Məhkəmə qərarları › İş №1(103)-2062/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2062/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2062/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi- Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 32.5, 206.3.2-ci, 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-807/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-807/2022 saylı qərarı ilə (sədrlik edən hakim: R.V.Salmanov) Təqsirləndirilən şəxs oğlunun barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 807/2022 saylı hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə baxılarkən onun hüquqi savadsız olmağı, psixoloji vəziyyətində problemin olması nəzərə alınmamışdır. Bunları nəzərə alaraq hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və onun müdafiəçisi apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, dövlət ittihamçısı isə həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-807/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli, 1(101)-807/2022 saylı hökmü ilə (sədrlik edən X8, hakimlər X7 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 14 (on dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 30 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs oğluna narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Azərbaycan Respublikası CPM-in 384.1.1-ci maddəsinə əsasən, ittiham və ya bəraət hökmü çıxarıldıqda apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfındən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfındən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından göründüyü kimi cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair 31 mart 2023-cü il tarixdə vəsatət vermiş, həmin vəsatət Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və vəsatət 12 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs öz vəsatətində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində şikayət verə bilməməsinin səbəbini tam savadsızlığı və hüquqi savadının olmaması ilə əlaqələndirmişdir. Cinayət işi materiallarında olan hökmün surətinin qəbul edilməsi barədə məhkəmə qəbzindən görünür ki, məhkum edilmiş şəxs tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli hökmün surəti xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin məhkum tərəfindən buraxılmasını üzürlü hesab etməyərək qeyd etmişdir ki, apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılmasına dair heç bir əsas müəyyən olunmadığından məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli və apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, apelyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət ilə bağlı heç bir əsaslı, üzürlü səbəb müəyyən edilmədiyindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair hazırkı vəsatəti rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 807/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 32.5, 206.3.2-ci, 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-807/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkum X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən Bakı şəhər 12 saylı Vəkil Bürosunun hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar