Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1985/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (ilkin baxış) Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 1(101)-727/2014 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 120.2.11-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət məhkəməyə 06 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Məhkum apellyasiya şikayəti verərək, yuxarıda qeyd edilən hökmdən apellyasiya şikayəti vermə müddətini üzrlü səbədən (apellyasiya şikayəti vermək hüququnun olmasını bilmədiyindən) buraxmasını nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Məhkum tərəfindən məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsinə dair ərizə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməməsinə dair qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarından apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, həmin Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin ittiham hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin hökmün elan andan 20 (iyirmi) gün müddətində verilməsi təqsirləndirilən şəxsə izah edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum tərəfindən verilmiş vəsatətin rədd edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya qaydasında şikayət və ya protest verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1985/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1985/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver