Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2019/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi, “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə3, Maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 nümayəndəsi, “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli 1(101)-183/2017 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi, “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə3, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və digərlərinin məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi, “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə3 ayrılıqda, eləcə də maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 birgə vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3, xx.xx.2024-cü il tarixli qərarı ilə isə maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 həmin məhkəmənin xx.xx.2017ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi həmin qərarları qəbul edərkən belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət maraqlarına toxunan şəxslər tərəfindən üzrsüz səbəbdən buraxılmış, hökmdən apellyasiya şikayəti verilməsi üçün uzun müddət keçmiş, onlara vaxtında apellyasiya şikayəti verməsi üçün heç bir maneə olmamışdır, bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət təmin edilə bilməz. Məhkəmə iclasında maraqlarına toxunan şəxslərin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini, dövlət ittihamçısı hökmdən apellyasiya şikayətinin müddət ötürülməklə verildiyini, müddətin bərpa edilməsi üçün isə heç bir üzrlü səbəb və əsasın olmadığını göstərərək, verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətlərini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və digərlərinin məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3, eləcə də maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 tərəfindən verilmiş apellyasiya şikayətlərinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarından maraqlarına toxunan şəxsin nümayəndəsi və maraqlarına toxunan şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərarlar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, maraqlarına toxunan şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə m əhkum edilmiş şəxslərin yaxın qohumları olmaqla bu hökmlə müsadirə olunmalı əmlaklardan məlumatlı olmuş, onları uzun müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətlərin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3, eləcə də həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 apellyasiya şikayətləri təmin edilməməli, mübahisələndirilən qərarlar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-nin 193, 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin xx.xx.2024-cü tarixli qərarı maraqlarına toxunan şəxs Maraqlı şəxs6 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə, xx.xx.2024-cü il tarixli qərarı isə maraqlarına toxunan şəxslər X3, X5 və Maraqlı şəxs10 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X2 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-2019/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2019/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver