Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-203/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-445/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM-nin) 177.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(006)-315/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X7) 14 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-445/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 oktyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi müəyyən edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(011)- 466/2022 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınmış, hökmlə həmçinin maddi sübut məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 11 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən «Azfar» İdman mərkəzində olduğu zaman, həmin mərkəzdə olan ayrı-ayrı şəxslərin paltarlarının soyunması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən otağın giriş qapısını istintaqa məlum olmayan şəraitdə əldə etdiyi açarla açaraq oraya qanunsuz daxil olub, otaqda olan dolabın içərisində asılmış Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 137 manat pulu gizli olaraq talamaqla sonuncuya maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ağır cəza təyin edildiyini qeyd edib, hökmün dəyişdirilməsini və ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişlər ki, hazırkı halda Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirmirlər, apellyasiya şikayətinin yalnız cəza hissəsində təmin edilməsini və təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edirlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(006)-315/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək, törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi o, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağınin olmasını, uşaqlardan birinin “kvadropleqiq spastik serebral iflic” xəstəliyindən əziyyət çəkməsini və əlil olmasını və cəzasını ağırlaşdıran halın müəyyən olunmadığını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin Təqsirləndirilən şəxs cinayətlərinin məcmusu üzrə qəti cəza təyin olunarkən də qanunun tələblərinə düzgün riayət edilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan hökmdən də göründüyü kimi Təqsirləndirilən şəxs eyni növ cinayət əməli üzrə məhkum edilmişdir. Bu hal cinayətin residivini yaratmasa belə, təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır və belə olduğu təqdirdə məhkəmə kollegiyası təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə onun islah olunmasının mümkün olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir) əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(006)-315/2022 saylı hökmü qanuni və əsaslı olduğundan müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(006)-315/2022 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Aleksandrova tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-203/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-203/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver