Məhkəmə qərarları › İş №1(103)-2083/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2083/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2083/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X13 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi-Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə və həmin apellyasiya şikayətinə onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş əlavəyə əsasən (bundan sonra apellyasiya şikayəti) işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmünə əsasən (hakimlər Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər X8 və X3 ibarət tərkibdə) xx xxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 450, adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşamış, , barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 1986-cı il tarixdə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa rayonunun Malıbəyli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxıanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi çəkisi 7042,03 qram olan eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1la birlikdə əldə edib daşıyaraq hissələrə bölüb, ümumi çəkisi 6995,0 qram olan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin mətbəxində üzərini skoçla bağlayıb sellofan bağlamalarda, 7 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla 01 ədəd yaşıl rəngli kisəyə qablaşdıraraq satış məqsədi ilə gizlədib saxlamış, həmin qurudulmuş marixuananın təmiz çəkisi 24,48 qram olan hissəsini 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli şalvarının sol yan cibində Təqsirləndirilən şəxs1, təmiz çəkisi 22,55 qram olan hissəsini isə Təqsirləndirilən şəxs2 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla satış məqsədi ilə 14 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi birlikdə üzərilərində daşımış, həmin gün orada saat 03:10 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkətdə olarkən hər ikisi X16 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq həmin idarənin inzibati binasına aparılmış, orada saat 05:30-da müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibindən satış məqsədi ilə saxladığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 24,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 22,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilən Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində də həmin narkotik vasitənin bir hissəsinin olmasına dair verilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onunla bağlı keçirilən əməliyyat tədbirinin davamı olaraq 15 mart 2024-cü il tarixdə saat 06:40 radələrində təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin yaşayış sahəsinə baxış keçirilən zaman evin mətbəxində üzəri skoçlanmış sellofan bağlamalarda 7 ədəd bükümdə, hər birində ayrıayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq gizlədib saxladıqları və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 22,55 qram olan və Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 24,48 qram olan qurudulmuş marixuanalarla tərkibinə görə eyni olan, ümumi çəkisi 6995,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuana 01 ədəd yaşıl rəngli kisəyə qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdar - təmiz çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, 10 mart 2024-cü il tarixdə Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən Daxili İşlər Nazirliyinin BDYPİ-nin 720 saylı postuna kimi idarə etdiyi “Kia forte” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobildə üzərində saxlamaqla daşımış, həmin gün orada hərəkətdə olan zaman saat 01:25-də 720 saylı polis postunun və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparılmış, orada saat 02:05-də videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının qabaq sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda saxladığı xeyli miqdar - təmiz çəkisi 0,345 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 7042,03 qram olan eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda Təqsirləndirilən şəxs2la birlikdə əldə edib daşıyaraq hissələrə bölüb ümumi çəkisi 6995,0 qram olan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən özünə məxsus nömrəsiz fərdi evin mətbəxində üzərini skoçla bağlayıb sellofan bağlamalarda 7 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram 1005,0 qram və 995,0 qram olmaqla 01 ədəd yaşıl rəngli kisəyə qablaşdıraraq satış məqsədi ilə gizlədib saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,48 qram olan hissəsini 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli şalvarının sol yan cibində Elmədin Cəfərov, təmiz çəkisi 22,55 qram olan hissəsini isə əlbir olduğu Təqsirləndirilən şəxs2 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla satış məqsədi ilə 14 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi birlikdə üzərilərində daşımış, həmin gün orada saat 03:10 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkətdə olarkən hər ikisi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış, orada saat 05:30-da müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı təmiz çəkisi 22,55 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik maddə qurudulmuş marixuana 01 ədəd sellofan bükümə qablaşdırılmış halda aşkar edilərək Təqsirləndirilən şəxs2, eyni zamanda Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibində satış məqsədi ilə saxladığı təmiz çəkisi 24,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannnabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vaitə olan qurudulmuş marixuana 01 ədəd sellofan bükümə qablaşdırılmış halda təkrarən aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən kustar üsulla hazırlanmış xeyli miqdarda qurudulmuş marixuana aşkar edilən Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində də həmin narkotik vaitənin bir hissəsinin olmasına dair verilmiş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq 15 mart 2024-cü il tarixdə saat 06:40 radələrində təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin yaşayış sahəsinə baxış keçirilən zaman evin mətbəxində üzəri skoçlanmış sellofan bağlamalarda 7 ədəd bükümdə, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq gizlədib saxladıqları və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 22,55 qram olan və Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 24,48 qram olan qurudulmuş marixuanalarla tərkibinə görə eyni olan, ümumi çəkisi 6995,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuana 01 ədəd yaşıl rəngli kisəyə qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək hökmdən narazı olduğunu, onun sübutlarının nəzərə alınmadığını, cinayət əməlindən xəbərinin olmadığını, taksi kimi fəaliyyət göstərməklə müştərinin onun avtomobilində nə daşıdığından xəbərinin olmadığını, 150 manat qarşılığında müştərinin Beyləqan rayonuna aparıb-gətirdiyini, ittihamda göstərilən narkotikdən xəbərinin olmadığını göstərib onun işinə düzgün baxılmasını və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı məhkumun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verərək hökümün ləğv edilərək, Təqsirləndirilən şəxs2 barəsində baraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, cinayət işi materiallarında Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə əlbir olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə etməsi, qabaqcadan sövdələşməsi barədə heç bir sübut yoxdur. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi hissəsində qeyd etmək lazımdır ki, adı çəkilən Plenum qərarının 11-ci maddəsinə əsasən CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən əməllər satış niyyəti edilməlidir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması, istehlakçılarla bu barədə razılıq əldə etməsi, bu barədə əməliyyat tədbirinin həyata keçirilməsi və.s cinayət işi materialları ilə sübut olunmur. Eyni zamanda təqsirləndirilən şəxsin özü də narkotik vasitələrin istifadəçisi deyil. Belə ki, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 aprel 2024-cü il tarixli 2196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə digər Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, 7 kiloqram narkotik vasitə ona məxsus olmuşdur. Narkotik vasitəni maşının baqajına o, qoymuşdur. Təqsirləndirilən şəxs2 bundan məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstəmişdir ki, istintaq zamanı ifadəsini özü yazmamışdır, təzyiq altında ona imza etdirmişlər. Eyni zamanda sonuncu göstərmişdir ki, onun xəsarətləri olub. Təqsirləndirilən şəxsin dedikləri barədə İstintaq Təcridxanasına sorğu verilməsi, bu halların araşdırılması həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin istintaq zamanı verilmiş ifadəsini dəyişdirməsini, məhkəmə istintaq zamanı fərqli ifadə verməsinin səbəblərini araşdırmamışdır. Bir cümlə ilə qeyd etmişdir ki, təqsirləndirilən şəxs özünümüdafiə məqsədilə fərqli ifadə verir. Məhkəmədə azad şəkildə, təzyiqsiz verilmiş ifadələr daha etibarlı hesab edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər məhkəmə üçün heç bir narahatlıq yaratmamışdır. Hökmdən digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X12 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə qanuni və əsaslı olduğundan ona münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 7 kiloqram narkotik vasitə ona məxsus olmuşdur. Səhər avtomobili saxlayıb Salehə “rayona gedək” demiş, özü avtomobilin baqaj hissəsinə narkotik vasitə olan yükünü qoymuşdur. İbtidai istintaq zamanı düzgün danışmışdır, verdiyi ifadələri təsdiq edir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, 7 kiloqram narkotik kütlə ona məxsusdur. O, avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, lakin həmin vaxt avtomobilini vurmuşdur. Hacıqabulda saxlanılanda “Rent a car”dan avtomobil götürmüş, avtomobildə bir nəfər də olmuş, onu yoldan götürmüş, lakin həmin şəxs qaçıb çıxıb getmişdir. Onu aparıb postda yoxlamışlar, həmin vaxt sərxoş olmamışdır, o, narkotik istifadə etmir. Onu yolda saxlayan əməkdaşa pul vermədiyi üçün onu posta aparmışlar. Postda üzərini yoxlamışlar, cibində narkotik olmuş, amma avtomobildən heç nə aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ətraflı ifadə verərək göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə, saat 03:10-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdakan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmişlər və barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2la birlikdə şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə o, əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd açarı və bir ədəd plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra Salehin üzərinə şəxsi axtarış aparılaraq üzərində qanunsuz saxladığı maddələri təqdim etməsi təklif olunmuş, bundan sonra Saleh əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd plastik bank kartını və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri Saleh, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, iranlının qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Təqsirləndirilən şəxs1 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs2, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə yaşadıqları Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə getmişlər. Bundan sonra onun, Təqsirləndirilən şəxs2, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlanmışdır. Evə baxış zamanı onlar evin mətbəx otağındakı bir ədəd yaşıl rəngli torbadakı yeddi ədəd bağlamada olan qurudulmuş marixuananı təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri o, Təqsirləndirilən şəxs2, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. 09 mart 2024cü il tarixdə "Kia Forte” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmək məqsədilə gecə saat 23:30 radələrində Bakı şəhərindən yola düşmüş, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığı evin küçəsində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü yerdə görmüş, bükülünü götürüb içərisinə baxarkən orada narkotik vasitə heroinə bənzər maddənin olduğunu görmüşdür. Narkotik vasitə heroini sonra qəbul etməsi üçün həmin bükülünü əynindəki şalvarının ön sağ cibinə qoymuşdur. Həmin vaxtı tək olmuşdur. 10 mart 2024-cü il tarixdə Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən BDYPİ-nin 720 saylı postunda polis əməkdaşları ona saxla işarəsi vermişlər. O da idarə etdiyi avtomobili yolun kənarında saxlamış və ondan sənədlərini tələb etmişlər. Üzərində narkotik vasitə olmasını bildirərək onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt əynindəki boz rəngli şalvarının ön sağ cibində gizlətdiyi 01 ədəd siqaret kağızını təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin onun və müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra onun razılığı əsasında avtomobilə baxış keçirilsə də avtomobildən hər hansı bir şübhəli əşya aşkar edilməmişdir (cild 2, iş vərəqə 72-74). Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Elməddinlə bir qəsəbədə yaşayırlar, Elməddini 10 ildir ki, tanıyır, bir-birilərinin evinə gedib gəlmişlər. Onun heç bir narkotikdən məlumatı olmamış, təzyiq altında sənədlərə qol çəkdirmişlər. Elməddin ona zəng edib taksi ilə rayona fermaya getməli olduğunu demişdir. Elməddin öz avtomobilini bir həftə əvvəl aşırmışdı. Onlar 150 manata razılaşmış, Ramana qəsəbəsindən Beyləqana getmişlər, fermaya gedib ordan Bakıya gəlmişlər. Elməddinin avtomobilə nə yük qoyduğuna heç fikir verməmişdir. Arxalarınca 3 ədəd avtomobil gəlmiş, o isə heç fikir verməmişdir. Amma Elməddin tədirgin olmuşdur. O, avtomobili Elməddingilin bağının qapısının qarşısında saxlamış, Elməddin də yükünü götürüb getmişdir. O, avtomobili ilə hərəkət etmək istəyəndə həmin avtomobillər qarşısını kəsib onu sorğu-sual etmişlər. Həmin vaxt Elməddin də gəlmiş və “mal” gətirdiyini etiraf etmişdir. Bundan sonra onları Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İbtidai istintaq zaman verdiyi ifadəni təsdiq etmir, həmin ifadəni polislər özləri yazıb doldurmuş, o da təzyiq altında imzalamışdır. Elməddin ona fermaya getdiyini demiş, fermadan yük götürüb avtomobilin baqajına qoymuş, o, həmin yükün nədən ibarət olduğunu soruşmamış, sadəcə avtomobildə oturmuşdur, heç avtomobildən düşməmişdir. Yolda onları Beyləqandan Bakıya qədər saxlamamışlar. Elməddinlə arasında narkotik barədə heç bir söhbət olmamışdır. Əvvəlcə polis əməkdaşları ona oğurluq elədiyini demiş, o da oğurluq etmədiyini demişdir. Sonra ona “gətirdiyiniz mal hanı” demişlər, Elməddin də həmin vaxt gəlib polis əməkdaşlarına malın onda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə saat 03:10-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdakan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərərək barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Elməddini Cəfərovu və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə o və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə Elməddinə üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, həmin şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd açarı və bir ədəd plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Elməddin, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sol yan cibindən bir ədəd üzərində “Redmi” markalı mobil telefonu və bir ədəd plastik bank kartını və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə onunla birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq ona 150 manatını verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 118-121). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Hacıqabul rayon X5 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 10 mart 2024-cü il tarixdə Bakı şəhəri, Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olması barədə ona məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və baş əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 01:25-də Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən Daxili İşlər Nazirliyinin 720 saylı X25 postunda Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verib özlərini təqdim edib onun üzərində və avtomobilində narkotik vasitə olduğundan şübhələnərək sonuncunu rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, sonuncu əynindəki boz rəngli şalvarının ön sağ cibində gizlətdiyi 01 ədəd siqaret kağızını təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, avtomobildən hər hansı bir əşya aşkar olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 14 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı alınmışdır. Həmin şəxslərin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü raportla idarənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, ona, idarənin baş əməliyyat müvəkkili Şahid2 və idarənin əməliyyat müvəkkili Şahid3 tapşırılmışdır. 15 mart 2024-cü il tarixdə 03:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və bu barədə tərtib edilmiş raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində müvafiq araşdırma aparılması üçün idarənin təhqiqat qrupunun təhqiqatçısı X14 tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarədə onun, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri X1 və X9 iştirakı ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən təmiz çəkisi 24,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmin şalvarın sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 22,55 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və həmin şalvarın sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra həmin maddələr bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiklərini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni saxladıqları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evin mətbəx otağından 7 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 995,0 qram; 985,0 qram; 1010,0 qram; 1000,0 qram; 1005,0 qram; 1005,0 qram; 995,0 qram, ümumi çəkisi - 6995,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatını verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 155-158). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması soruşulduqda Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın qabaq sağ cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddəni Sabunçu rayonu, Şuşa şəhərciyinin yaxınlığından küçədən tapdığını və istfadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 200-201, 246). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatının verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 51-53, cild 2, iş vərəqə 3-4, 5-6). İşdə olan evə baxış və götürmə aparılması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxladıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən fərdi evdə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin evin mətbəx otağından 01 ədəd yaşıl rəngli kisəni təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatının verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Evə baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 58-59; cild 2, iş vərəqə 3-4, 5-6). Məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16-16/2-7/434 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan 1№-li kağız paketdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 24,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan 2№-li kağız paketdə bir ədəd şəffaf selofan bükülüdə təmiz çəkisi 22,55 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxladıqları evdən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan yaşıl rəngli sintetik torbada yeddi ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 995,0 qram; 985,0 qram; 1010,0 qram; 1000,0 qram; 1005,0 qram; 1005,0 qram; 995,0 qram, ümumi çəkisi - 6995,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi - 7042, 03 qramdır.Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkiləri 24,43 qram, 22,50 qram və 6994,65 qram təşkil etmişdir (cild 1, iş vərəqə 71-75). Məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2024-cü il tarixli 3-16-16/2-18/258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,345 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,295 qram təşkil etmişdir (cild 1, iş vərəqə 210-213). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 aprel 2024-cü il tarixli 2196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 7-8). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 2, iş vərəqə 38-39, 42-52). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlinin tövsifini müzakirə edərək ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 ümumiyyətlə narkotik vasitədən xəbərinin olmadığına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ona təzyiq edilərək ifadələrini imzaladılması ilə bağlı bildirdikləri də hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı da əməlini etiraf etməsi, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrinin həqiqi olması ilə bağlı ardıcıl və tərəddüdsüz mövqeyi Təqsirləndirilən şəxs2 məhkəmədə bildirdiklərinin yalnız özünümüdafiə məqsədi daşıdığını bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təzyiq altında sənədləri imzalaması barədə dəlillərini əsassız hesab edib qeyd edir ki, həmin məsələ məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs və ya onun qohumları tərəfindən qaldırılmamışdır. Həmçinin, Bakı İstintaq Təcridxanasından təqdim edilmiş təqsirləndirilən şəxsin tibbi kartasından da görünür ki, onun hər hansı şikayəti olmamışdır. Belə bir şəraitdə apellyasiya şikayətinin dəlillərinin həmin halla əlaqələndirilməsi (əsaslandırılması) subyektiv mülahizələrə söykənən müdafiə üsulu (taktikası) kimi qiymətləndirilməlidir. Bunlara baxmayaraq, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında tibbi müayinədən keçirilən zaman sol qabırğaaltı nahiyəsində sıyrılmış qərtməkli yara aşkar edilməsi ilə bağlı məlumat aidiyyəti üzrə Xəzər rayon prokurorluğuna göndərilmişdir. Bununla bağlı araşdırma aparılmış və yoxlama materialı üzrə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi, ona qarşı işgəncə, ləyaqəti alçaltma və digər qeyri-insani hərəkətə yol verilməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından 24 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş xəsarətlərə gəlincə isə həmin xəsarətlər qeyrimüəyyən şəraitdə alınmış və polis əməkdaşlarının fəaliyyəti ilə bağlı olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olub yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə olan məhkumluğunun ödənilmədiyini nəzərə alaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(101)-1915/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə onun apellyasiya apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar