Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-204/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, bəraət almış şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Azər Tağıyev) 1(006)- 340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manatın dövlətə aid edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması, Nəsim rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərarın çıxarılması, həmin tədbirlərin görülməsi üçün xüsusi qərarın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hökm edilmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifəli şəxs olmaqla mağaza müdiri vəzifəsində işləyərkən, vəzifə təlimatının tələblərini pozaraq işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmasını yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etmədiyi üçün xx.xx.2021-ci il tarixdə saat 10 radələrində mağazada kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 anbarda olarkən, mağazanın yeməkxanasının yanında olan məhsulların yığıldığı həmin rəfin üzərinə çıxaraq, oradan müvazinətini itirməsi nəticəsində yeməkxananın asma tavanının üzərinə yıxılmış və bunun nəticəsində asma tavan həmin təsir səbəbindən sınaraq, sonuncu ilə birlikdə yeməkxanada çay içən "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs1 üzərinə düşərək, Zərərçəkmiş şəxs1 onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ gözaltı nahiyədən burun nahiyəsinə keçən əzilmiş-cırılmış yaraların izi olan çapıqları kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin daimi itirilməsi ilə sağlamlığa ağır zərərvurmava aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 isə “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurularaq, ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, onun qeyd olunan cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin ittihamın təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəldiyini, məhkəmənin ittihamın sübutlarının rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etdiyini qeyd edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməklə, onun CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2334/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti hərəkətsiz saxlanılmış, həmin cinayət işi dövlət ittihamçısının hökmdən apellyasiya protestinin verilməsi ilə əlaqədar olaraq 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1ci maddəsinin tələblərinə əməl edilməsi üçün həmin protest birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində ilkin məhkəmə baxşına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-778/2023 saylı, 18 aprel 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 06 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş apellyasiya protestinə ilkin baxış iclasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 314.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs və onun müdafiəçiləri verilmiş apellyasiya protestinin əsassız olduğunu, məhkəmənin gəldiyi nəticənin iş materialları tam təsdiq olunmaqla əsaslı olduğunu qeyd edib, apellyasiya protestinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, apelyasiya protestinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında çıxış edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, apelyasiya protestinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş müvafiq ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayət əməli üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı və özlüyündə ümumi sözlərlə ifadə olunan formal xarakter daşıyan dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından, yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs əməlində səhlənkarlığın, yəni vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsinin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olması cinayətinin tərkib ələmətlərinin mövcud olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin “20 Yanvar” filialının mağaza müdiri vəzifəsində çalışmışdır. Mağaza müdiri kimi satışla bağlı olan hər bir şey, işçilərin davamiyyəti, gördüyü işlər, qayda və proseduralara əməl olunması, texniki-təhlükəsizlik və yanğın təhlükəsizlik qaydalarının işçilərə izah olunması, müvafiq təlimatların qeydiyyatı, jurnalların imzalanması və vəzifə təlimatında göstərilən digər işləri həyata keçirmişdir. Fəaliyyət göstərdiyi mağazada 90 nəfər işçi işləmişdir. Həmin işçilərdən 74 nəfəri "xxxx" MMC-nin işçiləri olmaqla həmin şəxslərə birbaşa nəzarəti özü həyata keçirmişdir. Qalan 16 nəfər işçidən 7si mühafizə xidmətinin işçisi, digər şəxslər isə "xxxx"də fəaliyyət göstərən digər firmaların nümayəndələridir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işdə olmuş, səhər saatları həmin gün növbədə olan administrator Ramin, baş satıcılar, baş meyvəçi və baş kassirlə qısa iclas keçirərək bayram günü olduğunu, müştərilərə maksimum dərəcədə xidmət göstərilməsini bildirib həmin şəxsləri işlərini görməyə göndərmişdir, Təxminən saat 10:30 radələrində o, satış zalında olarkən hazırda xatırlamadığı işçilərdən biri ona yaxınlaşaraq anbarda yerləşən mətbəxin tavanının uçduğunu bildirmiş, bundan sonra o, qaçaraq anbara doğru getmişdir. Oraya çatıb mətbəxə daxil olanda otağın tavanının girişdən sol tərəfdəki hissəsinin yerə düşdüyünü və mətbəxdə olan masanın sındığını görmüşdür. Mətbəxdən çıxanda mətbəxin qapısının yanında bir nəfər qadın işçinin stulda əyləşdiyini, sifətinin qanadığını, işçilərin isə həmin qıza ilkin tibbi yardım göstərdiyini görmüşdür. Həmin vaxt yaralanan işçinin mağazaya mal gətirən "xxxx" şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmiş, eyni zamanda o, öz telefonu ilə mağazada texniki təhlükəsizliyə cavabdeh şəxs olan SƏTƏM-in əməkdaşı Əkbərə məlumat vermiş və özü təcili tibbi yardım maşını ilə F.V.İmanovla birlikdə 1 saylı X19 getmişdir. Xəstəxanaya çatanda Zərərçəkmiş şəxs1 palataya yerləşdirmiş, bundan sonra o, mağazaya qayıtmış, mağazaya qayıtdıqdan sonra ona məlum olmuşdur ki, mağazada satıcı-kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassada endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün depoya getmiş, rəflərdəki çay qutularını götürmək üçün nərdivanla yuxarı çıxmış, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş və yeməkxananın üzərinə, daha sonra tavanla birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. Həmin vaxt o, Turaldan xəsarət alıb-almamasını soruşduqda sonuncu xəsarətinin olmadığını söyləmiş, Turalı "xxxx" daxil olduğu “Veysəloğlu” şirkətlər şəbəkəsinin Səbuhi adlı həkiminin yanma göndərmişdir. Tural Səbuhi həkimin yanına getdikdən sonra həkim ona zəng edərək Turalın heç bir xəsarətinin olmadığını bildirmişdir. "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” Filialında əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına nəzarəti (SƏTƏM) Sağlamlıq Əməyin Təhlükəsizliyi və X10 bölməsi həyata keçirmiş və həmin şöbənin Tbilisi filialına baxan əməkdaşı Şahid1 olmuşdur. "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialında satıcı-kassirin vəzifələrinə məhsulların vitrinlərə doldurulması, kassada müştərilərin yola salınması, müştərilərin suallarına cavab verilməsi və onlara kömək göstərilməsi və s. daxil olmuş, vəzifə təlimatlarına əsasən mağazanın satıcı heyəti depodan malları satış zalına daşıya bilər, kassirlərin isə malları rəflərdən nərdivanla çıxıb götürmək icazəsinin olmamışdır.. Mağazada satıcıların fəaliyyətinə nəzarəti əvvəlcə baş satıcı, sonra administrator, daha sonra isə özü həyata keçirmişdir. O, hadisə baş verəndən sonra Zərərçəkmiş şəxs2 nərdivanla rəflərin üzərinə çıxdığını, orada müvazinətini itirib yeməkxananın tavanına yıxıldığını öyrənmişdir. Marketdə bütün işilərə vəzifə təlimatları, onların hər birinin hansı işi görməli olduqları, nəyə cavabdeh olduqları izah edilmişdir. Hadisə baş verən günü bayram gününə təsadüf etdiyindən və müştəri sayının çoxluğu ilə əlaqədar kassir Zərərçəkmiş şəxs2 vəzifə təlimatına uyğun olmadığını bilə-bilə heç kimdən icazə almadan özbaşına kassanı tərk edərək anbara getmişdir. Zərərçəkmiş şəxs2 ona icazə verilməyən işi görməsini, yəni kassadan ayrılaraq özbaşına anbardan mal gətirməyə getməsini həm öz ifadəsi ilə təsdiq etmiş, həm də digər market işçilərinin ifadələri bu hal öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin anbarında yerləşən mətbəxdə yemək yeməyə icazəsi olmuşdur. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, kassirlərə dəfələrlə izah edilmiş vəzifə təlimatlarına əsasən onlar anbardan məhsul götürə bilməzlər, əgər buna ehtiyac yaranarsa bu barədə ona nəzarət edən şəxsə (şəxslərə), yəni baş kassir, administrator və ya müdir kimi ona məlumat verməlidirlər, həmin şəxslər isə bunun üçün aidiyyəti işçiləri təlimatlandırmalıdır. Bu barədə o və SƏTƏM bölməsinin əməkdaşları dəfələrlə işçilərə xəbərdarlıq etmiş və əməkdaşlar texniki təhlükəsizlik ilə bağlı təlimatları öz imzaları ilə təsdiq etmişlər. Həmçinin onun xidmət vəzifələrinə dair vəzifə təlimatında müdir kimi fəaliyyət göstərdiyi mağazada tikinti-quraşdırma işlərinə nəzarət etməsi, tikintini həyata keçirməsi kimi bir vəzifəsi və səlahiyyəti yoxdur. O, filial müdiri kimi işləsə də özü də işçi sayılır və əmək müqaviləsi mövcuddur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayından "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən “20 Yanvar Tbilisi” filialında kassir vəzifəsində işləməyə başlamış, kassir kimi onun vəzifəsinə kassada müştəriləri qəbul etmək, müştərilərin aldığı məhsulları kassadan keçirdib, verdikləri pulu mədaxil etmək, qəbz vermək, lazım olduqda mağazada olan kampaniyalar və endirimdə olan məhsullar barədə müştərilərə məlumat vermək və s. daxildir. Həmçinin vəzifə təlimatının 1.16-cı bəndinə əsasən kassanı mağaza müdiri, müavini və baş kassirin icazəsi olduqda tərk edə bilər. xx.xx.2021 -ci il tarixdə həmişəki qaydada saat təxminən 09 radələrində işə gəlmiş və kassaya keçmişdir. Təxminən saat 10:30 radələrində kassanın yanında olan endirimdəki mallardan “Şah” çayının azaldığını görmüş, buna görə də mağazanın deposuna getmişdir. Depoda həmin çaylar yeməkxananın yanındakı rəfin ən üst hissəsində olmuş, ona görə o, nərdivan taparaq həmin hissəyə qalxmış və rəfin üstünə çıxmışdır. Bu zaman baş satıcı Haqverdi də orada olmuş, o, çay paketlərini yerdə olan arabanın içinə atmağa başlamış, həmin vaxt Haqverdi də arabanı tutmağa başlamışdır. Təxminən 4-5 çay qutusunu arabanın içinə atmış, başı gicəlləndiyi üçün müvazinətini itirmiş və yeməkxananın tavanına yıxılmışdır. Bundan sonra isə özünə gələndə yeməkxanada olan masanın 2 hissəyə qırıldığını və özünün isə masanın altında olduğunu görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, yeməkxananın tavanı ilə birlikdə yeməkxanada oturan şəxslərin üzərinə yıxılmışdır. Həmin vaxt bir qadının üzünün qanadığını görmüş, bundan sonra onlar yeməkxanadan çıxmış, həmin qadının adının Fərqanə olduğunu və onların mağazaya məhsul verən "xxxx" şirkətinin nümayəndəsi olduğunu çay içmək üçün yeməkxanaya gəldiyini öyrənmişdir. Bundan sonra oraya yığılan şəxslər Fərqanəyə ilkin tibbi yardım göstərmiş, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. O, hadisə nəticəsində ciddi bir xəsarət almamış, sağ bud nahiyəsində yüngül göyərtilər yaranmış, buna görə də hər ehtimala qarşı "xxxx" MMC-nin daxil olduğu “Veysəloğlu” şirkətlər qrupunun adını hazırda xatırlamadığı həkiminin yanına getmiş, həmin həkim ona ciddi bir xəsarətinin olmadığını, yüngül əzələ əzilməsi olduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mağazada kassir kimi onun fəaliyyətinə nəzarəti həyata keçirən şəxslərə xəbər vermədən özbaşına kassanı tərk edərək anbara getmişdir. İşə qəbul edilərkən və iş prosesi zamanı vaxtaşırı vəzifə təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ona izah olunmuş, bu barədə 3 aydan bir müvafiq jurnallara imza çəkmiş və anbada rəflərdən malları götürmək hüququnun olmamasını bilmişdir. 30 dekabr 2021-ci il tarixdə bayram günü olduğuna görə mağazada müştəri çox olduğu üçün və kassada çayların qurtardığını görərək icazəsiz heç kimə məlumat vermədən məhsulu anbardan götürmək üçün getmişdir. Bu hadisənin baş verməsində Təqsirləndirilən şəxs heç bir təqsiri olmamışdır. O, zərərçəkmiş şəxs qismində tanınması üçün istintaq orqanına müraciət etməmiş, müstəntiq onu məcburi gətirmə ilə zərərçəkmiş şəxs qismində tanımışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-2018-ci il tarixlərində "xxxx" supermarket MMC-də satıcı vəzifəsində, 2021-ci ildən etibarən hadisə baş verən vaxta kimi "xxxx" MMC şirkətində merkindayzcr vəzifəsində işləmişdir. O, "xxxx" MMC şirkətinin nümayəndəsi olaraq "xxxx" mağazalarında şirkətin gətirdiyi malları rəflərə yığmaqla həmin malların satışını həyata keçirir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 ünvanında yerləşən "xxxx"ə rəflərə malları yığmaq üçün getmiş, həmin gün səhər saatlarında 09:00-da işləməyə başlamışdır. Həmin gün saat 10:30 radələrində "xxxx"in mal anbarında yerləşən çay içmək üçün həmişə getdiyi mətbəxə getmiş, həmin vaxt mətbəxdə 7-8 nəfər marketin əməkdaşları da olmuşdur. O, stol başında əyləşəndən 10 dəqiqə sonra mətbəxin tavanı onun üzərinə düşmüş, gözlərini açanda ətrafı qara duman bürümüşdür. Həmin vaxt mətbəxdəki insanlar qışqırmağa başlamış, o, ayağa qalxmaq istəsə də, belindən yaralandığına görə ayağa qalxa bilməmiş, həmin vaxt aşpaz Mehriban adlı şəxs ona üzünün qanadığını bildirmişdir. Daha sonra oradakı şəxslər onu təcili tibbi yardım ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, ona ilkin tibbi yardımı həmin xəstəxanada göstərmişlər. Daha sonra həmin gün ailəsi onu ATU Tədris Cərrahiyyə klinikasına aparmış, orada üz nahiyyəsindən əməliyyat olmuş və həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. O, sağlamlıq vəziyyətinin yaxşı olmadığına görə xx.xx.2022-ci il tarixdə Respublika Neyrocərrahiyyə xəstəxanasına müraciət etmiş, orada ona sağlamlığının nə vaxta düzələcəyi barədə heç bir şey deməmişlər. Orada ona yataq rejimində müalicəni davam etdirməyi, korset taxmağı, nevropatoloqun müalicəsini almağı məsləhət görmüşlər. Daha sonra o, müalicəsini ev şəraitində hadisə baş verən vaxtdan etibarən 4 ay müddətində yataq rejimində davam etmişdir. Hadisə baş verən vaxtı Zərərçəkmiş şəxs2 onun üzərinə yıxıldığını hiss etməmiş, həmin vaxt yaralandığı üçün sonuncunu görməmiş, hər yer qara duman olmuş, yaralandığı üçün şokda olmuşdur. Həmin vaxt mətbəxdə Vüsal, Nərmin, xadiməçi Rəsmiyyə, aşpaz Mehriban, adlarını xatırlamadığı "xxxx" supermarketin digər əməkdaşları olmuşdur. Yeməkxananın tavanı alçipandan hörülmüş, tavanda sınıqlar olmuş, oturduğu yerin tavanı üzərində də sınıqlar yaranmışdır. Mal anbarında yerləşən mətbəxin üzərində malların yığıldığını görməmiş, baş verən hadisə nəticəsində hadisə baş verən gündən etibarən 4 ay yataq xəstəsi olmuş, üz nahiyəsində xəsarətlər, sinir problemləri, kəsiklər yaranmış, hadisə nəticəsində burnu sınmış, dili kəsilmişdir. Bel nahiyyəsindən onurğa L1 fəqərəsinin çapıqlı sınığı və zərbənin nəticəsində belində qrijalar yaranmış, may ayının əvvələrindən etibarən fizioterapiyaya başlamışdır. Müalicə üçün 17.000 manat və baxıcı xərcləri üçün 2000 manat ödəmişlər. Təqsirləndirilən şəxs və "xxxx" MMC-nin digər əməkdaşlarından şikayət və tələbi yoxdur. Bu barədə notarial təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialının administrator vəzifəsində çalışmış, hal-hazırda 15 may 2022-ci il tarixdən etibarən "xxxx" MMC-nin Biləcəri filialında işləyir. O, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx"də administrator kimi fəaliyyət göstərən zaman satış zalına nəzarətin həyata keçirilməsi, mağazada malların təmin olunması, işçilərin növbə cədvəli və işə davamiyyətinə nəzarəti həyata keçirirmiş. O, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işdə olmuş, həmin gün mağazada növbədə o, olmuşdur. Təxminən saat 10:30 radələrində satış zalında olarkən mağazanın işçilərindən biri ona yaxınlaşaraq yeməkxananın tavanının uçduğunu bildirmiş və o, dərhal hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə gedəndə Engin LTD-nin əməkdaşı Zərərçəkmiş şəxs1 mətbəxin qapısında yaralı vəziyyətdə olduğunu görmüşdür. O, yeməkxanaya daxil olanda mətbəxin tavanının uçduğunu, stolun sındığını görmüş, bir müddət sonra hadisə yerinə təcili tibbi vardım xidmətinin əməkdaşları gəlmişlər. Mağazanın müdiri Təqsirləndirilən şəxs təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs1 ilə birlikdə 1 saylı X19 getmiş, daha sonra o, mağazanın digər əməkdaşlarından eşitmişdir ki, mağazada kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassanın yanında endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün özbaşına depoya getmiş, rəflərdə olan çay qutularını götürmək üçün nərdivanla yuxarı çıxaraq, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş, yeməkxananın tavanının üstünə düşmüş, bundan sonra tavan ilə birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialında mağazada təhlükəsizliyə cavabdehliyi mağaza müdiri Təqsirləndirilən şəxs daşımış, ümumilikdə bütün Araz marketlər şəbəkəsində isə əməyin mühafizəsi və texnikitəhlükəsizlik qaydalarına nəzarəti (SƏTƏM) Sağlamlıq Əməyin Təhlükəsizliyi və X10 bölməsinin əməkdaşları həyata keçirir. Vəzifə təlimatlarına əsasən mağazanın satıcı heyəti malları depodan satış zalına daşıya bilər, lakin kassirlər depodan malları satış salonuna daşıya bilməzlər. Əgər digər şəxslər depodan malları götürərlərsə, bu həmin şəxslərin şəxsi təşəbbüsü ilə olur. Mağazada fəaliyyət göstərən kassirlər birbaşa baş kassirə, tabe olmuş, baş kassirə nəzarəti isə Təqsirləndirilən şəxs nəzarət etmişdir. Vəzifə təlimatlarına əsasən həmin şəxslər mağaza müdirinə, müdir olmadıqda isə admistratora tabe olurlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışır, SƏTƏM mütəxəssisi kimi vəzifələrinə işçilərə əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının izah olunması, işçilərin təlimatlandırılması, mağazalarda həmin qaydalara əməl olunmasının yoxlanması və s. daxildir. O, "xxxx" MMC-yə daxil olan 57 filialda SƏTƏM mütəxəssisi kimi fəaliyyət göstərir. 30 dekabr 2021-ci il tarixdə o, mağazanın Sumqayıt şəhərində yerləşən filiallarından birində olarkən saat təxminən 11 radələrində "xxxx" MMC-nin “20 Yanvar” filialının müdiri Təqsirləndirilən şəxs ona zəng edərək mağazada "xxxx" şirkətinin əməkdaşı Zərərçəkmiş şəxs1 işdə xəsarət aldığını, sonuncunun üzü-gözü qan olduğunu söyləmişdir. O Amilə “Veysəloğlu” şirkətlər qrupunun həkimi Ramiz həkimlə danışmasını bildirmişdir. Amil ona Ramiz həkimlə danışa bilmədiyini dedikdə özü Ramiz həkimlə danışmış, Ramiz həkim xəsarət alan şəxsi təcili olaraq xəstəxanaya aparmağını söyləmişdir. O bu barədə Təqsirləndirilən şəxs məlumat verərək təcili olaraq həmin filiala getmişdir. O, mağazaya çatanda Zərərçəkmiş şəxs1 xəstəxanaya aparıldığını öyrənmişdir. Mağazada olarkən ona məlum olmuşdur ki, kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassada endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün depoya getmiş, rəflərdə olan çay qutularını götürmək üçün nərdivanla yuxarı, daha sonra rəfin üzərinə çıxmış, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş, yeməkxananın tavanının üstünə düşmüş, bundan sonra tavanla birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. Eyni zamanda hadisə zamanı Turalın xəsarət almadığını, lakin hər ehtimala qarşı Tural “Veysəloğlu” şirkətlərinin qrupunun həkiminin yanına getdiyini, sonuncu da heç bir xəsarəti olmadığını bilmişdir. "xxxx" MMCnin “20 Yanvar” filialında və digər filiallarda əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxslər birbaşa həmin filialların müdirləri olduğunu, onun vəzifəsinin isə filiallarda əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına riayət edilməsinə mütəmadi olaraq yoxlamaq, pozuntular aşkar edildiyi hallarda isə mağaza rəhbərliyinə bu barədə məlumat vermək və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görmək olduğunu bildirmişdir. O, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının” 5.18- ci bəndində qeyd olunan təhlükəsizlik nişanlarının anbarın divarlarına vurulduğunu, həmin qaydaların 5.19-cu bəndində qeyd olunanlara nəzarəti "xxxx"in müdirinin tənzimlənməli olduğunu, rəflərin üzərinə həddən artıq malların yığılmasına icazə verməməli olduğunu, malların rəflərin üzərinə yığıla biləcəyini, Turalın çıxdığı həmin hissəyə yığılması onlar tərəfindən icazə verilmədiyini, həmçinin Zərərçəkmiş şəxs2 malları yuxarı hissədən götürmək üçün nərdivanı düzgün qoymadığını söyləmişdir. Malların anbardakı rəflərə düzgün yığılması, marketin işçiləri tərəfindən anbardan mal götürülməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxslərin mağaza rəhbərliyi olmuş, “SƏTƏMin mütəxəssisi olaraq mağazaya təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirmək üçün ay ərzində 2-3 dəfə getmiş, ona görə anbarda rəflərin yuxarı hissəsinə malların yığılmasından xəbərdar olmamışdır. O, mağazada təhlükəsizlik qaydalarına nəzarəti mağazanın rəhbərliyi, yəni mağaza müdiri və administrator heyətinin cavabdeh olduğunu, məhkəmə texniki ekspertizasının 31 mart 2022-ci il tarixli 10/1360 rəyində göstərilən xüsusatlar ilə razılaşmadığını, mətbəxin tikilməsinə "xxxx" MMC-nin təmir tikinti şöbəsinin nəzarət etdiyini, anbarda yerləşən rəflər və mətbəxin təhlükəsizlik qaydalarına əsasən tikildiyini, mətbəxin üzərinin hasarlanmasına tikinti zamanı təmir tikinti şöbəsinin əməkdaşları tərəfindən ehtiyac görülmədiyini, buna səbəb olaraq həmin hissələrə malların yığılmasına icazə verilmədiyini bildirmişdir. Bundan başqa, Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoxlamalar zamanı tərəfindən müyyən edilmişdir ki, filial müdiri Təqsirləndirilən şəxs mütəmadi olaraq əməyin təhlükəsizliyi ilə bağlı təlimatları Zərərçəkmiş şəxs2 və digər işçilərə izah etmiş, yanğın və əməyin təhlükəsizliyi təlimatları ilə tanış etmə jurnallarını hər üç aydan bir işçilərə tanış edərək imza etdirmişdir. Zərərçəkmiş şəxs2 ehtinatsızlıq edərək ona icazə verilməyən yerə çıxmış və mal götürərkən bu hadisə baş vermişdir. AR FHN-nin aidiyyəti qurumları dövri olaraq yoxlamalara gəlmiş, yalnız yanğın təhlükəsizliyi ilə əlaqədar marketin anbarında malların ortalığa yığılmasını pozuntu kimi qeyd etmiş və xəbərdarlıq etmişlər. Heç vaxt AR FHN-nin aidiyyəti əməkdaşları mətbəxin üstü barədə heç bir irad bildirməmişlər, çünki mətbəxin üstünə heç vaxt mal yığılmır və ora insanın qalxması üçün nəzərdə tutulmamışdır. Mağaza içərisində tikinti quraşdırma işlərinin görülməsi Təqsirləndirilən şəxs vəzifə funksiyalarına aid deyil. Həmçinin bildirmişdir ki, hadisə baş verməmişdən əvvəl dəələrlə orada FHN-nın və SƏTƏM-in əməkdaşları olmuşlar və marektin anbar hissəsində qeyd edilən təhlükəsiz əmək şəraiti ilə bağlı heç bir nöqsan aşkar etməmişlər. Özü tərəfindən 14 dekabr 2021-ci il tarixdə marketdə vəzifəsi ilə əlaqədar müvafiq nəzarəti həyata keçirərkən yalnız yanğın xəbərdarlıq sisitemində, standartlara uyğun olmayan qızdırıcı vasitələrin işlədilməsi, malların düzülüşü və açıq və sallantı vəziyyətdə olan kabel razetkalar aşkar edilməsi müəyyən edilmiş və bu barədə Sətəm yoxlama vərəqi tərtib etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından etibarən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 ünvanında yerləşən "xxxx"in qeyri-qida şöbəsində satıcı vəzifəsində işləyir, hadisə baş verən günü xx.xx.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində mal anbarında yerləşən mətbəxə çay içməyə getmişdir. Həmişə marketin əməkdaşları saat 11:00 radələrində çay saatı olduğuna görə növbə ilə çay içməyə mətbəxə gedirmiş. Həmin gün çay içdikləri vaxt yeməkxananın tavanının birdən-birə çökdüyünü və ətrafı toz, duman bürüdüyünü, Engin LTD-nin əməkdaşı olan Araz supermarketdə işlədiyi şirkətin mallarını rəflərə yığan Zərərçəkmiş şəxs1 yaralandığını və qan içində olduğunu görmüşdür. O, ətrafdakılara kömək çağırmağın lazım olduğunu bildirmiş və supermarketin işçiləri təcili tibbi yardımın 103 xidmətinə zəng vurmuş, Fərqanəni xəstəxanaya aparmışlar. Hadisənin baş verdiyi vaxt mətbəxdə marketin işçiləri satıcı Bəsti, mal qəbulu şöbəsinin işçisi Vüsal, Xonça şöbəsinin işçiləri Yaqut, Şəhla olduqlarını, mətbəxin tavanın uçması nəticəsində Zərərçəkmiş şəxs1 yaralandığını, sonuncunun əməliyyat olunduğunu, ev şəraitində müalicə aldığını, mətbəxin üzərinə mal yığılıb-yığılmaması barədə məlumatının olmadığını, hadisə baş verən vaxt mətbəxin tavanından Zərərçəkmiş şəxs2 yıxıldığını gördüyünü və hadisə nəticəsində diz hissəsindən xəsarət alsa da həkim müayinəsi zamanı xəsarətinin olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 xx.xx.2022-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ gözaltı nahiyədən burun nahiyəsinə keçən əzilmişcırılmış yaraların izi olan çapıqları bərk küt əşyanın (əşyalaram) təsirindən törənmişdir, törənmə müddəti onun tibbi yardım üçün X20 PHŞ-yə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmava aiddirlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 xx.xx.2022-ci il tarixli 769 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 adına X2 Cəmiyyətində tərtib olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə tibb məntəqəsinə müraciət edib və ona “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1360 nömrəli Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən “Araz Supermarket’' MMC-nin “20 Yanvar Tbilisi” filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsulları götürülən zaman təhlükəsiz iş şəraitinin yaradılması yəni, işçilərin düşə biləcəyi boşluqlann qapanması və ya hasarlanması təmin olunmadığına görə Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələbləri "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli videoya baxış protokolundan görünür ki, **********3400 adlı videoya daxil olduqda videonun 28 dəqiqə 11 saniyə olduğu müəyyən olunur. Videodan görünür ki, həmin video xx.xx.2021- ci il tarixində saat 10:34-11:02 aralığım əhatə edir. Videoda Zərərçəkmiş şəxs2 əlində nərdivanla anbarın mətbəx olan hissəsi tərəfə gedir, nərdivanı mətbəxlə üzbəüz yerə qoyur. Daha sonra anbara daxil olan marketin satıcısı nərdivanı mətbəxə giriş olan hissəyə yaxın məsafəyə qoyur. Videoda Zərərçəkmiş şəxs2 nərdivanla yuxarı hissəyə çıxaraq çay qutularını aşağı atdığı görünür. Çay paketlərini mətbəxin qarşısında dayanan marketin digər əməkdaşı karzinkaya yığır. Daha sonra videoda saat 10:38:07da Araz supermarket əməkdaşlarının mətbəxə doğru qaçdıqları görünür. Videonun 27:10 dəqiqəsində saat 11:01:59-da təcili yardımın əməkdaşlarının Zərərçəkmiş şəxs1 anbardan çıxardıqları görünür. **********0600 adlı videoya daxil olduqda videonun 06 dəqiqə 14 saniyə olduğu müəyyən olunur. Videodan “Araz Supermarketin qarşısına təcili tibbi yardım maşının gəldiyi, Zərərçəkmiş şəxs1 həmin maşına təcili tibbi yardımın əməkdaşlarının köməyi ilə mindirildiyi görsənir. **********3800 adlı videoya daxil olduqda videonun 16 saniyə olduğu müəyyən olunur. Videodan görünür ki, həmin video xx.xx.2021-ci il tarixdə 10:38:00-10:38:16 aralığını əhatə edir. Videoda mətbəxdə stol başında 9 nəfər şəxsin qaz peçi tərəfdə isə 1 nəfər şəxsin olduğu görsənir. Videoda saat 10:38:07 aralığında mətbəxin tavanı uçduğu müəyyən olunur. **********3100 adlı videoya daxil olduqda videonun Dİ dəqiqə 11 saniyə olduğu müəyyən olunur. Videoda kassanın yanında Zərərçəkmiş şəxs2 məhsulları yığdığı görsənir. **********3100 adlı videoya daxil olduqda videonun 01 dəqiqə 01 dəqiqə 19 saniyə olduğu müəyyən olunur. Videoda kassanın yanında Zərərçəkmiş şəxs2 məhsulları yığdığı görsənir. **********3205 adlı videoya daxil olduqda videonun 15 saniyə olduğu müəyyən olunur. Videoda Zərərçəkmiş şəxs2 mağazanın məhsullar yığılan anbara daxil olduğu görsənir. **********0509 adlı videoya daxil olduqda videonun 19 saniyə olduğu müəyyən olunur. Videoda Zərərçəkmiş şəxs1 mağazanın və təcili tibbi yardımın əməkdaşlarının köməyi ilə anbardan çıxarıldığı görsənir. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məsəllənin 125.3-ci maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Apellyasiya protestində məhkəmənin yekun nəticəyə gələrkən bir-biri ilə ziddiyyət təşkil edən sübutlara əsaslanaraq öz mülahizələrinə görə yekun nəticəyə gəldiyi göstərilsə də, məhkəmə kollegiyası qeyd edir ki, protestin müvafiq dəlilini göstərməklə ittiham tərəf özü iş materiallarında olan sübutların bir-birinə zidd olduğunu qəbul etmişdir. Bu təqdirdə nəzərə alınsa ki, ziddiyyətli sübutlar ittihamın əsasını təşkil edə bilməz və ittihamda olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir, belə olan halda protestin bu dəlili ilə məhkəmənin gəldiyi qənaətin qanuni və əsaslı olması bir daha təsdiq edilmiş və işə baxan məhkəmənin deyil, istintaq orqanın özünün mülahizələri əsasında Təqsirləndirilən şəxs AR CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürüldüyü qəbul edilmişdir. Belə ki, həmin ziddiyyətlərə münasibətdə birinci instansiya məhkəməsi ətraflı qiymət vermiş və göstərmişdir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirliliyi cinayət işi materialları ilə sübuta yetmir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən isə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır. Səhlənkarlıq vəzifəli şəxsin öz xidməti funksiyalarının icrasına diqqətsiz münasibətinin nəticəsindən ibarətdir. Tez-tez bu fəaliyyətsizlikdə ifadə edilir ki, bu zaman təqsirkar şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirmir. Səhlənkarlığa görə məsuliyyətin şərti öz vəzifə borclarını lazımi qaydada icra etmək üçün real imkanın olmasıdır. Öz xidməti vəzifələrinin real icrası imkanı obyektiv və subyektiv amillərlə müəyyən edilir. Obyektiv amillər - vəzifəli şəxsə münasibətdə xarici şərtlərdir (məsələn, fövqəladə şəraitin olmaması, işin son dərəcə yol verilən həcmi və s.). Subyektiv amillər konkret vəzifəli şəxsin fərdi xüsusiyyətləridir (məsələn, peşəkarlıq, təhsil, iş təcrübəsi və s). Səhlənkarlığa görə cinayət məsuliyyəti vəzifəli şəxs tərəfindən xidmətə vicdansız və ya laqeyd münasibəti səbəbindən öz vəzifələrinin icra edilməməsi və ya lazımi dərəcədə icra etməməsi və bunun böyük zərərə səbəb olması zamanı baş verir Cinayət əməli vəzifəli şəxs tərəfindən öz xidməti vəzifələrinin icrasına laqeyd və ya vicdansız münasibətdən ibarətdir ki, bu onların icra edilməməsi və ya lazımi qaydada icra edilməməsində ifadə edilir. Şəxsin davranışı aktiv hərəkətlərdən ibarət ola bilər, lakin bir çox hallarda o fəaliyyətsizlikdə, vəzifəsiylə əlaqədar icra edilməli olan hərəkətlərin yerinə yetirilməməsində ifadə edilir. Şəxsi bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmək üçün, onun yerinə yetirilməli olduğu vəzifələr dairəsini dəqiq aydınlaşdırmaq lazımdır. Cinayət tərkibi nəticələrin yaranması böyük zərərin vurulması anından bitmiş hesab edilir. Əgər vəzifəli şəxsin fəaliyyətsizliyi qarşısıalınmaz qüvvə səbəbindən yaranıbsa (təbii fəlakət, xəstəlik, nəqliyyatın olmaması, cinayətkar elementlər tərəfindən vəzifəli şəxsin azadlıqdan məhrum edilməsi və s.), xidməti vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyət yarana bilməz. Həmçinin, əgər vəzifəli şəxs yuxarı vəzifəli şəxsin hər hansı hərəkətləri etməməyə dair əmr alarsa, burada səhlənkarlıq cinayətinin tərkibi yaranmayacaq. Öz vəzifələrinin lazımi qaydada icra edilməməsi onların keyfiyyətsiz, qeyri-tam həcmdə, müvafiq qaydaların və təlimatların pozulmasıyla icrasını güman edir. Səhlənkarlıq cinayətinin tərkibi maddidir. Xidməti vəzifələrin yerinə yetirilməməsi və ya lazımi qaydada icra edilməməsi müəyyən nəticələrə səbəb olmalıdır, yəni vətəndaşların və ya təşkilatların, və ya cəmiyyətin və ya dövlətin qanunla qorunan hüquqlarının və qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmalıdır. Hüquqların və maraqların əhəmiyyətli pozulması anlayışı bu qrupun başqa cinayətlərində olduğu kimi başa düşülür və işin bütün şəraitinin qiymətləndirilməsindən asılıdır. Vəzifəli şəxsin fəaliyyətsizliyi və ya öz xidməti vəzifələrini lazımi qaydada icra etməməsi və zərərli nəticələrin (vətəndaşların və təşkilatların qanuni hüquqları və maraqlarının əhəmiyyətli pozulması) yaranması arasında səbəbli əlaqə olmalıdır. Pozulmuş hüquqlar və maraqlar maddi və qeyri-maddi xarakterə malik ola bilər. Maddi zərər vətəndaşlara və ya təşkilatlara məxsus əmlakın itkisi halında, məsələn onun məhv edilməsi, faydanın əldən çıxması, müəssisənin işinin pozulması, qəzaların baş verməsi, keyfiyyətsiz məhsulun istehsal edilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyri-maddi hüquq və maraqların pozulması əhəmiyyətli mənəvi zərərin vurulması, zərərçəkmiş şəxsin ölümü və ya sağlamlığına ağır xəsarətlərin vurulması, qaydaya salınması müəyyən vaxt tələb edən sənədləşmədə qarışıqlığın yaradılması və s. hallarda özünü büruzə verə bilər. Səhlənkarlıq cinayəti davranışın nəticələrini öncədən görməkdə qüsurları olan, aşağı özünütənqid səviyyəsinə malik şəxslər tərəfindən törədilir. Bu hallar zəif sosial nəzarət şəraitində sistematik intizamsızlıq nəticəsində möhkəmlənir. Səhlənkarlıq üzündən baş vermiş cinayət əməli sabit sosial baxımdan mənfi stereotiplərlə, vərdişlərlə bağlıdır. Bu əməldə həmişə davranış qaydalarının pozulması və ya insanın vətəndaşlıq, peşəkarlıq və vəzifə öhdəliklərinə istinad edərək yerinə yetirməli olduğu və bacardığı hərəkətləri yerinə yetirməməsi motivləri vardır. Səhlənkarlıq özünün subyektiv tərəfinə görə digər vəzifə cinayətlərindən fərqlənir. Bu, qəsdən deyil, ehtiyatsızlıq üzündən törədilən vəzifə cinayətidir. Subyektiv tərəf cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq formasında ehtiyatsız təqsirlə xarakterizə olunur. Hər iki halda əsaslandırmaq lazımdır ki, vəzifəli şəxs ziyanlı nəticələrin baş verməsinə mane ola (qarşısını ala) bilərdi. Üzərinə qoyulmuş vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün obyektiv imkan, ilk növbədə, mövcudluğu bu şəxsdən asılı olmayan kənar şərtlərlə müəyyən olunur. Konkret vəzifəli şəxsin lazımi davranışının real mümkünlüyünün subyektiv amillərinə onun şəxsi xüsusiyyətləri: təcrübə, ixtisas, təhsil səviyyəsi, sağlamlıq durumu və s. aid edilir. Xidməti vəzifələrin yerinə yetirilməməsi həm də diqqətsizliyin (unutqanlığın, başqa işlərə yayınmanın, öz vəzifələrinin əsaslandırılmadan digər şəxsə həvalə etmənin və s.) nəticəsi ola bilər. Hər bir halda cinayət əməlinin tərkibi mənfi nəticələrin şüurlu şəkildə yetirilməsini istisna edir. Vəzifə səhlənkarlığında təqsirkar şəxslərin sosial, dəyər oriyentasiyasının, ətraf reallığa münasibətinin təhlili bu cinayətin subyektlərinin əxlaqi-psixoloji xarakteristikasını aşağıdakı kimi müəyyən etməyə imkan verir: birincisi, bu şəxslər şəxsi tələbatlarını xidməti maraqlardan üstün tutur, bu da son nəticədə xidməti funksiyaların yerinə yetirilməsinə laqeydliyə və ya etinasız yanaşmaya səbəb olur, ikincisi, xidməti maraqlara bu cür münasibət bir qayda olaraq, fəaliyyətsizlik, işgüzar məsələlərin həllinə diqqət yetirməmək, iradi qüvvəsini sərf etməmək istəyini və s. yaradır; üçüncüsü, hüquqi psixologiyanın qüsurları hüquqi neqaitivizmdə, qanunçuluq prinsipinə mənfi və ya etinasız yanaşmada, əmək intizamına əməl etməməkdə və s. ifadə olunur. Bu nəticə ona əsaslanır ki, səhlənkarlıq hər zaman təqsirkarın mahiyyətini bildiyi və ya ən azı, vəzifə borcuna görə bilməli olduğu müəyyən normativ aktların pozulması ilə bağlıdır. Yuxarıda qeyd olunan cinayət əməllərinin bir qisminin hüquqi təhlilini verərkən, onların vacib elementi olan "vəzifəli şəxs" məvhumunun hüquqi analizinə də zərurət yaranır. Keçirilmiş təhlil göstərir ki, qanunverici "vəzifəli şəxs"in tərifini müxtəlif cür ifadə edir. Vəzifəli şəxsin anlayışı müxtəlif normativ hüquqi aktlarda onun fəaliyyət spesifikasından asılı olaraq "təşkilatın vəzifəli şəxsi", "daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlərə müvafiq olaraq hakimiyyətin nümayəndəsi funksiyalarını həyata keçirən, qanunla müəyyən edilmiş qaydada ondan xidməti asılılıqda olmayan şəxslər barəsində sərəncamverici səlahiyyətlərə malik, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə təşkilatlarında, həmçinin silahlı qüvvələrdə və digər hərbi birləşmələrdə təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxs", "yerli özünüidarəetmənin vəzifəli şəxsi", "silahlı qüvvələrdə, digər silahlı birləşmələrdə müdafiənin təminatı və dövlətin təhlükəsizliyi üzrə hərbi formalaşma və orqanlarda daimi, müvəqqəti və ya xüsusi səlahiyyətlərə müvafiq olaraq təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən hərbi rütbə üzrə rəis", "dövlət orqanlarının səlahiyyətlərinin bilavasitə icrası üçün Konstitusiya, konstitusiya qanunları və qanunlarla müəyyən edilən dövlət vəzifələrini tutan şəxslər" kimi verilmişdir. Eyni zamanda, hüquq ədəbiyyatında vəzifəli şəxs anlayışını müşayiət edən digər anlayışlar da mövcuddur: hakimiyyət nümayəndəsinin funksiyalarını icra edən şəxslərə qanunverici, icra və ya məhkəmə orqanlarının funksiyalarının həyata keçirilməsi üzrə hüquq və vəzifələ səlahiyyəti verilən şəxslər; qanunla müəyyən edilmiş qaydada onlardan xidməti asılılığı olmayan və ya onların idarə mənsubiyyəti və mülkiyyət formalarından asılı olmayaraq vətəndaşlar, təşkilatlar, müəssisələr tərəfindən icrası icbari olan qərarların qəbul edilməsi hüququ olmayan şəxslər barəsində sərəncamverici səlahiyyətlər verilmiş hüquq-mühafizə və ya nəzarət edən orqanların əməkdaşları və s. "Hakimiyyətin nümayəndəsi" və "vəzifəli şəxs" terminlərinin toqquşması hüquq ədəbiyyatında həmişə müəyyən kolliziyalara səbəb olmuşdur. Ayrı-ayrı müəlliflər bu barədə qeyd edirlər ki, hakimiyyətin bütün nümayəndələri vəzifəli şəxs deyildirlər. Belə nöqteyi-nəzər, görünür, ona görə yaranmışdır ki, inzibati hüquq elmində hakimiyyətin hər bir nümayəndəsinə vəzifəli şəxs kimi baxmırlar və beləliklə, hakimiyyətin bütün nümayəndələri vəzifəli şəxs anlayışı ilə əhatə olunmur. Digər müəlliflər qeyd edirlər ki, hakimiyyətin nümayəndəsi və vəzifəli şəxs anlayışlarının arasında şəxsi və ümumi nisbət mövcuddur, yəni hakimiyyətin nümayəndəsi vəzifəli şəxsdir. Başqa bir müəlliflər hesab edirlər ki, vəzifəli şəxs anlayışının universal xarakterli təfsiri yoxdur, fərdi sahibkarlar, həmçinin kommersiya hüquqi şəxslərin (təsərrüfat yoldaşlıqlarının, cəmiyyətlərin, fondların, kooperativlərin və s.) rəhbərləri də analoji funksiyaları yerinə yetirdiyi halda vəzifəli şəxslər kimi məsuliyyətə cəlb oluna bilərlər. Cinayət hüququ nəzəriyyəsində hakimiyyət nümayəndələrinin müxtəlif təyinlərinə rast gəlmək olar ki, burada müəlliflər belə şəxsləri onlardan xidməti asılılığı olmayan şəxslər barəsində qanunverici, məhkəmə, icra (həmçinin hüquqmühafizə, nəzarət edən, müşahidə) sahələrində sərəncam səlahiyyətlərinə malik şəxslər kimi başa düşülür. Hüquq ədəbiyyatında belə bir fikir də söylənilmişdir ki, “vəzifəli şəxs”in vahid qanunvericilik anlayışı ən yüksək hüquqi abstraksiya formasında qurulmalı və vəzifəli şəxsin sahələrarası anlayışlarını özündə birləşdirməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi (308-ci maddənin Qeydi) məhz bu yanaşmaya üstünlük verərək, "vəzifəli şəxs" anlayışı altında aşağıdakı şəxsləri nəzərdə tutmuşdur: hakimiyyət nümayəndələri, o, cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçulları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər komersiya və qeyri-komersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər komersiya və qeyri-komersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat funsiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynalxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynalxalq parlament assambleyalarının üzvləri; beynalxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı içlasçılar. Göründüyü kimi, cinayət qanunvericiliyi vəzifəli şəxs anlayışının daha geniş və daha dolğun təfsirini vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş vəzifəli şəxs anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında göstərilir ki, təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma və.s). Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan, lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə, vəzifəli şəxs hesab oluna bilərlər. Elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə, onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən iş görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətlər etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanunun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) vəzifə tutan, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Təşkilati-sərəncamverici funksiyalar anlayışı altında vəzifəli şəxsin o səlahiyyətlərini başa düşmək lazımdır ki, onlar dövlət orqanının, dövlət və ya bələdiyyə müəssisəsinin (onun struktur bölməsinin), hüquqi şəxsin, kommersiya təşkilatının əmək kollektivində kadr tərkibinin formalaşmasıyla, təşviq və ya mükafatlandırma tədbirlərinin tətbiqiylə və buna dair öz səlahiyyətləri daxilində müvafiq sərəncamlar verilməsiylə, inzibati cərimələrin qoyulmasıyla və s. əlaqədardır. Vəzifəli şəxsin inzibati-təsərrüfat funksiyaları kimi, onun aşağıdakı səlahiyyətlərini qeyd etmək olar: təşkilatların, müəssisələrin, hüquqi şəxsin balansında və bank hesablarında olan əmlakı və (və ya) pul vasitələrini faktiki olaraq idarə etmə və sərəncam etmə üzrə səlahiyyətləri, əmək haqqının, mükafatların hesablanması, maddi dəyərlərin dövriyyəsinə nəzarətin həyata keçirilməsi, onların saxlanması qaydasının təyin edilməsi, uçotu və xərclənməsinə nəzarət edilməsi və s. Kommersiya və ya digər təşkilatlarda idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə direktor və ya kollegial icra orqanının üzvünün funksiyalarını yerinə yetirən şəxslər, təşkilatı faktiki idarə edən şəxslər, habelə, bu təşkilatın ayrı-ayrı sahələrində (struktur bölmələrində) daimi, müvəqqəti və ya xüsusi səlahiyyətə görə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər aid edilir. Vəzifəli şəxs öz funksiyalarını müəyyən vaxt ərzində və ya bir dəfəyə həyata keçirilə bilər, həmçinin, əsas işlə uyğunlaşdıra bilər. Cinayət işinin materiallarında olan "xxxx" MMC-də müdir vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı hüquq və vəzifələri olmuşdur: aylıq olaraq mağaza xərclərini va gəlirlərini analiz etmək, administratorlardan müvafiq hesabatlar almaq; tabeliyində olan administratorlar arasında iş bölgüsünü müəyyənləşdirmək və onların vəzifələrini icra etməsinə nəzarət etmək; funksional vəzifələri və alıcı sayının gündəlik orta hesabla dəyişməsini nəzərə alaraq mağaza personalının iş cədvəlini tərtib etmək; iş günü ərzində işçilərin satış nöqtələrində və digər marketdaxili ərazilərdə yerləşdirilməsinə nəzarət etmək; malların qəbuluna, düzülüşünə, qiymət etiketlərinin düzgünlüyünə və hər bir malın qiymətinin üzərində olmasına nəzarət etmək; ehtiyac olduqda, mağazada əməkdaşlarının hər birinin vəzifəsini yerinə yetirmək, onları əvəz etmək; mağazanın texnoloji proseslərinin fasiləsizliyi pozulduğu zaman yaranan problemləri müvafiq struktura bildirmək, həll olunmadığı halda rəhbərinə məlumat vermək; mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirmək, keçirilmiş hər iclasın protokollaşdırılıb, üst rəhbərliyə göndərilməsini təmin olmaq; əgər məxfi xarakterli deyilsə, rəhbərliklə keçirilən iclaslarda verilən qərarlar, dəyişikliklər haqqında administratoriar ilə iclas təşkil edərək, onları məlumatlandırmaq; müştərilərə təklif olunan malların çeşidinə və keyfiyyətinə nəzarət etmək, mağazadakı çeşidlər üzrə birbaşa rəhbərinə təkliflər vermək; rəqib mağazalardakı çeşidin qiymətlərini izləmək va marketdə qiymət siyasəti üzrə üst rəhbərinə təkliflər vermək; mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etmək; malların qəbulunu, rahat və əlverişli düzülüşünə, qiymət etiketlərinin düzgünlüyünə və hər bir malın qiymətinin üzərində olmasına nəzarət etmək; mağaza işçilərinin vəzilə təlimatlarını düzgün yerinə yetirmələrinə nəzarət etmək, lazım olduqda, təlimatlar vermək, iclaslar və təlimlər keçirmək, vəzifə təlimatına əməl edilməməsi halında qayda pozuntularım lazımi şəkildə qeydə alınaq və İR Direklorluğuna həmin işçiyə cəza tətbiq edilməsi barəsində təqdimat vermək; mağaza personalında uniformaların, yaxa kartlarının və digər lazımi inventar və sənədlərin mövcudluğuna nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasım təmin etmək; mağaza büdcəsini tərtib etmək və büdcənin məxaric hissəsinə nəzarət etmək, xərclərin müəyyən edilmiş limiti aşmamasını təmin etmək; mağazanın fəaliyyəti üçün zəruri olan sənədləri inzibati orqanlardun almaq və ya vaxtının uzadılması üçün müraciət etmək; inkassasiya prosesinin dəqiq və tam icra olunmasına nəzarət etmək; tabeliyindəki işçilərə rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq, icrasına nəzarəti müavinləri vasitəsi ilə təmin etmək; mağazanın səhər açılışını və axşam bağlanışını təşkil etmək, administratorların ədalətli iş bölgüsü aparmalarına nəzarət etmək; təsis edilmiş bütün sənədlərin, jurnalların, kitabların, blankların və s. düzgün şəkildə işlənməsinə nəzarət etmək; iş gününün sonunda sənəd reyestrinin kassa hesabatı ilə uyğunluğunu yoxlamaq, aşkar olunan uyğunsuzluqların səbəblərini araşdırmaq, uyğunsuzluqların səbəbinə əsasən müvafiq tədbirlər görülməsini təmin etmək. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən isə, o, iş yerində təhlükəsiz iş şəraitini yaratmamış, yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etməmişdir. Vəzifə təlimatından göründüyü kimi, onun ümumiyyətlə belə bir funksional vəzifəsi olmamışdır. Barəsində ittiham verilmiş Təqsirləndirilən şəxs kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, hüquqi şəxsin balansında və bank hesablarında olan əmlakı və (və ya) pul vasitələrini faktiki olaraq idarə etmə və sərəncam etmə üzrə səlahiyyətləri, əmək haqqının, mükafatların hesablanması, maddi dəyərlərin dövriyyəsinə nəzarətin həyata keçirilməsi, onların xərclənməsinə nəzarət edilməsi kimi funksiyaları olmamışdır və o, maddənin mənasına əsasən heç bir halda «vəzifəli şəxs» kateqoriyasına aid edilə bilməz və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, həmçinin, digər halları da nəzərə almışdır. Qeyd olunmalıdır ki, formasından və növündən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisələr üçün işçi deyil, birmənalı olaraq mülkiyyətçi və işəgötürən məsuliyyət daşıyır. Müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər iş yerlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi Qaydaların, Təlimatların və digər normativlərin və standartların, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblərin yerinə ye tirilməsinə bilavasitə cavabdehdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əməyin Mühafizəsi bölməsinin otuz dördüncü fəslinin 215-ci maddəsində qeyd edildiyi kimi, müəssisələrin mülkiyyətçiləri və işəgötürənlər aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmə lidirlər: -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; - binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; -əməyin mühafizəsinin qüvvədə olan norrmativlərə uyğunlaşdırılmasını; -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Məhkəmə təcrübəsində istehsalatda zədələnmələrin səbəblərini təhlil edərkən, baş vermiş bədbəxt hadisələr içərisində bir - birinin eyni olan hadisəyə təsadüfü hallarda rast gəlinir. Lakin ümumi cəhətlərinə görə istehsalat zədələnmələri və peşə xəstə liklərinin səbəbləri texniki, təşkilati və sanitariya - gigiyena üzrə qruplara ayrılır. Hər bir müəssisə mülkiyyətçisinin və işəgötürənin yuxarıda qeyd olunan səbəblərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərməsi vacibdir. Belə ki, mülkiyyətçi aşağıda göstərilənlərə əmin ol malıdır: 1) həyata keçirilən işlərin layihəsinin dəqiq tərtib edildiyinə; 2)avadanlıq, qurğu və mexanizmlərin düzgün quraşdırılmasına; 3)texnoloji proseslərin düzgün aparılmasına; 4)avadanlıqların, mexanizmlərin uyğun və saz vəziyyətdə olmasına; 5)avadanlığın istismarı, yaxud təmiri zamanı işlədilən alət və tərtibatların saz vəziyyətdə olmasına; 6)çəpərləmələrin və qoruyucu vasitələrin mövcudluğuna; 7)qurğu və avadanlıq yerləşdirilmiş sahənin lazımi qədər geniş olmasına və s. Mülkiyyətçilər yuxarıda qeyd olunanlara əmin olmaq üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 218-ci maddəsinin 2ci bəndində göstərildiyi kimi «müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır» o cümlədən 6-cı maddəsində göstərildiyi kimi «yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (X4) razılığı olmadan istismara verilməsi qadağandır». Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əməyin Mühafizəsi bölməsinin otuz dördüncü fəslinin 215ci maddəsində qeyd edildiyi kimi, bilava sitə iş yerlərində əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını təmin etmək üçün müəssisələrin mülkiyyətçiləri və işəgötürənləri tərəfindən lazımı tədbirlər həyata keçirilməlidir. Bunun üçün Əmək Məcəlləsinin Əməyin Mühafizəsi bölməsinin doqquzuncu fəslinin 64cü maddəsinin 2-ci bəndində göstərildiyi kimi «işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir». Eyni zamanda Əmək Məcəlləsinin Əməyin Mühafizəsi bölməsinin otuz dördüncü fəslinin 222maddəsinin 5ci bəndində də iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə vaxtaşırı attestasiya apar ılmasına müəssisələrin mülkiyyətçiləri və işəgötürənləri cavabdehlik daşıyırlar. Beləliklə, qeyd olunan hüquq normalarında müvafiq məsuliyyətin mülkiyyətçinin və işəgötürənin üzərinə düşdüyü müəyyən olunur. Bununla bağlı «işəgötürən» və «işçi» anlayışlarının hüquqi təhlilinə ehtiyac vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Beləliklə, işəgötürən – işçi ilə əmək münasibətlərinə girən hüquqi şəxs və ya fiziki şəxsdir. Qanunda nəzərdə tutulan hallarda işəgötürən qismində əmək müqavilələrini bağlamaq hüququna malik digər subyekt çıxış edə bilər. İşəgötürənlər – fiziki şəxslər aşağıdakılar sayılır: -müəyyən olunmuş qaydada fərdi sahibkar qismində qeydiyyatdan keçmiş və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər, həmçinin xüsusi notariuslar, vəkil kabineti yaradan vəkillər və peşəkar fəaliyyəti qanunlara uyğun olaraq dövlət qeydiyyatından keçməli və (və ya) lisenziyalaşdırılmalı olan, qeyd olunan fəaliyyətin həyata keçirilməsi üçün işçilərlə əmək münasibətlərinə girən digər şəxslər; -şəxsi xidmət göstərilməsi və ev təsərrüfatının idarə edilməsi üzrə köməklik göstərilməsi məqsədilə işçilərlə əmək münasibətlərinə girən fiziki şəxslər (fərdi sahibkar olmayan fiziki şəxslər). İşçi və ya əməkdaş - əmək müqaviləsi əsasında işəgötürəndə işləyən və buna görə əmək haqqı alan əmək hüququ subyekti olan fiziki şəxsdir. İşçinin hüquqi vəziyyəti əmək qanunvericiliyi, əmək və kollektiv müqavilələr, təşkilatın lokal normativ aktları ilə müəyyən olunur. İşçi ölkənin əmək qanunvericiliyi ilə müəyyən olunmuş hüquqlara malikdir və vəzifələr daşıyır Nəzərə alınmalıdır ki, hüquqi ədəbiyyatda təşkilatın filial rəhbərinin (müdirinin) hüquqi statusu ikilidir. Bir tərəfdən, o, filiala rəhbərlik edir və orada əsas şəxslərdən biri kimi hərəkət edir, digər tərəfədən isə digər işçilər kimi əmək haqqı alır, xəstəliklə əlaqədar işə çıxmır, məzuniyyətə çıxır və s. Belə ikililik onun statusunun müxtəlif cür qəbul edilməsinə gətirib çıxarır: təşkilatın filial rəhbəri (müdiri) təşkilatın əmək hüququ nöqteyi-nəzərindən necə qəbul edilməlidir – işəgötürən kimi, onun nümayəndəsi kimi, yoxsa işçi kimi? Bu suala cavab vermək üçün təşkilatın filial rəhbəri (müdiri) ilə əmək münasibətlərinin tipik məsələlərini araşdırmaq zərurəti yaranır. Təşkilatın filial rəhbəri (müdiri) hamı kimi işçidirmi? Nəzərə alınmalıdır ki, hüquqi şəxslər (təşkilatlar) mahiyyətcə, insanlar olmadan, yalnız reyestrdə qeyddir. Təsadüfi deyil ki, qanunverici mülki qanunvericilikdə müəyyən etmişdir ki, hüquqi şəxslər qanuna, digər hüquqi aktlara və təsis sənədlərinə uyğun olaraq hərəkət edən orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öz üzərinə mülki vəzifələri götürürlər. Belə orqanlara təşkilatın taleyi üzrə qərarlar qəbul edən kollektiv və təkbaşına idarəetmə strukturları aiddir. Bu, direktorlar şuraları, müşahidə şuraları, idarə heyətləri, iştirakçıların (səhmdarların) ümumi yığıncaqları və s. ola bilər, hüquqi şəxs məhz onların vasitəsilə hərəkət edir. Əsas orqanlardan biri kimi təşkilatın rəhbəri – təkbaşına icra orqanı çıxış edir. Bir qayda olaraq, təşkilatın ətraf aləmlə qarşılıqlı əlaqəsi funksiyaları məhz onun üzərinə qoyulur. Təkbaşına icra orqanı təşkilatın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, o cümlədən əmək və onunla bağlı hüquqi münasibətlərdə işçi heyətini idarə edir, işəgötürənin adından təşkilatın işçiləri barəsində kadr qərarlarını qəbul edir. Eyni zamanda, əmək qanunvericiliyi nöqteyi-nəzərindən rəhbərin xüsusi statusu olsa da, o, sadəcə işçilərdən biridir. Rəhbər – təşkilata rəhbərliyi həyata keçirən, o cümlədən onun təkbaşına icra orqanının funksiyalarını yerinə yetirən fiziki şəxsdir. Hər hansı digər işçi ilə olduğu kimi, onunla da əmək müqaviləsi bağlanır. Xatırladaq ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında sonuncu tərəfindən haqq müqabilində, işəgötürənin maraqları naminə, onun idarəetməsi və nəzarəti altında müəyyən əmək funksiyasının yerinə yetirilməsi haqqında razılaşmadır. Rəhbərə əmək haqqı ödənilir, məzuniyyət verilir, müxtəlif iş vaxtı rejimləri müəyyən edilə bilər, o, əvəzçilik üzrə işləyə bilər və s. Beləliklə, yuxarıda qeyd olunanların mənasına görə, təşkilatın filial rəhbəri (müdiri) hər hansı digər vətəndaş – işçi kimi təşkilatla əmək münasibətlərinə girir və haqq müqabilində əmək funksiyasının – təşkilata rəhbərliyin şəxsən yerinə yetirilməsi haqqında razılığa gəlir. Yeganə fərq, yuxarıda qeyd olunduğu kimi, onun xüsusi statusudur. Belə çıxır ki, təşkilat hüquqi şəxs kimi və rəhbər təkbaşına icra orqanı kimi eyni şey deyil. Onlar bir şəxsdə üst-üstə düşmür, necə ki, hüquqi şəxs onun təsisçiləri (iştirakçıları) ilə üst-üstə düşmür. Hətta rəhbər MMC-nin yeganə iştirakçısı olsa da, rəhbərin, təsisçinin (iştirakçının) və təşkilatın özünün statusları eyni olmayacaq. Bəli, belə vəziyyətdə direktor özünə və digərlərinə münasibətdə MMC-nin adından qərarlar qəbul edəcək, lakin qanunvericilik nöqteyi-nəzərindən o, sanki ikiləşir, ayrı-ayrı hərəkət edir: həm təsisçi, həm də rəhbər kimi. Rəhbərə münasibətdə işəgötürən təşkilatdır (hüquqi şəxsdir). Məhkəmə praktikasında, həmçinin bu yanaşma əks olunub: təşkilatın rəhbəri yalnız təşkilatın digər işçiləri ilə münasibətlərdə hüquq və vəzifələrə malikdir və təşkilat-işəgötürənlə münasibətlərdə özü işçi qismində çıxış edir. Təşkilatın filial rəhbərinin (müdirinin) statusu və səlahiyyəti (hüquq və vəzifələri) necə müəyyən olunur? Hüquqi şəxsin orqanlarının yaranması qaydası və səlahiyyəti qanunla və təsis sənədi ilə müəyyən olunur. Bu, təkbaşına icra orqanı kimi rəhbərə də şamil olunur. Təşkilata rəhbərlik, həmçinin rəhbərin hüquq və vəzifələri Əmək Məcəlləsinə, qanunlara və digər normativ hüquqi aktlara, o cümlədən yerli özünüidarəetmə orqanlarının, məsələn, bələdiyyə müəssisəsinin rəhbərinin statusu haqqında normativ hüquqi aktlarına; təşkilatın təsis sənədinə; təşkilatın lokal normativ aktları; əmək müqaviləsinə uyğun müəyyən olunur. İşəgötürəni işçidən fərqləndirən bir neçə amil var. Bu fərqləndirici əlamətlər aşağıdakılardır. Vakansiyanın təsvirinə görə. İşçi təşkilatda müəyyən haqq müqabilində işləyən / xidmətlər təklif edən şəxsdir. İşəgötürən isə təşkilat üçün işçiləri işə götürən və onlara haqq (pul və digər nemətləri) təklif edən şəxsdir. Məqsədə görə İşəgötürənlər işçini (əməkdaşı) işə götürməklə və ona ixtisasına uyğun rol verməklə, həm təşkilati, həm də istehsal səmərəliliyini artırmağa çalışır. İşəgötürən bu konkret sahədə səmərəliliyi maksimallaşdırmağa və ya təşkilatın ümumi məhsuldarlığından geri qalan səhvləri aradan qaldırmağa çalışır. Digər tərəfdən əməkdaş iş axtarır və mütəmadi əmək haqqı şəklində kompensasiya müqabilində təşkilatın tələb etdiyi xidmətləri göstərir. Bu, işçiyə özünü maddi cəhətdən təmin etməyə, həmçinin, işədüzəlmə zamanı işəgötürən tərəfindən təqdim oluna biləcək digər güzəştlərdən istifadə etməyə imkan verir. Səlahiyyətin olmasına və nəzarət səviyyəsinə görə. İşəgötürən işçidən daha çox səlahiyyətə malikdir. Faktiki olaraq, işəgötürən əksər hallarda əməkdaşın nə etdiyini və hətta bəzi hallarda necə etdiyini izləyə bilər. İşçilər (əməkdaşlar) işəgötürənlər tərəfindən təyin olunmuş rolları yerinə yetirir və işəgötürənə hesabat verir. Lakin işçi işəgötürən üzərində səlahiyyətə malik deyil. Onların səlahiyyətini yalnız daha aşağı səviyyəli əməkdaşlarla yerinə yetirmək olar. Şirkətin siyasəti və əmək müqaviləsi ilə nəzərdə tutulan hallarda işəgötürən, həmçinin işçini işdən azad edə bilər. İşçi (əməkdaş) yalnız daha aşağı vəzifələri tutan şəxslərə nəzarət edə bilər. İşəgötürən bütün əməkdaşlara nəzarət edir. Şirkətin pul vəsaitlərinin istiqamətləndirilməsinə görə. İşəgötürənlə işçi arasında daha bir fərq şirkətdə və ya biznesdə pul vəsaitlərinin hərəkətinin istiqamətləndirilməsidir. İşəgötürən üçün əmək haqqı şirkətin gəlirindən çıxılır. Bu gəlir, əgər müəssisədirsə, biznesin gəlirlərindən, qeyri-kommersiya assosiasiyasıdırsa – qranlardan və sponsorluqlardan əldə edilə bilər. Lakin işçi üçün əmək haqqı onların maliyyəsinə əlavədir, belə ki, onlar işəgötürən tərəfindən verilən pul vəsaitlərinin alanıdır. İşçilər hər ay öz xidmətlərinə görə sabit pul kompensasiyası alır. Cinayət işinin materiallarına əsasən xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağaza müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs hüquqi statusu «işəgötürən» anlamının yuxarıda qeyd olunan heç bir kriteriyalarına uyğur gəlmir və təşkilatın filial rəhbəri (müdiri) olsa belə, «işçi» statusuna malik olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri “Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib (Qərar № 20\01-005, 24 oktyabr 2016-cı il). “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na əsasən hündürlükdə görülən iş dedikdə, aşağıdakılar başa düşülür: – işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər; – işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər; – hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər; – su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər. İlk öncə qeyd olunmalıdır ki, tikinti-quraşdırma işləri aparılan yerlərdə ən çox ölüm halları məhz hündürlükdən yıxılmaların payına düşür. Təkcə bu fakt, hündürlükdə işlərin necə təhlükəli olduğunu göstərir. Bu cür fəaliyyətlərə misal olaraq, hündür binaların tikintisi zamanı metal konstruksiyanın (karkasın) quraşdırlması, hündür yerlərdə taxtabəndin quraşdırılması, qaynaqçının dərin qazıntı sahəsinin düz yanında qaynaq işi görməsi, binaların fasasının rənglənməsi və ya binaların pəncərələrinin silinməsi və s. Qaydalara əsasən hündürlükdə görülən işlərdə çalışan işçilərə olan tələblər aşağıdakılardır: -18 yaşa çatmış şəxslər; -tibbi əks göstərişi olmayan şəxslər; -hündürlükdə işlə bağlı müəyyən ixtisasa, biliyə, bacarığa malik işçilər; -hündürlük qorxusu olmayan işçilər; Qaydalara əsasən hündürlükdə görülən işlərlə bağlı əsas təhlükələr aşağıdakılardır: şaquli məsafə – hündürlük artdıqca oradan yıxılaraq xəsarət almanın nəticəsi də bir o qədər artacaq; damlar – xüsusilə bina və evlərin üzərinin örtülməsi və ya texniki xidməti zamanı bu tip işlər cəlb olunur. Damlar ilə bağlı təhlükə iki formada qruplaşdırılır: zərif materialdan hazırlanmış damlar (kirəmit, şifer vəs ) və maili damlar; hündürlükdə quraşdırılmış meydançaların, qurğuların və s-in materialların keyfiyyətinin azalması. Hansı ki, bu iki formada təhlükə yarada bilər: insan hündürlükdən yıxıla bilər və hündürlükdən hər hansı nasaz hissə qırılıb insanı vura bilər; mühafizə olunmayan kənarlar – kənarlarında qoruyucu məhəccərləri olmayan insanın dayandığı və ya işlədiyi hər hansı meydança, taxtabənd, döşəmə və s misal gətirilə bilər; stabil olmayan və ya zəif texniki xidmət göstərilmiş avadanlıqlar – taxtabənd, iş platforması, nərdivan və s. Bu tip avadanlıqlardan istifadə edən zaman əsas təhlükələr onlara düzgün qulluq göstərilməməsi, düzgün yerdə quraşdırılmaması və düzgün mühafizə olunmaması, bərkidilməməsi səbəbilə yaranır. Bundan başqa, adları qeyd olunan avadanlıqların həddindən artıq yüklənməsi, küləkli hava şəraiti də onların çökməsinə və ya aşmasına səbəb ola bilər; hava şəraiti – yağış və şaxtalı hava sürüşmə riskini, güclü külək iş platformasının aşma riskini gücləndirən amillərdəndir. Ümumiyyətlə, hündürlükdə görülən işlər zmanı hava faktoru nəzərə alınmalıdır; düşən əşyalar – düşən əşyalar həm insanlar həm də avdanlıqlar üçün ciddi zədə riskini yaradır. Bu tip risklərdən uzaq olmaq üçün hündürlükdə iş zamanı iş platformasının kənarlarında süpürgəliklər quraşdırılmalı, iş platformasında hər hansı boşluqlar (deşiklər) olmamalı, istifadə olunan alətlər sığorta kanatları ilə təchiz olunmalı, alət-avadanlıqlar düzgün şəkildə iş platformasın qaldırılmalı və endirilməli, iş platformasının kənarlarında məhəccər quraşdırılmalı, alətavadanlıqlar düzgün saxlanılmalı, təmizliyə riayət edilməlidir. Qaydalara əsasən hündürlükdə görülən işlərlə bağlı əsas risklər aşağıdakılardır: -hündürlükdən yıxılmaq – müxtəlif bədən xəsarətləri, sınıqlar, əzilmələr, boyun və onurğanın zədələnməsinə və ölümə səbəb ola bilər; - hündürlükdən hər hansı əşyanın insanların üzərinə düşməsi (düşən əşya) – ölümə, baş-beyin zədələnməsinə, müxtəlif sınıqlara səbəb ola bilər. Qaydalara əsasən işçilərə olan tələblər ondan ibarətdir ki, hündürlükdə işlərin yerinə yetirilməsinə yaşı 18-dən az olmayan şəxslər buraxılır. Bu şəxslər işə qəbul edilən zaman ilkin və müəyyən müddətdən bir vaxtarşırı tibbi müayinədən keçməlidirlər. Mütəmadi olaraq hündürlükdə işlər zamanı təhlükəsizlik qaydaları ilə tanış edilməlidirlər. Qaydaların tələbinə əsasən işçilər yalnız aşağıdakılar təmin edildikdən sonra hündürlükdə görülən işlərə buraxılırlar: - əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə məlumatlandırıldıqdan sonra; - əməyin mühafizəsi və texniki təhlükəsizlik barədə öyrədildikdən və bilikləri yoxlanıldıqdan sonra; - hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra; Qaydalara əsasən texniki-texnoloji və ya təşkilati tədbirləri təşkil edən işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər: 1-ci qrup – briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər; 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryadburaxılış üzrə təyin olunan işçilər; 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər. Nəzarət tədbirləri Qaydaların tələbinə əsasən əsas məsuliyyətli tərəf kimi işəgötürən hündürlükdə iş zamanı riskin aradan qaldırılmasının tədbirlər iyerarxiyasını daima izləməlidir. Nəzarət iyerarxiyası “yayınmaqaradan qaldırmaq-minimallaşdırmaq» kimi qruplaşdırılır. Hündürlükdə iş görməkdən yayınmaq – tapşırılan işi başqa formada yerinə yetirməkdir. Misal üçün, çirkli pəncərini təmizləmək üçün nərdivandan istifadə etmək əvəzinə, uzun tutacağı olan silgi vasitəsilə yedən çirklənmiş hissəni silməklə hündürlükdə iş görməkdən yayınmış olacaqsınız. Yıxılmanın qarşısını almaq – bunun üçün təhlükəsiz iş (bu haqda daha ətraflı aşağıda) yeri hazırlanmalı, bu iş yeri (platforması) stabil olmalı, ətrafında yıxılmadan mühafizə edən qoruyucu məhəccərləri olmalıdır. Yıxılmanın məsafəsini və nəticəsini minimallaşdırmaq – müfafiq təhlükəsizlik kəmərindən istifadə etmək, hündürlük ətrafında xüsusi torlar və ya hava şarları quraşdırmaq və s vasitəsilə yıxılmanın nəticəsini azaltmaq olar. İş materiallarınla olan Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 31 mart 2022-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-nin «20 Yanvar Tbilisi» filialında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.18, 5.19, 6.2.1 və 6.2.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş X6 göstərmişdir ki, o rəy verərkən yalnız müstəntiqin qərarının təsviri hissəsində qeyd edilən hallara və baxış protokoluna əsaslanmış, iş materiallarında olan X4 rəyinə istinad etməmişdir. 27 may 2022-ci il tarixli rəydə təqsirli şəxs kimi Təqsirləndirilən şəxs göstərilməsinin səbəbi isə istintaq orqanının qərarında Təqsirləndirilən şəxs adının göstərilməsi olmuşdur. Belə ki, aşkar edilmiş pozuntulara və həmin kriteriyalara cavabdeh şəxs kimi istintaq orqanının qərarında Təqsirləndirilən şəxs adı göstərildiyi üçün, o, da sonuncunun adını rəydə göstərmişdir. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.1-ci bəndinə əsasən hündürlükdə işlər yerinə yetirilərkən, işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir. Həmin Qaydaların 5.18-ci bəndinə əsasən işçilərin düşə biləcəyi divardakı oyuqlar qapanır, hasarlanır və ya təhlükəsizlik nişanları ilə işarələnirlər. Həmin Qaydaların 5.19-cu bəndinə əsasən iş yerləri dam örtüyünün üzərindədirsə, bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığı layihədə nəzərdə tutulmuş, dam örtüyünə düşən yükün çəkisindən çox olmamalıdır. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakı tələblərə cavab verməlidir: -6.2.1. iş yerlərində mövcud şəraitə, yerinə yetirilən işin xarakterinə və növünə uyğun olmalıdır; 6.2.2. işçinin sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən işəgötürən fərdi mühafizə vasitələrinin verilməsinin standart normalarına uyğun olaraq və iş şəraitinin qiymətləndirilməsinin nəticələrinə əsasən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələri ilə uyğunlaşan elementləri, komponentləri və ya yarım sistemləri birləşdirərək işçini hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlə təmin edir. Göründüyü kimi, Qaydaların müəyyən etdiyi şərtlərə əsasən bu bəndlərdə göstərilən işlərin həyata keçirilməsi işçinin deyil, işəgötürənin vəzifəsidir və məhz sonuncunun məsuliyyət dairəsindədir. Bundan başqa, əlavə olaraq qeyd olunmalıdır ki, bu Qaydalarla naryad-buraxılış tərtib olunmaqla hündürlükdə işlərin təşkilinə dair tələblər, istehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələbləri, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər, kanatla yanaşma sistemi qaydaları, işçilərin konstruksiyalar və hündür obyektlər üzrə yerdəyişməsi zamanı təhlükəsizlik tələbləri, sərt və elastik anker xətlərinə dair tələblər, nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri, montyor əl qarmaqları və ayaqlıqlarının tətbiqi zamanı təhlükəsizlik tələbləri, hündürlükdə işləyən zaman tətbiq edilən avadanlığa, mexanizmlərə, əl alətlərinə dair təhlükəsizlik tələbləri, hündürlükdə işləyən zaman yükqaldırıcı mexanizmlərə və qurğulara dair tələblər, kiçik mexanikləşdrmə vasitələri tətbiq edilməklə təhlükəsizlik tələbləri, hündürlükdə polad və yığma daşıyıcı konstruksiyaların quraşdırılması və sökülməsi zamanı təhlükəsizlik tələbləri, hündürlükdə taxta konstruksiyaların quraşdırılması və sökülməsi zamanı təhlükəsizlik tələbləri, binaların damında dam örtüyü (taxtapuş) və digər işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik tələbləri, tüstü borularında işləyən zaman təhlükəsizlik tələbləri, beton işləri yerinə yetirilərkən təhlükəsizlik tələbləri, hörgü işləri yerinə yetirilərkən təhlükəsizlik tələbləri, şüşə işlərinin yerinə yetirilməsi və binaların şüşə örtüklərinin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri, hündürlükdə bəzək işləri zamanı təhlükəsizlik tələbləri, antena-dor qurğularında işləyən zaman təhlükəsizlik tələbləri, su üzərində işləyən zaman təhlükəsizlik tələbləri və hündürlükdə məhdudlaşdırılmış məkanda işləyən zaman təhlükəsizlik tələbləri müəyyən olunur, hündürlükdə işləyən işçilərə dair tələblərin nümunəvi siyahısı açıqlanır. Belə olan halda, bu qaydalarda göstərilən normativlərin ittihama əsasən "xxxx" MMC-nin «20 Yanvar Tbilisi» filialınını müdirinə nə dərəcədə aid olduğu müəyyən olunmur. Yuxarıda qeyd olunları məcmu halında qiymətləndirək. Cinayət işinin materiallarından görünür ki, barəsində ittiham sürülmüş Təqsirləndirilən şəxs təşkilati struktur baxımından bir sıra filiallara malik olan MMC-nin filialının müdiri işləməklə, daxili təlimata əsasən öz əmək funksiyalarını həyata keçirmişdir. Bu zaman, yuxarıda göstərilən meyarlara əsasən, onun «işəgötürən» statusuna malik olması istisnadır ki, bu da, əmək qanunvericiliyinin tələblərinə əsasən onun əməyin mühafizəsi ilə bağlı verilmiş ittiham üzrə məsuliyyətini aradan qaldırmış olur. Təqsirləndirilən şəxs vəzifə təlimatına əsasən onun işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etməsi kimi heç bir funksional vəzifəsi olmamışdır. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda göstərilən normativlərin ittihama əsasən "xxxx" MMC-nin «20 Yanvar Tbilisi» filialınını müdirinə nə dərəcədə aid olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyinə əsaslanaraq, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Odur ki, verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə 1(006)-340/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya protesti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-204/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-204/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver