Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-199/2020 03.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5, Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkilləri X3 və X7 oğlunun, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Nurəddin oğlu və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə 07 yanvar1986-cı il tarixdə Lənkəranşəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 4 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 5 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundarı sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış, saxlamışdır: belə ki, o, satış məqsədi ilə 2019-cu ilin əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 3.500 manat pul müqabilində qanunsuz olaraq külli miqdarda - ümumilikdə 127,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 26 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,04 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahına daxil metadon dərman preparatı əldə edib yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 83 ünvana qanunsuz daşımış, heroinin 101,686 qramını 1 ədəd qara rəngli sellofan bağlamada yaşadığı evin yataq otağındakı kompyuter masasının siyirtməsində, qalan 25,324 qramını isə 1 ədəd şəffaf sellofan bükümdə, habelə 26 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,04 qram metadon dərman preparatını etibarnamə əsasında idarə etdiyi “Wolkswagen-Passat” minik markalı Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı nahiyyəsində, özünə məxsus əl çantasında, gizlədərək qanunsuz saxlamış, 26 yanvar 2019-cu il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Xətai RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində qanunsuz olaraq odlu ov silahı əldə etmə və saxlamada, habelə narkotik vasitələrin qəbulunda şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinə gətirilmiş, üzərinə və etibarnamə əsasında idarə etdiyi "Wolkswagen-Passat” markalı Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs1 avtomobilin qoltuqaltı yerində olan əl çantasının içərisindən çıxarıb təqdim etdiyi qanunsuz olaraq satış məqsədi ilə əldə edib, daşımaqla avtomobildə saxladığı 1 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 25,324 qram narkotik vasitə heroin və 26 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,04 qram olan metadon dərman preparatı, araşdırmanın davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış zamanı evin yataq otağındakı Təqsirləndirilən şəxs1 məxsus kompüter masasının siyirməsindən çıxarıb təqdim etdiyi külli miqdarda 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 101,686 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış, saxlamış və satmışlar: belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edərək satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən müəyyən edilməyən vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumilikdə 227,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda - ümumilikdə 8.005 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - ümumilikdə 126 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 5,04 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahına daxil olan metadon dərman preparatı və 2,985 qram çəkidə tünd qəhvəyi rəngli, qətranabənzər, spesefık iyli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 1 ünvanda yerləşən 1 №-li mənzilə qanunsuz daşıyaraq, ümumilikdə 8.005 qram çəkidə qurudulmuş marixuananı 1 ədəd qara rəngli torbada olmaqla etibarnamə əsasında idarə etdiyi “KİA Optima” markalı Az **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, 2,985 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki özünə məxsus tünd qəhvəyi rəngli pencəyin sağ yan cibində, 227,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 126 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 5,04 qram olan metadon dərman preparatını yaşadığı mənzildə özünə məxsus əşyalar arasında gizlədərək qanunsuz saxlamış, 2019-cu ilin yanvar ayının əvvəllərində narkotik vasitə heroinin 127,01 qramını və 26 həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,04 qram metadon dərman preparatını 3.500 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 satdıqdan sonra, özündə əlavə olaraq narkotik vasitə heroin və metadon dərman preparatı olduğunu bildirməklə narkotik vasitələrin satılması üçün müştəri tapmasını bildirmiş, sonuncu bu barədə Bakı şəhəri, Xətai RPİ-nin NMB-nə məlumat verdikdən sonra hazırlanmış əməliyyat-axtarış tədbiri planına uyğun olaraq Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb həmin narkotik vasitələri almaq barədə razılaşdıqda, Yalçın Məmmədov özündə 10 ədəd konvalyutada hər konvalyutada 10 həb olmaqla cəmi 100 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 4 qram narkotik vasitə metadon dərman preparatı və 100,840 qram çəkidə narkotik vasitə heroin qaldığını, həmin narkotik vasitələri 2.500 manat pul müqabilində satışını təşkil edəcəyini deyib, pulun poçt vasitəsi ilə yaşadığı ünvana göndərilməsini tələb etmiş, zərurət yarandığından keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə olunmaqla, narkotik vasitələrin satın alınmasından ötrü əməliyyat xərclərindən 2.500 manat pul vəsaiti ayrılaraq 26 yanvar 2019-cu il tarixdə saat 12:05-də Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə “Azərpoçt MMC”-nin Xətai rayonu inzibati ərazisində yerləşən 3 saylı poçt filialının 18 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs2 adına “Azərpoçt MMC”-nin Lənkəran regional poçt filialına göndərildikdən sonra Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini götürməklə, narkotik vasitələrin satışını təşkil etmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs3 tapşırıq verib bunun müqabilində ona 30 manat pul təklif etmiş, Təqsirləndirilən şəxs3 gəlir əldə etmək məqsədi ilə Yalçın Məmmədovun təklifini qəbul edib, yaşadığı Lənkənan şəhərində 30 manat pulu, habelə 10 ədəd konvalyutada hər konvalyııtada 10 həb olmaqla cəmi 100 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 4 qram narkotik vasitə metadon dərman preparatını və 100,840 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə Yalçın Məmmədovdan əldə edib, üstündə saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 8A ünvanına qanunsuz daşımış, 26 yanvar 2019cu il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 ünvan 6 ünvanda saxlanılıb Bakı şəhəri Xətai rayon polis idarəsinə gətirilərək şəxsi axtarış aparılmış, polis əməkdaşlarının təklifinə əsasən əynində olan göy rəngli gödəkçənin içəri sol cibindən çıxarıb təqdim etdiyi külli miqdarda 10 ədəd konvalyutada hər konvalyutada 10 həb olmaqla cəmi 100 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 4 qram metadon və həmin gödəkçəsinin içəri sağ yan cibindən çıxarıb təqdim etdiyi külli miqdarda təmiz çəkisi 100,840 qram çəkidə heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyataxtarış tərbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanda keçirilmiş axtarış zamanı mənzilin yataq otağındakı sonuncuya məxsus tünd qəhvəyi rəngli pencəyin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,985 qram narkotik vasitə tiryək, etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı Az **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı avtomobilin yük yerindən külli miqdarda - ümumilikdə 8.005 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən S.H.Hacıyev, hakimlər S.İ.Əliyev və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyinedilməsi, onun azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyinolunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının 26 yanvar 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il muddətə azadlıqdan məhrumetmə cəzası təyinedilməsi, onun azadlıqdan məhrumetmə cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğicının 27 yanvar 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyinedilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, onun azadlıqdan məhrumetmə cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyinolunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğicının 27 yanvar 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Xətai rayon polis idarəsində saxlanılan 13 manat pul əskinasları və 1 ədəd «Digital Scale» əmtəə nişanlı elektron tərəzinin xüsusi müsadirə edilməsi, Xətai rayon polis idarəsində saxlanılan 25, 224 qram, 101,586 qramvə 100,740 qram narkotik vasitə heroin, 24 və 95 həb olmaqla narkotik vasitə metadon, 2,885 qram narkotik vasitə tiryək və 8004,9 qram narkotik vasitə qurudulmuş marixuananın məhvedilməsi, iş üzrə 381,50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Həmzə oğlundan müştərək qaydada, yəni Təqsirləndirilən şəxs1 126,50 manat, Təqsirləndirilən şəxs2 127,50 manat və Təqsirləndirilən şəxs3 Həmzə oğlundan 127,50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti verərək barəsində olan hökmlə razı olmadığını göstərmiş, apelyasiya şikayətinə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin dəlillərini dəqiqləşdirərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verərək əvvəllər məhkum olunmadığını, himayəsində birazyaşlı övladının olduğunu, atasının 04.08.2019cu il tarixdə vəfat etdiyini, ailəsinə ondan başqa gəlir gətirən şəxs olmadığını göstərmiş, cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbuledilməsini xahişetmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs3 apelyasiya şikayəti verərək göstərmişdirki, ona verilən cəza həddindən artıq çoxdur. Çünkio, taksi fəaliyyəti ilə məşğul olmuş və qonşu X2 ona bir ədəd sumka verərək onu Bakı şəhərində dostu Murada verməsini xahiş etmiş, sumkanın içində nə olduğunu soruşanda ərzaq və meyvə olduğunu bildirmişdir. Oda şübhə etmədən sumkanı Bakışəhərində Murada vermək niyyəti ilə aparmışdır. Sumkanıniçərisindəkilərdənxəbəriolmamışvə 20 yanvar metrosunun yaxınlığında sumkanı Murada vermək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz izahatlarında bildirmişlərki, onun sumkanın içərisində gizlədilmiş narkotiklərdən xəbəriolmamışdır Göstərilənlərə əsasən, cinayət işini düzgün araşdırıb ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri özlərini təqsirli bilməsələr də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilmiş digər materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hökmün təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar bildirir ki, məhkəmədə təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməsələrdə, onların ittiham olunduğu cinayətləri törətməkdə təqsirli olmaları cinayət işinin materiallarına əlavə edilmiş çoxsaylı sənədlər, maddisübutlar, ekspertizarəyləri, şahid ifadələrivə işin digər faktiki halları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onların ifadələrinə tənqidi yanaşaraq,yuxarıda sadalanan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab etmişdir. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri cinayət məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır.Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Belə ki, birinci instansiya məhkəməsi barələrində cəza təyin edərkən Azərbaycan RespublikasıCM-in 59.1.10-cumaddəsinə əsasən cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinəfəal kömək etməsiniMuradMəmmədovun, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən YalçınQurbanovun himayəsindəbir azyaşlı uşağının olmasını, təqsirləndirilən ZamiqCavadovun himayəsindəiki azyaşlı uşağının olmasını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirib, onların əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarınıda nəzərəalıb, Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində cəzalarını ağırlaşdıran hallar müəyyən etməyərək onlara törətdikləri cinayət əməllərinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun məhkum olunduqları maddənin sanksiyası daxilində cəzatəyin etmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir.Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla düzgün olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, şahidlərin ifadələrinə, ekspertrəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 nsatış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və satması tam təsdiqini tapdığı qənaətinə gəlmiş, tədqiqedilmiş sübutlara əsasən hesab etmişdirki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə zamanı verdikləri ifadələri özlərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiqedilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələridə sübut kimi qəbul edir. Məhkəmə kollegiyası cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən hallar cinayət və cinayət prosessual qanunvericiliyin müddəlarına uyğun hüquqi qiymət verilməklə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə alınmışdır, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuş, törədilən cinayət əməllərinə görə ədalətli cəza sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etmiş və birinci instasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair hissədə dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elmar Rəhimov Hakimlər: Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-199/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-199/2020
03.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver