Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1994/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X10, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmü ilə (hakimlər X11 (sədrlik edən), X17 və X4 ibarət tərkibdə) xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 43də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Rafael oğlunun xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Rafael oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs Rafael oğlunun cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Rafael oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğluna və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs1 və onun şəriki Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən "xxxx", hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və etirazlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayətə aidiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azadlığa buraxılmasını, ibtidai istintaq zamanı kobud pozuntulara yol vermiş, X8 və X12 barəsində xüsusi qərarın çıxarılması, hazırkı apellyasiya şikayətinin müdafiə tərəfindən təqdim edilmiş bəraət hökmünün layihəsi kimi qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Cinayət işinin 1-ci cildində olan ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs1 armaturu təqsirləndirilən şəxsə yox, Şahid6 vermişdir. Hətta Zərərçəkmiş şəxs1 buna dair ifadəsi, izahatı vardır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 4(005)- 963/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Rəfayıl oğlu barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. Bu qərarda da armaturun Seyidəmirə verilməsi təsdiqini tapır. Həmçinin Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu digər şəxslər barəsində cinayət işləri üzrə bəraət verilmişdir. Şahidlərin dindirilməsi barədə verilən vəsatət əsassız olaraq təmin edilməmişdir. Qeyd etmək istərdik ki, cinayət işi materiallarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia vermələri göstərilsə də həmin mülki iddialar qanunvericiliyin tələblərinə uyğun deyil, belə ki mülki iddiaların kimə qarşı yönəlməsi, həmçinin həmin şəxslərin mülki cavabdeh kimi tanınmaları barədə hər hansı qərarlar mövcud deyil. Məhkəmədə isə mülk iddia məhəkəmə çıxışları başlandıqdan sonra verilməklə qanunun tələbi pozulmuşdur. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi diskdə Təqsirləndirilən şəxs ilə Şahid6 arasında aşağıdakı danışıq qeydə alınmışdır: - İndi yekun qərar nağayraq nə təhər edək. - Heç nə nağayracaqsan, ödəyəcəm vəssalam, -350 mini neylədin, Seydəmir, özümü atım öldürüm, axı ödənməlidir o, pul, öldürməklə iş düzəlir. Belə oturmaqla da düzəlmir. İndi oğlan var ona demişəm, maşın var, 20.000 manat oradan götürəcəm yenə ziyandı cəhənnəm, neyləyim, sonra axşam oturum qardaşımla söhbət edim, də görək qardaş bunu neyləyək, qardaşımın işi tərsinə düşəndə mənə deyir, mən də ona. Elə deyil, mən sənə deyirəm allah haqqı, bunu gizlədə- gizlədə hara aparırsan. Heç hara. 205 mini gizlətdin gətirdin 300 min etdin. Nə qədər ziyan elədin sən.... (cild 04, iş vərəqə 135) İbtidai istintaq müddətlərinə əməl olunmadığı üçün ümumiyyətlə cinayət işinə məhkəmədə baxılmalı deyildi. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-218/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi polis mayoru X8 barəsində xüsusi qərar çıxarılmışdır. Həmin qərarda qüyd edilir ki, məhkəmə tərəfindən məhkəmə baxışı zamanı cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı yol verilmiş prosessual pozuntular aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki. müstəntiq Mehman Ələsgərov tərəfindən cinayət işi üzrə icraat dayandırılmış və icraatın dayandırılmasına səbəb kimi Təqsirləndirilən şəxs Rafael oğlunun xəstə olması göstərilmişdir, (cild 04, iş vərəqə 47-48) Lakin, həmin qərar Təqsirləndirilən şəxs xəstə olmasına dair hər hansı sənədə, tibbi arayışa əsaslanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.3.4.-cü maddəsinə əsasən, bu Məcəllənin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş halda cinayət təqibinin dayandırılması üçün əsas müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyin mövcudluğudur. Belə olan halda, müstəntiq Mehman Ələsgərovun 26 sentyabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. CPM-nin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Dayandırma prosessual baxımından hüquqi əsası olmaması məhkəmə tərəfindən tanındığı üçün prosessual müddətlər pzulmuşdur. Həmin qərarda müstəntiq Mehman Ələsgərovun 26 sentyabr 2021-ci il tarixli istintaqın dayandırılması barədə qərarının qanunsuz və əsassız olduğu qeyd olunur. Belə olan halda aydın görünür ki ibtidai istintaq müddətlərə əməl olunmadan aparılmışdır. Lakin məhkəmə müstəntiq barədə xüsusi qərar çıxarsa da pozuntulara göz yummuş və mahiyyət üzrə hökm qəbul etmişdir. Hesab edirik ki, məhkəmə kollegiyası cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalı və müşavirə otağında bu məsələlərə hüquqi qiymət verməli idi: a. Hər bir epizod üzrə tərəflər arasında, yəni zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur; b. Hər bir epizod üzrə təqsirləndirilən şəxsin əsl niyyəti nədən ibarət olmuş, zərərçəkmiş şəxslərin mülkiyyətində olmuş hər hansı əmlakı və ya pul vəsaitini əldəetmişdirmi, əldə etmişdirsə bunun qarşılığında zərərçəkmiş tərəfə yalandan hər hansı vəd vermişdirmi? İşə birinci instansiya məhkəməsində baxılan zaman araşdırılmış dəlillərlə (ətraflı sənədlərin tətqiqi ilə bağlı hissədə qeyd olunub) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımamış, onunla işgüzar münasibətləri mövcud olmamışdır. Şahid6 və Zərərçəkmiş şəxs1 ilə isə işgüzar münasibətdə olmuş, və onların iştirakı ilə dəmir məlumatlarının satışı ilə məşğul olmuşdur. Özü dəfələrlə Seyidəmirə armatur satmış və pullarını almışdır. Sonradan ona etibar edib yenidən dəmir məhsulları vermişdir. Ramiz ondan Seyidəmir barədə soruşanda o həmişə alqı-satqı əməliyyatları etdiyini və pulunu qaytardığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan dəlillərə hüquqi qiymət verməmişdir. Maraqlı hal bundan ibartədir ki, məhkəmə hökmündə müdafiə tərəfinin irəli sürdüyü bütün dəlilləri, zərərçəkmiş şəxslərin o cümlədən də şahidlərin ziddiyyətlərlə dolu ifadələrinə istinad etsə də, bunlara hökmdə qiymət verməmiş, nəticədə verilmiş ittihamı olduğu kimi təsdiq etmişdir. İlk əvvəl qeyd etmək istərdik ki, ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs şəxsi marağı olmadan müstəsna dərəcədə yaxın münasbətdə olmadığı Şahid6 maraqları naminə ona qarşı irəli sürülmüş ittihamda əksini tapmış Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ağır cinayəti törədilməsində iştirakı bir tərəfdən inandırıcı deyildir, digər tərəfdən isə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ona qarşı ittiham verilmiş cinayətin törətdilməsində rolunun nədən ibarət olması, onun bu cinayət əməlini törədərkən nə əldə etməyə çalışdığını və ya baş vermiş cinayət hadisi nəticəsində nəyə nail olduğunu, o cümlədən talanmış külli midarda puldan ona hər-hansı bir məbləğdə olan hissəsinin verilməsi götərilməmişdir ki, bu da, ibtidai istintaq orqanı tərəfindən bu halların mövcud olmadığının müəyyən edildiyi və buna baxmayaraq şəxs faktiki olaraq cinayətin subyektiv və obyektiv cəhhətləri olmadan, tam əsassız şəkildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittham irəli sürüldüyünü göstərir. Məhkəmə istintaqı zamanıda bu məsələ ilə bağlı ittiham tərəfinin hər hansı əlavə sübutu olmamış, onlar əksini müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərin təmin olunmamasını, istəyərək bir növ məhkəməni ittiham tərəfinin verdiyi əsassız ittihamı olduğu kimi öz hökmündə yerləşdirtməyə çalışmışdılar. Məhkəmə də öz hökmündə bu məsələləri aradan qaldırmamış, əksinə həmin səhv nəticələri olduğu kimi təsdiqləməklə qanunsuz və əsassız hökm qəbul etmişdir. Qeyd etdiyimiz kimi, Təqsirləndirilən şəxs Rafael oğluna AR CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki guya o, tanışı Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəx halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 və onun şəriki X9 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı İlə aldadıb ünvan 1 ünvanda yerləşən "xxxx"MMC-nin, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən mart 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 182.836 manat təşkil edən ümumi çəkisi 781 ton təşkil edən müxtəlif diyametrli dəmir məmulatı olan armaturları vahin niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sübutların qiymətləndirilməsi barədə qərarda isə Şahid6 təqsirinin sübuta yetirilməməsi qeyd olunub. Bu ciddi hüquq pozunsusu ilə bağlı məhkəmə hər hansı bir aradşırma aparmamış, eyni zamanda da hökmdə bu məsələyə qiymət verməmişdir. Cinayət Prosessual Məcəlləsinin 92.9-ci maddəsinə əsasən, Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçi aşağıdakı hüquqları həyata keçirir: 92.9.1. şübhənin və ya ittihamın mahiyyətini bilmək. Həmin Məcəllənin 324.2.1-ci maddəsinə əsasən, məhkəmə baxışı cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına baxılması ilə əlaqədar dövlət ittihamçısı tərəfindən müvafiq olaraq ittiham aktının nəticəvi hissəsinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun ittihamın irəli sürülməsinə dair hissəsinin elan edilməsi ilə başlayır. Həmin Məcəllənin 324.3.1-cü maddəsinə əsasən məhkəmə baxışı başladıqda sədrlik edən hakim təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini izah edir. Göründüyü kimi qanunverici təqsirləndirilən şəxsin məhkəməyədək icraatda ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini bilmək və buna uyğun olaraq öz hüquqlarını müdafiə etmək məqsədi ilə hüquqi təminatlar sistemini müəyyən etmişdir. Qeyd etmək istərdik ki, məhkəmə istintaqı zamanı tərəfimizdən yenidən ittihamın izah olunması xahiş olunsa da bu vəsatətimiz təmin edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli № 7 saylı Qərarında qeyd edilir ki, "Məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Dələduzluq cinayəti iştirakçıhqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarım) müəyyən etməlidir. ” Qeyd etmək istərik ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı müdafiəçisi olduğum şəxsə AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli iştirakçılıqla törətməsi qeyd olunsa da onun hansı məbləğdə pul vəsaiti əldə etdiyi aydınlaşdırılmamışdır. İttihamda Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətmiş olsa bunun motivini ümumiyyətlə müəyyənləşdirməmişdir. Qeyd etmək istəyirik ki, Təqsirləndirilən şəxs dələduluq cinayəti ilə bağlı ittiham verilsə və tamah niyyəti ilə digər şəxslə əlbir olaraq, Zərərçəkmiş şəxs1 və onun şəriki X9 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadıb ünvan 1 ünvanda yerləşən "xxxx"MMC-nin, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən mart 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 182.836 manat təşkil edən ümumi çəkisi 781 ton təşkil edən müxtəlif diyametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi qeyd olunsa da, bunu hansı motivlə etməsi müəyyənləşdirilməmişdir. Belə ki, şahid kimi dinirilmiş Şahid6 oğu qeyd etmişdir ki Sərxanın əvvəldən pulu ələ keçirmək niyyəti olmamış, o torpaq alıb satıb daha çox pul qazanıb sonra Ramizin pulunu qaytarmalı imiş. Göründüyü kimi yeganə və yalan şahid ifadəsi belə dələduzluq cinayətinin mövcudluğunu istisna edir. Kredit (borc) müqaviləsinə hüquqi qiymət verilməlidir. Cinayət işi materiallarında olan 14 fevral 2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsindən görünür ki 1 ay ərzində qaytarmaq şərti ilə Seyidov X3 Sərxan Rəfael oğlundan 350.000 manat borc pul götürmüşdür. Şahid6 ifadəsində qeyd etmişdir ki həmin müqaviləni mübahisələndirməmiş, onunla bağlı hər hansı bir iddia qaldırmamışdır. Cinayət işi materiallarında olan ifadələrdən müəyyən olunur ki, Seyidov X6 Mansurov və Təqsirləndirilən şəxs dəmir məlumatlarını götürüb pulları qaytarmamış, Təqsirləndirilən şəxs həmin pulları tələb edərkən sonuncunu əmin etmək üçün sərbəst ifadəsi ilə həmin müqaviləni imzalanmışdır. Qeyd edilən müqaviləni guya Təqsirləndirilən şəxs müqaviləni Zərərçəkmiş şəxs1 göstərib onu aldatmaq adı ilə bağlı Şahid6 dedikləri həqiqətə uyğun olmamaqla həm də qanuni əsası da mövcud deyil. Qeyd etmək istərdik ki, müdafiəçisi olduğum şəxsin təqsirli bilinməsinin əsası kimi onun ibtidai istintaq zamanı şahid qismində verdiyi iddia olunan ifadələrə istinad edilmişdir. Bununla bağlı qeyd etmək istərdik ki, Avropa Məhkəməsinin yanaşmasına görə “İttiham" konsepsiyası Konvensiyada nəzərdə tutulan mənada başa düşülməlidir. Beləliklə, ona "səlahiyyətli orqan tərəfindən hər hansı fərdə cinayətə törətdiyi ilə bağlı iddia haqqında rəsmi məlumatın verilməsi" kimi tərif verilə bilər, bu tərif həm də "[şübhəlinin] vəziyyətinin əsaslı surətdə təsirə məruz qalıbqalmaması" testinə da cavab verir (məsələn bax: Devir Belçikaya qarşı, §§ 42 və 46 və Ekle Almaniyaya qarşı, § 73). Məhkəmə həmçinin müəyyən etmişdir ki, polis məntəqəsində həbs altında saxlanan, şahid kimi dindirilməmişdən əvvəl and içməsi tələb olunan hər hansı şəxs artıq "cinayət ittihamının" subyekti hesab olunur və susmaq hüququna malikdir (Brüsko Fransaya qarşı, §§ 46-50). Təqsirləndirilən şəxs həmin ifadələri şahid kimi vermiş, onun təməl hüquqları o cümlədən müdafiəçiyə malik olmaq, susmaq kimi təməl hüquqları təmin edilməmişdir. Məhkəmə onun istintaqın digər mərhələlərində, o cümlədən məhkəmədə verdiyi ifadələrə yox iki ifadədən 2 cümləyə istinad etməklə qanunsuz hökm qəbul etmişdir. Nəzərə almaq lazımdır ki hələ onun əvvəl verdiyi ifadələrədə də Sərxan hadisə barədə istintaqın sonrakı mərhələlərində, o cümlədən məhkəmə istintaqında verdiklərinə uyğun ifadə vermişdir. Məhkəmə hökmündə həmçinin 03 aprel 2019-cu il tarixli, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi ilə bağlı müddəalar da pozulmuşdur. Ali Məhkəmənin 10 qərarını hazırkı apellyasiya şikayətinə əlavə edirik. Qeyd etmək İstərdik ki yuxarıda qeyd olunmuş formada analoji qərarların sayı daha çoxdur. Lakin biz burada son dövrlərdə qəbul edilmiş qərarlara fikir yönəltməklə məhkəmələrin analoji səhvlərə yol verməməsini, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri addımlar atmasını arzulayırıq. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 və nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-83/2023 saylı hökmünün dəyişdirilməsini və təyin edilən cəzanın sərtləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Külli miqdarda zərərin vurulmasına baxmayaraq ödənilməmişdir və ödənilməsinə təşəbbüs göstərilməmişdir. Təyin olunmuş cəza aşıq aşkar yüngül və ədalətsizdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs2 və nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-83/2023 saylı hökmünün dəyişdirilməsini və təyin edilən cəzanın sərtləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Külli miqdarda zərərin vurulmasına baxmayaraq ödənilməmişdir və ödənilməsinə təşəbbüs göstərilməmişdir. Təyin olunmuş cəza aşıq aşkar yüngül və ədalətsizdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmünün ləğv edilməsini, məhkum edilmiş şəxs barəsində bəraət verilməsi barədə yeni hökmün çıxarılmasını, zərərçəkmiş şəxslərin verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmünün dəyişdirilərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərarın qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müdafiəçinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmünün dəyişdirilərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərarın qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X16 verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının cəza ilə bağlı verdiyi təklif həddində zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin təmin edilməsinə etiraz etmədi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası əvvəlcə müdafiəçinin apellyasiya şikayətinin dəlillərinə, sonra isə zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qeyd olunur ki, cinayət cinayət işi materiallarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia vermələri göstərilsə də həmin mülki iddialar qanunvericiliyin tələblərinə uyğun deyil, belə ki, mülki iddiaların kimə qarşı yönəlməsi, həmçinin həmin şəxslərin mülki cavabdeh kimi tanınmaları barədə hər hansı qərarlar mövcud deyil. Məhkəmədə isə mülki iddia məhəkəmə çıxışları başlandıqdan sonra verilməklə qanunun tələbi pozulmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə mülki iddia ərizəsi məhkəmə çıxışları başlandıqdan sonra verildiyindən, yəni vaxtında təqdim olunmadığından mülki iddia məhkəmənin icraatına qəbul edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda 91.418 manat pulun təqsirləndirilən şəxsdən tutularaq onlara verilməsini xahiş etmişlər və ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmışlar. (cild 04, iş vərəqə 83-84; 88-89)Lakin, ibtidai istintaq zamanı mülki iddianın prosessual formasına riayət edilməmiş, eləcə də, mülki iddia üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmiş və ibtidai istintaq orqanının zərərçəkmiş şəxslərin mülki iddaçı qismində tanınmalarına dair qərarı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən məhkəmə tərkibi hesab etmişdir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğluna və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Göründüyü kimi apellyasiya şikayətində mülki iddianın verilməsi zamanı qanun pozuntularının olması göstərilsə də, məhkəmə hökmündə bu pozuntularaq qiymət verilmişdir. Bundan başqa apellyasiya şikayətində qeyd olunur ki, iş materiallarında olan 15 iyun 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi diskdə olan danışıqlarda armaturun Seyidəmir tərəfindən götürülməsi təsdiq olunur. Lakin həmin danışıqlarda zərərçəkmiş şəxslər iştirak etmir və qeyd olunan danışıqlarda armaturla bağlı pulun verilməməsi öz əksini tapmır. Ona görə də bu disk işə aidiyyəti olmayan sübut kimi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, ibtidai istintaq müddətlərinə əməl olunmadığı üçün ümumiyyətlə cinayət işinə məhkəmədə baxılmalı deyildi. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-218/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi polis mayoru X8 barəsində xüsusi qərar çıxarılmışdır. Həmin qərarda qüyd edilir ki, məhkəmə tərəfindən məhkəmə baxışı zamanı cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı yol verilmiş prosessual pozuntular aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, müstəntiq Mehman Ələsgərov tərəfindən cinayət işi üzrə icraat dayandırılmış və icraatın dayandırılmasına səbəb kimi Təqsirləndirilən şəxs Rafael oğlunun xəstə olması göstərilmişdir, (cild 04, iş vərəqə 47-48) Lakin, həmin qərar Təqsirləndirilən şəxs xəstə olmasına dair hər hansı sənədə, tibbi arayışa əsaslanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.3.4.-cü maddəsinə əsasən, bu Məcəllənin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş halda cinayət təqibinin dayandırılması üçün əsas müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyin mövcudluğudur. Belə olan halda, müstəntiq Mehman Ələsgərovun 26 sentyabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. CPM-nin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Dayandırmanın prosessual baxımdan hüquqi əsasının olmaması məhkəmə tərəfindən tanındığı üçün prosessual müddətlər pozulmuşdur. Həmin qərarda müstəntiq Mehman Ələsgərovun 26 sentyabr 2021-ci il tarixli istintaqın dayandırılması barədə qərarının qanunsuz və əsassız olduğu qeyd olunur. Belə olan halda aydın görünür ki ibtidai istintaq müddətlərə əməl olunmadan aparılmışdır. Lakin məhkəmə müstəntiq barədə xüsusi qərar çıxarsa da pozuntulara göz yummuş və mahiyyət üzrə hökm qəbul etmişdir. Bu dəlilin əsassızlığı ilə əlaqədar qeyd olunmalıdır ki, məhkəmə xüsusi qərar qəbul edərkən müstəntiqin dayandırma qərarını qüvvədən salmamış, qərarı ləğv etməmiş və ona münasibət göstərməmişdir. Məhkəmə müstəntiqin prosessual pozuntuya yol verməsinə münasibət bildirmişdir. Dayandırma qərarı məhkəmə nəzarəti qaydasında müdafiə tərəfindən mübahisələndirilməmişdir. Belə vəziyyətdə prosessual müddətlərin pozulmasını iddia etmək əsassızdır. Daha sonra apellyasiya şikayətində qeyd olunur ki, Təqsirləndirilən şəxs Rafael oğluna AR CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki guya o, tanışı Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 və onun şəriki X9 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadıb ünvan 1 ünvanda yerləşən "xxxx"MMC-nin, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən mart 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 182.836 manat təşkil edən ümumi çəkisi 781 ton təşkil edən müxtəlif diyametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sübutların qiymətləndirilməsi barədə qərarda isə Şahid6 təqsirinin sübuta yetirilməməsi qeyd olunub. Bu ciddi hüquq pozunsusu ilə bağlı məhkəmə hər hansı bir araşdırma aparmamış, eyni zamanda da hökmdə bu məsələyə qiymət verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərarda Şahid6 təqsirinin sübuta yetirilməməsi qeyd olunmayıb. Həmin qərarda Şahid6 barəsində cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Həmçinin həmin qərarın nəticə hissəsinin 7-ci bəndində Şahid2 Seyfulla oğlunun və Şahid5 Təqsirləndirilən şəxs Rəfail oğlu və Şahid6 ilə qabaqcadan əlbir olaraq qrup halında Zərərçəkmiş şəxs1 dəmir armaturların ələ keçirilməsində iştirakları təsdiqini tapmaması səbəbindən, əməllərində cinayət tərkibinin olmaması və onlara münasibətdə cinayət işinin başlanmasının rədd edilməsi qeyd edilmişdir. Bu qərarın məzmunundan Şahid6 barəsində cinayət işinin icraatına xitam verilməməsi aydın olur ki, bu da müdafiəçinin bu dəlilinin də əsassız olmasını göstərir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-37/2018 saylı iş üzrə fevral 2018-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 zərərçəkmiş kimi tanındığı analoji işdə Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilmişdir. (Cild 2 səhifə 202-206) Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, qanunverici təqsirləndirilən şəxsin məhkəməyədək icraatda ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini bilmək və buna uyğun olaraq öz hüquqlarını müdafiə etmək məqsədi ilə hüquqi təminatlar sistemini müəyyən etməsinə baxmayaraq məhkəmə istintaqı zamanı tərəflərindən yenidən ittihamın izah olunması xahiş olunsa da, bu vəsatət təmin edilməmişdir. Bu dəlillə əlaqədar qeyd olunmalıdır ki, müdafiə tərəfi cinayət işi məhkəməyə göndəriləndə cinayət işi ilə tanış olur, ittiham aktının surəti verilir, bundan əlavə məhkəmə istintaqı zamanı dövlət ittihamçısı ittihamı elan edir. Odur ki, bundan sonra yenidən təkrarən ittihamın izah olunmasına zərurət olmamışdır. Deməli vəsatətin təmin edilməməsi əsaslı olmuşdur. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli № 7 saylı qərarında qeyd edilir ki, "Məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Dələduzluq cinayəti iştirakçıhqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir.” İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı müdafiəçisi olduğu şəxsə AR CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli iştirakçılıqla törətməsi qeyd olunsa da onun hansı məbləğdə pul vəsaiti əldə etdiyi aydınlaşdırılmamışdır. Apellyasiya şikayətinin bu dəlili də ona görə əsassızdır ki, ittiham tərəfindən zərərin paylarının müəyyən edilməməsi cinayət işi üzrə ittiham hökmünün ləğv edilməsi və şəxsə bəraət verilməsinə əsas olan prosessual pozuntu hesab edilə bilməz. Apellyasiya icraatında isə payın müəyyən edilməsi icraatı ayrılmış digər təqsirləndirilən şəxsin iştirakı olmadan onun hüququnu pozmuş olardı. Bundan başqa hökmlərin icrası qaydasında müraciət edilməklə bu məsələ gələcəkdə həllini tapa bilər. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, müdafiəçisi olduğu şəxsin təqsirli bilinməsinin əsası kimi onun ibtidai istintaq zamanı şahid qismində verdiyi iddia olunan ifadələrə istinad edilmişdir. Bununla bağlı Avropa Məhkəməsinin yanaşmasına görə “İttiham" konsepsiyası Konvensiyada nəzərdə tutulan mənada başa düşülməlidir. Beləliklə, ona "səlahiyyətli orqan tərəfindən hər hansı fərdə cinayətə törətdiyi ilə bağlı iddia haqqında rəsmi məlumatın verilməsi" kimi tərif verilə bilər, bu tərif həm də "[şübhəlinin] vəziyyətinin əsaslı surətdə təsirə məruz qalıbqalmaması" testinə da cavab verir (məsələn bax: Devir Belçikaya qarşı, §§ 42 və 46 və Ekle Almaniyaya qarşı, § 73). Məhkəmə həmçinin müəyyən etmişdir ki, polis məntəqəsində həbs altında saxlanan, şahid kimi dindirilməmişdən əvvəl and içməsi tələb olunan hər hansı şəxs artıq "cinayət ittihamının" subyekti hesab olunur və susmaq hüququna malikdir (Brüsko Fransaya qarşı, §§ 46-50). Təqsirləndirilən şəxs həmin ifadələri şahid kimi vermiş, onun təməl hüquqları o cümlədən müdafiəçiyə malik olmaq, susmaq kimi təməl hüquqları təmin edilməmişdir. Məhkəmə onun istintaqın digər mərhələlərində, o cümlədən məhkəmədə verdiyi ifadələrə yox iki ifadədən 2 cümləyə istinad etməklə qanunsuz hökm qəbul etmişdir. Nəzərə almaq lazımdır ki hələ onun əvvəl verdiyi ifadələrdə də Sərxan hadisə barədə istintaqın sonrakı mərhələlərində, o cümlədən məhkəmə istintaqında verdiklərinə uyğun ifadə vermişdir. Bu dəlilin əsassızlığı ilə əlaqədar vurğulanmalıdır ki, şahidlə bağlı Avropa Məhkəməsinin qeyd edilən mövqeyi Təqsirləndirilən şəxs şamil edilə bilməz. Çünki Təqsirləndirilən şəxs qanunsuz həbs altında saxlanması iş materialları ilə müəyyən edilməmişdir. Qanunsuz həbsdə olması barədə də şikayət etməsi işdən görünmür. Əksinə onun barəsində əvvəl verilmiş həbs barədə təqdimat təmin edilməmişdir. Apellyasiya şikayətində təqdim edilən analoji qərarların nəzərə alınmaması və vahid məhkəmə təcrübəsi haqqında cinayət prosessual qanunvericiliyin pozulması kimi qeyd edilən dəlil qanunsuzdur. Belə ki, işə əlavə edilmiş başqa təqsirləndirilən şəxslərlə əlaqədar çıxarılmış hökmlər hazırki iş üzrə preyudisial xarakterə malik deyil. Odur ki, vahid məhkəmə təcrübəsi haqqında qəbul edilmiş qərarın ümumiyyətlə bu məsələyə aidiyyəti yoxdur. Belə qərarlar Ali Məhkəmənin cinayət kollegiyası tərəfindən qəbul edilir. Belə qərarlar isə işə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu ifadəsində göstərdi ki, 2016-cı ildə təsis olunmuş “SAR 2016» MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs satdığı 182.836 manat dəyərində müxtəlif növlü armatur müəssisənin mülkiyyətində olmamaqla, fiziki şəxs kimi onun və şəriki Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. O, dəmir məmulatlarını Təqsirləndirilən şəxs 2014-2015-ci illərdə satarkən fiziki şəxs kimi satmışdır. Həmin ərəfədə heç bir müəssisəsi olmamış, 182.836 manat dəyərində armatur Təqsirləndirilən şəxs bir razılaşma əsasında nisyə vermişdir. Tərəfindən tərtib edilmiş qeydlərdə Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda nisyə aldığı armaturların miqdarı və qiyməti ödənilmiş məbləğ və qalıq borc göstərilmiş, o və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış hesabat-arayışda hər şey tam dəqiqliyi ilə göstərilmişdir. Təqsirləndirilən şəxs Şahid6 nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Seydəmir Seyidova verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182.836 manat təşkil etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs2 ona olan etibarından ustalıqla suiistifadə etmiş, nəticədə ona və Sədrəddinə qarşı dələduzluq edərək, onlara külli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bəzi hallarda malı aparmağa özü gəlmiş, bəzi hallarda telefonla almaq istədiyi məmulatın adını və miqdarını bildirmiş, yük maşınlarını anbara göndərdiyini demişdir. Həmin ərəfədə bütün metal alqı-satqısı ilə məşğul olanlar etibar etdikləri şəxslərə nisyə olaraq mal verirmişlər. Təqsirləndirilən şəxs metal məmulatlarını alması və pulunu ödəməsini təsdiq edən özü tərəfindən imzalanmış hər hansı rəsmi və qeyri-rəsmi sənəd olmamış, Təqsirləndirilən şəxslə aralarında etibar olmuşdur. Bu səbəbdən o, satdığı malları özündə, Sərxan da özündə qeyd etmiş, bəzi hallarda üzləşdirmə keçirilmiş və razılaşmışlar. Heç vaxt buraxılan mallarda hansısa ziddiyyət və narazılıq olmamış, Sərxan armaturun satışından əldə olunan pula qardaşı ilə torpaq sahələrinin alışı və satışı biznesi ilə məşğul olmaq qərarına gəldiyini, torpaq sahələri aldığını və bu səbəbdən pulu ödəyə bilmədiyini bildirmişdir. Sonradan Sərxanın ondan götürdüyü armaturu metal bazarında Teymur, Eyvaz və Əlövsət adlı şəxslərə ucuz qiymətə satdığını, satışda Seyidəmir və Şahid5 da iştirak etdiklərini müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Baş Polis İdarəsində onunla üzləşərkən 182.835 manat məbləğində armaturu ondan aldığını və 3 ay müddətinə ödəyəcəyini etiraf etsə də, sonradan anlamadığı səbəbdən fikrini dəyişərək, ödəniş etməkdən imtina etmişdir. 07 fevral 2015-ci ildə anbardan AF-28 markalı (28mm diametrli) 4104 ton və 4252 ton olmaqla hər tonunun qiyməti 720 manat olan cəmi 6016 manat dəyərində 8,356 ton armatur buraxıldıqdan sonra borc 198178 manat təşkil etmiş, xx.xx.2015-ci ildə anbardan Təqsirləndirilən şəxs AF20 markalı (20mm diametrli) 4520 ton, 4520 ton, 4550 ton, AF-22 markalı (22mm diametrli) 4420 ton, 4460 ton, 4510 ton armatur olmaqla cəmi 19476 manat dəyərində 27.050 ton armatur buraxılmış və borc 217654 manat təşkil etmişdir. 10 fevral 2015-ci ildə 11000 manat, xx.xx.2105-ci İldə 15000 manat, xx.xx.2015-ci ildə 19000 manat ödənildikdən sonra borc 172654 manat təşkil etmişdir. 13 yanvar 2015-ci ildə Təqsirləndirilən şəxs zaminliyi ilə Şahid6 24077 manat və 5272 manat dəyərində armatur nisyə veriləndən sonra həmin borc Təqsirləndirilən şəxs borcuna əlavə olunmaqla xx.xx.2015-ci il tarixə cəmi borc 202.003 manat təşkil etmişdir. 21 mart 2015-ci ildə həmin borcdan 14800 manat ödəniş etdikdən sonra qalıq borc 187.203 manat təşkil etmişdir. 12 mart 2015-ci ildə X24 prospektində aparılan tikintiyə nisyə olaraq AF 25 markalı (25 mm diametrli) 4548 ton, 4492 ton, 3468 ton, AF 28 markalı (28mm diametrli) 4210 ton, 4156 ton və AF-32 markalı (32 mm. diametrli) hər tonunun qiyməti 920 manat olan cəmi 23342 manat dəyərində 25,372 ton armatur və K8 diametrli 2 qutu hər tonunun qiyməti 820 manat olmaqla cəmi 1640 manat dəyərində 2 ton katinka verildikdən sonra əvvəlki borcun 187.203 manat olması nəzərə alınmaqla, cəmi borc 212.185 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Şahid6 nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Seydəmir Seyidova verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182.836 manat olaraq qalmışdır. Ümumiyyətlə, armatur və digər dəmir məmulatlarının alqı-satqısına 2011-ci ildən başlamış, o zamanlar inhisar dövrü olduğu üçün vergi ödəyicisi kimi qeydiyyata alınmamış, İnhisarın kimin əlində olması isə ona məlum olmamışdır. Mallar gömrükdən onun adına rəsmiləşdirilməmiş, ümumilikdə gömrükdən keçirilmiş mallara görə pul ödəyərək həmin malları götürürmüşlər. "xxxx" MMC-ni 2016-cı ildə təsis edilmiş, hal-hazırda təsisçi direktor o olsa da, ilk olaraq təsis ediləndə o, təsisçi olmamışdır. "xxxx" MMC-ni kimin təsis etdiyini bilməmiş, hazırda "xxxx" MMC mövcud deyildir. Onun "xxxx" MMCdə hər hansı payı və ya aralarında müqavilə olmamışdır. 182.835 manat məbləğində pulu "xxxx" MMC-ə ödəniş etməyimizə dair hər hansı sənədləşmə olmamış, həmin pul köçürülmə yolu ilə göndərilmişdir. Həmin məbləğdən başqa da pul köçürmələri olmuş, o, ümumilikdə bir neçə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Digər cinayət işləri üzrə təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmamış, Şahid6 tərəfindən ona vurulmuş 29.000 manat maddi ziyanla bağlı Mərəzə adlanan yerdə yerləşən evə dair ona etibarnamə verilmişdir. Hazırda həmin ziyandan da ödənilməmiş məbləğ qalmış və evin sənədi də ondadır. Onlar təhvil verdikləri mallarla bağlı qaiməfaktura təqdim etməmiş, mallarla bağlı qeyd dəftəri olmuş, lakin, həmin dəftərdə Təqsirləndirilən şəxs məxsus hər hansı yazı və ya imza olmamışdır. Qeyd dəftəri onun özünə məxsus olmuş, həmin qeyd dəftərlərinin tərtib edilməsində Təqsirləndirilən şəxs iştirak etməmişdir. Təqsirləndirilən şəxs Şahid6 ona olan hər hansı borcunu da nəzərə almaqla notarial qaydada ərizə bağlamağı xahiş etməmişdir. Təqsirləndirilən şəxs 350.000 manatlıq notarial müqaviləni onun xahişi ilə bağlaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-2016-ci illərdə o, Zərərçəkmiş şəxs1la şərikli olaraq metal məmulatlarının satışı ilə məşğul olmağa başlamışdır. Bunun üçün Dərnəgül metal bazarında icarəyə sahə götürmüşlər. Metal məmulatlarını ya yerli şirkətlərdə bir qədər ucuz qiymətə alırmışlar və ya Rusiya, Ukrayna Respublikalarından gətirdərək qiymətin üzərinə əlavələr etməklə satışını həyata keçirmişlər. Satılan mallardan əldə olan qazanc onların arasında yarıbayarı bölünmüş, aldıqları məmulatlar müxtəlif diametrli armaturlar, katinka, mismar, yanmış məftil digər avadanlıqlardan ibarət olmuşdur. Metal bazarında öz müştəri əhatəsi yaranmış, Təqsirləndirilən şəxs də həmin müştərilərdən biri olmuşdur. Digərləri kimi o da armatur və başqa məmulatlar alıb üzərinə öz əlavəsini etmiş və satdıqdan sonra pulunu ödəmişdir. Təqsirləndirilən şəxs nisyə aldığı malın dəyərini hissə-hissə ödəsə də ona etibarları yaranmış, lakin, son vaxtlar o, nisyə aldığı mallara görə ödəniş etməsini dayandırmışdır. Metal məmulatları adətən müştəriyə icarəyə götürülmüş sahədən anbardar vəzifəsini icra edən Etibar tərəfindən verilmiş, daha doğrusu qaldırıcı kran vasitəsi ilə müştərinin götürdüyü yük avtomobillərinə yüklənmiş, Etibar malı ya onun, ya da Zərərçəkmiş şəxs1 göstərişi ilə nisyə vermişdir. Etibar müştəriyə nisyə verilmiş məmulatın adını, çəkisini və qiymətini özündə qeyd etmiş və iş gününün sonunda ona və ya Ramizə hesabat vermişdir. Ramiz də ondan əlavə özündə qeydiyyatlar aparmış, Təqsirləndirilən şəxs də həmin üsulla müxtəlif ölçülü armaturlar aparmışdır. Təqsirləndirilən şəxs nə vaxt, hansı çəkidə, hansı adda, hansı məbləğdə armatur nisyə verildiyini və onun tərəfindən nə qədər ödəniş edildiyi barədə qeydiyyat aparmışlar. Həmin qeydlər istintaqa təqdim edilmiş və onları təsdiq edir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 ikisinə birlikdə 182.836 manat dəyərində maddi ziyan vurmuş, əsasən haqq-hesab işlərini Zərərçəkmiş şəxs1 həyata keçirmiş, lakin, hər axşam aralarında hesabları müzakirə etmişlər. 182.836 manat dəyərində pulun yarısı ona, yarısı isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Təqsirləndirilən şəxslə əvvəllər də nisyə alış-verişləri olmuş, Sərxanın ödəniş etdiyi hallar da olmuş, Təqsirləndirilən şəxs onlardan nisyə apardığı malları müəyyən şəxslərə satmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs nisyə aldığı malları satdığı şəxslərlə arasında olan haqqhesabın hər hansı qeydiyyatını görməmişdir. O, özü şəxsən öz adından bu işlə bağlı Daxili İşlər Nazirliyinin BŞBPİ-nə nə zaman müraciət etdiyini hazırda xatırlamır. Zərərçəkmiş şəxs1la onun şərikliyini təsdiqləyən hər hansı rəsmi sənəd yoxdur. Onlara ümumilikdə 6-7 nəfər 2 milyon manata yaxın maddi ziyan vurmuş, həmin şəxslərlə bağlı cinayət işlərinə məhkəmələrdə baxılmış, həmin şəxslərdən azadlıqdan məhrum edilən şəxslərlə yanaşı, onların bağışladığı üçün həbs edilməyən şəxslər də olmuşdur. Lakin, barəsində bəraət hökmü çıxarılan şəxslər olmamış, Təqsirləndirilən şəxs 2014-cü ildən tanımışdır. Təqsirləndirilən şəxslə, Zərərçəkmiş şəxs1la birlikdə mal alış verişi ilə bağlı danışıqları olmuş, Şahid6 30 min manat borcu olduğu üçün ona mal verməmişlər. Təqsirləndirilən şəxs malları nisyə götürən zaman borcu olsa da, Sərxanı yaxşı insan kimi tanıdıqları üçün ona inanmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən anbarında anbardar işləmiş, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. O, Rusiya Federasiyasında qeydiyyatda olsa da 2005-ci ildən Azərbaycanda yaşamış, Zərərçəkmiş şəxs1la münasibətləri yaxşıdır. 2011-ci ildən başlayaraq Ramiz dostu Sədrəddinlə şərikli metal məmulatlarının satışı ilə məşğul olmuş, 2014-cü ildə Ramiz ona yanında anbardar kimi işləməyi təklif etmişdir. O, razılaşmış, Ramiz və Sədrəddin metal məmulatlarının satışı ilə məşğul olmaq üçün Dərnəgüldə metal bazarında sahə götürmüşlər. Onların satış üçün aldıqları müxtəlif metal məmulatları həmin sahədə saxlanılmış, o, razılaşandan sonra Ramiz və Sədrəddin daxil olan və satılan metal məmulatlarının qeydiyyatını aparacağını və işin sonunda hesabat verəcəyini bildirmişlər. Metal məmulatları anbardan əsasən nisyə satılmış, metal məmulatları müxtəlif diametrli armaturlardan, katinkalardan, mismardan, yanmış məftildən və sairədən ibarət olmuşdur. Müştəriyə malı nisyə o, Ramizin və ya Sədrəddinin göstərişi əsasında vermişdir. Nisyə mal ancaq tanıdıqları və etibar etdikləri müştərilərə verilmiş, müştəri metal məmulatlarını götürəndə o, tərtib etdiyi anbar kitabında buraxılan malın adını, kodunu, çəkisini, 1 tonunun qiymətini və cəmi dəyərini qeyd etmişdir. Müştəri nisyə aldığı malı satıb pulunu ödəyəndə dəftərdə üzərindən xətt çəkməklə borcunun qalmamasını qeyd etmiş, müştəri pulu hissə-hissə ödədikdə dəftərdə ödədiyi pulun miqdarı göstərilmiş və ümumi borcdan silinmişdir. Təqsirləndirilən şəxs o, qonşu kənd sakini kimi tanımış, Təqsirləndirilən şəxs də müştəri olmuş və etibar qazandığından ona Ramiz və Sədrəddin nisyə mal vermişlər. O, həmişə olduğu kimi Sərxanın da götürdüyü metal məmulatlarını dəftərdə qeyd etmiş, onun ödədiyi pulun miqdarını da yazmışdır. Son vaxtlar Sərxan pulu ödəməmiş, borcu artmış, o, bu barədə Ramizə və Sədrəddinə bildirmişdir. Ramiz Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulu ödəməsini bildirmiş, Sərxan hər dəfə pulu ödəyəcəyinə vəd etmişdir. Ona möhlət verilsə də o, pulu ödəməmiş və 182.836 manat borcu yaranmış, Şahid6 bir dəfə Sərxanın zaminliyi ilə 30.000 manat dəyərində armatur götürmüş və pulunu ödəməmişdir. Həmin armaturun Təqsirləndirilən şəxs nisyə aldığı 182.836 manat dəyərində armatura heç bir aidiyyəti olmamışdır. Sərxan bəzən özü obyektə gəlmiş, bəzən isə zəng etmiş və nisyə almaq istədiyi metal məmulatları onun göndərdiyi avtomobillərə yüklənmişdir. 182.836 manat dəyərində armaturun borcu 20142015-cü illər ərzində yaranmış, həmin ərəfədə onlar fiziki şəxs kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərmişlər. Bu səbəbdən qaimə verilməmiş, buraxılan məmulatları və ödənilən pulu kitabda qeyd etmişlər. Müştəriyə, o cümlədən Təqsirləndirilən şəxs etibar etdikləri üçün imza etdirməmişlər. Bir dəfə Şahid6 Sərxana məxsus metalları aparmağa gəlmiş, Ramiz onu görmüş və Sərxanın malı ona verməsindən ehtiyat edib, ona malı Seyidəmirə verməməyini bildirmişdir. Özü isə Sərxanla əlaqə yaratmış, Sərxan Seyidəmirin sürücü kimi gəlməsini bildirəndən sonra onun avtomobilinə metal məmulatı yüklənmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış arayışhesabat hər şey tam dəqiqliyi ilə göstərilmiş, Təqsirləndirilən şəxs ümumilikdə 182.836 manat məbləğində əmlakı ələ keçirməsi müəyyən edilmişdir. Qeydiyyatı Zərərçəkmiş şəxs1 həyata keçirdiyi üçün nə qədər borc məbləğinin qalmasını o, dəqiq bilməmiş, ona 182.836 manat dəyərində borc məbləği barədə məlumatı Zərərçəkmiş şəxs1 demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1993-cü ildən 2013-cü il tarixədək Qobustan rayon Notariat Kontorunda notarius işləmiş və 1993-cü ildə isə könüllü olaraq öz ərizəsi əsasında işdən çıxmış, sonradan isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlamış, hazırda Vəkillər Kollegiyasının üzvüdür. O, notarius işlədiyi vaxt və sonralar da onun hüquq mühafizə orqanlarında və digər hər hansı bir orqanda heç bir işi olmamışdır. O, sonradan Zərərçəkmiş şəxs1 Seyidəmirin Sərxanla birlikdə onların işlədiyi şirkətdən külli miqdarda armatur götürdüyünü, satıb pulunu mənimsəyərək qaytarmadıqlarını eşitmişdir. Seyidəmirin həmin armaturları satıb əldə etdiyi pulları haraya xərcləməsini bilməmiş, bunu biləndən sonra Seyidəmirdən həmin pulları haraya xərclədiyini soruşsa da Seyidəmir ona heç nə deməmişdir. Ancaq Sərxan ona bu barədə bildirəndə Seyidəmirin qardaşı olaraq o da bacardığı qədər şirkətə pulların qaytarılmasına kömək edəcəyini bildirmişdir. Seyidəmirin armatur götürüb satıb pulunu mənimsəməsində onun heç bir iştirakı olmamış və o, bunu sonradan eşitmişdir. Notarisu kimi işlədiyi dövrdə barəsində hər hansı şikayət olması və ya hüquq mühafizə orqanlarında hər hansı araşdırma aparılması mümkündür. Lakin, barəsində hər hansı cinayət işi üzrə araşdırılma aparılmamışdır. Qardaşı sürücü işləyən adam olmuş, qardaşının ona hər hansı maddi dəstəyi olmamış, əksinə o özü qardaşına köməklik etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə tərkibində dəyişiklik edilməsi səbəbindən məhkəmə istintaqı təzələndikdən sonra məhkəmə iclasında verdiyi ifadəsi elan olunan Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 təxminən 2015-2016-cı illərdən tanıyır. Əsasən vergi işlərini mübahisələndirmiş, həmin vaxt tanış olduqdan sonra Zərərçəkmiş şəxs1 sənədləri ona təqdim etmiş, o, görüşəndə artıq borc yaranmış, sonuncu partiya mal verilmişdir, malların təqdim edilməsində, hansı şərtlərlə verilməsini şəxsən görməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi Zərərçəkmiş şəxs2, direktoru isə Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu olmuş, o isə həmin Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan, etibarnamə əsasında işləmişdir. "xxxx" MMC-nin təsis olunmasında iştirak etməmiş, "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında yaradılmışdır. Həmin Cəmiyyət yaranmamışdan əvvəl armatur və digər avadanlıqlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən topdansatış qiymətinə alınıb vətəndaşlara satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti armatur, katinka, mismar, yanmış məftil və digər avadanlıqları əsasən Ukrayna Respublikasından və Rusiya Federasiyasından ABŞ dolları müqabilində alıb satmışdır. Armatur və digər avadanlıqlar ünvan 2 ünvanında anbara yığılıb oradan satılmışdır. Təqsirləndirilən şəxs anbardan armatur götürmüş, pulun bir qismini versə də pulun qalan hissəsini verməmişdir. O, Təqsirləndirilən şəxs nisyə götürdüyü armaturları kimlərə verməsini bilməmiş, lakin, o, özü həmin dəmir məmulatlarını verərək, qazanc əldə etməsini, eləcə də, zərərçəkmiş şəxslərə olan borcunu etiraf etmişdir. Təqsirləndirilən şəxs satışı ölkə daxilində keçirmiş, digər borclulardan əlavə Təqsirləndirilən şəxs də borcun istənilməsi prosesində iştirak etmiş, həm onun özü, həm də qardaşları ilə görüşləri olmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs həmin malların satışından əldə etdiyi pullarla torpaq sahəsi almışdır. Təqsirləndirilən şəxs qardaşları onlara Novxanı yolunda sahəsi təxminən 2 hektara yaxın olan torpaq sahəsini göstərərək, borcun əvəzində təklif etmiş, o, həmin təklifin qəbul edilməsini məsləhət görsə də zərərçəkmiş şəxslər həmin ərazidə torpaq sahəsinin qiymətinin ucuz olması səbəbindən təklifi qəbul etməmişlər. Torpaq sahəsinin alınma vaxtı borcun yaranması zamanına uyğun gəlmişdir. Şahid6 də zərərçəkmiş şəxslərə borcu olmuş, Seyidəmirlə Sərxanın əlaqələrindən məlumatı olmamışdır. Torpaq sahəsindən əlavə Sərxanın qardaşları Abşeron rayonu ərazisində mənzil də təklif etmişlər. Lakin, həmin evdə ailə yaşadığı üçün Zərərçəkmiş şəxs1 ailənin evdən çıxarılmasına razı olmayaraq, humanistlik göstərmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2015-2016-cı illərdən tanımış, onun Zərərçəkmiş şəxs1la tanışlığı yarananda artıq Təqsirləndirilən şəxs borcu yaranmışdır. "xxxx" MMC-nin təsis olunmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs verilmiş armaturlar "xxxx" MMC-yə məxsus olmamış, şəxsi anbardan verilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 400-500 min manatlıq mal götürərək, hər dəfə mal götürdüyü zaman təxminən bir ay müddətində gətirib pulu vermişdir. Lakin, 182.836 manat dəyərində armatura dair hissədə Təqsirləndirilən şəxs dələduzluq əməli törətmişdir. Təqsirləndirilən şəxs əgər əvvəlki malların pulunu verməyəcəyi halda, ona növbəti dəfə satış üçün mal verilməzdi. Lakin, Sərxan sonuncu dəfə zərərçəkmiş şəxsləri tələsdirərək, bir neçə hissə malın pulunu birlikdə qaytaracağını vəd verdiyi üçün armaturlar ona verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid6 onun atasıdır. Onun atası özünün «Kamaz» markalı avtomaşını ilə daşınma ilə məşğul olmuşdur. 2017-ci ilin mart ayında atası Bakı şəhər Baş Polis İdarəsində həbs edilərkən onlara məlum olmuşdur ki, atası armatur götürüb satıb pulunu verməmişdir. O, Sərxanı 2017-ci ilin fevral ayında nənəsi Sona xanım rəhmətə getdiyindən Qobustan şəhərində yaşadığı evdə yas məclisində Sərxan da gəlib həmin hüzur məclisində iştirak edərkən tanımışdır. Təqsirləndirilən şəxslə atasının ona olan borcu barədə hər hansı söhbəti olmamışdır. O, atası Şahid6 pulları əmisi Şahid2 problemlərinə xərcləməsini deməmişdir. Atası Şahid6 sürücü kimi fəaliyyət göstərmiş, o, özü müstəqil şəkildə alqı-satqı etməmişdir. Onun əmisi Şahid2 hazırda vəkil kimi fəaliyyət göstərir. Əmisi Tofiq əvvəllər Qobustan şəhərində notarius kimi işləmişdir. O, əmisinin yaşını dəqiq bilməsə də, onda olan məlumata görə əmisi Şahid2 pensiya yaşına çatdığı üçün notarius fəaliyyətini dayandırmışdır. Əmisi Şahid2 işində hər hansı problem olması ilə bağlı onda məlumat olmamışdır. Onun atası Şahid6 nənəsinin yas məclisində saxlanılmış, o, Bakıda yaşadığı üçün Qobustan şəhərində yerləşən evin atası tərəfindən kiməsə etibarnamə əsasında verilməsindən məlumatı olmamışdır. İstintaq zamanı düzgün ifadə vermişdir, həmin ifadəsini təsdiq edir, ola bilsin ki, hazırda müəyyən detalları unutmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Şahid6 tanımış, onun həmin vaxtı yük maşını olmuş və yükdaşıma ilə məşğul olmuşdur. Seyidəmir də həmin vaxtı yük maşını idarə etmiş və onunla ümumi iş prosesində tanışlığı yaranmış, tanışlıqları dostluğa çevrilmişdir. 2010-cu ilə qədər o, X29 ilə müqavilə bağlayıb köçürmə ilə onlardan armatur alıb satışı ilə məşğul olmuşdur. Bundan sonra o, sifariş əsasında armaturun daşınması ilə məşğul olmuş, 2014-cü ilin yay aylarından isə o, Təqsirləndirilən şəxs tanımışdır. Onunla tanışlığı Seyidəmirin vasitəsi ilə olmuş, Sərxan, o və Seyidəmir bir neçə dəfə oturub çay içmiş, Sərxanla onun heç bir alveri olmamışdır. Lakin, Seyidəmirlə dost olduğu üçün ona nisyə formada mal tapıb verirmiş, o da əvvəl götürdüyü malların pulunu vermişdir. 2014-cü ilin may ayında o, Naxçıvanda nənəsinin yas mərasimində olanda Seyidəmir ona zəng vurmuş, 2 maşın armatur lazım olduğunu, 5-10 günə pulunu bağlayacağını bildirmişdir. O, dostu Kənandan Seyidəmirə 2 maşın armatur verməsini xahiş etmiş və armatur ona verilmiş, armaturun dəyəri 56.000 dollar etmişdir. Deyilən vaxtdan 10 gün keçəndən sonra ondan pulu istədikdə, Seyidəmir yayınmağa başlamış, Seyidəmirlə söhbət zamanı pulun əvəzində Atyalı deyilən ərazidə qardaşı Tofiqin 35 sot və 50 sot torpağını verəcəyini bildirmişdir. O da Rəşadgilə Seyidəmirin dediyi kimi demiş, o isə Seyidəmiri tanımadığını bildirmişdir. Rəşada onun özünün də 54.000 dollar borcu olduğundan, Rəşad həmin məbləğləri birləşdirərək, ona 100.000 dollar borcu yarandığını demişdir. Həmin borcun əvəzinə o, X27 MTK-da borc əvəzi yeni tikilinin birinci mərtəbəsində 300 kvadrat metrlik obyekt vermişdir. O, Seyidəmirdən onun idarə etdiyi bankda olan Meredes S-Clas markalı maşınını borc əvəzi götürmüşdür. Seyidəmir ona banka 5000 manat borcu olduğunu bildirsə də, yoxladanda həmin məbləğin 17100 dollar olduğu müəyyən edilmişdir. Həmin vaxtdan onun Seyidəmirlə münasibətləri korlanmışdır. Armatur satışı ilə eyni vaxtda torpaq alqı-satqısı ilə də məşğul olmuşdur. Onun əvvəlcədən aldığı Novxanı qəsəbəsində 6 ədəd 12 sotluq torpağı olmuşdur. Sərxanın qardaşı Elbariz ev alqı-satqısı işi ilə məşğul olduğu üçün Sərxana həmin torpaqların satılmasında ona köməklik göstərməsini demişdir. O da qardaşı Elbarizə bu barədə demiş, Elbarizin vasitəsi ilə həmin yerlərdən ikisini 38.000 manata satmışdır. 2014-cü ilin may ayında o, Abşeron rayon icra hakimiyyətindən Runo MMC-yə məxsus olan torpaqdan 5 hektar torpaq almaq üçün çalışırmış, həmin yerin sotunu ona 350 manatdan demişlər. Bunun müqabilində o, 175.000 manat pul verməli olmuş, ona görə o, dostu Elvin ilə razılaşmış, ona məxsus 4 evi banka girov qoyub 200.000 manat pul götürəcəyini bildirmiş, həmin pulla da o, deyilən torpağı almalı idi. Həmin torpağın alınmasında nə Seyidəmir nədə ki, Sərxan iştirak etməmiş, sonradan o, Sərxanla Seyidəmirin bazarda armatur satışı ilə məşğul olan Ramiz adlı şəxsdən müəyyən dövr ərzində armatur götürdüklərini, Ramizə müəyyən miqdarda borclu qaldıqlarını bilmişdir. Sərxan və Seyidəmir ondan 3 hektar torpağı neçəyə satmağı ilə maraqlanmış, o da onlara 300.000 manata satmaq istədiyini bildirmişdir. Onda onların hər ikisi ona Ramizlə danışdıqlarını, həmin torpağı Ramizin adına sənədləşdirməyini, Ramizin isə ona 300.000 manat dəyərində, yarısını nağd pul, yarısını isə armatur verəcəyini bildirmişlər. O, Sərxana yerin sənədinin Mehmanda olduğunu, 10.000 manat pul müqabilində yerin girov qoyulduğunu və pul götürdüyünü demiş, Sərxan isə ona pulu verə biləcəyini bildirmişdir. Sərxan 10.000 manat pulu Mehmana vermiş, yerin sənədini götürmüş, sənəd Sərxanda qalmış, o, bundan sonra Zərərçəkmiş şəxs1 yanına getmişdir. Ramiz isə Sərxanla Seyidəmirin borcunu çıxandan sonra ona 80000-100000 manat arası hissə-hissə pul verə biləcəyini demişdir. Ramiz ona Sərxan və Seyidəmirin ona götürdükləri malın pulunu guya onunla birlikdə torpaq aldıqlarını, armaturların pulunu guya torpağa verdiklərini demələrini bildirmiş, o da bunun yalan olduğunu söyləmişdir. O, həmin torpaqları bankdan götürdüyü pulla aldığını bildirmiş, Elbariz və onun tanışları torpağın birinə 13000 manata müştəri tapmış, o da razılaşaraq torpağın birini həmin qiymətə satmış, Sərxandan sənədini götürmüş, sonradan o, həbs olunduğundan bütün işləri yarımçıq qalmışdır. Onun bildiyimə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 götürdüyü armaturların pulunu mənimsəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 30.000 manat dəyərində götürüb satdığı dəmir armaturların pulunun üstünə qoyub Sərxanın razılığı ilə torpaq alınması üçün göstərdiyi Şahid5 vermişdir. Torpaq alıb-satmaq üçün təxminən 200 min manata yaxın pul lazım olmuş, danışıqlarına əsasən təxminən 10 hektar torpaq sahəsi alınmalı olmuşdur. O, torpaq alqısatqısına qarışmamış, o, yalnız daşınma işini həyata keçirmişdir. Bu biznes danışığı Şahid5, Təqsirləndirilən şəxs və Sərxanın qardaşı Elbariz Tağıyev arasında olmuşdur. Şahid5 özünün pulu olmamış, Təqsirləndirilən şəxs 200 min manata yaxın pul yatırım etməyi öhdəsinə götürmüşdür. O, Zərərçəkmiş şəxs1 anbarında olan armaturları götürüb daşımış, Təqsirləndirilən şəxs demişdir ki, Zərərçəkmiş şəxs1 armatur götürəcək və həmin armaturların satışından əldə edilən pulun təkcə qazanc hissəsini deyil, hamısını torpaq alqı-satqısına yönəldəcəkdir. Torpaqlar satıldıqdan sonra Zərərçəkmiş şəxs1 armaturlarının pulu veriləcək, armatur sahiblərinə, yəni Zərərçəkmiş şəxs1 pulun torpaq alqı-satqısına yönəldilməsi barədə məlumat verilməsə də, armaturların pulunun 2-3 ay ərzində ödəniləcəyini bildirilmişdir. O, armaturları daşımaq üçün gedərkən həmin armaturların pulu ilə torpaq alınacağını bilmişdir. Torpaqların alınması-satılması ilə bağlı problem olacağı təqdirdə, pulun batacağı təqdirdə nəticənin necə olacağını bilməmişdir. O, özü şəxsən Zərərçəkmiş şəxs1 30 min manat dəyərində armatur alaraq satmış və Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün həmin pulu Təqsirləndirilən şəxs vermiş, daha doğrusu Sərxanın sözü ilə onun göndərdiyi dostu Vüqara vermişdir. O, İlkin ifadələrində də Təqsirləndirilən şəxs armaturların pulunu torpaq alqı-satqısına yönəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə olan söhbət zamanı armaturların pulunu torpaq alınmasına xərclədiyini etiraf etmişdir. Armaturları Zərərçəkmiş şəxs1 anbarından götürərək, Bakıxanov qəsəbəsində Təqsirləndirilən şəxs bildirdiyi ünvana, Məscidin yaxınlığında yerləşən yeni tikiliyə aparmışdır. Həmin armaturları iki-üç dəfəyə götürmüş, təxminən 10 maşın armatur olmuş, həmin daşınmanın birini özü həyata keçirmiş, digər daşınmaları sürücüləri həyata keçirmiş, həmin armaturlar təxminən bir ay müddətində daşınmışdır. Həmin sürücülərdən biri Ələsgər adlı şəxs olmuş, hazırda rəhmətə getmişdir. Rafiq adlı sürücü də digərlərini daşımışdır, o da hazırda rəhmətə getmişdir. Armaturlar 3 dəfəyə daşınmışdır. Onun Şahid2 adında qardaşı vardır, o, hazırda vəkil kimi fəaliyyət göstərir. Həmin tarixlərdə Şahid2 notarius vəzifəsində çalışmış, onun işləri qaydasında olmuş, qardaşı Şahid2 barəsində hüquq mühafizə orqanlarında hər hansı araşdırmanın gedib-getməməsini bilməmişdir. 14 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs 14 fevral 2015-ci il tarixdən 31 mart 2015-ci il tarixədək tam qaytarmaq şərti ilə 350.000 manat pulu nağd kredit verməsi barədə Bakı şəhəri 37 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Belə ki, Sərxan ona "gəl səninlə gedək notariat kontoruna müqavilə bağlayaq” təklifini vermiş, guya ona 350.000 manat kredit verməsini, həmin armaturların pulunu Ramiz istəyəndə həmin müqaviləni Ramizə göstərəcəyini, guya ondan aldığı armaturların hamısını ona verdiyini bildirmişdir. O da Sərxana inanmış və Xırdalan şəhərində səyyar avtobusda vətəndaşlara xidmət göstərən asan xidmətinin notariat kontorunda gedib həmin kredit müqaviləsinə imza etmişlər. Əslində isə Sərxan ona 350.000 manat kredit verməmiş, sonradan kriminal aləmdə tanınan şəxs “Basqallı Zaur” adlı şəxsi çağırmışlar. Həmin şəxs 350 min manat pulu ödəməyi ondan tələb etmişdir. Həmin şəxslər ona Xırdalanda hədəqorxu gəlmişlər, ancaq dəqiq vaxtı dəqiq bilmir, həmin kriminal şəxslər gələndə borc müqaviləsinin mövcud olub-olmamasını xatırlamır. 350 min manatlıq müqaviləni mübahisələndirmək üçün hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. Həmin müqavilə onda olmamış, qeyd edilən müqavilənin qüvvədə olub-olmamasını isə bilmir. Ümumiyyətlə, o, əvvəllər torpaq alqı-satqısı ilə məşğul olmamış, torpaq alqı-satqısında yaxşı gəlir olmasını Şahid5 ona demişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu ilə Təqsirləndirilən şəxs Rafael oğlu arasında olan xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu 182.185 manat dəyərində armaturu özünə götürdüyünü etiraf edərək, həmin məbləği Zərərçəkmiş şəxs1 ödəyəcəyinə söz vermişdir. (cild 01, iş vərəqə 155- 158) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında keçirilmiş üzləşdirmə zamanı X19 Mansurovu əvvəldən tanıdığını, əvvəllər ondan armatur götürüb satdığını, 182.000 manatlıq armatur və katinkanı Təqsirləndirilən şəxs və Ramin ilə aralarında olan razılaşmadan sonra Zərərçəkmiş şəxs1 hissəhissə mal götürüldüyünü, Sərxanın Ramizə telefon vasitəsi ilə zəng vuraraq həmin armatur və katinkanı özü üçün götürdüyünü və onu yük maşınının sürücüsü kimi ora göndərdiyini, o, Sərxanın zəngindən sonra xatırlamadığı tarixdə təxminən 2 ay müddətində Ramizin iş yerindən armatur və katinka götürərək tanışı Ramin vasitəsi ilə satıldığını və həmin malların dəqiq hara satılmasını xatırlamadığını, həmin manatlıq tikinti materiallarını Ramin satdıqdan sonra həmin gün üçün Sərxana çatası 30.000 manat pulu ona verildiyini, o, da Xırdalanda Sərxanın işlədiyi anbarda həmin pulu ona verdiyini, yerdə qalan məbləği isə Ramin Mehdiabad qəsəbəsində olan 3 hektar torpaq sahəsinin sənədləşdirilməsi üçün özünə götürdüyünü, sonradan həmin torpaq sahəsinin götürülmüş pulun qarşılığında 1 hektarının Ramin tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi təklif olunduğunu, həmin torpağın sənədləşdirilməsi üçün 30000 manat pul istənildiyini, pulu heç kimin düzəldə bilmədiyni, ona görə Ramizin pulunun qaytarılması məsələsi öz həllini tapmadığını, Sərxanın Şahid5 verilməli olduğu malın pulunun onun tərəfindən ödənilməli olduğunu bildirməsini, Sərxanın onunla borc müqaviləsi bağlamağı təklif etdiyini, onların hədəqorxusundan sonra onlarla müqavilə bağlamağa razlışdıqdan sonra 350.000 manatlıq borc müqaviləsi bağlandığını, lakin onun pulu olmadığına və həmin pulun ona heç bir aidiyyəti olmadığına görə həmin məbləği ödəmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (cild 03, iş vərəqə 35-39) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X5 ilə Şahid5 arasında aparılmış üzləşdirmə zamanı Şahid5 nə Sərxanla nə də Seyidəmirlə oturub torpaq almaq üçün pul lazım olması və Ramizdən mal alıb onun pulu ilə torpaq almaq barədə heç bir söhbəti olmadığını, Seyidəmirin ona bu məqsədlə heç bir material gətirib vermədiyini, bunların hamısının yalan olduğunu, o, həmin torpaq sahəsini 4 ədəd evi banka girov qoyub aldığını, torpaq sahəsini o, 2014-cü ilin aprel-may aylarında alıb pulunu verdiyini, bildirməklə yanaşı, 2014-cü ilin yay aylarında ona torpağa görə pul lazım olduğu, onun guya Seyidəmir və Sərxanla etdiyi söhbətlər hamısının uydurma olduğunu Seydəmir Seyidovun üzünə qarşı söyləmişdir. (cild 03, iş vərəqə 126-128) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında aparılmış üzləşdirmə zamanı Şahid5, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la münasibəti olduğuna görə onun Ramizdən armatur və digər məhsullar götürərək Şahid6 vasitəsilə satdığını və işlədiyi yerin müdiri Elçin adlı şəxsə olan kəsrlərini bağladığını Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (cild 3, iş vərəqə 129-132) İş materiallarında olan 06 may 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan və fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanda yerləşən “Superspace” hazırda “SAR-2016 adlanan MMCyə məxsus anbarın ərazisini göstərərək, 2014-2015-ci illərdə Təqsirləndirilən şəxs və X2 182.836 manat dəyərində müxtəlif ölçüdə armaturları verdiyini bildirmişdir. (cild 3, iş vərəqə 198-202) İş materiallarında olan Təqsirləndirilən şəxs verilmiş dəmir məmulatları və ödənilmiş pullar barədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən tərtib edilmiş hesabat-arayışdan və 7 vərəqədən ibarət metal məmulatlarının qeydlərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 16mm diametrli Ukrayna istehsalı olan hər tonunun qiyməti 775 manat olan cəmi 32,800 ton, 25420 manat dəyərində armatur verilmişdir. xx.xx.2014-cü ildə həmin armaturun dəyərindən 20.000 manat ödənilmiş və 5420 manat borcu qalmışdır. xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 16mm diametrli (AF-16 markalı) hər tonunun qiyməti 765 manat olan 21343 manat dəyərində 27,900 ton armatur nisyə verilmişdir. Əvvəl qalan borcla Təqsirləndirilən şəxs ümumi borcu 26763 manat təşkil etmişdir. xx.xx.2014-cü ildə onun tərəfindən 5400 manat ödənilmiş və borcu 21363 manat qalmışdır. 22. 11. 2014-cü ildə 3 yük avtomobilində hər birində ayrıayrılıqda 31,010 ton, 31.060 ton, 30,080 ton olmaqla hər tonunun qiyməti 765 manat olan cəmi 70,495 manat dəyərində 92,150 ton Ukrayna istehsalı olan armatur buraxılmış, ümumi borc 91858 manat təşkil etmiş və Təqsirləndirilən şəxs xx.xx.2014-cü ilə 19000 manat ödədikdən sonra borc 72858 manat qalmışdır. Həmin borcdan xx.xx.2014-cü ildə 10.000 manat, xx.xx.2014-cü ildə 5508 manat və xx.xx.2014-cü ildə 20.000 manat ödənildikdən sonra qalıq borc 37350 manat təşkil etmişdir. xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 5 avtomobildə hər birində ayrı- ayrılıqda 31,110 ton, 31,290 ton, 31,350 ton, 30,950 ton, 32,650 ton olmaqla hər tonunun qiyməti 760 manat olan 119586 manat dəyərində 157, 350 ton Ukrayna istehsalı olan (armaturun ölçüsü qeyd olunmamışdır) armatur buraxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs borcu əvvəlki borc nəzərə alınmaqla 156936 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixdə anbardan Təqsirləndirilən şəxs Af-20 markalı (20mm diametrli) 18,060 ton; AF-12 markalı (12mm diametrli) 4520 ton; AF- 22 markalı (22mm diametrli) 13,190 ton, AF-12 markalı (12mm diametrli) 13,570 ton; AF-20 markalı (20mm diametrli) 4,510 ton; AF-18 markalı (18mm diametrli) 4,540 ton, AF-22 markalı (22mm diametrli) 9,120 ton; Af-12 markalı, (12mm diametrli) 27,320 ton hər tonunun qiyməti 730 manat olmaqla cəmi 69228 manat dəyərində 94,830 ton armatur buraxılmışdır. Təqsirləndirilən şəxs borcu əvvəlki nəzərə alınmaqla 226,162 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə 10.000 manat ödənildikdən sonra borc 216162 manat, xx.xx.2015-ci ildə 24000 manat ödənildikdən sonra borc 192162 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə anbardan AF-28 markalı (29mm diametrli) 4104 ton və 4252 ton olmaqla hər tonunun qiyməti 720 manat olan cəmi 6016 manat dəyərində 8,356 ton armatur buraxıldıqdan sonra borc 198178 manat təşkil etmişdir. 10.02.2-15ci ildə anbardan Təqsirləndirilən şəxs AF-20 markalı (20mm diametrli) 4520 ton, 4520 ton, 4550 ton, AF-22 markalı (22mm diametrli) 4420 ton, 4460 ton, 4510 ton armatur olmaqla cəmi 19476 manat dəyərində 27,050 ton armatur buraxılmış və borc 217654 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə 11000 manat, xx.xx.2105-ci ildə 15000 manat, xx.xx.2015-ci ildə 19000 manat ödənildikdən sonra borc 172654 manat təşkil etmişdir. 13.01. 2015-ci ildə Təqsirləndirilən şəxs zaminliyi ilə Şahid6 24077 manat və 5272 manat dəyərində armatur nisyə veriləndən sonra həmin borc Təqsirləndirilən şəxs borcuna əlavə olunmaqla xx.xx.2015-ci il tarixə cəmi borc 202003 manat təşkil etmiş, xx.xx.2015-ci ildə həmin borcdan 14800 manat ödəniş etdikdən sonra qalıq borc 187203 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs Babək prospektində aparılan tikintiyə nisyə olaraq AF 25 markalı (25mm diametrli) 4548 ton, 4492 ton, 3468 ton, AF 28 markalı (28mm diametrli) 4210 ton, 4156 ton və AF-32 markalı (32 mm. diametrli) hər tonunun qiyməti 920 manat olan cəmi 23342 manat dəyərində 25,372 ton armatur və K8 diametrli 2 qutu hər tonunun qiyməti 820 manat olmaqla cəmi 1640 manat dəyərində 2 ton katinka verildikdən sonra əvvəlki borc 187203 manat nəzərə alınmaqla cəmi borc 212.185 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Şahid6 nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Seydəmir Seyidova verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182836 manat təşkil etmişdir. (cild 1 iş vərəqə 174175; cild 3, iş vərəqə 203-212) "xxxx" MMC daxil olmuş və bir ədəd video diskə köçürülmüş məlumatlara baxış keçirilməsinə dair 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1la, Seyidov Seydəmir və Təqsirləndirilən şəxs arasında mobil telefon vasitəsi ilə SMS yazışmaları olmuşdur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “darıma, bu gün pul verəcəm, məni aldatdılar...”, “”Ramiz sənə nə qədər pul versəm qalığı ayın axırına gözləyərsən” və s. məzmunlu mesajlar yazmışdır. (cild 3, iş vərəqə 169-171) İş materiallarında olan 20 sentyabr 2017-ci il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu ifadəsində 2017-ci ilin sentyabr ayının 30-dək Zərərçəkmiş şəxs1 götürdüyü 182.835 manat dəyərində armaturların pulunu qaytarmasına dair söz vermişdir. (cild 01, iş vərəqə 167-168) İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli izahatından görünür ki, o, Zərərçəkmiş şəxs1 dəmir məmulatlarının müqabilində 183 min manat borcunun olmasını bildirmişdir. (cild 01, iş vərəqə 13) İş materiallarında olan X1 təqsirləndirilən şəxs qismində əlavə dindirilməsinə dair xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, X5 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 186.000 manat dəyərində armatur götürərək ona verdiyini, həmin armaturları satdığını, Təqsirləndirilən şəxs həmin puldan 21.000 manat götürərək, qalan pulu torpaq alınması üçün saxlamasını ona bildirdiyini, Təqsirləndirilən şəxslə əvvəlcədən Zərərçəkmiş şəxs1 armaturları götürüb sataraq əldə edilən pula torpaq sahəsi alıb sonra baha qiymətə satıb aralarında bölmək üçün razılaşdıqlarını, o, həbs edilməmişdən əvvəl Təqsirləndirilən şəxs ona adını hallandırmamasını, Zərərçəkmiş şəxs1 şirkətinə pulu qaytarmağa köməklik edəcəyini bildirdiyini və bu səbəbdən əvvəlki ifadələrində bütün günahları öz üzərinə götürdüyünü qeyd etmişdir. (cild 01, iş vərəqə 171-173) İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Şahid5 və Şahid6 adlarına torpaq sahəsi qeydiyyata alınmamışdır. (cild 01, iş vərəqə 221) İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlunun adına ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çənlibel kəndində 0,19 ha. həyətyanı torpaq sahəsi və Şəmkir rayonu, Çənlibel kəndində 4.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. (cild 01, iş vərəqə 241) İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu 350.000 manat pulu nağd qaydada Şahid6 kreditə vermişdir. (cild 02, iş vərəqə 24) İş materiallarında olan AR Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi rəsmiləşdirilərkən qanun pozuntusuna yol verilməmişdir. (cild 02, iş vərəqə 31) İş materiallarından göründüyü kimi şəxsin əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması, cinayətin motivi və məqsədinin olması təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına və şikayətdə qeyd edilən digər dəlillərə qiymət verməyə zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməməsi, ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Kollegiya, eyni zamanda, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini ibtidai istintaq, birinci instansiya məhkəməsindəki icraat zamanı və apellyasiya icraatı zamanı keçirilən məhkəmə baxışında araşdırılan, cinayət işi materiallarında olan sübutlara əsasən subyektiv mülahizələrdən ibarət olan fikirlər kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara üstünlük verilməsi qaydaları gözlənilmiş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutlar ilə əlaqəli şəkildə qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq etməməsi ilə bağlı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Hazırkı halda, Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsi ilə uzlaşmış, hökm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilənlərə riayət edilməklə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində himayəsində bir azyaşlı uşağının olmasını və ağırlaşdıran halların olmamasını əsas götürərək, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli və qanunu hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X14 və Zərərçəkmiş şəxs1, nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs2, nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1994/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1994/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver