Məhkəmə qərarları › İş №1(103)-2076/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2076/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2076/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu, İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü ilə (X6 (sədrlik edən və məruzəçi) Azad Məcidov və Səbuhi Hüseynov) xx xxxx 1990-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər Salyan Rayon Məhkəməsinin 1(057)-66/2022 saylı, 25 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Pirallahı rayonu, ünvan 1 ünvanda yaşamış, 27 may 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinə əsasən ona Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin cəzanın Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 27 may 2022-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin olunmaması, lakin ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, iş üzrə maddi sübut olan və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 7,320 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, onun üzərinə baxış keçirilməsini özündə əks etdirən və telefon məlumatları olan 2 ədəd disklərin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən “Meşə” kafesində tanışı X3 ona borclu olduğu 3.500 manat puldan 30 manatının ödənilmiş hesab edilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,892 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 08 aprel 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “İnsaf” marketinin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirildiyi zaman əynində olan göy rəngli qolsuz gödəkcənin sağ üst yan cibindəki bir ədəd qara rəngli plastik siqaret qabının içərisindən bir ədədi ağ kağıza, altı ədədi şəffaf sellofana və altı ədədi qara siqaret kağızına bükülmüş halda cəmi 13 ədəd bükümdə ümumi çəkisi 2,892 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətləri vermişdirlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən istintaq zamanı edilən qanunsuzluqlar nəzərə alınmadan və məhkəmə istintaqı zamanı da hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyini sübuta yetirən heç bir hal araşdırılmadan bu nəticəyə gəlinmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə metamfetamindən istifadə edirmiş. Polis tərəfindən saxlanılmamışdan bir ay əvvəl öz istifadəsi üçün Həzi Aslanov metrostansiyası yaxınlığında təsadüfən rastlaşdığı Ceyhun adlı şəxsdən 150 manat qarşılığında 7 qram metamfetamin almış və istifadə etmək üçün öz maşınında saxlamışdır. 27 may 2022-ci il tarixdə Rövşən adlı şəxslə günorta danışmışdır ki, ona maşının icarəsi ilə bağlı verəcəyi pulu Rövşəndən alsın. Səhər tezdən neft daşlarına işləmək gedəcəyindən gecə saat 24 radələrində Rövşənlə görüşmüşdür ki, pulu alsın. ünvan 2 ünvanın qarşısında Rövşənlə görüşüb söhbət edərkən ərazidə xidmətdə olan post patrul xidmətinin polis nəfərləri onu saxlamışlar. Polislər maşının açarını ondan alıb maşınında öz istifadəsi üçün saxladığı metamfetamini götürmüşlər və sonra onu polis bölməsinə aparmışlar. Onu səhər saatlarına qədər polis bölməsində saxlamış və vəkil dəvət olunmuşdur. Polislər metamfetamini ona verərək cibinə qoymasını və videoçəkliş zamanı təqdim etməsini bildirmişlər. O, da polislərin təzyiqlərinə məruz qaldığı üçün onların dediklərini etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında həqiqəti söyləsə də məhkəmə onun ifadəsinə tənqidi yanaşmışdır. Bu əsassızdır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında hökm çıxarmaq əvəzinə ibtitdai istintaqda gəlinən nəticə ilə əsassız olaraq razılaşmışdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirsizliyini sübuta yetirən kifayət qədər sübut olunsa da, istintaq orqanı süni ittiham yaradaraq Təqsirləndirilən şəxs əsassız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham etmişdir. Təqsirləndirilən şəxs təqsirsizliyini sübut etməyə borclu deyildir. Ancaq istintaq orqanı ittihamı sübut etmək üçün saxta sübutlardan istifadə etmişdir. İş materiallarında göstərilən narkotik vasitələrin satış məqsədi ilə alınması, saxlanması sübut olunmur. Təqsirləndirilən şəxs hansısa bir şəxsə narkotik satması, onun bu istiqamətdə hər hansı bir danışıqların aparılması müəyyən olunmamışdır. Bu barədə hər hansı bir danışıq, sms və ya “vatsap” yazışmaları müəyyən olunmamışdır. Əgər Abdulla belə bir işlə məşğul olsa idi bunu danışıq və yazışmalarla etmiş olardı. Göründüyü kimi istintaq belə bir danışıq və yazışma əldə edə bilməmişdir. Çünki belə bir danışıq və ya yazışma mövcud deyildir. Yeganə danışıq Baba adlı şəxslə olmuşdur ki, buna da Təqsirləndirilən şəxs hələ istintaqda münasibət bildirmişdir. Bu barədə açıqlma vermişdir. Abdulla saxlanılan günün səhəri tezdən Neft daşlarına işə getməli idi. Abdulla özü də etiraf edir ki, iş yeri ağır olduğu üçün orada istifadə etmək üçün narkotik vasitəni götürmüşdür. X9 Daşlarında işləyir. Əmək haqqı vardır. Öz ailəsi ilə bərabər ata və anasına da özü baxmışdır. Təqsirləndirilən şəxs satışla məşğul olmamışdır. Əgər belə bir hal olsa idi onda Abdulla Məmmdəlinin geniş maddi imkanları olardı. Ancaq bu gün Təqsirləndirilən şəxs banklara kifayət qədər kredit borcu vardır. Narkotik satan şəxsin atrıq qazancı ola bilərdi. Ancaq Abdulla kimi banklara kredit ödəməzdi. Ümumiyyətlə “Ceyhun” aldı şəxs mövcud olmuşdurmu?, Belə bir şəxs narkotiklə məşğul olmuşdurmu? Bu məsələlər araşdırılmamışdır. İstintaq buna münasibət bildirilməmişdir. Göründüyü kimi istintaq orqanı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız əsassız ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb etmişdir. Məhkəmə bu halları nəzərə almamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs işlədiyi barədə sübutlar təqdim olunsada qeyd olunmamışdır və Abdullanın iki azyaşlı övladının olması nəzərə alınmamışdır. Bu barədə hökmdə qeyd olunmamışdır. Belə ki, Abdulla Məmmdəlinin təqsirləndirildiyi cinayət əməli heç bir hal ilə sübut olunmur. Buna görə də, onun yalnız şahid ifadələrinə əsasən təqsirləndirilərək azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi qanunvericiliyin kobud surətdə pozulmasıdır. Məhkəmə istintaqı ibtidai istintaqdan asılı deyildir. Yalnız məhkəmə istintaqı zamanı müəyyən olunmuş hallara qiymət verərək ədalətli hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs gecə polis əməkdaşları tərəfindən həbs olunaraq anunsuz olaraq səhərə kimi bölmədə saxlanılmışdır. Onun yalnız səhər saat 08:00 radələrinə həbs olunmasını qeyd edərək saxta ittiham tərtib olunmuşdur. İş materiallarında göstərilən narkotik vasitələrin satış məqsədi ilə alınması, saxlanması sübut olunmur. Təqsirləndirilən şəxs hansısa bir şəxsə narkotik satması, onun bu istiqamətdə hər hansı bir danışıqların aparılması müəyyən olunmamışdır. Bu barədə hər hansı bir danışıq, sms və ya “vatsap” yazışmaları müəyyən olunmamışdır. Əgər Abdulla belə bu işlə məşğul olsa idi bunu danışıq və yazışmalarla etmiş olardı. Göründüyü kimi istintaq belə bir danışıq və yazışma əldə edə bilməmişdir. Çünki belə bir danışıq və ya yazışma mövcud deyildir. Göründüyü kimi istintaq orqanı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız təsir altda alınmış ifadələrə əsaslanaraq Abdulla Məmmdəlini təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb etmişdir. Məhkəmə isə yuxarıda göstərilən haları nəzərə almadan Təqsirləndirilən şəxs qarşı ədalətsiz mövqe tutmuşdur. Məhkəmə iclası zamanı, eyni zamanda istintaq dövründə Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi saxlaması müəyyən olunmamışdır. İfadələrdə əhəmiyyətli dərəcədə ziddiyyətli məqamlar çoxdur. Şahid ifadələri yenidən alınmalıdır. Bu əhəmiyyətli ziddiyətlərə görə əlavə olaraq obyektiv araşdırma aparılmalıdır ki, əsil həqiqət üzə çıxarılsın. Bu açıq aşkar görünür. Məhkəmə iclasında ifadə verən polis əməkdaşları hadisə barədə doğru düzgün məlumat verə bilmədilər. Abdulla Məmmdəli məhkəmə araşdırmasından ədalətli araşdırma gözləsə də hər hansı bir ədalətli araşdırma aparılmadı. Belə ki, Abdulla Məmmdəlinin təqsirləndirildiyi cinayət əməli heç bir hal ilə sübut olunmur. Buna görə də, onun yalnız şahid ifadələrinə və təsir altında özündən alınmış ifadələrinə əsasən təqsirləndirilərək azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi qanunvericiliyin kobud surətdə pozulmasıdır. Məhkəmə istintaqı ibtidai istintaqdan asılı deyildir. Yalnız məhkəmə istintaqı zamanı müəyyən olunmuş hallara qiymət verərək ədalətli hökm çıxarılmalı idi. Lakin məhkəmə məhkəmə iclasında müəyyən olunmuş halları araşdırmadı. Yalnız istintaqın gəldiyi əsassız hallarla razılşamağı üstün tutdu. Yuxarıda qeyd edilən xüsusatlar məhkəmə tərəfidən nəzərə alınmamış, əksinə heç bir mötəbər sayılmayan hallar sübut kimi qiymətləndirilmişdir. Bundan başqa ümumiyyələ Təqsirləndirilən şəxs hərəkətlərində satış məqsədi ilə narkotik vasitələrinin əldə olunması, saxlanması müəyyən olunmur. Əgər belə bir hal müəyyən olunsa idi, onda satmalı olduğu şəxslər də müəyyən olunmalı, onlarla Abdulla arasında hər hansı bir danışığın olduğu aşkara çıxarılmalı idi. Belə bir hal da yoxdur. Göründüyü kimi istintaq işi sübut edə bilməmiş, çox təssüf ki, məhkəmədə qanunsuzluqlara göz yummuşdur. Əsassız olaraq Abdulla göstərilən maddələrlə ittiham olumuşdur. Bir mənalı olaraq Abdullanın hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. O, yalnız narkotik vasitə istifadə etmişdir. Ona görə də Abdulla Məmmdəlinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilməlidir. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilərək, ona Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi хahiş olunmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cavan olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağı olmasını nəzərə alıb işinə yenidən baxılmasını və haqqında ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlu və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirdilər, apellyasiya şikayətlərinin dəlillərinə uyğun şəkildə çıхış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf etməsini, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prоkurоrluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prоkurоru X11 оğlu məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərinin əsassız оlduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif оlunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın оnun ailəsinə təsiri nəzərə alınmaqla оna ədalətli cəza təyin оlunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi üçün əsasların оlmadığını göstərərək apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tariхli hökmünün dəyişdirilmədən saхlanılmasını хahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsindən və həmin maddənin sanksiyası həddində yüngül cəza təyin edilməsindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili işinə yenidən baxılması və haqqında ədalətli qərar çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə metamfetamindən istifadə edirmiş. Polis tərəfindən saxlanılmamışdan bir ay əvvəl öz istifadəsi üçün Həzi Aslanov metrostansiyası yaxınlığında təsadüfən rastlaşdığı Ceyhun adlı şəxsdən 150 manat qarşılığında 7 qram metamfetamin almış və istifadə etmək üçün öz maşınında saxlamışdır. 27 may 2022-ci il tarixdə Rövşən adlı şəxslə günorta danışmışdır ki, ona maşının icarəsi ilə bağlı verəcəyi pulu Rövşəndən alsın. Səhər tezdən neft daşlarına işləmək gedəcəyindən gecə saat 24 radələrində Rövşənlə görüşmüşdür ki, pulu alsın. ünvan 2 ünvanın qarşısında Rövşənlə görüşüb söhbət edərkən ərazidə xidmətdə olan post patrul xidmətinin polis nəfərləri onu saxlamışlar. Polislər maşının açarını ondan alıb maşınında öz istifadəsi üçün saxladığı metamfetamini götürmüşlər və sonra onu polis bölməsinə aparmışlar. Onu səhər saatlarına qədər polis bölməsində saxlamış və vəkil dəvət olunmuşdur. Polislər metamfetamini ona verərək cibinə qoymasını və videoçəkliş zamanı təqdim etməsini bildirmişlər. O, da polislərin təzyiqlərinə məruz qaldığı üçün onların dediklərini etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2022-ci il tarixdə saat 08:10 radələrində inzibati ərazidə polis nəfərləri Şahid2 və Royal Səmədzadə ilə birlikdə xidmət aparan zaman ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin piyada hərəkət edərək narkotik vasitələrin təsiri altında özünü davranışı ilə şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər.Həmin şəxs ziddiyətli cavablar verdiyi üçün Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmiş, həmin şəxs etiraz etməyib birlikdə Polis Bölməsinə gəlmişdir.Polis Bölməsində həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü, Pirallahı rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Bölməsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında dəqiq anket məlumatlarını bilmədiyi Ceyhun adlı şəxsdən ümumilikdə 150 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin ümumi çəkisinin müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 10 ədəd şəffaf rəngli sellofana bükülmüş maddələrin sellofanla birlikdə ümumi çəkisi 7,90 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə zərfə qoyaraq qablaşdırılmış və bu haqda protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxumuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş şahid X4 ifadələrində Şahid1un ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində qismən verdiyi öz ifadəsi, şahidlər Şahid1, Şahid2 və X1 ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən 27 may 2022-ci il tarixdə saat 08:10 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10 ədəd bükümdə ümumilikdə 7,420 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2022-ci il tarixli protokol; tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki on ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,414 qram, 0,439 qram, 0,883 qram, 0,440 qram, 0,834 qram, 0,439 qram, 0,960 qram, 1,050 qram, 0,940 qram, 1,021 qram, ümumi təmiz çəkisi 7,420 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamin olmasına dair Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 6/3004 №-li rəyi; Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məsləhət görülməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 iyun 2022-ci il tarixli, 3402 №-li rəyi və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətlərinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması kimi cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinə əsasən ona Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin cəzanın Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan dəlillər onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1618/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar