Məhkəmə qərarları › İş №1(103)-2021/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2021/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2021/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, “Femida” Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Fərid Namazov) xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, himayəsində 02 azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon İsrafil Həşimov küçəsi ev 4A mənzil 12-də qeydiyyatda olan və Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 38 mənzil 40-da yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində 04 sentyabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Əli” adlı İran vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsü ilə mənfəət kimi gəlir əldə etmək müqabilində “Əli” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib sonuncu tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan qrup üzvünün vasitəsi ilə Bakı şəhəri Nizami rayonu ərazisində istintaqa məlum olmayan yerdə 1005,0 qram çəkidə külli miqdarda narkotik vasitə-heroinin əvvəlcədən qoyulması təşkil edildikdən sonra “Əli” adlı şəxsin tapşırığı ilə 14 sentyabr 2022-ci ildə Bakı şəhəri Nizami rayonunda külli miqdarda təmiz çəkisi 1005,0 qram narkotik vasitə-heroini götürüb qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında 14 sentyabr 2022-ci ildə saat 18:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilmiş, xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki, üzərində “Original Levis” yazısı olan, göy rəngli sellofanın içindən bir ədəd bükümdə, yapışqan lentlə bağlanmış təmiz çəkisi 1005,0 qram külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Məhkəmənin hökmü ilə razılaşmayan təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməmədə proses gedişində qeyd etmişdik ki, müdafiə etdiyi şəxsin faktiki və qanunu əsas olmadan tutulması, qanunda nəzərdə tutulmayan şəxsi axtarışla tutub ondan narkotika aşkar edilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qanunveriicilikdə nəzərdə tutulmuş qaydada aparılmaması və sənədləşdirilməməsini, müdafiə hüququnun pozulmasını, “istintaq hərəkətinin” faktiki gedişatını özündə əks etdirən DVD diskdə olan görüntülərdə pozuntuları da göstərməklə qanunvericiliyinin tələblərinin pozulmasına dair məhkəmənin nəzərərinə çatdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Nizami rayonu 24-cü polis şöbəsində hər hansı əməliyyat-qeydiyyat işi açılmamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış, onun barəsində polis əməkdaşlarının ehtimal etdiyi məlumatla bağlı “Əməliyyat-axtarış fəaliyyəti barədə” Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onun tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, istintaq orqanı tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. İşin hallarına görə “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 14 senyabr 2022-ci tarixli qərara əsasən polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müdafiə etdiyi şəxsin tutulması barədə ittihamda və hökmdə qeyd edilənlər həqiqətə uyğun deyil. Şəxsin tutulması əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamış, lakin iş materiallarına əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması və üstündə şəxsi axtarışın aparılması üçün polis əməkdaşlarının əlində heç bir əsas olmamışdır. Onun tutulması və üstündə şəxsi axtarışın aparılması qanunun tələblərinə uyğun olmadan pozuntusu ilə keçirilmişdir. İşdəki sübutlara əsasən 14 sentyabr 2022-ci il tarixli “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Qərar”da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi daşıması və saxlamasında şübhəli olması barədə məlumat heç bir sübutla əsaslandırılmamış və yalnız ehtimal xarakteri daşımışdır. Əməliyyat müvəkkilinin hansı cinayət işinə və fakta, məlum və qərəzsiz, etimad doğuran mənbəyə istinadən belə nəticəyə gəlməsi məlum deyildir. İşdə həmin məlumatın belə bir cinayət işinə məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən verilməsi və əsaslı olması barədə heç bir mötəbər sübut yoxdur. İttiham orqanı tərəfindən də ehtimal edilən bu halla bağlı cinayət işinin qərəzsiz və etimad doğuran mənbənin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, daşıması və saxlaması ehtimalı qərəzsiz və etimad doğuran mənbə hesab edilə bilməz. Təqsirləndirilən şəxs qanunsuz satış məqsədilə narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat heç bir sübuta və əsaslı fakta istinad olunmadığı və qanuni yolla əldə olunmuş sübutlarla təsdiq olunmadığı halda, onun tutulması və üstündə şəxsi axtarışın aparılması qanunun pozuntusu kimi qiymətləndirilməlidir. Fərid Mustfayevin tutulması, polisə gətirilməsi, üstündə şəxsi axtarışın aparılması belə məlumatların yoxlanılmasının nəticəsi kimi keçirilməmişdir. iş materialına görə Təqsirləndirilən şəxs cinayətprosessual qanunvericiliyi qaydasında tutulması, polis bölməsinə gətirilməsi və üstündə şəxsi axtarışın aparılmasına qanuni əsaslar mövcud olmamış, yəni CPM-nin 148.2-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, ya bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini birbaşa göstərməmiş, tutulmamışdan əvvəl onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunmamışdır. CPMnin 148.3-cü maddəsində qeyd edilən hallar da mövcud olmamış, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar qeydə alınmamış, o, hər hansı hadisə yerindən qaçıb gizlənməmiş, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməmiş, daimi yaşayış yerinə malik olmuş və ya başqa ərazidə yaşamamış, şəxsiyyəti hüquq-mühafizə orqanlarına bəlli olmuşdur. Təqsirləndirilən şəxs tutulması, fiziki azadlığının məhdudlaşdırılması və polis bölməsinə aparılması, tutulmanın sonradan polis şöbəsində müəyyən vaxt keçdikdən sonra qeydə alınması əslində onun tutulmasının vaxtı və yerinin, şübhənin mahiyyətinin düzgün qeydə alınmamasını göstərir. Tutulduğu andan vəkilin yardımından istifadə etməmiş və işin müzakirəsi, onun xeyrinə sübutların toplanması, dindirmələrin hazırlanması və digər hüquqi və mənəvi dəstəyi almamışdır. İş materialında olan 14 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmasının vdeogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi nəzərdə tutulmuş hüquqlarından heç biri, o cümlədən özünə qarşı ifadə verməmək hüququ izah edilməmiş, evdən “aşkar olunmuş” narkotik vasitə ilə bağlı ifadə alınmış, faktiki olaraq ittihamın irəli sürülməsi üçün bu ifadə məlumatından istifadə edilmiş, şəxsi axtarışın aşkar olunduğu əşyalar qanunvericiliyə uyğun götürülməmiş və müdafiəçi iştirak etmədiyi üçün bu hallar barədə təhqiqatçıya iradını bildirəsi qeyri mümkün olmuş, şübhəli şəxsin özünə qarşı ifadə verməməsi üçün qanuni tədbir görməmişdir. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Videoçəkiliş dedikdə çəkilişin tam, kəsintisiz, müfəssəl aparılması, istintaq hərəkətinin gedişatı və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayətin cəhətləri ilə cinayət-hüquqi normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli vəzifəli şəxslər tərəfindən keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materialından və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətlərin törədilməsi istintaq və məhkəmədə dindirilmiş polis işçilərin şahid qismində, o cümlədən digər şahidlərin ifadələri ilə; onun narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə əməliyyat məlumatının daxil olması və əməliyyat tədbirlərinin hazırlanması və keçirilməsinə dair toplanmış ilkin sənədlərlə; maddi sübutların aşkar olunaraq götürülməsinə dair şəxsi axtarış və götürmə aparılması barədə protokollarla; keçirilmiş məhkəməkimyəvi ekspertizasının rəyi ilə; keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə; başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl “İnstagram” sosial şəbəkəsindən tanıdığı “Əli” adlı İran vətəndaşı ondan narkotik vasitə istəyib-istəmədiyini soruşduqda, 5 uşağı olduğuna görə narkotik vasitələri almağa pulunun çatmadığını, pulsuz verdiyi təqdirdə istədiyi barədə yazışdıqdan təxminən 10-15 gün keçdikdən sonra, yəni 14 sentyabr 2022-ci ildə “Əli” adlı şəxs “Whatsapp” tətbiqi vasitəsilə ona 5 qram heroin yollayacağını deyib narkotik vasitənin yerləşdiyi yerin şəklini göndərmişdir. Bundan təxminən 01 saat sonra “Bolt” şirkətindən taksi sifariş edib oğlunu atasının yaşadığı ünvana apardıqdan sonra həmin ünvana gedərək “Akay” adlı avtoservisin yaxınlığındakı yarımtikili yanından aşağıya doğru istiqamətlənib narkotik vasitəni axtararkən 04 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etmədən qolunu burub avtomobilə əyləşdirərək polis şöbəsinə apardıqdan sonra orada polis əməkdaşlarına onu buraxmalarını dedikdə, səbrli olmasını, sənədləri imzaladıqdan sonra buraxacaqlarını demişlər. Hansısa sənədi imzaladıqdan sonra, növbətçi hissənin yanındakı bağlı yerə gətirilmiş, orada olan polis əməkdaşı kiminləsə telefonla danışıb 1 saat narkotik vasitə axtardıqdan sonra bağlama gətirmiş, videoçəkiliş olacağını, videoçəkiliş zamanı həmin bağlamanı nümayiş etdirməli olduğunu və videoçəkilişdə narkotik vasitənin özünə məxsusluğunu bildirdikdən sonra azadlığa buraxılacağı deyəndə razılaşaraq videoçəkilişdə bağlamanı özününkü kimi təqdim etmişdir. Bundan başqa, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, tutulduqdan 2-3 ay əvvəl narkotik vasitədən istifadə etməyə başladığını, “İnstagram” şəbəkəsində və “Whatsapp” ilə “Əli” adlı şəxslə latın qrafikası ilə yazışdığı, mobil telefonda yazı bölməsində yazmağı bacarsa da, əl ilə yaza bilmədiyini, polis bölməsində sənəd imzalayarkən polisə oxuya bilmədiyini desə də, buna məhəl qoyulmadığını, şöbəyə aparıldıqdan sonra “Əli” adlı şəxs ona “götürdün?” deyə mesaj yazdıqda, əməliyyatçının ona “cavab ver götürdüm, başqa heç nə demə” deyə cavablandırmasını tələb etdiyini, həmin polis əməkdaşına narkotik vasitəni götürmədiyini söylədiyini, “Əli” adlı şəxs ona ən azı 5-10 qram yolladığı narkotik vasitə bağlama sement kisəsinin altında olduğundan çəkisindən məlumatsız olduğunu, bağlamanı götürmək istəyəndə balaca ölçüdə olmasını gördüyü lakin götürə bilmədiyini, polis şöbəsinə daxil olduqdan 15 dəqiqə sonra üzərinə videoçəkilişsiz baxış keçirilərkən “1 manat” və “Leobank” plastik kartının aşkarlandığını, həmin kartı dostlarının ona pul göndərməsi üçün əldə etdiyini, həmin vaxt üzərində narkotik vasitənin olmadığını, növbəti baxış isə təxminən 01 saat sonra aparıldığını, müdafiəçisinin iştirak etmədiyini, tutulduğu ərəfədə ***-***-**-** mobil nömrədən istifadə etdiyini, videoçəkilişin 2-3 dəfə aparıldığını bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili kimi xidmət edərkən, narkotik vasitələrin dövriyyəsi və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 14 sentyabr 2022-ci ildə saat 18:30 radələrində Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə Nizami rayonu Elşən Süleymanov 167 ünvanının yaxınlığında yarımtikili yanında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra hava şəraitini və həmin yerdə insanların çox olmasını nəzərə alaraq, təhlükəsizliyinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etdikdə razılaşmışdır. Polis şöbəsində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən 01 manat pulu və “Leobank”-a məxsus olan plastik bank kartını, arxa cibindən bir ədəd “Samsung” markalı telefonu və əlindəki göy rəngli sellofan torbanı təqdim etmiş və həmin torbanın içində “kola” (heroin) kimi adlanan narkotik vasitənin çəkisinin 01 kq-dan bir az çox olduğunu, həmin narkotik vasitəni İranlı “Əli” adlı şəxsin göstərişinə əsasən, qazanc məqsədilə əldə etdiyini və kiməsə çatdıracağını, pul əvəzinə müəyyən hissəsinin çəkilib veriləcəyini bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq möhürləndikdən sonra ekspertizaya göndərilmiş, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları ilə özü tərəfindən hər hansı zorakılıq edilməmiş, maddi sıxıntısı ucbatından qazanc əldə etmək üçün narkotik vasitənin satışı ilə məşğul olduğunu səmimi etiraf etmiş, nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə kütlə təqdim olunmamış, həmin videoçəkiliş 01 dəfə aparılmış, təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi yoxlanılmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər-Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək, öz ifadələrində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 sentyabr 2022ci il tarixli qərardan və protokoldan, habelə “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd Azərbaycan manatını, “Leo Bank” plastik kartını, həmin şalvarın arxa sol yan cibindən “Samsung A12” markalı mobil telefonu və əlində olan üzərində “Original Levis” yazılı göy sellofanı təqdim etdikdən sonra, sellofanın içərisində yapışqana bükülü vəziyyətdə bükümün içərisində “kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və onu tanımadığı İran vətəndaşından aldığını bilmişdir. 01 ədəd yapışqan bükümdəki narkotik vasitəyə bənzər maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənmiş, habelə üzərində “***-***-**-**” mobil nömrə olan “Samsung A 12” markalı mobil telefon, “4098 5844 5025 5458” nömrəli “Leo Bank” plastik kartı sübut əhəmiyyətinə malik olduğuna görə götürülmüş, 01 ədəd Azərbaycan manatı isə saxlanılan Təqsirləndirilən şəxs qaytarılmışdır (c-1, i.v. 30-32; 118-119). Məhkəmədə tədqiq edilmiş “Baxış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxsdan götürülmüş “Samsung A 12” markalı mobil telefonda sübut əhəmiyyətli yazışma və səs yazıları müəyyən edilib götürülmüş və fotoşəkilləri əlavə edilmişdir (c-1, i.v.38-42). Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6\5212 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “DİN-in Zərflər üçün №164” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilən bir ədəd kağız paketdə bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən, “Whatsapp” proqramından istifadə olunmaqla aparılmış danışıqlardan göründüyü kimi, 14 sentyabr 2022-ci ildə saat 17:50-də Təqsirləndirilən şəxs mobil telefonunda “Ali Ünvan” kimi qeyd edilmiş “+**********29” mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “Nə oldu götürdün? Tez mənə cavab ver” və “Orada əlli dənə daş, əlli dənə torpaq sənindir. Qalanı da qoyasan başqa yerə. Deyəcəm hara” məzmunda səs yazısı göndərmiş, Təqsirləndirilən şəxs cavabında “Əli götürdüm ey, hara aparım” məzmununda soruşmuş, “Ali Ünvan” adlı şəxs Təqsirləndirilən şəxs “Get evə.Deyim.Görüntülü zəng vur. Bax əlli dənə daş, əlli torpaq sənindir. Yaxşı, bəlgəsini də get evə deyəcəm” məzmununda səs yazısını göndərmişdir. “Whatsapp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci ildə saat 17:06-da Təqsirləndirilən şəxs “+994-55-488- 61-88” nömrənin istifadəçisinə “Gonder Bura” mətnini yazmış və “4098 5844 5025 5458” nömrəli “Leo Bank” plastik bank kartının şəklini göndərmiş, həmin şəxs isə “Fərid sən götür sənə quzu kəsərəm. Mən də bir bir saata oradayam qaqaş. Təmiz bir 40 dəqiqəyə, 01 saata oradayam” məzmununda səs yazısı göndərmişdir. Təqsirləndirilən şəxs cavabında “Hə yaxşı ürəyim qurban.Narahat olma.Elə gəlmişəm bura. Laçın tərəfdən götürməyə” məzmunda yazı yazmışdır. Həmin şəxs saat 17:11-də Təqsirləndirilən şəxs 05 manat ödəniş etməsi barədə qəbzin şəklini göndərmiş, saat 18:07-dən 20:02-dək yazılarda Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, 05 manatı götürüb vədinə əməl etmədiyinə görə irad bildirmiş, Təqsirləndirilən şəxs həmin mətnləri və səs yazısını cavabsız qoymuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqindən istifadə olunmaqla aparılmış danışıqlarda 14 sentyabr 2022-ci ildə saat 17:00-da telefonda “Vaska xaqlar” kimi qeyd edilmiş “+994-55-842-22-15” nömrə istifadəçisinə “Vaska neyləyirsən qardaşım. Cavab ver tez elə işim var” səs yazısını göndərmiş, “Vaska xaqlar” adlı şəxs Təqsirləndirilən şəxs “Konum at” mətnini yazmış, Təqsirləndirilən şəxs olduğu yerin, yəni ünvan 5 ünvanının xəritəsini göndərmişdir. Saat 17:43-ə qədər aparılan danışıqlarda Təqsirləndirilən şəxs “Vaska xaqlar”- dan nəyə görə yubandığını soruşmuş, heç olmasa ona 05 manat göndərməsini demiş, “Vaska xaqlar” isə anası yanında olduğundan yubandığını bildirmişdir (c-1, i.v. 139-140). Məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1.005,0 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf olunduqdan sonra 1004,95 qram heroin Bakı şəhəri Nizami rayon polis idarəsinin saxlama kamerasına təhvil verilmişdir (c-1, i.v. 91). Məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-17718/22 saylı məktubla daxil olmuş CD diskə keçirilmiş baxış zamanı CD diskdə «SMS Tarixcesi **********5225 709870252» qovluğunda Təqsirləndirilən şəxs xx-xx-2022də saat 02:29:07-də “+994-50-445-02-67” nömrəli abonentə «Qardashim.ehmedliye gelme men nerimanova gedirem.goturmeye yetim zeng eledim. acmadin», saat 02:44:54-də «Yetim alinmadiye bugun istisen kart at pulu atim yada gunorta goeusherik», xx-xx- 2022 tarixdə saat 00:41:53-də “+994-55-412-26-25” nömrəli abonentə «Ay da tecili.30azn.lazimdi heci puldan.catmir nece edek unvan hazirdi qaqa 30az. Lazimdi», saat 14:02:46-da “+994-70-868- 78-37” nömrəli abonentə «Ay qaqa sene dedim.axi.yoxudu dedim.iki dene 05 qalib birini.men goturdum.birini bashkasina.verecek men.mkr.dayam.atamin.yaninda danisha bilmirem», xx-xx-2022-ci ildə saat 00:19:30-da “+994-55-574-28-33” nömrəli abonentə «Qaqa uwag yanimda uzanirsa senin iwin denen bawqa yene sivyaza cixim bir sozle iwimi bilimde qaqaw», saat 02:05:53-də “+994-50-743- 34-32” nömrəli abonentə «Qaqash hardasan seherden seni gozleyirem mene deyirsen orda gozle harda qaldin anar camahat pulu gozleyir», saat 02:16: 05-də «Qaqa bele elemede balam cani pis veziyyetde qoyma meni sen balavin cani anam qebri menen isteyir pulu qaqa», saat 02:26:22-də «Qaqa sen balavin cani pulu getir direshib ki pulu ver anam qebri qurban olum qaqa gel pulu ysda malini verek getsi ata», saat 02:51:34-də «Neise onsuzda seni telesme corey kestiyin adama bele.edirsen sene neise olanda deyirem.anar ne olub sene derman alim ama senmeni got vezyetde qoydun”, saat 03:06:28-də «Ushaq ozu gorushecey senle sen tanimamisan sabah taniyarsan menide axtarma bunan sonra”, xx-xx-2022-də saat 22: 38:22-də “+994-55- 389-36-80” nömrəli abonentə «50255458 buyur abi can yol puluda at», xx-xx-2022-ci ildə 16:35:59 nömrəli abonentə “**********255458 qardashim 10 azn at yol pulum.da yoxdu”,xx-xx-2022də 11:57:32-də “+994-99-724- 24-29” nömrəli abonentə “Sabahin xeyir qaqam nihatin dostu ureyim qurban 3dene tebii 1qr ptgelib deyirəm” mətn göndərilmişdir. «SMS Tarixcesi **********5228 709870252» qoluğunda Təqsirləndirilən şəxs nömrəsinə xx-xx-2022-ci ildə saat 8:19:43-də “+994-55-412-26-25” nömrəli abonentdən “Ferid sen ferhadin aminin cani bizi dirazitde qoyma getir ver mene nezerimde saxlayacam seni”, xx-xx-2022 ildə saat 14:27:29-da “+994-50-400-06-03” nömrəli abonentdən “cavab ver beynim conur”,xx-xx-2022 ildə saat 14:42:23-də “+ 994-50-400-06-03” nömrəli abonentdən “pulu gaytar tez hecne lazim deyil tez”, xx-xx-2022 ildə 06:48:39-da “+994-51-410-08-57” nömrəli abonentdən “Fərid var yoxun sikim başka cürola bilmez mən ne zulumla pul tapıb”, xx-xx-2022 ildə saat 06:48:40-da «b attım işten izaze sen ise cavab ver”, xx-xx-2022 ildə saat 00:32:27-də “+994-55-574-28-33” nömrəli abonentdən «Gözdüyüramda götürüm yıgacam sani tez alnırsa götür gardaşım», 17-08- 2022 ildə saat 23:44:08də “+994-55-353-40-33” nömrəli abonentdən «Gardashim atamin qebri chox pis vezyetdeyem sen balalarivin cani nese el at qardasiva xais edirem senen», xx-xx-2022 ildə saat 10:19:30-da «Dunen geceden beri sennen shey istedim azmazda olsa elemeyini gözledim amma gorurem vecine deyil onsuzda dostum dediyin oqlanlar qehbenin qarni”,xx-xx-2022 ildə saat 10:19:31-də “an cixanlar 100 mana- ta yaxin pulumu yediler amma sene gore keçdim cunki xetrini cox isteyirem Sende gordunki nece pis vezyetde qaldım nolardiki bideneyu», xx-xx-2022ildə saat10:19:42-də «ogulvari nese etseydin atamin qebri pulum yoxdu eyer pulum olsa agiz acmaram sene istemerem hecne pulsuz», xxxx-2022 ildə saat 23:51:57-də “+994-55-389-36-80” nömrəli abonentdən «ay qaqa yene bashladuq? Sene bir quran soz dedim axi zeng vuranda bir cavab ver duzenimi bilek. ne ish gorey gozduyum gedim neyniyim?», saat 01:11:25-də «abi bunnan sora sene kartnan pul gonderen oglanin agzina soxsunlar....bele getursonde sagol getirmesunde.... bitdi gondermey meselesi! yene meni xiyar k» saat 01:11:31-də «imi saxladun opurem coxsagol», xx-xx-2022 ildə saat 06:03:07-də “+994-70-250-64-63” nömrəli abonentdən «Eeee anam cani qaqas bidene narmalni gotur gel qardasin seni 150-200 manat atsin qabaxa usaxlara mekdebe lezedi sunqa» saat 06:03:09-da «eyaqabi şalvar qaroci cox seyde k» saat 06:39:06-da «Eyaqabilar qrasafqalar qaroci ucunede sunqa ayaqabi ela vezyeyde var mende balacalar ücun vapsem coxdu pas paltar pasdi teze kimi ba», saat 06:39:08-də «xiram bele camat qudurub gelende baxarsan ac bu poxvu bir soz de mene yeke oxlansan al sen balarvin cani ferid ac bidene», xx-xx-2022 ildə saat 21:47:37-də “+994-55-248-32-46” nömrəli abonentdən «Farid hardasan san man blikmuzdayam dediylarinin hamisini tiqmiwam qal apar ali bow qalma» mətnlərini göndərdikləri müəyyən olunmuşdur (c-1, i.v. 148-149). Məhkəmədə tədqiq edilmiş ambülator məhkəmə-narkoloji ekspertizasının 6557 nömrəli 03 noyabr 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olmuş, hazırda müayinə zamanı narkomaniyanın əlamətləri aşkar olunmur və xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk, təqsirləndirilən şəxsə məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" Kommersiya Bankı ASC-dən təqdim edilmiş “4098-5844-5025-5458” nömrəli plastik bank kartına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL-17718/22 nömrəli məktuba əlavə edilən 01 ədəd CD disk, təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, baxış, götürmə, üzləşmə protokolları, ekpert rəyi, digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir (c-1,i.v.166-176). İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. (c-1, i.v. 3). İş materialında olan “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 əməliyyat qrupu yaradılmışdır (c-1, i.v. 6-7; 8). İş materialında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 5(007)-454/2022 nömrəli 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən çıxarılmış 14 sentyabr 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (c-1, i.v. 116-117). İş materialında olan 14 sentyabr 2022-ci il tarixli raporta əsasən, həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq 24-cü polis şöbəsinə gətirilmişdir (c-1, i.v. 9). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur (c-1, i.v. 11; 26). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin 089- 20685 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Əli” adlı şəxsin yerini müəyyən etmək mümkün olmamışdır (c-1, i.v. 106-107). Məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş “4098-5844-5025-5458” nömrəli plastik bank kartının hesabına hər gün günün müxtəlif saatlarında dəfələrlə ödəniş terminalları və digər bank kartların hesabından kiçik məbləğdə pul köçürüldüyü müəyyən edilmişdir(c-1, 147) Məhkəmədə tədqiq edilmiş “Cinayət işi materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması barədə” qərara görə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə əlbir olduğu “Əli” adlı və narkotik vasitələrin mənbəyi ilə bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ayrılmışdır (c-1,i.v.178-179) Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq edilməsi təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilmişdir(c-1,i.v.207- 210) İş materiallarında olan ƏN-nin Tibb Baş İdarəsinin 8809/2022 nömrəli tibb kitabçasının kserosurətinə əsasən, kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və xəsarətlər barədə məlumat” adlı 12-ci qrafasında “Zədə aldığını bildirir.Yeni zədə və xəsarət aşkar edilmədi” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar edilmədi” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” göstərilmişdir. Birinci instansiya məhkəməsində göstərilən xüsusatın aydınlaşdırılması üçün şahidlər- Şahid1, Şahid2 və Şahid3 suallar verilmiş və şahidlər-Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxsa qarşı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərin məhkəməyədək icraatda təqsirləndirilən və ya şübhəli şəxsin ifadəsinin fiziki və psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanı- lıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılıb fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi və məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələrin və ya psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin tabeçiliyindəki narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Keçirilməsi üsulundan asılı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin yerinin dəyişməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitə və psixotrop maddənin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olmaq deməkdir. Həmin qərarın 9cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar qarşılıqlı şəkildə təhlil edilir və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsi və şahidləri dinləyib iş materialını nəzərdən keçirməklə, əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olması özünün məhkəmədə verdiyi qismən etirafedici ifadəsi ilə; ifadələrində hadisənin baş vermə yeri, mexanizmi və vaxtı barədə iş materiaları ilə uzlaşan ifadələri ilə; tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, keçirilmiş məhkəmə ekspertizaların rəyləri ilə, onun şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılması barədə istintaq hərəkətlərinin protokolları və həmin protokollara əlavə edilmiş bir ədəd videodiskdə olan videogörüntülərlə; telefon danışıqları və mesazlaşmalarla, məhkəmədə elan olunaraq tədqiq olunmuş digər çoxsaylı mötəbər sübutlarla Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayəti törətməsi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin yalnız istifadəçisi olmasını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq edilmədiyindən inandırıcı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Ali Məhkəməsinin Plenumunun qeyd edilən tövsiyyələrini, Narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu ilə, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə öz müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində hadisənin baş vermə yerinin və vaxtı barədə cinayət işinin materialı ilə uzlaşan və ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ondan aşkar olunması; məhkəmədə tədqiq edilmiş CD diskə köçürülən videgörüntülərlə; şəxsi axtarış və götürmə aparılması vaxtı tərtib edilmiş protokolun məzmunu ilə həmin halların əksini tapması kimi obyektiv təsdiq edilmiş halları və digər sübutları əlaqəli şəkildə tədqiq və təhlil etməklə hesab edir ki, onun cinayəti törətməsinə və polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsinə şübhə yarada biləcək hər hansı bir əsaslı dəlillər müəyyən edilmədiyindən məhkəmədə verdiyi ifadəsində və daha sonra müdafiəçisinin verdiyi apellyasiya şikayətində mötəbər sübutlara əsaslanmayan cinayətin tövsifinə dair irəli sürülən dəlillər verilmiş ittihamı təkzib edən sübutlar kimi nəzərə alına bilməz və cinayət əməlinin tövsif edilməsi üçün eyni zamanda sübut kimi qəbul edilə bilməz. Göstərilən sübutlara əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs istintaq və məhkəmədə öz ifadəsinin onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsi barədə irəli sürdüyü dəlillər müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun deyil və cinayətə meyilli şəxs olduğunu nəzərə alaraq, məhkəmədə öz ifadəsində və sonra müdafiəçisinin verdiyi apellyasiya şikayətində irəli sürdüyü dəlillər yalnız cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşımış və iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, onun əməlinin tövsif edilməsi üçün əsaslar hesab edilə bilməz. Eyni zamanda, Təqsirləndirilən şəxs özünün məhkəmədə verdiyi ifadəsində və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri onun ibtidai istintaq zamanı verdikləri ifadələri və digər mötəbər sübutlarla təkzib olunur. Onun əvəzli olaraq və şəxsi maraq xatirinə narkotik vasitələrin və yaxud psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması mötəbər və təkzibedilməz sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Digər tərəfdən, istintaqda və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi və cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində əməlinin tövsif edilməsi və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində ona təqsirli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair irəli sürülən dəlillərə istinad olunmaqla, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi və ya ona bəraət verilməsi üçün əsas kimi qəbul oluna bilməz və həmin dəlillər yalnız cinayət məsuliyyətindən yayınma kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə baxışında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə bağlı aşağıda göstərilənləri xüsusi ilə qeyd etməyi məqsədi müvafiq hesab edir. Belə ki, cinayət işinin materallarında olan sənədlərə əsasən, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları öz ifadələrində və idarənin rəisinə təqrirlə müraciət edib Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə idarəyə məlumatının daxil olmasını bildirərək, ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmiş və təsdiq edilmiş əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə qərar qəbul etmişdir. Qeyd edilən sənədlərdə təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərin keçirilməsi, sonuncunun müəyyən edildiyi halda üzərinə baxış keçirilməsi, onun ifşa olunması üçün əməliyyat qrupunun yaradılması qərara alınmış və qərarın surətləri məktublarla məhkəmə nəzarətini həyata keçirən Məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin İ hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1)vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanıl- ması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 8) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələri və digər obyektlərin müşahidəsi; 9) insanların güdülməsi; 10) şəxsiyyətin eyniləşdirilməsi; 11) nəzarət qaydasında mal alınması; 12) əşya və sənədlərin tədqiqi; 13) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 14) nəzarətli göndəriş; 15) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi;16)hüquqi şəxsin yaradılması; 17)əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Bu Qanunun 10-cu maddəsinin İİİ hissəsindən görünür ki, həmin maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində (insanların güdülməsi haqda) nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Bununla yanaşı, müəyyən edilir ki həmin tədbirlər, o cümlədən cinayəti hazırlayan, törədən törətmiş şəxslərin yaxalanması Qanunun 10-cu maddəsinin İV hissəsində göstərilən hallarda, o cümlədən cinayəti hazırlayan və ya törətmiş şəxsin yaxalanması və ya saxlanması, məhkəmənin qərarı olmadan da keçirilə bilər və bu hallarda əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında əsaslandırılmış qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmalıdır. Əməliyyat-axtarış fəaliyyəti subyektinin həmin qərarın nəticəvi hissəsinə nəzər yetirdikdə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə idarəsinə daxil olmuş məlumata əsasən, əməliyyat tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs güdüb (Qanunun 10-cu maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş tədbir) saxlamış (Qanunun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tədbir) və ona qeyd olunan qərarı təqdim edib psixotorop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğu olmasını deyib üzərində baxış və ya axtarış keçirmədən üstündəki qadağan olunmuş əşyaları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs könüllü və eyni zamanda cinayət məsuliyyətinə cəlb edilə biləcəyi təhdidi altında üzərində olan narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, yalnız bundan sonra üzərinə baxış keçirilmiş, lakin bunun nəticəsində əməliyyat marağı kəsb edən predmet və əşya aşkar olunmamış və götürülməmiş, yəni cinayət işi üzrə törədilmiş cinayətin predmeti olan və işə maddi sübut kimi əlavə edilmiş narkotik vasitələr və psixotrop maddələr onun üzərində baxış və ya axtarış nəticəsində deyil, özü tərəfindən könüllü təqdim etməsi nəticəsində əldə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılması və onun özünün təqdim etdiyi narkotik vasitələrin götürülməsi zamanı qanunvericiliyinin hər hansı bir tələbinin pozulması, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilməsi cinayət işinin materialından müəyyən edilmir. Belə ki, iş materialındakı sənədlərə əsasən Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və saxlanılarkən, qadağan edilmiş psixotorop maddələri və narkotik vasitələrin polis işçilərinə onların təklifinə əsasən könüllü təqdim etmiş, bundan sonra üzərində baxış keçirilmiş, bunun nəticəsində hər hansı bir əhəmiyyət kəsb edən predmet və ya əşya aşkar edilməmiş və götürülməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, həmin prosessual sənəddə öz əksini tapmış hallar Təqsirləndirilən şəxs cinayət işi başlanana qədər şəxsi baxışın və yaxud da axtarışın aparılması qadağan edilmir, yəni CPM-nin 207.4-cü maddəsinə əsasən, törədilmiş və hazırlanan cinayət barədə məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsi ilə nəzərdə tutulmuş istintaq hərəkətinin-maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti, vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə həmin Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin (tutularkən baxışa və ya şəxsi axtarışa məruz qalmaq, həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, ifrazat nümunələrinin əldə edilməsinə, müayinəyə və ekspertizanın aparılmasına məruz qalmaq) yerinə yetirməsinə keçirilən prosessual hərəkətlər istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göstərilən normanın tələbindən və mənasından görünür ki, CPM-nin 148.1-ci maddəsinin tələblərinə əsasən, şəxsin cinayət törətməsinə şübhə yarandığına görə və ya cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda tutulduqda, baxışa və şəxsi axtarışa, həkim müayinəsinə, əl-barmaq izinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunəsinin götürülməsinə, müayinəyə, ekspertiza aparılmasına məruz qala bilər və bu hərəkətlərinin cinayət işi başlanana qədər aparılması qadağan deyildir. Bununla yanaşı, iş materiallarında olan sənədlərdən görünür ki, təhqiqat orqanı tərəfindən bu tələblərə əməl edilmiş və Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin olunması üçün ona təqdim olunmuş siyahıdan müdafiəçi seçmək imkanı yaradılmış, seçdiyi müdafiəçi dəvət olunmuş, tutulması və sonrakı bütün digər prosessual hərəkətlər müdafiəçinin iştirakı ilə aparılmışdır. Digər tərəfdən, məhkəmə kollegiyası iş materiallarına və təhli etdiyi məsələ ilə əlaqədar istintaq və məhkəmə təcrübəsinə əsaslanaraq narkotik vasitələrin və psixotrop maddələrin, habelə dövriyyəsi qadağan olunmuş digər əşyaların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün iki məsələyə münasibət bildirməyi zəruri sayır. Belə ki, narkotik vasitələr və psixotrop maddələrin, odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış bu kimi əşyaların qanunsuz dövriyyəsinə dair cinayət işlərindən görünür ki, şəxsin belə əməllər törətməsi barədə təhqiqat və ya istintaq orqanına məlumat daxil olduqda qanunvericiliyin tələblərinə əsasən, həmin məlumatın yoxlanılması bu orqanların vəzifəsidir və onlar bunun üçün “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun belə məlumatların yoxlanması üçün əməliyyat-axtarış tədbirini keçirməklə və zəruri istintaq hərəkəti aparmaqla həmin məlumatın təsdiq və ya təkzib edilməsi barədə nəticə əldə edə bilərlər. Həmin xarakterli işlər üzrə istintaq və məhkəmə təcrübəsinə görə, əməliyyat-axtarış tədbirlərindən ən çox yayılanları şəxsin güdülməsi və tutulmasıdır ki, bu tədbirlərdən sonra şəxsin yeri müəyyən edilərək tutulduqdan sonra, üzərində olan əşyaları könüllü təqdim etməkdən imtina etdikdə, onun üstünə baxış və ya axarışın aparılması kimi istintaq hərəkətinin aparılması zərurəti yaranır. Əksər hallarda şəxsin olduğu yerdə tutulmasına (saxlanılması və ya yaxalanmasına) və üzərinə axtarışın və ya baxışın keçirilməsinə qanunvericilikdə nəzərdə tutulmuş şəxslərlə yanaşı təhqiqatçının və ya müstəntiqin qərarı əsasında müdafiəçilər də cəlb edilirlər ki, bu halllarda da cinayət prosesində müdafiəçilərin iştirakı faktiki olaraq formal xarakter daşıyır və şübhəli və ya təqsirləndirilən şəxsin mənafeyi, habelə onun hüquqlarının səmərəli şəkildə müdafiə olunması tələbi ilə heçdə uzlaşmır. Təbii ki, bir çox bu kimi hallarda, tutulmanın rəsmiləşdirilməsinin, bunun üçün müdafiəçinin dəvət olunması məqsədilə həmin istintaq hərəkətinin keçirilməsinin təxirə salınması mümkün olmur ona görə ki, belə təxirə salma şəxsin qadağan edilmiş əşyaların qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməli törətməsi daha ağır nəticələrə səbəb ola bilər. Məsələn üzərində şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə gəzdirən şəxsin bu əməlinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq saxlanılarkən, bir dəfəyə həmin maddələri gizli şəkildə qəbul etməsi onun sağlamlığına bu və ya digər zərərin vurulmasına, yaxud hətta ölümünə səbəb ola bilər. Digər misal: üzərində partlayıcı maddələr, yəni qumbara gəzdirən şəxs saxlanılıb yenə eyni səbəbdən həmin qumbaranı saxlanıldığı yerdə partlada bilər ki, bu da tək onun özünün deyil, həm də ətrafda olan şəxslərin həyatlarına və sağlamlıqlarına zərər yetirilməsi ilə nətiəcələnər. Bu kimi halların baş verməməsi üçün əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlardan tələb edilir ki, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslər saxlanılarkən, onun üzərinə dərhal baxış və ya axtarış keçirilməli, həmin əşyaları aşkar edib onların təxirə salmadan götürülməsini təmin edilməlidir. Belə hallarda şəxsin müdafiə hüququnun təmin edilməsi üçün keçirilən tədbirə əvvəlcədən müdafiəçinin cəlb edilməsi, yaxud da onun dəvət olunması üçün zəruri hərəkətlərinin aparılması məqsədi ilə tədbirin təxirə salınması mümkün deyildir. Belə ki, şəxsin qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat qısa zaman çərçivəsində, bilavasitə tədbir keçirilməzdən əvvəl də daxil ola bilər, digər tərəfdən təxirə salma daha ağır nəticələrin baş verməsinə zəmin yarada bilər. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən və prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulan Cinayət Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, təqsirləndirilən və ya şübhəli şəxs barədə axtarış və götürmənin aparılmasında müdafiəçisi iştirak etmək hüququna malikdir. İstintaq hərəkətinin aparılması barədə müstəntiq əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, onun bu hüququnu təmin etməlidir. Həmin Məcəllənin 246.1 və 246.2.1-ci maddələrinin tələblərinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik olan barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda kimi məhkəmə qərarı əsasında götürə bilər. Şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılması mümkün və məqsədə müvafiqdir. Göstərilən Məcəllənin 207.4-cü maddəsinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulan şəxsə münasibətdə həmin şəxs tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 148.2, 148.2.1, 148.2.2 və 148.2.3-ci maddələrində təsbit edilmişdir ki, şəxsin cinayət törətməsinə birbaşa şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıda göstərilən hallarda tətbiq edə bilər: şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, ya bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərərçəkmiş, ya hadisəni görən digər şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməlin həmin şəxsin törətməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında, istifadə etdiyi digər əşyada, yaşayış yerində, nəqliyyat vasitədə cinayət qanunu ilə nəzərdə tutulan əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə görə, tutulan şəxsin hüquqlarının təmin edilməsi üçün cinayət prosesini həyata keçirən orqan və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmuş şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanın müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və şübhəli şəxsi tutulma protokolu ilə tanış etməlidirlər. Həmin normaların tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, şəxs hər hansı cinayəti törətməkdə şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), barəsində “Əməliyyat-axtarış fəaliyyəti barədə” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və sairə) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarış və götürmə istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və yaxud digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra həyata keçirilə bilər. Buna kimi şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyinin şərh edilən, istərsə də digər normalarında nəzərdə tutulmamış, lakin bu şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir və bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə əsasən, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsinə dair qərar elan olunduğu andan müdafiəçiyə malik olma, müstəqil müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək və müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmə, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda, ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri kimi həbs qətimkan tədbiri tətbiq edildikdə müdafiəçinin iştirakı təmin olunmalıdır (CPM-nin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə). Digər tərəfdən CPM-in 244.2-ci maddəsinə görə müdafiəçinin şəxsi axtarış və götürmədə iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən istintaq hərəkətinin aparılmasında xəbərdar edilsin və həmin istintaq hərəkətində iştirak etmək arzusunu bildirsin. Qanunun həmin normasının tələbləri belə nəticəyə gəlməyə əsas verir ki, təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq müdafiəçinin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmə vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda, müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edib onun cinayət prosesində iştirakını təmin etsin. Belə hallarda müdafiəçinin göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmək hüququ isə yoxdur. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh olunması barədə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2019-cu il tarixli Qərarında eyni yanaşmanı şərh vermişdir. Belə ki, axtarış və götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı və həmdə iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda, həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edib-etməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməli, yəni həmin istintaq hərəkəti təqsirləndirilənin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə əsasən, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə əsasən, müdafiəçi belə iştirakdan imtina edə bilməz. Müdafiəçinin cinayət prosesində iştirakı bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədi ilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına əsasən, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və yaxud təqsirləndirən şəxs bunu tələb etmədikdə, cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Belə olan halda, müstəntiq axtarışın və ya götürmə istintaq hərəkətlərinin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıda göstərilən nəticələrə gəlmiş: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq üçün cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; -Konstitusiyanın 61-ci maddəsi və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tam imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir; - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, Məcəllənin 244-cü maddəsi ilə axtarış və yaxud götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan, həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Göründüyü kimi, Qanunvericiliyin normalarına göstərlən qaydada verilmiş təfsirdən və eyni ilə Konstitusya Məhkəməsi Plenumun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlanılarkən üzərində müdafiəçinin iştirakı olmadan və videoçəkilişlə artıq əhəmiyyətsiz olan (bundan əvvəl onun videoçəkilişlə üstündə olan narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına artıq könüllü təqdim etmişdir) baxışın keçirilməsində, müdafiəçinin polis idarəsində tərtib edilmiş protokolu imzalanmasında müdafiə hüququn pozulması halı yoxdur və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr göstərilən hallara da diqqət yetirməyərək, onlara qanunvericiliyinin tələb etdiyi qaydada lazımi hüquqi qiymət verməmişlər. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1, 246.2, 246.2.1, 246.2.2 və 246.2.3-cü maddələrindən görünür ki, müstəntiq cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq məhkəmə qərarı əsasında götürə bilər; məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər - şübhəli şəxs tutulduqda, polis və ya digər mühafizə orqana gətirildikdə; təqsirləndirilən şəxs barədə həbs tətbiq edildikdə; axtarış və götürmənin aparıldığı binadakı şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Qanunun mənasına görə bu istintaq hərəkətini təhqiqatçı da apara bilər, bu imkan cinayət işi başlanana qədər müstəntiqin cinayət təqibini keçirməyə başlayanadək şübhəli şəxsin şəxsi axtarışa və ya baxışa məruz qala bilməsi CPM-nin 207.4-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsində təsbit edilmişdir ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulan hallarda bu Məcəllənin 445.1-ci maddəsi ilə göstərilən əməliyyat-axtarış tədbirləri (telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatının çıxarılması, binaya, o cümlədən yaşayış yerinə, hasarlanan tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi, insanların güdülməsi) məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini keçirən orqanın səlahiyyətli şəxsi tədbir apardıqdan sonra 48 saat müddətdə əməliyyat tədbirin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir Qeyd edildiyi kimi “Əməliyyat-axtarış fəaliyyəti barədə” Azərbaycan Respublikası Qanunun 10cu maddəsinin İV hissəsində məhkəmə qərarı tələb edilsə də belə qərar olmadan əməliyyat-axtarış fəaliyyətinin subyektləri aşağıda olan halarda həmin hissədə göstərilən tədbirləri tətbiq edə bilərlər: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınmasına telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə, ya həbs yerindən, ya mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində polis əməkdaşları tərəfindən təziq və zorakılığa məruz qaldığından sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Lakin, əsl həqiqətdə tutularkən üzərində narkotik vasitələr və psixotrop maddələr olmamış, ilkin sənədlərə isə polis işçilərinin hədə-qorxu gəlmələri və təziq göstərmələri nəticəsində məcbur olaraq ifadələrini imzalamışdır. Onun bu ifadələrini əsas götürən təqsirləndirilən İsmayıl Qaçayev və müdafiəçisi istintaqın ilkin mərhələsində onun verdiyi ifadələrinin təziq və təsir altında verildiyini əsas götürməklə və bütün bunları onun müdafiə hüququnun pozluması kimi qiymətləndirmişlər. Onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri şahidlərin ifadələri ilə, məhkəmə eskpertizalarının rəyləri ilə və digər sübutlarla, o cümlədən digər mötəbər sənədlərlə təsdiq olunmasını nəzərə almamışlar. Bununla yanaşı, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində əvvəlki və etirafedici ifadələrini təsir və təzyiq altında verməsini, tutularkən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsini göstərsə də, bu ifadələrin yoxlanılması istiqamətində ibtidai istintaq orqanı və rayon prokurorluğu tərəfindən tam və hərtərəfli araşdırma aparılmasına və nəticədə verilmiş şikayətlərində irəli sürülən dəlillərin öz təsdiqini tapmaması təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən nəzərə alınmamış, əksinə verilmiş apellyasiya şikayətində yenidən həmin məsələ mübahisə predmeti olmuşdur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, istintaqın ilkin mərhələsində narkotik vasitənin ondan aşkar olunmasını və ona məxsus olması barədə polis əməkdaşlarının təsir və təziqi nəticəsində zorakılın edilməklə məcbur olaraq etiraf etməsinə və bu səbəbdən onun barəsində bəraət hökmünün çıxarılması barədə onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyi və işin faktiki hallarına uyğun olmadığından, təmin edilməməli və məhkəmənin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yalnız məhkəmədə tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd etməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildiyindən, həmin cinayətin törədilməsində təqsirli olduğundan, onun barəsində təqsirli bilindiyi həmin maddələrlə qanuni, əsaslı və ədalətli hökm çıxarılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs bəraət verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərin onun əməlin tövsif edilməsinə, məhkəmənin hökmünün ləğv və ya dəyişdirilməsinə üçün əsas hesab edilə bilməz və onun məsuliyyəti yüngülləşdirmək kimi nəzərə alınmamalıdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə ona bəraət verilməsinə Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən əsaslar, habelə əməlinin tövsifinin dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyindən ona bəraət verilə və ya əməlinin tövsifi dəyişdirilə bilməz, verilmiş apellyasiya şikayətin dəlilləri isə subyektiv mülahizələr üzərində qurulmaqla yalnız məsuliyyətdən yayındırmaq cəhdi daşıyır. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapdığından müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə əsasən və məhkəmə hökmündən göründüyü kimi, birinci instansiya məhkəməsi ona qanuni, əsaslı, həm də ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; arvadının əvvəki nikahdan 03 azyaşlı uşağının olmasını və onun həmin uşaqları himayə etməsini cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirməklə nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olması ilə, cəzasını ağırlaşdıran halın olmamasını; təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyası həddində ona cəza təyin olunmaqla, cəzanın məqsədi təmir edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, satış məqsədi ilə qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və ya qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə 5 ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ona törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə şəxsiyyətini, cəzanın islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, ona maddənin sanksiyasının orta həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılmasına vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin olması, narkotik vasitə olan heroinin təmiz çəkisinin 1005,0 qram təşkil etməsi narkotik vasitəni ona vermiş şəxsin barəsində dəqiq məlumat verməkdən xatırlamaması ilə izah etməklə yayınması və həmin vaxt nəzərə almamışdır ki, psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın bəşəriyyətin ciddi bəlasına çevrilən insan cəmiyyətin mənəvi və əxlaqi dəyərinə böyük zərbə vuran ən ağrılı problemdən biridir. Azərbaycan Respublikasında psixotrop maddələrin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq normalarında hərtərəfli və sistemli şəkildə əks etdirən BMT-nin Konvensiyaları, o cümlədən “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “psixotrop maddələr haqqında” 1971-ci il Avropa Konvensiyasına, “Narkotik vasitələr və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə mübarizə barədə” 1988-ci il tarixli Avropa Konvensiyasına qoşulmaqla həmin cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifə götürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə maddi sübutlar və digər məsələləri həll edərkən hesab etmişdir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 1004,95 qram olan heroin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; şəxsi axtarış və götürmə aparılması xamanı videosunu özündə əks etdirən 01 DVD diskin, "xxxx" Kommersiya Bankı ASC-dən götürülmüş 4098-5844-5025- 5458 nömrəli plastik bank kartına dair məlumatları əks etdirən 01 ədəd CD disk, Azerfon MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayət Məhkəməsinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına təyin edilmiş Bakı şəhəri, “Femida” Vəkil bürosunun vəkili X2 dövlət hesabına zəhmət haqqı ödənilməsi ilə bağlı müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 10 (on) saat üçün 60 (altmış) manat, X1 işlədiyi Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar