Məhkəmə qərarları › İş №1(103)-20/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-20/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-20/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X21, Müdafiəçilər Müdafiəçi2 Mövsum oğlunun, Müdafiəçi4, Məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 51/53, mənzil 19-da qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 4-də yaşayan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx xxxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 15-də yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-352/2021 nömrəli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X25 (sədrlik edən), X30 və X18 ibarət tərkibdə) 13 oktyabr 2021-ci il tarixli, 1(101)-352/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğicı 3 mart 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğicı 22 oktyabr 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq narkotik vasitə və psixotrop maddələri keçirmiş, habelə təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə plana əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Nazim” adlı şəxsə verməsini, Təqsirləndirilən şəxs2 sonuncudan narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib Bakı şəhərinə daşımaqla “Murtuz” adlı şəxsin dediyi şəxslərə satıb əldə edilən pulun Təqsirləndirilən şəxs1 təqdim etməsini, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitinin istintaqa məlum olmayan üsulla Murtuz və Rza adlı şəxslərə çatdırılmasını öz üzərinə götürməsi barədə razılaşmış, cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 13 oktyabr 2019-cu il tarixdə saat 18-19 radələrində Dövlət Sərhəd Xidmətinin X28 yaxınlığında Nazim adlı şəxsdən külli miqdarda - 10.199 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhərinə gətirmiş, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X44 küçəsi, 15 saylı ünvanda yerləşən Avrasiya Klinikasının yaxınlığında 0,005 qram çəkidə psixotrop maddə metamfetamini 175 manata tanışı X1. Bundan başqa, Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radalərində külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında Tural Əhmədova qanunsuz satarkən bu barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılıb həmin şöbəyə gətirilərək orada xidməti otaqların birində həmin tarixdə saat 10:15-dən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki donun cibindən satış məqsədi ilə əldə edib gəzdirməklə saxladığı külli miqdarda 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 222-50-42 saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahid6 verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli olaraq psixotrop maddələri keçirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar plana əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Nazim” adlı şəxsə verməsini, Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib Bakı şəhərinə daşımaqla “Murtuz” adlı şəxsin dediyi şəxslərə satıb əldə edilən pulun Təqsirləndirilən şəxs1 təqdim etməsini, sonuncu isə narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitinin istintaqa məlum olmayan üsulla Murtuz və Rza adlı şəxslərə çatdırılmasını öz üzərinə götürməsi barədə razılaşmış, cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 13 oktyabr 2019-cu il tarixdə saat 18- 19 radələrində Dövlət Sərhəd Xidmətinin X28 yaxınlığında Nazim adlı şəxsdən külli miqdarda - 10.199 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhərinə gətirmiş, 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X44 küçəsi, 15 saylı ünvanda yerləşən Avrasiya Klinikasının yaxınlığında 0,005 qram çəkidə psixotrop maddə metamfetamini 175 manata tanışı X1. Bundan başqa, Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radalərində külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında Tural Əhmədova qanunsuz satarkən bu barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılıb həmin şöbəyə gətirilərək orada xidməti otaqların birində həmin tarixdə saat 10:15-dən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki donun cibindən satış məqsədi ilə əldə edib gəzdirməklə saxladığı külli miqdarda - 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-352/2021 nömrəli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi vəkil Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 23.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə aidiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 qeyd etmişdir ki o Təqsirləndirilən şəxs1 tanımamış, Təqsirləndirilən şəxs2 saxlanılan zaman onlara Təqsirləndirilən şəxs1 barədə hər hansı bir söz deməmişdir. Qeyd etmək istərdik ki ilk dəfə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində qeyd etmişdir ki Təqsirləndirilən şəxs1 saxlandıqdan dərhal sonra onun tərəfindən qabalaşdırılmış, möhürlənmiş və yalnız növbəti günü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmuşdir. Həmin telefondan Baş Narkotiklərlə Mübarizə İdarəsinə təhvil verilənə qədər istifadə olunmamışdır. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, o əməliyyat zamanı ehtiyac yarana biləcəyi üçün qrupla birlikdə Qubadlı kafesinə getmiş, sonradan narkotik vasitənin aşkar edildiyi erə də gemişdir. Həmin yerə telefona göndərilmiş şəkillərə əsasən getmişdilər. Həmin şəkilləri yəqin ki telefona göndəriblər amma kimin telefonuna göndərilməsini bilmir. Şahid1 dediklərinə analoji qaydada ifadə verən Şahid2, Şahid4, Şahid6 da telefondan istifadə edilmədiyini bildirmişdir. Əməliyyatçılar həmçinin narkotik vasitənin aşkar edildiyi yerə nəyə əsasən getdiklərini xatırmalayıblar. Qeyd etmək istərdik ki, məhkəmə istintaqı zamanı tərəfimizdən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrəsinə 1 mart 2020-ci il tarixində saat 00:00-dan 6 mart 2020-ci il tarixinə saat 00:00-akimi, X27 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsinə 3 mart 2020-ci il tarixində saat 23:00-dan, 4 mart 2020-ci il tarixinə saat 01:00-a kimi, Şahid10 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 1 mart 2020-ci il tarixində saat 00:00-dan 6 mart 2020-ci il tarixinə saat 00:00-a kimi, X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 3 mart 2020-ci il tarixdə saat 19:00-dan 5 mart 2020-ci il tarixinə saat 00:00-a kimi daxil olan və çıxan zənglər, həmin zənglərin anten məlumatları həmçinin daxil olan və çıxan mesajların mətnlərinin alınması üçün qərar qəbul edilərək müvafiq mobil operatorlara göndərilməsi xahiş edilmiş vəsatət təmin edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil nömrəsinə 1 mart 2020-ci il tarixində saat 00:00-dan 6 mart 2020-ci il tarixinə saat 00:00-a kimi daxil olan və çıxan zənglər, həmin zənglərin anten məlumatları həmçinin daxil olan və çıxan mesajların mətnlərinin alınmasından sonra məlum olmuşdur ki Arifə məxsus telefondan ********** nömrəsi ilə Aydın adlı şəxslə və ********** nömrəsi ilə İlqar alı şəxslə əlaqə saxlanılıb. Şahid10 istifadəsində olan ***-***-**-** 1 mart 2020-ci il tarixində saat 00:00-dan 6 mart 2020-ci il tarixinə saat 00:00-a kimi daxil olan və çıxan zənglər, həmin zənglərin anten məlumatları həmçinin daxil olan və çıxan mesajların mətnlərinin alınmasından sonra məlum olmuşdur ki, Əkbərov X23 bir gün əvvələn etibarən hazırkı iş üzrə əməliyyat qrupunun rəhbəri olan Şahid2 istifadəsində olan ********** saylı nömrə ilə 2 mart 2020-ci il tarxindən etibarən dəfələrlə telefon danışığı aparıb. Sonradan tərarən şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində qeyd etmişdir ki, guya hadisədən uzun müddət keçdiyi üçün ilk dəfə ifadə verəndə həmin məsələni “unudub”. Əslində isə o telefonu heç bir sənədləşdirmə olmadan əməliyyat tədbiri üçün hansısa əməliyyatçıya vermiş ola bilərdi. O həmin əməliyyatçının kimliyini xatırlaya bilmir. Cinayət işi materiallarının birinci cildində olan 02 mart 2020-ci il tarixli şifahi ərizə protokolunda Şahid10 narkotik vasitə satışından məlumatlı olması ilə bağlı hər hansı fikir irəli sürülmür. Lakin birinci cilddə 03 mart 2020-ci il tarixli raportda guya Şahid10 Rza və Arif adlı şəxslərin cinayət əməllərinin ifşa olunması məqsədilə keçiriləcək tədbirlərdə iştirak edə biləcəyini təklif etməsi qeyd olunur. İş materiallarında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 mart 2020-ci il tarixli qərarda Arif adlı şəxsin müəyyən edilməsi və ifşa edilməsi istiqaməntində əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin qərarın surətinin 48 saat müddətində məhkəmə nəzarəti keçirən müvafiq rayon məhkəməsinə və prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qeyd olunsa da, həmin Qərarın qanunauyğunluğunun yoxlanılması barədə iş materiallarında hər hansı qərara rast gəlinmir. Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən əməliyyat qrupunun yaradılması barədə xx.xx.2020-ci il tarixli əmrdə də keçirilmiş əməliyyat tədbiri barədə 48 saat ərzində məhkəmə nəzarəti keçirən müvafiq rayon məhkəməsinə və prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qeyd olunsa da iş materiallarında keçirilmiş əməliyyat tədbirinin qanunauyğunluğunun yoxlanılması barədə hər hansı qərar mövcud deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə ondan narkotik vasitə alaraq cinayət başında yaxalanması ilə əlaqədar həyata keçiriləcək əməliyyat tədbirində istifadə ediləcək pul əskinazlarınm nömrələri barədə protokolda hal şahidləri kimi X8 və X5 iştirak etdiyi qeyd olunsa da, həmin protokolda hal şahidlərinə etirazla bağlı hər hansı qeyd mövcud deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli baxış və götürmə barədə protokolda Təqsirləndirilən şəxs1 pulu Rza adlı şəxsə çatdırmaq üçün götürdüyünü və başqa heç bir prosesdən xəbəri olmadığını qeyd etməsi bildirilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs1 03 mart 2020-ci il tarixində saat 23:58-də şübhəli şəxs kimi tutulması və tutmanın əvvəlinin 03 mart 2020- ci il saat 23:15-dən hesablanması qeyd olunur. Qeyd etmək istərdik ki, Təqsirləndirilən şəxs1 pulların Qubadlı kafesində 03 mart 2020-ci il tarixdə saat 23:30-da yekunlaşmış baxış və götürmə barədə protokol əsasında götürüldüyü qeyd olunduqdan cəmi 10 dəqiqə sonra Bakı-Quba yolunun 9-cu kmliyində yerləşən körpünün altından narkotik vasitənin götürülməsi barədə baxış və götürmə protokolu tərtib olunmuşdur. Həmin protokolun tərtib olunmasının 23:44-də yekunlaşdığı və bundan 14 dəqiqə sonra isə Təqsirləndirilən şəxs1 03 mart 2020-ci il tarixində saat 23:58-də şübhəli şəxs kimi tutulması və tutmanın əvvəlinin 03 mart 2020- ci il saat 23:15-dən hesablanması barədə protokol tərtib olunmuşdur. İş materiallarında 04 mart 2020-ci il tarixli saatı qeyri müəyyən olan, həmçinin Təqsirləndirilən şəxs1 hüquqi statusu müəyyənləşdirilməyən izahat mövcuddur. Həmin izahatda Təqsirləndirilən şəxs1 narkotik vasitələrin alqı-satqısında iştirakı və ya xəbərdar olması ilə bağlı qeyd etməmiş dolayısı ilə Özünü təqsirli bilməmişdir. İş materiallarında 04 mart 2020-ci il tarixli saat 20:15 və 20:55 aralığında davam etdiyi qeyd olunan Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilməsi haqqında protokol mövcuddur. Həmin protokolda Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələrində o Təqsirləndirilən şəxs1lə bağlı hər hansı məlumat verməmiş, o cümlədən vəkilinin vsatəti ilə yenidən dindirilərkən də bununla bağlı hər hansı xüsusat irəli sürməmişdir. Qeyd etmək istərdik ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan Samsung markalı mobil telefon həmin vaxt ondan götürülmüş və polislərdə olmuşdur. İş üçün əhəmiyyət kəsb edəcək halların müəyyən edilməsi üçün vacib olduğu halda həmin mobil telefona ümumiyyətlə baxış keçirilməmiş, orada olan məlumatlar tədqiq edilməmişdir. Həmin telefonda olan məlumatlardan müəyyən olunur ki, Şahid10 istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus olan +**********42 saylı nömrə arasında hər hansı danışıq mövcud deyil. Həmçinin Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefondan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş whatsapp ani mesajlaşma mübadilə sistemi ilə hər hansı danışıq və ya zəng həyata keçirilməmişdir. Digər tərəfdən, qeyd etdiyimiz kimi, Təqsirləndirilən şəxs1 pulların Qubadlı kafesində 03 mart 2020-ci il tarixdə saat 23:30-da yekunlaşmış baxış və götürmə barədə protokol əsasında götürüldüyü qeyd olunduqdan cəmi 10 dəqiqə sonra Bakı-Quba yolunun 9-cu kmliyində yerləşən körpünün altından narkotik vasitənin götürülməsi barədə baxış və götürmə protokolu tərtib olunmuşdur. Həmin protokolun tərtib olunmasının 23:44-də yekunlaşdığı və bundan 14 dəqiqə sonra isə Təqsirləndirilən şəxs1 03 mart 2020-ci il tarixində saat 23:58-də şübhəli şəxs kimi tutulması və tutmanın əvvəlinin 03 mart 2020-ci il saat 23:15-dən heablanması barədə protokol tərtib olunmuşdur. Qeyd olunan qısa müddət ərzində həmin hərəkətlərin həyata keçirilməsi qeyri mümkündür. Qeyd etmək istərdik ki, Təqsirləndirilən şəxs1 03 mart 2020ci il tarixində saat 23:58-də şübhəli şəxs kimi tutulması barədə protokolda vəkil kimi X4 iştirak etdiyi qeyd olunur. Həmçinin cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokolda 04 mart 2020-ci il tarixində Təqsirləndirilən şəxs1 tutulması baradə övladı X27 051- ***-**-** saylı mobil nöməsinə zəng vurulub məlumat verildiyi qeyd olunur. Qeyd etmək istərdik ki, cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokolda protokolun 03 mart 2020-ci il saat 23:58-da tərtibinə başlanması və 04 mart 2020-ci il tarixində saat 00:08-də tərtib olunmasının yekunlaşması qeyd olunur. Əgər qeyd edildiyi kimi, 04 mart 2020-ci il tarixində Təqsirləndirilən şəxs1 övladı X27 ***-***-**-** saylı mobil nöməsinə zəng vurulub məlumat verilmişdirsə bu 04 mart 2020-ci il tarixində protokolun tərtib edilməsi iddia olunduğu 8 dəqiqə ərzində edilməli idi. Qeyd etmək istərdik ki, 04 mart 2020-ci il tarixində Təqsirləndirilən şəxs1 tutulması baradə övladı X27 ***-***-**- ** saylı mobil nöməsinə zəng vurulub məlumat verilməmişdir. Həmçinin sonradan vəkil X16 öz istifadəsində olan 050-340- 68-12 saylı mobil nömrədən zəng vurub X38 ilə danışmış onlara məlumat vermişdir. Qeyd etmək istərdik ki iş materiallarında olan guya Şahid10 verdiyi məlumatın rəsmiləşdirilməsi haqqında şifahi ərizə protokolunda onun istifadəsində olan mobil nömrələr kimi ***-***-**-** və ***-***-**-** qeyd edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, 03 mart 2020-ci il tarixində Təqsirləndirilən şəxs1 saxlanılması zamanı ünvan 2 ünvanında qeydiyyatda olan Şahid12 vəkilə izahat vermiş, hadisənin gedişi barədə məlumat vermişdir. Həmçinin qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X19 vəsatəti əsasında, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə təqdimatla Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə prosesində hüqularını müdafiə etdiyim şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bilmədiyini bildirib qeyd etmişdir ki, əvvəllər məhkum olunmamışdır. Onun baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. O, sadəcə pul köçürməsi ilə məşğuldur. Təqribən 25 ilə yaxındır ki, o, İran İslam Respublikasına gedərək müvafiq mallar, yəni yanğından mühafizə malları alaraq ölkədə satır. Onun Rza ilə ilk gündən etibarən hadisənin baş verdiyi günə kimi bütün danışıqları telefonda var. İstintaq zamanı ona təzyiq göstərilmiş və məcbur etmişlər ki, ifadəsində qeyd etsin ki, o, narkotik alıb satır. Halbuki gömrükdə də onu tanıyırlar. Hazırda İrana bank yolu ilə pul köçürmək mümkün deyildir. Kimsə deyə bilməz ki, o, nə narkotik vasitə qəbul edir, nə də ki, onun satışı ilə məşğuldur. Ondan xahiş etdilər ki, həmin pulu götürüm. O da götürmüşdür. Pullarla bağlı Rza ilə telefon danışıqları mövcuddur. Rza telefonda ona demişdir ki, narahat olma tanıdığı adamdı. Yəni aralarında narkotiklə bağlı heç bir danışıq, heç bir söz işlədilməyib. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rzanı elə də çoxdan tanımır. İrana əvvəllər tez-tez pulları dəyişmək üçün getmişdir. Bu sadəcə qondarma işdir. Bu günə qədər kimə ki pullar köçürülüb hamısının adı, danışıqları telefonda var. Sakit adlı şəxsi əvvəllər əlaqəsi olmamışdır. Onlar Rzaya demişlər ki, 8800 ABŞ dolları pul var, adam göndər pulu verim. Pulu götürməyə o getmişdir. Sakit adlı şəxslə Rzanın əvvəllər tanışlığı isə mümkün ola bilməz. Bu hadisə təsadüfən ona gəlib çıxmışdır. Əgər arada tanışlıq olsaydı pulu birbaşa İlqara verərdilər. Qeyd etmişdir ki, o saxlanıldıqdan sonra polis əməkdaşları onu Binəyə aparıblar ki, pulları kimə verəcəyini öyrənsinlər. Pul veriləcək həmin şəxslər Binə ticarət mərkəzindən adı gedən İdarəyə gətirilmiş və daha sonra sərbəst buraxılmışlar. Lakin həmin şəxslərin məhkəməyə təqdim edilmiş iş materiallarında izahat və ya ifadəsi mövcud deyildir. Həmçinin onun əməliyyatçıların yanında belə Rza ilə danışıqları olub. Buna baxmayaraq o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmışdır. Onu məcbur etmişlər ki, elə ifadə versin. Belə ki, Daxili İşlər Nazirliyinin Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inizbati binasına gətirilərkən binanın birinci mərtəbəsinin dəhlizində sağ tərəfdəki sonuncu otaqda polis əməkdaşları əynindəki şalvarın arxa cibinə 2 bükümdə narkotik vasitə qoymuş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etirafedici ifadə verməsi tələb edilmişdir. Qeyd etmək istərdik ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsi həmin ifadə əsasında həmçinin Azərbaycan Respubliksı Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasma daxil olarkən Təqsirləndirilən şəxs1 xəsarətlər olduğu üçün bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciə etmişdilər. Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru ədliyyə müşaviri Fərrux Babayev tərəfindən izahatı alınan Təqsirləndirilən şəxs1 qeyd olunan işgəncə faktları ilə bağlı ətraflı izahat vermişdir. Azərbaycan Respubliksı Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından bizə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, N°17/38 2352 nömrəli məktubla qeyd edilmişdi ki, təcridxanaya daxil olarkən müayinə edilərkən Təqsirləndirilən şəxs1 sağ göz ətrafı və sol gicgah nahiyəsindən xəsarət aldığını bildirmiş, onun bədəninin dəri səthinə baxış keçirilən zaman sağ göz altı nayihəsində tünd bənövşəyi rəngli qançır, sol gicgah nayihəsində şişkinlik müşahidə edilmişdir. Hökmü Təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət 206.3.2,234.4.1,23.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə aidiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. İbtidai istintaq orqanı tərəfindən müdafiəçisi olduğumuz Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımaqla bağlı itiham irəli sürülmüşdür. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin tərkibi olmadığı üçün ona bəraət verilməlidir. İlk növbədə məhkəmə məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdik ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqam Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirməsi nəticəsinə gəlsə də səlahiyyətli dövlət orqanı tərəfindən ona ümumvətəndaş pasportunun verilib-verilməməsi, verildiyi halda onun Azərbaycan Respublikasının hüdudlarını tərk edib-etməməsi, etdiyi halda onun səfər etdiyi ölkələr arasında İran İslam Respublikasının olub-olmamasını, habelə xarici ölkə və ya ölkərələ səfər etdiyi halda onun kiminlə hərəkət etməsini ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özüözlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, “Rza” adh şəxsin həqiqətdə mövcud olub-olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olubolmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız digər təqsirləndirilən şəxsin ifadəsinə əsaslanmışdır. Başqa sözlə, ibtidai istintaq orqam digər təqsirləndirilən şəxsin ilkin ifadəsində göstərdiyi arqumenti yoxlamadan, yəni “Rza” adlı şəxsin həqiqətən də mövcud olmasını, Təqsirləndirilən şəxs1 məhz “Rza” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “Rza” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-352/2021 nömrəli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək heç bir sərhəd keçmədiyini, heç bir xarici ölkə ilə telefon əlaqəsi yaratmadığını, ilk məhkumluğunu, səmimi peşimançalığını, qadın olmasını, himayəsində xəstə və yaşlı anasının olmasını nəzərə alıb cəzasını müvafiq maddələrə uyğun olaraq minimum həddə endirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 Mövsum oğlu hökmün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayətlərə aidiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 cəzasının yüngülləşdirilməsini və minimum həddə endirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X32 yekun məhkəmə çıxışında göstrəmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayət əməli üzrə verilmiş ittihama qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri, yəni narkotik vasitəni Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə hərəkətini sövdələşməyə əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsilə keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 psixotrop maddəni Azərbaycan Respublikasının ərazisində “Nazim” adlı şəxsdən əldə etmiş, Təqsirləndirilən şəxs1 ikinci cinayət əməlinə görə verilmiş ittiham üzrə, yəni polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində aldığı narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə hansı qaydada və kim tərəfindən keçirildiyi müəyyənləşdirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlaka (narkotik vasitəyə və psixotrop maddəyə) sərəncam verməyi (satmağı) qabaqcadan vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçilik etmişlər. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234 4 1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlamətindən imtina edilməli, Təqsirləndirilən şəxs1 verilmiş ittiham Azərbaycan Respublikası CM- in 32.5, 206.3.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 verilmiş ittiham Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina edir, Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinin isə CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, məhkum olunmuş şəxsin və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və 234.4.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə həmin ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi vəkil Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli, “Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdankeçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 222-50-42 saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahin Süleyamanova verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülməsi; “Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür” epizodu, “təkrarlıq” tövsifedici əlaməti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ittihamdan və hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası endirilməli və hazırki qərarla təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə cinayələrin məcmusu üzrə yeni qəti cəza təyin olunmalı; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəza təyin olunmalı, hazırki qərarla təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayələrin məcmusu üzrə yenidən qəti cəza təyin olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Səyyar dediyi kimi o, neçə illərdir mebel işi ilə məşğul olurmuş. X39, İrandan yanğından mühafizə avadanlıqları alırmış və uzun müddət işləmiş, İranla bank vasitəsilə pul keçmir, bank vasitəsilə Rusiyaya Türkiyəyə pul gedir, amma İrana getmir, o özü İrana fabriklərə pul göndərmək üçün zəng vururmuş İranda valyuta məntəqəsinə ki, pulu kimə versin, uzun müddət işlədiyi, onu tanıdıqları üçün deyirdilər ki, Arif sabah filankəsə verərsən. Uzun müddət işlədiyi üçün, o da telefonda kimdən pul alıb, kimə pul verib hamısı var idi, polislər tərəfindən də baxış keçirilib, özləri yazıblar ki, heç nə aşkar olunmadı. O, həmin pul məntəqəsindən də inam olduğu üçün birdən ona deyirdilər ki, Məmməd pul gətirəcək, Arif bunları da götür öz pulunla birgə verərsən filankəsə, belə qarşılıqlı işləri olub. İndi məsələn Şahid2 gətirib ona pul verib deyirlər ki, bu narkotik puludur, bu pul necə oldu gəldi ona çatdı? Bu İranla olan telefon danışıqlarının nəticəsi olaraq pul gəldi ona da. Əməliyya qrupu yaradılır, əməliyyat keçirilir və telefon danışıqlarına əsasən “Whatsapp” proqramı vasitəsilə göndərilmiş qısa səsli mesajlar, göndərilən şəkillərə əsasən o, həbs edilib. Yaxşı bəs telefon danışığı hanı? Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq göstərdi ki, o, illərdir pul dəyişmə məntəqəsində işlədiyi adamdır, əlbəttə ki, tanıyır. Martın 3-ü saxlayıblar onu hardasa saat 7-8 olardı. Səyyar düz deyir, o bağlayıb getmək istəyirdi, o, dedi ki, bir nəfər pul gətirməlidir, 5-10 dəqiqə gözlə gətirsin pulu, sonra bağlayarsan. Telefonunda da var, Rza zəng vurub ona bildirmişdir ki, sənə 15.000 manat pul verəcəklər, onu götürərsən, o da demişdir yaxşı, gəldilər, pulu ona verdilər, sonra dəxli olmayan söhbət etməyə başladılar, Şahin İsmayılov da ona dedi ki, nə yaxşı çaydır, varsa bir dənə də ver, dedim çay gətirdilər, bir müddət oturdular, sözün düzü Sakitin danışığından o, gördü ki, anormal bir insandır. O, hətta Rzaya səsli mesaj göndərdi ki, ay Rza bunlar kimdir ki, gəlib oturublar burda, orda biraz dəyişdi, 15.000 manat demişdilər, 8.800 dollar gətirdilər. O, Rzaya dedi, çünki orda hesabda 30 neçə manat fərq eləyir, dedim özləri bölər də, sonra Rza danışdı, dedi ki, heç nə olmaz elə götür və götürdüyün pulu da necə götürmüsənsə, deyiblər ki, elə də ver İlqara, əgər o, narkotik alveri edirdisə, burda onun xeyrinə olmalı idi. Xeyr, həmin gün çəkiliş olmamışdır. O, səsli mesaj göndərdi ki, bunlar niyə oturub onun yanında?, görür ki, Sakit də gic-gic danışır, o, da fikirləşir ki, 15.000 manat bir maşın mer-meyvənin pulu edir, bunlar pulu göndərirlər, sərhəd də bağlıdır, sonra bir problem olar, dedi ki, o, bu pulu qaytarmaq istəyir, niyə oturublar burda?, Rzanın mesajı var, onu tutanın səhərisi günü, Rza deyir ki, istəyirsən qaytar pulu. O, Rzaya pulu qaytarmaq istəyirəm deyərkən, 8-10 nəfər onu aldı mühasirəyə, onu o dəqiqə vurdular. Ondan sonra İdarəyə getdilər. Səyyarı da, orda işləyən qadın işçi olub, onu da aparıblar. Gecəni birinci onları ayrı-ayrı saxladılar, ondan sonra balaca otaqda səhv etmirsə, Şahin İsmayılov idi, o idi, Səyyar idi, bir nəfər qız, bir nəfər oğlan, Şirəli təqribi iki dənə bağlamanı seyfdən çıxarıb atdı, stolun üstünə, o, əl vurmadı, götürüb qoydular, şalvarının sol arxa cibinə, həmin adamlarını birini də elə Şirəli orda üzünə dayandırdı ki, guya o, “20 Yanvar”-da buna narkotik satmışdır. O, ayın 3-ü tutulmuşdur, çəkiliş ayın 4-ü olub. Ayın 3-ü üstündəkiləri götürdülər, ayın 4-ü də qadın vəkili çağırdılar. Çəkiliş birinci orda oldu, üstündə guya nə qədər pul oldu. Birinci çəkiliş Narkotiklərlə Mübarizə İdarəsində oldu ayın 4-ü, ondan sonra da gəlmişik Qubadlı kafesinə. Qubadlı kafesində vəkil yox idi. Onu həm kafedə, həm də idarədə döyüblər. Başında şiş olub, gözünün altında, ayağının altından vurublar. Xeyr Arzunu tanımamışdır. Arzu ilə bir dəfə danışmışdır. O, Arzuya demişdir ki, pulu apar filan yerə ver, iki-üç dəfə danışıq bu ola bilər. 20 ildən çoxdur ki, pul köçürtmə ilə məşğul olur. Əsasən taxta pulları olurdu, taxta pulu da gələ bilmirdi ki, qalırdı orda, taxta pulu da ədviyyat, mərmər, qranit pulu qalırdı, taxta pulu getməli idi ora, o pul da gəlməli idi bura, bunlar əvəzləşdirilir, bank filan yoxdur, ən çox mərmər-qranit gəlir İrandan gündə iki-üç maşın. O, bu adamla işləyir, o, 5.000 pul verirsə, o, da onun əvəzində edirdim, etibarın, inamın səbəbinə etmişdir. O, Çinəsə pul köçürtmüşdür. Kafedə ona verilən 8.800 dolları, səhərisi gün Rza tərəfindən deyilib ki, Arif bu pulu ver İlqara, İlqarda məhkəməyə gətirmək mümkün olmadı. İlqarı da tanımır, necə ki, Arzunu tanımamışdır, onu da tanımamışdır, 8.800 dolları da aldığı kimi vermişdir. Dəqiq nəyin puludur bilmir, bu yaxınlarda bilmişdir ki, pul necə gedib, bunlar zəng vurublar Ərdəbilə Əli adlı bir şəxsə, Əli təzədən zəng vurub İranda Qocervani deyirlər nə deyirlər, onlar da böyük iş adamlarıdır, xaricə mal idxal edən adam, Əli zəng vurub Behzad adlı həmin şəxsə, o da zəng vurub o, işlədiyi pul dəyişmə məntəqəsinə, Rza da arxeyin olub ki, bunlar da iş görən adamlardır. Dedilər ki, 15.000 manat pul olacaq, amma 8.800 manat gəldi, o, da zəng edərək bildirmişdir ki, bu kursla 30 neçə manat səhv etmirəmsə əksik olacaq sonra Rza yəqin ki, o adama zəng vurub danışdı, sonra da ona zəng vurub dedi ki, Arif heç nə olmaz o pulu götür. Rza hətta sonra səs atıb, Badamdarda gördüm sonra, deyəsən o səsi pozublar, normal adama oxşamırsa o pulu götürmə, gecə saat 1-də Şirəli onu çıxardıb çölə ki, yox e zəng vur, zəng vur pulu versinlər, özdə “Whatsapla” səs atmağa da qoymadı, telefonla danış, əgər baxsanız tutulan günü 3-ü gecə saat 1-də o, İranla danışmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur, o, yanğından mühafizə alətlərinin və cihazlarının alqı-satqısı, o cümlədən, pul köçürməsi ilə məşğul olmuşdur; təxminən 25 ilə yaxındır ki, İran İslam Respublikasına gedərək müvafiq mallar, yəni yanğından mühafizə malları alaraq ölkədə satmışdır, o, Əli adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə tanış omluş, aralarında ancaq işgüzar münasibətlər olmuş, aralarından heç vaxt narkotik vasitələrlə bağlı danışıqlar olmamış, ilk gündən etibarən hadisənin baş verdiyi günə kimi bütün danışıqları telefonun yaddaşında mövcuddur, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş və ifadəsində narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasını qeyd etməyə məcbur edilmiş, halbuki gömrük idarəisndə bütün əməkdaşlar onu tanımış, hamı onun qanuni ticarətlə məşğul olduğunu bilir, heçə kim deyə bilməz ki, o nə vaxtsa narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuşdur; ona ancaq pulların götürülməsi ilə müraciət edilmiş, o da pullarla bağlı Rza ilə telefonda danışmış, Rza telefonda ona narahat olmamağı, pulu götürməsini, pulu gətirən adamın Rzanın özünün tanışı olmasını demiş, Rza ilə aralarında narkotik vasitələrlə və onların alqı-satıqısıilə bağlı heç bir danışıq, heç bir söz işlədilməyib. İrana əvvəllər tez-tez pulları dəyişmək üçün getmiş, indiyə qədər pul köçürdüyü şəxslərin hər birinin adı və danışıqları telefonunda mövcuddur, Sakit adlı şəxsi əvvəllər tanımamış, Sakit adlı şəxs Rzanı da tanımamış və Rza ilə əvvəllər tanışlığı mümkün ola bilməzdi, Rzaya zəng edən şəxslər sonuncuya 8.800 ABŞ dolları pul verilməli olduğunu, adam göndərməsini və pulu götürməsini demişlər, Rzanın xahişi ilə pulu götürməyə o getmiş, ona zəng edən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən “Qubadlı” kafesinə gəlməsini xahiş etmişdir; həmin gün saat 23 radələrində «Qubadlı» kafesində olarkən, iki nəfər şəxs gələrək onun oturduğu masaya yaxınlaşmış və adının Arif olub-olmadığını soruşmuşlar, Arif olduğunu bildirmiş, həmin şəxslər onun masasına əyləşmiş, onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın 8.800 ABŞ dolları pulu ona verməsini tapşırdığını bildirmişlər; onlar həmin pulu ona vermiş, o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir; Rza ilə danışarkən Rzaya gələn şəxslərin onda şübhə yaratdığını və pulu götürməyəcəyini demiş, həmin vaxt kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuş, ona yaxınlaşaraq çəkiliş aparılmaqla əməliyyat-axtarış tədbiri keçirdiklərini və onun Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər, o, polis əməkdaşlarına pulun narkotik vasitələrə görə verildiyini bilmədiyini, narkotik vasitələrlə əlaqəsinin olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları ona Sakit adlı şəxsin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müaraciət edərək Rza adlı şəxsin 15.000 manat pulun müqabilində 1 kiloqram narkotik vasitə satdığını və həmin narkotik vasitə üçün verilməli olan 15.000 manat pulun isə ona verilməli olduğunu bildirdiyini demişlər; bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə avparmışlar, orada polis əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmış, polis əməkdaşları onu etirafedici ifadələr verməyə məcbur etmişlər, bundan sonra polis əməkdaşları tərəfindən Binə Ticarət Mərkəzinə və X50 yanına aparılmış, İlqar və Hacı adlı şəxslər də saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, bir müddət saxlanıldıqdan sonra həmin şəxslər sərbəst buraxılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzbati binasına gətirilərkən binanın birinci mərtəbəsinin dəhlizində sağ tərəfdəki sonuncu otaqda polis əməkdaşları tərəfindən əynindəki şalvarın arxa cibinə 2 bükümdə narkotik vasitə qoyulmuş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etirafedici ifadə verməsi tələb edilmişdir, o, Təqsirləndirilən şəxs2 yalnız saxlandıqdan sonra görmüş, Arzu ilə bir dəfə telefon danışığı olmuş və bu danışıq Rza adlı şəxsin xahişi ilə olmuş, Təqsirləndirilən şəxs2 Şərab evinə qoyduğu pulun nə pulu olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin göstərmişdir ki, ona qarşı fiziki təsir göstərilməsi ilə bağlı prokuror və məhkəmə nəzarəti qaydasında müraciət etməmiş, hazırda bədənində tibb müayinəsi ilə müəyyən oluna biləcək heç bir xəsarət izləri qalmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, Rza Əkrəmini 5-6 ay olar ki, tanıyır, Rzanı Əli adlı tanışı vasitəsi ilə tanımış, belə ki, ticarətlə məşğul olduqda İran İslam Respublikasına gedir və bu zaman özü ilə gətirdiyi pulları Əliyə verirmiş və Əli də pulları onun dediyi ünvanlara yollayırmış; 2019-cu ilin oktyabr ayının sonlarında Əli onu Rzayla tanış etmiş və Rzanın dediyi adamlardan pulları alaraq onun dediyi şəxslərə verməsini əvəzində müəyyən məbləğdə pul alacağını bildirmişdir; bir neçə dəfə bu qaydada başqa şəxslərlə işlədiyi üçün hər hansı problemin olmayacağını düşünmüş və Əlinin təklifi ilə razılaşmış, Əli onun nömrəsini Rzaya vermiş, Rza onunla əlaqə saxlamış və Rza ilə bir qədər danışdıqdan sonra iş barədə maraqlanmış, Rza ona Rzanın dediyi şəxslərdən pulları alacağını və sonradan Rzanın dediyi digər adamlara verəcəyini bildirmiş, Rza aldığı pulların əvəzində hər dəfə ona müxtəlif məbləğlərdə pullar verəcəyini vəd etmişdir; Rza ilə razılaşmış, bundan sonra müxtəlif vaxtlarda Rzanın dediyi adamlardan pulları alaraq İslam adlı şəxsə verirmiş, bundan əlavə bir neçə dəfə Rzanın dediyi adamlardan pulları alaraq yenidən Rzanın söylədiyi Səid, İlqar, Məhəmməd və başqa şəxslərə verirmiş, Rza ilə onun istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə əlaqə saxlamış, 3 mart 2020-ci tarixdə saat 15 radələrində Rza istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə ona məxsus (050) ***-**-** mobil nömrəsinə WatsApp proqamı vasitəsi ilə səsli yazı «ataraq» onun adından 15.000 manat pul veriləcəyini və həmin pulları alaraq onun dediyi adama verməsini istəmişdir; problem olmadığını bildirmiş, bundan sonra tanımadığı nömrədən zəng gəlmiş və danışan şəxs onun nömrəsini Rzadan aldığını bildirmiş, ondan harada olduğunu soruşmuş və onun (Təqsirləndirilən şəxs1) Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən “Qubadlı” kafesinə gəlməsini xahiş etmişdir; həmin gün saat 23 radələrində Qubadlı kafesində olarkən iki nəfər şəxs gələrək onun oturduğu masaya yaxınlaşmış və adının Arif olub-olmadığını soruşmuşlar, Arif olduğunu bildirmiş, həmin şəxslər onun masasına əyləşmiş, onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın 8.800 ABŞ dolları pulu ona verməsini tapşırdığını bildirmişlər; onlar həmin pulu ona vermiş və o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir; Rza ilə işlədiyi müddət ərzində bir neçə dəfə Rzadan alınan pullar barədə maraqlanmış, Rza ona həmin pulların ticarətlə əlaqədar alındığını bildirirmiş. Lakin son məbləği almasını bildirdikdə və həmin şəxslərlə görüşdükdə artıq Rzanın başqa işlə məşğul olduğunu başa düşmüşdür. Buna görə də fikirləşmişdir ki, indi aldığı pulu da Rzaya versin və bundan sonra onunla işləməsin. Lakin artıq gec olduğu üçün həmin şəxslərdən pulları almış və saydıqdan sonra Rzaya zəng edərək sonuncuya bu barədə məlumat vermişdir, Rza ondan xəbəri aldıqdan sonra problemin olmadığını bildirmişdir. Bundan sonra kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuşlar. Onlar yaxınlaşaraq çəkiliş aparılmaqla əməliyyat-axtarış tədbiri keçirdiklərini və onun Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər, artıq hər şeyi başa düşdüyü üçün həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona Sakit adlı şəxsin Baş Narkotiklərlə Mübarizə İdarəsinə müaraciət edərək Rza adlı şəxsin 15.000 manat pulun müqabilində 1 kiloqram narkotik vasitə satdığını və həmin narkotik vasitə üçün verilməli olan 15.000 manat pulun isə ona verilməli olduğunu bildirdiyini söyləmişlər; polis əməkdaşları pulları saydıqdan sonra Rzanın onlara ünvan söylədiklərini və həmin ünvana gedəcəklərini bildirmişlər, bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Orada ona hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş və bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtraış keçirmişlər, lakin üzərində heç bir narkotik vasitə və ya qanunsuz predmet aşkar edilməmişdir; protokollar tərtib edilmiş və protokola imza çəkmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına Rzanın nə işlə məşğul olduğunu bilmədiyini sadəcə sonuncu dəfə pulu adlıqda Rzanın işi barədə onda şübhələrin yarandığını, artıq Rzanın hansı işlə məşğul olmasını başa düşdüyünü, lakin gec olduğu üçün pulu alıb ona bu barədə məlumat verdiyini, pulu onun dediyi adama verdikdən sonra bir daha Rza ilə işləməyəcəyini bildirmişdir; bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Rza Əkrəmini 5-6 ay olar ki, tanıyır. Rzanı Əli adlı tanışı vasitəsi ilə tanımışdır. Belə ki, ticarətlə məşğul olduqda İran islam Respublikasına gedirmiş və bu zaman özü ilə gətirdiyi pulları Əliyə verirmiş və Əli də pulları onun dediyi ünvanlara yollayırmış. 2019-cu ilin oktyabr ayının sonlarında Əli onu telefon vasitəsi ilə Rzayla tanış etmişdir. Əli ona hərdən Rzanın işlərinin olduğunu bildirib ona da bu məsələlərdə kömək etməsini istəmişdir. Əli ilə ticarət əlaqələrinə görə bununla razılaşmışdır. Belə ki, bir neçə dəfə Rzanın xahişi ilə onun dediyi şəxslərdən pulu alaraq yenidən Rzanın dediyi şəxslərə aparıb verməli imiş. Bu qayda ilə bir neçə dəfə Rzanın xahişi ilə onun istədiklərini yerinə yetirirmiş. Məqsədi məşğul olduğu ticarət əlaqələrini itirməmək olmuşdur. Bir neçə dəfə Rza dediyi adamlardan pulları qəbul edərək Rzanın dediyi adamlara aldığı pulları təhvil vermişdir. Hər dəfə pulları verdikdə bəzən Rza ona verdiyi puldan 20-30 manat pul götürməsini bildirirmiş. Bu pulda onun benzin və yol xərci üçün imiş. Çünki əsasən uzaq yerlərə gedərək Rzanın dediyi pulları onun dediyi adamlara vermişdir. Rzanın xahişlərini yerinə yetirməkdə başqa məqsədi olmamışdır. 03 mart 2020-ci tarixdə saat 15 radələrində Rza istifadəsində olan +**********38 saylı mobil nömrəsi ilə ona məxsus (050) ***-**-** mobil nömrəsinə WatsApp proqamı vasitəsi ilə səs yazı ataraq Rzanın adından ona 15.000 manat pul veriləcəyini və həmin pulları alaraq dediyi adama verməsini istəmişdir. Problem olmadığını bildirmiş və bundan sonra ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs nömrəni Rzadan aldığını bildirmişdir. Həmin şəxs onun harada olduğunu soruşmuş və o, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində fəaliyyət göstərən "Qubadlı” kafesinə gəlməsini söyləmişdir. Həmin gün saat 23 radələrində Qubadlı kafesində olarkən iki nəfər şəxs gələrək onun masasına yaxınlaşmışlar və ondan Arif olubolmadığını soruşmuşlar. Arif olduğunu bildirmiş və həmin şəxslər onun masasına yaxınlaşmışlar. Onlar Rza ilə əlaqə saxladıqlarını və Rzanın ona 8.800 ABŞ dolları pulu verilməsini istədiyini bildirmişlər. Onlar həmin pulu Arifə vermiş və o, pulu saydıqdan sonra Rza ilə əlaqə saxlayaraq həmin şəxslərin 15.000 manat yox 8.800 ABŞ dolları gətirdiklərini bildirmişdir. Rza da həmin pulu götürüb Eldar adlı şəxsə verməsini istəmiş və onun telefon nömrəsini göndərmişdir. Rza ilə əvvəllər bir neçə dəfə işlədiyi müddətdə Rzadan pullar barədə maraqlandıqda Rza həmin pulların ticarətlə əlaqədar alındığını bildirirmiş. Bu dəfə də deyilən pulu aldıqda həmin pulun ticarət işləri ilə əlaqədar verildiyini başa düşmüşdür. Buna görə də həmin şəxslərdən pulları almış və saydıqdan sonra Rzaya zəng edərək ona bu barədə bildirmişdir. Rza ondan xəbəri aldıqdan sonra problemin olmadığını bildirmişdir. Bundan sonra kafeyə bir neçə mülki geyimli şəxslər daxil olmuşlar. Onlar ona yaxınlaşaraq çəkiliş əsasında əməliyyat axtarış tədbiri keçirdiklərini və Rza adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və hazırda ona verilən pulun narkotik vasitənin alınması üçün verildiyini bildirmişlər. Bu zaman onlara pulun nə məqsədlə verildiyindən xəbərinin olmadığını bildirmişdir. Rza ilə olan əlaqələrini bildirmiş və hər dəfə ticarət üçün verilən pulları Rzanın dediyi adamlardan alaraq yenidən onun dediyi adamlara verdiyini bildirmişdir. Polis əməkdaşlarına Rza ilə 6 aydan çoxdur ki, əlaqəsinin olduğunu və onunla bütün danışıqlarının onun mobil telefonunda olduğunu və həmin danışıqlarında Rza ilə yalnız ticarətlə bağlı danışdığını bildirmişdir. Rzanın dediyi adamlardan aldığı və Rzanın dediyi adamlara verdiyi pulları əsasən ticarətlə məşğul olan və ticarət mərkəzlərində işləyən şəxslərə verdiyi üçün heç vaxt Rzadan şübhələnməmişdir. Bundan sonra həmin pulu polis əməkdaşlarına təqdim etmişdir. Ədətən Rzanın dediyi adamlar pulu verdikdən sonra çıxıb getdikləri üçün indiki şəxslərdən pulu alıb saydıqdan sonra onlar getmək istəmədikdə onlardan şübhələnmiş və Rzaya səsli mesaj göndərib həmin şəxslərin düzgün adam olmadıqlarını və pulu qaytarmaq istədiyini bildirmişdir. Mesajı göndərdikdən dərhal sonra ona pul verən şəxslər və orada olan tanımadığı dörd-beş nəfər onun üzərinə gəlmiş və onlar vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək onun əlini burub Baş Narkotıklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada bir neçə şəxs qəflətən onu yumruq və təpiklə döyməyə başlamışlar. Sonradan orada olarkən onlar onun arxa cibinə iki büküm ataraq onun narkotik satışı ilə məşğul olduğunu bildirib bu barədə izahat verməsini və hər şeyi etiraf etməsini istəmişlər. Polis əməkdaşları hətta bir nəfər tanımadığı şəxsi gətirərək guya həmin şəxsə narkotik satmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik satışı ilə məşğul olmasını etiraf etmədiyi təqdirdə ona məxsus avtomobildən və yaşadığı evdən külli miqdarda narkotik çıxacağı ilə onu təhdid etmişlər. Polis əməkdaşlarının heç bir təklifi ilə razılaşmamış və onların istədiyi etiraf edici izahat verməyəcəyini söyləmişdir. Sonradan onu kafedə pulu verən Şirəli adlı şəxsin xidməti otağında saxlamışlar. Həmin gecə onunla birlikdə həmin otaqda başqa tutulan şəxslər də olmuşdur. Həmin şəxslərin arasında guya ondan narkotik alan şəxsdə olmuşdur. Növbəti gün səhər saat 10 radələrində onu Binə bazarına aparmışlar. Orada əvvəllər pul verdiyi şəxslərdən birini müəyyən edib onunla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirmişlər. Sonradan həmin şəxsə nə olduğunu bilməmişdir. Daha sonra polis əməkdaşları Rzanın xahişi ilə aldığı 8.800 ABŞ dolları pulu Rzanın verdiyi telefon nömrəsi ilə əlaqə saxlayıb İlqar adlı şəxsə verməsini bildirmişlər. İlqarla əlaqə saxlamış və X33rşısında İlqarla görüşmüşdür. Polis əməkdaşları İlqarı da götürüb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Sonradan İlqara nə olduğunu bilməmişdir. Daha sonra onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də döymüşlər. Orada onun ayaqlarına vuraraq etmədiyi şeyləri etiraf etməsini istəmişlər. Yenidən heç nəyi etiraf etməyəcəyini bildirdiyi üçün onu yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bundan sonra ondan izahat almışlar. Daha sonra onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Sonradan onu yenidən döyməyə başlamışlar. Bundan sonra onun səhhəti pisləşdiyi üçün və yenidən döyülməmək üçün razılaşmışdır ki, guya şübhələnməyini bildirəcəkdir. Bundan sonra deyilən formada ifadə vermişdir. Çünki əgər istənilən formada ifadə verməsə yenidən döyüləcəyini bildiyi üçün ifadəsini o, formada vermişdir. Təxminən 20 ildir ki, İran İslam Respublikasının müxtəlif şirkətlər və ticarətlə məşğul olan şəxslər ilə ticarət əlaqəsindədir və bununla bağlı onun VÖEN-idə var. Heç vaxt qanunazidd əməllərə yol verməmişdir. Murtuz adlı İran İslam Respublikasının vətəndaşını tanımır. Ola bilər ki, Təqsirləndirilən şəxs2 qeyd edilən pulu almışdır, lakin həmin pulun narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğunu bilməmiş və ona heç kəs bu barədə heç nə deməmişdir. Ola bilər ki, Murtuz adlı şəxs tanışı Rza adlı şəxsə əsl məsələni demədən müraciət edib ona Bakıda çatacaq pulun olmağını deyib həmin pulu ona çatdrımasını xahiş edib və Arif də həmin pulu almışdır. Çünki Rzanın heç vaxt narkotik işlərinə qarışmadığını və əgər əsl məsələni bilsə Arifə belə bir şey deməyəcəyini bilirmiş; bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olub yaşasa da həmin mənzildə gedən təmir işləri ilə əlaqədar təxminən 2 ilə yaxındır ki, ünvan 4 ünvanında kirayə yaşamışdır. Fərdi sahibkardır və yanğın təhlükəsizlik avadanlıqlarının satışı və quraşdırılması ilə məşğul olur. Həmin avadanlıqları müxtəlif xarici ölkələrdən almışdır. Həmin ölkələrdən biri də İran İslam Respublikasıdır. xx.xx.2020- ci il tarixdə DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır və hazırda barəsində BMCMİ-də Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. Təqsirləndirilən şəxs2 tanımır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. (050) ***-**-** saylı Azercell mobil operatoruna məxsus nömrə ona məxsusdur, həmin nömrə onun adına rəsmiləşdirilib və həmin nömrəni 10 ildən artıqdır ki, istifadə edir. İran İslam Respublikası vətəndaşları ilə ticarət əlaqəsi olsa da onların arasında Murtuz adlı şəxs olmamış və Murtuz adlı şəxsi tanımır. Bundan başqa onun İran İslam Respublikasında Rza İkrami adlı tanışı var. Rza pul köçürülməsi işi ilə məşğul olur. Azərbaycan Respublikasında İran İslam Respublikasına bank vasitəsilə pulun köçürülməsi çətin olduğu üçün iş adamları pulu kənar vasitələrlə köçürməyə məcbur olur. O da Rza İkraminin sözü ilə dəfələrlə tanımadığı müxtəlif şəxslərdən pullar qəbul edib Bakı şəhərində Rzanın dediyi digər şəxslərə vermiş və həmin şəxslər barəsində də BMCMİ-də istintaq olunan cinayət işində bildirmişdir. Rzanın deməsi ilə müxtəlif şəxslərdən aldığı pulların narkotik vasitələrin satışından əldə olunan pul olmasından xəbəri olmamışdır. Ona verilən pullar meyvə-tərəvəz və ərzaq məhsulları ticarəti ilə bağlı pullar olmuşdur. Arzu adlı qızın ona zəng vurmasını və onun sözü ilə ümumilikdə 1.200 manat pulun ünvan 5 ünvanında yerləşən “Şərab Evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verməsini xatırlamasa da inkar da etmir, çünki dəfələrlə ona pul verməli olan şəxslərə pulu Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2 ünvanında yerləşən “Şərab Evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verməsini demiş və sonradan gedib Orxandan pulu götürmüşdür. İran İslam Respublikası vətəndaşı Murtuz adlı tanıdığı şəxs yoxdur. Pul köçürməsi işi ilə məşğul olan Rza İkrami adlı şəxsi tanıyır və onun barəsində BMCMİ-də verdiyi ifadədə bildirmişdir (1-ci cild iş vərəqi 58-60, 89-91,3-cü cild iş vərəqi 71-73, 156- 158, 40-cü cild iş vərəqi 11-13). Apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sərhəddən keçməmişdir, üzərində metamfetamin olmayıb, üzərində 10 ədəd tabletka olub, 2019-cu il oktyabrın 21 axşam saatlarında dayanacaqda durduğu yerdə polis əməkdaşları yaxınlaşıb, onu aparıblar. Təqsirləndirilən şəxs1 də ordan tanıyır ki, bir nəfər var idi dedi ki, təcili pul çatasıdır İrana, aparıb onu verməlisən ona, 615 manat. Ona zəng vurub dedi ki, kimdir?, o, da demişdir ki, bəs deyiblər ki, sizə pul verməlidir, o da dedi ki, yoxam, uzaqdayam, yer deyim, apar qoy ora, aparıb qoymuşam, onunla aramda narkotik söhbəti olmayıbdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs1 görməmişdir. Birinci dəfə istintaq dövründə, Bakı İstintaq Təcridxanasında görmüşdür. Əvvəl istintaq Binəqədi rayonunda gedirdi, müstəntiq danışdırdı ki, bəs necə oldu?, kimdən aldın?, deyib ki, bəs bir dəfə pul vermişdir, o da narkotik pulu deyil, başqa puldur. O, həmin pulun nə olmasını Arifə deməmişdir. Zabil Qurbanovun verdiyi vədlər əsasında belə ifadə vermişdir istintaqda. Zabil Qurbanov ona demişdir ki, sən belə ifadə versən, sənin üçün daha yüngül olacaq. Sadəcə onun danışdığı adam dedi ki, valyuta ilə işləyir 615 manat ver, 15 manat onların arasında ötürmə puludur, nədir, belə bir şeydir. Ariflə “Whatsapp” proqramında danışığı olmayıb. Əvvəlcədən pulun kimə verilməsi barədə danışıqları olmayıb. O, bir dəfə yığmışdır Arifi, saniyə söhbəti olub, götürməyib, ikinci zəngdə götürmüş, sonra ona demişdir ki, apar qoy ora, qoyandan sonra o, bir də zəng eləmişdir Arifə o, götürməmişdir, sonradan özü zəng elədi. 615 manat idi. Pərvizdən almışdır pulu. O, kuryer kimi işləyirdi, deyirdilər apar ver, verirdi. Rza ilə “Whatsapp”–la danışmışdır, demişdir ki, orda adam var, nömrəsini demiş və pulu ona vermişdir. O, Arifə zəng vurub, demişdir ki, nömrəni Rza verib, pul sizə çatmalıdır, Arif ona demişdir ki, burda yoxdur, apar qoy şərab evinə. Arifi tanımırdı. Birinci dəfə idi ki, dedilər Arif adlı şəxsə apar pul ver. Ona dedilər ki, zəng elə Arifə de ki, pulu sizə verməliyik, siz çatdırmalısız. Orxan aldı pulu, dedi kimə çatacaq, dedim Arifə, həmin vaxt o, Arifə zəng vurmuş və Ariflə danışmışdır. O, Arifə nəyin pulu olmasını deməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə ailə həyatı qurmuş, lakin 2016-cı ildə həyat yoldaşı rəhmətə getmiş, təxminən 1 ildir ki, İran İslam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qabqacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb dolanırmış. Tutulmamışdan təxminən 1 ay əvvəl növbəti İran səfərlərimin birində Astara şəhərində olduğu zaman axşam vaxtı qalmaq üçün oteldə yer bron edə bilmədiyi üçün məcbur olub gecəni səhərə kimi parkda keçirtmişdir, həmin vaxt özünü “Nazim” kimi təqdim edən Azərbaycan Respublikasının vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında sonuncu ondan nə işlə məşğul olduğu ilə maraqlanmış və rahat yolla pul qazanmağı təklif etmişdir. Nazim ona verəcəyi pul müqabilində tanıdığı şəxslərin vasitəsi ilə Azərbaycana Astara şəhərinə narkotik vasitələri keçirdəndən sonra gömrük məntəqəsinin yaxınlığında onların gizlətdiyi narkotik vasitəni götürüb Bakı şəhərinə çatdırıb, orada öz müştərilərinə satmağı təklif etmişdir. Pula ehtiyacı olduğundan Nazimlə razılaşıb birinci dəfə Nazimin İranda verdiyi təxminən 150 manat pulu alıb Azərbaycanda Astara şəhərində gömrük postunun yaxınlığında gizlədilmiş narkotik vasitəni götürüb Bakıya çatdırıb adını bilmədiyi müştəriyə çatdırmışdır. Bu minvalla təxminən 3 dəfə Astara şəhərində gömrük postunun yaxınlığında Nazimin adını bilmədiyi tanışlarının gizlətdiyi narkotik vasitəni götürüb bir dəfə adını bilmədiyi şəxsə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Vorovski” dairəsinin yaxınlığında, “Avrasiya” klinikasının ətrafında gizlədərək bu yolla həmin narkotik vasitəni Nazimin müştərisinə çatdırmışdır. Bundan sonra Nazimin vasitəsi ilə tanış olduğu adı sonradan məlum olan X34 ilə həmin yerdə görüşərək Nazimin göndərdiyi şəffaf sellofana bükülmüş narkotik vasitəni ona çatdırmışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 1 həftə əvvəl X12yıdarkən yenədə Astara şəhərində gömrük məntəqəsinin yaxınlığında Nazimin ona dediyi yerdən şəffaf siqaret sellofanına bükülmüş bir neçə bükümü götürüb özü ilə Bakı şəhərinə gətirib kirayə yaşadığı ünvan 6 ünvana gətirib evdə gizlədib saxlamışdır. Əvvəlcədən olan razılığa əsasən İrandan gətirdiyi narkotik vasitə “şüşə”ni Tural almalı imiş, lakin həftə ərzində Turalın imkanı olmadığından İrannan gətirilən narkotik vasitəni ondan ala bilməmişdir. 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Turalla danışdıqları kimi “Avrasiya” klinikasının yaxınlığında görüşüb, gətirdiyi narkotik vasitələrin bir hissəsini Turala verib əvəzində 175 manat pul almış, bundan bir neçə saat sonra 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində yenədə Turalın zəngindən sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə Turalla həmin ünvanda ünvan 7örüşə gəldikdə iki nəfər mülki paltarda olan özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq özləri ilə yaxınlıqda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Şöbədə ona təqdim edilmiş vəkil X13 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı sağ ovucunun içində saxladığı Turala satmağa gətirdiyi şəffaf sellofana bükülmüş əsl adı metamfetamin olduğu ona sonradan məlum olan «şüşə» kimi tanıdığı narkotik vasitəni və əynində olan boz rəngli donun cibindən Turalın bir neçə saat əvvəl satılmış narkotik vasitənin müqabilində verdiyi 175 manat pulu polislərə təqdim etmişdir. Polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin özü istifadə etmədiyini səmimi olaraq etiraf etmişdir; təxminən 2019-cu ilin fevral ayının əvəllərindən İran İslam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qab-qacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb pul əldə edərək dolanmış, həmin ərəfədə İran İslam Respublikasının Astara şəhərində siqaret və tütün məmulatlarının satışı ilə məşğul olan özlərini Murtuz və Rza kimi təqdim edən tacirlərlə tanış olmuş və bir neçə dəfə onlardan tütün məmulatları alıb Bakı şəhərinə gətirib tanımadığı müştərilərə satmışdır. Təxminən 29 sentyabr 2019-cu il tarixdə yenidən ticarət üçün İran İslam Respublikasının Astara şəhərində olarkən Murtuz və Rza adlı şəxslər söhbət əsnasında ondan etdiyi ticarətlə bağlı qazancını soruşarkən onlara qazancı barədə məlumat verərək az pul qazandığı üçün gileylənmişdir; söhbət zamanı həmin şəxslər ona metamfetamin dərmanlarının alveri ilə də məşğul olduqlarını bildirib ona da həmin alverdə iştirak etməsini təklif edərək, dərman alverində daha çox gəlir olduğunu, çoxlu pul qazana biləcəklərini bildirmişlər. O da onlardan həmin dərman haqqında məlumat alan zaman onlar satdıqları metamfetamin dərmanlarının güclü əsəb xəstələri üçün olduğunu, həmin metamfetamin dərmanlarının Azərbaycan Respublikasında vəzifəli şəxslərin monopoliyasında, yəni nəzarətində olduğunu və kənar şəxslərə həmin metamfetamin dərmanlarının ticarəti ilə məşğul olmağa imkan vermədiklərini, bu səbəbdən qeyd olunan biznesdə yaxşı pul olduğunu bildirmişlər. Onlardan fəaliyyətinin nədən ibarət olduğunu soruşan zaman onlar həmin dərmanları öz adamları vasitəsi ilə İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikası Astara şəhərinə keçirdiklərini, onun isə Astara şəhərindən həmin dərmanları onların adamlarından qəbul edərək Bakı şəhərinə aparıb orada digər dediyi adama çatdırmaqdan ibarət olduğunu bildirmiş, pulu isə İran İslam Respublikasına gələcəyi təqdirdə onların özlərinin ona verəcəyini bildirmişlər. Onlardan nə qədər pul verəcəklərini soruşan zaman ona hər bir dənəyə görə 10 manat pul verəcəklərini bildirmişlər. Pula ehtiyacı olduğuna görə onların təklifləri ilə razılaşmışdır. Bundan sonra Murtuz telefon vasitəsi ilə onun şəklini çəkmiş və bildirmişdir ki, həmin şəkili Astara şəhərində olan adamına göndərəcək ki, həmin şəxs onu tanıyaraq yaxınlaşsın. Həmçinin Murtuz ona WhatsApp proqramında istifadə etdiyi mobil nömrəsini vermişdir ki, sərhəddi keçdikdən sonra onunla əlaqə saxlasın. 29 sentyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərindən bizim Astara şəhərinə keçdikdən sonra sərhəd keçid məntəqəsinin yaxınlığında WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmişdir. Həmin vaxt Murtuz ona orada gözləməsini və bir şəxsin ona yaxınlaşacağını bildirmişdir. Bir qədər sonra təxminən 35-40 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq Murtuzun adamı olduğunu bildirib özünü Nazim kimi təqdim edib cibindən qara rəngli sellofan paketə bükülmüş 3 ədəd balaca bağlamanı çıxarıb ona verib çıxıb getmişdir. Həmin bağlamaların üzərində “Fuad 5” sözləri yazılmış kağız yapışdırılmışdır. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. 30 sentyabr 2019-cu il tarixdə Murtuz İrandan ona WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq az sonra onunla Bakı şəhəri, Nardaran qəsəbə sakinlərinin əlaqə saxlayacağını və üzərində “Fuad 5” sözləri yazılmış metamfetamin dərmanlarından bir bağlamasını həmin şəxsə verməsini, pulunu da öz aralarında danışdıqlarını və pulu özlərinin İrana göndərəcəyini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra WhatsApp proqramı vasitəsi ilə hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmiş və həmin şəxs ondan metamfetamin dərmanlarını götürməli olduğunu bildirib harada görüşəcəyini soruşmuşdur. Həmin şəxsi işlədiyi Avrasiya klinikasının yaxınlığında görüşə biləcəyini bildirmişdir. İşlədiyi iş yeri 4-cü polis şöbəsinə yaxın olduğu üçün dərmanı götürməyə gələn şəxslər görüş yeri ilə bağlı Murtuza öz iradını bildirdiyinə görə o da həmin şəxsə Binəqədi rayonu Azadlıq metrostansiyasının yaxınlığında yerləşən “Heydər Park” adlı parka gəlməsini bildirmişdir. Həmin gün saat təxminən 21-22 radələrində qeyd olunan parkda həmin şəxslə görüşmüş və Murtuzun ona bildirdiyi üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı həmin şəxsə vermişdir. Həmin şəxs özünü ona təqdim etməmiş, onun gözündə eynək, başında papaq olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmağa başlamışdır. Orada Murtuzun bildirdiyi kimi üzərində “Fuad 5” sözləri yazılmış 01 ədəd bağlamadan birini həmin şəxsə verib oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra WhatsApp proqramı vasitəsi ilə Murtuzla əlaqə saxlayarkən Murtuz ona üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Fuad adlı şəxsin səhər gəlib götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra saat təxminən 19 radələrində (077) ***-**-** saylı mobil nömrədən ona bir nəfər şəxs zəng vuraraq özünü Fuad kimi təqdim edərək ona çatacaq metamfetamin dərmanlarının olmasını bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Həmin şəxsə “Azadlıq” metrostansiyasının yaxınlığında görüşə biləcəklərini bildirmiş və bundan bir neçə dəqiqədən sonra ona (070) ***-**-** saylı mobil nömrədən zəng vuraraq özünü Pərviz kimi təqdim edən şəxs az öncə ona zəng edən Fuadın dostu olduğunu, Fuadın işi çıxdığına görə ona çatacaq metamfetamin dərmanlarını götürəcəyini bildirmişdir. Bu söhbətdən təxminən yaxım saat sonra Azadlıq prospektində yerləşən “Avrasiya” klinikasının qarşısında görüşmüşlər. Həmin vaxt özünü Pərviz kimi təqdim edən şəxsin yanında bir nəfər özünü İsmayıl kimi təqdim edən şəxs də olmuşdur. Söhbət zamanı onlar dost olduqlarını bildirmişlər. Üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Pərvizə verdikdən sonra onlar metamfetamin dərmanlarının pulunu Murtuzla danışdıqlarını bildirib pulu ona verəcəklərini deyərək gəldikləri qara rəngli «JEEP» markalı avtomobilə minərək çıxıb getmişlər. Bundan sonra Murtuzla Whatsapp proqramı vasitəsilə əlaqə saxlayaraq dərmanları Pərviz adlı şəxsin gəlib götürdüyünü bildirmişdir. Həmin vaxt Murtuz onda qalan üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Nardaran uşaqlarının gəlib götürəcəyini bildirmişdir. Murtuza dərmanları Nardaranlıya verməyəcəyini, onlardan qorxduğunu bildirmişdir. Belə ki, həmin şəxslərin hərəkət və davranışlarından həmin insanların normal insan olmadıqlarını, onu izlədiklərini başa düşmüşdür. Buna görə də Murtuza dərmanları Nardaran uşaqlarına vermiyəcəyini, həmin şəxslərin xəstə olduğunu bildirib dərmanları atacağını bildirmişdir. Murtuz da onun sözlərinə gülərək metamfetamin dərmanlarının elə xəstələr üçün olduğunu bildirmişdir. Bundan sonra “Nardaran” uşaqları kimi tanıdığı şəxslərdən biri ona WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq Murtuza şikayət etdiyini, nə üçün onlara dərman vermədiyini soruşmuşdur. Həmin zəng edən şəxsə bu barədə Murtuza bildirdiyini deyərək onunla görüşməyəcəyini demişdir. Murtuz da yenidən onunla əlaqə saxlayaraq Nardaranlı uşaqların dərman istədiklərini bildirib çıxıb metamfetamin dərmanlarını onlara verməsini desə də həmin şəxslərə dərman verməkdən imtina etmişdir. Murtuz da narahat olmamasını, üzərində “Fuad 5” sözləri yazılmış qalan bağlamanı Fuadın səhər gəlib götürəcəyini demişdir. 09 oktyabr 2019-cu il tarixdə təxminən saat 13 radələrində Fuad istifadəsində olan (077) ***-**-** saylı mobil nömrə ilə onun istifadə etdiyi (051) ***-**-** saylı mobil nömrəyə zəng vuraraq Murtuzla danışdığını və metamfetamin dərmanlarını götürmək istədiyini bildirib harada olduğunu soruşmuşdur. Fuada dayə işlədiyi binanın yaxınlığında yerləşən 4-cü polis şöbəsinin yaxınlığında olduğunu demişdir. Həmin vaxt Fuad bu sözdən sonra ona: “Yaxşı qardaşım gələcək”,sözlərini deyib telefonu söndürmüşdür. Həmin günü saat təxminən 14-15 radələrində (070) ***-**-** saylı mobil nömrədən zəng gəldiyini görüb telefona cavab vermişdir. Telefonda onunla danışan şəxs özünü Tural kimi təqdim edərək Fuadın qardaşı olduğunu bildirib onda olan metamfetamin dərmanlarını götürmək istədiyini bildirərək Avrasiya klinikasının yaxınlığında olduğunu demişdir. Bundan sonra həyətə, 4-cü polis şöbəsinin yaxınlığına, düşərək və Turalla görüşərək üzərində “Fuad 5” sözləri olan sonuncu bağlamanı Turala vermişdir. Həmin vaxt Tural ona 600 manat pul vermişdir. Bundan sonra Fuada zəng vuraraq Turalın dərmanı götürdüyünü deyən zaman Fuad ona birlikdə gəldiklərini, sadəcə olaraq ayağının yaralı olduğuna görə yolun digər tərəfində avtomobildə olduğunu demişdir. Bundan sonra Murtuz onunla əlaqə saxlayan zaman Fuadın qardaşı kimi təqdim etdiyi Turalın sonuncu bağlamanı götürən zaman ona 600 manat pul verdiyini bildirmişdir. Murtuz da ona Arif adlı şəxsin istifadə etdiyi (050) 222-50- 42 saylı mobil nömrəni vermiş və Ariflə əlaqə saxlayaraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona verməsini tapşırmışdır; həmin gün saat təxminən 21 radələrində (050) ***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq ondan adının Arif olub-olmadığını soruşmuş, telefonda onunla danışan şəxs adının Arif olduğunu bildirdikdən sonra mobil nömrəsini İranlı Murtuzun ona verdiyini və Arifə metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona (Arifə) verməli olduğunu demişdir. Arif də ona Murtuzu tanımadığını deyən zaman X56 dostu Murtuz olduğunu demişdir. Bu zaman Arif ona Rzanı tanıdığını və bir qədər sonra özünün ona zəng vuracağını demişdir. Təxminən 5-10 dəqiqə sonra Arif istifadə etdiyi (050) ***-**-** saylı mobil nömrəsindən onun istifadə etdiyi (050) 737-25- 19 nömrəli mobil teefonuna zəng vuraraq Bakı şəhəri, Binəqədi rayonu, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən “Şərab evi 035” adlı mağazanın müdiri olduğunu və ona çatacaq metamfetamin dərmanlarının pulunu mağazada satıcı işləyən Orxan adlı şəxsə verməsini tapşırmışdır; bundan sonra “Şərab evi 035” adlı mağazaya gedərək orada Orxan adlı şəxslə görüşmüş və ona müdiri olan Arif adlı şəxsə çatacaq 600 manat pul olduğunu bildirmiş, həmin vaxt Orxan ona Arifin onun müdiri olmadığını demişdir. Bundan sonra yenidən WhatsApp proqramı vasitəsi ilə Arifə zəng vurmuş, Orxan Ariflə telefonla danışdıqdan sonra 600 manat pulu sayaraq ondan qəbul etmişdir. Bundan sonra oradan uzaqlaşmış və yolda olan zaman Murtuza zəng vuraraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu “Şərab evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verdiyini və həmin şəxsin də pulları Arifə verəcəyini bildirmişdir, 2-3 gündən sonra təxminən saat 19 radələrində dayə işlədiyi Azadlıq prospekti - 189 ünvanında yerləşən mənzildən çıxıb həyətə düşən zaman Pərvizlə İsmayılın binanın qarşısında olduqlarını görmüş, Pərvizlə İsmayıl ona yaxınlaşaraq dərman gətirməməsinin səbəbini soruşmuş, onların bu hərəkətləri onda şübhə yaratmış və onlara hazırda Astara şəhərinə getmək fikrində olmadığını, Murtuzla danışmalarını məsləhət bilib işlədiyi mənzilə getmiş, sonra Murtuzla əlaqə saxlayaraq Pərvizlə İsmayılın işlədiyi yerin yaxınlığına gəldiklərini, ondan dərman istədiklərini bildirmiş, Murtuz da ona telefon söhbəti olmadığını, İrana gələn zaman onu başa salacağını bildirmişdir; 12 oktyabr 2019-cu il tarixdə qab-qacaq gətirmək məqsədi ilə İran İslam Respublikasının Astara şəhərinə getmiş, yolda olan zaman İsmayıl istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəsindən ona zəng vuraraq: “Murtuzla danışdım, eşitdim İrana gedirsən”,- demiş, cavab olaraq İsmayıla İrana qab-qacaq gətirmək üçün getdiyini bildirmişdir; bundan sonra İran İslam Respublikasının Astara şəhərinə getmiş və gecəni orada olan mehmanxanaların birində keçirmiş, 13 oktyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində Murtuzla görüşmüş, Murtuz ona sifarişlərini çatdırdığı üçün söz verdiyi 150 manat pulu vermiş, Murtuza artıq dərman aparmaq istəmədiyini bildirmiş, Murtuz da ona həmin şəxslərin narkoman olduğunu, apardığı metamfetamin dərmanlarının narkotik yox əvəzedici dərmanlar olduğunu deyərək sonuncu dəfə dərmanları Azərbaycanın Astara şəhərindən götürüb Bakı şəhərinə apararaq onun adamlarına verməsini xahiş etmiş, çox isrardan sonra Murtuzla razılaşmış və İran İslam Respublikasının Astara şəhərində alver etdikdən sonra yenidən Azərbaycanın Astara şəhərinə keçmiş, sonra WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmiş, Murtuz ona orada gözləməsini və Nazim adlı şəxsin özünün ona yaxınlaşacağını bildirmişdir; 5-10 dəqiqə sonra Nazim ona yaxınlaşaraq iki balaca paketi ona vermiş, paketlərdən birinin içərisində 4, digərinin içərisində isə 3 balaca bağlama olmuşdur; bundan sonra Nazim adlı şəxs Murtuzla telefon əlaqəsi saxlayaraq dərmanları ona verməsini barədə bildirmiş, və Murtuz da Arzuya Bakı şəhərinə çatan zaman xəbər etməsini, Pərvizin gəlib bağlamaları götürəcəyini bildirmişdir; bundan sonra Bakı şəhərinə qayıtmış və Bakı şəhərinə qayıtdıqdan sonra Tural onunla əlaqə saxlayaraq artıq metamfetamin dərmanlarını özünün götürəcəyini, Fuaddan ayrıldığını bildirmiş, Tural ona Fuadın metamfetamin dərmanlarını ondan götürüb onlara baha qiymətə satdığını bildirmişdir; Tural ondan xahiş etmişdir ki, İranlı Murtuzla danışsın və onu Fuadın qardaşı kimi ona təqdim edərək gətirdiyi metamfetamin dərmanlarını ona verməsini xahiş etsin, buna görə də İranlı Murtuzla əlaqə saxlayaraq gətirdiyi dərmanları Turalın götürəcəyini bildirmiş, həmin gün Murtuz WhatsApp proqramı vasitəsi ilə zəng vuraraq Pərvizlə əlaqə saxlayıb ona xəbər edəcəyini bildirmişdir; Murtuzdan heç bir xəbər olmadığını görüb yenidən WhatsApp proqramı vasitəsi ilə Murtuza zəng vuran zaman Murtuz ona Pərvizin telefonu götürmədiyini, Pərvizlə əlaqə yarada bilən kimi ona zəng vuracağını bildirmiş, bir saatdan sonra Murtuz yenidən WhatsApp proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin oğlu olduğunu, bu səbəblə başının qarışıq olduğunu bildirmişdir. Murtuza Pərvizlə görüşməyəcəyini bildirdiyinə görə Murtuz ona dərmanları harasa bir yerə qoymasını, həmin yerin şəklini çəkərək Murtuza «atmasını» və Pərvizin həmin yerə gedərək metamfetamin dərmanlarını oradan götürəcəyini bildirmişdir; həmin gün X31 klinikasının yaxınlığında görüşmüş və 10 dənə deyilən 2 ədəd bağlamanı vermişdir. Murtuzun dediyinə görə həmin 3 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir dənəsi 30 manat, 4 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir ədədinin qiyməti isə 20 manat olmuşdur. Turalın ondan götürdüyü 2 ədəd bağlamanın içərisində olan 20 dənə dərman həblərinin bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 600 manat pul edirmiş, Tural dərmanları ondan götürdükdən sonra bir saata pulunu gətirəcəyini bildirsə də pulunu gətirməmiş, buna görə də Turala zəng vuraraq götürdüyü metamfetamin dərmanlarının pulunu gətirməsini tələb etmiş, lakin Tural pulu gətirməmişdir; 14 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Murtuz WhatsApp proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin dərman götürmək üçün gəldiyini və həmin metamfetamin dərmanlarından iki bağlamasını ona verməsini bildirmişdir. Bundan sonra Astara şəhərində Nazimin ona verdiyi ümumilikdə 7 ədəd balaca bağlamadan 2 ədədini götürüb həyətdə yerləşən qarajın qapısının üzərinə qoymuş və həmin yerin fotoşəklini çəkərək WhatsApp proqramı vasitəsi ilə Murtuza göndərmişdir. Həmin 2 ədəd bağlamanın hər birinin içərisində bildiyinə görə 10 ədəd dərman həbləri olmuş, Murtuz da Pərvizin dərmanları götürməsini əmin olmaq üçün kənardan dayanaraq ona baxmasını tapşrmışdır; Pərvizin onu görmədiyi yerdə gizlənmiş və təxminən 10 dəqiqədən sonra Pərvizin dərmanları qoyduğu yerdən götürdükdən sonra telefonla danışa-danışa çıxıb getdiyini görmüşdür. Bundan sonra Murtuz ona Pərvizin onunla əlaqə saxlayaraq dərmanları gəlib götürdüyünü demişdir. Bundan 2 gün sonra Tural ondan nisyə olaraq götürdüyü dərmanları sataraq gətirib ona 600 manat pul vermiş və əlavə olaraq ondan 10 ədəd deyilən bir ədəd bağlamanı götürüb getmişdir; bundan sonra Murtuzla əlaqə saxlamış və Murtuz Ariflə əlaqə saxlamasını, metamfetamin dərmanlarının satışından əldə edilən pulu Arifə verməsini və Arifin pulu ona göndərəcəyini bildirmiş, Arifin istifadə etdiyi (050) ***-**-** saylı mobil nömrəsinə WhatsApp proqramı vasitəsi ilə zəng vurub Arifə yenidən metamfetamin dərmanlarının satışından əldə edilən növbəti 600 manat pulu verməli olduğunu və həmin pulun Murtuza çatdırılmalı olduğunu bildirmiş, Arifin tapşırığına əsasən yenidən “Şərab evi 035” adlı mağazaya getmiş və metamfetamin dərmanlarının satışından əldə edilmiş 600 manat pulu orada satıcı işləyən Orxan adlı şəxsə vermişdir: 21 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində “Avrasiya” klinikasının yaxınlığında Turalla görüşmüş və orada Tural ona 175 manat pul vermiş və 10 dənə deyilən bağlamanı götürüb getmişdir. Bundan bir neçə saat sonra 21 oktyabr 2019cu il tarixdə saat 22 radələrində Tural Əhmədovla telefonla danışdıqdan sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə onunla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı yaşayış binanın qarşısına görüşə gəldikdə bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən adı sonradan 4-cü PŞ-də ona məlum olan əvvəllər tanımadığı Nicat adlı əməkdaş onun qolundan tutub sıxaraq ayağını bastalayıb, qara rəngli markası və dövlət nömrə nişanı yadında qalmayan avtomaşına əyləşdirmişdir. Həmin avtomaşının qabaq sağ oturacağında bir nəfər əvvəllər tanımadığı adı sonradan məlum olan İmran adlı polis əməkdaşı əyləşmişdir, Nicat avtomaşını idarə etmiş, arxa oturacaqda onun yanında Tural əyləşmişdir; Tezliklə polis şöbəsinə gəldikdə, Tural və o, şöbənin ayrı-ayrı otaqlarına aparılmış, polislər tərəfindən gətirilmiş otaqda Nicat adlı polis işçisi ona fiziki zor tətbiq edərək bir neçə dəfə sifətindən sillə vurmuşdur, eləcədə İmran və Kənan adlı əməkdaşlar tərəfindən nalayiq ifadələrlə təhqir olunaraq söyülmüş, bundan sonra ona polislər tərəfindən psixoloji təsir və hədə-qorxu edilmiş və ona məcburi olaraq üzərinə çəkilişlə aparılacaq axtarış istintaq hərəkəti zamanı onlara sərf edən izahat verməsi tələb edilmişdir. Həmçinin həmin vaxtı polislərdən biri onu qarnından vurmuş və huşunu itirmişdir. Ayılandan sonra polis şöbəsində ona təqdim edilmiş vəkil X13 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı əynində olan boz rəngli donun sağ cibində saxladığı Turalın bir neçə saat əvvəl satılan vasitənin müqabilində verdiyi 175 manat pulu və sol cibində saxladığı Turala satmaq üçün gətirdiyi şəffaf rəngli sellofana bükülmüş adını bilmədiyi dərman olduğunu zənn etdiyi, əsl adı sonradan ona məlum olan psixotrop maddə olan metamfetamini polislərə təqdim etmişdir. Bundan əlavə verdiyi ifadəsində Arif adlı şəxsin ondan aldığı ümumilikdə 1200 manat pulun narkotik vasitəsinin satışından əldə olunan pul olduğunu bildiyini, Ariflə telefonda danışarkən ona tanışı Murtuzun adamı olduğunu və metamfetamin dərmanlarının satışından əldə edilən pulları ona verməli olduğunu bildirərkən Arif bundan məlumatlı olduğunu və pulu “035 Şərab evin”də işləyən Orxan adlı şəxsə verməsini bildirmişdir. X51 ilə telefonda danışan zaman Arifin onların adamı olduğunu, Arifin qəbul etdiyi pulun onlara çatdığını, Pərviz və digər şəxslərin də narkotik vasitələrə görə pulları Arifə çatdırdıqlarını, Arifin etibarlı olduğunu, Arifin Rza ilə dost olmaqla birgə iş birliklərinin olduğunu və Arifə Bakı şəhərində verilən pulları İran İslam Respublikasının Astara şəhərində Rzanın ona çatdırdığını bildirmişdir. Halbuki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadələrində göstərmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamışdır. 2005-ci İldə Bərdə şəhəri 8 saylı internat məktəbini bitirmiş, 2014-cü ildə ailə həyatı qurmuş, lakin 2016-cı ildə həyat yoldaşı rəhmətə getmişdir. Təxminən 1 ildir ki, iran islam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qab-qacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb dolanırmış. Tutulmamışdan təxminən 1 ay əvvəl növbəti İran səfərlərimin birində Astara şəhərində olduğum zaman axşam vaxtı qalmaq üçün oteldə yer bron edə bilmədiyi üçün məcbur olub gecəni səhərə kimi parkda keçirtmişdir, həmin vaxtı özünü “Nazim” kimi təqdim edən Azərbaycan Respublikasının vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında sonuncu ondan nə işlə məşğul olduğu barədə maraqlanmış və rahat yolla pul qazanmağı təklif etmişdir. Nazim adlı şəxs ona verəcəyi pul müqabilində tanıdığı şəxslərin vasitəsi ilə Azərbaycana Astara şəhərinə narkotik vasitələri keçirdəndən sonra gömrük məntəqəsinin yaxınlığında onların gizlətdiyi narkotik vasitəni götürüb Bakı şəhərinə çatdırıb, orada öz müştərilərinə satmağı təklif etmişdir. Pula ehtiyacı olduğundan Nazimlə razılaşıb birinci dəfə Nazimin İranda verdiyi təxminən 150 manat pulu alıb Azərbaycanda Astara şəhərində gömrük postunun yaxınlığında gizlədilmiş narkotik vasitəni götürüb Bakıya çatdırıb adını bilmədiyi müştəriyə çatdırmışdır. Bu minvalla təxminən 3 dəfə Astara şəhərində gömrük postunun yaxınlığında adını bilmədiyi Nazimin tanışlarının gizlətdiyi narkotik vasitəni götürüb bir dəfə adını bilmədiyi şəxsə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Vorovski” dairəsinin yaxınlığında, “Avrasiya" klinikasının ətrafında gizlədərək bu yolla həmin narkotik vasitəni Nazimin müştərisinə çatdırmışdır. Bundan sonra Nazimin vasitəsi ilə tanış olduğu adı sonradan məlum olan X34 ilə həmin yerdə görüşərək Nazimin göndərdiyi şəffaf sellofana bükülmüş narkotik vasitəni ona çatdırmışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 1 həftə əvvəl X12yıdarkən yenədə Astara şəhərində gömrük məntəqəsinin yaxınlığında Nazimin ona dediyi yerdən siqaretin şəffaf rəngli sellofana bükülmüş bir neçə bükümü götürüb özü ilə Bakı şəhərinə gətirib kirayə yaşadığı ünvan 8 ünvana gətirib evdə gizlədib saxlamışdır. Əvvəlcədən olan razılığa əsasən İrandan gətirdiyi narkotik vasitə “şüşə”ni Tural almalı imiş, lakin həftə ərzində Turalın imkanı olmadığından İrannan gətirilən narkotik vasitəni ondan ala bilməmişdir. 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Turalla danışdıqları kimi “Avrasiya” klinikasının yaxınlığında görüşüb gətirdiyi narkotik vasitələrin bir hissəsini Turala verib əvəzində 175 manat pul almış, bundan bir neçə saat sonra 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində yenədə Turalın zəngindən sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə Turalla həmin ünvanda ünvan 7örüşə gəldikdə iki nəfər mülki paltarda olan özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq özləri ilə yaxınlıqda yerləşən Binəqədi RPl-nin 4- cü PŞ-nə aparmışlar. Şöbədə ona təqdim edilmiş vəkil X13 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı sağ ovucunun içində saxladığı Turala satmağa gətirdiyi şəffaf rəngli sellofana bükülmüş əsl adı metamfetamin olduğu ona sonradan məlum olan şüşə kimi tanıdığı narkotik vasitəni və əynində olan boz rəngli donun cibindən Turalın bir neçə saat əvvəl satılmış narkotik vasitənin müqabilində verdiyi 175 manat pulu polislərə təqdim etmişdir. Polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin özü istifadə etmədiyini səmimi olaraq etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təxminən 2019-cu İlin fevral ayının əvəllərindən İran İslam Respublikasının Astara şəhərinə avtomaşınla gedib oradan müxtəlif ərzaq malları, qab-qacaq və sair şeyləri alıb Bakı şəhərinə gətirib tanıdığı müştərilərə satıb pul əldə edərək dolanırmış. Həmin ərəfədə İran İslam Respublikasının Astara şəhərində siqaret və tütün məmulatlarının satışı ilə məşğul olan özlərini Murtuz və Rza kimi təqdim edən tacirlərlə tanış olmuş və bir neçə dəfə onlardan tütün məmulatları alıb Bakı şəhərinə gətirib tanımadığı müştərilərə satmışdır. Təxminən 29 sentyabr 2019-cu il tarixdə yenidən ticarət üçün İran İslam Respublikasının Astara şəhərində olarkən Murtuz və Rza adlı şəxslər söhbət əsnasında ondan etdiyi ticarətlə bağlı qazancını soruşarkən onlara qazancı barədə məlumat verərək az pul qazandığı üçün gileylənmişdir. Həmin vaxt söhbət zamanı həmin şəxslər ona metamfetamin dərmanlarının alveri ilə də məşğul olduqlarını bildirib ona da həmin alverdə iştirak etməsini təklif edərək, dərman alverində daha çox gəlir olduğunu, çoxlu pul qazana biləcəklərini bildirmişlər. O da onlardan həmin dərman haqqında məlumat alan zaman onlar satdıqları metamfetamin dərmanlarının güclü əsəb xəstələri üçün olduğunu, həmin metamfetamin dərmanlarının Azərbaycan Respublikasında vəzifəli şəxslərin monopoliyasında, yəni nəzarətində olduğunu və kənar şəxslərə həmin metamfetamin dərmanlarının ticarəti ilə məşğul olmağa imkan vermədiklərini, bu səbəbdən qeyd olunan biznesdə yaxşı pul olduğunu bildirmişlər. Onlardan fəaliyyətinin nədən ibarət olduğunu soruşan zaman onlar həmin dərmanları öz adamları vasitəsi ilə İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikası Astara şəhərinə keçirdiklərini, onun isə Astara şəhərindən həmin dərmanlan onların adamlarından qəbul edərək Bakı şəhərinə aparıb orada digər dediyi adama çatdırmaqdan ibarət olduğunu bildirmiş, pulu isə İran İslam Respublikasına gələcəyi təqdirdə onların özlərinin ona verəcəyini bildirmişlər. Onlardan nə qədər pul verəcəklərini soruşan zaman ona hər bir dənəyə görə 10 manat pul verəcəklərini bildirmişlər. Pula ehtiyacı olduğuna görə onların təklifləri ilə razılaşmışdır. Bundan sonra Murtuz telefon vasitəsi ilə onun şəklini çəkmiş və bildirmişdir ki, həmin şəkili Astara şəhərində olan adamına göndərəcək ki, həmin şəxs onu tanıyaraq yaxınlaşsın. Həmçinin Murtuz ona “Whatsapp” proqramında istifadə etdiyi mobil nömrəsini vermişdir ki, sərhəddi keçdikdən sonra onunla əlaqə saxlasın. xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərindən bizim Astara şəhərinə keçdikdən sonra sərhəd keçid məntəqəsinin yaxınlığında “Whatsapp” proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmişdir. Həmin vaxt Murtuz ona orada gözləməsini və həmin şəxsin ona yaxınlaşacağını bildirmişdir. Bir qədər sonra təxminən 35-40 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq Murtuzun adamı olduğunu bildirib özünü Nazim kimi təqdim edib cibindən qara rəngli sellofan paketə bükülmüş 3 ədəd balaca bağlamanı çıxarıb ona verib çıxıb getmişdir. Həmin bağlamaların üzərində “Fuad 5” sözləri yazılmış kağız yapışdırılmışdır. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə Murtuz İrandan ona "Whatsapp” proqramı vasitəsi ilə zəng vuraraq az sonra onunla Bakı şəhəri, Nardaran qəsəbəsi sakinlərinin əlaqə saxlayacağını və üzərində “Fuad 5” sözləri yazılmış metamfetamin dərmanlarından bir bağlamasını həmin şəxsə verməsini, pulunu da öz aralarında danışdıqlarını və pulu özlərinin İrana göndərəcəyini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra "Whatsapp” proqramı vasitəsi ilə hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmiş və həmin şəxs ondan metamfetamin dərmanlarını götürməli olduğunu bildirib harada görüşəcəyini soruşmuşdur. Həmin şəxsi işlədiyi Avrasiya klinikasının yaxınlığında görüşə biləcəyini bildirmişdir. İşlədiyi İş yeri 4-cü polis şöbəsinə yaxın olduğu üçün dərmanı götürməyə gələn şəxslər görüş yeri ilə bağlı Murtuza öz iradın bildirdiyinə görə o da həmin şəxsə Binəqədi rayonu Azadlıq metrostansiyasının yaxınlığında yerləşən “Heydər Park” adlı parka gəlməsini bildirmişdir. Həmin gün saat təxminən 21-22 radələrində qeyd olunan parkda həmin şəxslə görüşmüş və Murtuzun ona bildirdiyi üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı həmin şəxsə vermişdir. Həmin şəxs özünü ona təqdim etməmiş, onun gözündə eynək, başında papaq olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmağa başlamışdır. Orada Murtuzun bildirdiyi kimi üzərində "Fuad 5” sözləri yazılmış 01 ədəd bağlamadan birini həmin şəxsə verib oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra "Whatsapp” proqramı vasitəsi ilə Murtuzla əlaqə saxlayarkən Murtuz ona üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Fuad adlı şəxsin səhər gəlib götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra saat təxminən 19 radələrində ***-***-**-** saylı mobil nömrədən ona bir nəfər şəxs zəng vuraraq özünü Fuad kimi təqdim edərək ona çatacaq metamfetamin dərmanlarının olmasını bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Həmin şəxsə “Azadlıq” metrostansiyasının yaxınlığında görüşə biləcəklərini bildirmiş və bundan bir neçə dəqiqədən sonra ona ***-***-**-** saylı mobil nömrədən zəng vuraraq özünü Pərviz kimi təqdim edən şəxs az öncə ona zəng edən Fuadın dostu olduğunu, Fuadın işi çıxdığına görə ona çatacaq metamfetamin dərmanlarını götürəcəyini bildirmişdir. Bu söhbətdən təxminən yaxım saat sonra Azadlıq prospektində yerləşən “Avrasiya” klinikasının qarşısında görüşmüşlər. Həmin vaxt özünü Pərviz kimi təqdim edən şəxsin yanında bir nəfər özünü İsmayıl kimi təqdim edən şəxs də olmuşdur. Söhbət zamanı onlar dost olduqlarını bildirmişlər. Üzərində "Fuad 5” sözləri yazılmış bağlamanı Pərvizə verdikdən sonra onlar metamfetamin dərmanlarının pulunu Murtuzla danışdıqlarını bildirib pulu ona verəcəklərini deyərək gəldikləri qara rəngli cip markalı avtomobilə minərək çıxıb getmişlər. Bundan sonra Murtuzla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq dərmanlan Pərviz adlı şəxsin gəlib götürdüyünü bildirmişdir. Həmin vaxt Murtuz onda qalan üzərində “Fuad 5” sözləri yazılmış bağlamanı Nardaran uşaqlarının gəlib götürəcəyini bildirmişdir. Murtuza dərmanları Nardaranlıya verməyəcəyini, onlardan qorxduğunu bildirmişdir. Belə ki, həmin şəxslərin hərəkətlər və davranışlarından həmin insanların normal insan olmadıqlarını, onu izlədiklərini başa düşmüşdür. Buna görə də Murtuza dərmanları Nardaran uşaqlarına vermiyəcəyini, həmin şəxslərin xəstə olduğunu bildirib dərmanları atacağını bildirmişdir. Murtuz da onun sözlərinə gülərək metamfetamin dərmanlarının elə xəstələr üçün olduğunu bildirmişdir. Bundan sonra “Nardaran” uşaqları kimi tanıdığı şəxs ona “Whatshapp” proqramı vasitəsi ilə zəng vuraraq Murtuza şikayət etdiyini, nə üçün onlara dərman vermədiyini soruşmuşdur. Həmin zəng edən şəxsə bu barədə Murtuza bildirdiyini deyərək onunla görüşməyəcəyini demişdir. Murtuz da yenidən onunla əlaqə saxlayaraq Nardaranlt uşaqların dərman istədiklərini bildirib çıxıb metamfetamin dərmanlarını onlara verməsini istəsə də həmin şəxslərə dərman verməkdən imtina etmişdir. Murtuz da narahat olmamasını, qalan üzərində "Fuad 5” sözləri yazılmış bağlamanı Fuadın səhər gəlib götürəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 13 radələrində Fuad istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadə etdiyi 051- ***-**-** saylı mobil nömrəyə zəng vuraraq Murtuzla danışdığını və metamfetamin dərmanlarını götürmək istədiyini bildirib harada olduğunu soruşmuşdur. Fuada dayə işlədiyi binan yaxınlığında yerləşən 4-cü polis şöbəsinin yaxınlığında olduğunu demişdir. Həmin vaxt Fuad bu sözdən sonra mənə “yaxşı qardaşım gələcək” sözlərini deyib telefonu söndürmüşdür. Həmin günü saat təxminən 14-15 radələrində ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyini görüb telefona cavab vermişdir. Telefonda onunla danışan şəxs özünü Tural kimi təqdim edərək Fuadın qardaşı olduğunu bildirib onda olan metamfetamin dərmanlarını götürmək istədiyini bildirərək Avrasiya klinikasının yaxınlığında olduğunu demişdir. Bundan sonra həyətə 4-cü polis şöbəsinin yaxınlığına düşərək Turalla görüşərək üzərində “Fuad 5” sözləri olan sonuncu bağlamanı ona vermişdir. Həmin vaxt Tural ona 600 manat pul vermişdir. Bundan sonra Fuada zəng vuraraq Turalın dərmanı götürdüyünü deyən zaman Fuad ona birlikdə gəldiklərini, sadəcə olaraq ayağının yaralı olduğuna görə yolun digər tərəfində avtomobildə olduğunu demişdir. Bundan sonra Murtuz onunla əlaqə saxlayan zaman Fuadın qardaşı kimi təqdim etdiyi Turalın sonuncu bağlamanı götürən zaman 600 manat pul verdiyini bildirmişdir. Murtuz da ona Arif adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni vermiş və Ariflə əlaqə saxlayaraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona verməsini bildirmişdir. Bundan sonra həmin gün, saat təxminən 21 radələrində Arifin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng vuraraq ondan adının Arif olubolmadığını soruşmuşdur. Həmin vaxt telefonda onunla danışan şəxs adının Arif olduğunu bildirdikdən sonra mobil nömrəsini İranlı Murtuzun ona verdiyini və ona metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu ona verməli olduğunu demişdir. Arif də ona Murtuzu tanımadığını deyən zaman X56 dostu Murtuz olduğunu demişdir. Bu zaman Arif ona Rzanı tanıdığını və bir qədər sonra özünün ona zəng vuracağını demişdir. Təxminən 5-10 dəqiqə sonra Arif istifadə etdiyi 050-222-50- 42 saylı mobil nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Bakı şəhəri, Binəqədi rayonu, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən “Şərab evi 035" adlı mağazanın müdiri olduğunu və ona çatacaq metamfetamin dərmanlarının pulunu mağazada satıcı işləyən Orxan adlı şəxsə verməsini bildirmişdir. Bundan sonra “Şərab evi 035” adlı mağazaya gedərək Orada Orxan adlı şəxslə görüşmüş və ona müdiri olan Arif adlı şəxsə çatacaq 600 manat pul olduğunu bildirmişdir. Həmin vaxt Orxan ona Arifin onun müdiri olmadığını demişdir. Bundan sonra yenidən “Whatsapp” proqramı vasitəsi ilə Arifə zəng vurmuş, Orxan Ariflə telefonla danışdıqdan sonra 600 manat pulu sayaraq ondan qəbul etmişdir. Bundan sonra oradan uzaqlaşmış və yolda olan zaman Murtuza zəng vuraraq metamfetamin dərmanlarının satışından əldə edilən 600 manat pulu “Şərab evi 035” adlı mağazada işləyən Orxan adlı şəxsə verdiyini və həmin şəxsin də pulları Arifə verəcəyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra təxminən saat 19 radələrində dayə işlədiyi Azadlıq prospekti 189 ünvanında yerləşən mənzildən çıxıb həyətə düşən zaman Pərvizlə İsmayılın binanın qarşısında olduqlarını görmüşdür. Həmin vaxt Pərvizlə İsmayıl ona yaxınlaşaraq nə üçün dərman gətirmədiyini soruşmuşlar. Onların bu hərəkətləri onda şübhə yaratmış və onlara hazırda Astara şəhərinə getmək fikrində olmadığını, Murtuzla danışmalarını bildirib işlədiyi mənzilə getmişdir. Daha sonra Murtuzla əlaqə saxlayaraq Pərvizlə İsmayılın işlədiyi iş yerinin yaxınlığına gəldiklərini, ondan dərman istədiklərini bildirmişdi. Murtuz da ona telefon söhbəti olmadığını, İrana gələn zaman onu başa salacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə qab-qacaq gətirmək məqsədi ilə İran İslam Respublikasının Astara şəhərinə getmişdir. Yolda olan zaman İsmayıl istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ona zəng vuraraq “Murtuzla danışdım, eşitdim İrana gedirsən” sözlərini bildirmişdir. İsmayıla cavab olaraq İrana qab-qacaq gətirmək üçün getdiyini bildirmişdir. Bundan sonra İran İslam Respublikasının Astara şəhərinə getmiş və gecəni orada olan mehmanxanaların birində keçirmişdir. xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində Murtuzla görüşmüş, Murtuz ona sifarişlərini çatdırdığı üçün söz verdiyi 150 manat pulu vermişdir. Həmin vaxt artıq Murtuza dərman aparmaq istəmədiyini bildirsə də Murtuz ona həmin şəxslərin narkaman olduğunu, apardığı metamfetamin dərmanlarının narkotik yox əvəzedici dərmanlar olduğunu deyərək sonuncu dəfə dərmanlan bizim Astara şəhərindən götürüb Bakı şəhərinə apararaq onun adamlarına verməsini xahiş etmişdir. Çox isrardan sonra Murtuzla razılaşmış və İran İslam Respublikasının Astara şəhərində alver etdikdən sonra yenidən bizim Astara şəhərinə keçmişdir. Bundan sonra "Whatshapp” proqramı vasitəsi ilə Murtuza zəng vuraraq sərhədi keçdiyini bildirmişdir. Murtuz da orada gözləməsini və Nazim adlı şəxsin özünün ona yaxınlaşacağını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Nazim kimi tanıdığı şəxs ona yaxınlaşaraq iki ədəd balaca paketləri ona vermişdir. Həmin paketlərdən birinin içərisində 4 və digərinin içərisində 3 balaca bağlama olmuşdur. Bundan sonra Nazim adlı şəxs Murtuzla telefonla əlaqə saxlayaraq dərmanları verməsi barədə bildirmiş və Murtuz da Arzuya Bakı şəhərinə çatan zaman xəbər etməsini, Pərvizin gəlib bağlamaları götürəcəyini bildirmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmış və Bakı şəhərinə qayıtdıqdan sonra Tural onunla əlaqə saxlayaraq artıq metamfetamin dərmanlarını özünün götürəcəyini, Fuaddan ayrıldığını bildirmişdir. Tural ona Fuadın metamfetamin dərmanlarını ondan götürüb onlara baha qiymətə satdığını bildirmişdir. Həmçinin Tural ondan xahiş etmişdir ki, İranlı Murtuzla danışsın və onu Fuadın qardaşı kimi ona təqdim edərək gətirdiyi metamfetamin dərmanlarını ona verməsini xahiş etsin. Buna görə də İranlı Murtuzla əlaqə saxlayaraq gətirdiyi dərmanları Turalın götürəcəyini bildirmişdir. Həmin gün Murtuz “Whatsapp” proqramı vasitəsi ilə zəng vuraraq Pərvizlə əlaqə saxlayıb ona xəbər edəcəyini bildirmişdir. Murtuzdan heç bir xəbər olmadığını görüb yenidən “Whatsapp” proqramı vasitəsi ilə Murtuza zəng vuran zaman Murtuz ona Pərvizin telefonu götürmədiyini, gözləməsini, Pərvizlə əlaqə yarada bilən kimi ona zəng vuracağını bildirmişdir. Bundan təxminən 1 saat sonra Murtuz yenidən “Whatshapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin oğlu olduğunu, bu səbəblə başının qarışıq olduğunu bildirmişdir. Murtuza Pərvizlə görüşməyəcəyini bildirdiyinə görə Murtuz ona dərmanları harasa bir yerə qoymasını, həmin yerin şəklini çəkərək ona atmasını və oradan Pərvizin gedərək metamfetamin dərmanlarını götürəcəyini bildirmişdir. Həmin gün X31 klinikasının yaxınlığında görüşmüş və 10 dənə deyilən 2 ədəd bağlamanı vermişdir. Murtuzun dediyinə görə həmin 3 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir dənəsi 30 manat, 4 ədəd bağlamada olan metamfetamin dərmanlarının bir ədədinin qiyməti isə 20 manat olmuşdur. Turalın ondan götürdüyü 2 ədəd bağlamaların içərisində olan 20 dənə dərman həblərinin bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 600 manat pul edirmiş. Tural dərmanları ondan götürdükdən sonra bir saata pulunu gətirəcəyini bildirsə də pulunu gətirməmişdir. Buna görə də Turala zəng vuraraq götürdüyü metamfetamin dərmanlarının pulunu gətirməsini tələb etsə də Tural pulu gətirməmişdir. 14 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Murtuz “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Pərvizin dərman götürmək üçün gəldiyini və həmin metamfetamin dərmanlarından iki bağlamasını ona verməsini bildirmişdir. Bundan sonra Astara şəhərində Nazimin ona verdiyi ümumilikdə 7 ədəd balaca bağlamadan 2 ədədini götürüb həyətdə yerləşən qarajın qapısının üzərinə qoymuş və həmin yerin fotoşəkilini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Murtuza göndərmişdir. Həmin 2 ədəd bağlamanın hər birinin içərisində bildiyinə görə 10 ədəd dərman həbləri olmalı imiş. Murtuz da Pərvizin dərmanları götürməsini əmin olmaq üçün kənardan dayanaraq ona baxmasını bildirmişdir. Pərvizin onu görmədiyi yerdə gizlənmiş və təxminən 10 dəqiqədən sonra Pərvizin dərmanları qoyduğu yerdən götürdükdən sonra telefonla danışa-danışa çıxıb getdiyini görmüşdür. Bundan sonra Murtuz ona Pərvizin onunla əlaqə saxlayaraq dərmanları gəlib götürdüyünü demişdir. Bundan 2 gün sonra Tural ondan nisyə olaraq götürdüyü dərmanları sataraq gətirib ona 600 manat pul vermiş və əlavə olaraq ondan 10 ədəd deyilən bir ədəd bağlamanı götürüb getmişdir. Bundan sonra Murtuzla əlaqə saxlamış və Murtuz Ariflə əlaqə saxlamasını, metamfetamin dərmanlarının satışından əldə edilən pulu Arifə verməsini və Arifin pulu ona göndərəcəyini bildirmişdir. Buna görə də mən Arifin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp" proqramı vasitəsi ilə zəng vurub ona yenidən metamfetamin dərmanlarının satışından əldə edilən növbəti 600 manat pulu verməli olduğunu və həmin pulun Murtuza çatdırılmalı olduğunu bildirmişdir. Bundan sonra yenidən Arifin tapşırığına əsasən “Şərab evi 035” adlı mağazaya getmiş və metamfetamin dərmanlarının satışından əldə edilmiş 600 manat pulu orada satıcı işləyən Orxan adlı şəxsə vermişdir. 21 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində “Avrasiya” klinikasının yaxınlığında Turalla görüşmüş və orada Tural ona 175 manat pul vermiş və 10 dənə deyilən bağlamanı götürüb getmişdir. Bundan bir neçə saat sonra 21 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Tural Əhmədovla telefonla danışdıqdan sonra qalan narkotik vasitəni satmaq məqsədi ilə onunla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı yaşayış binanın qarşısına görüşə gəldikdə bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən adı sonradan 4-cü PŞ-də ona məlum olan əvvəllər tanımadığı Nicat adlı əməkdaş onun qolundan tutub sıxaraq ayağını bastalayıb, qara rəngli markası və dövlət nömrə nişanı yadında qalmayan avtomaşına əyləşdirmişdir. Həmin avtomaşının qabaq sağ oturacağında bir nəfər əvvəllər tanımadığı adı sonradan məlum olan İmran adlı polis əməkdaşı əyləşmişdir, Nicat avtomaşını idarə etmiş, arxa oturacaqda onun yanında Tural əyləşmişdir. Tezliklə polis şöbəsinə gəldikdə, Tural və o, şöbənin ayrı-ayrı otaqlarına aparılmış, polislər tərəfindən gətirilmiş otaqda Nicat adlı polis işçisi ona fiziki zor tətbiq edərək bir neçə dəfə sifətindən sillə vurmuşdur, eləcədə İmran və Kənan adlı əməkdaşlar tərəfindən nalayiq ifadələrlə təhqir olunaraq söyülmüş, bundan sonra ona polislər tərəfindən psixoloji təsir və hədə-qorxu edilmiş və ona məcburi olaraq üzərinə çəkilişlə aparılacaq axtarış istintaq hərəkəti zamanı onlara sərf edən izahat verməsi tələb edilmişdir. Həmçinin həmin vaxtı polislərdən biri onu qarnından vurmuş və huşunu itirmişdir. Ayılandan sonra şöbənin otağın birində ona təqdim edilmiş vəkil X13 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə keçirilmiş axtarış zamanı əynində olan boz rəngli donun sağ cibində saxladığı Turalın bir neçə saat əvvəl satılan vasitənin müqabilində verdiyi 175 manat pulu və sol cibində saxladığı Turala satmaq üçün gətirdiyi şəffaf rəngli sellofana bükülmüş adını bilmədiyi dərman olduğunu zənn etdiyi, əsl adı sonradan oan məlum olan psixotrop maddə olan metamfetamini polislərə təqdim etmişdir. Bundan əlavə verdiyi ifadəsində Arif adlı şəxsin ondan aldığı ümumilikdə 1200 manat pulun narkotik vasitəsinin satışından əldə olunan pul olduğunu bildiyini, Ariflə telefonda danışarkən ona tanışı Murtuzun adamı olduğunu və metamfetamin dərmanlarının satışından əldə edilən pulları ona verməli olduğunu bildirərkən Arif bundan məlumatlı olduğunu və pulu “035 Şərab evin”-də işləyən Orxan adlı şəxsə verməsini bildirmişdir. X51 ilə telefonda danışan zaman Arifin onların adamı olduğunu, Arifin qəbul etdiyi pulun onlara çatdığını, Pərviz və digər şəxslərin də narkotik vasitələrə görə pulları Arifə çatdırdıqlarını, Arifin etibarlı biri olduğunu, Arifin Rza ilə dost olmaqla birgə iş birliklərinin olduğunu və Arifə Bakı şəhərində verilən pulları İran İslam Respublikasının Astara şəhərində Rzanın ona çatdırdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə videoçəkiliş əsasında dindirilərkən istintaqa verdyi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ifadələrini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək onun verilən pulların psixotrop maddələrin satışından əldə edilən pul olması barədə məlumatının olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini və əlavə olaraq göstərmişdir ki, 03 mart 2020-ci il tarixdə vətəndaş Şahid10 Baş İdarəyə müraciət edərək bir neçə ay əvvəl İnstagram sosial şəbəkəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, Rzanın özünə məxsus +**********38 mobil nömrəsini Sakitə verdiyini və bir neçə gün əvvəl Rzanın Sakitə WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilibbilməməsini soruşduğunu bildirmişdir. Şahid10 həmin şəxsin cinayət əməlinin ifşa olunmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə o ozü, Şahid2, Şahid6, Şahid3, Şahid4, Şahid5 daxil edilmişlər. Daha sonra razılaşdırılmışdır ki, Şahid10 təlimatlandırılmış şəxs Şahid6 isə şərti alıcı kimi guya Sakitin tapdığı müştəri olmalıdır. Şahinə 8.800 ABŞ dolları pul verilmiş və bu barədə protokol tərtib edilmiş, Sakitə Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsi tapşırılmış, Şahin Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə audioyazı ataraq onun üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmiş, Rza da bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, Sakit alqısatqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini Sakitə vermiş və pulu aparıb Arifə verməsini tapşırmış, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Ucuzluq marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Sakit Arifə məxsus (050) ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Arifə nömrəsini Rzanın verdiyini bildirmişdir; Arif «Qubadlı» kafesində olduğunu bildirmiş və ora gəlməsini təklif etmiş, Sakitlə birlikdə Arifin verdiyi ünvana yollanmışlar. Həmin gün saat 22 radələrində kafenin yanına gələrək kafenin çölündə gözləmişlər, Sakitlə Şahin birlikdə kafeyə daxil olmuşlar, bir qədər gözlədikdən sonra Sakitin məlumatına əsasən videoçəkiliş aparılmaqla kafeyə daxil olmuş və tədbirin keçirilməsinə başlamışlar, kafeyə daxil oduqdan sonra əvvəlcə özünü sonra isə digər əməkdaşları təqdim etmişdir. Daha sonra Arifə keçirilən tədbir barədə və saxlanılmasının səbəbi barədə məlumat vermişdir. Sakit təlimatlandırılmış şəxs olduğunu Şahin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif Şahindən aldığı pulları ona təqdim etmişdir. Arif viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını bildirdikdə, Şahin və Sakit isə onlar tərəfindən telefon vasitəsi ilə qeyd edilən pulların narkotik vasitənin alınması üçün verilən pul olması barədə Arifə məlumat verildiyini və Arifin bu barədə məlumatı olmasını bildirmişlər. Babayev və Şahid5 Rzanın Sakitə atdığı şəkildəki əraziyə yəni narkotik vasətinin olduğu əraziyə yollanmışlar. Şahin, Sakit, Arif və Şahid4 isə İdarəyə yollanmışlar. Apellyasiya baxışı zamanı Şahid1 verilmiş suallara cavab olaraq göstərdi ki, təhqiqat işini o, təqdim etmişdir. Onlar operativlik üçün getmişlər götürməyə. Həmin vaxt əgər etməsəydilər, həmin yerdə narkotik olmaya bilərdi. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, 03 mart 2020-ci il tarixdə vətəndaş Şahid10 Baş İdarəyə müraciət edərək bir neçə ay əvvəl İnstagram sosial şəbəkəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, Rzanın özünə məxsus +**********38 mobil nömrəsini Sakitə verdiyini və bir neçə gün əvvəl Rzanın Sakitə WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilibbilməməsini soruşduğunu bildirmişdir. Şahid10 həmin şəxsin cinayət əməlinin ifşa olunmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə Şahid2, Şahid6, Şahid3, Şahid4, Şahid5 və Şahid1 daxil edilmişlər. Daha sonra razılaşdırılmışdır ki, Şahid10 təlimatlandırılmış şəxs Şahid6 isə şərti alıcı kimi guya Sakitin tapdığı müştəri olmalıdır. Şahinə 8.800 ABŞ dolları pul verilmiş və bu barədə protokol tərtib edilmiş, Sakitə Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsi tapşırılmış, Şahin Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə audioyazı ataraq onun üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmiş, Rza da bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, Sakit alqı-satqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini Sakitə vermiş və pulu aparıb Arifə verməsini tapşırmış, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Ucuzluq marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Sakit Arifə məxsus (050) ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Arifə nömrəsini Rzanın verdiyini bildirmişdir; Arif «Qubadlı» kafesində olduğunu bildirmiş və ora gəlməsini təklif etmiş, Sakitlə birlikdə Arifin verdiyi ünvana yollanmışlar. Həmin gün saat 22 radələrində kafenin yanına gələrək kafenin çölündə gözləmişlər, Sakitlə Şahin birlikdə kafeyə daxil olmuşlar, bir qədər gözlədikdən sonra Sakitin məlumatına əsasən videoçəkiliş aparılmaqla kafeyə daxil olmuş və tədbirin keçirilməsinə başlamışlar, kafeyə daxil oduqdan sonra əvvəlcə özünü sonra isə digər əməkdaşları təqdim etmişdir. Daha sonra Arifə keçirilən tədbir barədə və saxlanılmasının səbəbi barədə məlumat vermişdir. Sakit təlimatlandırılmış şəxs olduğunu Şahin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif Şahindən aldığı pulları ona təqdim etmişdir. Arif viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını bildirdikdə, Şahin və Sakit isə onlar tərəfindən telefon vasitəsi ilə qeyd edilən pulların narkotik vasitənin alınması üçün verilən pul olması barədə Arifə məlumat verildiyini və Arifin bu barədə məlumatı olmasını bildirmişlər; Babayev və Şahid5 Rzanın Sakitə atdığı şəkildəki əraziyə yəni narkotik vasətinin olduğu əraziyə yollanmışlar. Şahin, Sakit, Arif və Şahid4 isə İdarəyə yollanmışlar. Şəkildə göstərilmiş yerə, yəni Bakı Quba yolunun 9-cu kilometrliyində yerləşən əraziyə çatdıqda, Şahid5 çəkilişə aparmaca başlamış, Şəkildə göstərilən paketə yaxınlaşmış, paketin içərisində narkotik vasitə heroin olması aşkar edilmişdir; həmin sellofan paket ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bundan sonra Baş İdarəyə qayıtmışlar, Baş İdarədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilsədə heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs narkotik vasitənin yeri barədə fotoşəkil göndərdikdən sonra Təqsirləndirilən şəxs1 qaçma ehtimalı olduğu üçün onun və tədbirin təhlükəsizliyini qorumaq məqsədi ilə Rza adlı şəxsin göndərdiyi ünvana Təqsirləndirilən şəxs1 iştirakı olmadan getmişlər. Göndərilən ünvana çatdıqdan sonra dərhal videoçəkiliş keçirməyə başlamış və videoçəkiliş aparılan zaman qeyd edilən narkotik vasitə heroin aşkar edilmiş, videoçəkiliş gedə-gedə ekspertizaya təqdim etmək üçün dərhal qablaşdırmışlar. Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefon əməliyyat-axtarış tədbirlərinin davam etdirilərək narkotik vasitələrin qanunsuz dövriyyəsini həyat keçirən Arif Əliyevin əlbir olduğu qrupun digər üzvlərinin müəyyən edilməsi üçün əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına verilmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Şahid2 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini və əlavə olaraq göstərmişdir ki, 03 mart 2020-ci il tarixdə vətəndaş Şahid10 Baş İdarəyə müraciət edərək bir neçə ay əvvəl İnstagram sosial şəbəkəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, Rzanın özünə məxsus +**********38 mobil nömrəsini Sakitə verdiyini və bir neçə gün əvvəl Rzanın Sakitə WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilibbilməməsini soruşduğunu bildirmişdir. Şahid10 həmin şəxsin cinayət əməlinin ifşa olunmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə o özü, Şahid1, Şahid6, Şahid3, Şahid4, Şahid5 daxil edilmişlər. Daha sonra razılaşdırılmışdır ki, Şahid10 təlimatlandırılmış şəxs Şahid6 isə şərti alıcı kimi guya Sakitin tapdığı müştəri olmalıdır. Şahinə 8.800 ABŞ dolları pul verilmiş və bu barədə protokol tərtib edilmiş, Sakitə Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsi tapşırılmış, Şahin Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə audioyazı ataraq onun üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmiş, Rza da bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, Sakit alqısatqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini Sakitə vermiş və pulu aparıb Arifə verməsini tapşırmış, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Ucuzluq marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Sakit Arifə məxsus (050) ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Arifə nömrəsini Rzanın verdiyini bildirmişdir; Arif «Qubadlı» kafesində olduğunu bildirmiş və ora gəlməsini təklif etmiş, Sakitlə birlikdə Arifin verdiyi ünvana yollanmışlar. Həmin gün saat 22 radələrində kafenin yanına gələrək kafenin çölündə gözləmişlər, Sakitlə Şahin birlikdə kafeyə daxil olmuşlar, bir qədər gözlədikdən sonra Sakitin məlumatına əsasən videoçəkiliş aparılmaqla kafeyə daxil olmuş və tədbirin keçirilməsinə başlamışlar, kafeyə daxil oduqdan sonra əvvəlcə özünü sonra isə digər əməkdaşları təqdim etmişdir. Daha sonra Arifə keçirilən tədbir barədə və saxlanılmasının səbəbi barədə məlumat vermişdir. Sakit təlimatlandırılmış şəxs olduğunu Şahin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif Şahindən aldığı pulları ona təqdim etmişdir. Arif viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını bildirdikdə, Şahin və Sakit isə onlar tərəfindən telefon vasitəsi ilə qeyd edilən pulların narkotik vasitənin alınması üçün verilən pul olması barədə Arifə məlumat verildiyini və Arifin bu barədə məlumatı olmasını bildirmişlər. Apellyasiya baxışı zamanı Şahid2 verilmiş suallara cavab olaraq göstərdi ki, Sakit adlı şəxs idarəyə gəlib onlara birbaşa narkotikin satışı ilə bağlı məlumat verib. Qanunvericiliyə müvafiq tədbir görülüb. Həmin əməliyyatda Şahid3, Şahid4, Bəylər, o, özü olmuşdur. Kafe adını xatırlamır, amma səhv etmirsə 15.000 pul olub narkotiklə bağlı. Baxış Baş İdarədə olub. Narkotik bağlaması Xırdalan yolunun üstü idi. Təhqiqatı Vüsal adlı şəxs aparmışdır. Baxış və götürmə səhv etmirsə video-çəkiliş aparılmışdır. Arif pulu qəbul etmişdir, dəqiq yadında deyil, amma səhv etmirsə, pul stolun üstündə idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, onun ilkin ifadəsi həqiqətə uyğun deyil. Tarix yadında deyil kafeyə getmişlər bir nəfər onun yanında polkovnik rütbəsində olan polis nəfəri var idi. Ona məlum olan o idi ki, pul veriləsidi, amma nəyin pul olması və nə məqsədlə verilməsini bilməmişdir. Orada narkotik barədə ümumiyyətlə söhbət olmadı narkotik pulu idi bu barədə söhbət olmadı. Pulu qoymuşuq stolun üstünə Arif telefonla danışıb 8.800 ABŞ dollar. Polis telefonla danışırdı və danışdıqdan sonra 6-7 nəfər içəriyə girdi onu və Arifi tutub gətirdilər Baş Narkotiklərlə Mübarizə İdarəsinə. Apellyasiya baxışı zamanı Şahid10 verilmiş suallara cavab olaraq göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçısı var idi Şirəli müəllim, o, şahid kimi gedirdi, onda olan telefonla İranlı ilə danışırdı, o, Arif kişinin nömrəsini atdı, aparın bu qədər pul verin ona, sadəcə demişdi ki, orda bu pula narkotik veriləcək söhbəti olmasın da, eləcə deyin ki, Əliyə çatası puldur, sizə göndərilib. O, Arifi tanımır, o, onunla danışıb eləməmişdir, başqa adam vasitəsilə tapmışdır onu, yəni həmin pulu götürə bilən adam yoxdur, dedi ki, sadəcə birdən orda ağzınızdan qaçırarsınız ki, narkotikin puludur, flan elə bir şey olmasın. O, ora tək getməmişdir, onun yanında da bir nəfər var idi, deyəsən polkovnik-leytenant idi, pul onda idi, restorana girdik, dedik Arif kişi kimdir?, göstərdilər, oturmuşdu stolda, yaxınlaşdıq dedik ki, bizə sizin nömrənizi veriblər, bəs pul verməliyik sizə, Arif kişi də dedi ki, ona elə məlumat verməyiblər, o, Əlini yığdı, dedi ki, sən dediyin yerdəyik, ancaq heç bir məlumatı yoxdur, pulu götürmürlər, dedi 5 dəqiqə gözləyin, biz oturduq orda çay içdik, sonra Əlinin tapdığı adam Arif kişiyə zəng vurdu, nətər oldusa razılaşdıq, pulu verdik, söhbət olmadı ki, narkotikin puludur, polkovnik-leytenant dedi ki, bizə kartof və.s gələcək, onun puludur. Həmin gün orda Arifin üzərinə baxış keçirilmədi. Həmin gün orda pulu verdik, Arif kişini də, xanımı da götürdülər, gəldilər baş idarəyə, səhəri gün təhqiqatçı ilə həmin kafeyə gedildi. O, həmin gün Arifdə hər hansı bir xəsarət görməmişdir, növbəti gün Arifin üz nahiyəsində xəsarət izləri var idi. Cinayət işi materiallarında əks olunub ki, narkotik vasitə Xırdalan ərazisində götürülüb, amma elə deyil, konumlar hamısı mesajla, səslə onun telefonunda var idi, onlar necə olub bilmir, o, konumu “Ağ Saray” tərəfə atmışdı, konum atılan vaxtı onlar kafenin içərisində oturmuşdular, gözləyirdik ki, mal atısn, Şirəli müəllim özü getmişdi, konum isə ona atılmışdı, o da atmışdı ona, həmin konumda gedib görüb ki, malı elə bil 1 kilo atmalı idilər, 0,5 kilo atıblar, o, yığdı ki, burda mal 1 kilo deyil, 0,5 kilodur, o da Əliyə yığdı, o da dedi ki, yarısını da axşam atacaq, sonra onları götürüb gətirdilər idarəyə, səhərisi axşamı Şirəli müəllim, təhqiqatçı getdilər Xırdalan yolunda körpü var, ora. Bu iş gedə-gedə məni Banditizmdən çağırırdılar izahat almağa, məni Banditizmdən ora getməyə qoymurdular, sonra telefonu istədilər, Şirəli müəllim özü ilə apardı, müstəntiqə izahat verdi, ondan sonra dedilər ki, telefon ver, telefonu da o, düşəndə qoymuşdu Şirəli müəllimin maşınına. O, dedi ki, telefon üstündə yoxdur, müstəntiq dedi ki, telefonu sabah mütləq çatdır, incələməyə veriləcək, elə ordan çıxandan sonra Şirəli müəllimlə birlikdə getdilər “28 May” metrosu, Dəmir yolu xəstəxanası, Rusiya bankının yanında telefon mağazası var, elə birbaşa Banditizmdən getdilər ora, onun “Alcatel” markalı telefonunu verdilər, telefonun içində hər şey silindi, orda proqramist var idi, 100 manat ödəniş etdilər. Pozulandan sonra o, telefonu təqdim etdi müstəntiqə, 10-15 gün qaldı onda, sonra müstəntiq dedi ki, bu telefon tamam sıfırlanıb. Həmin vaxt telefon üstümdə idi. O, həmin nömrə ilə çox danışmırdı. Bəli, istifadə etdiyim başqa nömrə var idi. Həmin nömrə onun adına deyil. ***- ***-**-** nömrəsi idi, bəli danışmışdır. Hazırda onu oğurluqla bağlı tutulmuşdur. İranlını o, tapmamışdı, polislər tapmışdır. Danışıqlar iranlı ilə “Whatsapp” səsi ilə, zəngi ilə, bir də görüntü ilə. İki nəfər şərik idilər, birinin adı Əli idi, birinin də adı Hadı idi. Əsasən Əli ilə danışırdı. X61 kişinin nömrəsini atdımışdır ona, demişdir, gedin filan yerdə kafeyə, orda bu adama zəng edin, pulu buna verəcəksiz, onlar da gəlmişlər kafeyə. Əliyə narkotikin çatası pulu idi. Əli narkotiki bilmirəm kimə satmışdı. Pul məndə deyildi, polis əməkdaşında idi, iranlı birbaşa polis əməkdaşları işləyirdi, onunla işləmirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində “Rza” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Onunla bir qədər ordan-burdan danışdıqdan sonra Rza özünə məxsus +**********38 mobil nömrəsini ona vermiş və onunla WatsApp vasitəsi ilə danışmağı təklif etmişdir. Bu qaydada Rza ilə müəyyən qədər danışmış və çox yaxşı dostluq münasibətləri yaranmışdır. Belə ki, Rza ona Cənubi Azəbaycandan olduğunu və Azərbaycan vətəndaşları ilə çox yaxın dostluq münasibətlərinin olduğunu bildirmişdir. Bir neçə gün əvvəl Rza ona WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilib-bilməməyini soruşmuşdur. İlk öncə Rzaya fikir verməmiş, Rza yenidən bu məzmunlu mesaj ataraq eyni şeyləri təklif etmiş, narkotik vasitələrin satışını həyata keçirənlərə, hətta istifadə edənlərə qarşı nifrət hissi bəslədiyi üçün qərara gəlmişdir ki, Rzaya razılıq versin və sonra bu barədə polis orqanlarına məlumat versin. Rzaya onun üçün müştəri tapa biləcəyini bildirmiş və müştəri tapdıqdan sonra hansı qaydada əlaqə yaradacağını və narkotik vasitəni kimdən ala biləcəyini soruşmuş, Rza müştəri tapdıqdan sonra ona məlumat verməsini və pulu tanışı Arif adlı şəxsə verməli olduğunu, həmin şəxsin istifadəsində (050) ***-**-** mobil nömrəsinin olduğunu və əsasən də «Qubadlı» kafesində olduğunu söyləmişdir. Rzanı əmin etdikdən sonra hara şikayət edəcəyi barədə fikirləşməyə başlamış, ilk öncə yerli polis orqanlarına məlumat vermək istəsə də, sonradan narkotiklərə qarşı mübarizənin Baş Narkotiklərlə Mübarizə İdarəsində daha effektiv şəkildə aparıldığını eşitdiyi üçün 03 mart 2020-ci il tarixdə ora gedərək şifahi şəkildə bu barədə məlumat vermiş, polis əməkdaşları şifahi ərizə protokolu tərtib etmişlər, protokol əsasında Şahid6 8.800 ABŞ dolları pul verilmiş, polis əməkdaşları ona Rza ilə əlaqə saxlayaraq müştəri tapdığını bildirməsini tapşırmışlar, Rzaya məxsus +**********38 mobil nömrəsindən WatsApp proqramı vasitəsi ilə səsyazı ataraq Rza üçün müştəri tapdığını və qiyməti barədə maraqlandığını bildirmişdir; Rza bir kiloqram narkotik vasitə heroini 15.000 manata satdığını bildirmiş, alqı-satqının hansı formada aparılacağını soruşduqda Rza yenidən Arif adlı şəxsin mobil nömrəsini vermiş və pulu aparıb Arifə verməsini istəmiş, bundan sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində fəaliyyət göstərən «Ucuzluq» marketin yaxınlığından narkotik vasitəni götürə biləcəyini bildirmiş, Arifə məxsus (050) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və nömrəni ona Rzanın verdiyini bildirmişdir. Arif “Qubadlı” kafesində olduğunu bildirmiş və müştəri ilə birlikdə ora gəlməsini demiş, müştəri qismində çıxış edən şərti alıcı adlandırılan Şahid6 adlı polis əməkdaşı ilə birlikdə Arifin verdiyi ünvana yollanmışlar. Həmin gün saat 22 radələrində qeyd edilən ünvana çatmışlar. Polis əməkdaşı ilə birlikdə kafeyə daxil olmuş və Arifin kim olması barədə maraqlanmışdır. Bu zaman kənarda masada tək oturan şəxslərdən biri Arif olduğunu bildirmişdir. Onun masasına əyləşmiş və Arifə ona pul çatacağını bildirmişdir. Arif onlardan onları Rzanın göndərib-göndərmədiyini soruşmuş və onlar təsdiq etdikdən sonra Arif pulları vermələrini demiş, Şahin cibindən pulları çıxararaq Arifin gözü qabağında pulları saymağa başlamış və sayıb qurtardıqdan sonra Arif pulları alıb özü də saymağa başlamış, Arif pulları sayıb qutardıqdan sonra Arifə əvvəlcə narkotik vasitə heroini vermələrini və bundan sonra pulun onlara çatacağını bildirmişlər, Arif pulları alıb Rzaya bu barədə məlumat verəcəyini, qalan məsələlərin isə başqa şəxslər vasitəsi ilə həll ediləcəyini bildirmişdir. Bundan sonra Arif telefon vasitəsilə ilə güman ki, Rzaya zəng edərək pulları gətirmələri barədə məlumat vermiş, bundan sonra Arif onlara razılığı gözləmələrini bildirmişdir; Şahin müddətin çox çəkdiyini bildirmiş və Arif yenidən Rza ilə əlaqə saxlamışdır. Arif Rzaya 5-10 dəqiqə ərzində konkret söz deməsini, alınıb-alınmaması barədə məlumat verməsini istəmiş və əgər alınmırsa pulları qaytaracağını söyləmişdir. Arif hətta əvvəllərdə bu işlərlə məşğul olduğunu, Rzanın sözündə bütöv olduğunu və deyirsə eləyəcəyini söyləmişdir. Bir qədər sonra Rza WatsApp prorqamı vasitəsi ilə şəkillər atmağa başlamışdır. Şəkillərdə narkotik vasitənin qoyulduğu yer olmuşdur. Bu barədə polis əməkdaşlarına məlumat vermiş və bundan sonra videoçəkiliş aparılmıaqla tədbirin keçirilməsinə başlanılmış, polis əməkdaşları özlərini təqdim edərək tədbir barədə Arifə məlumat vermişlər. O, təlimatlandırılmış şəxs olduğunu, Şahinin isə polis əməkdaşı olduğunu və şərti alıcı qismində iştirak etdiyini bildirmişdir. Arif aldığı pulları təhqiqatçıya təqdim etmişdir. Arif onların yanında etiraf etməsinə baxmayaraq viodeçəkilişi gördükdən sonra guya pulun hansı məqsədlə alındığından xəbərinin olmadığını söyləmişdir. Lakin videoçəkilişdə Arifin ona söylədiklərini bildirmişdir. Bundan sonra üç nəfər polis əməkdaşı Rzanın ona atdığı şəkildəki əraziyə, yəni narkotik vasitənin olduğu əraziyə, yollanmışlar. O, Şahin, Arif və bir nəfər başqa polis əməkdaşı isə İdarəyə yollanmışlar. Apellyasiya baxışı zamanı dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, Dərnəgüldə kafe var idi, həmin kafeni o işlədirdi. Ariflə hardasa 15 il olarki tanıyır mebel satışı ilə məşğul idi. Həmin günü kafedə çay içirdilər, axır çərşənbə günü idi. O, kafeni tez bağlayıb evə getmək istəyirdi. Arifə kimsə zəng edərək kiməsə pul verəcəyini, ya da pul alaçaqdı dəqiq bilmir, Arif ona dediki gözlə adam gələcək onunla görüşüm sonra bağla kafeni. O, da razılaşmışdır. Saat 18-19 radələri olardı yarım saatdan sonra həmin adam gəldi. İki nəfər Ariflə oturdu və söhbət etməyə başladılar. Nə isə söhbət İrana pul göndərmək barədə idi. Hardasa yarım saatdan çox vaxt keçmişdir, gördü ki, nəsə səs küy gəldi. Dava düşdü. O, içəri keçərək orda olan şəxslərə yaxınlaşmış və onlardan nə məsələ olduğunu öyrnmək istəyrkən, Arifi yerə yıxdılar. Həmin şəxslərin polis olduqlarını o, bilmirdi. Daha sonra həmin vaxt kafedə kim olmuşdur hamını gətirmişlər Narkotiklərlə Mübarizə Baş İdarəsinə. Onu başqa otağa, Arifi də başqa otağa apardılar. O, biri otaqdan Arifin səsi gəlirdi qıqırırdı. Arifi döyürdülər, nə edirdilər bilmirdi. Sonra polislər onun olduğu otağa gəldilər və onların içərisində şöbə rəisi var idi polislərə dedi ki, bu keçmiş polis işçisi olub ona dəyməyin. O, onlardan soruşdu ki, nə məsələdi, onları niyə bura gətiriblər. Sabah isə onu aparmışlar rəisin yanına. Rəis ona suallar vedi o, da rəisi kafedə narkotikin satışı ola bilməz. Həmin gün axşama kimi onları orda saxladılar. Axşam olardı onu və Arifi kafeyə gətirdilər. Arifi kafeyə içəriyə saldılar və bildirdilər ki, burda durmalısan. Sonra onu çıxartdılar bayıra və çəkiliş aparmışlar. O, Arifidə, onun uşaqlarını da tanıyır, onun narkotik satışı ilə məşğul olmasına inanmır. Ozü də biraz narahatdır idi, birdən gətirib kafenin içərisinə narkotik atarlar və ona görə də belə bir vəziyyət yaranıb. Apellyasiya baxışı zamanı Şahid12 verilmiş suallara cavab olaraq göstərdi ki, Arif ticarətlə məşğul olurdu, əvvəllər mebel idi, axır vaxtlar İrandan yanğın şlanqları gətirib, satırdı. Müştərilərə verirdi, o. onunla işləmirdi, ona görə tam necə idi bilmir, amma bilir ki, neçə dəfə kafenin yanında müştərilər gəlib, boşaldıb, yığıb aparıblar. Arif zakaz verirdi, gəlirdi, boşaldılırdı, müştərilər gəlib aparırdı. Arif saat 4-dən sonra gələrdi, oturardıq, çörək yeyərdik, 3-4 saat da oturardı, tez də gedərdi, işin dalınca da gedirdi, Dərnəgülə yanğın ehiyat hissələrini də verirdi, gedirdi malın dalınca, gələndə yenə oturub çay içirdik, söhbət edirdik. Əsas yanğın şlanq idi, yanğın söndürmək üçün xortumlar idi. O vaxt bir nəfər gəldi, pul çevirməyə, sonra bildi ki, bu valyutanı çevirir. Özündə fikirləşdi ki, bu manatı dollara çevirir, yəqin vergidən gəliblər. Özü görşdür, məsələn kimsə gəlir, deyir ki, bu pulu göndər İrana, məsələn zəng vurur deyir ki, Rza Əlinin pulu var götürüm, götürməyim, o da deyirdi ki, filankəs gəlib götürəcək, belə bir şey. Arif əvvəllər Bakıda mebel sexi işlədirdi, onun bir tanış var idi onlarla mebel alış-verişi var idi, ordan tanıyır, ondan sonra da neçə ildir ki tanıyır. Arifi onun yanında döyməyiblər, amma birinci gələndə idarəyə aparılan gün səsi idarəni götürmüşdü, çığırırdı “oy dədə” deyirdi. O, Ariflə belə üz-üzə gələ bilməmişdir, amma döyülməyinə, döyülmüşdür. Vəziyyətini gördüm ki, Arif meyit kimi gedir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli protokolda texniki səhv olaraq aşkar edilmiş bükülünün Təqsirləndirilən şəxs2 əlində olması qeyd edilsədə, əsl həqiqətin “CD” diskdə olan çəkilişdəki kimi olduğu, yəni qeyd edilən bükülünü Təqsirləndirilən şəxs2 əynindəki donun sol yan cibindən təqdim etdiyini bildirmişdir. Bundan əlavə onun tərəfindən tərtib edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 22 oktyabr 2019-cu il tarixli protokolda X20 üzərindən aşkar edilən narkotik vasitə heroini nə məqsədlə əldə etməsi barədə suala qeyd edilən narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satmaq üçün əldə etdiyini bildirməsi qeyd edilsədə əsl həqiqətin “CD” diskdə olan çəkilişdəki kimi olduğu, yəni həqiqətən Tural Əhmədovun aşkar edilən bükümü Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün aldığını bildirdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2 saylı binada yerləşən “Şərab Evi 035” adlı mağazanı icarə müqaviləsi əsasında işlədir, mağazanı X6 icarəyə götürmüş, mağazada spirtli və spirtsiz içkilərin satışı ilə məşğul olur, xalası oğlu X35 şərab evini işlətməkdə ona köməklik edir, Orxan hər gün səhər saat 9 radələrində işlətdiyi şərab evini açaraq işə salır, saat 21-22 radələrində o, mağazaya gəldikdən sonra Orxan çıxıb gedir. O da təxminən saat 05 radələrində mağazanı bağlayaraq evə gedir. İşlətdiyi mağazaya bitişik olan binada yaaşayan sakinlərin xahişi ilə həmin sakinlərə çatdırılması üçün digər şəxslər tərəfindən dəfələrlə pul və əşyalar qoyulmuş, Təqsirləndirilən şəxs1 də mağazaya bitişik binada yaşayır və mağazanın yaxşı müştərilərindən biridir, Arifin həmin binada tək yaşadığı, (050) ***-**-** nömrəli telefondan istifadə etdiyi, yeni inşa olunmuş binaların yanğınla bağlı təhlükəsizlik sistemlərini quraşdırıması ilə məşğul olduğu ona məlumdur, Orxanın sözlərindən ona həmçinin məlumdur ki, onun tanımadığı və görmədiyi Təqsirləndirilən şəxs2 adlı qız iki dəfə onun işlətdiyi macazaya gələrək Təqsirləndirilən şəxs1 çatdırılması üçün Orxana iki dəfə 600 manat pul vermişdir, Təqsirləndirilən şəxs2 tərəfindən həmin pul məbləğlərinin hansı məqsədlə Təqsirləndirilən şəxs1 verilməsi və haradan əldə olunması barədə məlumatı olmamış, Orxanın sözlərindən ona həmçinin məlumdur ki, Arzunun hər iki dəfə verdiyi 600 manat pulu, yəni ümumilikdə 1.200 Orxan şəxsən Arifin özünə çatdlrmışdır. Arifin dəfələrlə «Şərab evinin» qarşısında tanımadığı şəxslərdən pul aldığının şahidi olmuşdur. İşdə olan cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 tanınması üçün fotoşəkil əsasında şahid qismində dindirilmiş Şahid11 təqdim edilmiş və sonuncu Təqsirləndirilən şəxs1 təqdim edilən fotoşəkildən tanımışdır (2-ci cild iş vərəqi 250-252). İşdə olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək verilən pulların psixotrop maddələrin satışından əldə edilən pul olması barədə məlumatının olduğunu bildirmişdir (3-cü cild iş vərəqi 161-163). İşdə olan ibtidai istintaq zamanı Şahid6 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Süleyman Şahinov ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (1-ci cild iş vərəqi 71-74). İşdə olan ibtidai istintaq zamanı Şahid10 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (1-ci cild iş vərəqi 75-78). İşdə olan ibtidai istintaq zamanı Şahid8 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (2-ci cild iş vərəqi 167-171). İşdə olan ibtidai istintaq zamanı Şahid7 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları daha təsdiq edərək onu cinayət törətməkdə ifşa etmişdir (2-ci cild iş vərəqi 172-176). İşdə olan “Baxış və götürülməsi aparılması haqqında” 3 mart 2020-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 1.005 qram narkotik vasitə heroinin alınması üçün İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırılması nəzərdə tutulan 8.800 ABŞ dolları pul sonuncunun sözünə əsasən Təqsirləndirilən şəxs1 verildikdən sonra Təqsirləndirilən şəxs1 saxlanılmış və həmin məbləğdə pul aşkar edilərək götürülmüşdür. Baxış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 14-16). İşdə olan “Baxış və götürülməsi aparılması haqqında” 3 mart 2020-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 8.800 ABŞ dolları pul verildikdən sonra İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin narkotik vasitə heroini yerləşdirdiyi Bakı-Quba yolunun 9-cu kilometrliyindən qeyd edilən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür; baxış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir; CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 17-18). İşdə olan “Şəxsi axtarış və götürmənin aparılması haqqında” 4 mart 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 03 mart 2020-ci il tarixdə DİN-in BNMİ-yə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sübut əhəmiyyəti kəsb edən heç bir predmet aşkar edilməmişdir (1-ci cild iş vərəqi 39-41). İşdə olan 22 oktyabr 2019-cu il tarixli “ Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokola əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında saxlanılaraq qeyd edilən şöbəyə gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 10:15- dən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki donun əynindəki donun cibindən 10,194 qram çəkidə psixotrop maddə metamfetamin və 175 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir, qeyd edilən bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 178-186). İşdə olan 22 oktyabr 2019-cu il tarixli “ Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokola əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X34 22 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 saylı ünvanın qarşısında saxlanılaraq qeyd edilən şöbəyə gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 08:45-dən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 0,005 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir, qeyd edilən bir ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 42-50). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir: - həmin CD diskin içərisində olan 1 ədəd “37207xx.xx.2019” adlı “Rar” farmatlı fayl açıldıqda 1 ədəd “507372519sms.txt” adlı, 01 ədəd “**********19.txt” adlı, 01 ədəd “abuneciler.xlsx” adlı və 01 ədəd “antenna.xlsx” adlı “Excell” farmatlı fayllar aşkar olunmuşdur: - həmin 01 ədəd “507372519 sms.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019- cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə (077) 849-66- 46, (050) ***-**-** saylı mobil nömrələrin arasında 10 oktyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində aşağıdakı mesajların olması aşkar edilmişdir: xx/xx/2019,20:20:45,**********19,**********46,sizden xayiş edirəm mənə zeng etməyin .mənim iranla sözüm alınmadı. xx/xx/2019,18:37:23,**********46,**********19,Salam axwaminiz xeyir baci necesiz? men fuadi kankret qirdim. Didimki da mene lazim deyil buraxdim bu iwi bawini. xx/xx/2019,18:20:15,**********19,**********46,40d+20m=800m edir, sen ey er axşama gelib o birinde hamısm alacaqsan xx/xx/2019,18:20:16,**********19,**********46,sa .700m getir ver 40dene apar.sat sonra gel 30deneni apar xx/xx/2019,18:24:35,**********19,**********46,qurban sene men sene deyende gelersen .başqa yerdeyem.in şəə ALLAH 1 3/10/2019,18:24:36,**********19,**********46, xeber edecem. xx/xx/2019,18:38:53,**********19,**********46,yazma xx/xx/2019,18:39:01,**********19,**********46,zəng edecem xx/xx/2019,18:41:06,**********46,**********19, Baci qurban sene olarki men nagdi 10-10 gotrum heresinden. Olari aparim nagdi verim sora gelim qalani gotrum. xx/xx/2019,22:18:13,**********19,**********46,qaqaş bele etmeyini anlamıram ..gelmirdin deyerdin ki gelmirem. ney xx/xx/2019,22:18:15,**********19,**********46,se. oldu.sağol xx/xx/2019,16:21:18,**********19,**********46,qaqaş salam.təcili söz deyirəm aç telefonu 14xx/xx/2019,17:18:22,**********19,**********46,qaqaş gelmirsense bir söz dene .bunlar malı aparmaq istəyir xx/xx/2019,17:19:01,**********19,**********46,başqası istəyir, ona vermek istəyirler. mende sene görə qalmışam. xx/xx/2019,17:19:17,**********19,**********46,mene bir xəbər et xx/xx/2019,17:28:36,**********19,**********46,qaqaş belə hörmətsizlik etmədə, men qadmam.neçə saatdı yığıram, zanit xx/xx/2019,21:16:53,**********19,**********46,qaqaş .mənim gedəcək yerim var .mənə bir söz de məndə işimi bilimde xx/xx/2019,21:28:25,**********19,**********46,düzgün hereket etmədin. ..əldə olanı qaytar men bunların adamın verim xx/xx/2019,21:29:03,**********19,**********46,men artıq mecburam bunlara deyem. mene səhərdən zeng edirlər açmıram xx/xx/2019,22:02:05,**********19,**********46,qaqaş meni vallahi pis halda qoyursan bunlar mala adam gönderir xx/xx/2019,22:02:14,**********19,**********46,ALLAHA and olsun adam gönderir xx/xx/2019,22:03:12,**********19,**********46,ya malı getir yada pulu getir ki men onlarla həl edim xx/xx/2019,22:04:19,**********46,**********19,Ay baci sene qurban olum niye pis vezyetde qalirirsiz axi. xx/xx/2019,01:17:55,**********46,**********19,Bagiwdiyin tel sondu set kesildi durduqu yerde. Sehere kimi sebr edin caliwacam nese alindirim. xx/xx/2019,01:23:14,**********19,**********46,qaqaş gel bele edek.sən 80m səhər getrende 15d üçün pul düzelt apar xx/xx/2019,01:24:11,**********19,**********46,sonra da aparıb verib gel yenə apar saat lOna kimi 15/10/2Ö 19,19:16:49,**********46,**********19, Axwamin xeyir baci. Neceseri? gelmiwem pul goturmeye nunen dedime size verdiylermin pulnu gotrmeye gelmiwem. Gotrum gelem ustunude ozum tapiq duzeldib gelem xx/xx/2019,19:17:47,**********19,**********46, men çox eseb keçirtdim, irana yazdım.oda dedi fuada zeng edirəm xx/xx/2019,19:22:40,**********46,**********19, Dinen ona vermemiwemde bawqa adamdi. xx/xx/2019,19:24:53,**********46,**********19, Bagiwdaki bele alindi istemezdim bele olsun. Cetiniyim bu gun idi birazca sebr ele getrem. xx/xx/2019,20:42:55,**********19,**********46,yeke kişisen. ayıbdı, sen meni dolayirsan xx/xx/2019,20:43:47,**********19,**********46,men bayaqdan bunları yola verirem sende mene dolaq gəlirsən xx/xx/2019,20:44:36,**********19,**********46,daha sonra mene deme ki niye bele etdin. xx/xx/2019,20:48:27,**********46,**********19,Baci allahha and olsun pulu gozduyurem gelib catir yoldadi qurban olum lsaat sebr ele getrem. Hamsini. Dunen verdiyminde pulnu getrem.20qr. Geri verdiymi xx/xx/2019,20:48:30,**********46,**********19, gotrecem. xx/xx/2019,20:57:57,**********19,**********46,neyse oldu .men senin nömrəni verirem iranlıya xx/xx/2019,20:58:44,**********19,**********46,meni bele çetine saldın, telefona da cavab vermədin. xx/xx/2019,22:00:35,**********46,**********19,Gelem indi cixiram yubandim 15dep. Sebr ele geldim baci. xx/xx/2019,22:50:48,**********46,**********19,Baci cixda catdim xx/xx/2019,16:11:25,**********19,2525,lsaat xx/xx/2019,19:56:12,**********46,**********19,Baci imkan var suyu 3 eliyesen xx/xx/2019,19:57:09,**********46,**********19,Bunu nagdi 3 dene istiyen var verib birde qaydiram qalanlarni gotrem xx/xx/2019,19:58:24,**********46,**********19,ldene ele bil 35 borcum olur ona gore birde qayitmiyim obwi verim biredi gelim yene gotrum xx/xx/2019,22:42:25,**********46,**********19,Baci gedirem nefcilere lsaat gelem. Gedirem pul gotrem. xx/xx/2019,22:52:34,**********19,**********46,ok. men yene sene aldandım... xx/xx/2019,22:52:34,**********19,**********46,ok. men yene sene aldandım. xx/xx/2019,22:57:07,**********46,**********19,Aaaa ayib olarki dedim axi men ele birisi ne deyilem nede olmaram men bu gune kimi heckimi İm. Bele olsun yememiwem. Eger bele duwunursuze 5deq. Maqazin xx/xx/2019,22:57:09,**********46,**********19,tapim gonderem. Pul. xx/xx/2019,23:20:55,**********46,**********19,2deq yigiram kodu deyersiz 16xx/xx/2019,23:52:14,**********19,**********46,ALLAHA and olsun bütün esebimlə oynadın, .men bilirdim belə edəcəksən 16/10/20-19,23:52:53,**********19,**********46,kişisən söz verdin emel etmədin, amma men sənə elə etmədim xx/xx/2019,23:55:03,**********19,**********46,işyeler belə alvern içne.niye mənim esebimi oynadrsan.düz söz danşdəə xx/xx/2019,16:57:03,**********19,**********46,tural zəng et söz deyirəm, veşi aparıllar sənə nə qədər saxlayım xx/xx/2019,16:57:03,**********19,**********46,tural zəng et söz xx/xx/2019,08:14:28,**********46,**********19,Sabahin xeyir. Baci necesen? bagiwda e zeng vurmusuz aylamamiwam cavab verem. Baci nece somuwemse Allahha and olsun aylamirdim indi gucle dostum ayldib g xx/xx/2019,08:14:32,**********46,**********19,elib deyir ele bildik nese olub deyrem bilmisen men yatanda heyat diyanir agir yatiram gunerle yatmiram yatanda da heyat diyanir. Bagiwda baci sende zeng xx/xx/2019,08:14:35,**********46,**********19, vurmusan butun milet meni axtari alem deyib hami meni axtari iwderim toklub qalib. Sizde ne var ne yox salamatciliqdi? xx/xx/2019,04:54:32,**********46,**********19,Axwamin xeyir. Baci olarsa 20dene kola getizdiresiz. lOdenede ag su. Gotrerdim nagdi. xx/xx/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw xx/xx/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw xx/xx/2019,00:45:04,**********46,**********19,Ureyim bagiwla tel xarabdi. Duz emeli daniwamadiq. Qadan alaram, indi tel deyiwdim helelik tel goturdum. Kohne prastoy tel. İwderimi awirdim. Yigim daniw xx/xx/2019,00:45:07,**********46,**********19,a bilerik? xx/xx/2019,08:04:32,**********46,**********19,Ureyim qurban olum lOdeq. Gozde catim tuwum rahat daniwaq qurban olub bagiwda da soyuwe gore xx/xx/2019,14:00:46,**********19,**********46,bunu verek sene hefte sonu geler. xx/xx/2019,14:01:58,**********19,**********46,vallah sen mənə bele edende səbrim tükənir, men sözde deqiq birin x xx/xx/2019,14:01:59,**********19,**********46,oşlayıram. ona göre de sene inanmaqım gəlmir artıq .incimə menden xx/xx/2019,17:45:35,**********19,**********46,vallahi senden cavab gelmedi deye verdik malı.sen gözlə 6cı gün gələr xx/xx/2019,19:40:33,**********19,**********88,turalllll.yene deli edirsən də məni xx/xx/2019,19:40:33,**********19,**********88,turalllll.yene deli edirsən də məni xx/xx/2019,20:20:00,**********46,**********19,Ureyim lOdeq yanindayam qurban olum meni pis vezyetde qoyma xx/xx/2019,20:21:10,**********19,**********46,gelme men çıxıram .aparıram uşaqlar gözləyir 21/10/20-19,20:23:41,**********46,**********19, Qurban olum yanimdadilar uwaqlar pul hazirdi hamsi bidene ac xx/xx/2019,20:24:41,**********46,**********19,Catiram ha ureyie xx/xx/2019,20:27:32,**********46,**********19, ikimizin cani uzgi 5 deq yanindayam xx/xx/2019,20:28:25,**********46,**********19,Ureyim nolar sene ezyet 2bir ele 3bir ele qurban olum xx/xx/2019,20:29:16,**********46,**********19,Azadliq metrosunu keçdim. 3 deq bulokdayam xx/xx/2019,20:33:33,**********46,**********19,Catdim ureyim xx/xx/2019,20:34:47,**********46,**********19,Burdayam bulokda xx/xx/2019,20:35:26,**********46,**********19,Duwde telesirem gozduyen coxdu . xx/xx/2019,20:41:48,**********46,**********19,Gelde qurban olum milet yigir axi; Digər ikinci 01 ədəd “**********19.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə X22 istifadəsində olmuş (077) ***-**-** və (050) ***-**-** saylı mobil nömrələrin arasında 10 oktyabr 2019-cu il tarixdə saat 20:07:24-də 694 saniyə, 11 oktyabr 2019-cu il tarixdə saat 18:36:10-da 21 saniyə, saat 18:46:30-da 122 saniyə, 13 oktyabr 2019-cu il tarixdə saat 18:15:06-da 112 saniyə, saat 22:53:11-də 211 saniyə, saat 23:14:25-də 17 saniyə, -14 oktyabr 2019-cu il tarixdə 21:30:35-də 21 saniyə, saat 21:32:40-da 81 saniyə, 15 oktyabr 2019-cu il tarixdə, saat 15:50:46-da 44 saniyə, saat 20:27:27-də 1 saniyə, saat 21:22:39-da 181 saniyə, saat 22:53:32-də 25 saniyə,saat 22:55:35-də 184 saniyə, 16 oktyabr 2019-cu il tarixdə, saat 20:12:39-da 30 saniyə, 20 oktyabr 2019-cu il tarixdə, saat 23:02:15-də 76 saniyə, 21 oktyabr 2019-cu il tarixdə, saat 08:00:55-də 50 saniyə, saat 08:17:23-də 1205 saniyə, saat 17:46:04-də 261 saniyə, saat 18:12:48-də 707 saniyə, saat 19:39:44-də 2 saniyə, saat 22:39:17-də 152 saniyə, saat 22:43:50-də 83 saniyə, saat 22:58:03-də 39 saniyə, saat 23:12:35-də 98 saniyə, saat 23:17:24-də 22 saniyə telefon danışıqlarının olması aşkar edilmişdir; - həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə (077) 611-59- 59 saylı mobil nömrə arasında 07 oktyabr 2019-cu il tarixdə saat 19:48:40-da 22 saniyə, saat 20:08:14- də 43 saniyə, (077) ***-**-** saylı mobil nömrə arasıda 07 oktyabr 2019-cu il tarixdə saat 19:44:26-da 48 saniyə, 08 oktyabr 2019-cu il ntarixdə saat 18:53:40-da 98 saniyə, saat 19:01:48-də 130 saniyə, 09 oktyabr 2019-cu il tarixdə saat 12:19:44-də 173 saniyə, saat 12:39:44-də 47 saniyə, saat 12:52:51-də 61 saniyə, saat 14:27:32-də 43 saniyə, (050) ***-**-** saylı mobil nömrə arasında 09 oktyabr 2019-cu il tarixdə saat 20:52:03- də 69 saniyə, saat 21:16:37də 226 saniyə, saat 21:25:24-də 39 saniyə, saat 21:31:47-də 25 saniyə, saat 21:38:06-da 31 saniyə, ***-***-**-** saylı mobil nömrə arasında 12 oktyabr 2019-cu il tarixdə saat 14:17:58-də 44 saniyə, saat 14:20:08-də 73 saniyə telefon danışıqlarının olması aşkar edilmişdir; - digər ikinci 01 ədəd “abuneciler.xlsx” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxän Azərcell MMC-yə məxsus mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman (050) ***-**-** saylı mobil nömrənin Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan (AZE N ********) Təqsirləndirilən şəxs2 və (050) ***-**-** saylı mobil nömrənin ünvan 9 ünvanında qeydiyyatda olan (AZE N ********) X14,(050) ***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Yasamal rayonu X7 qeydiyyatda olan (AZE N ********) Təqsirləndirilən şəxs1 adma qeydiyyata alındığı aşkar edildi; - sonuncu 01 ədəd “ antenna.xlsx” ad adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 sentyabr 2019- cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin əhatə dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin 09 oktyabr 2019-cu il tarixdə saat 21:38:06-da Baki səhəri, 4-cü mikrorayon, “YEGANE” Shadliq Sarayı, 21 oktyabr 2019-cu il tarixdə saat 14:00:46-da Bineqedi ray., S.Memmedova-İ. Dagistanli kesish., saat 14:01:58-də Masud Davud-oglu kuc,saat 14:01:59-da Masud Davud-oglu kuc, saat 15:26:57-də Masud Davud-oglu kuc, saat 15:33:12-də Masud Davud-oglu kuc, saat 15:35:26-da Masud Davud-oglu kuc, saat 15:35:37-də Masud Davud-oglu kuc, saat 15:39:48-də Masud Davud- oglu kuc, saat 15:39:48-də Masud Davud-oglu kuc, 15:40:44də Masud Davud oglu kuc, 15:40:44-də Masud Davud-oglu kuc, saat 17:45:36-da Masud Davud- oglu kuc, saat 19:40:33-də M.Rasulzade qes. X59:36 Auto Yuma, saat 19:40:37də Qara Qarayev pr, 20:20:29-da Masud Davud-oglu kuc, 20:21:10- da Masud Davud-oglu kuc,20:23:44-də Masud Davud-oglu kuc, 20:24:44-də Bneqedi ray., S.Memmedova-İ. Dagistanli kesish, 20:27:34-də Masud Davudoglu kuc, 20:28:27-də Masud Davud-oglu kuc, 20:29:18-də Masud Davud-oglu kuc, 20:43:16-da Masud Davud-oglu kuc, saat 20:45:19-da Masud Davud-oglu kuc, saat 20:45:20-də Masud Davud-oglu kuc, saat 20:45:21-də Masud Davud-oglu kuc, saat 20:45:21-də Masud Davud-oglu küçəsində olması aşkar olundu; bundan əlavə qeyd edilən CD diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 20:52-də zəng getdiyi və tərəflər arasında 69 saniyə müddətində danışıqların getdiyi, 09 oktyabr 2019-cu il tarixdə saat 21:25-də zəng getdiyi və tərəflər arasında 39 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir. - bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 21:31-də zəng getdiyi və tərəflər arasında 25 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir; - bundan əlavə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) 737-25- 19 mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 09 oktyabr 2019-cu il tarixdə saat 21:28-də zəng getdiyi və tərəflər arasında 31 saniyə müddətində danışıqların getdiyi aşkar edilmişdir; - "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işi üzrə sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur (2-ci cild iş vərəqi 113-114, 220-225; 3-cü cild iş vərəqi 116-119). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir (3-cü cild iş vərəqi 148-150). İşdə olan DİN-in BBPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 010-4904-1219 nömrəli məktubuna qoşma olan iki vərəqdən ibarət Təqsirləndirilən şəxs2 sərhədkeçməsi barədə məlumatlara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən 13 oktyabr 2019-cu il tarixə qədər mütəmadi olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına girişçıxış etdiyi aşkar edilmişdir; keçirilən baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd kimi həqiqətəndə 29 sentyabr 2019-cu il tarixdə saat 01:54-də İran islam Respublikasına çıxması, həmin tarixdə 15:18-də isə Azərbaycan Respublikasına giriş etməsi aşkar edilmişdir; bundan əlavə Təqsirləndirilən şəxs2 12 oktyabr 2019-cu il tarixdə saat 20:26-da yenidən İran İslam Respublikasına çıxmış və 13 oktyabr 2019-cu il tarixdə saat 17:54-də Azərbaycan Respublikasına giriş etmişdir; İşdə olan DİN-in BBPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 010-4904-1219 nömrəli məktubuna qoşma olan iki vərəq cinayət işi üzrə sübut hesab edilmişdir (2-ci cild iş vərəqi 119-121). İşdə olan Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-in BNMİ-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 007- 3038-1220 nömrəli tapşırığa cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli 008-1369-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin narkotik vasitə və psixotrop maddələrin satışından əldə edilən gəlirin Təqsirləndirilən şəxs1 vasitəsi ilə “Rza” adlı şəxsə çatdırılması, xx.xx.2020-ci il tarixdə keçirilən tədbir zamanı aşkar edilən narkotik vasitə heroinin də satış məqsədi ilə əldə edilməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 127-128, 141). İşdə olan Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli 059-44905 nömrəli tapşırığa cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli 060-14866-1219 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır 2-ci cild iş vərəqi 01- 02, 84). İşdə olan Təqsirləndirilən şəxs2 aşkar olunmuş psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə Bakı şəhəri Binəqədi RPİ-nin NMB-yə ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli 059-44906 nömrəli tapşırığa cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli 059-48140-1119 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (2-ci cild iş vərəqi 03-04, 118). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2020-ci il tarixli 6/44 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş üzərində “Bakı-Quba yolunun 9-cu kilometrində yerləşən körpünün yaxınlığındakı quyudan göy rəngli üzərində «Levis» sözü yazılmış sellofan torbada qablaşdırılmış heroinə oxşar maddə …» yazısı olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli polietilen torbada, təmiz çəkisi 1005 (1 kq 5 qr» olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - qeyd: Heroinin təmiz çəkisi 1005 qram, sərf edildi 0.2 qram, qalıq: 1004,8 qram (1- ci cild iş vərəqi 45-48). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 26481 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş ..» əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 10.194 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; metamfetamin «Azərbaycan Resbulikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına «Siyahı İİ) daxildir; - qeyd: metamfetaminin təmiz çəkisi - 10,194 qramdır, tədqiqata sərf edildi - 0.05 qram qalıq - 10.144 qram (1-ci cild iş vərəqi 191-194). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 26482 nömrəli rəyinə əsasən: - tədqiqata təqdim edilmiş, üzərində “vət. X22 üzərində aşkar edilmiş..» əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0.005 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - metamfetamin «Azərbaycan Resbulikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına «Siyahı İİ) daxildir; - qeyd: metamfetaminin təmiz çəkisi- 0,005 qram, tədqiqata sərf edildi- 0.003 qram qalıq-0.002 qram (2-ci cild iş vərəqi 61-64). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2020-ci il tarixli, 28666 nömrəli rəyinə əsasən: - «Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 ıə Vət. X15 ….» sözləri və imzalar olan iki ədəd zərfdəki iki ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər»; - qeyd: metamfetaminin təmiz çəkisi - 10,144 qramdır, tədqiqata sərf edildi - 0,001 qram qalıq - 10.143 qram, metamfetaminin təmiz çəkisi - 0,002 qram, tədqiqata sərf edildi - 0,001 qram qalıq-0,001 qram (2-ci cild iş vərəqi 139-142). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli 2701 nömrəli rəyinə: - “Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” ( 2-ci cild iş vərəqi 137-138). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2020-ci il tarixli 1844 nömrəli rəyinə əsasən: - “Təqsirləndirilən şəxs1 Aqif oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (3-cü cild iş vərəqi 224-225). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2020-ci il tarixli 416 nömrəli rəyinə əsasən: - “Müayinə zamanı Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild iş vərəqi 01-03). İşdə olan 3 mart 2020-ci il tarixli protokola əsasən keçirilmiş əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən Şahid6 88 ədəd 100 ABŞ dolları pul əskinazları verilmiş, həmin 88 ədəd 100 ABŞ dolları pul əsginazları cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və qəbz əsasında DİN-in BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Şahid1 geri qaytarılmışdır (1-ci cild iş vərəqi 12-13; 3-cü cild iş vərəqi 229-271; 4-cü cild iş vərəqi 119). Təqsirləndirilən şəxs1 8.800 ABŞ dolları pulun qarşılığında satdığı və aşkar edilərək götürülmüş 1.005 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan 1.004,8 qram çəkidə narkotik vasitə cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (3-cü cild iş vərəqi 229-271; 4- cü cild iş vərəqi iş vərəqi 118) Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 10,194 qram psixotrop maddə - metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 10,143 qram və X22 üzərindən aşkar edilmiş 0,005 qram psixotrop maddə - 0,001 qram, ümumilikdə 10,144 qram psixotrop maddə metamfetamin Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işi üzrə maddi sübut hesab edilmiş və və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (2-ci cild iş vərəqi 143-146). Təqsirləndirilən şəxs2 X2 0,005 qram çəkidə psixotrop maddəyə görə aldığı 175 manat pul iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (3-cü cild iş vərəqi 129-169). İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Fərrux Babayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-261/2020 nömrəli məktubuna əlavə edilmiş məlumatda göstərilmiş xüsusat, eləcə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli xx/xx-2198 nömrəli məktubuna əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (3-cü cild iş vərəqi 151-155). İşdə olan və apellyasiya baxışı zamanı tədqiq edilmiş canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmətibbi müayinəsi zamanı bədən əthində 04 mart 2020-ci il tarixlərə uyğun gələn xəsarət izi aşkar olunmamışfdır. Bakı İstintaq Təcridxanasında tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 təcridxanaya daxil olarkən onun sağ gözün altında tünd-bənövşəyi qançır və sağ gicgah nahiyyəsində şişkinlik aşkar edilmişdir. Tibbi sənədlərdə göstərilən sol gözaltı nahiyyənin tünd-bənövşəyi rəngli qançırı küt əşya təsirindən A.A.X10-sanitar hissəsində müayinəsinin, yəni xx.xx.2020-ci il tarixdən 5-6 gün əvvəl yetriməyə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd olunan qançırın ölçüləri, forması təsviri olunmadığından əmələ gəlmə şəraiti haqqında söyləmək mümkün deyil. Təqsirləndirilən şəxs1 adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş arayışda qeyd olunan diaqnozun “sol gicgah nahiyyəsində şişkinlik” hissəsində qanmır olunan şişkinliyin travmatik və ya patoloji proseslə əlaqədar olması təyin olunmadığından diaqnozun bu hissəsinin məhkəmə-tibbi baxımdan qiymətləndirilməsi mümkün deyildir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-76/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Fərrux Babayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş, qərarda əks olunmuş hallar üzrə şikayətə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirməklə hüquqi qiymət verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Fərrux Babayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(009)-76/2020 nömrəli məktubuna əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Binəqədi RPİ-nin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət işinin başlanılmasının rədd edilmişdir (3-cü cild iş vərəqi 217-219). Məhkəməyə daxil olmuş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 07 iyun 2023-cü il tarixli, 3-16-17/38/2-3903/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 24 oktyabr 2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və tibbi müayinələrdən keçirilmişdir. Bakı İstintaq Təcridxnasında ilkin tibbi müayinə zamanı bədənin dəri səthinə baxış keçirilərkən onun bədənində yeni xəsarət aşkar olunmamış, göbək nahiyyəsində cərrahiyyə əməliyyatından sohrakı köhnə çapıq toxuması müşahidə olunmuşdur. Rengenoloji müayinə zamanı həkim rengenoloqda sağ pəncə nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Onun sağ pəncəsi rengen müayinəsi olunmuş və onda travmatik dəyişiklik müşahidə olunmamışdır. İlkin tibbi müayinə zamanı toplanmış anamnestik məlumatlara və müayinələrin nətisəinə əsasən “Şəkərli diabet İİ tip, insulin tələbsiz”, “Arterial hipertensiya İ-ci dərəcə” diaqnozları qoyulmuş və ona təyinatlar verilmişdir. Hipoqlikemik və hipotenziv dərman preparatlarının qəbulu fonunda onun arterial təzyiqi və qanda şəkərin miqdarı norma daxilində olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Penitensiar Xidmətin 4 saylı cəzaçkmə müəssisəsinə göndərilmişdir. Tibb kitabçasında olan qeydlərə əsasən o, həbsdə olduğu müddətdə bir dəfə “Şəkərli diabet İİ tip, insulin tələbsiz”, “Ağ xətt yırtığı”, “Asteno-nevrotik vəziyyət”, ”İpoxondrik sindrom” diaqnozları ilə Penitensiar Xidmətin Müalicə müəssisəsində müayinə və müalicədə olmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 5(001)-883/2019 nömrəli qərarına əsasən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 22 oktyabr 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir (2-ci cild iş vərəqi 188). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X9 xx.xx.2020-ci il tarixli 5(001)- 262/2020 nömrəli qərarına əsasən “Rza” və “Arif” adlı şəxslərin ətrafında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri haqqında 03 mart 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (3-cü cild iş vərəqi 227-228). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 4 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 59). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 17-18). İşin apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 Mövsum oğlunun vəsatəti əsasında iş üzrə məhkəmə-fonoskopik və məhkəmə-videofonoqrafik, məhkəmə komputer-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Samsung Duos” markalı mobil telefonun yaddaşında +**********38 saylı mobil nömrənin olub-olmaması, olubsa silinib-silinməməsi, silinmişdirsə onun bərpa olunması və həmin nömrə ilə əlaqadar məlumatların (zənglər, sms, WhatsApp yazışmaları, video və audio fayıların) geri qaytarılması mümkündürmü? sualı qoyulmuşdur. İş üzrə verilmiş 25 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 8.0.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli “**********18054, **********18052” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “Facebook Messenger” proqram təminatları, “İnstagram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş doqquz ədəd DVD-R diskə). Tədqiq olunan "Samsung Galaxy S7 edge” markalı “SM-G935FD” modelli mobil smartfonun yaddaşında, smartfonun yaddaşından pozulmuş “+**********38” saylı abonent (mobil) nömrə və eləcə də həmin abonent nömrə ilə mübadilə aparılmış məlumatlar (zənglər, sms, “WhatsApp” yazışmaları, video və audio fayllar) müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamışdır. Belə ki, X36 qanunsuz hərəkətlərə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun DİO-nm istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində araşdırma aparılaraq sonuncu dəfə 10 dekabr 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün əsaslar müəyən etməsə də, hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməllərinin həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmır, habelə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş qaçaqmalçılıq cinayət əməllərinin törədilməsində iştiraklarının düzgün qiymətləndirilmədiyini və işin faktiki hallarına uyğun olmadığını qeyd edir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirlilik məsələsi ilə bağlı qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası ittihamın Təqsirləndirilən şəxs1 sonuncu epizodu – yəni onun təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdankeçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 222-50-42 saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dolları Şahin Süleyamanova verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu saxlanılması və həmin pul vəsaiti aşkar edilərək götürülməsi, əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi epizodu üzrə ilk növbədə qeyd edir ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs1 cinayət törətməyə təhrik edilmiş, bununla belə onun üzərindən və yaxud da evindən hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır, Təqsirləndirilən şəxs1 aid maddi sübut mövcüd olmamışdır. Təsvir olunan həmin epizod üzrə Təqsirləndirilən şəxs1 üzərindən yalnız 8.800 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunmuş, ki, həmin pul vəsaitinin məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində əldə olunmuş vəsait olması barədə hər hansı sübut mövcüd olmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, işin konstitusiya icraatı qaydasında araşdırılması zamanı müxtəlif mütəxəssis rəylərindən müəyyən olunmuşdur ki, məhkəmə təcrübəsində təhrik konkret şəxsə qarşı yönəlmiş hərəkət kimi qəbul olunur. Təhrik etmənin bu cür qəbul olunması həmçinin onunla bağlıdır ki, hüquq ədəbiyyatında narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə təhrikçiliyin xüsusi forması kimi dəyərləndirilir, yəni başqa şəxsə bu və ya digər formada edilən təsir onu cinayət və ya digər hüquqazidd hərəkəti etməyə qətiyyətləndirir. Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə şəxsi bu maddələri istehlak etmək üçün dilə tutma, təklif etmə, məsləhət vermə, bu maddələri qəbul etdikdən sonra yaranan hislər barədə həvəs və arzu yaratmada ifadə olunur və bu cür təhrik etmə ümumi insan kütləsinə deyil, konkret şəxsə və ya şəxslərə ünvanlanmalıdır. Əks yanaşma, yəni, təhrik olunanın fərdiləşdirilməməsi cinayət qanununun genişləndirici təfsirinə gətirib çıxarardı ki, bu da qanunçuluq prinsipi ilə uzlaşmır. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 28 oktyabr tarixli Qərarı ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasına uyğun olaraq hər bir tərəf, özünün konstitusiya müddəalarını və öz hüquq sisteminin əsas prinsiplərini nəzərə almaqla, qəsdən törədildiyi hallarda, istənilən vasitələrlə başqalarını bu maddədə nəzərdə tutulmuş hüquqpozmaların törədilməsinə, yaxud narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istifadəsinə açıq (publik) təhrik etmə, yaxud vadar etmə hərəkətlərinin öz qanunvericiliyinə müvafiq olaraq cinayət kimi tanınması üçün tələb oluna biləcək tədbirlər görür. Qanunun mənasına görə dilətutma, təklif etmə, məsləhət vermə, aldatma və sair üsullarla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə həvəsini yaratmağa yönəldilmiş hər hansı qəsdən edilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakına təhrik etmə kimi başa düşülməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə kollegiyası tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə kollegiyası Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, oxşar vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı olan cinayətə görə məhkum olunmuş X17 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarının 40-cı bəndində Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də, məhkəmələrin, o cümlədən, işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Rəyasət Heyətinin işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Veselov və digərləri Rusiyaya qarşı” iş üzrə xx.xx.2012-ci il tarixli qərarının 89-cu bəndinə əsasən məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, suiistifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mövqeyi yuxarıda qeyd edilən qərardan başqa “Teixeira de Castro Portuqaliyaya qarşı” iş üzrə xx.xx.1998-ci il tarixli qərarının 36-cı bəndində, “Vanyan Rusiyaya qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarının 46-47-ci bəndlərində, “Ramanauskas Litvaya qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarının 54-cü bəndində, “Bannikova Rusiyaya qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli qərarının 34-cü bəndində öz əksini tapmış, həmin qərarlara əsasən qanunsuz narkotik maddə satışına və korrupsiyaya qarşı mübarizədə ictimai marağın olması polisin təhriki nəticəsində əldə edilmiş sübutların istifadəsinə haqq qazandırmır və bu birbaşa olaraq ədalətli məhkəmə araşdırmasını («İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi) sual altında qoyur. Hazırkı cinayət işi ilə analoji xarakter daşıyan, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı olan və Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə öz həllini tapan “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” işə nəzər saldıqda aydın olur ki, X (şərti) şəxsi polisə gedərək iki nəfər “Viktor” (ərizəçi) və “Ruslan” adlı şəxsin narkotik maddə olan həşişin qramını 600 rus rubluna satmalarını bildirir. Ərizəçi iddia edir ki, X şəxsi polisə məlumat verən gizli agentdir və əvvəllər dörd müxtəlif şəxsə qarşı şərti alıcı qismində iştirak etmişdir. X şəxsindən məlumat aldıqdan sonra polis dərhal əməliyyat keçirilməsi haqqında qərar qəbul etmiş və qərarda ərizəçinin adı qeyd edilərək onun həşişin qramını 600 rus rubluna satmaqda şübhəli olması göstərilir. X şəxsi polis əməkdaşlarının yanında “Ruslan” adlı şəxsə zəng edərək həşiş almaq istədiyini bildirir, lakin bu danışıq polis əməkdaşları tərəfindən lentə yazılmır. X şəxsinə kserosurəti çıxarılmış 3 000 rus rublu verildikdən sonra o, “Ruslan” adlı şəxslə görüşüb birlikdə ərizəçi ilə görüşürlər və ərizəçi onlardan 1 200 rus rublu götürərək narkotik vasitəni gətirmək üçün gedir. Bundan sonra, ərizəçi həmin pulla birlikdə polis tərəfindən tutulur. Məhkəmə zamanı X şəxsi bu barədə polisə könüllü məlumat verdiyini, ərizəçidən əvvəllər narkotik maddə almadığını bildirir. Məhkəmə zamanı müdafiəçi həmin şəxsin əvvəllər narkotik maddə ilə bağlı başqa cinayətdə iştirakı ilə bağlı suallar verdikdə məhkəmə həmin sualları protokoldan çıxarmış, bu isə obyektiv araşdırmanın aparılmasına mane olmuşdur. Həmçinin, əməliyyat tədbirini keçirən polis əməkdaşları da ərizəçinin əvvəllər narkotik maddə satmaqda şübhəli olmadığını bildirmişlər. Məhkəmə zamanı ərizəçi narkotik alınmasında “Ruslan” adlı şəxsin də günahının olmasını bildirsə də, qeyd etmişdir ki, o bu cinayəti təhrik əsasında törədib. Belə ki, o və “Ruslan” həşişdən istifadə etsələr də, heç bir zaman onun satışı və ya başqa şəxsə ötürülməsi ilə məşğul olmamışdır. O, ilk dəfə idi ki, “Ruslan” adlı şəxsin israrla istəməsinə görə ona narkotik maddə verməyə razılaşmış, bu isə əslində əməliyyat tədbiri olmuşdur. “Ruslan” adlı şəxsin dindirilməsi isə məhkəmədə mümkün olmamış, çünki istintaq orqanı onun şəxsiyyətini müəyyən edə bilməmişdir. Moskva şəhər Nikulin Rayon Məhkəməsi ərizəçini narkotik vasitələrin qanunsuz satışına cəhddə təqsirli bilərək barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə qərarında ərizəçinin təhrik əsasında cinayət törətməsini isə qiymətləndirməmişdir. İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir, eyni zamanda onu deməyə əsas verir ki, məhkəmə işin araşdırılması ilə bağlı lazımi səy göstərib həmin presedentdə əksini tapmış Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alarsa, işə dair ədalətli və obyektiv yekun nəticəyə gələ bilər, yəni Avropa Məhkəməsinin hüquqi mövqeyinin nəzərdən qaçırılması hazırki işdə də, “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” işdə olduğu kimi yekun qərara təsir edən mühüm əhəmiyyətli pozuntuya səbəb ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etmiş və bu zaman “polis provakasiyası” anlayışına verdiyi təfsirlə yanaşı aşağıdakılara əsaslanmışdır: “... O.Z. (şərti alıcı) milisin göstərişi ilə hərəkət edirdi. O, ərizəçinin narkotiklərin satışı ilə məşğul olmasını ifşa etmək üçün “nəzarət qaydasında malın alınmasında” iştirak etməyə razılıq vermiş və ərizəçidən xahiş etmişdi ki, ona narkotik vasitə tapsın. O.Z.-nin cəlb edilməsinədək polisdə ərizəçini narkotikləri yaymaqda şübhəli bilmək üçün əsasların olduğunu göstərən sübutlar mövcud deyil. Məhkəmədə milis əməkdaşlarının onlarda ərizəçinin narkotiklərin satışı ilə məşğul olduğuna dair məlumatların olmasına sadəcə istinad etmələri (hansı ki, heç məhkəmə tərəfindən yoxlanılmamışdır) nəzərə alına bilməz. Milis özünü heç də ərizəçinin cinayətkar fəaliyyətini passiv tədqiq etməklə məhdudlaşdırmamışdı. Ərizəçinin cinayəti O.Z.-nin yuxarıda göstərilən qaydada (şərti alıcı qismində) cəlb edilməsi olmadan da törədəcəyini ehtimal etmək üçün əsaslar yoxdur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlir ki, O.Z.-nin xahişi ilə narkotik vasitənin əldə edilməsində ifadə olunan cinayət əməli milis tərəfindən provakasiya olunmuşdu. İttihamın O.Z. üçün narkotik vasitənin qabaqcadan əlbir olmaqla əldə edilməsi və saxlanılması hissəsində ərizəçinin təqsirli bilinməsi əsasən milis provakasiyası nəticəsində əldə olunmuş sübutlar, o cümlədən O.Z.-nin və milis əməkdaşları E.F. ilə M.B.-nin ifadələri vasitəsi ilə əsaslandırılmışdı. Beləliklə, milisin müdaxiləsi və bunun nəticəsində əldə olunmuş sübutlardan ərizəçiyə qarşı cinayət işinin qaldırılması üçün istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyinə bərpaedilməz zərər vurmuşdur” (qərarın 49-cu bəndi). “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 72-ci bəndində qeyd edilmişdir ki, ərizəçilərin istinad etdikləri sənədləri araşdırdıqdan sonra Məhkəmə, məhkəmə qeydləri və apellyasiya şikayətinin dəlilləri əsasında sözügedən cinayətlərdə polis təhrikinin olmasına dair kifayət qədər aydın və konkret iddiaların olması qənaətinə gəlmişdir. Lakin həmin iddialara yerli məhkəmələr tərəfindən baxılmamışdır. Avropa Məhkəməsi qeyd edir ki, polis orqanlarında ərizəçilərin əvvəllər narkotik maddə satmaları ilə bağlı heç bir məlumat olmadığından polisin təhriki olmazdısa, belə bir cinayət işlənməyə bilərdi. Hətta, Veselov və Drujinin işində polisə məlumat verən şəxslər də onlardan əvvəllər narkotik maddə almadıqlarını, onları narkotik maddə satıcısı kimi tanımadıqlarını göstərmişlər (83-cü bənd). Məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, sui-istifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz. Narkotik maddələrin şərti alınması kimi gizli əməliyyatların keçirilməsi üçün mütləqdir ki, istintaq orqanlarının əsaslı səbəbləri olsun. Xüsusilə də, onlar cinayətin törədilməsinin təşəbbüskarı kimi təqsirləndirilən şəxslərin olmasına dair konkret və obyektiv sübutları toplamalıdırlar. Məhkəmə qeyd edir ki, istintaq orqanları tərəfindən toplanılan sübutların yoxlanılması mümkün olmalıdır (89 və 90-cı bəndlər). Məhkəmə birmənalı şəkildə göstərir ki, hər hansı gizli əməliyyat mahiyyətcə passiv şəkildə aparılmalıdır. Belə olmadıqda, hər hansı bir davranış şəxsin cinayət törətməsi üçün ona təzyiq edilməsi kimi izah edilə bilər, məsələn, şəxs ilə əlaqə saxlamağa təşəbbüs, onun ilkin təklifdən imtina etməsinə baxmayaraq təklifin yenilənməsi və s. (92-ci bənd). Qərarın 94-cü bəndində Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr təqsirləndirilən şəxsin iddiası əsasında təhrikin olub-olmamasını yoxlamalıdırlar. Təhriklə bağlı müdafiə tərəfinin arqumentləri məhkəmələrə ədalətli və hüquqa uyğun araşdırılmanın aparılması öhdəliyini yaradır. Bu zaman prosedur çəkişmə əsasında, hərtərəfli və ağlabatan şəkildə aparılmalıdır və cinayət təqibi üzrə təhrikin olmaması ilə bağlı sübutetmə yükü istintaq orqanının üzərinə düşür. Belə halda, məhkəmələr gizli əməliyyatın keçirilmə səbəblərini öyrənməli, cinayətin törədilməsində polisin iştirakının hansı səviyyədə olmasını və ərizəçinin məruz qaldığı hər hansı təhrikin və ya təzyiqin xarakterini araşdırmalıdırlar. Təhrikin olmaması ilə bağlı sübutetmə yükünün istintaq orqanının üzərinə düşməsi məsələsi həmçinin sözügedən qərarın 109-cü maddəsində də göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, bütün bunlar ərizəçinin barəsində ədalətli məhkəmə araşdırmasına xəlil gətirmişdir. Məhkəmə, Avropa Məhkəməsinin təsvir olunan presedentinin sübutetmə və sübutların mümkünlüyü üzrə yuxarıda qeyd edilən, eləcə də, hazırkı işə aidiyyatı olan digər milli hüquq normaları ilə müqayisə edilməsinin zərurətliyini vurğulayır və bu sırada təfsir edilməli olan normalar kimi əvvəl qeyd olunanlarla yanaşı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu, eləcə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsini qeyd edir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsində tətbiqinə yol verilən əməliyyat-axtarış tədbirləri göstərilmiş, o cümlədən, həmin maddənin 12-ci bəndində “nəzarət qaydasında mal alınması” kimi əməliyyat-axtarış tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Araşdırılan kontekstə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125 və 137-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən qanuniliyi və bu üzdən mümkünlüyü məsələsinə baxıldıqda həmin sübutların polis provakasiyasının nəticəsində əldə edilib-edilmədiyinə də əhəmiyyət verilməlidir, çünki belə yanaşma Avropa Məhkəməsinin “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə qərarından və onun presedentlərinin nəzərə alınmasını tələb edən Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarından irəli gəlir. Şərh edilən məsələyə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda isə etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməzlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də onlara “Veselov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə qərarın hüquqi çərçivəsində baxdıqda, şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyat-axtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirilən tədbir kimi nəzərdən keçirilməlidir. Məsələn, qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törəmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır və şübhəsiz ki, şəxsin başqa (polisin müdaxiləsi olmadan törətdiyi) kriminal hərəkətləri müəyyən edilmədiyi halda özü-özlüyündə cinayət məsuliyyəti yaradan əməl olaraq qiymətləndirilə bilməz (həm də ona görə ki, əməliyyatın gedişində narkotik vasitənin şərti alıcıya “satılması” zamanı, sözün əsl mənasında, yəni ictimai təhlükəli xarakter daşıyan narkotik vasitənin satışı, yayılması kimi əməl baş tutmur, əksinə bu vəziyyətdə “narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması”nda özünü göstərən əməliyyat axtarış orqanının fəaliyyəti mövcud olur). Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də, şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, ittiham üzrə Təqsirləndirilən şəxs1 istinad olunan 1005 qram çəkidə narkotik vasitə heroin ona üzərindən və yaxud da onun evindən, yaxud da ona məxsus olan məkandan deyil, Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən aşkar olunmuşdur. İstintaq orqanı həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs1 tərəfindən Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanına yerləşdirilməsi barədə sübutlar əldə etməmiş, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilməmiş, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayı ərzində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanında olub-olmaması onun mobil telefonun anten məlumatlarına əsasən araşdırılmamışdır. Həmçinin xüsusilə vurğulanmalıdır ki, şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadələrini sonradan məhkəmə istintaqı zamanı və hazırda apellyasiya baxışı zamanı təkzib etmişdir. Bununla belə, Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu və ittihamın məzmunu ilə uzlaşan ifadəsi real hadisələrdən ibarət olduğu qəbul olunsa belə, Təqsirləndirilən şəxs1 həmin cinayətin “törədilməsinə”, yəni “Rza” adlı şəxsə məxsus olan narkotik vasitələrin satışından əldə olunacaq pulu qəbul etməsinə Şahid10 və Şahid6 tərəfindən birbaşa təhrik edilmişdir. Şahid10 “polisin agenti” qismində əməliyyat axtarış tədbirlərinə cəlb olunması və sözügedən epizod polis əməkdaşlarının təhriki (provakasiyası) ilə baş vermişdir, həmin yolla əldə edilmiş sübutlar ona həmin epizod üzrə ittihamın əsasına qoyula bilməz. Bundan başqa, Şahid10 ibtidai istintaq zamanı göstərmişdir ki, bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində “Rza” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Onunla bir qədər ordan-burdan danışdıqdan sonra Rza özünə məxsus +**********38 mobil nömrəsini ona vermiş və onunla WatsApp vasitəsi ilə danışmağı təklif etmişdir. Bu qaydada Rza ilə müəyyən qədər danışmış və çox yaxşı dostluq münasibətləri yaranmışdır. Belə ki, Rza ona Cənubi Azəbaycandan olduğunu və Azərbaycan vətəndaşları ilə çox yaxın dostluq münasibətlərinin olduğunu bildirmişdir. Bir neçə gün əvvəl Rza ona WatsApp proqramı vasitəsi ilə səsyazısı ataraq onda bir kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroini 15.000 manata satdığını və onun üçün müştəri tapa bilib-bilməməyini soruşmuşdur”. Lakin nədənsə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan “Rza” adlı İran İslam Respublikasının vətəndaşını və onun Azərbaycan Respublikasındakı «nümayəndəsini» ifşa etmək istəyən Şahid10 istintaq orqanına həmin səs yazılarını təqdim etməmiş, istintaq orqanı tərəfindən həmin səs yazılarına, eləcə də “İnstagram” sosial şəbəkəsindəki hesabına baxış keçirilməmişdir. Bütün göstərilən hallar isə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadələrini ciddi şübhə altına alır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən həmin epizod və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi məhkum olunmuş Təqsirləndirilən şəxs1 ittihamından və hökmdən xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İttihamın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan hissəsinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək onların Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə nəticələr çıxarılmış, hökmdə sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama münasibətdə həmçinin qeyd edir ki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadələrində Təqsirləndirilən şəxs1 ifşa edən ifadələr vermiş, psixotrop maddələrin satışından əldə olunmuş vəsaitini Təqsirləndirilən şəxs1 çatıdılrması üçün onunla telefonla danışmış və həmin pulları Təqsirləndirilən şəxs1 sözlərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Yeganə şadlıq sarayının yaxınlığında yerləşən “Şərab evi 035" adlı mağazasında satıcı işləyən Orxan adlı şəxsə vermişdir. Qeyd edilən xususatları Təqsirləndirilən şəxs2 hətta üzləşmə zamanı Təqsirləndirilən şəxs1 üzünə qarşı da demişdir. Düzdür, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və hazırda apellyasiya baxışı zamanı fərqli ifadələr verərək həmin pulların psixotrop maddələrin satışından əldə olunmuş vəsait olduğunu bilmədiyini göstərmişdir, lakin bu hal müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibətdə qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və yaxud məhkəmə istintaqı zamanı verdiyi ifadələri məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrinin doğruluğu və onun səmimiliyi digər sübutlarla uzlaşmaqla bərabər hazırda məhkəmə kollegyasında daha çox daxili inam yaratmışdır. Bununla belə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, yəni onların külli miqdarda psixotrop maddə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan Nazim adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə plana əsasən qrupun üzvü Murtuz adlı şəxs psixotrop maddələri özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası Astara rayonu ərazisinə keçirərək qrupun digər üzvü “Nazim” adlı şəxsə verməsi barədə ittiham üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçi cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin kl, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur kl, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçi və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində gösterilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçının şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq Cinayət Məcəlləsinin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq Cinayət Məcəlləsinin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və Cinayət Məcəlləsinin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olubolmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. İş üzrə toplanmış subutların məcmusundan və məhkəmə istintaqının nəticələrindən kifayət qədər təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində birbaşa iştirak etməmişlər, həmin cinayətin obyektiv tərəfini bilavasitə icra etməmişlər. İşin sübut olunmuş hallarına görə narkotik vasitələrin qaçaqmalçılığını, bu cinayətin obyektiv cəhətini şəxsiyyətin istintaq bəlli olmayan “Murtuz”, “Rza” adlı İran İslam Respublikasının vətəndaşları, şəxsiyyəti istintaqa məlum olmayan “Nazim” adlı şəxs və qeyriləri icra etmişlər. Yəni həmin şəxslər külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirildikdən sonra, yəni qaçaqmalçılıq cinayətinin obyektiv cəhəti başa çatdıqdan sonra, Təqsirləndirilən şəxs2 külli miqdarda həmin psixitrop maddələri həmin yerdən satış məqsədi ilə götürmüş və Təqsirləndirilən şəxs1 ilə birlikdə satışı təşkil etmişlər. Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən bir nəfər şəxsin icra etdiyi (obyektiv cəhətini yerinə yetirdiyi) cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. Belə ki, Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”i Cinayət Məcəlləsinin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirən yeganə cəhət də Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında "cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasına görə isə cinayətin təşkilatçısının, təhrikçisinin, köməkçisinin məsuliyyət məsələsi icraçı tərəfindən törədilən cinayət əməlinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsi ilə tövsif edilməsindən asılı olaraq həll edilir, yəni məhz icraçının əməlinin hüquqi tövsifi təşkilatçı, təhrikçi, köməkçi cinayətin törədilməsində icraçı ilə birgə iştirak etmədikləri hallarda onların əməllərinin hüquqi tövsifmi şərtləndirir. Və əgər cinayətin obyektiv cəhəti qrup (qabaqcadan əlbir olan qrup) deyil, tək bir icraçı tərəfindən yerinə yetirilirsə, cinayətin digər iştirakçılarının əməllərinin, o cümlədən köməkçinin də rolunun qrupun (qabaqcadan əlbir olan qrupun) cinayətində iştirak etmə kimi tövsif edilməsi istisna olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsini və cinayətin obyektiv tərəfinin icrasını nəzərdə tutan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məsuliyyət daşıya bilməzlər və onların həmin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinadla həmin əlaməti nəzərdə tutmayan Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif olunmalıdır. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-in 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası CPM-in 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş, həm də hazırda apellyasiya icraatı zamanı Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin olunacaq cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onlara ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 4 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 59). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 17-18). Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, ilk məhkumluqlarını, hazırda apellyasiya baxışı zamanı ittihamlarının həcminin azaldığını, cəzalarının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində bir qədər yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, ilk məhkumluqlarını nəzərə alaraq həmin maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin edilməsini işin hallarına və onun şəxsiyyətinə uyğun hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş və hazırda Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayələrin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 1.004,8 qram heroinə münasibətdə (ittahamdan xaric olunan epizod üzrə) material ayrılaraq qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş məhkəmə məsrəflərini təşkil edən ekspertiza xərci 80 (səksən) manat məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 Mövsum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-352/2021 saylı hökmü dəyişdirilsin. “Təqsirləndirilən şəxs1 təkrarən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama, satma, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 03 mart 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdankeçmiş Whatsap proqrammı vasitəsi ilə tanışı Şahid10 zəng edərək 1 kiloqram narkotik vasitə heroini 15.000 manat pulun müqabilində satmaq üçün müştəri tapmasını, həmin narkotik vasitənin satışından əldə ediləcək pulu isə istifadəsində Azercell MMC-yə məxsus +994 50 222-50-42 saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs1 sonradan ona çatdırması üçün verməsini bildirmiş, Şahid10 bu barədə 03 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında qəbul edilmiş qərara əsasən polis əməkdaşı Şahid6 şərti alıcı qismində, Şahid10 isə təlimatlandırılmış şəxs qismində əməliyyat qrupuna daxil edilərək qeyd edilən külli miqdarda - 1 kiloqram çəkidə narkotik vasitə heroinin alınması məqsədi ilə Azərbaycan Respublikasının milli pul vahidi ilə 14.960 manat təşkil edən 8800 ABŞ dollarlı Şahin Süleyamanova verilmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Qubadlı” kafesində şərti alıcı Şahid6 külli miqdarda - 1 kiloqram çəkidə heroinin əvəzinə İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə çatdırması üçün 8.800 ABŞ dollarını cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu saxlanılmış və həmin pul vəsaiti aşkar edilərək götürülməsi, Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2020-ci il tarixdə saat 23 radələrində Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən körpünün yanındakı qazılmış yerdən qrupun digər üzvləri tərəfindən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə gizlədilməklə saxlanılmış bir ədəd polietilen torbada külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi” epizodu, “təkrarlıq” tövsifedici əlaməti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ittihamdan və hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə endirilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayələrin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə endirilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayələrin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 1.004,8 qram heroinə münasibətdə (ittahamdan xaric olunan epizod üzrə) material ayrılaraq qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 135 (yüz otuz beş) saat üçün cəmi 810 (səkkiz yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar