********88 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********90 nömrəli, 30.10.2020- ci il tarixli -MERR**********91 nömrəli, 30.10.2020-ci il tarixli - MERR**********06 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********14 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********17 nömrəli, 02.11.2020-ci il tarixli -MERF**********59 nömrəli,03.11.2020-ci il tarixli - MERR**********71 nömrəli, 03.11.2020-ci il tarixli - MERR**********02 nömrəli, 03.11.2020-ci il tarixli -MERR**********04 nömrəli,04.11.2020-ci il tarixli -MERF**********17 nömrəli, 10.11.2020-ci il tarixli -MERF**********25 nömrəli, 10.11.2020-ci il tarixli -MERF**********26 nömrəli,10.11.2020-ci il tarixli -MERF**********27 nömrəli, 11.11.2020-ci il tarixli - MERF**********86 nömrəli,12.11.2020-ci il tarixli - MERF**********58 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********59 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********66 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********73 nömrəli, 13.11.2020-ci il tarixli -MERR**********10 nömrəli, 13.11.2020-ci il tarixli -MERR**********15 nömrəli,13.11.2020-ci il tarixli - MERR**********16 nömrəli, 16.11.2020-ci il tarixli - MERF**********10 nömrəli, 16.11.2020-ci il tarixli -MERF**********30 nömrəli, 16.11.2020-ci il tarixli -MERF**********35 nömrəli, 17.11.2020-ci il tarixli -MERR**********82 nömrəli, 17.11.2020-ci il tarixli -MERR**********98 nömrəli,17.11.2020-ci il tarixli -MERR**********06 nömrəli, 17.11.2020-ci il tarixli - MERR**********08 nömrəli, 17.11.2020-ci il tarixli - MERR**********13 nömrəli, 18.11.2020-ci il tarixli -MERF**********70 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********01 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********13 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********17 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********38 nömrəli, 20.11.2020-ci il tarixli - MERF**********07 nömrəli, 20.11.2020-ci il tarixli - MERF**********22 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********23 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********36 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********37 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********36 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********39 nömrəli,23.11.2020-ci il tarixli - MERF**********50 nömrəli, 23.11.2020-ci il tarixli - MERF**********60 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********66 nömrəli,24.11.2020-ci il tarixli -MERF**********83 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********86 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********88 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********91 nömrəli, 24.11.2020-ci il tarixli - MERF**********97 nömrəli, 25.11.2020-ci il tarixli - MERR**********08 nömrəli,25.11.2020-ci il tarixli -MERR**********12 nömrəli, 26.11.2020-ci il tarixli -MERF**********87 nömrəli, 26.11.2020-ci il tarixli -MERF**********95 nömrəli,,27.11.2020-ci il tarixli -MERR**********88 nömrəli, 27.11.2020-ci il tarixli - MERR**********15 nömrəli, 27.11.2020-ci il tarixli - MERR**********17 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********18 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********19 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********22 nömrəli, 30.11.2020-ci il tarixli -MERF**********08 nömrəli,01.12.2020-ci il tarixli -MERR**********10 nömrəli, 01.12.2020-ci il tarixli - MERR**********24 nömrəli, 01.12.2020-ci il tarixli - MERR**********25 nömrəli, 03.12.2020-ci il tarixli -MERR**********91 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********40 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********46 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********63 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********64 nömrəli, 04.12.2020-ci il tarixli - MERF**********66 nömrəli, 07.12.2020-ci il tarixli - MERR**********74 nömrəli, 07.12.2020-ci il tarixli -MERR**********75 nömrəli, 07.12.2020-ci il tarixli- MERR**********86 nömrəli, 07.12.2020-ci il tarixli -MERR**********87 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********40 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********49 nömrəli, 08.12.2020-ci il tarixli - MERF**********50 nömrəli, 08.12.2020-ci il tarixli - MERF**********51 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********74 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********79 nömrəli, ümumi 226 ədəd qaimə faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 31544,55 manat (otuz bir min beş yüz qırx dörd manat əlli beş qəpik) dəyərində ərzaq məhsullarını Bakı şəhəri, Xəzər və Sabunçu rayonu ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək həmin malların 2971,45 manat (iki min doqquz yüz yetmiş bir manat qırx beş qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən ərzaq məhsulları kimi cəmiyyətin anbarına qaytarması, marketlərə satdığı məhsulun müqabilində ödəniş kimi qəbul etdiyi 14062,62 manat (on dörd min altmış iki manat altmış iki qəpik) pul vəsaitini MMC-nin xəzinəsinə köçürməsi, eləcə də 10.12.2020-ci il tarixdən 12.12.2020-ci il tarixədək satış nöqtələri üzrə aparılmış yoxlama zamanı satış nöqtələri tərəfindən 2.036,37 manat (iki min otuz altı manat otuz yeddi qəpik) dəyərində məhsulun cəmiyyətin anbarına geri qaytarılması və 547,53 manat (beş yüz qırx yeddi manat əlli üç qəpik) məbləğdə pul vəsaitinin MMC-yə ödənilməsi, habelə satış nöqtələrinin MMC-yə 5.304,11 manat (beş min üç yüz dörd manat on bir qəpik) məbləğdə pul vəsaitini borclu qalması nəzərə alınmaqla təhkim olunduğu Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində həmin ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra həmin pulu cəmiyyətin ünvan 2 ünvanda yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib “Şam-Fİ X4” MMC-yə məxsus olmaqla ona etibar olunmuş 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qəsdən həmin cəmiyyətə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,549 qram psixotrop maddə olan metafetamini əldə edərək üzərində, habelə təmiz çəkisi 603,0 qram narkotik vasitə olan heroini və təmiz çəkisi 25,583 qram psixotrop maddə olan metafetamini əldə edib idarə etdiyi “Hyundai” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış və daşımış, 10 mart 2021ci ildə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi 36 nömrəli ünvanda yerləşən "ABU" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunaraq orada üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, habelə ünvan 4 ünvanın qarşısında saxladığı onun müvəqqəti istifadəsində olan Hyundai markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün dəvəti, icazəsi və iştirakı ilə baxış keçirilərkən qeyd edilən avtomobilin arxa yük hissəsindən satış məqsədi ilə əldə edərək saxladığı və daşıdığı bir ədəd sellofan torbanın içərisində 9 ədəd ayrıayrılıqda bükümlərdə təmiz çəkiləri 21,048 qram, 0, 929 qram, 0,490 qram, 0,439 qram, 0,445 qram, 0,455 qram, 0,471 qram, 0,426 qram, 0,880 qram, ümumi təmiz çəkisi 25,583 qram çəkidə, külli miqdarda psixotrop maddə metafetamin və 2 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 143 qram və 460 qram olmaqla, ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın ağır olduğunu qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və məhkum edilmiş şəxsə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə razı deyil və hesab edir ki, o, Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinin tələblərinə uyğun olmadığına görə dəyişikliyə məruz qalmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2021-ci tarixli hökmü qanuni qüvvəyə minməmişdir. Amma Təqsirləndirilən şəxs valideynləri “X2 Kompani” MMC-yə vurulmuş zərərin ödənilməsi barədə razılıq əldə etmişlər. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsi məsələsinə yenidən baxılması zərurəti yaranmışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə etdiyi, həmçinin həmin şikayətə yazılı dəqiqləşdirmə təqdim edərək məhkum edilmiş şəxsin müharibədə yaralanıb əlil olmasını, azyaşlı uşaqlarının olmasını, həmçinin tərəfindən verilmiş apellyasiya şikayətində istinad etmiş olduğu halların nəzərə alınmaqla birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyi qeyd edərək, məhkəmə kollegiyasından müdafiəçisinin səsləndirdiyi yüngülləşdirici halların nəzərə alınmasını, bununla da verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X10 çıxışında ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar və birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxsin təqsirini sübuta yetirən halların məcmusu ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlində təqsirinin tam olaraq sübuta yetirildiyini qeyd etmişdir. Dövlət ittihamçısı həmçinin birinci instansiya məhkəməsinin hökmünün tam olaraq qanuni və əsaslı olduğunu bildirib, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 təqdim etdiyi zərərçəkmiş şəxs “X3 Company” MMC-nin 15 noyabr 2021-ci il tarixli, 277 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 tərəfindən 2000 manat ödəniş edilmiş, qalan məbləğin isə ödənilməsinə dair öhdəlik götürdüyü nəzərə alınmaqla MMC-nin Təqsirləndirilən şəxs qarşı iddia və tələbi yoxdur. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə məhkum edilmiş şəxsə cəza təyin olunarkən yuxarıda qeyd olunan bu halı müvafiq olaraq birinci instansiya məhkəməsinin hökmünün çıxarılmasından sonra yaranmış xüsusat kimi nəzərə alaraq belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs “X3 Company” MMC-nin Təqsirləndirilən şəxs barışması əlavə olaraq yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxs “X3 Company” MMC ilə barışıq əldə etməsi, onların məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmaması sonuncuya münasibətdə, barəsində hökm çıxarıldığı zaman mövcud olmasa da, apellyasiya baxışı zamanı müəyyən edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə təyin edilmiş cəzanın müddətini azaltmaqla da məhkum edilmiş şəxsin islah edilməsinin mümkünkünlüyünə dəlalət edir ki, bu da öz növbəsində diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini əlavə yüngülləşdirici hal kimi, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə (həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təyin edilmiş qəti cəzaya münasibətdə) hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Digər tərəfdən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxsin az yaşlı uşağının olmasına istinad edərək göstərilən halın Təqsirləndirilən şəxs münasibətdə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması xahiş olunmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən istinad edilən yüngülləşdirici hal məhkum edilmiş şəxsə cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən artıq nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 04 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 04 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Əli Seyfəliyev Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar