Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1941/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun, onun müdafiəçisi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi - Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkum olunmamış, "xxxx" MMC-nin avtonəqliyyat idarəsində sürücü işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkum olunmamış, Bakı şəhəri ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair, xx xxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)- 314/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə, digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi ilə) xx.xx.2025-ci il tarixli, 1(003)-314/2025 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablanməş və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun yaşadığı, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmas, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yer üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmiş, cəzasının əvvəli aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanması, cəzasını iş yerində çəkməsi, hökmün icrasına nəzarəti yaşayış yeri üzrə Probasiya şöbələrinə həvalə edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmiş, cəzasının əvvəli aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanması, cəzasını iş yerində çəkməsi, hökmün icrasına nəzarəti yaşayış yeri üzrə Probasiya şöbələrinə həvalə edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə, saat 16:55 radələrində ünvan 4 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında qızı Təqsirləndirilən şəxs2 kürəkəni Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə bir-birlərinin ünavnına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyyəsinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs2 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs2 saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs3 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 6 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə, saat 16:55 radələrində ünvan 8 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında qızı Təqsirləndirilən şəxs2 kürəkəni Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə birbirlərinin ünvanına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı - ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs1 da əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyysinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs2 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs2 saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 9 ünvanında yerləşən Xəzər rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə, saat 16:55 radələrində ünvan 8 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında onun Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə bir-birlərinin ünavanına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünü şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək Əlizadə X1 Ülkər Fərman qızını saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs3 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı - ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs1 da əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyysinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 12 ünvanında yerləşən Xəzər rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)- 314/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş hadisədə Təqsirləndirilən şəxs1 heç bir təqsiri yoxdur, ona qarşı irəli sürülmüş ittiham və təqsirli bilinməsi tamamilə əsassızdır. Təqsirləndirilən şəxs1 həmin cinayəti törətməsi, cinayət hadisəsinə bağlılığı və aidiyyətinin olması barədə iş materiallarında heç bir dəlil və ya sübut yoxdur. Ona görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır. Araşdırmanın nəticəsi müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılması ilə yekunlaşmalı olduğu halda, məhkəmə ədalətlilikdən kənar rəftar nümayiş etdirərək ittiham hökmü çıxarmışdır. Məhkəmə işin obyektiv həlli ilə bağlı mühüm halları təsdiq edən faktlara birtərəfli yanaşmaqla, Təqsirləndirilən şəxs1 cinayəti törətməyi barədə heç bir sübutun olmamasına əhəmiyyət verməmiş, açıq-aşkar qanunsuzluq etmişdir. Həmçinin, baş vermiş hadisədə Təqsirləndirilən şəxs1 hər hansı bir təqsiri olmasını düşünsək belə verilən ittiham və hüquqi tövsif düzgün olmamışdır. Belə ki, baş vermiş hadisənin başlanma səbəbləri, təşəbbüskarı, Təqsirləndirilən şəxs1 hadisədəki rolu onu deməyə əsas verir ki, baş vermiş hadisə üzrə Təqsirləndirilən şəxs1 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri yoxdur. Hadisənin təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmamış, onun tərəfindən başlanmamış, hadisənin başlanma səbəbi isə ailədə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi olmuşdur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət isləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluqunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarş ı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmçinin, baş vermiş hadisədə Təqsirləndirilən şəxs1 hər hansı bir təqsiri olmasını düşünsələr belə, məhkəmə tərəfindən təyin edilən cəza işin hallarına, şəxsin şəxsiyyətinə, ailə həyat şəaritinə uyğun olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 rəsmi əmək müqaviləsi əsasında Azərenerjidə çalışır və onun iş qrafiki saat 08:00-dan 05:00-a kimidir. Onun funskiyası Azərenerji işçilərinin daşınmasından ibarətdir. Baş verən qəzalar üzrə iş qrafiki dəyişə bilir, hətta, gecə saatılarında da hadisə baş vermiş ərazilərə işçilərin daşınması zərurəti yarana bilir. Həmçinin, yaşadığı Zirə qəsəbəsindən Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən iş yerinə vaxtında ünvana çatmaq üçün Təqsirləndirilən şəxs1 ən geci səhər saat 06:00 radələrində evdən çıxır. Bu onu deməyə əsas verir ki, təyin edilən cəza Təqsirləndirilən şəxs1 iş qrafikini pozmuş olacaqdır. Təqsirləndirilən şəxs1 Azərenerjidə daşıdığı vəzifələr vardır və həmin vəzifələr özündə dövlətin vətəndaş qarşısında vəzifələrini özündə ehtiva edir. Təqsirləndirilən şəxs1 rəsmi iş yeri və aylıq əmək haqqı vardır. Bu xüsusatlar ola-ola barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi düzgün deyildir. Onun barəsində də alternativ cəza kimi islah işləri cəzası tətbiq oluna bilərdi. Məhkəmə işin obyektiv həlli ilə bağlı mühüm halları təsdiq edən yüngülləşdirici hallara səthi yanaşmaqla Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirici halların olmasına və məsuliyyətini ağırlaşdırıcı halların olmamasına əhəmiyyət verməmiş, açıq-aşkar ağır cəza təyin etmişdir. Məhkəmənin yekun qənaəti əsassız olmaqla ədalətli deyildir. Birinci instansiya məhkəməsi cəza təyin etmənin məqsədinə və mahiyyətinə uyğun olmayan, təqsirləndirilən şəxsin törətdiyi əməlin müqabilində simvolik cəza təyin etmişdir ki, bu da cinayət qanununun təqsirə görə məsuliyyət prinsipinə ziddir. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)- 314/2025 nömrəli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə apellyasiya şikayətləri verərək hökmün ləğv edilməsini və barələrində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən heç bir əsas olmadan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Halbuki, baş vermiş hadisə təhlükəsizlik kamerasının altına baş vermiş, qeydə alınan video cinayət işinə əlavə edilmişdir. Həmin videogörüntülərin izlənilməsi hadisəni təfsilatı ilə ortaya qoyacaqdır. DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan görüntü qapalı məkanda dəhlizdə qeydə alınmışdır, görüntünün yuxarı hissəsində xx.xx.2024, 16:55 göstərir, dəhlizdə divarların kənarına qara rəngli yumşaq mebellər düzülmüşdür, görüntüdə sağda iki qadın əyləşmiş, bir uşaq isə ayaq üstə dayanmışdır, görüntünün xx.xx.2024-cü il tarixi, saat 16:55:23-də dəhlizin yuxarı hissəsindən iki qadın gələrək divanda əyləşmiş qadınların qarşısından keçərkən göy rəngli gödəkçə geyinmiş qadın əyləşmiş qadınlara tərəf çevrilərək nəsə deyir və əlini uzadır, bu zaman divanda əyləşmiş qadınlardan qara rəngli gödəkçə geyinmiş qadın ayağa duraraq həmin göy rəngli gödəkçə geyinmiş qadının arxası ilə gedir və dəhlizin sonunda pilləkənin yuxarı hissəsində göy rəngli gödəkçə geyinmiş qadının yanında olan dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın geri qayıdaraq arxaları ilə gələn qara rəngli gödəkçə geyinmiş qadının boğaz nahiyyəsinə əl atır, qara rəngli gödəkçə geyinmiş qadında həmin dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadının əlini qaytarır, bu zaman divanda əyləşmiş qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onların arxası ilə gedir və həmin anda dəhlizdə olan qabaqda qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi, onun arxası ilə qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi onlara yaxınlaşır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi qadınların arasına girir və əli ilə qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadının sinə hissəsindən itələyir, həmin anda qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi həmin qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişini tutaraq qadınlara qarşı əl qol atmasını saxlayır, həmin anda dəhlizdə onlara tərəf gələn boz rəngli pencək geyinmiş başında kepka olan kişi həmin qarışıqlığın içərisinə daxil olur və orada olan şəxslərin hamısı pilləkənlərin yuxarı hissəsindən birlikdə dəhlizə gəlirlər. Həmin anda dəhlizdə hamısı yerə yıxıldığı anda boz pencəkli kişi əli ilə yerdə olan qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsi yumruqla vurmağa başlayır, həmin an qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsin ayaqları yerdən üzülən zaman ayağı orada olan uşağa dəyir və uşaq yerə yıxılır, bu anda pencəkli kişini kənara çəkərkən göy geyimli qadın, qara rəngli palto geyinmiş qadının saçlarından tutaraq dəhlizə tərəf çəkir, həmin anda yenidən boz rəngli pencək geyinmiş şəxs qara gödəkçə və qara köynək geyinmiş şəxsi yumruqlarla vurmağa başlayır, həmin an kənar şəxslər onları sakitləşdirirlər. Videogörüntü 2 dəq 50 saniyə davam edir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın həyat yoldaşı X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan və onu vuran şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun özüdür, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun atası Təqsirləndirilən şəxs1dur, göy rəngli gödəkçə geyinmiş qadın anası X2r, qara rəngli gödəkçə geyinmiş qadın keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş əri Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qaynatası Şahid1dur. Baxış zamanı təqsirləndirilən şəxs X5 bildirdi ki, göy rəngli gödəkçə geyinmiş qadın onun özüdür qara gödəkçə və qara köynək geyinmiş şəxs əri Təqsirləndirilən şəxs1dur, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, qara gödəkçə geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın qardaşı Sənanın keçmiş qayananası X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qardaşı Sənanın kemiş həyat yoldaşı və onu əli ilə sifət nahiyyəsindən vuraraq saçından tutan Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun qardaşı Sənanın keçmiş qaynatası və onun baş və bədənin müxtəlif nahiyyələrindən vuran Təqsirləndirilən şəxs1dur, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın anası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi qardaşı Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs atası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onun özüdür, qara gödəkçə geyinmiş şəxs onun qızı Zərərçəkmiş şəxs2dır, göy rəngli gödəkçə geyinmiş qadın oğlu Sənanın keçmiş qayananası və onun saçından tutub dartaraq vuran X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun oğlu Sənanın kemiş həyat yoldaşı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun oğlu Sənanın keçmiş qaynatası Təqsirləndirilən şəxs1dur, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi oğlu Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs əri Şahid1dur. Həmçinin, iş materiallarında olan Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar məhkəmənin iş rejimi 10 dəqiqə müddətində pozulmuşdur. Baş vermiş hadisədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir təqsiri yoxdur, onlara qarşı irəli sürülmüş ittiham və təqsirli bilinmələri tamamilə əsassızdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayəti törətmələri, cinayət hadisəsinə bağlılığı və aidiyyətinin olması barədə iş materiallarında heç bir dəlil və ya sübut yoxdur. Araşdırmanın nəticəsi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması ilə yekunlaşmalı olduğu halda məhkəmə ədalətlilikdən kənar rəftar nümayiş etdirərək ittiham hökmü çıxarmışdır. Məhkəmə işin obyektiv həlli ilə bağlı mühüm halları təsdiq edən faktlara birtərəfli yanaşmaqla, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayəti törətməyi barədə heç sübutun olmamasına əhəmiyyət verməmiş, açıq-aşkar qanunsuzluq etmişdir. Həmçinin, baş vermiş hadisədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər hansı bir təqsiri olmasım düşünsək belə verilən ittiham və hüquqi tövsif düzgün olmamışdır. Belə ki, baş vermiş hadisənin başlanma səbəbləri, təşəbbüskarı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadəsədəki rolu onu deməyə əsas verir ki, baş vermiş hadisə üzrə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri yoxdur. Hadisənin təşəbbüskarı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olmamış, onlar tərəfindən başlanmamış, hadisənin başlanma səbəbi isə ailədə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi olmuşdur. B.Yusifovamn şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət isləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluqunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. AR KM Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsinin şərh edilməsinə dair 20 may 2011 -ci il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarş ı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 Hacıbala oğlu, onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayətlərində göstərilən əsaslarla hökmün ləğv edilməsini və təsirləndirilən şəxslərin barələrində bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Eyni zamanda Təqsirləndirilən şəxs1 Hacıbala oğlu və onun müdafiəçisi Müdafiəçi4 əlavə olaraq bildirdilər ki, Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun işini nəzərə aldıqda ona ağır cəza təyin edilmişdir. Ona görə də, əgər onun barəsində bəraət hökmü çıxarılmasa, onda Təqsirləndirilən şəxs1 digər daha yüngül cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı3 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-314/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə lazımi qaydada məlumat verməmişlər. Məhkəmə kollegiyası işdə iştirak etməyən zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, digər Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-314/2025 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin bəraət hökmü çıxarılmasını, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya instansiyasında çıxışında birinci instansiya məhkəməsinin onun barəsində çıxarmış olduğu ittiham hökmünün ləğv edilməsi və barələrində bəraət hökmünün çıxarılması olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlar tam olaraq sadalanmamaqla, bəzi sübutların hazırki qərarda qeyd olunmasını əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində bildirmişdir ki, qızı Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayında Şahid2la rəsmi nikaha daxil olumuşlar və Sənan onun qızı Şəhriyyəni döyməsi ilə əlaqədar qızı 2024-cli ilin aprel ayında evə qayıtmış və döyülməsi ilə əlaqədar polisə şikayət etmişlər. xx.xx.2024-cü il tarixində, saat 16 radələrində Xəzər Rayon Məhkəməsində qızının döyülməsi ilə əlaqədar məhkəmə prosesi gedirmiş. O, qızı və həyat yoldaşı, kürəkəni Sənan və atası Fərman məhkəmə zalında ifadə verirmişlər, həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşlar. Məhkəmə prosesi başa çatmış, yoldaşı Firuzə qızı Şəhriyyənin ardı ilə o, Sənan və Fərman zaldan çıxıb dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər onun qızı və yoldaşının üzərinə gəlmələrini görmüşdür. Onlar bir-birilərini tutduqlarından o, onları ayirmaq məqsədilə yaxınlaşmaq istəyəndə Sənan onu arxadan tutub yumruğu ilə başına vurmağa başlamış, həmin vaxt Sənanın atası Fərman ona yaxınlaşaraq yumruğu ilə göz nahiyyəsinə zərbə endirmiş, onu yerə yıxmış və yerdə onu döyməyə başlamışlar. Bundan sonra məhkəmə işçiləri və orada olan tanımadıqları adamlar onları ayırmışlar. O, Ülkəri və Sevinci vurmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Sənanın onun qızını döyməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrində Xəzər Rayon Məhkəməsində məhkəmə prosesi olmuşdur. Həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşlar. Prosesdən sonra zaldan çıxaraq dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər ona və qızına söz ataraq “səviyyəsizlər gəlirlər” demiş, o, isə onlara nəvəsini göstərərək “qızının başına gəlsin”sözünü demişdir. Bu zaman arxadan Ülkər onun və qızının üstlərinə hücum çəkərək “bilirsən səni neyləyərəm”sözünü işlətmiş, qızı Şəhriyyə dayanaraq “neyləyə bilərsən mənə” deyərək Ülkərə cavab vermişdir. Həmin vaxt Ülkərin Şəhriyyəyə əl atmağını görmüş ve Şəhriyyəni kənara çəkmiş, bundan sonra aralarında mübahisə başlamışdır. Sənanın atası Fərmanla Şəhriyarı döymələrini görmüşdür. Səsə gələn digər şəxslər onları sakitləşdirmişlər. Heç kimi vurmamış, yalnız Sevinci oradan uzaqlaşdırmaq üçün saçından tutub kənara çəkmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində qeyd etmişdir ki, 2023-cü ilin noyabr ayında Şahid2la rəsmi nikaha daxil olmuş və Sənanın onu mütamadi döyməsi ilə əlaqədar 2024-cü ilin aprel ayında evə qayıdıb döyülməsi ilə əlaqədar polisə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:00 radələrində Xəzər Rayon Məhkəməsində onun döyülməsi ilə əlaqədar məhkəmə prosesi gedirmiş. O, anası Firuzə, atası Şəhriyar, Sənan və atası Fərman məhkəmə zalında ifadə vermişlər. Həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşdurlar. Məhkəmə prosesi başa çatmış, o, anası Firuzə, atası Şəhriyar, Sənan və Fərman zaldan çıxıb dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər ona və anasına söz atmışlar. Anası isə Sevincə nəvəsini göstərərək “qızının başına gələcək” sözünü işlətmiş və yola davam edərkən arxadan Ülkər üstlərinə hücum etmişdir. O, heç kimi təhqir etməmiş və vurmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlini Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə oğlundan döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində, saat 16:00 radələrində ailə üzvləri ilə birgə Xəzər Rayon Məhkəməsində məhkəmə prosesində olmuşlar. Şəhriyyə də ailə üzvləri ilə birlikdə orada idi. O və qızı Zərərçəkmiş şəxs2 məhkəmə zalında ifadə verdiklərindən çıxıb dəhlizdə nəvəsi 2018-ci il təvəllüdlü X4 ilə birlikdə oturmuşlar. Bir müddətdən sonra məhkəmə prosesi başa çatmış və həmin vaxt Şəhriyyə, onun anası Firuzə zaldan çıxaraq çıxışa doğru gəlməyə başlamışlar. Şəhriyyə, onun anası Firuzə onunla qızının yanından keçəndə Firuzə bildirmişdir ki, “qızımın taleyini nəvəndən görəsən”. Firuzə bu sözləri deyərək qızı Şəhriyyə ilə pilləkənlərə tərəf getmişdir. Bu zaman Ülkər ayağa duraraq onların arxası ilə gedərək qızına nə üçün elə dediyini soruşmuşdur. O, ayağa durmuş onlara tərəf getmişdir. Bu zaman Şəhriyyə onun qızı Ülkərin baş nahiyyəsinə əl atmışdır. O, araya girərək mübahisəni sakitləşdirmək istəyəndə Firuzənin əri Şəhriyar üzərlərinə gəlmişdir. Bu zaman Şəhriyarı oğlu Sənan tutub saxlamışdır. Lakin Şəhriyar onu və qızını əli ilə vurmağa başladıqda həyat yoldaşı Fərman Şəhriyarın sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt məhkəmə əməkdaşları dava edənləri aralamışlar. Sonra Firuzə onun saçından tutataq kənara aparmışdır. Həmin zaman qarışıqlıq yaranmış və onun halı pisləşmişdir. Təqsirləndirilən şəxslərlə aralarında barışıq yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qardaşı Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlinləri Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə Sənan tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrində o, ailə üzvləri ilə birgə Xəzər rayonu məhkəməsində, məhkəmə prosesində idilər, gəlini Şəhriyyədə ailə üzvləri ilə birlikdə orada olmuşlar. O və anası Zərərçəkmiş şəxs1 məhkəmə zalında ifadə verdiklərindən qızı 2018-ci il təvəllüdlü X4 ilə birlikdə çıxıb dəhlizdə oturmuşdurlar. Bir müddətdən sonra məhkəmə prosesi başa çatmışdır. Həmin vaxt Şəhriyyə və anası Firuzə zaldan çıxaraq çıxışa doğru getməyə başlamışlar. Şəhriyyə və anası Firuzə onların yanından keçəndə anasına Firuzə bildirmişdir ki, “qızımın taleyini nəvəndən görəsən”. Firuzə bu sözləri deyərək pilləkənlərə tərəf getmişdir. Bu zaman o, ayağa duraraq Şəhriyyə və anası Firuzənin arxası ilə gedərək qızına nə üçün elə dediyini soruşmuşdur. Anası da ayağa duraraq onlara tərəf gəlmişdir. Şəhriyyə onun baş nahiyyəsinə əl atmışdır. Anası araya girərək mübahisəni sakitləşdirmək istəyəndə Firuzənin əri Şəhriyar onların üzərlərinə gəlmiş və əli ilə onun baş nahiyyəsindən vurmağa başlamışdır. Bu zaman Sənan Şəhriyarın əllərini tutaraq onu vurmamaq üçün kənara çəkmişlər. Bu zaman dava edənlərin hər ikisi yerə yıxılmışlar və orada olan şəxslər dava edənləri sakitləşdirməyə başlamışlar. Onu ilkin olaraq Şəhriyyə saçını yolmuş, sonradan isə Şəhriyyənin atası Şəhriyar yumruqları ilə baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək xəsarət yetirmişlər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, oğlu Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlini Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə oğlundan döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində, saat 16:00 radələrinda o, ailə üzvləri ilə birgə Xəzər rayonu Məhkəməsində məhkəmə prosesində olmuşdurlar. Gəlini Şəhriyyədə ailə üzvləri ilə birlikdə orada idilər. O və oğlu Sənan məhkəmə zalında ifadə verirmiş, yoldaşı Sevinc və qızı Ülkər isə ifadələrini verdiklərindən dəhlizdə gözləmişdirlər. Məhkəmə prosesi başa çatmış və ilkin olaraq gəlini Şəhriyyə, anası Firuzə zaldan çıxmış, sonra ardınca Şəhriyar, o, və oğlu Sənan zaldan çıxmışdırlar. Zaldan çıxdıqda dəhlizdə Şəhriyyə ilə anası Firuzənin qızı Ülkər və yoldaşı Sevinci döymələrini görmüşdür. Həmin vaxt öndə gedən Şəhriyarın qaçaraq yumruğu ilə yoldaşı və qızını vurmasını görmüşdür. Bu zaman Sənan Şəhriyarı arxadan qucaqlayaraq aralamışdır. Bundan sonra o, da Şəhriyarı bir neçə dəfə yumruqla vurmuşdur. Şəhriyarı vurmasına görə barəsində hökm çıxarılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Şahid2 Bayram oğlu verdiyi ifadəsində digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 05-ə/l514 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər- təpə nahiyyəsinin fluktasiyaedici hematoması və əzilmiş yarası, burunun sıyrığı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən təpə nahiyyəsinin fluktasiyaedici hematoması və əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər, burunun sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi istisna olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 06-ə/1515 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyənin, burnun, sağ əlin qançırları, döş qəfəsinin sıyrığı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X6” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən qapalı kəllə beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyənin qançırları bir zərbənin təsirindən törəndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə istərsə də ayrı-ayrılıqda sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər, burunun, sağ əlin qançırları, döş qəfəsinin sıyrığı isə istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi istisna olunmur. DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan görüntü qapalı məkanda dəhlizdə qeydə alınmışdır, görüntünün yuxarı hissəsində xx.xx.2024, 16:55 göstərir, dəhlizdə divarların kənarına qara rəngli yumşaq mebellər düzülmüşdür, görüntüdə sağda iki qadın əyləşmiş, bir uşaq isə ayaq üstə dayanmışdır, görüntünün xx.xx.2024, saat 16:55:23-də dəhlizin yuxarı hissəsindən iki qadın gələrək divanda əyləşmiş qadınların qarşısından keçərkən göy rəngli gödəkçə geyinmiş qadın əyləşmiş qadınlara tərəf çevrilərək nəsə deyir və əlini uzadır, bu zaman divanda əyləşmiş qadınlardan qara rəngli gödəkçə geyinmiş qadın ayağa duraraq həmin göy rəngli gödəkçə geyinmiş qadının arxası ilə gedir və dəhlizin sonunda pilləkənin yuxarı hissəsində göy rəngli gödəkçə geyinmiş qadının yanında olan dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın geri qayıdaraq arxaları ilə gələn qara rəngli gödəkçə geyinmiş qadının boğaz nahiyyəsinə əl atır, qara rəngli gödəkçə geyinmiş qadında həmin dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadının əlini qaytarır, bu zaman divanda əyləşmiş qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onların arxası ilə gedir və həmin anda dəhlizdə olan qabaqda qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi, onun arxası ilə qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi onlara yaxınlaşır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi qadınların arasına girir və əli ilə qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadının sinə hissəsindən itələyir, həmin anda qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi həmin qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişini tutaraq qadınlara qarşı əl qol atmasını saxlayır, həmin anda dəhlizdə onlara tərəf gələn boz rəngli pencək geyinmiş başında kepka olan kişi həmin qarışıqlığın içərisinə daxil olur və orada olan şəxslərin hamısı pilləkənlərin yuxarı hissəsindən birlikdə dəhlizə gəlirlər. Həmin anda dəhlizdə hamısı yerə yıxıldığı anda boz pencəkli kişi əli ilə yerdə olan qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsi yumruqla vurmağa başlayır, həmin an qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsin ayaqları yerdən üzülən zaman ayağı orada olan uşağa dəyir və uşaq yerə yıxılır, bu anda pencəkli kişini kənara çəkərkən göy geyimli qadın, qara rəngli palto geyinmiş qadının saçlarından tutaraq dəhlizə tərəf çəkir, həmin anda yenidən boz rəngli pencək geyinmiş şəxs qara gödəkçə və qara köynək geyinmiş şəxsi yumruqlarla vurmağa başlayır, həmin an kənar şəxslər onları sakitləşdirirlər. Videogörüntü 2 dəq 50 saniyə davam edir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın həyat yoldaşı X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan və onu vuran şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun özüdür, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun atası Təqsirləndirilən şəxs1dur, göy rəngli gödəkçə geyinmiş qadın anası X2r, qara rəngli gödəkçə geyinmiş qadın keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş əri Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qaynatası Şahid1dur. Baxış zamanı təqsirləndirilən şəxs X5 bildirdi ki, göy rəngli gödəkçə geyinmiş qadın onun özüdür qara gödəkçə və qara köynək geyinmiş şəxs əri Təqsirləndirilən şəxs1dur, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, qara gödəkçə geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın qardaşı Sənanın keçmiş qayananası X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qardaşı Sənanın kemiş həyat yoldaşı və onu əli ilə sifət nahiyyəsindən vuraraq saçından tutan Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun qardaşı Sənanın keçmiş qaynatası və onun baş və bədənin müxtəlif nahiyyələrindən vuran Təqsirləndirilən şəxs1dur, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın anası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi qardaşı Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs atası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onun özüdür, qara gödəkçə geyinmiş şəxs onun qızı Zərərçəkmiş şəxs2dır, göy rəngli gödəkçə geyinmiş qadın oğlu Sənanın keçmiş qayananası və onun saçından tutub dartaraq vuran X2r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun oğlu Sənanın kemiş həyat yoldaşı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun oğlu Sənanın keçmiş qaynatası Təqsirləndirilən şəxs1dur, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi oğlu Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs əri Şahid1dur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar məhkəmənin iş rejimi 10 (on) dəqiqə müddətində pozulmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibinin olmaması barədə apellyasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə tam təkzib olunur. Bu baxımdan apellyasiya şikayətlərinin həmin dəlillərinə tənqidi yanaşılaraq müdafiə taktikası kimi baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəs ilə məhkum edilməsinə dair hissədə bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi,zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxslər tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətinin araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında verilən tövsiyələr ilə əlaqəli şəkildə dəyərləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq təqsirləndirilən şəxslərin verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək birinci instansiya məhkəməsi tam əsaslı olaraq təqsirləndirilən şəxslərin əməllərini Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsas iki dəlilləri, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində xuliqanlıq cinayətinin tərkibinin olmaması və həmin şəxslərin xuliqanlıq əməli törətməmələri barədə dəlillərini qəbul etmir və hesab edir ki, işin təkzibedilməz hallarından biri Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş fəaliyyətinin 10 (on) dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmələridir. Göründüyü kimi onların hərəkətləri nəticəsində ictimai qayda pozulmuş, bu pozuntu cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunmuşdur. Videogörüntüdən də aşkar surətdə görünür ki, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş fəaliyyəti pozulmuşdur. Onların etdiyi hərəkətlərdən sonra məhkəmənin normal iş fəaliyyəti 10 dəqiqə ərzində pozulmuş, yalnız məhkəmə nəzarətçilərinin və əməkdaşlarının müdaxiləsindən sonra onların bu qanunazidd hərəkətlərinin qarşısı alınmış və məhkəmənin normal iş fəaliyyəti bərpa olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilmiş, onların xuliqanlıq hərəkətləri həmin zor tətbiq edilməsi ilə müşayiət olunmuşdur. Apellyasiya şikayətinin digər dəlilini, yəni həmin hadisənin təqsirləndirlən şəxslərlə zərərçəkmiş şəxslər arasında şəxsi münasibətlər zəminində baş verməsi və buna görə də xuliqanlıq əməlinin olmaması ilə bağlı dəlilini məhkəmə kollegiyası qəbul etmir və hesab edir ki, onlar arasında baş vermiş mübahisənin törədildiyi yer Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binası olmaqla, həmin hərəkətlərlə məhkəmənin normal iş fəaliyyəti kobud şəkildə pozulmuş, yəni aralarında olan mübahisə böyüyərək, onların hərəkətlərinin əsa obyekti kimi ictimai qayda, əlavə obyekti kimi isə insanların sağlamlığı kimi ictimai münasibətlər çıxış etmişdir. Beləliklə, cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, onlara bəraət verilə bilməz, bu barədə apellyasiya instansiya məhkəməsində göstərdiyi şikayətlərin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanuni və əsaslı cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, «Qanunçuluq» qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, məhkəmə tərəfindən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, cəzalarını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxslərin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq ona azadlığın məhdudlaşması cəzası təyin edilsə də, cəzanın həddi düzgün olmayaraq müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-333/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, eyni hadisə üzrə Şahid1 Hümmət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddi ilə razılaşmayaraq qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, apellyasiya baxışı zamanı nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində bir qədər yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(003)-314/2025 nömrəli hökmü Təqsirləndirilən şəxs1 cəza təyini hissəsində dəyişdrilməli və ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzası azaldılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-314/2025 nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən məhkum Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün, cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün, cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətləri və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1941/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1941/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver