Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2067/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
2. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək keçmiş kürəkəni Zərərçəkmiş şəxs heç bir səbəb olmadan dayanacaqda olan kənar şəxslərin gözü qarşısında söyüşlərlə təhqir edərək eyni zamanda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən iti uclu vintaçanla onu vuracağı ilə hədələyib üstünə gedərək vurmağa çalışaraq Zərərçəkmiş şəxslə əlbəyaxa olub onu yerə yıxaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbə olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan: sağ kürəyin nöqtəşəkilli qansızmaları, sağ əlinin sıyrığı, sağ dizinin qançırı xəsarətləri yetirməklə şəxslər üzərində fiziki zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlə xuliqanlıq etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə (sədrlik edən: H.Hüseynli) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunması, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs davranışına nəzarətin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
4. Hökmlə həmçinin sübutlar və məhkəmə xərcləri məsələləri həll edilmişdir.
5. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmlə razı olmadığını və hökmün ləğv edilərək, ona bəraət verilməsini xahiş etmişdir.
6. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 03 dekabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs ‘'Gənclik” metrosunun yaxınlığında yerləşən iş yerinə getmək üçün onların evinin qarşısında yerləşən dayanacaqda, işıqforun yanında “Koroğlu” metro stansiyasına gedən 136 nömrəli marşrutu gözləyən zaman, qara maşının bir az irəli saxladığını, maşının (Samir yeni maşın aldığından maşındakının Samir olmasını bilməmişdir) geri gələrək oradan kiminsə nəsə dediyini təxmin etmiş (təqsirləndirilən şəxsin görməsi zəifdir), 1 manata “Koroğlu” metro stansiyasına gedən taksi olmasını düşünüb diqqət yetirməmişdir, maşın yenidən irəli geri gedib pəncərədən nəsə demiş, 3-cü dəfəsində isə irəliyə verərək maşından düşdükdən sonra onun tərəfə gələrək ona qarşı nalayiq ifadələr işlətməyə başlamış və əl hərəkətləri ilə ona yaxın gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs avtodayanacaqdakı insanların onun qonşuları olması səbəbi ilə ona tərəf yaxınlaşıb, söyüş söyməməsini tələb etdikdə, Samir onun yaxasından tutaraq arxa-araxaya “Referans” Klinikasına tərəf çəkməyə başlamış, səkidən sonra ərazinin 1 pilləkən hündürlükdə alçaq olması səbəbi ilə yıxılmış, yıxılan zaman Zərərçəkmiş şəxs beli balaca şam ağacına sürtülmüş və Təqsirləndirilən şəxs onun üstünə yıxılmışdır. Bundan sonra hətta Samir yerindən qalxıb təqsirləndirilən şəxsin gödəkçəsindən tutaraq yerdə sürüməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq üzərində gəzdirdiyi vintaçan çibindən düşmüşdür. Məhkəmə tərəfindən CPM-in 144-cü maddəsi üzrə nəzərdə tutulan sübutların yoxlanması tam, hərtərəfli və obyektiv həyata keçirilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 anten məlumatlarındakı ziddiyyət aradan qaldırılmamış, zərərçəkmiş şəxsin şahidlə hadisədən öncə və hadisədən sonra əlaqəda olması barədə etiraf etmiş, təqsirləndirilən şəxsin verdiyi məlumata əsasən Şahid2ı Zərərçəkmiş şəxslə dəfələrlə uşaqla ünsiyyətə bir yerdə gəlməsini görməsini bildirmiş, eyni zamanda vaxtı ilə X3 elçi düşüb, qızın ona verilməməsi səbəbi ilə ədavətli olması barədə məlumat verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hallar nəzərə alınmayaraq, şahidin ifadəsi mötəbər sübut kimi qiymətləndirilmişdir. Həmçinin qeyd edim ki, Şahid2 özünün verdiyi ifadəyə əsasən istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə "xxxx" Şirkətinə ünvanlanan antenn məlumatlarına dair sorğuya əsasən hadisənin baş verdiyi (xx.xx.2022 saat 10:00) ən yaxın müddətdə, yəni xx.xx.2022-ci il tarixdə saat 09:58-də Şahid2 Pir Həsən Ziyarətgahının damındakı antenin əhatə dairəsinə düşdüyü halda, xx.xx.2022-ci il tarix saat 13:56 -də isə S.Yesenin küçəsi 102A ünvanındakı ATS-54-də yerləşən anten dairəsinə düşdüyü müəyyən edilir. Nəzərinizə çatdırım ki, hadisənin baş verdiyi əraziyə ən yaxın anten S.Yesenin küçəsi 102A ünvanındakı ATS-54-dədir. Belə olan halda şəxsin hadisə baş verən zaman hadisə yerində olmamasına dair əsaslı şübhələr yaranır. Bu səbəbdən tərəfimizdən təqsirləndirilən şəxsində "xxxx" nömrəsi istifadə etməsi səbəbi ilə onun da anten məlumatlarının çıxarılmasını məhkəmədən xahiş etsək də məhkəmə tərəfindən bu təmin edilməmiş və bununla da məhkəmə tərəfindən sübut (şahid ifadəsi) tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Bundan əlavə zərərçəkmiş şəxs tərəfindən həm istintaqdan, həm də məhkəmədən uzun müddət gizlədilən şahid, işin sonunda peyda olması və bu peyda olan şəxsin Samirlə münasibətinin tanışının olması Samirin öz ifadəsi ilə öz təsdiqini tapdığı halda məhkəmə onun bu ifadəni mötəbər qəbul etmişdir. Bundan başqa qeyd edim ki, hadisə baş verdikdən qısa müddət sonra müdafiəçi olaraq tərəfimdən hadisə yerindəki Təhlükəsiz Şəhər Kamerasındakı görüntülərin götürülməsi barədə vəsatət verilmiş, istintaq orqanın himayədarlıq etdiyi Samirin istəklərinin təmin olunması vəsatətin isə təmin edilməməsi, baxılmaması üçün müstəntiq tərəfindən cinayət işi maddi və prosessual əsas olmadan rədd edilmiş, bundan sonra həmin vəsatət cavab verilməmiş, video görüntülər əldə edilməmişdir. Hadisənin üzərindən uzun müddət keçməsi səbəbi ilə isə video görüntünün artıq mövcud olmamasına dair məhkəmə sorğusuna cavab verilmişdir. Həmin Məcəllənin maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
7. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayıti verərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair müddaların hökmdən xaric edilməsini xahiş etmişdir.
8. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin təqsirləndirilən şəxsə şərti cəza verməsi qanunsuz və əsassızdır. Belə ki, nə məhkəmə, nə də məhkəməyə qədərki istintaq zamanı təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmiş, səmimi peşman olduğunu bildirməmiş, bununla bağlı bircə dəfə də olsun təqsirləndirilən şəxs tərəfindən barışıq üçün heç bir addım atılmamış, dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxs zərərçəkmişlə barışmamışdır. Halbuki məhkəməyə qədərki istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi ərizə ilə müraciət edərək cinayət əməlinin AR CM-nin 128-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Dolayısı yolla bu, əməlin təqsirləndirilən şəxs tərəfindən törədildiyinin müdafiəçisi tərəfindən bilavasitə etirafıdır. Həmçinin, bu ərizəyə baxmayaraq absurd şəkildə müdafiəçi tərəfindən məhkəmədən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Həmçinin müdafiə tərəfindən hadisənin birbaşa şahidi olmayan Şahid1 şahid qismində dindirilmiş, lakin o guya hökmdə qeyd edildiyi kimi, “Adil əminin üstü başı cırıq və palçıqlı, əli isə qanlı idi“ ifadəsini vermişdir. Halbuki hadisədən birbaşa sonra tərəfimdən çəkilmiş video görüntüdə təqsirləndirilən şəxsin əlinin qanlı olmadığı, üst-başının palçıqlı və cırıq olmadığı aydın görünür. Müdafiə tərəfinin şahidi Şahid1 mən hadisə olmamışdan təxminən 01 il əvvəl Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şikayət etmişəm. Belə ki, heç bir əsas olmadan Şahid1, yəni təqsirləndirilən şəxsin divar qonşusu məni videoya çəkərək, həmin görüntüləri təqsirləndirilən şəxsin ailəsinə göndərmişdir. Yəni, onunla mənim aramda əvvəldən münaqişə olmuşdur. Məhkəmə prosesi zamanı bunu mən bilavasitə bildirsəm də, lakin hakim bu nüanslara diqqət etməmişdir. Məhkəmədə mənim vəsatətim əsasında şahid qismində dindirilmiş və müdafiə tərəfinin vəsatəti əsasında hadisənin baş verdiyi vaxtda anten məlumatlarına əsasən təqsirləndirilən şəxsi mənim üzərimdən götürüb aralayan şəxs Şahid2 olmuşdur. O da məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzünə “mən səni Samirin üzərindən götürməsəydim, sən Samiri öldürmüşdün” deyə ifadə versə də, lakin təqsirləndirilən şəxs ona heç bir söz deməmişdir, yəni şahidin dediyi sözü təkzib etməmişdir. Dəfələrlə məhkəmədə bildirmişəm ki, mənimlə keçmiş həyat yoldaşım və onun ailəsi (Təqsirləndirilən şəxs da daxil olmaqla) “münaqişəli ailə kimi” Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində müvafiq qeydiyyatdayıq. Lakin məhkəmə təqsirləndirilən şəxs barəsində hökm çıxararkən bu halı ağırlaşdırıcı hal kimi nəzərə almamışdır. Yəni təqsirləndirilən şəxs münaqişəli olduğumuzu bilə-bilə mənə qarşı qəsdən cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəmə qeyd olunan nüansa diqqət etməmiş, bununla bağlı heç bir hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs bu halı bilə-bilə qəsdən cinayət əməlini törətmişdir. Həmçinin bu hadisədən əvvəl dəfələrlə Təqsirləndirilən şəxs məni açıq-aşkar şəkildə insanların gözü qarşısında təhqir etmişdir. Bununla bağlı xüsusi ittiham qaydasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət etmişəm, (həmin şikayət cinayət işinin materiallarına əlavə edilmişdir.) Yəni qeyd edim ki, bu halın olmaq ehtimalı yüksək idi. Əlavə olaraq bildirirəm ki, mənim həyatıma, sağlamlığıma təqsirləndirilən şəxs tərəfindən “real təhlükə ilə əlaqədar müvafiq hərəkətlərin olacağı” görünürdü. Bu şəxsin mənim həyatım üçün real təhlükəli hərəkətlərdən əl çəkmək niyyəti yoxdur və olmamışdır. Məhkəmə istintaqı zamanı bu halları qeyd etsəm də, lakin məhkəmə bu hallara heç bir hüquqi qiymət verməmiş, AR CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Həmçinin məhkəmə, tərəfimdən verilmiş mülki iddianı icraata qəbul etsə də, lakin müddət məsələsini, yəni hadisənin baş verdiyi zamanla, mənim telefonu servisi təqdim etdiyi zaman arasında intervalı əsas gətirərək heç bir əsas olmadan mülki iddianı təmin etməmişdir. Qeyd edim ki, hadisə zamanı telefon üzərimdə olmuş, hadisə baş verdikdən sonra telefonu istintaqa təqdim etmişəm. Lakin sonradan müstəntiq mənə bildirmişdir ki, “telefon işləmirsə, telefonu müvafiq servisə, yəni “İphone” telefonlarına dair servisə apar, həmin servisdən hadisə zamanı ziyan çəkmiş telefonun təmir xərclərinə dair müvafiq arayış al və cinayət işinin materiallarına əlavə edilməsi üçün mənə təqdim et”. Mən də telefonu servisə aparmışam və bununla əlaqədar cinayıt işinin materiallarına əlavə edilməsi üçün rəsmi sənəd təqdim etmişəm. Mənim əmlakıma dəymiş zərər ödənilməlidir. Belə ki, məhkəmə prosesi zamanı mən telefonuma dəymiş ziyanı tələb etmişəm. Məhkəmə prosesi zamanı qeyd etmişəm ki, təqsirləndirilən şəxs məni yerə yıxarkən sağ arxa cibimdə olan telefon üzərinə düşmüşəm və buna görə də telefona maddi ziyan dəymişdir. Həmçinin mən hadisədən sonra mənəvi psixoloji sarsıntı keçirmişəm, bununla bağlı evdə stasionar şəraitdə müalicə almışam. Bu səbəbdən də mənə dəymiş mənəvi ziyan ödənilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, törədilmə halını, bizim münaqişəli ailə kimi qeydiyyatda olmamığımızı və bunu bilməsini, cinayəti qəsdən və bilərəkdən törətməsi halını, niyyətini, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməməsini, səmimi peşman olduğunu bildirməməsini, bununla bağlı bircə dəfə də olsun təqsirləndirilən şəxs tərəfindən barışıq üçün heç bir addım atılmamasını, dəymiş ziyan ödənilməməsini və zərərçəkmiş şəxslə barışmamasını məhkəmə nəzərə almamışdır.
9. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir.
10. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 59.2-ci maddəsinə əsasən onun kifayət qədər yaşının olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və qeyd olunan halları nəzərə almaqla onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı çəkmədən islah olunması qənaətinə gəlmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə yuxarıda qeyd olunan CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, lakin Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum Qərarının tələblərini nəzərə alaraq həmin halları cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını əsaslandırmamışdır. Belə ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə istintaqı zamanı onun törətdiyi əməl kifayət qədər mötəbər dəlillərlə tam sübuta yetirilmiş və məhkəmə onun barəsində ittiham hökmü çıxarmışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli olması, cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəza çəkmədən boyun qaçırma kimi qiymətləndirmişdir. Yuxarıda qeyd olunanlar və işin halları belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs öz əməlinin cinayət olmasını qəbul etməmiş, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla törətdiyi cinayət əməli ona sübuta yetirilsə də, o bundan nəticə çıxararaq zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, həmçinin barışmağa belə cəhd etməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah oluna bilməsi qənaətinə gəlməsi ilə bağlı mövqeyini əsaslandırmamış, cəzanın məqsədinə dair CM-nin 41.2-ci maddəsinin tələblərini nəzərə almamışdır.Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin kifayət qədərə yaşının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır.Belə ki, şəxsin yalnız kifayət qədər yaşlı olması onun istənilən cinayəti törədərək cəza çəkmədən islah olunması qənaətinə gəlməyə əsas verməməli, yaş həddi ilə yanaşı öz əməlinə tənqidi münasibətləri də, nəzərə alınmalı idi. Lakin, məhkəmə təqsirləndirilən şəxsin öz əməlinə olan münasibətini, onun zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə almamışdır.Məhkəməyədək icraat dövründə və məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 israrlı şəkildə hadisəni törətmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsin kifayət qədər yaşlı olmasını və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Adil Əliyevin maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqlarını isə nəzərə almamışdır.Bundan əlavə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət hadisəsi törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.CM-nin 59.1.1-ci maddəsinin tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi təqsiləndilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır.İşin hallarından məlum olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini, hadisələrin təsadüfü axarı zəminində deyil, münaqişəli ailə kimi qeydiyyatda olduqları qızının keçmiş həyat yoldaşına qarşı qəsdən törətmişdir. Məhkəmə qeyd olunan halı cəzanı yüngüllədriən hal kimi nəzərə alarkən CM-nin 59.2-ci maddəsinə istinad etmiş yəni, qeyd olunanları CM-nin 59-cu maddəsində nəzərdə tutulmayan cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Laki məhkəmə CM-nin 59-cü maddəsində nəzərdə tutulmayan qeyd olunan halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da Ali Məhkəmənin yuxarıda qeyd olunan Pelnum Qərarının tələbinə əsasən öz mövqeyini əsslandırmamışdır.Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.Göründüyü kimi kifayət qədər əsaslar olmadan məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab etmiş, eyni zamanda sınaq müddətini də, aşağı həddə təyin etmişdir.“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2000-ci il tarixli l-№-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, təqsirləndirilənlərə cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq hər bir halda törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirləndirilənlərin şəxsiyyətləri, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır.Avropa Komissiyası və Avropa Şurası tərəfindən "Pis rəftarla və cəzasızlıqla" mübarizə adlı Birgə Proqram çərçivəsində hazırlanmış Ümumi hesabatda (CPT/İnf(2004)cü bənd) göstərilmişdir ki, araşdırma necə səmərəli olursa olsun, törədilmiş cinayətə görə təyin edilən cəza adekvat olmadıqda onun əhəmiyyəti az olacaq. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Belə olan halda bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər.Azərbaycan Respublikası CPMnin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Tərəflərin izahatları:
11. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı T.Qəhrəmanov təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, 70-ci maddənin hökmdən xaric edilməsini məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya şikayətinin müdafiə edərək, təqsirləndirilən şəxs barəsində 70-ci maddənin hökmdən xaric edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəza hissəsində dəyişdirilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
16. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
17. Təqsirləndirilən şəxs apellyasiya şikayətində özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini mübahisələndirməklə, zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirmiş, məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası məhkum edilmiş şəxsin istinad etdiyi hala qiymət verilməsini zəruri hesab edir.
18. Belə ki, birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır.
19. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin, yəni Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətin xuliqanlıq əməli olması ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə xuliqanlıq əməlinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 dekabr 2021ci il tarixdə, saat 10:30 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir.
21. Bu baxımdan məhkəmə kollegiyası, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir.
22. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə kollegiyası tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında keçmiş kürəkəni Zərərçəkmiş şəxslə əlbəyaxa olub onu yerə yıxaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan: sağ kürəyin nöqtəşəkilli qansızmaları, sağ əlinin sıyrığı, sağ dizinin qançırı xəsarətləri yetirmişdir.
23. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 1502 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə ilə müşayiət olunan sağ bud-çanaq oynağının yumşaq toxumalarını əzilməsi küt əşya təsirindən törənmişlər, törənmə müdəti onun məhkəmə tibbi muayinəsindən bir neçə saat əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddtə pozulmasına səbəb olduqlar üçün sağlamılğa yüngül zərər vurmaya aiddirlər.
24. Məhkəmə kollegiyası qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş və təqsirləndirilən şəxsin aktiv hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəbindən keçmiş kürəkəni Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirmişdir.
25. Məhkəmə kollegiyası baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs keçmiş qayınata-kürəkəndirlər. Digər tərəfdən cinayət işi materiallarından, tərəflərin verdikləri ifadələrdən və apellyasiya şikayətlərinin dəlillərindən müəyyən olunan hallardan biri də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uzun müddət münaqişəli münasibətinin olmasıdır. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında keçmiş kürəkəni Zərərçəkmiş şəxslə dalaşaraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş və yuxarıda qeyd olunan hadisə baş vermişdir.
26. Göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ailə münaqişəsi zəmnində yaranmış mübahisədən qaynaqlanması nəticəsində baş vermişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da müəyyən olunduğu kimi xuliqanlıq cinayəti motivsiz cinayətdir, yəni təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz.
28. Həmçinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.
29. Göründüyü kimi bilavasitə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına səbəb həmin şəxslərin keçmiş qohumluq münasibətlərindən qaynaqlanan ailə münaqişəsi ilə bağlı olmuşdur.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə keçmiş kürəkəni olan və münaqişəli olduğu Zərərçəkmiş şəxs istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir.
31. Digər tərəfdən «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.
32. Adı çəkilən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər—təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.
33. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər—təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.
34. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına görə, «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.»
35. Kollegiya hazırki əməlin xuliqanlıq olmamasını həmçinin onunla izah edir ki, yuxarıda qeyd edilən “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində həmçinin qeyd edilir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.
36. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdi ki, hadisə baş verən günü o, işdə olmuşdur. Səhər saatlarında qara rəngli maşının işlədiyi mağazanın qarşısında görmüşdür, lakin, maşının markası və nömrəsi yadında deyildir. Mağazada olan zaman küçədən dava səslərinin gəldiyini eşitmişdir, lakin kimin kim ilə dalaşdığını bilməmişdir. Hadisə olan yerə o, getməmişdir. Səslərdən “Adil- Adil” adının çəkildiyini eşitmişdir. Hadisə 2-3 dəqiqə çəkmiş, sonradan Adil əminin onun mağazasının qabağından keçdiyini görmüşdür. Adil əminin üst-başı cırıq və palçıq olmuşdur. Bundan sonra mübahisə edənlərdən birinin Adil əmi olduğunu bilmişdir, o, Adil əmiyə yaxınlaşmış, Adil əmi işıqfora tərəf gedirdi. Adil əmiyə yaxınlaşıb, üst başını təmizləmək üçün kömək təklif etmişdir. Adil əmi kömək istəməmişdir. Adil əminin üst-başı palçıq, əli isə qan olmuşdur.
37. Kollegiya hesab edir ki, səslərdən “Adil-Adil” adının çağırılması zərərçəkmiş şəxs tərəfindən təqsirlənirilən şəxsin davaya sövq edilməsini və davanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladığına işarədir. Davanın zərərçəkmiş şəxs tərəfindən başladılmasını həmçinin o da göstərir ki, hadisənin baş verdiyi yer təqsirləndirilən şəxsin evinin qarşısında yerləşən dayanacaqda olmuşdur. Başqa sözlə, hadisə zərərçəkmiş şəxsin yaşadığı Nərimanov rayonu ərazisindən, tamamilə fərqli ünvanda – təqsirləndirilən şəxsin ünvanında baş vermişdir.
38. Sadalanan hallar bir daha təsdiq edir ki, hadisə şəxsi münasibətlər zəmnində baş verdiyindən və zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığından, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması xuliqanlıq kimi qiymətləndirilə bilməz.
39. Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, Şahid1 ilə ədavəti olmuşdur. Belə ki, təxminən 01 il əvvəl zərərçəkmiş S.Bəyalıyev Şahid1 onu videoya çəkib təqsirləndirilən şəxsin aiəsinə göndərməsi səbəbindən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şikayət etmişdir.
40. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs Byramova Hicranla ədavətinin olmasını qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin bu dəlili təqsirlndirilən şəxsin daha ağır cəza alması və sonuncunun xeyrinə verilmiş şahid ifadəsinin qeyri mötəbər hesab edilməsinə nail olmaq məqsədi daşıyır.
41. Zərərçəkmiş şəxs həmçinin apellyasiya şikayətində qeyd edir ki, Şahid2 ifadəsində bildirmişdir ki, “mən səni Samirin üzərindən götürməsəydim, sən Samiri öldürmüşdün”.
42. Kollegiya şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin yaşlı, fiziki cəhətdən çox xırda və zəif olması özündən fiziki cəhətdən kifatət qədər güclü və 192 sm boyu olan zərərçəkmiş şəxsin üzərinə düşərək onu öldürə bilməsi və zərərçəkmiş şəxsin buna heç bir müdaxilə edə bilməməsi inandırıcı olmamaqla, təqsirləndirilən şəxsin daha ağır cəza almasına nail olmaq üçün zərərçəkmiş şəxsin irəli sürdüyü qərəzli ifadə kimi qiymətləndirilməlidir.
43. Kollegiya həmçinin qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, “Təqsirləndirilən şəxs həbs olunarsa, bəlkə mən uşağımla görüşə bilərəm”.
44. Göründüyü kimi, zərərçəkmiş şəxsin bu ifadəsi onun təqsirləndirilən şəxsə qarşı qərəzli mövqedə olduğunu bir daha təsdiq edir.
45. Zərərçəkmiş şəxs apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin münaqişəli olması onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalı idi.
46. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallar sadalanmışdır. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
47. Belə olduğu təqdirdə, təqsirləndirilən şəxsin şəxsi münaqişə zəmnində cinayət törətməsi Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmadığından, həmin hal cəzanı ağırlaşdıran hal qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidddir.
48. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
49. Həmin Məcəllənin 128-ci maddəsinə görə isə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
50. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə cəmiyyətə açıqca hörmətsizlik etmə və ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən, təqsirləndirilən şəxsin qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün zərərçəkmiş şəxsə zor tətbiq etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik etməsi və ictimai qaydanı məhz kobud şəkildə pozması qeyd edilsə də, bu pozuntunun nədə ifadə olunduğunu göstərən konkret hallar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda da istinad olunmamışdır.
51. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxsin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi vintaçan alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı.
52. Göstərilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir.
54. Kollegiya təqsirləndirilən şəxsin ona bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına zərər vurması iş materialları, istintaq hərəkəti protokolları, ekspert rəyi və şahid ifadələri ilə öz təsdiqini tapır.
55. Bundan başqa, iş materiallarının İ cildinin 95-ci səhifəsində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın sonunda təqsirləndirilən şəxsin imzası ilə də təsdiq edilmiş müdafiəçisinin qeydindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsini, bu olmadqda isə əməlinin 128-ci maddəyə tövsif edilməsini xahiş etmişdir.
56. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs əməli törətməsini və təqsirinin olmasını dolayısı ilə etiraf etmişdir.
57. Odur ki, məhkəmə kollegiyası qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə sonuncu tərəfindən silah qismində vintaçan alətdən istifadə edilməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir.
58. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda təqsirləndirilən şəxsin əməlinin az ağır cinayət əməli olan CM-in 221.3cü maddəsindən böyük ictimai təhlükə törətməyən cinayət əməli olan CM-in 128-ci maddəsinə tövsif edilməsi nəzərə alınmaqla hökm dəyişdirilməlidir.
59. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
61. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
62. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
63. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən məhkumluğunun olmaması yaşlı olması cəzasını yüngülləşdiriən hallar qismində nəzərə alınmışdır.
64. Bununla yanaşı Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.
65. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 128-ci maddəsi ilə tövsif olunması ilə sonuncunun əməli az ağır cinayət əməlindən böyük ictimai təhlükə törətməyən cinayət əməlinə tövsif edilmişdir ki, bu da öz növbəsində sonuncuya cəza təyini zamana nəzərə alınmalıdır.
66. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının, Meqri rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur.
67. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirir və bu halın, eyni zamanda onun yaşlı olmasını ona cəza təyini zamanı nəzərə alınmasını vacib hesab edir.
68. Apellyasiya protestində məhkəmənin qeyd edilən yüngülləşdirici halların nəzərə alınmasına baxmayaraq həmin halların yüngülləşdirici hal qismində nəzərə alınmasının əsaslandırılmadığı qeyd edilmişdir.
69. Kollegiya apellyasiya protestinin bu dəlilinə münasibətdə qeyd edir ki, protestə istinad edilən “Cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyin edilən zaman həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması hökmdə əsaslandırılmalıdır.
70. Kollegiya qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır ki, bu hal Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə nəzərdə tutulmuş yüngülləşdirici hala uyğun gəlir.
71. Həmin maddəyə görə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi yüngülləşdirici hal hesab edilir.
72. Göründüyü kimi, təqsirləndirilən şəxsin ittiham edildiyi əməl az ağır cinayət olsa da, hazırki qərarla böyük ictimai təhlükə törətməyən cinayəti törətməkdə təqsirli bilindiyindən, həmçinin zərərçəkmiş şəxsin təşəbbüsü ilə yaranmış münaqişə əsasında bu əməli törətdiyindən Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsindəki halın onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması cinayət qanunun tələblərinə uyğundur.
73. Apellyasiya protestinin şərti məhkum etmənin əsassız olması ilə bağlı digər bir dəlili isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsinə heç bir cəhd etməməsi və zərərçəkmiş şəxsin ondan şikayətçi olması ilə bağlı olmuşdur.
74. Kollegiya protestin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına, tərəflərin izahatlarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs əvvəldən münaqişəli olduqlarından, təqsirləndirilən şəxsin hazırda bu hadisəyə görə zərərçəkmiş şəxslə barışması gözlənilən deyildir. Hətta zərərçəkmiş şəxsin apellyasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs münaqişəli ailə kimi polisdə qeydiyyatdadırlar. Başqa sözlə, hazırki hadisə onlar arasında ilk münaqişə olmadığından, hətta hazırki münaqişənin onların daha əvvəldən ədavətlərinin olmasından qaynaqlandığından onların məhz bu hadisəyə görə barışması inandırıcı deyil və bu barışığın olmaması özlüyündə cəzanı ağırlaşdıran hal kimi nəzərdən keçirilə bilməz.
75. Məhkəmə kollegiya zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinin mülki iddiaya dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 1790 (bir min yeddi yüz doxsan) manat maddi ziyanın, 1500 (bir min beş yüz) manat mənəvi ziyanın və 52,90 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
76. Kollegiya tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsassızdır və təmin edilməməlidir.
77. Belə ki, məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarlnda qeyd edilir ki, “Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır.”
78. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.”
79. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.”
80. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.”
81. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 1790 (bir min yeddi yüz doxsan) manat məbləğində maddi ziyanın və 1500 (bir min beş yüz) manat məbləğində mənəvi ziyanın dəyməsi iş materialları ilə sübuta yetirilmir.
84. Belə ki, mülki iddia ərizəsinin qoşması kimi 2 ədəd “dəyişdirilən ehtiyyat hissələr və aparılan işlərlə” bağlı zəmanət talonu əlavə edilmiş, lakin sözügedən zəmanət talonları xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə verilmişdir.
85. Həmçinin cinayət işinə əlavə edilmiş 36422 saylı servisə qəbul qəbzindən göründüyü kimi mobil telefon xx.xx.2022-ci il tarixdə servisə təqdim edilmişdir. Hazırki cinayət işi üzrə hadisə isə xx.xx.2021-ci il tarixdə baş vermişdir.
86. Göründüyü kimi mobil telefon hadisə baş verəndən 53 gün sonra texniki servisə təqdim edilmişdir. Bu halı nəzərə alan məhkəmə həmin mobil telefonun məhz cinayət hadisəsi baş verən gün zədələnməsini inandırıcı hesab etmir.
87. Belə olan halda kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1790 manat məbləğində maddi və 1500 (bir min beş yüz) manat məbləğində mənəvi ziyan vurması təsdiq edilmədiyindən, mülki iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
88. Sadalanan hallara əsasən killegiya hesab edir ki, təqsirlənndirilən şəxsin əməli az ağır cinayətdən böyük ictimai təhlükə törətməyən cinayətə tövsif olunduğundan, ona daha yüngül cəza verilməlidir. Kollegiya təqsirləndirilən şəxsin ilk məhkumluğunun olmasını, yaşlı olmasını, dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının verilməsi ədalətlidir.
89. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarından aydın olduğu kimi təqsirləndirilən şəxs elektrik ustası işləməklə müntəzəm maddi gəlir əldə edərək ailəsinin ehtiyaclarını qarşılayır, belə olduğu təqdirdə kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, ailəni dolandıran bir şəxsin ailəsini də çətin duruma salacağı ilə yanaşı, həm də ilk məhkumluğu olan şəxsə qarşı ədalətli hesab edilə bilməz.
90. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir.
91. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir.
92. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin olunmalıdır.
93. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi maddi sübutun həllinə, ekspertiza xərcinə təsir göstərmədiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
94. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. X5 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunsun və ona həmin maddə ilə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin olunsun. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən Anar Tanrıverdiyev Hakimlər Qədim Babayev İlqar Murquzov