Məhkəmə qərarları › İş №1(103)-2010/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2010/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2010/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X5, X3 və X6 ibarət tərkibdə) 1977-ci il iyulun 05-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay 06 (altı) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə narkotik maddə olan bitkilər, yəni istifadə edilməsi və əkilib becərilməsi qadağan edilmiş narkotik təbiətli (kannabis) bitki olan marixuana toxumlarını əkmiş və onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı evin həyətində saxlamış, 2020-ci il sentyabrın 30-da saat 13 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına baxış zamanı həyətyanı sahədən külli miqdarda, yəni təmiz çəkisi 2.250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.930 qram olan bitki nümunələri olmaqla əkilərək becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi olan qurudulmamış marixuana aşkar edilib götürülmüşdür. Hökmdən məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış və ətraflı araşdırma aparmadan qanunsuz hökm çıxarmışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif etmişdir.həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 oktyabr tarixli protokoldan və məhkəmədə DVD diskinə keçirilən baxışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilən baxış görüntülərini özündə əks etdirən DVD diskinə baxış zamanı sonuncunun evin arxa tərəfindəki daş hasarın qarşısında, habelə evin digər tərəfində əkdiyi çətənə bitkilərinin yerini könüllü göstərməsi, polis əməkdaşlarının bitkiləri kökündən çıxarıb bir yerə yığması, bundan sonra Təqsirləndirilən şəxs masanın altında gizlətdiyi qara rəngli sellofan torbanı gətirərək könüllü təqdim etməklə torbanın içərisində narkotik vasitə olmasını, göstərilən maddəni şəxsi istifadəsi üçün əkib becərdiyini bildirməsi müəyyən olunmuşdur Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli 7/679 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin...1 ədəd qara rəngli sellofan torbada...» sözləri və imzalar olan bir ədəd qara rəngli sellofan torbadakı təmiz çəkisi 2.250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən...12 ədəd çətənə kolları» sözləri və imzalar olan bir ədəd torbadakı 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.930 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli çətənə (kannabis) bitkiləri olmaqla aqronom (mütəxəssis) rəyinə əsasən göstərilən bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur; tədqiqatdan sonrakı narkotik vasitə qurudulmuş marixuananın qalığı 2.249,8 qram, çətənə (kannabis) bitkilərinin qalığı 2.929,76 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il oktyabrın 12-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2010-cu il 07 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2011-ci il 22 sentyabr tarixli qərarına əsasən cəzadan 02 ay 29 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar