Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1943/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(101)-1447/2022 saylı hökmü ilə (sədrlik edən X4, hakimlər X3 və X2 ibarət tərkibdə) 05 avqust 1984-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Səbail Rayon Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 1(009)-132/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 avqust 2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Xırmandalı dairəsi, Xırmandalı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 46,795 qram metamfetamin, 499,9 qram narkotik vasitə heroin, 279,98 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılmasının nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədilə qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qazanc əldə etmək müqabilində naməlum “Vasif adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib sonuncunun deyəcəyi, naməlum ünvana çatdırılması barədə verdiyi sifariş əsasında 06 mart 2022-ci il tarixdə saat 22 radələrində naməlum şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanında yerləşən parkda oturacağın üzərinə qoyulmuş, içərisində külli miqdarda, təmiz çəkisi 500 qram narkotik vasitə heroin, külli miqdarda, təmiz çəkisi 46,845 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 280 qram narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı götürüb qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 mart 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3nvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisindən 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 46,845 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 280 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində olan cinayət işinə haqq-ədalətlə baxılmasını xahiş etmişdir. Apelyasiya apelyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci ildə ona verdiyi 09 il azadlıqdan məhrum etmə cəzası ilə heç bir halda razı deyil. Bakı ağır Cinayətlər Məhkəməsi onun heç bir dəlil və sübutlarını nəzərə almamışdır. Bu səbəbdən də ona 09 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Onun işinə haqq və ədalətli yanaşılmasını xahiş edir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəlləin 234.1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddə ilə yüngül cəza verilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirmiş, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət işindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi olan cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərin məcmusu ilə tam təsdiq təsdiq edilərək sübuta yetirilmişdır. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onda yalnız 200 qram narkotik vasitə heroin olduğunu bildirmiş, apelyasiya şikayətində də eyni hallara istinad edərək əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəlləin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş etsə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırmış, sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıması barədə düzgün qənaətinə gəlmiş, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək bütün bu sübutların bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir.Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunması, onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə hökm dəyişdirilməlidir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etməyib, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq onu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 mart 2022-ci il tarixdən hesablanmasını hökm etmişdir. Göstərmək vacibdir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Məlumdur ki, cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cinayət qanununda nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası düzgün təyin edilsə də, cəzanın məqsədinə nail olunması baxımından təyin edilmiş cəza həddindən artıq sərt olmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası diqqətdən yayınmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilmiş cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəza növünün seçilməsində birinci instansiya məhkəməsi haqlı olsa da, cəzanın həddləri müəyyən olunarkən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan strateji istiqamət nəzərə alınmamış, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən cəzanın həddi törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 8.1, 58.1, 58.3-cü maddələrin müddəalarını, əməlin içtimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan kompleks tədbirləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəzalandırma təsirini təmin edən dərəcədə yüngülləşdirilməlidir. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək haqlıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən apelyasiya instnasiya məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökm və ya qərarı dəyişdirilir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(101)-1447/2022 saylı hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkkiz) il 6 (altı) ay müddətə endirilməli, cəzaçəkmə müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən hesablanmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(101)-1447/2022 saylı hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkkiz) il 6 (altı) ay müddətə endirilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1943/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1943/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver