Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-201/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs8 MMC-nin nümayəndəsi X8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Müdafiəçi– Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X1, hakimlər X5 və X29) 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə ümumilikdə 96.000 manat ödəyəcəyi təqdirdə həmin məktəblərin tikinti layihəsinin icrasını ona verəcəyinə dair yalan vəd verib aldatmaqla qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Halil Kırbalidən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxsla birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Şirəli” adlı şəxsin vasitəsi ilə 24.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Halil Kırbaliyə ümumilikdə külli miqdarda 96.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə həmin layihələrlə bağlı 10 aprel və 16 may 2017-ci il tarixlərdə formal konsaltinq müqavilələri bağlamış və İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs9 60.000 manat məbləğində ümumilikdə külli miqdarda 185.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 100.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 aprel 2018-ci tarixdə formal tikinti müqaviləsi tərtib etmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisinin qarşısında həmin dövrün məzənnəsi ilə 170.080 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 külli miqdarda 170.080 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova və Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs2 gəlini Şahid2 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 23 noyabr 2017-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə İranə Talışxanova ilə birlikdə həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda 85.010 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X24 və onun şəriki Zərərçəkmiş şəxs1 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində baxça binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikinti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış, İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 33.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs7 və onun şəriki Şahid1 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X21” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “X21” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 17 yanvar 2018-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış və Təqsirləndirilən şəxs İranə Talışxanova ilə birlikdə Zərərçəkmiş şəxs7 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda 255.015 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs8 nümayəndəsi Şahid10 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 manat ödəyəcəyi təqdirdə həmin “OtelSağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə İranə Talışxanova və Təqsirləndirilən şəxs sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs8 MMCnin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASCdə olan rəsmi hesabına köçürülmüş 150.000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək Zərərçəkmiş şəxs8 MMC-yə külli miqdarda 150.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri rəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid9 Göygöl rayonu ərazisində “X36 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 18 və 21 yanvar 2019-cu il tarixlərdə formal tikinti müqavilələri bağlamış, Şahid9 müqavilələri tanışı Zərərçəkmiş şəxs5 təqdim edərək "xxxx" MMC-yə “konsaltinq haqqı” ödəyəcəkləri təqdirdə həmin layihələri birgə icra edib yüksək qazanc əldə edəcəklərini bildirib sonuncunun razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs və İranə Talışxanova "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid9 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ümumilikdə 211.400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmünü onun əməlində cinayət tərkibi olmadığı üçün ləğv edib bəraət hökmü çıxarılmasını, haqqında seçilmiş həbs qətimkan tədbirini ləğv edib, dərhal həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə tərəfin mövqeyinə görə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün (CPM-nin 39.1.2) haqqında olan ittiham hökmü ləğv olunmalı və ona bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı haqlı olaraq özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdə Run Group MMC-nin tərkibinə daxil olan "Run Film” MMC-yə prodüserlik məsləhətləri vermişdir. Həmin MMC Azərbaycanda bir neçə film də çəkmişdir. "Run Group” MMC-nin ofisi əvvəllər Səbail rayonu, Lermontov küçəsi 3 ünvanında yerləşmişdir. O da həmin ofisə gedib gəlmişdir. X31 ilə şəxsi münasibətləri olmuş, onun nə iş görməsi ilə maraqlanmamışdır. O, ümumiyyətlə Run Group MMC-nin işləri ilə maraqlanmamışdır. Onun sadəcə məlumatı olmuşdur ki, "Run Group” MMC Göygöl rayonu ərazisində bir neçə obyektin tikintisi üçün rayon İcra hakimiyyətindən icazəsi olmuşdur. Buna görə də hazırkı iş üzrə şikayət etmiş şəxslər onun xəbəri olmayan işlərlə məşğul olmuşlar. Onun kimlərlə müqavilə bağlamasından, müqavilənin məzmunundan, eləcə də kimdən nə qədər pul almasından məlumatı olmamışdır. Həmin şəxslərlə söhbətlərdə o, iştirak etməmişdir. Lakin sonralar həmin şəxslər İranə Talışxanovanı narahat edəndə, o, İranədən məsələlərin nə yerdə olduğunu, bu şəxslərin nə istədiklərini soruşduqda, İranə ona işlə bağlı olduğunu, ona qarışmamasını bildirmişdir. Sonradan həmin şəxslər İranə Talışxanovanı axtardıqda, onunla mübahisə etməyə başladıqda, o, həmin şəxslərlə görüşmüş və həmin şəxslər ona İranə ilə aralarında olan problemləri danışanda, onlara demiş ki, İranə ilə aralarında olan mübahisələri özləri həll etsinlər, o qarışmamışdır. O, hazırkı iş üzrə şikayət etmiş şəxslərlə heç bir əlaqəsi, münasibəti olmamış, onlardan pul almamışdır, onlara heç bir vəd verməmişdir. O, Zərərçəkmiş şəxs2 tanıyır, onu İranənin ofisinə gələn zaman tanımış, X31 ilə iş birlikləri olmuşdur. Onlar arasında olan məsələlərdən məlumatı olmamışdır. Onun yalnız məlumatı olmuşdur ki, X3 borc almış və həmin pulu da istintaq zamanı qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs7 bir neçə dəfə ofisdə görmüş, onunla heç bir söhbəti olmamışdır, sadəcə olaraq bir dəfə o, İranə Talışxanova ilə kobud danışdığına görə, ona irad bildirərək, ofisi tərk etməsini tələb etmişdir. Ondan pul almamış, sonradan İranə ona müqaviləsi gecikdiyi üçün Ruslanın kobudluq etdiyini və pulunu istədiyini bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında 100.000 ABŞ dolları pul almamışdır, həmin pulu X32 Talışxanovaya vermişdir. Ruslanla İranə arasında bildiyi qədəri ilə podrat müqaviləsi bağlanmışdır. Həmin pul da proyektin hazırlanması üçün sərf edilmişdir. Ruslan Abdulayevlə bütün söhbətləri İranə Talışxanova özü etmiş və pulu İranə almışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 tanıyır, onu Rəfail Hüseynovun sürücüsü kimi tanımışdır, Rəfail Hüseynovu bir neçə dəfə ofisdə görmüşdür. Onunla da heç bir münasibəti olmamışdır. X16 ilə aralarında olan iş birliklərindən məlumatı olmamışdır. Lakin Rəfail rəhmətə getdikdən sonra Yusif onunla görüşərək Rəfail Hüseynova 12000 ABŞ dolları pul verdiyini, Rəfail də həmin pulu İranə ilə aralarında bağladıqları üzrə Göygöl rayonu ərazisində məktəb tikintisinə sərf etdiyini bildirərək, həmin pulu qaytarmağı xahiş etmişdir. O da həmin 12000 ABŞ dollarını Yusifə qaytarmışdır. Lakin ondan heç bir qəbz almamışdır. Bundan başqa onun Yusiflə arasında heç bir münasibəti olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 və Nadir Quliyevi tanıyır onları ofisdə görmüşdür. Onlarla arasında iş barəsində heç bir münasibəti olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs7 epizodu üzrə müəyyən oluur ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, Göygöl rayonunda “Resort Hotel” Kompleksinin tikintisi olacağını bilmiş və həmin tikinti işini apararaq "xxxx" MMC-nin direktoru İranə Talışxanova ilə görüşüb müzakirə aparmışdır. Müzakirə zamanı Zərərçəkmiş şəxs7 məlum olmuşdur ki, "xxxx" şirkəti bu lahiyəni həyata keçirir və onunla Konsaltinq müqaviləsi bağlanmalı və müqaviləyə əsasən həmin şirkətə 150.000 ABŞ dolları ödəməlidir. Bu məqsədlə də o, MMC direktoru kimi İranə Talışxanova ilə 17.01.2018-ci ildə Konsaltinq müqaviləsi bağlanmış və 18.01.2018-ci il tarixli 007 saylı kassa mədaxil orderinə əsasən "xxxx" MMC-ə 150.000 ABŞ dolları pul ödəmişdir. Bu fakt həm rəsmi sənədlərlə, həm də Zərərçəkmiş şəxs7, İranə Talışxanova və Təqsirləndirilən şəxs ifadələri ilə təsdiq olunur. Eyni zamanda Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 yanvar 2018-ci il tarixli "Konsaltinq Müqaviləsindən” görünür ki, həmin tarixdə "Run Group” MMC tərəfindən X9 və "Korkmaz Group” MMC tərəfindən Zərərçəkmiş şəxs7 həmin müqaviləni təsdiq etmişlər. Konsaltinq şirkəti (Run Group MMC) Müştəriyə (Korkmaz Group MMC) 25 avqust 2017-ci il tarixində Göygöl rayonu İcra Hakimiyyəti tərəfindən Run Group şirkətinə Müqavilə əsasında ayrılmış Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə "X21” tikintisi üçün həmin ərazini və tikilməsi nəzərdə tutulan obyektin hüquqi və texniki sənədlərini təqdim etməklə layihənin Müştəriyə verilməsini təmin edir. Müştəri Konsaltinq şirkətinə sığorta, brokerlik, sənədlərin hazırlanması və s. Xidmətlərinə tikintinin başlanmasına qədər ilkin ödəniş qismində ümumi tikinti məbləği olan 150.000.000 (yüz əlli milyon) ABŞ dollarının 1 (bir) faizi miqdarında vəsait ödəməlidir. 18.01.2018-ci il tarixli 077 nömrəli Kassa Mədaxil orderindən görünür ki, Korkmaz Group MMC tərəfindən 150.000 ABŞ dolları Run Group MMC tərəfindən qəbul edilmişdir. 01 may 2018-ci il tarixli tərtib edilmiş "xitam” sənədindən görünür ki, Run Group MMC Korkmaz Group MMC-yə 10 iş günü müddətinə 150.000 ABŞ dolları geri qaytarmağı öhdəsinə götürür. Bundan başqa X6 (2-ci zərərçəkmiş) epizodu üzrə müəyyən olunur ki, o, İranə Talışxanova ilə söhbət edərkən Təqsirləndirilən şəxs da orada olmuşdur. Təqsirləndirilən şəxs kiminsə yanında olması onun hər hansı cinayət törətməsinə dəlalət etmir və bu epizod o qədər absurddur ki, heç bir təkzibə ehtiyac yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 epizodu üzrə məlum olmuşdur ki, o, uzun illərdir ki, tikinti işləri ilə məşğul olur. Təxminən 2016-cı ildə tanışı X11 təsis etdiyi ”Meredian-Ser” MMC ilə "Akkord” şirkəti arasında bağlanmış müqavilə əsasında Cəlilabad rayonunda su kanalizasiya xəttinin çəkilişi işlərini aparan zaman orada "M.S.Aztranstikinti.Ko” MMC-nin təsisçisi olmuş Zərərçəkmiş şəxs9 ilə tanış olmuşdur. Rafael də su kanalizasiya xətləri işlərini götürüb tikinti işləri ilə məşqul olmuşdur. Rafaellə münasibətləri yaranmış və dostluq etməyə başlamışlar. 05 və ya 06 mart 2017-ci ildə o Zərərçəkmiş şəxs9la Bakı şəhərində görüşüb söhbət edərkən, Rafael ona demiş ki, Göygöl rayonunda orta məktəbin tikinti lahiyəsi işi olmuş, lakin həmin tikinti işini götürmək üçün tikintiyə ayrılacaq məbləğin bir faizini bəri başdan ödəmək lazımdır ki, tikinti işlərini onlara versinlər. O da Rafael müəllimi tanıdığı və ona inandığı üçün razılıq vermiş, 07 mart 2017-ci ildə Rafael müəllim ona demiş ki, təcili olaraq məktəbin tikintisi işini götürmək üçün 26.000 manat pul verilməlidir. Həmin görüş zamanı Rafael ona demişdir ki, məktəbin tikinti işlərini ona "Run Group” şirkətinin təsisçisi X9 vermişdir. O da 26.000 manat pulu Rafael müəllimə vermişdir. Bundan sonra, yəni 07.03.2017-ci il tarixdə o Rəfael müəllim ilə birlikdə İranə Talışxanovanın ofisinə getmişlər. Həmin ofisdə Zərərçəkmiş şəxs9 onu İranə ilə tanış edib onların şərik işləyəcəklərini İranəyə bildirmişdir. Həmin tarixdə İranə xanımın ofisində Rəfael müəllim ona məxsus olan 26.000 manat pulu İranə xanıma sonuncunun işlətdiyi ofisdə olan Tariyel və Rəşid adlı şəxslərin iştirakı ilə vermişdir. 10 mart 2017-ci ildə Rafael ona demişdir ki, məktəbin tikinti işlərini ona verən İranə xanımın yenidən Göygöl rayonunda başqa bir məktəbin tikinti işini təklif etmişdir. Həmin məktəbin təxmini dəyəri dörd milion manatdan artıqdır və bunun üçün də ilkin olaraq bir faizi yəni 40.000 manat ödənilməlidir. O da özünə məxsus olan 40.000 manat pulu götürüb Rafaellə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən İranə Talışxanovanın ofisinə getmişdir. İranə də Göy-göldə aparılacaq məktəb tikinti işlərinin onlara verəcəyini bir daha söz vermişdir. O İranənin ofisində Rafaelin yanında İranəyə 40.000 manat pul vermişdir. Həmin məbləği İranə götürüb işçisi Zaur Ağayevə onlara kassa mədaxil qəbzi yazılmasını demişdir. Zaur ona gətirib qəbz təqdim etmişdir, o qəbzlərə baxdıqda görmüş ki, pulu verən Zərərçəkmiş şəxs9 qeyd edilib və bu barədə soruşanda İranə demiş ki, onun şirkəti ilə Zərərçəkmiş şəxs9 şirkəti arasında müqavilə bağlandığı üçün verdiyi pulun da Zərərçəkmiş şəxs9 adından qəbul edilmişdir. Təxminən mart ayının 20-də o, Rafael və İranənin işçisi lahiyyə rəhbəri olan Xasay müəllimlə birlikdə Göygöl rayonuna getmiş, orada onları Göygöl rayon İcra başçısı Arif Seyidov qəbul etmişdir. Arif müəllim İranə Talışxanovanın tanıdığını demiş və onlar birlikdə tikintisi aparılacaq məktəblərin yerinə gedib baxmışlar, orada məktəblərin tikməmişdən əvvəl köhnə iki məktəb sökülməli olduğunu bildikləri üçün həmin məktəblərə baxmış və sonradan Bakı şəhərinə qayıtmışlar. Bundan sonra Rafael yenidən ona demiş ki, başqa bir məktəbin tikintisi işini İranə təklif edib və buna görə də 31.000 manat ödənilməlidir. 03 aprel 2017-ci il tarixdə Rafaella birlikdə İranənin ofisinə getmiş, orada o 31.000 manatı İranəyə vermiş, İranə də pulu götürüb ona bu barədə Zaur tərəfindən imzalanmış qəbz vermişdir. 06 aprel 2017-ci il tarixdə o Rafaellə birlikdə, üç məktəbin tikintisi işlərini aparmaq üçün topoqraflar Sərraf, Hamlet, Asif və Yelmar adlı işçilər, bundan başqa kran və digər texnika yəni ekskovator sürücüləri Zamiq və Zeynal adlı şəxslərlə birlikdə yığışıb Göygöl rayonuna getmişlər, onlarla birlikdə İranənin işçisi Xasay adlı şəxsdə getmişdir. Orada işçilərə və özü üçün kirayə ev tutmuş, eləcə də, özləri ilə gətirdikləri texnikanı sıfırdan 480 nəfərlik orta məktəbin tikilməsi üçün ayrılmış torpaq sahəsində yerləşdirmişdir. Səhəri gün həmin ərazini hasara alıb, su çəkdirib, işıq çəkdirib vaqonları yerləşdirmiş və anbar tikmişlər. Bundan sonra Rafaelin şirkətinə İranənin şirkəti tərəfindən pul ayrılmamış və Rafael müəllim onunla birlikdə Bakı şəhərinə qayıdıb İranə ilə görüşmüşdür. Həmin görüş zamanı İranə onlara demiş ki, məktəblərdən başqa Göygöl rayonunda iki otelin və kraxmal zavodunun tikintisi layihəsinin də ona vermişlər. Həmin tikintiləri də İranə onlara verəcək, bunun üçün 16 may 2017-ci ildə Rafaelin yanında İranəyə 43.000 manat, sonradan bütün bu tikinti işlərinin onlara verilməsi üçün hissə-hissə 45.000 manat da onun ofisində pul vermişdir. Lakin sonuncu 45.000 manata dair İranə onlara qəbz verməmişdir. Bununla da İranə Talışxanovaya şəxsən özünə o və Rafael müəllim hissə-hissə ümumilikdə 185.400 manat pul vermişlər, həmin pulun 140.000 manatı şəxsən onun, 45.400 manatı isə Rafael müəllimə məxsus olmuşdur. Bundan sonra o və Rafael yenidən Göygöl rayonuna qayıtmış və 264 nəfərlik Topalhəsənli məktəbinin söküntüsü işinə başlamışlar, İranəyə verdikləri 185.400 manatdan əlavə də 182.000 manat söküntü işlərinə, tikinti işlərinin layihəsinin təsdiqlənməsi və rəy verilməsi, eləcə də digər məsrəflər üçün İranəyə verilmiş pullarla birlikdə ümumilikdə 368.000 manat pul xərcləmişlər. Həmin pulun 60.000 manatını Zərərçəkmiş şəxs9 məxsus, qalan 308.000 manat məbləğində pulu isə o vermişdir. Göygöl rayona apardığları fəhlələr Topalhəsənli kəndində məktəbin bir hissəsinin sökmüş, məktəbin tikilməsi üçün katlavanı qazmışlar, lakin Rafaelin şirkətinin hesabına pul köçməmiş və onlar işi dayandırmışlar. Sonra İranə ilə görüşmüş və tikinti işlərini davam etdirmək üçün pul lazım olduğunu ona demişdir. İranə hər dəfə onlara demiş ki, yaxın günlərdə pullar hesaba oturacaq. Təxminən 2017-ci ilin sentyabr-oktyabr ayında ona Göygöl rayonu Topalhəsənli kəndindən işçiləri zəng edib bildirmişlər ki, Hafıs adlı şəxs işçi briqadası ilə gəlib onlar tərəfindən Topalhəsənli kəndində yarımçıq qalmış məktəbin tikinti işlərini davam etdirir, sonra Hafıs adlı şəxs Bakı şəhərinə gələrək onunla və Zərərçəkmiş şəxs9la görüşüb onlara demiş ki, həmin işin görülməsini İranə Talışxanova ona tapşırıb və ondan xahiş etmiş ki, o, işi davam etdirsin. Onların tikintiyə başlamazdan əvvəl İranə Talışxanovaya verdikləri 26.000 manat və köhnə məktəbin sökülməsi, habelə çəkdikləri digər xərclərlə birlikdə ümumilikdə İranə Talışxanova tərəfindən ona pul verildikdə onlara 56.000 manat ödəyəcəklər. Bu söhbətin səhərisi gün onu və Zərərçəkmiş şəxs9 İranə Talışxanova ofisinə dəvət etmiş və onlara demiş ki, Göygöl rayon İcra başçısı Arif Seyidov tikintilərin davam etdirilməsini ondan tələb edir, buna görə də o, həmin məktəbin tikinti işinin davam etdirilməsini Hafısə həvalə edib, lakin tikintiyə görə pullar köçürüləndən sonra o, Hafısin çəkdiyi xərci ödəyəcək və onu kənarlaşdıracaq. Lakin həmin vaxtlarda yəni 2017-ci ilin təxminən oktyabr ayında Zərərçəkmiş şəxs9 qəflətən vəfat etmişdir. O bundan sonra dəfələrlə İranə ilə görüşüb bu barədə danışanda, İranə ona demiş ki, Rafael vəfat etdiyi üçün başqa şirkətlə müqavilə bağlamalıdır ki, pullar həmin şirkətin hesabına köçürülsün, o da əvvəllər birlikdə işlədiyi X7 xahiş etmiş ki, onun təsis etdiyi "xxxx" MMC ilə İranə Talışxanovanm "xxxx" şirkəti arasında 17 noyabr 2017-ci il tarixdə yeni müqavilə bağlanmışdır. O sonradan müqaviləyə baxdıqda, görmüş ki, müqavilədə İranəyə verdikləri 185.400 manat deyil, Göygöl rayonunda tikintisi aparılacaq zavod üçün ayrılmış 20 hektar torpaq sahəsinin müvəqqəti çəpərə alınması üçün 850 metr setka, 1 ədəd generator, ərazinin işıqlandırılması üçün 32 ədəd elektrik dirəyinin təchizatı və görüləcək işlərin ümumi dəyəri 61.000 manat göstərilmişdir. O da İranə ilə yenidən görüşüb bu barədə soruşduqda, İranə demiş ki, bu müqavilə işin başlanılması və pulların köçürülməsi üçün nəzərdə tutulmuşdur. Lakin sonradan İranə onu aldatmış, şirkətin hesabına pullar köçürülməmiş, onun texnikası və işçiləri Göygöl rayonunda qalmışdır, İranə bu günə kimi hər gün işin alınacağını, tikinti işlərinin başlanılması üçün pulların hesaba köçürüləcəyini deyir və onu aldadır. Sonradan eşitmiş ki, Göygöl rayonu Topalhəsənli kəndində tikintisi aparılacaq 264 nəfərlik məktəbin tikinti işinin aparılmasını Hafıs adlı şəxsə verib onu da aldatmışdır. Son zamanlar İranə Tahşxanovanın işlədiyi ofisə dəfələrlə gedib qəbula düşmək istəsə də, İranə onu qəbul etmədiyi üçün şikayət etmək qərarına gəlmişdir. Rəfail Hüseynov 28 oktyabr 2018-ci il tarixdə vəfat etdiyindən İranə Talışxanova həmin məzmunda izahat verərək özünün törətdiyi cinayət əməlini ört basdır etməyə çalışmışdır. Onlar həmin tikintini dayandırdıqdan sonra Rəfaillə birlikdə İranə Talışxanova ilə görüşmüş və hər dəfəsində İranə onları əmin etmişdir ki, 3-5 gün ərzində pullar onların hesabına keçiriləcək və onlar tikintini davam etdirəcəklər. Lakin bir müddət sonra həmin məktəbdən onlara zəng edərək Hafiz adlı şəxsin həmin əraziyə gələrək tikintini davam etdirdiklərini bildirmişlər. Onlar da bu barədə İranə Talışxanovaya bildirdikdə o, onlara narahat olmamağı Gölgöl rayon başçısı onu sıxdığı və ona görə də, həmin işi başqa şəxsə verdiyini bildirmişdir. Onlar ora çəkdiyi xərci isə İranə Özü tezliklə onlara qaytarmağa söz vermişdir. Bundan sonra o Rəfaillə birlikdə Zərərçəkmiş şəxs1 adlı şəxslə görüşmüşdür. Həmin zaman Hafiz işə başlamaq üçün onların dövlət orqanlarından aldığları rəyləri onlara verilməsini və həmin rəyləri almağa görə çəkdikləri 20.000 manat pulu onlara qaytaracağını bildirmişdir. Lakin növbəti gün İranə Talışxanova ona zəng edərək ofisinə dəvət etmişdir. O Rəfaillə birlikdə ofisə gedən zaman Hafizin də orada olduğunu görmüşlər. X12rdan xahiş etmiş ki, həmin rəyləri Hafizə versinlər. İranə onlara 5000 ABŞ dolları pul vermiş və 12 000 manat da verəcəyini bildirmişdir. O, sonuncu 45.000 manat pulu 2017-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs yanında İranə Talışxanovaya vermişdir. Göründüyü kimi bu epizod üzrə də Təqsirləndirilən şəxs sadəcə İranə Tahşxanovamn yanında olmuş, bu məntiqlə yanaşma olsa onda gərək Rəfail Hüseynov, Sərraf Ağayev və başqaları da cinayət məsuliyyətinə cəlb ediləydi. X4 ifadəsindən görünür ki, X14 doğma atasıdır. Atasının Zərərçəkmiş şəxs4 adlı dostu olduğunu bilmişdir. Yusif dəfələrlə onlara gəlib-getmişdir, yəni onunla şəxsən tanışlığları olmuşdur. Öz işi olduğundan atasının işləri ilə maraqlanmamış, lakin o gördüyü işlər, götürdüyü layihələr barədə onlara da məlumat vermişdir. Təxminən 2017-ci ilin mart ayında atası Yusif müəllimlə şərikli Göygöl rayonunda layihə götürdüklərini bildirmişdir. Həmin layihədən məlumatı olmasa da lakin, atasının danışdıqlarından, eləcə də yanında olunan telefon danışıqlarından bilmişdir ki, həmin layihəni onlara "Xanım” deyə müraciət etdikləri İranə Talışxanova vermişdir. Hətta atası və Yusif müəllim həmin xanıma 180 min manata qədər pul da vemişlər, bu pulun da 140 min manatını alması barədə İranə Talışxanova onlara qəbz də vermişdir. Həmin ərəfədə bir neçə dəfə atası Yusif müəllimlə birlikdə Göygöl rayonuna da gedib orada da qalmışdırlar. Lakin təxminən 2017-ci ilin avqust aylarında atası əsəbi vəziyyətdə evə qayıtmışdır. Onun nəyə əsəbləşdiyini soruşduqda, o bildirmiş ki, layihəyə başlasalar da işin davam etdirilməsi üçün lazım olan məbləğ "Xanım” tərəfindən onların hesabına köçürülməmişdir və buna görə də onlar məcbur qalıb işi dayandırmışdırlar. Onlar işi dayandırdıqları vaxtdan rəhmətə gedənə qədər ona çoxlu zənglər gəlmiş və bu işlə bağlı o kimlərsə danışmışdır. Atası rəhmətə gedəndən sonra Yusif müəllim gəlib onlarla danışmış və onlar birlikdə atasının qeyd kitablarını və digər sənədləri açıb baxdıqda müəyyən olunmuş ki, onlar İranə Talışxanovaya 185.400 manat pul vermişlər və o pulun da 60 min manatını atası vermişdir. Bundan sonra Yusif müəllim xanımın ona iş verəcəyini buna görə də gözlədiyini bildirmişdir. Lakin onlar İranə Tahşxanovanm onları aldatdığım bilmiş və buna görə də Yusif müəllimlə birlikdə ərizə yazaraq onlara vurmuş olduğu maddi ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişlər. O ilkin izahatında atasının 85.000 manat pul verdiyini bildirsə də sonradan Yusif müəllimlə yenidən hesabladıqda atasının 60.000 manat pul verdiyini müəyyən etmişlər. Bu ifadədə isə ümumiyyətlə Təqsirləndirilən şəxs adi belə çəkilmir. Məhkəmə isə bu fakta düzgün hüquqi qiymət verməmiş və əsassız ittihamı qəbul etməklə kobud səhvə yol vermişdir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsindən məlum olur ki, o, X9 və Təqsirləndirilən şəxs təxminən 2016-ci il tarixdən tanıyır. Həmin zaman onlar özlərini iş adamları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs İranə Talışxanovanın həyat yoldaşı olduğunu bildirmişdir. İranə Talışxanova isə "Run Group” MMC-nin direktoru olmuşdur. Həmin MMC-nin nəzdində isə "Run Tikinti” MMC fəaliyyət göstərmişdir. Onlarla tanış olan zaman İranə və Rəşad ona bildirmişdir ki, onlar Çin Xalq Respublikasından olan adı yadında qalmayan MMC Azərbaycan Respublikasına 500.000.000 ABŞ dolları dəyərində investisiya yatıracaqlar. Həmin ********* ABŞ dollarına Göy göl rayonu ərazisində bir ədəd sağlamlıq mərkəzi, bir ədəd otel və bir ədəd "Nişasta” zavodu tikiləcək. İranə ona demişdir ki, sağlamlıq mərkəzinin tikintisi Göygöl rayonunda olacaq və həmin sağlamlıq mərkəzinin tikintisi üçün 130.000.000 ABŞ dolları, sağlamlıq mərkəzinin avadanlıqları üçün isə 50.000.000 ABŞ dolları vəsait ayrılacaq və həmin sağlamlıq mərkəzinin tikintisini və içərisinin avadanlıqlarının alınmasını isə ona verə biləcəyini bildirmişdir. Bundan sonra isə o həmin işi tək görə bilməyəcəyini və buna görə də həmin işi görmək üçün şərikə ehtiyacı olduğunu bildirmiş və elə buna görə də təklif etmiş ki, özünə Türkiyə Cümhuriyyətindən olan şərik dəvət etsin. İranə və Rəşaddan həmin otel-sağlamlıq mərkəzinin tikintisini ona verməsi üçün nə etməli olduğunu soruşduqda İranə ondan bu işi üçün ümumilikdə 500.0 ABŞ dolları pul verməli olduğunu bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. Rəşad da İranənin dediklərini təsdiq edərək həmin pulun layihələndirməyə və digər xərclərə sərf ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs İranə Talışxanova ilə aparılan bütün söhbətlərdə, görüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs İranə Talışxanovanın rəsmi həyat yoldaşı olduğunu bilmişdir. Özü üçün şərik kimi dəvət etdiyi Türkiyə Cümhuriyyəti vətəndaşı olan Zülküf Ceylan adlı şəxslə məsləhət etmişdir. Bundan sonra isə o ilkin olaraq 100000 ABŞ dollarını həmin tikinti işinin ona verilməsi üçün İranəyə verə biləcəyini, yerdə qalan 400000 ABŞ dollarım isə tikinti işinin verildikdən sonra verəcəyini ona demişdir. Onunla razılaşmışlar. Həmin ərəfələrədə İranə və Rəşadla bir neçə dəfə onların ünvan 4 ünvanında yerləşən ofislərində görüşərək görüləcək detallarını müzakirə etmişlər. Həmin söhbətlər zamanı İranə Talışxanova və Təqsirləndirilən şəxs onu əmin etmişlər ki, qısa müddətdə investor tərəfindən onların şirkətinə tikinti üçün pul köçürüləcək və bundan sonra onlar tikintiyə başlayacağıq. Onlara verdiyi pul isə rəsmi müqavilə və qəbz ilə götürüləcəkdir. Yəni onların işlərində heç bir qeyri-qanuni hal yoxdur. Həmin müqavilənin məzmunu ilə də tanış olmuş və orada da pulun verilməsi ilə müddəalar olmuşdur. Onları hər bir proseduru qaydasında etdiklərindən onlara inanmış və ilkin olaraq 100000 ABŞ dolları vermək qərarına gəlmişdir. Bundan sonra o 2017-ci ilin sentyabr ayının sonlarında İranə Talışxanova və Təqsirləndirilən şəxsla onların qeyd etdiyi ofislərinin qarşısında görüşmüşdür. Həmin zaman gecə saat 22-23 radələri olduğundan onlar ofisin qarşısında onu gözləmişdirlər. 100000 ABŞ dollarını Təqsirləndirilən şəxs təqdim etmiş və Təqsirləndirilən şəxs həmin pulu saymadan İranə Talışxanovaya vermşdir. Onlar ofisə keçərək müvafiq sənədləşmə aparılmasını təklif etdikdə İranə ona ofisdə heç kimin olmadığım lazımı sənədləri sabah verə biləcəyini bildirmişdi. Rəşad da ona narahat olmamasını səhər pulun alınmağı ilə bağlı qəbz verəcəklərini bildirmişdir. Bundan sonra o Rəşad və İranə ilə əlaqə saxlayaraq qəbz vermələrini eləcə də müqavilə bağlamalarını bildirmişdir. Lakin onlar müxtəlif bəhanələrlə qəbz verməkdən imtina etmişdir. Onun təziqlərindən sonra 18.10.2017-ci il tarixdə İranə və Rəşad ilə onların ofisidə görüşmüş və həmin zaman İranə kassa mədaxil qəbzi yazaraq onun tərəfindən 100000 ABŞ dolları pulun qəbul edildiyini təsdiq etmişdir. Əlavə olaraq bildirir ki, ilkin ifadəsində yalnışlıqla Rəşad və İranəyə pulu Bakı şəhəri, Xətai rayonu, Asan xidmətin qarşısında verdiyini bildirmişdir. Lakin bir daha bildirmişdir ki, 100000 ABŞ dollarını İranə Talışxanova və Təqsirləndirilən şəxs onların Səbail rayonu ərazisində yerləşən ofisinin qarşısında vermişdir. İranə və Rəşad isə bildirmişlər ki, 2017-ci ilin axırlarına qədər bütün müqavilə işləri bitəcək və 2018-ci ilin yanvar ayında o artıq işə başlayacaq. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq ondan əlavə 100000 ABŞ dolları verməsini istəmişdir. O layihə üçün əlavə pul lazım olduğunu bildirmişdir. Həmin zaman onda pul olmadığı üçün o bu barədə şəriki Türkiyə Cümhuriyyəti vətəndaşı Zülküf Ceylan məlumat vermişdir və onların ona təqdim etdikləri müqavilələri baxması üçün ona göndərmişdir. Zülküf Ceylan isə onlara 100000 ABŞ dolları verdiyi üçün səhv etdiyini bildirmişdir. O demiş ki, "Dünya təcrübəsində” belə bir prosedur, yəni iş başlamaq üçün investor tərəfindən pul ayrılmadan pulun verilməsinin düzgün olmadığını bildirərək onların onu aldada biləcəyini nəzərinə çatdımış və əlavə pul verməməsini bildirmişdir. O da Rəşadla əlaqə saxlayaraq müqavilələr bağlana, hesaba pul köçürülməyənədək əlavə pulun verilməyəcəyini bildirmişdir. Bundan sonra İranə Talışxanova ona narahat olmamasım bildirmiş və ondan aldığı pulun əvəzində 26 oktyabr 2017-ci il tarixdə bir ay müddətinə etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mikrorayon, Cavadxan küçəsində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-A saylı binanın 2ci mərtəbəsində yerləşən 106,5 kvadrat metr sahəsi olan 3 otaqlı 2 saylı mənzili onlara etibar etməsi üçün ona etibarnamə ilə vermişlər. Lakin sonradan o gömüş ki, həmin etibarnamə bir ay müddətinə verilmişdir. Buna görə də o həmin mənzili əldə edə bilməmişdir. 2018-ci ilin əvvəllərinə qədər gözləmiş, lakin heç bir iş olmamış və o başa düşmüş ki, Rəşad və İranə onu aldadaraq pulunu ələ keçirmişlər. Bu günə qədər isə Rəşad və İranə müxtəlif bəhanələr gətirərək onu aldadır və ona işinin bu gün sabah alınacağını, yaxud pulu qaytaracaqlarını deyərək onu aldatmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsi nə Təqsirləndirilən şəxs, nə də İranə Talışxanova tərəfindən qəbul olunmur və bu epizodda Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir. Digər zərərçəkmiş Mehmansa Həsənovun ifadəsindən aydın olur ki, onun gəlini Şahid2 Bakı şəhəri 175 saylı orta məktəbdə müəllimə işləmişdir. X2 2012-ci ildən tanımışdır. Həmin ərəfələrdə İranə Talışxanova işlədiyi və Abşeron rayonu Atyalı massivində yerləşən "Milla” şirkətinə mal almaq üçün gəlmişdir. Ondan sonra da o da İranə ilə əlaqə saxlamış və İranə ona söhbət zamanı demiş ki, kimisə işə düzəltmək və ya hansısa iş görmək lazımdırsa bununla bağlı ona müraciət edə bilər və onun yüksək vəzifələrdə işləyən tanışları vardır, onların vasitəsi ilə belə işləri həll edə bilər. 2017-ci ilin sonunda İranə Təqsirləndirilən şəxs adlı şəxs ilə işlədikləri şirkətin rəhbərliyinin yanma gəlmişlər. Onunla söhbət zamanı İranə ona demiş ki, onlar Bakı şəhərində təhsil müəssisələrini tikib və ya təmir etdirirlər, bununla bağlı həmin məktəblərə istədikləri adamı direktor kimi vəzifəyə təyin etdirə bilirlər. Bunu İranənin yanında olan Təqsirləndirilən şəxs da təsdiq etmişdir. O da onlara demişdir ki, gəlini Şahid2 175 saylı orta məktəbdə müəllimə işləyir, onu direktor təyin etmək mümkundurmu? Həmin vaxt İranə demiş ki, 50000 ABŞ dollarına gəlinini həmin məktəbə qısa müddətə direktor təyin etdirəcəkdir. Bunu yanında olan Təqsirləndirilən şəxs da təsdiq etmişdir. O da onlara inanmış və həmin günün səhəri, 23 noyabr 2017- ci il tarixdə Abşeron rayonu, Atyalı massivində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, 90UH070 dövlət qeydiyyat nişanlı avtomobilində Rəşadın yanında İranəyə 50000 ABŞ dolları pulu vermişdir. Ondan sonra onlar oradan çıxıb getmişlər. Ondan bir neçə gün sonra o Rəşad və İranənin iş yerinə getmiş, onların iş otağında söhbət zamanı ona demişlər ki, 27 noyabr 2017-ci il tarixdə saat 12 radələrində gəlini Xırdaxanımı Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getsin və işə qəbul ilə bağlı CV kağızı və direktor olmaq üçün gəlini Xırdaxanımm bitirdiyi kursa dair sənədlərini də götürüb getsinlər. O da bu barədə gəlininə demiş və gəlini həyat yoldaşı Fizuli ilə birlikdə Təhsil Nazirinin müavini Firudin Qurbanovun qəbuluna getmək üçün həmin nazirliyə getmişlər. İranə ilə Rəşad ona demişlər ki, Firudin müəllimə bu barədə tapşırılmışdır. Lakin Təhsil Nazirliyində oğlu Fizuliyə və Xırdaxanıma demişlər ki, işə qəbul məsələləri Bakı şəhəri Montində yerləşən Təhsil Nazirliyinin şöbəşində baxılır. Ona görə də onlar qeyd edilən yerə getmişlər və orada işləyən Rauf adlı şəxsin yanında olmuşlar və Rauf adlı şəxs onlara demişdir ki, Firudin Qurbanova bu barədə heç bir söz deyilməmişdir, əgər istəyirlərsə CV kağızı və digər sənədləri ora təqdim edə bilərlər. Gəlini də həmin sənədləri orada qoymuşdur. Lakin bununla bağlı gəlini heç yerə çağırmamışdır. Aradan bir bir müddət sonra Rəşad ilə İranə demişlər ki, gəlininin verdiyi həmin CV düzgün deyil, yenidən CV yazıb verməlidir. Ona görə də yenidən CV yazılmış və aparıb İranə ilə Rəşada onların iş yerində vermişdir. Həmin vaxt onlara demiş ki, artıq o gəlininin direktor təyin olunmasını istəməmiş və verdiyi pulu qaytarsınlar. Rəşad demiş ki, ona 02 fevral 2018-ci il tarixədək vaxt vesin, ya gəlininin işə təyini barədə əmr olacaq, ya da pulu qaytaracaqlar. O da həmin müddətə kimi gözləmiş və qeyd edilən günü Rəşadın yanına getmiş və onlar ona demiş ki, pul yoxdur, investorlar onların hesabına pul qoyandan sonra onun pulunu qaytaracaqlar. Lakin onun pulunu verməmişlər. Hər dəfə müxtəlif bəhanələr gətirmişlər.Yenə Rəşad ilə İranə ona demişlər ki, CV kağızı itiriblər, yenidən CV vermək lazımdır. O da yenidən bir CV yazdırıb onların iş yerinə aparıb onlara vermiş və həmin vaxt, 22 may 2018-ci il tarixdə Rəşad və İranə ondan həmin CV sənədini almaqları barədə əlyazma yazıb imza edərək vermişlər. O hər dəfə İranədən pulunu istəyəndə, dönüb Rəşadın sifətinə baxmış, Rəşad da işi həll edəcəyinə və ya pulu qaytaracağına söz vermişdir. Abşeron Rayon Polis İdarəsində aparılan istintaq zamanı ona vurulmuş maddi ziyan tam olaraq Ödənilmişdir. Hazırda onun heç bir şikayət və tələbi qalmamışdır. Bu epizodda da Təqsirləndirilən şəxs heç bir cinayət əməli sübut olunmur. Pulu da İranə Talışxanova almış və o da qaytarmışdır. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindən aydın olur ki, Nadir Quliyevlə birlikdə onun direktoru olduğu “AMAL-t-A" MMC-nin vasitəsi ilə tikinti işlərini həyata keçirmişlər. Onlar xeyli sayda orta məktəb və digər obyektlər tikib istifadəyə vermişlər. 2017-ci ilin avqust ayında Natiq adlı dostunun vasitəsi ilə Şirəli adlı şəxslə tanış olmuşdur. Şirəli onun tikinti işləri ilə məşğul olduğunu bildikdə ona "xxxx" adlı tikinti şirkətin olduğunu və həmin şirkətin böyük layihələr həyata keçirdiyini bildirmişdir. O da bu barədə Nadir Quliyevə bildirdikdə həmin şirkətin direktoru ilə görüşüb söhbət etməyə qərar vermişdir. Buna görə də 2017-ci ilin avqust ayının axırlarında o Nadir Quliyev və Şirəli ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən "xxxx" MMC-nin yerləşdiyi ofisə getmişlər. Orada onlar həmin MMC-nin direktoru İranə Talışxanova adlı qadın ilə görüşüb söhbət etmiş və İranə onlara bildirmiş ki, xarici investor Azərbaycanda bir neçə obyektin tikintisi üçün investisiya ayırıb, həmçinin "Run Group” MMC ilə Göygöl rayon İcra hakimiyyəti arasında Göygöl rayonu ərazisində orta məktəbin tikintisi ilə bağlı müqavilə olduğundan Göygöl rayonu Topal Həsənli kəndində "Ehsan Bayramov” adma 264 nəfərlik məktəb tikmək lazımdır. Onlara həmin məktəbi tikmək üçün investor tərəfindən 4.800.000 manat pul ayrılacağı, lakin pul ayrılana qədər tikinti işlərinə başlamaq lazım olduğunu bildirmişdir. İranə Talışxanova qeyd etmişdir ki, həmin məktəbin tikintisini onlardan əvvəl başqa şəxslər tərəfindən orada tikinti işləri aparılıb, lakin onların maliyyə sıxıntıları olduğundan həmin şəxslər tikintini yarımçıq saxlamışlar və onlar də qalan işləri davam etdirməlidirlər. Bundan sonra təxminən 2017-ci ilin ilin sentyabr ayının əvvəllərində o və Nadir İranənin nümayəndəsi Emil adlı şəxslə Göygöy rayonu Topalhəsənli kəndinə getmiş, tikintisi aparılacaq sahəyə məktəbə baxıb təxminən 6000 manat dəyərində tikinti işlərini onlardan əvvəl aparıldığını görmüşlər. O Nadir ilə birlikdə Bakı şəhərinə qayıdıb yenidən İranə Talışxanova ilə görüşmüş, orada tikinti işlərini başlayan şəxsin çəkdiyi xərcin həmin şəxslər tərəfindən ödənilib-ödənilməməsini soruşduqda, İranə bütün işləri özü həll edəcəyini demişdir. Sonra "Run Group” şirkəti ilə onların işlədiyi "AMAL+A” MMC şirkəti arasmda konsaltinq müqaviləsi bağlanmış, İranə onlar tərəfindən tikintinin davam etdirilməsi, investor tərəfindən oktyabr ayının 10-dək pul köçürüləcəyini və bundan sonra onların şirkətinə bir milyon üç yüz min manat avans veriləcəyinə söz vermişdir. Lakin onlar müəyyən etmişlər ki, onlardan əvvəl həmin məktəbin tikintisini aparan Rəfail Hüseynov və Zərərçəkmiş şəxs4 adlı şəxslərdir və onlar öz təşəbbüsləri ilə həmin şəxslər görüşmüşdür. Həmin vaxt Rəfail Hüseynov onlara investorun pul ayırmadığı üçün tikintini yarımçıq saxladığını, buna baxmayaraq onların öz hesablarına 20.000 manat pul köçürüldüyünü və həmin pulun bir hissəsini lahiyyə işlərinə verildiyini bildirmişdir. Ondan lahiyyə sənədlərini istədikdə o, 20000 manat verildikdən sonra lahiyyə sənədlərini onlara verə biləcəyini bildirmişdir. Onlar da bu barədə İranə Talışxanovaya bildirdikdə o, onları ofisinə dəvət etmiş və olardan 05 dekabr 2017-ci il tarixdə ofisində Nadirlə birlikdə 20000 manat pulu almış ki, Rəfail vəfat etdiyindən onun şəriki Yusifə versin və Yusif onlara lahiyyə sənədlərini versin. Bundan sonra İranə onlara həmin lahiyyə sənədlərini gətirib vermişdir. O da zənn etmiş ki, həmin pulu Yusifə vermişdir. Lakin sonradan məlum olmuş ki, o, Yusifə 5000 manat pul vermişdir. Bundan bir müddət sonra İranə onlara bildirmiş ki, Göygöl rayonu ərazisində uşaq baxçası da tikiləcək istəsələr həmin işi də onlara verə bilər. Onlardan həmin işin verilməsi üçün 13.000 manat pul istəmiş və onlar da həmin pulu 13 dekabr 2017-ci il tarixdə İranənin ofisində ona vermişlər. Lakin onlara pul alması barədə heç bir sənəd verməmişdir, tikintisinin onlara verilməsinə dair də İranə onlara konsaltinq müqaviləsini bağlamışdır. Ondan sonra onlar məktəbin tikintisində işləsələr və ora 157.800 manat pul sərf etsələr də heç bir investisiya verilməmişdir. Ondan sonra İranə və bütün bu proseslərdə yanında olan Rəşadla danışıqlar aparsalar da onlara hər dəfə yalan vədlər verərək aldatmışlar. O, 05 dekabr 2017-ci il tarixdə "Run Group” MMC-nin ofisində şəriki Nadir Quliyevlə birlikdə 20.000 manat pulu şəxsən İranə Talışxanovaya onun həyat yoldaşı və köməkçisi Təqsirləndirilən şəxs yanında vermişdir. Həmin zaman onlara 20.000 manat pulun alınması ilə bağlı qəbz də verilmişdir. Bundan bir müddət sonra onlar Göygöl rayonu ərazisində uşaq baxçasımn tikintisini onlara həvalə etməsi üçün 13 dekabr 2017- ci il tarixdə həmin ofisində İranəyə 13.000 manat pul vermişdir. Həmin zaman da Nadir Quliyev və Təqsirləndirilən şəxs da onların yanında olmuşdur. Bu ifadədən də görünür ki, bu epizodda Təqsirləndirilən şəxs işi ancaq İranə Talışxananovanın yanında olması olmuşdur. Kiminsə yanında olmq qanunun tələbinə görə cinayət sayılmır. Digər zərərçəkmiş Nümayəndə ifadəsindən görünür ki, o, "Caspian Service” MMC-nin direktoru vəzifəsində çalışır. MMC 2001-ci il tarixdən fəaliyyət göstərir və fəaliyyətinin əsas istiqaməti tikinti və layihələndirmə işlərinin həyat keçirilməsidir. Təxminən 2017-ci ilin dekabr ayının ortalarında "Caspian Servise” MMC-nin Run Group MMC şirkəti ilə Göy-göl rayon ərazisində tikinti işləri aparmaq üçün danışıqlar aparılmışdır. Həmin zaman bütün danışıqları şirklətdə inşaatçı konstrııktıır işləyən Şahid10 aparmışdır. O danışıqların məzmununu dəqiq bilməsə də məlumatım olmuşdur ki, Run Group MMC Göy Göl rayon ərazisində bir ədəd otel- sağlamlıq bərpa mərkəzinin tikintisini onların MMC- yə həvalə etmə üçün guya konsaltinq haqqı olaraq 150.000 manat pul istəyir. Onlar müqavilə bağladıqdan sonra həmin pulu şirkətin hesabına köçürməlidir. 31 yanvar 2018-ci il tarixdə şirkətin direktoru olaraq onunla İranə Talışxanova arasında konsaltinq müqaviləsi bağlanmışdır. Bundan sonra 05 fevral 2018-ci il tarixdə Caspina Sevric MMC-nin rəsmi Paşa Bank ASC-də olan hesabından Run Group MMC-nin həmin bankda olan hesab nömrəsinə 150.000 manat pulu köçürülmüşdür. Müqavilə bağlandığı vaxtdan bir ay keçməsinə baxmayaraq hələ də layihəni onlara təqdim etməmişdirlər. Buna görə də onlar belə qərarə gəlmiş ki, pulu geri tələb etsinlər. Pulu geri təlb edən zaman onlara qısa müddətdə pulu geri qaytarcağını bildirsə də müxtəlif bəhanələr gətirərək vaxt istəmişlər. 2018-ci ilin ilin may ayında pulu qaytarmaq üçün bağlanılmış 31 yanvar 2018-cu il tarixli müavilənin ləğv olunmalı olduğunu bundan sonra 10 gün müddətinə pulun qaytarılacağını bildirmişlər. Onlar da 03.05.2018-ci il tarixdə xitam razılaşması imzalamış, lakin onlar bununla da özlərinə müddət qazanmış və qeyd olunan tarixdə pulu ödəməmişdir. Bundan başqa bir neçə dəfə İranə Talışxanovaya rəsmi müraciət edilmişdir. Lakin heç bir nəticə olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Qurban və Mübariz adlı şəxələr "İntersənayeservis” MMC-yə gəlib ona torpaq daşıma işi təklif etmiş və onların təklifini qəbul edib deyilən işi görmüşdür. Həmin vaxtdan onun Qurban və Mübarizlə münasibəti yaranmışdır. 2019-cu ilin yanvar ayının 20-22-də Qurban, Mübariz və "Tunay” MMC-nin direktoru Şahid9 işlədiyi MMC-yə gəlib Göygöl rayonunda "X45” zavodunun tikintisinin bir hissəsini maliyyələşdirmək üçün ona müraciət etmişlər və bildirmişlər ki, həmin tikintini "Run Group” şirkəti sifariş verib, "Tunay” MMC isə icraçıdır. "Tunay” MMC-nin direktoru Şahid9dir, onun bir az maliyyə problemələri vardır. İşi mahiyyəti 6.480.000 manat civarında olan katlavanlann qazılması olmuşdur. Maliyyələşmənin həcmi 300.000 manat olmuş və onun tərəfindən həmin pul 15 gün müddətinə verilməlidir. O bu işdə onun xeyrinin nə olacağını soruşduqda ona katlavanlann qazılmasında 1.100.000 manatlıq işi onun şirkətinə həvalə olunacaq və "Run Group” şirkəti "Tunay” MMC-yə birinci avans ödənişində onun vərəcəyi 300.000 manatı qaytaracaqlar. O 3 gün müddətinə cavab verəcəyini demişdir. Bundan sonra ona 18 yanvar 2019-cu il tarixdə tərtib edilmiş tikinti müqaviləsinin surətini və Göygöl rayon İcra Haklimiyyətinin sərəncamların surətini təqdim etmişlər. ( həmin sənədləri ərizəsinə əlavə etmişdir.) Həmin müqavilədə göstərilmişdir ki, sifarişçi "Run Group” şirkəti 6.480.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq icraçı "Tunay” MMC-yə Ödəyəcəkdir. Bundan başqa ona tikiləcək zavodun cizgilərini vermişlər. Sərəncamlarda isə Göygöl rayonu ərazisində 20 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. O 3 gün ərazində "Run Group” şirkəti, "Tunay” MMC və Göygöl rayonu ərazisində tikiləcək "X41 Zavodunun tikilməsinə dair sosial şəbəkədən və digər əlaqələri vasitəsilə maraqlanmış və layihəyə qoşulmaq qərarma gəlmişdir. 25 yanvar 2019-cu il tarixdə Qurban və "Tunay” MMC-nin direktoru Zaur onun işlədiyi Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 28- də yerləşən "İntersənayeservis” MMC-yə gəlmiş və saat 15 radələrində kabinetdə Qurban və Zaura ilkin olaraq 15.000 manat pul vermiş və hissəhissə 300.000 manat veriləcəyini bildirmişdir. 28 yanvar 2019-cu il tarixdə saat 12 radələrində kabinetində Qurban və Zaura 18.000 ABŞ dolları, həmin günü saat 16 radələrində kabinetində Qurban və Zaura 44.600 manat vermişdir. Həmin günü "Tunay” MMC-nin direktoru Şahid9 ondan 75.000 manat pulun alınmasına dair iltizam yazıb vermişdir. Bundan sonra belə razılaşmışlar ki, onlara pul verəndə hər dəfə iltizam yazmasınlar, sonra 300.000 manat veriləndən sonra ümumi bir iltizam yazılsın. 29 yanvar 2019-cu il tarixdə o öz kabinetində Qurban və Zaura 35.000 manat vermiş və ona 2 yeni müqavilə təqdim etmişlər. O həmin müqavilələrə baxmış və görmüş ki, müqavilələr Göygöl rayonunda 480 şagird yerlik tam orta məktəb və 100 yerlik uşaq bağçasının tikintisinə dair 21 yanvar 2019-cu il tarixdə "Tunay” MMC ilə "Run Group” MMC arasında bağlanmış Tikinti müqavilələrdir. Hər 2 tikintinin ümumi məbləği 8.500.000 manatdır. Onlara bu tikinti işlərində iştirak etməyəcəyəm bildirərək qəti olaraq etiraz etmişdir. Bir işi görüb qurtarmamış başqa işə başlaya bilməyəcəyini bildirmişdir. Bundan sonra 31 yanvar 2019cu il tarixdə öz kabinetində Qurban və Zaura 38.000 ABŞ dolları vermişdir. 05 fevral 2019cu il tarixdə yenə kabinetində onlara 40.400 manat, 07 fevral 2019-cu il tarixdə 25000 manat, 11 fevral 2019-cu il tarixdə 25.000 manat, 13 fevral 2019-cu il tarixdə 20.000 manat, 19 fevral 2019-cu il tarixdə 10.000 manat vermişdir. 20 fevral 2019-cu il tarixdə Mübariz Qurbanla onun kabinetinə gəlmiş və Mübariz ondan 10.000 manat borc istəyərək avtomobil alacağını həmin pulu Göygöl rayonunda işlər başlayanda qaytaracağını bildirdi. Həmin vaxt Qurbanın yanında Mübarizə 10.000 manat vermişdir. 21 fevral 2019-cu il tarixdə kabinetində Qurban və Zaura 10.000 manat vermiş və ona 21 yanvar 2019-cu il tarixli X38 Zavodu Tikinti quraşdırma işlərinə dair "Run Group” şirkəti ilə "Tunay” MMc-nin arasında bağlanan müqavilənin suərtini vermişdirlər. Həmin müqavilədə Sifarişçi, yəni "Run Group” şirkəti ilkin təyin olunan smetaya əsasən 25.500.000 manat vəsaiti dəyər cədvəlinə uyğun olaraq İcraçıya, yəni "Tunay” MMC-yə ödəyəcəyi göstərilmişdir. Həmin müqavilədə ödəniş şərti və vaxtı olmadığı üçün onlara bu tikinti işində iştirak etməyəcəyini bildirərək qəti olaraq etiraz etmişdir. Onlar Zaura bunu zərurətdən irəli gəldiyini, yəni katlavanm qazılması üçün tikinti işlərində onlarda olmalıdır. Bu işə görə onlara etirazı bildirmiş, çünki əvvəlcədən onlarla belə danışıqları olmamış, amma işlərin yarımçıq qalmaması və pulunun gələcəkdə qaytarılması üçün onlara razılıq vermiş ki, 100.000 manat maliyyə köməkliyi edə bilər, özüdə təmannasız, yəni heç bir qazanc olmadan. 22 fevral 2019-cu il tarixdə öz kabinetində Qurban və Zaura 15.000 manat, 27 fevral 2019-cu il tarixdə onlara kabinetində 11.800 ABŞ dolları vermişdir. Həmin günü axşam tərəfi İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 5000 manat istəmiş və İlkinlə Nizami rayonunda yerləşən "Planet” şadlıq sarayının yaxınlığında görüşüb ona 5000 manat vermişdir. 04 mart 2019-cu il tarixdə İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 5000 manat istəmiş və Zaurla danışandan sonra İlkinə öz kabinetində 5000 manat vermişdir. 05 mart 2019-cu il tarixdə Qurban və Mübarizə öz kabinetində 850 manat vermişdir. Onlar həmin pulu ondan borc olaraq almışlar. 06 mart 2019-cu il il tarixdə İlkin adlı şəxs onun mobil telefonuna zəng vurub Zaurun adından 20.000 manat istəmiş və Zaurla danışandan sonra İlkinə Nizami rayonunda yerləşən "Planet” şadlıq sarayının yaxınlığında 20.000 manat vermişdir. Bundan sonra o Zaur, Qurban və Mübarizə demiş ki, ümumilikdə 395.850 manat vermiş, "Run Group” şirkəti tərəfindən "Tunay” MMc-yə avans ödənişi yoxdur. Halbuki, söz verilmişdir ki, 2019- cu ilin fevral ayının 15-25 tarixlərində avans ödənişi olacaqdır. O hələ katlavan işinində başlanılmadığmı gördükdə onlardan tələb etmiş ki, "Run Group” şirkətinin rəhbərliyi ilə görüşüb bu məsələlərə aydınlıq gətirsin. 01-02 mart 2019-cu il tarixdə Zaur və Qurban onu "Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən "Run Gruop” şirkətinin ofisində şirkətin müavini Şahid4lə görüşdürmüş və ondan Göygöl rayonunda X28 tikintinin nə vaxt başlacağı ilə maraqlanmışdır. Şahid4 danışıqlarından başa düşmüş ki, hələ Zavodun layihə sənədləri hazır deyil. Bundan sonra Zaur, Qurban və Mübarizə demiş ki, onun pulunu qaytarın, zavodun hələ layihəsi hazır deyil, müqavilələrdə avans ödənişi göstərilməmişdir. 20-21 mart 2019-cu il tarixdə Zaur və Qurban kabinetində gəlib 18 mart 2019-cu il tarixli "Run Group1’ şirkəti ilə "Tunay” MMC-nin arasında bağlanan avans müqaviləsinin surətini gətirib vermişlər və onu əmin etmişlər ki, "Run Group” şirkəti tərəfindən "Tunay” MMC-yə 45 gün ərzində avans ödəniləcəkdir. Sonradan ona təqdim olunan müqavilədə "Run Group” şirkətinin direktoru İranə Talışxanovanın imzası ilə digər müqavilələrdə olan imzası arasında fərq görmüş, Zaur və Qurbana bu barədə demişdir. Onlar müqavilədə olan imzanın İranə Talışxanovanın imzası olmadığını bu məsələni aydınlaşdıracaqlarını bildirmişlər. Bundan sonra Zaur və Qurban ona Göygöl rayonunda olan texnikanı saz vəziyyətə gətirmək və müəyyən hazırlıq işləri görmək üçün 1500 manat pul istəmişlər. 30 mart 2019-cu il tarixdə Qurban və Zaura öz kabinetində 1500 manat vermişdir. 09 aprel 2019-cu il tarixdə Qurban və Zaur onun kabinetinə gəlib 09 aprel 2019cu il tarixdə "Run Gruop” şirkəti ilə "Tunay” MMC arasında bağlanan müqavilənin surətini gətirmişlər. Ona belə izah etmişlər ki, bağlanmış ilkin müqavilələri bir müqavilə ilə əvəz edilsin. O görmüş ki, artıq onu aldadırlar və onlara işləmək istəmədiyini və pulu qaytarmaq lazım olduğunu bildirmişdir. O Zaura demiş ki, "Run Group” şirkətinin rəhbərliyi ilə onu görüşdürsünlər. 2019-cu ilin aprel ayının 15-20 arası o, Zaur və "Run Group” şirkətinin direktoru İranə Tahşxanova ilə "Mega Fun” əyləncə mərkəzi olan yaşayış binasının 13- cü mərtəbəsində yerləşən "Run Gruop” şirkətinin ofisində görüşmüşlər. Həmin zaman İranə Talışxanova ilə yanaşı özünü onun həyat yoldaşı kimi təqdim edən Təqsirləndirilən şəxs, Şahid4, Şahid9 və Rövşən adlı şəxs də olmuşdur. O söhbətə başlayan kimi onunla üzbəüz əyləşən İranə Talışxanovadan Azərbaycan Respublikasına xarici investisiya gətrilməsi barədə X17 tərəfindən "İnvestisiya təşviqi sənədini” təqdim etməsini xahiş etmişdir. Həmin sənədin mahiyyəti ondan ibarət olmuşdur ki, əgər kimsə xaricdən Azərbaycan investisiya gətirirsədə o 18 faiz əlavə dəyər vergisindən azad edilir. Buna görə də əgər Run Group MMC həqiqətən də xaricdən investisiya cəlb edirdisə onun mütləq qaydada "İnvestisiya təşviqi sənədini olmalı idi. X15 həmin sənədi təqdim etməkdən imtina etmişdir. Bundan da əlavə o İranə və Rəşada bildirmiş ki, əgər investisiya qoyan tərəf, yəni xarici şirkət qoyduğu investisiyanın 20 faizi həcmində investisiyanı cəlb edən hüquqi şəxsin cari hesabında olmalıdır. Buna görə də onlardan yalandan 200 000 000 manatlıq investisiya cəlb ediləcəyini dediyi üçün cari hesabında 500000 manat pulun olması barədə bank zəmanatinin verilməsini tələb etmişdir. İranə Talışxanova bundan da imtina etdikdə onlara aldatdıqlarını başa düşdüyünü bildirmiş və dələduzluq yolu ilə ələ keçirdikləri pulun qaytarılmasını tələb etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs oturduğu yerdən qalxaraq ona dələduz olmadıqlarını rus dilində bildirmiş və ona işləmək istəmirsə pulunu qaytarmağa hazır olduqlarını bildirmişdir. Həmin zaman İranə vəkili dəvət etməsini Rəşada bildirmişdir. Rəşad çölə çıxdıqdan sonra yanında hündür boylu, dolu bədən quruluşlu bir nəfər kişi içəri daxil olmuşdur. Həmin zaman İranə əlindəki müqaviləni vəkilə verərək həmin sənədləri "İsrailə” göndərməsini və müqaviləni xitam edilməsini bildirmişdir. Vəkil də sənədi götürüb otaqdan çıxmışdır. Bundan sonra İranə və Rəşad ona bildirmişdir ki, onun pulunu qaytarcaqlar. Həmçinin həmin görüşün əvvəlində X22 yanında ona demiş ki, Çin Xalq Respublikasının "CNTİC” şirkəti tərəfindən bu iş üçün "Run Gruop” şirkətinə 200.000.000 manat pul ayrılmışdır. Bundan sonra İranə Talışxanova ona və Zaur demiş ki, hər il olduğu kimi bu ildə may ayının 15-də "Qida Sənayesi” sərgisi keçiriləcək və "Run Gruop” şirkəti həmin sərgidə "X45” Zavodunun layihəsini və maketini cənab prezidentə təqdim edəcəkdir. Həmin təqdimatı cənab prezidentə şəxsən Kənd Təsərrüfatı naziri təqdim edəcəkdir. O İranə Talışxanova və Təqsirləndirilən şəxs sərgidə təqdim olunancaq lövhənin nömrəsini istəmişdir. İranə Talışxanova ona Zaurun yanında demiş ki, müddəti çatsın deyəcəklər. İranə Talışxanova əlavə olaraq bildirmiş ki, həmin sərgidə "CNTİC” şirkətinin nümayəndələri və baş pordatçı Türkiyə Respublikasının "Doğuş Gruop” şirkətinin nümayəndələridə cənab prezidentlə görüşəcəkdir. Bundan sonra o X23 ilə görüşüb ayrılmış və 2- 3 gün gözləsədə "Run Gruop” şirkəti tərəfindən nə bank təminatı verilmiş, nə də "Tunay” MMC- yə avans ödənilməmişdir. 01 may 2019-cu il tarixdə o Göygöl rayonunda aparılacaq işlərlə maraqlanmaq üçün Qurbanla birlikdə Göygöl rayonuna getmiş və deyilən yerdə 3 ədəd katlavan qazılıb və işlərin dayandırıldığını görmüşdür. Bu işlərlə əlaqədar o Qurbanla birlikdə Göygöl rayon İcra hakimiyyətinə getmiş və orada ona məlum olmuş ki, 16 avqust 2017-cii il tarixli Azərbaycan Respublikası Baş naziri Artur Rasİ-zadənin sərəncamına əsasən Göygöl rayonun inzibati ərazisində yerləşən 3h nömrəli qış otlağından kənd təsərrüfatına yararsız 20 hektar torpaq sahəsi ayrılsada 2 il müddətində heç bir iş görülməmişdir. Bundan sonra Qurban həmin sərəncamın surətini ona vermişdir. 15 may 2019- cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Aeroport şossesində yerləşən "Expo” mərkəzində keçirilən "Qida Sənaye” sərgisinə gəlmiş və Zaura zəng vurub "Run Gruop” şirkətinə aid olan löhvənin nömrəsini soruşmuşdur. O Zaur və Qurbanla görüşmüş və görmüş ki, "Run Gruop” şirkətinin tanınma nişanı yoxdur, sadəcə Göygöl rayonuna tikinti nəzərdə tutulan Nişasta zavodunun maketi "Dağan” şirkətinin tanınma nişanının yanında 70-80 sm-lik yerdə qoyulmuşdur. Halbuki, digər şirkətlər tanınma nişanının altında özlərinə məxsus məhsulları 25 kvadart metr ərazidə nümayiş etdirilmişdir. Bunları görüb Zaur və Qurbandan soruşmuş ki, bəs "CNTİC” şirkətinin nümayəndələri və baş pordatçı Türkiyə Respublikasının "Doğuş Gruop” şirkətinin nümayəndələridə haradadır? Zaur və Qurban ona demiş ki, onlar sərgidə iştirak edib, getmişlər. O görmüş ki, onu "Run Gruop” şirkətinin və "Tunay” MMC-nin rəhbərləri tərəfindən aldadılmış və bundan sonra pulunu Zaur və Qurbandan tələb etməyə başlamışdır. 2019-cu ilin may ayında Zaur və Qurban ona Göygöl rayonunda nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı arayış təqdim etmişdir. O arayışa baxanda görmüş ki, "Tunay” MMC tərəfindən görülmüş işlərin siyahısı və miqdarı göstərilmiş və həmin arayışı "Run Group” şirkətinin direktoru İranə Talışxanova tərəfindən təsdiq edilmişdir. O Zaur və Qurbana demiş ki, "Run Gruop” şirkətindən pullarını alın və pulunu qaytarın. Zaur və Qurbana ona dedilər ki, qısa müddət ərzində alarıq. Bir müddət keçsədə Zaur və Qurban ona demişlər ki, verdikləri puldan 230.000 manatı İranə Talışxanovaya verilmiş və buna dair qəbzləri vardır. Onlardan qəbzləri tələb etmiş və ona 2 vərəqə qəbz və 1 vərəq maliyyə arayışı vermişlər. O həmin sənədlərin surətinə baxandan görmüş ki, 20 fevral 2019-cu il tarixdə "Tunay” MMC "Run Gruop” şirkətinə 35.000 manat, 22 fevral 2019- cu il tarixdə "Run Gruop” şikrətinə 15.000 manat verilmiş, 07 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, "Tunay” MMC müxtəlif vaxtlarda Buğda X28 tikinti üçün 105.000 manat "Run Gruop” şikrətinə verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 bu ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs bu epizadda da heç bir cinayət əməli törətməmişdir. Onun cinayət törətməməsi şahidlər Şahid3, Şahid4, Şahid9 və digərlərinin ifadələri ilə də təsdiq olunur. Bütün bunlardan başqa işdə olan çoxsaylı müqavilələr İranə Talışxanova tərəfindən imzalanmışdır. Heç bir müqavilədə Təqsirləndirilən şəxs nə adı, nə də imzası vardır. Beləliklə şərh olunan hallar onu göstərir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Hökmdən birinci instansiya məhkəməsinin icraatında iştirak etmiş Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmünü cinayət qanunun norması düzgün tətbiq olunmaqla təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətinə, törətdiyi cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin edildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncunun təqsirli bilindiyi maddənin sanksiyası nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Belə ki, cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyrirəsmi nikahda olduğu X9 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "Ultra İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 96.000 manat, tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs9 60.000 manat məbləğində ümumilikdə 185.000 manat, özünün tanışı olan "Golden Lion” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində "Otel- Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Zərərçəkmiş şəxs6 170.080 manat, tanışları Zərərçəkmiş şəxs2 gəlini Şahid2 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dollar, tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X24 və onun şəriki Zərərçəkmiş şəxs1 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Zərərçəkmiş şəxs1 33.000 manat, tanışı "Korkmaz Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs7 və onun şəriki Şahid1 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X21” tikinti layihəsinin İcrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 255.015 manat, tanışı Zərərçəkmiş şəxs8 nümayəndəsi Şahid10 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Zərərçəkmiş şəxs8 MMC-yə 150.000 manat, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid9 Göygöl rayonu ərazisində “X36 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ümumilikdə 211.400 manat pulu Şahid9 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 211.400 manat təkrar dələduzluq etməklə maddi ziyan vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasım, Təqsirləndirilən şəxs öz şəxsi hesabına zərərçəkmiş şəxslərin əksər hissəsinə vurulmuş maddi ziyanın aradan qaldırılmasım, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bir ilə barışıq əldə edərək həmin şəxsin ona qarşı heç bir şikayət tələbinin olmadığını CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Rəşad Cəfəovun əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirici hal kimi qəbul etməklə və məntiqi olaraq şəxsin ilk dəfə cinayət törətdiyini vurğulamaqla həmin halı cəzanı yüngülləşdirici hal kimi nəzərə alması düzgün mövqe deyildir. Belə ki, CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Rəşad Cəfəovun törətdiyi cinayətin ağır cinayətlər qrupuna aid olmuşudur. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini cəza təyini zamanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə Rəşad Cəfəovun yaşadığı yer üzrə müsbət xarakterizə edildiyini yüngülləşdirici hal kimi göstərmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə yalnız təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasım göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi fakt kimi təkzib edilməsə də, həmin faktın təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qəbulu əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 9 nəfər zərərçəkmiş şəxslərə ümumilikdə ******* (bir milyon yüz səksən beş min beş yüz beş) manat məbləğində zərər vurmuş, bundan 4 nəfərə 618025 (altı yüz on səkkiz min iyirmi beş) manat məhkəmə istintaqı zamanı ödənilmiş, 1 nəfərə isə 20000 (iyirmi min) manat qismən ödəniş etmiş, 5 nəfər zərərçəkmiş şəxsə 554480 (beş yüz əlli dörd min dörd yüz səksən) manat vurulmuş maddi ziyan ödənilməmişdir ki, belə olan halda törədilmiş əməlin ictimai təhlükəliliyi də aradan qalxmamışdır. Hesab edir ki, məhkəmə zərərin ödənilməsi faktının təqsirləndirilən şəxsə münasibətdə yüngüllüşdirici hal kimi qəbul etməsində də haqlı olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlililiyinin xarakteri ağır cinayətlər kateqoriyasına aid olmaqla, qəsdən törədilməsində, cinayətlərin ictimai təhlükəliliyinin dərəcəsi isə vurulan ziyanın külli miqdarda olmasında ifadə olunmuşdur. Qeyd etdiyi halların mövcudluğu şəraitində belə məhkəmənin Təqsirləndirilən şəxs şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən onları əsassız olaraq yüngül cəzaya məhkum etməsi anlaşılan deyildir. Hökmdən zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin təmin edilməsini, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinin təmin olunmasını, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısnın sualına cavab olaraq Zərərçəkmiş şəxs8 MMC-nin nümayəndəsi X18 bildirmişdir ki, məhkum edilmiş şəxs tərəfindən dəymiş 150 000 manat ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs2 bidirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vululmuş ziyanın tam ödənilmiş,, Zərərçəkmiş şəxs6 oğlu bidirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu 100000 ABŞ dolları ziyan ödənilməmiş ,Zərərçəkmiş şəxs1 isə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 08.02.2022-ci il tarixli teleqramdan görünür ki, təqrsiləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilməmiş və bu mövzuda onunla heç bir danışıqların aparılmaması səbəbibdən məhkəmədə iştirak etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti isə təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdə Run Group MMC-nin tərkibinə daxil olan "xxxx" MMC-yə prodüserlik məsləhətləri vermişdir. Həmin MMC Azərbaycanda bir neçə film də çəkmişdir. "xxxx" MMC-nin ofisi əvvəllər Səbail rayonu, Lermontov küçəsi 3 ünvanında yerləşmişdir. O da həmin ofisə gedib gəlmişdir. X31 ilə şəxsi münasibətləri olmuş, onun nə iş görməsi ilə maraqlanmamışdır. O, ümumiyyətlə Run Group MMC-nin işləri ilə maraqlanmamışdır. Onun sadəcə məlumatı olmuşdur ki, "xxxx" MMC Göy-göl rayonu ərazisində bir neçə obyektin tikintisi üçün rayon İcra hakimiyyətindən icazəsi olmuşdur. Buna görə də hazırkı iş üzrə şikayət etmiş şəxslər onun xəbəri olmayan işlərlə məşğul olmuşlar. Onun kimlərlə müqavilə bağlamasından, müqavilənin məzmunundan, eləcə də kimdən nə qədər pul almasından məlumatı olmamışdır. Həmin şəxslərlə söhbətlərdə o, iştirak etməmişdir. Lakin sonralar həmin şəxslər İranə Talışxanovanı narahat edəndə, o, İranədən məsələlərin nə yerdə olduğunu, bu şəxslərin nə istədiklərini soruşduqda, İranə ona işlə bağlı olduğunu, ona qarışmamasını bildirmişdir. Sonradan həmin şəxslər İranə Talışxanovanı axtardıqda, onunla mübahisə etməyə başladıqda, o, həmin şəxslərlə görüşmüş və həmin şəxslər ona İranə ilə aralarında olan problemləri danışanda, onlara demiş ki, İranə ilə aralarında olan olan mübahisələri özləri həll etsinlər, o qarışmamışdır. O, hazırkı iş üzrə şikayət etmiş şəxslərlə heç bir əlaqəsi, münasibəti olmamış, onlardan pul almamışdır, onlara heç bir vəd verməmişdir. O, Zərərçəkmiş şəxs2 tanıyır, onu İranənin ofisinə gələn zaman tanımış, X31 ilə iş birlikləri olmuşdur. Onlar arasında olan məsələlərdən məlumatı olmamışdır. Onun yalnız məlumatı olmuşdur ki, X3 borc almış və həmin pulu da istintaq zamanı qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs7 bir neçə dəfə ofisdə görmüş, onunla heç bir söhbəti olmamışdır, sadəcə olaraq bir dəfə o, İranə Talışxanova ilə kobud danışdığına görə, ona irad bildirərək, ofisi tərk etməsini tələb etmişdir. Ondan pul almamış, sonradan İranə ona müqaviləsi gecikdiyi üçün Ruslanın kobudluq etdiyini və pulunu istədiyini bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında 100.000 ABŞ dolları pul almamışdır, həmin pulu X32 Talışxanovaya vermişdir. Ruslanla İranə arasında bildiyi qədəri ilə podrat müqaviləsi bağlanmışdır. Həmin pul da proyektin hazırlanması üçün sərf edilmişdir. Ruslan Abdulayevlə bütün söhbətləri İranə Talışxanova özü etmiş və pulu İranə almışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 tanıyır, onu Rəfail Hüseynovun sürücüsü kimi tanımışdır, Rəfail Hüseynovu bir neçə dəfə ofisdə görmüşdür. Onunla da heç bir münasibəti olmamışdır. X16 ilə aralarında olan iş birliklərindən məlumatı olmamışdır. Lakin Rəfail rəhmətə getdikdən sonra Yusif onunla görüşərək Rəfail Hüseynova 12000 ABŞ dolları pul verdiyini, Rəfail də həmin pulu İranə ilə aralarında bağladıqları üzrə Göygöl rayonu ərazisində məktəb tikintisinə sərf etdiyini bildirərək, həmin pulu qaytarmağı xahiş etmişdir. O da həmin 12000 ABŞ dollarını Yusifə qaytarmışdır. Lakin ondan heç bir qəbz almamışdır. Bundan başqa onun Yusiflə arasında heç bir münasibəti olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 və Nadir Quliyevi tanıyır onları ofisdə görmüşdür. Onlarla arasında iş barəsində heç bir münasibəti olmamışdır. İranə ilə onlar arasında olan iş münasibətlərindən məlumatı olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs8 MMC-nin direktoru Nümayəndə tanımır, onlarla arasında heç bir münasibəti olmamışdır. Bundan əlavə, o, Kırbali Halili tanıyır, onunla ofisdə olan zaman görüşmüş, onunla iş barəsində, eləcə də İranə ilə arasında olan pul məsələləri barəsində heç bir məlumatı olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 görməmiş, onu tanımır, Şahid9 isə ofisdə görmüşdür. Onunla da İranə arasında olan məsələlərdən heç bir məlumatı olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsində məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxslər, şahidlər də ifadə vermişlər. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətlərin faktiki hallarına uyğun nəticəyə gəlmiş və qeyd edilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilir. Məhkəmə kollegiyası məhkum və onun müdafiəçisi tərəfində məhkum Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsinə və apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşır və onların dediklərini məhkumun müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui- istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsi hissəsində birinci instansiya məhkəməsinin cəzanın tətbiqi ilə bağlı gəldiyi nəticə əsaslı deyil və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəza təyin etmənin ümumi prinsiplərinə uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının (25.10.2007-ci il təvəllüdlü X19 və 16.01.2009-cu il təvəllüdlü X25) olmasını və onun tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı qismən ödəməsini, Zərərçəkmiş şəxs7 iş üzrə heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, idman sahəsində nailiyyətlər əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və bu halları hökmdə əsas tutaraq ona aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işi materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs2, Ruslan Musatafayevə, Zərərçəkmiş şəxs4, Mehman Hüseynova cinayət əməli nəticəsində vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, Zərərçəkmiş şəxs1 cinayət əməli nəticəsində vurulmuş maddi ziyandan 20.000 manat olmaqla qismən ödənilmiş, bundan əlavə Zərərçəkmiş şəxs7 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Lakin, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hansı tələblərinin olmaması və ya barışıq əldə edilməsi iş üzrə öz əksini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 178.3.2-ci maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, məhkəmə əsasssız olaraq CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Plenumunun 8-ci bəndində göstərilir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddindən az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsim əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici hallan, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində nəinki yuxarıda göstərilən hallar, hətta onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan digər hallar da olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, Təqsirləndirilən şəxs ağır cinayət hesab olunan külli miqdarda dələduzluq etməsi cinayətini təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1, və 398.1.4-cü maddələrinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə görə hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 405.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(101)-233/2021 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) il müddətinə artırılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-201/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-201/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver