Məhkəmə qərarları › İş №1(103)-196/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-196/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-196/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 Mehti oğlu və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirqasım oğlunun iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 72, mənzil 18- də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(101)-1246/2021 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Mirqasım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev, Azad Məcidov, Səbuhi Hüseynov) 20 avqust 2021-ci il tarixli, 1(101)-1246/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 05 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi öldürməyə cəhd etmişdir. Belə ki, o, 05 dekabr 2020-ci il tarixdə, saat 06:30 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində birgə yaşayan doğma oğlu Zərərçəkmiş şəxs2 Mehti oğlunu və gəlini Zərərçəkmiş şəxs1 əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələr səbəbindən qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, niyyətini həyata keçirməkdən ötrü evin həyətindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta ilə silahlanaraq sonuncuların yatdığı otağa daxil olub, əvvəlcə qəsdən öldürmək məqsədi ilə köməksiz vəziyyətdə çarpayıda yatmış, bu baxımdan ona müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirdikdən sonra səs-küyə yuxudan oyanan və baş vermiş münaqişəyə müdaxilə etmək istəyən Zərərçəkmiş şəxs1 sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül; sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən əlindəki balta ilə xəsarətlər yetirmiş, bu zaman səs-küyə oyanan az yaşlı olmaqla müqavimət göstərmək iqtidarında olmayan aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2019-cu il təvəllüdlü nəvəsi X4 hücum etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən, habelə hadisə yerinə gəlmiş arvadı Şahid1 tərəfindən onun hərəkətlərinin qarşısı alınaraq zərərçəkmiş şəxslər vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb tibbi yardımlar almaları səbəbindən öz niyyətini başa çatdıra bilməyib aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Həmin hökmdən narazı qalan təqsirləndiirlən şəxsin müdafiəçisi Müdafiəçi Mirqasım oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(101)-1246/2021 saylı hökmü ləğv edilərək Təqsirləndirilən şəxs barəsində qeyd edilən maddələr üzrə bəraət hökmü çıxarılmaqla, Təqsirləndirilən şəxs əməlində CM-nin 128-ci maddəsinin tərkibi olduğundan onun barəsində daha yüngül cəza təyin etməklə həbsdə saxlanma müddəti ilə əvəz olunub məhkəmə zalında həbsdən azad edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi R.M.Qasımov kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 29,120.2.7 və 29,120.2.7 maddələri ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1138/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs, Müdafiəçi Mirqasım oğlu və Zərərçəkmiş şəxs2 Mehti oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməklə onun barəsində daha yüngül cəza təyin etməklə həbsdə saxlanma müddəti ilə əvəz edilməsini və məhkəmə zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X9 və Zərərçəkmiş şəxs1 təqsirləndiriıən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxalnılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(101)-1246/2021 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs hadisəni tam olaraq xatırlamadığını, həmin vaxt narkozun təsiri altında olduğunu, bu səbəbdən heç nəyi xatırlamadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mehti oğlu ifadə verərək bildirmişdir ki, 2016-cı ildə ailə həyatı qurmuş, arada yoldaşı ilə problemlər yaşamış, problemlərinə anası müdaxilə etmiş, daha sonra atası bilmiş, gecə saat 4-5 radələrində hadisə baş vermiş, atasının onu və həyat yoldaşını öldürmək niyyəti olmamış, anası Şahid1 ilə aralarında olan narazılığa görə atası əlində olan baltanın küt arxa tərəfi ilə onun başına yavaşca vurduğunu hiss edib yuxudan ayılmışdır. Atası ona “ananla bir daha işin olmasın” demiş, atasının ona dediyi bu sözlərini həyat yoldaşı Cəmalə eşidib ayılmış, atasını söyə-söyə üstünə doğru hərəkət edərkən yıxılmış, üzündən və başından xəsarət almışdır. Bu hadisəni olduğu kimi yazıb müstəntiqə təqdim etmiş, müstəntiq tərəfindən ikinci dəfə dəvət olunmuş və ona kompüterlə yazılmış yazılı sənədlər təqdim edilmiş, müstəntiq ona “buyur oxu” demiş, oxumaq istəyəndə isə müstəntiq “tələsirəm, sən qol çək, mən səninlə əlaqə saxlayanda gəlib izahatınla tanış olarsan” demiş, sonra isə ona yazılanlarla tanış olması üçün mənə heç bir şərait yaradılmamışdır. Müstəntiqin sözü ilə izahatlarının axırında ona “ifadəmi oxudum, öz imzamla doğruluğunu təsdiq edirəm” yazdırılmışdır. Bir daha bildirir ki, atası hər hanısa birini öldürmək istəsəydi, ona heç kim mane ola bilməzdi. Çünki, öldürmək istəyən şəxs baltanın iti ucu ilə onun başına vura bilərdi və Cəmaləni də yerindəcə öldürə bilərdi. Ekspert tərəfindən verilən Cəmalədə olan xəsarətlər atası tərəfindən ona yetirilməyib. Cəmalə xəsarəti atasının üzərinə söyə-söyə yıxılan zaman almışdır. Atası həyat yoldaşını vurmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini müstəntiq kompüterdə yazıb və ona imza etdirib. Birinci instansiya məhkəməsində isə atası tərəfindən öldürmək məqsədi ilə ona xəsarət yetirildiyini formasında ifadə verməmişdir. Atası tərəfindən ona xəsarət yetiriləndən sonra özündə olmuş, otağın qapısında qıfıl olmamış, hadisə vaxtı otaqda həyat yoldaşı olmuş, sonra isə səs-küyə anası gəlmış, xəstəxanada bir gün qalmış, atasının onu və həyat yoldaşını öldürməsinə səbəb olmamışdır. Atasının onu öldürmək niyyəti olsaydı, baltanın iti tərəfi ilə vura bilərdi, lakin öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı otağın işığı yanmamış, Cəmalə bu hadisədən sonra onlardan 6.000 manat təzminat tələb etmiş, ibtidai istintaq zamanı başqa ifadə verməyinə səbəb müstəntiqin ona təzyiq göstərərək imza etdirməsi olmuş, təzyiq barədə harasa şikayət etməmiş, atası intahara cəhd etməmiş, özünə xəsarət yetirməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, özü çarpayıda, uşaq öz beşiyində, həyat yoldaşı isə yerdə yatmış, səhərə yaxın qayınatası qapını açıb içəri girmiş, birinci baltanın arxası ilə həyat yoldaşına vuranda kölgə kimi gözünə nəisə görünmüş, ayılıb qışqrmağa başlamış, ondan sonra qaynatası baltanın arxa tərəfi ilə onu vurmağa başlamışdır. Qaynatasının onu vurmasına səbəb özünü narahat hiss etməsi olmuş, hadisədən 1 həftə əvvəl də əməliyyat olunmuş, tez-tez özünü asmaq üçün ip axtarmış, bir dəfə dərman içdiyindən aparıb mədəsini yuduzdurmuşlar, yəni psixoloji pozğunluqları olmuş, səhərə kimi yatmırmış. Həmin hadisə nəticəsində göz və üz nahiyəsindən xəsarətlər almışdır, hadisə vaxtı ayılanda həyat yoldaşı üzü üstə yerdə yatmış, qayınatası onu da balta ilə baş nahiyəsindən vurmuş, ayılanda bunu görüb qorxaraq “nə edirsən” deyə qışqırmış, qayınatası isə “hamınızı öldürəcəm” deyib onun üzünə balta ilə vurmağa başlamışdır. Vuranda uşaq durub beşiyində qışqırmağa başlamış, qayınatası uşağın da üstünə gedib onu vurmaq üçün ayağını qoymuş, o isə ayağını atıb qaynatasını getməyə qoymamış, qışqırtısına qayınanası içəri girib işığı yandırmış, həmin vaxt həyat yoldaşı da başı qanın içində oyanmış və atasının qolundan tutub otaqdan çölə çıxarmışlar. Bundan sonra təqsirləndirilən şəxs təkrar içəri girmək üçün cəhd etmiş, balta ilə qapıya içəri girmək üçün vurmuş, baltanı onun əlindən kimin aldığı dəqiq yadında qalmamış, o, qaçıb uşağı götürdüyündən kimin aldığını görməmişdlr. Uşağı götürdükdən sonra qonşuya qaçmış, baş və göz nahiyələrindən xəsarət almışdır. Qayınatası ona yetirmiş olduğu xəsarətləri davam etdirmək istəyirdi, belə ki, “hamınızı öldürəcəydim. Axırda özümü də öldürəcəydim” demişdir. Polisə kimin məlumat verdiyini tam olaraq bilmir, o, qonşudan təcili yardıma zəng vurması üçün xahiş etmiş, ola bilsin ki, təcili yardımdan da polisə məlumat verilmişdir. “Yoldaşınıza neçə xəsarət vurmuşdu?” sualına cavab olaraq bildirmişdir ki, o (Cəmalə) ayılanda artıq 1-2 zərbə vurduğunu hiss etmişdir. Hadisədən sonra təzminat tələb etmiş, belə ki, burnu qırılmış, gözündə çapıqlar olmuş, başından zədə almışdır. Çox xəsarət aldığına görə qayınanasıgilə demişdir ki, maddi yardım göstərsinlər ki, müalicə ala bilsin. Bunun üçün ən azından 1000-2000 istəmişdir ki, müalicə ala bilsin. Təqsirləndirilən şəxs ona yerinin içində oturaq vəziyyətdə olarkən balta ilə xəsarət yetirmiş, belə ki, baltanın küt tərəfi ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1861 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları müəyyən edildi. Xəsarətlər çapıcı alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə balta ilə yetirilə bilər və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1822 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilən xəsarətlərdən sol gicgah-təpə, alın, burun və sol qaşaltı nahiyələrin çapılmış yaraları, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları iti çapıcı alətin, ola bilsin baltanın iti kənarının təsirindən, sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları isə bərk küt əşya (əşyalar) təsirindəntörənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol gicgahtəpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən şəxslə hücum edən şəxs dinamikada (hərəkətdə) olduqları üçün onların hansı pozada (vəziyyətdə) olmasını təyin etmək mümkün deyil. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyun nahiyəsinin 2 ədəd səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər kəsici alət (alətlər) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə mətbəx bıçağının tiyəsinin kəsici kənarının təsirindən törənə bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs olan xəsarətlər bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü tərəfindən özünə yetirilə bilər Məhkəmə tibbi-biologiya ekspertizasının xx.xx.2021-ci il tarixli 978/2020-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən) Ekspertizaya təqdim edilmiş adyal, mələfə, balınc üzlüyü, 02 ədəd dəsmal, balta, pambıq topası və Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0 /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 qızma, Zərərçəkmiş şəxs2 yaxud Təqsirləndirilən şəxsAtaş oğluna məxsus ola bilər. (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Məhkəmə tibbi-kriminalistika ekspertizasının xx.xx.2021-ci il tarixli 616/2021-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın sağ qoltuqaltı tikişi üzərində bir ədəd və sol qoltuqaltı tikişi üzərində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar maykanın qeyd olunmuş nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat - məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 287 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Mehti Ataş oğlu barəsində əlavə kompleks komisyon məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 63 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi cəhətdən sağlam olmuş, psixi fəaliyyətin müvəqqəti pozulması keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, hazırda yüngül dərəcəli depressiv pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli depressiv pozuntu ifadə olunma dərəcəsinə görə halhazırda onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Bununla yanaşı, əvvəlki ekspertizalar zamanı qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs depressiv pozuntu formasında psixi pozuntudan əziyyət çəkməsi, anamnezində suisidal cəhdinin qeydə alınması və neqativ təbiətli qeyriəlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçməsinin istisna edilməməsi nəzərə alınaraq həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması, təhlükəsizliyə xidmət edə biləcək preventiv tədbirlərin həyata keçirilməsi üçün vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə edilir. Həmçinin hal-hazırkı ekspertiza zamanı MA İsmayılovun somatik vəziyyətində müşahidə edilən ağırlaşmanın (mədə-bağırsaq yolunun, sidik-cinsiyyət aparatı orqanlarının xəstəliklərinə xas əlamətlərin təzahür etməsi, arterial təzyiqinin yüksəlməsinin, bədən temperaturunun mütəmadi qalxmasının, somatik ağrılarının olmasının) getdikcə proqressiv xarakter aldığının nəzərə alınması zəruridir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, əqli-intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli imkanlarına uyğun olaraq, qərarın təsviri hissəsində qeyd olunan əməl zamanı öz hərəkətlərini İdarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPMin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsi alınarkən müdafiəçi ilə təmin olunmadığını, müdafiəçinin istirakı olmadan ondan ifadə alındığını bildirsə də, cinayət işi materiallarında vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında 05 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 İsmayılova təqdim edilmiş, o isə hüquqlarının Fikrət Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, eləcə də şübhəli şəxsin dindirilməsi haqqında 05 dekabr 2020-ci il tarixli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 07 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi yanında olmuş və bu imzalarla təsdiq edilmişdir. Göründüyü kimi, müdafiəçi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaqla istintaq hərəkətlərinin həyata keçirildiyini bildirsə də, bu, yuxarıda sadalanan dəlillərlə təkzib olunmaqdadır. Bundan başqa müdafiəçi apellyasiya şikayətində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsləri öldürmək niyyətinin olmadığını bildirməsinə baxmayaraq, bu, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlarla öz təsdiqini tapır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mehti oğlu işin apellyasiya icraatı mərhələsində ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən fərqli ifadə verərək atasının onu və həyat yoldaşını öldürmək niyyətinin olmaması, Cəmaləyə atası tərəfindən hər hansısa bir xəsarət yetirilmədiyini bildirsə də, məhkəmə kollegiyası bu ifadəni zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə aralarında olan yaxın qohumluq münasibəti ilə əlaqədar olaraq onu cinayət məsuliyyətindən yayındırmaq məqsdədilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arvadı Cəmaləyə atası tərəfindən heç bir xəsarət yetirilmədiyi, Cəmalənin yıxılaraq xəsarət aldığını bildirsə də, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1822 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilən xəsarətlərdən sol gicgah-təpə, alın, burun və sol qaşaltı nahiyələrin çapılmış yaraları, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları iti çapıcı alətin, ola bilsin baltanın iti kənarının təsirindən, sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol gicgah təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən şəxslə hücum edən şəxs dinamikada (hərəkətdə) olduqları üçün onların hansı pozada (vəziyyətdə) olmasını təyin etmək mümkün deyil. Məhkəmə tibbi-kriminalistika ekspertizasının xx.xx.2021-ci il tarixli 616/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın sağ qoltuqaltı tikişi üzərində bir ədəd və sol qoltuqaltı tikişi üzərində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar maykanın qeyd olunmuş nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat - məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Həmçinin məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Mehti oğlu apellyasiya məhkəməsində verdiyi ifadə ilə əvvəl verdiyi ifadələrlər arasında olan ziddiyyəti izah edərkən bir halda müstəntiqin ona komputerlə yazılmış ifadəsi ilə tanış olmağa şərait yaratmamasını, digər halda isə müstəntiqin ona təzyiq göstərərək imza etdirməsini bildirməsi özlüyündə ziddiyyət təşkil etməklə onun hazırda vermiş olduğu ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini istinsa edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri maddəsinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının nə ağırlaşdırılması (apellyasiya şikayətinə münasibətdə), nə də ki yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(101)-1246/2021 saylı hökmü qanuni və əsaslı olduğundan təqsiləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Mirqasım oğlunun apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 1(101)- 1246/2021 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X7 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar