Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2030/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (ilkin baxış) Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(011)-321/2016 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(011)-321/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2015-ci tarixli hökmü ilə təyin edilmiş 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2015-ci tarixli hökmü ilə təyin edilmiş və bu günədək ödənilməmiş 4000 (dörd min) manat məbləğində cərimə cəzası tamamilə hazırki hökmlə birləşdirilərək qəti olaraq ona 11 (on bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət məhkəməyə 15 oktyabr 2021-ci il tarixdə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, yuxarıda qeyd edilən hökmdən apellyasiya şikayəti vermə müddətini üzrlü səbədən (cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı olaraq) buraxmasını nəzərə alaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs tərəfindən məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsinə dair ərizə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməməsinə dair qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarından apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, həmin Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin ittiham hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin hökmün elan andan 20 (iyirmi) gün müddətində verilməsi təqsirləndirilən şəxsə izah edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin rədd edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya qaydasında şikayət və ya protest verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-2030/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2030/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver