Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2040/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərər çəkmiş şəxs (mülki iddiaçı) X6, Zərər çəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçi - «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı məhkumluğu olmayan, ali təhsilli, ailəli, 1-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 oğu, eləcə də zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən), Aytən Əliyeva, Vüqar Quliyev) 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək tutulduğu və 28 fevral 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 4 (dörd) ay 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, zərər çəkmiş şəxs (mülki iddiaçı) X6 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia təmin edilmiş və 66237 manat məbləğdə pulun Təqsirləndirilən şəxs tutularaq X7 ödənilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Bakı şəhər İcra Hakimiyyyətinin xx.xx.2013-cü il tarixli 503 saylı sərəncamı ilə ona verilmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə "Zövq İnşaat” MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilini Şahid2 satdığından sonuncunun adına rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikası 1 saylı Bakı İnziabti-lqtisadi Məhkəməsinin 2-l(81)-2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarının olduğunu bildiyi halda, özününki kimi təqdim edərək X1 barədə yalan vəd verib aldadaraq, 04 noyabr 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC vasitəsi ilə 34000 manat pulu hesaba köçürmə yolu ilə, 6000 manat pulu nəğd şəkildə və X3 adına olan "Mercedes Benz” markalı "Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpik manat dəyərində 25000 ABŞ dollarına almağa razılaşaraq ünvan 4 ünvanda yerləşən ünvan 5rnamə verib ələ keçirməklə, ümumilikdə zərər çəkmiş şəxs Mehdi Qasımova 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən apellyasiya şikayəti verən Təqsirləndirilən şəxs müdafiəçisi hökmün ədalətsiz olduğunu qeyd edib Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-eü il tarixli, 1(101)-92/2024 saylı ittiham hökmünü tamamilə ləğv edməklə, mülki iddianın rədd edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxs və onun nümayəndəsi birgə verdikləri apellyasiya şikayətində qeyd edilən hökmün dəyişdirilərək, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini, hökmdən CM-nin 70ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric olunmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətnin təmin edilməsini, zərər çəkmiş şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətinin isə təmin olunmamasını, zərər çəkmiş şəxs və onun nümayəndəsi onlar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini, dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəçisi, eləcə də zərər çəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi, eləcə də zərər çəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 178.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək müxtəlif hissələrdə bir-birini təkzib edən ifadələr versə də, bu ifadələr həm ayrı-ayrılıqda, həm də zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb, təqsirləndirilən şəxsin ifadələrinin özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə bağlı göstərilənlərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən hal kimi CM-in 59-cu maddəsinə əsasən 1-ci qrup əlil olmasını, cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə almışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə vurulmuş ziyan məbləğini göstərərək məhkəmə tərəfindən cəza təyin edilərkən bunun nəzərə alınmamasına istinad etmişdir ki, bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda dələduzluq etməsi CM-in 178.3.2-ci maddəsinin tərkibinin zəruri əlaməti olduğundan və maddənin dispozisiyası ilə əhatə olunduğundan, həmin hal cəza təyini zamanı təkrarən nəzərə alına bilməz. Zərər çəkmiş şəxs apellyasiya şikayətində hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılmasını xahiş etsə də, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, o cümlədən cinayət əməlini törədərkən «Bipolyar affektiv pozuntu, növbəti hipomaniya epizodu» kimi psixi pozuntudan əziyyət çəkməsini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin edib CM-nin 70-ci maddəsini tətbiq edilməklə təyin olunmuş cəzanı şərti hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi və ağırlaşdırılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi, eləcə də zərər çəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi, eləcə də zərər çəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.3.2-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-2040/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2040/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver