Məhkəmə qərarları › İş №1(103)-2074/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2074/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2074/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmü ilə (hakimlər X6 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) 24 avqust 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Rusiya Federasiyasının Yamalo-Neneç MD Tazovsk Federal rayon məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinin Q bəndi, 228.1-ci maddəsinin 3-cü hissəsi və 74-cü maddəsinin 5ci hissəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 11 avqust 2011-ci il tarixli qərarı ilə onun cəzası 10 (on) il 11 (on bir) aya endirilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 26 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının qalan hisəsini çəkməsi üçün təhvil verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3 və 177.2.3-cü maddələrinə tənzimlənərək 10 (on) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hesab edilməklə 21 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, S.Vurğun küçəsi ev 185-də qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 29 noyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübutlar məsələsi də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları Əsgər, Həsən adlı şəxslər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Əsgər, Həsən adlı şəxslər və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Əsgər, Həsən adlı şəxslər və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 10229,263 qram (10 kiloqram 229,263 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 2027,279 (2 kiloqram 27,279 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 8,279 qramını 1 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroinin 51,263 qramını 1 ədəd bükümdə qablaşdırıb üzərində, narkotik vasitə heroinin qalan 10178 qramını (10 kiloqram 178 qram) ayrıayrılıqda 1017 qram, 1017 qram, 1012 qram, 1050 qram, 1012 qram, 1017 qram, 1012 qram, 1017 qram, 1012 qram və 1012 qram çəkidə olan hissələrə bölüb 10 ədəd bükümdə, psixotrop maddə metafetaminin qalan 2019 qramını (2 kiloqram 19 qram) ayrı-ayrılıqda 1007 qram və 1012 qram olmaqla 2 ədəd bükümdə qablaşdırıb müvəqqəti yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə saat 1:10-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,279 qram çəkidə psixotrop maddə metafetamin 1 ədəd bükümdə və külli miqdarda 51,263 qram çəkidə narkotik vasitə heroin 1 ədəd bükümdə olmaqla əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2021-ci il tarixdə saat 4:10-da Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 1 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 10178 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 1017 qram, 1017 qram, 1012 qram, 1050 qram, 1012 qram, 1017 qram, 1012 qram, 1017 qram, 1012 qram və 1012 qram olmaqla 10 ədəd bükümdə, külli miqdarda 2019 qram çəkidə psixotrop maddə metafetamin ayrı-ayrılıqda 1007 qram və 1012 qram olmaqla 2 ədəd bükümdə, üzərində psixotrop maddə metafetaminin izləri olan 2 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi, daxilində narkotik vasitə heroinin izləri olan 1 ədəd butulka, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydlər aparılmış 1 ədəd dəftər mənzilin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1408/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsi və CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs tamamilə haqlı olaraq özünü təqsirli bilmir. Bundan başqa, qeyd edək ki, birinci instansiya məhkəməsi, demək olar ki, ittiham aktını olduğu kimi hökmə köçürmüşdür. Bu isə ədalət mühakiməsinin mahiyyətinə ziddir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət törətməsi barədə nəticəyə gəlinsə də, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi sübuta yetirilməmiş, tərəfimizdən müvafiq vəsatətlər verilmiş, lakin vəsatətlər qərəzli və məqsədyönlü olaraq təmin edilməmişdir. Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs faktiki olaraq heç bir cinayət əməli törətməmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu şərləyərək üzərinə külli miqdarda narkotik vasitə olan heroin qoyub həbs etmişlər. Barəsində olan cinayət işi 9 ay müddətində Səbail Rayon Polis İdarəsində aparıldıqdan sonra iş sübuta yetirilmədiyindən Səbail rayon prokurorunun qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmiş və 29 sentyabr 2021-ci ildə həbsdən azad olunmuşdur. Bakı İstintaq Təcridxanasından buraxılanda təcridxananın qarşısında onu həbs edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Müşfiq və həmin idarəyə agent kimi işləyən Faiqlə rastlaşmışdır. Birinci dəfə onu tutanların arasında Faiq olduğundan sonuncunu tanımışdır. Faiq onu görən kimi 2 ay müddəti olduğunu və onu yenidən tutacaqlarını bildirmişdir. Azadlığa çıxan gün o, Ağcabədi şəhərindəki evlərinə getmişdir. Rayonda olduğu müddətdə Faiq istifadə etdiyi ***-***-**-** nömrəsinin “WhatsApp”ına zəng edib ya onlara adam verməyini, ya da ki, tərəflərindən tutulacağını bildirmişdir. Bir neçə dəfə Faiq bu barədə danışıb eyni hədələrini davam etdirmişdir. Danışıq zamanı Faiq bir nəfər tanımadığı şəxsin nömrəsini ona göndərib həmin şəxsin Bakıda yaşadığını və baron olduğunu, həmin şəxsin tutulmasında onlara kömək etməyini tələb etmişdir. Həmin nömrəni hazırda xatırlamadığı adla telefonunun yaddaşına həkk etmişdir. O bu hədələri görüb əslən Ağcabədi rayonundan olan və DİN-in 7-ci idarəsində çalışan Tural adlı tanışına zəng edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının hədələdiyini və onu tutmaq istədiklərini bildirib Turaldan həmin idarədə tanışı olub-olmamasını soruşmuşdur. Tural da ona narkotiklərlə uzaq olacağı təqdirdə heç bir problem olmayacağını və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə tapşıracağına söz vermişdir. O da həmin zaman sərhədkeçmə məhdudiyyəti olduğundan xaricə gedə bilmədiyi üçün vaxt udmaq məqsədi ilə Turala ona köməklik etməsini, bunun müqabilində o da Turala narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin tutulmasında köməklik edə biləcəyini bildirmişdir. Tural da onunla razılaşmışdır. Həmin ərəfədə onun azyaşlı övladı xəstələnmiş və övladını rayondan iki-üç dəfə Bakıya xəstəxanaya gətirib-aparmışdır. Təxminən noyabrın 22-də növbəti dəfə övladını Bakıya gətirəndə Turalla zəngləşib sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Tural isə özü işdə olduğunu və ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qismət adlı əməliyyat müvəkkili ilə görüşməyini təklif etmişdir. Buna görə də o, Qismətlə Topçubaşov adına xəstəxananın qarşısında görüşmüşdür. Görüş zamanı o, Qismətə Müşfiq, sonuncunun həmkarı Anar və Faiqin onu hədələdiyini, ondan əl çəkmədiklərini, onlara adam verməsini tələb etdiklərini, əks təqdirdə onu tutacaqları ilə hədələdiklərini bildirmişdir. Qismət də ona narahat olmamağını, onu tapşıracağını, onunla heç kimin işi olmayacağını, bunun müqabilində ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin yaxalanmasında köməklik etməyini təklif etmişdir. O da Qismətin təklif ilə razılaşmışdır. Bundan sonra o, uşağını aparıb rayona qoyub geri qayıtmışdır. Dostu Ceyhunun ünvan 1 ünvanında yerləşən evində kombi xarab olmuş və həmin evdə kombinin düzəlməsini Ceyhun xahiş edib Bakıda olan zaman evə gedib kombinin düzlətdirməyi ona tapşırmış və hətta kombi ustasının nömrəsini də ona vermişdir. Buna görə də Bakıya gələndə o həmin evdə gedib qalmışdır. 28 noyabr 2021-ci il tarixdə Bakıya gəlmiş və həmin gün saat 14:00 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrənin “WhatsApp”ı ilə Turalla əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Tural da evdə olduğunu bildirmişdir. Bundan sonra ilk olaraq idarə etdiyi “KİA Optima” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Əbili yaşadığı “Şəfa” stadionun yaxınlığından götürmüş və Turalın yaşadığı DİN-in hospitalının yaxınlığına getmişdir. Orada Turalla "WhatsApp”la əlaqə saxlamaq istəsə də, set olmamış və buna görə də telefonuna digər ***-***-**-** saylı nömrəni taxıb Turala zəng etmişdir. Tural da ona orada olmadığını, Qala qəsəbəsindəki evində olduğunu bildirib ora gəlməyini və Qismətin də ora gələcəyini bildirmişdir. O da bundan sonra Əbillə birlikdə Qala qəsəbəsinə getmişdir. İlk olaraq Turalla qəsəbədəki şərab evinin qarşısında görüşmüşdür. Həmin vaxt o hər bir ehtimala qarşı idarə etdiyi maşını tanınmaması üçün bir qədər aralıda saxlayıb piyada görüş yerinə getmiş və Əbil maşında qalmışdır. Turalla görüşəndən sonra sonuncunun maşını ilə “Zeytun" restoranına gedib orada Qisməti gözləmişlər. Təxminən 3 saat sonra Qismət restorana gəlmişdir. Orada söhbət zamanı Faiqin ona nömrə verdiyini və həmin şəxsin tutulması üçün Faiqə yox, onlara kömək edə biləcəyini bildirmişdir. Tural və Qismət də onunla razılaşmış və bunu edəcəyi təqdirdə onu müdafiə edəcəklərini bildirmişlər. Artıq hava qaralmış, onlar oradan ayrılmış və Tural onu özü maşını ilə görüşdükləri şərab evinin qarşısına aparmışdır. O, Turaldan ayrıldıqdan sonra öz maşınının yanına gəlmiş, Əbillə birlikdə geri qayıtmışdır. Geri qayıdanda təxminən bir kilometr getdikdən sonra görmüşdür ki, o, maşınını saxladığı yerdə dayanmış vəziyyətdə gördüyü ağ rəngli “Hyundai” markalı və qara rəngli Cip avtomobili arxasınca gəlir və onu izləyirlər. Bunu biləndən sonra avtomobili bir qədər sürətli idarə edib “Baksol” yolunda onları azdırmışdı. Daha sonra ara səkitləşməsi üçün Əbillə birlikdə qaldığı evə getmişdir. Orada 10-15 dəqiqə qalandan sonra oradan ayrılmış və Əbili yaşadığı evə düşürmək üçün "Şəfa” stadionunun yaxınlığına aparıb onu orada düşürmüşdür. Daha sonra geri qayıdıb Yasamal rayonuna, Topçubaşov xəstəxanası ilə üzbəüz binada yaşayan xalasıgilə getmişdir. Avtomobili yol kənarında, “Şahdağ” marketin qarşısında saxlamış və xalasıgilə getmişdir. Xalasıgildə xalası Familə, onun oğlu Röyal, dayısı qızı Aygün, onun iki övladı olmuşlar. Orada təxminən 20 dəqiqə çörək yedikdən sonra rayonda olan uşağına pampers almaq üçün evdən çıxanda dayısı qızı Aygün onları da evlərinə düşürməyini xahiş etmişdir. O da etiraz etməmiş və bundan sonra saat 21:30 radələrində dayısı qızı və onun iki uşağı ilə aşağı düşüb avtomobilinə yaxınlaşan zaman marketin qarşısında olan 10-15 nəfər onun üstünə tökülüb onu tutmuş və qollarını arxadan qandallayıb öz avtomobilinin arxa tərəfinə əyləşdirmişlər. Dayısı qızı və onun uşaqlarını isə öz avtomobillərinə əyləşdirmişlər. Avtomobildə əməliyyatçılar Samir, Səttar və üzdən tanıdığı iki nəfər onu sorğu-suala tutub maşınında nə olub-olmadığını soruşmağa başlamışlar. O heç nə olmadığını bildirmişdir. Bundan sonra onun üzərini axtarmışlar, lakin heç nə aşkar edilməmişdir. Bu zaman onu əvvəl tutan əməliyyatçı Anar Səttara görüntülü zəng etmiş və Səttar telefonu ona tərəf çevirdikdən sonra Anar ona “gördün iki ay keçmədi, səni tutduq” demişdir. Daha sonra əməliyyatçılar avtomobildə iki açar olduğunu görüb həmin açarlar barəsində soruşmuşlar, o da açarların birinin xalasıgilin mənzilinin, digərinin isə Binəqədidə qaldığı evin açarı olduğunu bildirmişdir. Daha sonra əməliyyatçılar xalasıgildə kim olduğunu soruşmuş, o da xalası və onun oğlunun olduğunu bildirmişdir. Bundan sonra əməliyyatçılar avtomobildən xalasının evinin açarını götürüb xalasıgilə getmişlər. Geri qayıdandan sonra əməliyyatçılar idarə etdiyi avtomobilin kimə məxsus olduğunu soruşmuş, o da "rent a car”a məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları maşında olan sənədə əsasən “rent a car"ın əməkdaşı olan Habil adlı şəxsə zəng edib onu ora dəvət etmişlər. Habil də ora gəlmiş və əməliyyatçılar onunla orada söhbət etmişlər. Sonra əməliyyatçılar ondan yanında olan Əbil barəsində soruşub sonuncunu hara düşürdüyünü soruşmuş, o da onlara Əbili hara düşürdüyünü bildirmişdir. Daha sonra əməliyyatçılar ona Binəqədidə qaldığı evə onları apara biləcəyini təklif etmiş, o da etiraz etməmişdir. Həmin zaman artıq saxlanmağından bir saatdan çox müddət keçmişdir. Əməliyyatçılar onu ilk olaraq Əbili götürmək üçün “Şəfa” stadionunun yanına aparmışlar. Həmin zaman əməliyyatçılar onu öz avtomobili ilə aparmış, digərləri isə başqa avtomobillərlə getmişlər. “Şəfa” stadionunun yaxınlığına çatandan sonra o, Əbilə zəng edib çağırmış, Əbil gələndən sonra əməliyyatçılar Əbili də saxlamışlar. Bundan sonra birlikdə birbaşa ünvan 3 ünvanında yerləşən evə getmişlər. İlk olaraq əməliyyatçılar maşından açarı götürüb özləri evə daxil olub evi axtarmış, lakin evdən heç nə tapa bilməmişlər. Daha sonra onu da evə aparıb orada ondan narkotik vasitənin harada olduğunu soruşduqda o bu barədə heç nə bilmədiyini bildirəndən sonra polis əməkdaşları onu vurmağa başlamışlar. Evdə təxminən 15-20 dəqiqə qaldıqdan sonra onu və Əbili Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada Əbillə onu ayrı-ayrı otaqlara salıb sorğu-sual etməyə başlamışlar. Bu zaman “Niva” markalı avtomobili idarə edən mülki köməkçi, Samir, Natiq, Bəylər adlı əməliyyatçılar əlləri ilə onun üz nahiyəsindən başqa bədəninin müxtəlif yerlərinə vuraraq döymüşlər. Hətta həmin zaman onun əllərini də arxadan stula bağlamışlar. Əməliyyatçı Səttar gələndən sonra onlar öz aralarında danışmış və bundan sonra Səttar sol qolunun damar hissəsindən ona iynə vurmuş və o bundan sonra özündə olmamışdır. Bir də o, Binəqədidən qayıdıb Baş İdarəyə girəndə özünə gəlmişdir. İdarədə Səttar ona evdəki çəkilişi göstərəndə o başa düşmüşdür ki, ona iynə vurandan sonra onlar onu evə aparıb və orada guya külli miqdarda narkotik vasitəni İranlıdan əldə edib evində saxladığını bildirərək narkotiki onlara təqdim etmişdir. Bundan sonra Səttar ona artıq hər şeyin gec olduğunu bildirib tərtib edilən bütün sənədləri imzalayacağını bildirmişdir. O da qorxduğu üçün yalnız bir vərəqə imza etmiş, başqa sənədlərə imza etməmişdir. Mobil telefonunda "Qardaş” kimi qeyd etdiyi İranlı şəxslə ilə qardaşı Ruslanın xərçəng xəstəliyi ilə əlaqədar vəfat edən yoldaşının xəstəliyi ilə bağlı danışmışdır. Həmin şəxs həkim olmuş və adını xatırlamır. Baş Narkotiklərlə Mübarizə İdarəsində sənədləşmə rəsmiləşdirilərkən yanında vəkil olmamış, vəkili səhərəyaxın Baş idarədə görmüşdür. O, Bakıya gələndə xalasıgildə qalmış, Binəqədidəki evdə cəmi bir gün qalmışdır. İstifadəsində konkret olaraq ***-***-**-**, 055- 609-27-20, ***-***-**-**, 070- ***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Binəqədidə yerləşən evdən aşkar edilmiş və üzərində qeydlər aparılmış dəftərdəki yazılar ona məxsus olsa da, həmin yazıları ona Səttar yazdırmışdır. Səttar yazılacaq olanları demiş, o da yazmışdır. Ağcabədi rayonunda yaşamışdır. Övladının xəstəliyi ilə əlaqədar tez-tez onu Bakıya gəlmiş, övladının nitq qabiliyyətində qüsurlar olmuş və Bakı şəhərində yerləşən “Medikus" klinikasında müalicə olunmuşdur. Ailəsi Ağcabədi rayonunda yaşayır. İranlı şəxslərlə yazışmaları olmuş, onların nömrəsini ona Qismət vermişdir. İran islam Respublikası vətəndaşları ilə onların tutulmasında Qismətə və Turala kömək etmək məqsədilə, sonuncuların tələbi ilə əlaqə saxlamışdır. İran İslam Respublikası vətəndaşı göndərəcəyi narkotik maddələrin siyasini ona mobil telefon vasitəsilə göndərmişdir. Xalasıgilin yaşadığı evin açarı onda da olmuşdur. Onu mobil telefonla zəng edib, sms yazaraq hədələyən polis əməkdaşlarına həmin smsləri özündə saxlayıb onlar barəsində müvafiq orqanlara şikayət edəcəyini dediyi üçün onu yenidən tutmaqda qərarlı olmuşlar. Heç vaxt narkotik vasitəni hər hansı qoyulan yerdən götürməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamışdır. Övladının 3 yaşı var. Binəqədidə yaşadığı ev soyuq olduğu üçün övladını Bakıya gətirən zaman oraya aparmamışdır. Binəqədi rayonunda kirayə ev tutmaqda məqsədi övladının müalicəsinin Bakıda uzun müddət davam etməsi ehtimalı olarsa, həmin evdə yaşamaq olmuşdur. İlk tutulmasından sonra bu günədək narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Beləliklə, göründüyü kimi, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs məhkəmə istintaqında real ifadə vermişdir. Lakin, birinci instansiya məhkəməsi, heç bir əsas olmadan Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini. İş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etməmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab etmişdir ki, bu hal isə ədalət mühakiməsinin mahiyyətinə ziddir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonu, dəqiq tarixini xatırlamadığı günündə bacısı oğlu Təqsirləndirilən şəxs səhər saatlarında yaşadığı evə gəlib öz müalicəsi üçün istifadə etdiyi dərmanları ona verib, övladını müalicəsi üçün Ağcabədi rayonundan Bakı şəhərinə gətirdiyini bildirmişdir. Azərin övladının nitq qabiliyyətində qüsurlar olduğu üçün onu tez-tez müalicəsi üçün Bakı şəhərinə gətirmiş, lakin həmin müddətdə övladı onların evində qalmamışdır. Azər dərmanı verdikdən sonra çıxıb getmişdir. Həmin gün axşam saat 20:00 radələrində Azər səhər saatlarında ona verdiyi dərmanı götürmək üçün yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə ondan başqa oğlu X14, X11 və sonuncunun iki övladı olmuşdur. Azər təxminən 20 dəqiqə evdə olub biraz yemək yedikdən sonra evdən çıxan zaman qızı Aygül Azərdən avtomobili ilə onu “28 May” küçəsinə aparmasını xahiş etmişdir. Azər də razılaşıb Aygül və sonuncunun iki övladı ilə birlikdə evdən çıxmışdır. Bundan təxminən 2-3 dəqiqə keçmiş yaşadığı mənzilin qapısı döyülmüşdür. Qapının dəliyindən baxdıqda bir nəfər əvvəllər tanımadığı şəxsi görmüş, ondan kim olmasını soruşduqda Azərin dostu olduğunu, sonuncunun telefon zənglərinə cavab vermədiyini, bu səbəblə mənzilə gəldiyini bildirmişdir. O isə Azər, əsasən, Ağcabədidə yaşadığından Bakıda çox tanışının olmadığnı bildiyi üçün və ona dostunun gələcəyi barədə məlumat vermədiyindən qapını açmamışdır. Təxminən 2-3 dəqiqə sonra yenə qapı döyülmüş, bu dəfə qapı dəliyindən baxdıqda Aygülü və övladlarını görmüş və qapını açmışdır. Elə bu vaxt 4 nəfər şəxs evinə daxil olmuşlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib onları bir qədər Azərin yaşadığı ünvan, Bakıya hansı səbəblə gəlməsi barədə sorğu-sual etmişlər. Daha sonra polis əməkdaşlarından birinin mobil telefonuna zəng gəlmiş və həmin zəngdən sonra çıxıb getmişlər. Daha sonra Aygül birlikdə getdikləri zaman polis əməkdaşlarının Azəri tutub üzərini axtardıqlarını, lakin həmin vaxt Azərin üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamasına baxmayaraq polis əməkdaşlarının sonuncunu apardıqlarını bildirmişdir. Azər evdə təxminən 20 dəqiqə qalmışdır. Polis əməkdaşları yaşadığı mənzildə olarkən oğlu Royalın üzərində olan şalvarın ciblərini də yoxlamışlar. Polis əməkdaşları onları Azər barəsində təxminən 1 saat sorğu-sual etmişlər. Azər Ağcabədi rayonunda yaşamışdır. Azərin övladının nitq qabiliyyətində qüsurlar olmuşdur. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. 28 noyabr 2021-ci il tarixdə gün boyu yaşadığı evdə olmuşdur. Azərin Bakı şəhərinə gəldiyi zaman harada qalması barədə məlumatı olmamışdır. Azərin Bakı şəhərində kirayədə yaşadığı evin ünvanını bilmir, oraya heç vaxt getməmiş, kiminsə getməsi barədə də məlumatı olmamışdır. Bildiyi qədərilə, Azər ilk dəfə tutulmuşdur. Qapını açmama səbəbi qapıdakı şəxsi tanımaması olmuş, qapını döyən polis əməkdaşı mülki geyimdə olmuşdur. Azərin narkotik vasitə istifadə etməsinin şahidi olmamış, bu barədə məlumatı olmamışdır. Bildiyi qədərilə, Azər Bakıya ancaq övladının müalicəsi ilə əlaqədar gəlmişdir. Yaşadığı evin açarı yalnız o və oğlu Royalda olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 şahid X7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Lakin, birinci instansiya məhkəməsi, heç bir əsas olmadan şahid qismində dindirilmiş X7 və X8 da məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına və işin faktiki hallarına uyğun olmayan, qohumları olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək həmin şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etməmişdir ki, bu hal isə ədalət mühakiməsinin mahiyyətinə ziddir. Beləliklə, göründüyü kimi, həmin faktlar təsdiq edir ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxsə tamamilə qərəzli olmuş, heç bir əsas olmadan ibtidai istintaq orqanının ona verdiyi uyğurma ittihama istinad edərək, qanunsuz qərar qəbul etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmünün ləğv edilməsini, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etdiyini və həmin hissədə cinayət təqibinə xitam verilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmünün qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni hökm çıxarılmasından ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 15 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu şərləyərək üzərinə külli miqdarda narkotik vasitə olan heroin qoyub həbs etmişlər. Barəsində olan cinayət işi 9 ay müddətində Səbail Rayon Polis İdarəsində aparıldıqdan sonra iş sübuta yetirilmədiyindən Səbail rayon prokurorunun qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmiş və 29 sentyabr 2021-ci ildə həbsdən azad olunmuşdur. Bakı İstintaq Təcridxanasından buraxılanda təcridxananın qarşısında onu həbs edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Müşfiq və həmin idarəyə agent kimi işləyən Faiqlə rastlaşmışdır. Birinci dəfə onu tutanların arasında Faiq olduğundan sonuncunu tanımışdır. Faiq onu görən kimi 2 ay müddəti olduğunu və onu yenidən tutacaqlarını bildirmişdir. Azadlığa çıxan gün o, Ağcabədi şəhərindəki evlərinə getmişdir. Rayonda olduğu müddətdə Faiq istifadə etdiyi ***-***-**-** nömrəsinin “WhatsApp”ına zəng edib ya onlara adam verməyini, ya da ki, tərəflərindən tutulacağını bildirmişdir. Bir neçə dəfə Faiq bu barədə danışıb eyni hədələrini davam etdirmişdir. Danışıq zamanı Faiq bir nəfər tanımadığı şəxsin nömrəsini ona göndərib həmin şəxsin Bakıda yaşadığını və baron olduğunu, həmin şəxsin tutulmasında onlara kömək etməyini tələb etmişdir. Həmin nömrəni hazırda xatırlamadığı adla telefonunun yaddaşına həkk etmişdir. O bu hədələri görüb əslən Ağcabədi rayonundan olan və DİN-in 7-ci idarəsində çalışan Tural adlı tanışına zəng edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının hədələdiyini və onu tutmaq istədiklərini bildirib Turaldan həmin idarədə tanışı olubolmamasını soruşmuşdur. Tural da ona narkotiklərlə uzaq olacağı təqdirdə heç bir problem olmayacağını və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə tapşıracağına söz vermişdir. O da həmin zaman sərhədkeçmə məhdudiyyəti olduğundan xaricə gedə bilmədiyi üçün vaxt udmaq məqsədi ilə Turala ona köməklik etməsini, bunun müqabilində o da Turala narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin tutulmasında köməklik edə biləcəyini bildirmişdir. Tural da onunla razılaşmışdır. Həmin ərəfədə onun azyaşlı övladı xəstələnmiş və övladını rayondan iki-üç dəfə Bakıya xəstəxanaya gətirib-aparmışdır. Təxminən noyabrın 22də növbəti dəfə övladını Bakıya gətirəndə Turalla zəngləşib sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Tural isə özü işdə olduğunu və ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qismət adlı əməliyyat müvəkkili ilə görüşməyini təklif etmişdir. Buna görə də o, Qismətlə Topçubaşov adına xəstəxananın qarşısında görüşmüşdür. Görüş zamanı o, Qismətə Müşfiq, sonuncunun həmkarı Anar və Faiqin onu hədələdiyini, ondan əl çəkmədiklərini, onlara adam verməsini tələb etdiklərini, əks təqdirdə onu tutacaqları ilə hədələdiklərini bildirmişdir. Qismət də ona narahat olmamağını, onu tapşıracağını, onunla heç kimin işi olmayacağını, bunun müqabilində ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin yaxalanmasında köməklik etməyini təklif etmişdir. O da Qismətin təklif ilə razılaşmışdır. Bundan sonra o, uşağını aparıb rayona qoyub geri qayıtmışdır. Dostu Ceyhunun ünvan 1 ünvanında yerləşən evində kombi xarab olmuş və həmin evdə kombinin düzəlməsini Ceyhun xahiş edib Bakıda olan zaman evə gedib kombinin düzlətdirməyi ona tapşırmış və hətta kombi ustasının nömrəsini də ona vermişdir. Buna görə də Bakıya gələndə o həmin evdə gedib qalmışdır. 28 noyabr 2021-ci il tarixdə Bakıya gəlmiş və həmin gün saat 14:00 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrənin “WhatsApp”ı ilə Turalla əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Tural da evdə olduğunu bildirmişdir. Bundan sonra ilk olaraq idarə etdiyi “KİA Optima” markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Əbili yaşadığı “Şəfa” stadionun yaxınlığından götürmüş və Turalın yaşadığı DİN-in hospitalının yaxınlığına getmişdir. Orada Turalla “WhatsApp”la əlaqə saxlamaq istəsə də, set olmamış və buna görə də telefonuna digər ***-***-**-** saylı nömrəni taxıb Turala zəng etmişdir. Tural da ona orada olmadığını, Qala qəsəbəsindəki evində olduğunu bildirib ora gəlməyini və Qismətin də ora gələcəyini bildirmişdir. O da bundan sonra Əbillə birlikdə Qala qəsəbəsinə getmişdir. İlk olaraq Turalla qəsəbədəki şərab evinin qarşısında görüşmüşdür. Həmin vaxt o hər bir ehtimala qarşı idarə etdiyi maşını tanınmaması üçün bir qədər aralıda saxlayıb piyada görüş yerinə getmiş və Əbil maşında qalmışdır. Turalla görüşəndən sonra sonuncunun maşını ilə “Zeytun” restoranına gedib orada Qisməti gözləmişlər. Təxminən 3 saat sonra Qismət restorana gəlmişdir. Orada söhbət zamanı Faiqin ona nömrə verdiyini və həmin şəxsin tutulması üçün Faiqə yox, onlara kömək edə biləcəyini bildirmişdir. Tural və Qismət də onunla razılaşmış və bunu edəcəyi təqdirdə onu müdafiə edəcəklərini bildirmişlər. Artıq hava qaralmış, onlar oradan ayrılmış və Tural onu özü maşını ilə görüşdükləri şərab evinin qarşısına aparmışdır. O, Turaldan ayrıldıqdan sonra öz maşınının yanına gəlmiş, Əbillə birlikdə geri qayıtmışdır. Geri qayıdanda təxminən bir kilometr getdikdən sonra görmüşdür ki, o, maşınını saxladığı yerdə dayanmış vəziyyətdə gördüyü ağ rəngli “Hyundai” markalı və qara rəngli Cip avtomobili arxasınca gəlir və onu izləyirlər. Bunu biləndən sonra avtomobili bir qədər sürətli idarə edib “Baksol” yolunda onları azdırmışdı. Daha sonra ara səkitləşməsi üçün Əbillə birlikdə qaldığı evə getmişdir. Orada 10-15 dəqiqə qalandan sonra oradan ayrılmış və Əbili yaşadığı evə düşürmək üçün “Şəfa” stadionunun yaxınlığına aparıb onu orada düşürmüşdür. Daha sonra geri qayıdıb Yasamal rayonuna, Topçubaşov xəstəxanası ilə üzbəüz binada yaşayan xalasıgilə getmişdir. Avtomobili yol kənarında, “Şahdağ” marketin qarşısında saxlamış və xalasıgilə getmişdir. Xalasıgildə xalası Familə, onun oğlu Röyal, dayısı qızı Aygün, onun iki övladı olmuşlar. Orada təxminən 20 dəqiqə çörək yedikdən sonra rayonda olan uşağına pampers almaq üçün evdən çıxanda dayısı qızı Aygün onları da evlərinə düşürməyini xahiş etmişdir. O da etiraz etməmiş və bundan sonra saat 21:30 radələrində dayısı qızı və onun iki uşağı ilə aşağı düşüb avtomobilinə yaxınlaşan zaman marketin qarşısında olan 10-15 nəfər onun üstünə tökülüb onu tutmuş və qollarını arxadan qandallayıb öz avtomobilinin arxa tərəfinə əyləşdirmişlər. Dayısı qızı və onun uşaqlarını isə öz avtomobillərinə əyləşdirmişlər. Avtomobildə əməliyyatçılar Samir, Səttar və üzdən tanıdığı iki nəfər onu sorğu-suala tutub maşınında nə olub-olmadığını soruşmağa başlamışlar. O heç nə olmadığını bildirmişdir. Bundan sonra onun üzərini axtarmışlar, lakin heç nə aşkar edilməmişdir. Bu zaman onu əvvəl tutan əməliyyatçı Anar Səttara görüntülü zəng etmiş və Səttar telefonu ona tərəf çevirdikdən sonra Anar ona “gördün iki ay keçmədi, səni tutduq” demişdir. Daha sonra əməliyyatçılar avtomobildə iki açar olduğunu görüb həmin açarlar barəsində soruşmuşlar, o da açarların birinin xalasıgilin mənzilinin, digərinin isə Binəqəddidə qaldığı evin açarı olduğunu bildirmişdir. Daha sonra əməliyyatçılar xalasıgildə kim olduğunu soruşmuş, o da xalası və onun oğlunun olduğunu bildirmişdir. Bundan sonra əməliyyatçılar avtomobildən xalasının evinin açarını götürüb xalasıgilə getmişlər. Geri qayıdandan sonra əməliyyatçılar idarə etdiyi avtomobilin kimə məxsus olduğunu soruşmuş, o da “rent a car”a məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları maşında olan sənədə əsasən “rent a car”ın əməkdaşı olan Habil adlı şəxsə zəng edib onu ora dəvət etmişlər. Habil də ora gəlmiş və əməliyyatçılar onunla orada söhbət etmişlər. Sonra əməliyyatçılar ondan yanında olan Əbil barəsində soruşub sonuncunu hara düşürdüyünü soruşmuş, o da onlara Əbili hara düşürdüyünü bildirmişdir. Daha sonra əməliyyatçılar ona Binəqədidə qaldığı evə onları apara biləcəyini təklif etmiş, o da etiraz etməmişdir. Həmin zaman artıq saxlanmağından bir saatdan çox müddət keçmişdir. Əməliyyatçılar onu ilk olaraq Əbili götürmək üçün “Şəfa” stadionunun yanına aparmışlar. Həmin zaman əməliyyatçılar onu öz avtomobili ilə aparmış, digərləri isə başqa avtomobillərlə getmişlər. “Şəfa” stadionunun yaxınlığına çatandan sonra o, Əbilə zəng edib çağırmış, Əbil gələndən sonra əməliyyatçılar Əbili də saxlamışlar. Bundan sonra birlikdə birbaşa Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanında yerləşən evə getmişlər. İlk olaraq əməliyyatçılar maşından açarı götürüb özləri evə daxil olub evi axtarmış, lakin evdən heç nə tapa bilməmişlər. Daha sonra onu da evə aparıb orada ondan narkotik vasitənin harada olduğunu soruşduqda o bu barədə heç nə bilmədiyini bildirəndən sonra polis əməkdaşları onu vurmağa başlamışlar. Evdə təxminən 15-20 dəqiqə qaldıqdan sonra onu və Əbili Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada Əbillə onu ayrı-ayrı otaqlara salıb sorğu-sual etməyə başlamışlar. Bu zaman “Niva” markalı avtomobili idarə edən mülki köməkçi, Samir, Natiq, Bəylər adlı əməliyyatçılar əlləri ilə onun üz nahiyəsindən başqa bədəninin müxtəlif yerlərinə vuraraq döymüşlər. Hətta həmin zaman onun əllərini də arxadan stula bağlamışlar. Əməliyyatçı Səttar gələndən sonra onlar öz aralarında danışmış və bundan sonra Səttar sol qolunun damar hissəsindən ona iynə vurmuş və o bundan sonra özündə olmamışdır. Bir də o, Binəqədidən qayıdıb Baş İdarəyə girəndə özünə gəlmişdir. İdarədə Səttar ona evdəki çəkilişi göstərəndə o başa düşmüşdür ki, ona iynə vurandan sonra onlar onu evə aparıb və orada guya külli miqdarda narkotik vasitəni İranlıdan əldə edib evində saxladığını bildirərək narkotiki onlara təqdim etmişdir. Bundan sonra Səttar ona artıq hər şeyin gec olduğunu bildirib tərtib edilən bütün sənədləri imzalayacağını bildirmişdir. O da qorxduğu üçün yalnız bir vərəqə imza etmiş, başqa sənədlərə imza etməmişdir. Mobil telefonunda “Qardaş” kimi qeyd etdiyi İranlı şəxslə ilə qardaşı Ruslanın xərçəng xəstəliyi ilə əlaqədar vəfat edən yoldaşının xəstəliyi ilə bağlı danışmışdır. Həmin şəxs həkim olmuş və adını xatırlamır. Baş Narkotiklərlə Mübarizə İdarəsində sənədləşmə rəsmiləşdirilərkən yanında vəkil olmamış, vəkili səhərəyaxın Baş İdarədə görmüşdür. O, Bakıya gələndə xalasıgildə qalmış, Binəqədidəki evdə cəmi bir gün qalmışdır. İstifadəsində konkret olaraq ***-***-**-**, 055- 609-27-20, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Binəqədidə yerləşən evdən aşkar edilmiş və üzərində qeydlər aparılmış dəftərdəki yazılar ona məxsus olsa da, həmin yazıları ona Səttar yazdırmışdır. Səttar yazılacaq olanları demiş, o da yazmışdır. Ağcabədi rayonunda yaşamışdır. Övladının xəstəliyi ilə əlaqədar teztez onu Bakıya gəlmiş, övladının nitq qabiliyyətində qüsurlar olmuş və Bakı şəhərində yerləşən “Medikus” klinikasında müalicə olunmuşdur. Ailəsi Ağcabədi rayonunda yaşayır. İranlı şəxslərlə yazışmaları olmuş, onların nömrəsini ona Qismət vermişdir. İran İslam Respublikası vətəndaşları ilə onların tutulmasında Qismətə və Turala kömək etmək məqsədilə, sonuncuların tələbi ilə əlaqə saxlamışdır. İran İslam Respublikası vətəndaşı göndərəcəyi narkotik maddələrin siyasını ona mobil telefon vasitəsilə göndərmişdir. Xalasıgilin yaşadığı evin açarı onda da olmuşdur. Onu mobil telefonla zəng edib, sms yazaraq hədələyən polis əməkdaşlarına həmin smsləri özündə saxlayıb onlar barəsində müvafiq orqanlara şikayət edəcəyini dediyi üçün onu yenidən tutmaqda qərarlı olmuşlar. Heç vaxt narkotik vasitəni hər hansı qoyulan yerdən götürməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamışdır. Övladının 3 yaşı var. Binəqədidə yaşadığı ev soyuq olduğu üçün övladını Bakıya gətirən zaman oraya aparmamışdır. Binəqədi rayonunda kirayə ev tutmaqda məqsədi övladının müalicəsinin Bakıda uzun müddət davam etməsi ehtimalı olarsa, həmin evdə yaşamaq olmuşdur. İlk tutulmasından sonra bu günədək narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: 2021-ci ildə 1 qram narkotik ittihamı ilə məni tutmuşdular. Narkotik asılılığım yoxdur. Binəqədidən narkotik çıxıb. Mən gələndə polislər orda idi. Onlar qoyub. Yasamaldakı evdə xalamgildə də axtarış olub və heçnə çıxmayıb. 1-ci və 2-ci axtarışda iştirak etmişəm. Əməliyyatçılar və vəkil də var idi. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: Sumqayıt yolunda NZS-də işləmişəm. Sədərəkdə işləməmişəm. Döyülməyimlə əlaqədar şikayət etmişəm, lakin cavab gəlməyib. Məni ayın 28-i öz maşınıma yaxınlaşanda tutublar. Narkotik maddənin və tərəzinin mənə aidiyyəti yoxdur. Bəli, işdə olan dəftər mənə aiddir. Əməliyyatçıya narkotik satan şəxs barədə məlumat yığıb verəcəkdim. Bu dəftəri o məqsədlə yazmışam. Topladığım məlumatı dəftərə yazmışam. Mal gəlməsini qeyd etmişəm. Tutulmamışdan 1 ay qabaq İsmətlə görüşdüm. Barəmdə cinayət işinə xitam olmuşdu və stopum var idi. İzlənilirdim. Ona görə yenidən tutulacağım barədə məlumatım var idi. Bu səbədən ölkəni tərk etmək istəyirdim. İsmətlə ona görə görüşdüm ki, stopun götürülməsində və yenidən tutulmağımın qabağının alınmasında kömək etsin. Stop qoymuşdular. Hədə qorxu etdilər. Ona görə dəftəri yazmağa və satan haqqında məlumat toplamağa razılıq verdim. Polislərə görüntü yaratmaq üçün bunu etdim. Stop əvvəlki işdən qalmışdı. Yazım-pozum 1 həftə olub. Seyid, qardaş xarici nömrələrdi. Vatsapla danışırdım. Qardaş dostumdur. Moskvada yaşayır. Digəri də həmçinin. İki qardaşım var. Adları Vüqar və Racundur. 050/051...2244 nömrələrini satmışam. Telefonum cinayət işinə əlavə olunub. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: ev ustasıyam. Tərəzidən xəbərim yoxdur. Mənə aid deyil. Təzyiq və döyülmə olub. Əməliyyatçılar məndən satan adamı istəyirdilər. Xəsarətim var idi. Təcridxanada xəsarət barədə demişəm. Müayinədən keçirtməyiblər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsi işi tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş, iş üzrə əhəmiyət kəsb edən hər hansı hall aşkar edilməmiş və müvafiq sənədlərin surətləri cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələri, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, dəftərin İ vərəqinin birinci səhfəsində «xx.xx.2021 -ci İl. İ кг k. 1,5 кг k, k - 200 Əsgər, 100 k, 500 k, 80 k, 100 k, 100 k, 200 k, 100 k, 100 k, 20 m 200 n, 500 n, 20 rı, 50 n. 20 n, 100 n, 20 n və 50 п верилмелиди», ikinci səhifəsində «xx.xx.2021 '50, 350. 100, 150, 400, 500, 400, 50, 100, 50, 100, 200, 150 к, 300 к, 1 İ кг к, 4U0 к, i00 п. 200 и, 100 п», dəftərin İİ vərəqinin birinci səhfəsində «200, 50, 20, 30 г, 500 k---5CO 200 ə 500 ot Əsgər Бэрдэ, 1 кг 3 №, 300 к, 410 к, 50 к, 50 к, 150 п», ikinci səhifəsində «1760 к. 200 к, 80 к, 50 к, 100, Ка5, 400, 400 к,- 30, 100, 20, 20, 400, 200, 500», dəftərin İİİ vərəqinin birinci səhfəsində «100, 100, 80, 50, 100, № 5, 40+30, 500 ot, 100 к, 50 к, 20, 100, 20, 20, 500, 500», dəftərin İV vərəqinin birinci səhfəsində «1 кг, 1 кг к, 1 кг, 1 кг, İ кг, 1 кг, 150 к, 500 к, 500 к, 500 к, 700 к+200 к, 350 к, 2 кг, 150 к, 130 к, 150 п, 200 и, 200 п, 500 п, 200 п, 50 п, 250 и, 250 п, 200 п, 300 п+50 п, 100 п, 500 п, 50 п, 70 п», ikinci səhifəsində «700, 6 кг, 200, 1 к, 700, 300, 550, 300, 1 к.500 Oğlan, 200, 50, 30, 200, 300, 100, 100, 1411-1180=231, 1200- 316=884 мэндэ», dəftərin V vərəqinin birinci səhfəsində «1 к, 170, 500, 300, 200, 500, 500+, 200+300, 800, 800+200, 1 кг, 300, 30, 100, 50, 50, 200, 200, 200», ikinci səhifədə 316 к, 70 n» rəqəmləri, hərfləri və sözləri qeyd edilmişdir (cild 1, iş vərəqə 55-64). Cinayət işinin materiallarında olan “mobil telefonlara baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 938 *** **** nömrə “Гардаш” kimi, +98 933 *** **** nömrə “Seyid” kimi, Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********3 nömrə “Гардаш”, +7915272 3662 nömrə “Гардаш 22” kimi qeyd edilmişdir. Mobil telefon aparatının “Foto” bölümündə mobil telefonun kamerası ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş və üzərində narkotik vasitə və psixotrop maddələrin hesabatların qeyd edildiyi dəftərin üç vərəqinin xx.xx.2021-ci il tarixdə saat 20:13 və 20:14- də fotoşəkilləri çəkilmişdir. İş üzrə götürülmüş “X23 8” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 76-82) Cinayət işinin materiallarında olan “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrədən ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən nömrə ilə xx.xx.2021-ci il saat 20:13:36-da Təqsirləndirilən şəxs qardaşı X1 adına qeydə alınmış 050-352- 22-44 nömrədən ünvan 6 ünvanında qeydiyyatda olan X5 adına qeydə alınmış ***-***-**-** nömrəyə “Azerin qardawıyam Evi tamiz saxla Azeri tutublar” məzmunlu SMS göndərilmişdir (cild 2, iş vərəqə 66-71). Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası həmçinin, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin əsası olaraq, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin faktiki olaraq heç bir cinayət əməli törətməməsi qeyd edilsə də, cinayət işi materiallarından da göründüyü kimi şikayətin dəlillərində qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən cinayət işi materialları ilə birgə şəkildə təhlil edilərək kifayət qədər araşdırılmışdır, hazırki halda şikayətin dəlilləri qismində göstərilən hallar formal xarakterli olmaqla, təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırma cəhdi daşımaqla şəxsi mülahizələrdən ibarət olmuşdur. Bu səbəbdən, məhkəmə kollegiyası şikayətin dəlillərini geniş şəkildə sadalayaraq əsaslandırmağa lüzum görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Anar Ələkbərov, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan, şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə, imtina etdi. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Qeyd edilən normanın tələblərini və dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən maddə ilə cinayət əməlini törədib-törətməməsi məhkəmə araşdırmasının predmeti ola bilməz və həmin maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hall kimi təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını və cəzanı ağırlaşdıran hall kimi təqsirləndirilən şəxsin əməllərində cinayətlərin təhlükəli residivinin olmasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan, şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə, imtina etməsi qəbul edilməli və həmin hissədə cinayət təqibinə xitam verilərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.1, 43.1.1, 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric olunsun. Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar