Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-194/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X9, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmü ilə (hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi ilə) xx xxxx 1995-ci il tarixdə Tərtər rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küç., dalan 02-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penimensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 204.1-ci maddəsinə əsasən «06» (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının «12» oktyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, 2021-ci ilin avqust ayında ünvan 1 ünvanda yerləşən kirayədə yaşadığı evdə satış məqsədi ilə ümumilikdə 3.240 manat məbləğində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektləri istintaqa məlum olmayan avadanlıqla axınlı çap üsulu ilə hazırlayıb üzərində saxlayaraq, 12 oktyabr 2021-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Maykovski küçəsində yerləşən Sabunçu dəmir yolu vağzalının inzibati binasının birinci mərtəbəsinə daşımış və özünü şübhəli apardığına görə həmin gün saat 12:30 radələrində, Sabunçu st. XPŞ-in əməkdaşları tərəfindən Sabunçu st. XPŞ-in növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 13:20 radələrində üzərində «şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama» aparılan zaman əynində olan hərbi gödəkçənin sağ döş cibindən 26 ədəd A45982584 seriyalı 100 manatlıq, 5 ədəd B38417637 seriyalı 50 manatlıq, 10 ədəd B05081129 seriyalı 20 manatlıq, 7 ədəd A06497520 seriyalı 10 manatlıq, 14 ədəd A09929581 seriyalı və 10 ədəd A09929589 seriyalı 5 manatlıq, ümumlikdə 3.240 manat saxta pul əskinasları aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmünü ləğv edib, barəsində bəraət hökmü və ya iş üzrə icraata xitam verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: mənə qarşı irəli sürülmüş tamamilə yalandır. Mən heç bir pul əskinazını çap etməmişəm. Mənə verilən saxta pul əskinazlarını Rahib adlı şəxs və onunla birgə bir nəfər məni döyərək işgəncə verərək, ailəmlə hədə-qorxu gələrək, pulları işlədiyim şadlıq sarayında dəyişməyimi tələb etdilər. Mən razılaşmayanda isə məni pis döyərək, işgəncə verdilər. Qeyd etdiyim hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, barəmdə ədalətsiz hökm çıxarmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X15 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona verilmiş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən fotoqraf kimi fəaliyyət göstərir. 12 oktyabr 2021-ci il tarixdə, saat təxminən 12:30 radələrində kirayədə yaşadığı ünvan 2 ünvandan çıxıb Sabunçu dəmir yolu vağzalının inzibati binasının içərisindən keçib şəhərə getmək istəyərkən binanın içərisində, yəni birinci mərtəbəsində bir nəfər polis əməkdaşı yaxınlaşıb ondan hərbçi olub-olmadığını soruşmuşdur. Bu zaman o həmin polis əməkdaşına hərbçi olmadığını, sadəcə olaraq həvəskar olduğu üçün bu formanı geyindiyini bildirmişdir. Onu sürüyə-sürüyə polis bölməsinə aparmışlar. Ona verilmiş ittihamı qəbul etmir. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, D.Y.N.P.İ-in Sabunçu st.XPŞ-in məsul növbətçisi vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış,onunla heç bir münasibəti olmamışdır. 12 oktyabr 2021-ci il tarixdə, saat 12:30 radələrində Sabunçu st.XPŞ-in əməkdaşları tərəfindən Sabunçu Dəmir yolu vağzalının inzibati binasında üzərində şevronları və papağı olmayan baş leytenant rütbəsində olan natamam hərbi geyimli bir nəfər şəxsin şübhəli hərəkətlərinə görə saxlanılaraq Sabunçu st.XPŞ-nə gətirilmiş şəxsin şəxsiyyəti müəyyən edilərkən Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra tərəfindən iki nəfər şəxs hal şahidi dəvət olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə onun əynində olan hərbi gödəkçənin döş cibindən real pul əskinaslarma bənzərliyinə görə şübhə doğuran ümumilikdə 3.240 manat, əlavə olaraq 3 manat, 2 ədəd qızılı rəngli üzük, 3 ədəd açar, 1 ədəd metro kartı və 1 ədəd Samsung», 1 ədəd «HTC», 1 ədəd «Hisense» markalı mobil telefon aparatları aşkar edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə, saat 12:40 radələrində Sabunçu st.XPŞ-in ə məkdaşları onu tərəflərindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi təklif olunmuş və təkliflə razılaşdıqdan sonra dəvət olunmuş tanımadığı başqa bir nəfər şəxslə birlikdə Sabunçu st.XPŞ-nə gəlmişdir. Orada onun iştrakı ilə şevronları və papağı olmayan baş leytenant rütbəsində olan natamam hərbi geyimdə olan özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə baxış keçriləcəkdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə onun əynində olan hərbi gödəkçənin döş cibindən real pul əskinazlarına bənzərliyinə görə şübhə doğuran ümumilikdə 3.240 manat, əlavə olaraq 3 manat, 2 ədəd qızılı rəngli üzük, 3 ədəd açar, 1 ədəd metro kartı və 1 ədəd «Samsung», 1 ədəd «HTC», 1 ədəd «Hisense» markalı mobil telefon aparatları aşkar edilmişdir. Sonra F.B. Məmmədlinin üzərindən aşkar edilmiş saxta olması hesab olunan ümumilikdə 3.240 manat pula baxış keçirilərkən həmin pulların 26 ədəd 100 manatlıq, 5 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 7 ədəd 10 manatlıq və 24 ədəd 5 manatlıq pul əskinazları olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin pulları əvvəllər yaşadığı evində saxladığı rəngli printer vasitəsi ilə surətlərini çıxarmasını və üzərində çoxlu pul saxlamasını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qəhrəman oğlu X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, DYNPİ-in Sabunçu st.XPŞ-in PPXT-in manqa komandiri vəzifəsində çalışır, polis baş serjantı xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 12 oktyabr 2021-ci il tarixdə iş yoldaşı Şahid6 ilə birlikdə Sabunçu dəmir yolu vağzalının inzibati binasında xidmət aparan zaman saat 12:30 radələrində üzərində şevronları və papağı olmayan baş leytenant rütbəsində olan natamam hərbi geyimli 1 nəfər şəxsin şübhəli hərəkətlərinə görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişdir. Bundan sonra həmin şəxsə özünü təqdim etməsi, o cümlədən xidməti vəsiqəsini göstərməsi təklif edildikdə, həmin şəxs şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmamasını və heç bir yerdə işləməməsini bildirdikdə, onlar onu Sabunçu st.XPŞ-nə dəvət etmişlər. XPŞ-nə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyənləşdirildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Sabunçu st.XPŞ-in məsul növbətçisi, polis mayoru Şahid1 tərəfindən iki nəfər şəxs hal şahidi dəvət olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə, onun əynində olan hərbi gödəkçənin döş cibindən real pul əskinazlarma bənzərliyinə görə şübhə doğuran ümumilikdə 3.240 manat, əlavə olaraq 3 manat, 2 ədəd qızılı rəngli üzük, 3 ədəd açar, 1 ədəd metro kartı və 1 ədəd «Samsung», 1 ədəd «HTC», 1 ədəd «Hisense» markalı mobil telefon aparatları aşkar edilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş saxta olması hesab olunan ümumilikdə 3240 manat pula baxış keçirilərkən həmin pulların 26 ədəd 100 manatlıq, 5 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 7 ədəd 10 manatlıq və 24 ədəd 5 manatlıq pul əskinazları olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin pulları əvvəllər yaşadığı evində saxladığı rəngli printer vasitəsi ilə surətlərini çıxarmasını və üzərində çoxlu pul saxlamasını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladıdır, yaxşı münasibətləri vardır. Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, subaydır, 2016-ci ildə saxta pul istifadə etdiyinə görə Tərtər Rayon Məhkəməsi tərəfindən 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. 30 aprel 2021-ci il tarixdə azadlığa çıxdıqdan sonra Fərid Bakı şəhərində kirayədə qalırmış, çox az vaxtlarda yaşadıqları Tərtər rayonu Əskipara kəndinə gedirdi. Oğlu Təqsirləndirilən şəxs nə işlə məşğul olmasından heç bir məlumatı olmamış, çünki Fərid azadlığa çıxdıqdan sonra çox vaxt Bakı şəhərində qalırdı. Buna görə də Fəridin nə işlə məşğul olmasından və saxta pulları harada və nə məqsədlə hazırlamasından heç bir məlumatı olmamışdır. Nə ona və nədə ki, övladı S.B.Məmmədliyə qarşı heç bir şəxs tərəfindən heç vaxt hədə-qorxu və qanunsuz hərəkətlər olunmamışdır. Fəridin kimlərlə münasibətdə olmasından heç bir məlumatı olmamış, çünki Fərid azadlığa çıxdıqdan sonra çox vaxt Bakı şəhərində qalırdı. O, isə Tərtər rayon Əskipara kəndində qalırdı. Buna görə də Fəridin kimlərlə ünsiyyət qurmasından məlumatı olmamışdır. +994- 50-514-24-46 mobil nömrə onun istifadəsindədir, qeyd olunan telefon yazışmaları Fərid ilə onun arasında olmuşdur. Fəridlə əmisi Zakir arasında olan pulun qaytarılmasına görə Fəridlə aralarında telefon vasitəsi ilə danışıqlar və SMS yazışmaları olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. ***-***-**-** mobil nömrə bacısı G.Ə.Əsədovanın adına olsa da həmin nömrəni anası Z.Ə.Əsədova istifadə edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, uşaq vaxtından sonuncunu tanıyır normal münasibətləri olmuşdur. Telefon yazışmaları F.B. Məmmədli ilə onun arasında olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin avqust ayında ondan işə düzəltmək adı ilə tez bir zamanda qaytaracağına söz verib 190 manat boc pul almışdır. Bundan başqa yenə də Təqsirləndirilən şəxs bir neçə dəfə az miqdarda pul vermişdir. Həmin vaxtdan bir ay keçmiş Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmadığı üçün anasının istifadəsində olan 050-399- 14-63 nömrəsindən pulunun geri qaytarılması məqsədi ilə Fəridə mesajlar yazmağa başlasa da, Fərid müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmırdı. Bir müddət sonra atası ona bildirmişdir ki, Fərid ona pul qaytarmayacaq pulu birdə Fəriddən istəməsin, Fəridin əmisi ilə yaxşı münasibəti var. O, da bundan sonra Fəriddən pulu istəməmiş və əlaqəni kəsmişdir. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində atası ona bildirmişdir ki, Fəridi saxta pulla tutublar və onu X21 Şöbəsinin əməkdaşları Şöbəyə dəvət edirlər. Ola bilsin ki, o ardı-arda Fəriddən pulunu tələb etdikdə, sonuncu ona aldatmaq üçün belə bir mesajlar yazmışdır. Fəriddən həmişə pulunu tələb etdikdə gah orda olduğunu və gah başqa yerdə olduğunu deyib onunla danışıqdan yayınırdı. Təqsirləndirilən şəxs saxta pul əskinaslarının hazırlaması və istifadə etməsindən heç bir məlumatı olmamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/1152 saylı, 13 oktyabr 2022-ci il tarixli sənədlərin məhkəmə texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd A 09929589, 14 ədəd A 09929581 eyni seriya və nömrəli 5 Azərbaycan manatı, 07 ədəd A 06497520 eyni seriya və nömrəli 10 Azərbaycan manatı, 10 ədəd B 05081129 eyni seriya və nömrəli 20 Azərbaycan manatı, 05 ədəd B 38417637 eyni seriya və nömrəli 50 Azərbaycan manatı, 26 ədəd A 45982584 eyni seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar obyektlər axınlı çap üsulu ilə hazırlanmışlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş 10 ədəd A 09929589, 14 ədəd A 09929581 eyni seriya və nömrəli 5 Azərbaycan manatı, 07 ədəd A 06497520 eyni seriya və nömrəli 10 Azərbaycan manatı, 10 ədəd B 05081129 eyni seriya və nömrəli 20 Azərbaycan manatı, 05 ədəd B 38417637 eyni seriya və nömrəli 50 Azərbaycan manatı, 26 ədəd A 45982584 eyni seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarma oxşar obyektlərin hər hansı fraqmenti sonradan dəyişdirilməmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası X18 Şəxsin 2747 saylı, 22 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X1 Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və X4 məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkum edilmiş şəxsin və kifayət qədər dindirilmiş şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə əks olunmuş ifadələrini, onların məzmunu öyrənərək, tam, hərtərəfli və obyektiv, mötəbərliyi üzrə qiymətləndirərək ona bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkum edilmiş şəxs apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlilləri qismində göstərilən halları təsdiq edəcək hər hansısa bir sübut təqdim edilə bilməmişdir. Sözügdən hallar isə cinayət işi materialında öz əksini tapan sübutlarla tam təkzib edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətnin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digət sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin sanksiyası daxilində 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini və ağırlaşdıran hall kimi əməlində cinayətlərin residivi olmasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(008)-300/2022 saylı hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-194/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-194/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver