Məhkəmə qərarları › İş №1(103)-209/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-209/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-209/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1992-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ev 18-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Azər Paşayev) 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, CM-nin 32.5, 206.3.2-ci maddəsilə 06 (altı) il 06 (altı) ay müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci tarixdən hesablanması hökm edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, CM-nin 32.5, 206.3.2-ci maddəsilə 06 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyinedilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 23:15də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi «Toyota Prius» markalı, **-HM- *** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20-dən etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimvəyi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsini xahiş etmişlər. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək bildirmişdir ki, onun işinə düzgün baxılmamışdır və himayəsində xəstə anası vardır. Onun işinə düzgün baxılaraq Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini və həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin AR CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Həmçinin, hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ortada heç bir İran vətəndaşı yoxdur, bunu təqsirləndirilən şəxslərə fiziki və psixoloji təsir altında istintaq yazdırıb. Təqsirləndirilən səxslərin (zorla) alınan ifadələrindən başqa İran vətəndaşı Yəhya adlı şəxsin mövcudluğu və ya ondan narkotik alınması barədi heç bir sübut yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə çıxardığı hökmün heç bir qanuni və hüquqi əsası mövcud deyildir. Digər məqam isə ölkə qanunvericiliyinə narkotik vasitələrlə bağlı cinayət əməlləri ilə əlaqədar bir çox dəyişikliklərin edilməsi əlaqədardır. Belə ki, həmin dəyişikliklərə əsasən AR Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vasitələrin xeyli, külli və xüsusilə külli olmaqla kateqoriyalaşdırdması nəzərdə tutulur. Hazırki mərhələdə Milli Məclis tərəfindən müvafiq icra hakimiyyəti orqanına həmin bu miqdarların ayrı-ayrı narkotik vasitələrdə nə qədər hesablanacağı ilə bağlı hüquqi akt hazırlamaq göstərişi verilmişdir. Belə olan halda guya Təqsirləndirilən şəxs2 məxsus olduğu bildirilən narkotik vasitənin hansı kateqoriyaya daxil edilməsi də işlə bağlı mühüm əhəmiyyət kəsb edir. Göründüyü kiıııi qanunvericilik hakimiyyətinin hüquqi siyasəti narkotik vasitələri ölkəyə idxal edən və pərakəndə satışını həyata keçirən şəxslərin daha ağır cəza alınaq, təsadüf nəticəsində və ya qurulmuş ssenari əsasında narkotik vasitə ilə əlaqədar ittiham olunan şəxslərin isə daha ədalətli və yüngül cəza ilə cəzalandırılmaqlarına yönəlmişdir. Qeyd etmək zəruridir ki, birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan bu qədər faktın heç birinə lazımi hüquqi qiymət verməmişdir. Hətta iş üzrə çıxarılmış kifayət qədər yığcam hökmə də nəzər yetirdikdə məhkəmənin əsl ittihamçı mövqeyindən çıxış etməsini müşahidə etmiş oluruq. İş üzrə birinci instansiya məhkəməsinin tam qərəzli olması guya təqsirləndirilən şəxslə əlaqədar yüngülləşdirən halların müəyyən edilməməsini bildirməsindən də müşahidə olunur. Halbuki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə olan təqdirdə çıxarılmış hökmdə heç bir yüngülləşdirən hala yer verilməməsi məhkəmənin obyektivliyinə ciddi şübhə yaradır. AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin AR CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək, onların təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətəri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də məhkum edilmiş şəxslərə təyin olunan cəza (həmçinin qəti cəza) hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, onların əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş şəxslərin bu əməllərində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, digər Təqsirləndirilən şəxs2 5 ilə yaxındır ki, tanıyır, ikisi də eyni məhəllədə yaşayırlar. İranlı Yəhyanı isə instaqramdan tanımışdır. Yəhya həmin sosial şəbəkədəki səhifəsində narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. O isə kakos, yəni heroin istifadəçisi olduğu üçün həmin Yəhya ilə Wotsap proqramı vasitəsi ilə əlaqə saxlayaraq bir neçə dəfə ondan şəxsi istifadəsi üçün heroin əldə etmişdir. Heroindən başqa maddələr almamışdır. Yəhya bank kartının fotoşəklini ona göndərmiş və həmin karta pul köçürməyi demişdir. Yəhyaya pul köçürdükdən sonra sonuncu ona narkotikin yerləşdiyi ərazilərin fotoşəklini və həmin yerlərin izahını göndərirdi. Belə ki, Yəhya narkotik vasitələri blokdakı pəncərələrin üzərinə, sayğacın içinə belə qoyurdu. Sonuncu dəfə Yəhyadan özü üçün 100 qram heroin istəmiş, lakin bildirmişdir ki, karta yatırmağa pulu yoxdur, olanda köçürəcəkdir. Yəhya da razılaşaraq ona narkotik vasitə göndərmişdr. Həmin narkotik vasitəni Sahil qəsəbəsindən şəhər istiqamətində olan üzərində «110» yazısı olan yol nişanının sağ tərəfindəki transformatorun yanından dötürmək üçün Röyalla getmək, orada maşından enib ayaqyoluna getmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Dəqiqləşdirmək istəyir ki, həmin yerə dostu Təqsirləndirilən şəxs2la getmişdir. Röyal onu ora idarə etdiyi «Toyota Prius» markalı maşını ilə aparmışdır. Röyal maşını göstərdiyi yol nişanının yanında saxlamış, özü maşında qalmış, polis əməkdaşları onu saxladıqda Röyalı da onunla birlikdə polisə aparmışlar. Polis idarəsində Bəylər adlı polis əməkdaşı cibinə 20 qram kakos qoymuşdur. O da razı olmuşdur. Röyalın isə bu işdən ümumiyyətlə xəbəri yoxdur, o, onu taksi şoferi kimi həmin yerə gətirmişdir. Lakin Röyalın onun narkotik vasitə götürməyindən, Yəhya adlı tanışı olmasından xəbəri yox idi. Maşın Röyalın olsa da, həmin maşının içinə 20 kq-a yaxın heroin və metamfetamini nə o, nə də ki, Röyal qoymamış, həmin vasitələri maşina polis əməkdaşları özləri qoymuşlar. Bu səbəbə görə ona verilmiş ittihamla yalnız qismən razıdır. Onun üzərinə və maşina baxış keçirilən zaman üzləşdiyi təzyiqlər nəticəsində özü və Röyal barəsində həqiqətə uyğun olmayan ifadələr vermiş, həqiqəti əks etdirməyən protokolları imzalamışdır. Bu gün məhkəmədə verdiyi ifadəsi isə həqiqi ifadədir. Adlarını bilmədiyi əməliyyatçılar ona qarşı fiziki zor tətbiq etmiş, maşının açarını polislər Röyaldan almış, bir neçə saat, yəni maşina baxış keçirilənə qədər açar polis əməkdaşlarında olmuşdur. Onu da bildirmək istəyir ki, narkotik vasitə və psixotrop maddənin nə vaxt və kim tərəfindən Azərbaycana keçirildiyini bilmir, həmin vasitələr artıq Azərbaycanda Sahil qəsəbəsinin yanındakı transformatorun yanına qoyulduqdan sonra ona bu barədə Yəhya xəbər vermiş, o, sonuncuya və yaxud digər şəxslərə bu qanunsuz əşyaların dövlət sərhəddindən keçirilməsinə heç bir yardım və köməklik göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Heroindən istifadə etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etmişdir. Lakin son bir ildir ki, narkotik vasitə lazım olanda İran İslam Respublikasında yaşayan Yəhya adlı şəxs ilə danışıb ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. O isə pul qarşılığında narkotik vasitəni göndərmişdir. İranlı Yəhya ilk öncə ona kart şəkli göndərmiş və karta pul yükləməyini bildirmişdir. Həmin karta pul yükləmişdir. Daha sonra isə o narkotik vasitəni qoyduğu yeri bildirmişdir. Gedib həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxslə sosial şəbəkədə danışan zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Yəhya adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan adamları vardır. Onun deməsinə görə işi narkotik vasitəni onun dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq olmuşdur. Bunun müqabilində isə pul əldə edəcəkdir. Yəhya adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olmaq üçün razılıq vermişdir. Yəhya narkotik vasitə göndərəcəyini bildirmişdir. Yəhya narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə qoyduracağını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 zəng etmişdir. Çünki Təqsirləndirilən şəxs2 taksi sürməklə məşğul olmuşdur. Röyala Ələt qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Röyal isə Binəqədiyə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə minmişdir. Maşına mindikdən sonra ona iranlı Yəhya adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyini bildirmişdir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirmək üçün 25 manat pul verəcəyini, əlavə olaraq iranlının göndərdiyi narkotik vasitənin üzərindən götürüb istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Bu işdən qazanc əldə etdiyini bildirmişdir. Narkotik vasitəni götürməmişdən əvvəl Röyala bu barədə demişdir ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişdir. Bu işdəndə onun 25 manat qazancı olacaqdır. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri götürmüş və maşının salonunun arxa hissəsinə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən bir büküm götürüb Röyala vermişdir ki, istifadə etsin, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Röyalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Röyala üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret dənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Röyalın əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Bundan sonra Röyalın idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs2, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra həmin avtomobilin salonunun arxa hissəsində Röyal ilə birlikdə gizlətdiyi, bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin və metamfetamin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən Təqsirləndirilən şəxs2 məxsus sürücülük və şəxsiyyət vəsiqələri, şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. Üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən Röyal ilə birlikdə əldə etmişdir, həmin narkotik maddələri “Yəhya” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbirdir. Həmin ifadələri təsdiq etmir, onları təzyiq altında vermişdir. Həmçinin, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri var, onun heroin istifadə etməsindən xəbəri var, həmçinin onun özü də heroindən istifadə edir. Heroini ona Surac verirdi. Çox vaxt Suracla birlikdə həmin narkotik vasitəsini qəbul edirdilər. Suracın narkotiki haradan almasından xəbəri olmamış, bu barədə Surac ona heç nə deməmişdir. X4 adlı iranlı barəsində də ona bir söz deməmişdir. Atasına məxsus «Toyota Prius» markalı **-HM-*** qeydiyyat nişanlı avtomobili o, taksi kimi istifadə etmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Ələt qəsəbəsinə getmək istədiyini bildirmişdir. Suracı Sahil qəsəbəsindən şəhər istiqamətində olan üzərində «110» yazısı olan yol nişanının sağ tərəfindəki transformatorun yanına gətirmiş, orada Surac ayaqyoluna gedəcəyini bildirib maşından enmişdir. Surac ayaqyoluna gedən zaman mülki geyimli şəxslər tərəfindən saxlanılmış, həmin şəxslərdən bir neçə nəfəri onun maşınınıa yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onlarla birlikdə polisə getməli olduğunu demişlər. Surac polislərin nəqliyyat vasitəsində, o isə öz maşınında polisə aparılmışlar. Həmin vaxt onun maşınını polis əməkdaşı idarə etmiş, o isə maşında arxa oturacaqda oturmuşdur. Onun maşınında narkotik vasitə olmamışdır. Polis idarəsində onun və Suracın üzərinə baxış keçirilən 2 saat ərzində maşını polis idarəsinin qarşısında onun nəzarətindən kənar qalmışdır. Hesab edir ki, baxış zamanı maşınından aşkar olunmuş qanunsuz əşyaları polis əməkdaşları özləri qoymuşlar. O, saxlanılan zaman da üzərində heç bir qanunsuz əşya olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadədə göstərilir ki, 01yanvar 2022-ci il tarixdə Surac evlərinin yaxınlığında onun idarə etdiyi maşina minmişdir. Maşına mindikdən sonra Surac ona demişdir ki, iranlı Yəhya adlı şəxs ona narkotik vasitə göndərir, həmin narkotik vasitəni götürməyə gedir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirəcək, müqabilində isə ona 25 manat pul və bir bükümdə istifadəsi üçün narkotik vasitə heroin verəcəkdir. Pul qazanacağı və eyni zamanda istifadə etmək məqsədi ilə narkotik vasitə almaq üçün razılıq vermişdir. Ancaq bilmişdir ki, narkotik vasitəni daşımaq qanunsuz bir hərəkətdir. 25 manat pulu və narkotik vasitə ona verəcəyi üçün bu işə razı olmuşdur. Maşında Ələt qəsəbəsinə gedərkən Suracdan narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Surac isə bu işdən qazanc əldə etdiyini bildirmişdir. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri birlikdə götürmüş və maşının salonunun arxa hissəsinə birlikdə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb birlikdə salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən Surac bir büküm götürüb istifadə üçün ona vermiş, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Suracın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Suracı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. İdarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Suracın üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suraca və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Surac əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra Suracın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suracın əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret dənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Bundan sonra idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs1, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Surac həmin avtomobilin salonunun arxa hissəsində onun ilə birlikdə gizlətdiyi bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, Suraca məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələrini təzyiq altında vermiş və onları təsdiq etmir. 25 manat pulu isə Surac ona taksi xidmətinə görə verəcəydi. Məhkəmə kollegiyası iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri ifadələrinin özlərini müdafiə xarakteri daşıması, törətdikləri cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadələr olması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmamasına və narkotik vasitəni satış məqsədi ilə saxlamamasına, narkotik vasitələrin polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmasına dair vermiş olduğu ifadələrinə tənqidi yanaşır və həmin hissədə apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla iş materialları ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Heroindən istifadə etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etmişdir. Lakin son bir ildir ki, narkotik vasitə lazım olanda İran İslam Respublikasında yaşayan Yəhya adlı şəxs ilə danışıb ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. O isə pul qarşılığında narkotik vasitəni göndərmişdir. Belə ki, İnstagram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxs ilə tanış olmuşdur. Həmin Yəhya adlı şəxs ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Buna görə İranlı Yəhya adlı şəxsdən özü istifadə etmək məqsədi ilə narkotik vasitə istəmişdir. İranlı Yəhya adlı şəxs ilk öncə ona kart şəkli göndərmiş və karta pul yükləməyini bildirmişdir. Həmin karta pul yükləmişdir. Daha sonra isə o narkotik vasitəni qoyduğu yeri bildirmişdir. Gedib həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Lakin son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxslə sosial şəbəkədə danışan zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Yəhya adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan adamları vardır. Onun deməsinə görə işi narkotik vasitəni onun dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq olmuşdur. Bunun müqabilində isə pul əldə edəcəkdir. Yəhya adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olmaq üçün razılıq vermişdir. Yəhya adlı şəxsdə narkotik vasitə göndərəcəyini bildirmişdir. Yəhya adlı şəxs narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə qoyduracağını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 zəng etmişdir. Çünki Təqsirləndirilən şəxs2 taksi sürməklə məşğul olmuşdur. Röyala Ələt qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Röyal isə Binəqədiyə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə minmişdir. Maşına mindikdən sonra ona iranlı Yəhya adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyini bildirmişdir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirmək üçün 25 manat pul verəcəyini, əlavə olaraq iranlının göndərdiyi narkotik vasitənin üzərindən götürüb istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Bu işdən qazanc əldə etdiyini bildirmişdir. Narkotik vasitəni götürməmişdən əvvəl Röyala bu barədə demişdir ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişdir. Bu işdəndə onun 25 manat qazancı olacaqdır. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri götürmüş və maşının salonunun arxa hissəsinə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən bir büküm götürüb Röyala vermişdir ki, istifadə etsin, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Royalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Röyala üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret dənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Royalın əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş heroini İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə əldə etmişdir, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmuşdur və Röyala şəxsi istifadəsi üçün heroin vermişdir, əlavə olaraq avtomobili Röyal idarə etmişdir, «Toyota Prius» markalı, 99-HM- 184 nömrəli avtomobildə narkotik maddə saxlamışdır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin avtomobilə baxış keçirilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Suracın dediklərini təsdiq etmiş, üzərindən aşkar olunmuş heroini Suracdan əldə etmişdir, onunla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən narkotik maddə əldə etmişdir, bununla bağlı əvvəlcədən razılaşmışdır, idarə etdiyi avtomobillə həmin narkotik maddələri onun deyəcəyi yerə çatdıracaqdır və razılaşmanın əvəzində ondan narkotik maddə alacaqdır, həmin avtomobildə narkotik maddə vardır, baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Bundan sonra Royalın idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs2, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra həmin avtomobilin salonunun arxa hissəsində Röyal ilə birlikdə gizlətdiyi, bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin və metamfetamin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən Təqsirləndirilən şəxs2 məxsus sürücülük və şəxsiyyət vəsiqələri, şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən Röyal ilə birlikdə əldə etmişdir, həmin narkotik maddələri "Yəhya” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbirdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, onun dediklərini təsdiq etmiş, əvvəlcədən razılaşaraq həmin narkotik maddələri qeyd olunan yerdən onun ilə birlikdə əldə etmişdir, bu işi görməyin əvəzində ona istifadə etməsi üçün heroin vermişdir, narkotik maddələri onun deyəcəyi yerə çatdıracaqlarını bildirmişdir. Bundan sonra avtomobilə baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza etmişdir. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, 01 yanvar 2022- ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng edərək Ələt qəsəbəsinə getmək istədiyini bildirmişdir. Onu Ələt qəsəbəsinə apara biləcəyini bildirmişdir. Dayandığı yerdən Suracın yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Surac evlərinin yaxınlığında onun idarə etdiyi Toyota Prius markalı **- HM-*** qeydiyyat nişanlı avtomobilə minmişdir. Maşına mindikdən sonra Surac ona demişdir ki, iranlı Yəhya adlı şəxs ona narkotik vasitə göndərir, həmin narkotik vasitəni götürməyə gedir və narkotik vasitəni Ələt qəsəbəsindən götürüb yaşadığı ünvana gətirəcək, müqabilində isə ona 25 manat pul və bir bükümdə istifadəsi üçün narkotik vasitə heroin verəcəkdir. Pul qazanacağı və eyni zamanda istifadə etmək məqsədi ilə narkotik vasitə almaq üçün razılıq vermişdir. Ancaq bilmişdir ki, narkotik vasitəni daşımaq qanunsuz bir hərəkətdir. 25 manat pulu və narkotik vasitə ona verəcəyi üçün bu işə razı olmuşdur. Maşında Ələt qəsəbəsinə gedərkən Suracdan narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Surac isə bu işdən qazanc əldə etdiyini bildirmişdir. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri birlikdə götürmüş və maşının salonunun arxa hissəsinə birlikdə qoymuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb birlikdə salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən Surac bir büküm götürüb istifadə üçün ona vermiş, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Suracın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Suracı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. İdarə etdiyi avtomobili də baş idarəyə gətirmişdirlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Suracın üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suraca və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Surac əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra Suracın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Suracın əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içində siqaret elənəsi olan siqaret qutusu, 30 manat pul aşkar olunmuşdur. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Sonra əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi" markalı mobil telefon, sağ yan cibindən 16 manat pul və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar götürülmüş, bir ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu və pullar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar oiumuş heroini İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə əldə etmişdir, bu işləri görməkdə onun ilə əlbir olmuşdur, əlavə olaraq onun idarə etdiyi «Toyota prius» markalı, **-HM- *** nömrəli avtomobildə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, üzərindən aşkar olunan heroini özü vermişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir, üzərindən aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 əldə etmişdir, Suracla ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən narkotik maddə əldə etmişdir, bununla bağlı əvvəlcədən razılaşmışdır, idarə etdiyi avtomobillə həmin narkotik maddələri Suracın deyəcəyi yerə çatdıracaqdır və razılaşmanın əvəzində Surac ona narkotik maddə vermiş, həmin avtomobildə narkotik maddə vardır, baxış keçirilməsinə etiraz etmir. Daha sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Bundan sonra idarə etdiyi «Toyota Prius» markalı avtomobilə baxış keçirmək üçün idarənin həyətinə düşmüşdür. İdarənin həyətində onun və Təqsirləndirilən şəxs1, eyni zamanda vəkillərin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Surac həmin avtomobilin salonunun arxa hissəsində onun ilə birlikdə gizlətdiyi bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən səkkiz ədəd bükümdə narkotik vasitə heroin, altı ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra heroin elektron əl tərəzisində tərəzidə çəkilmiş və qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilin ön hissəsindəki saxlanc yerindən ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, Suraca məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən onun ilə birlikdə əldə etmişdir, həmin narkotik maddələri “Yəhya” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır və satacaqdır, bu işləri görməkdə Röyal ilə əlbirdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dedikləri doğrudur, əvvəlcədən razılaşaraq həmin narkotik maddələri qeyd olunan yerdən Surac ilə birlikdə əldə etmişdir, bu işi görməyin əvəzində Surac ona istifadə etməyi üçün heroin vermişdir. Daha sonra baxış qurtarmış, video çəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmişi və həmin protokolu imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O vaxta qədər bu şəxslərlə heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmamışdır. Həmkarı Şahid3 daxil olmuş məlumatdan müəyyən olunurdu ki, Surac adlı şəxs İİR-sı vətəndaşından sonuncunun göndərdiyi narkotik vasitə, psixotrop maddə qəbul edərək iranlının müəyyən etdiyi yerlərə paylamaqla məşğuldur. Məlumat əsasında 01 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yolun kənarında «Toyota prius» markalı avtomobilin yanında olduqlarını müşahidə etdikdən sonra onlara yaxınlaşıb özlərini təqdim edərək onların kimliyi ilə maraqlanmışlar. Həmin əməliyyatda o, Şahid3 və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra həmin şəxslərə narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhəli olduqlarını bildirmişlər. Bu zaman Surac və Röyal səmimi olaraq etiraf etmişlər ki, üzərlərində və maşında narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra onlar bu şəxsləri Baş İdarəyə gətirmişlər. Həmçinin bu şəxslərin nəqliyyat vasitəsi də idarənin dayanacağına gətirilmişdir. Onu xatırlayır ki, maşının sahibi olan Röyal həmkarladan birinin iştirakı ilə öz maşınında idarəyə gəlmiş, maşını həmkarı idarə etmişdir. Digər şəxs, yəni Təqsirləndirilən şəxs1 isə onun idarə etdiyi maşında idarəyə getmişdir. Bunu təxmini xatırlayır. Çünki o hadisədən artıq 9 ay keçmiş, bu müddət ərzində o, çox saylı digər əməliyyat tədbirlərində iştirak etmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişlər. Sonuncu tərəfindən müdafiəçilər dəvət edilərək bu şəxslər şübhəli şəxs qismində saxlanılaraq üzərlərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hər ikisinin üzərindən çəkisini xatırlamadığı bükümlər, bükümlərdə isə səhv etmirsə heroin aşkar edilmişdir. Bundan sonra həm Surac, həm də Röyalın maşında da qanunsuz əşyaların olması barədə məlumatı əsasında və hər ikisinin razılığı ilə təhqiqatçı, müdafiəçilər, şübhəli şəxslərin özləri və əməliyyatı keçirən şəxslər idarənin maşın dayanacağına gələrək yenə videoçəkiliş keçirməklə «Toyota prius» markalı avtomobilinə baxış keçirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif etmiş, bundan sonra Röyal özündə olan maşının açarı ilə maşının qapılarını və arxa yük yerini açmış, Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük hissəsində olan bir ədəd ağ rəngli polietilen torbanı təqdim etmiş, həmin torbanın içindən sayı təxminən doqquz ədəd büküm aşkar edilmişdir. Suracın deməsinə görə üzərlərindən və maşından aşkar olunmuş qanunsuz əşyaları İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq əldə etmişdir. Təqsirləndirilən şəxs2 da təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş heroinin ona Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, Suracla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən götürdükləri ağ rəngli polietilen torbanı maşının arxa yük yerinə qoyaraq şəhər istiqamətinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Onun və əməliyyat tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Onların üzərinə və nəqliyyat vasitəsinə heç bir qanunsuz əşyalar qoyulmamışdır, bu şəxslərin üzərinə və maşına baxış müdafiəçilərin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmişdir və həmin videoçəkilişlərdə hər şey aydın-aşkar görünür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2022-ci il tarixli, 6/01 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş..” yazısı olan kağız paketdəki üzərində: “Təqsirləndirilən şəxs2” yazısı olan bükümdə təmiz çəkisi 9,549 qram və üzərində : “Təqsirləndirilən şəxs1” yazısı olan bükümdə təmiz çəkisi 20,274 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş..” yazısı olan kisədəki, -6(altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr, 2025 qr ümumi təmiz çəkisi 10025 qram (10 kq 25 qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -7(yeddi) ədəd və üzərində “ABK” yazısı olan bağlamada 4 ədəd, ümumilikdə 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 1000 qr, ümumi təmiz çəkisi 11950 qr (11 kq, 950 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroinlər və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən götürülmüş heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2022-ci il tarixli, 850 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Ekspertə təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 721 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Ekspertə təxminən 2 aydır ki, narkotik vasitə olan heroindən burun vasitəsilə nəfəsinə çəkib iyləməklə istifadə etdiyini, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkdiyini bildirmişdir İş materiallarında olan “Respublika Psixatriya Xəstəxanası” X5 529 saylı, 17.01.022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar. Həmçinin “Respublika Narkoloji Mərkəzi” X5 xx/xx-1606 saylı, 29.01.022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda olmamışlar. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçilərin itirakı və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, «Samsung» markalı mobil telefon aşkar edilmiş, heroinə bənzər maddə tərəzidə çəkilərkən 22 qram olmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Heroinə bənzər mpaddə tərizədə çəkilərək 11 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroini İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu və şəxsi istifadəsi üçün heroin əldə etmək məqsədi ilə Röyal ilə razılaşdığını, Röyalın idarə etdiyi, «Toyota prius» markalı, **-HM-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, Röyalın üzərindən aşkar olunan heroini Röyala özü verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək üzərində aşkar olunmuş heroini Təqsirləndirilən şəxs1 əldə etdiyini təsdiq etmiş, Suracla birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədilən yerdən narkotik maddə əldə etdiklərini, bununla bağlı əvvəlcədən razılaşdıqlarını, idarə etdiyi avtomobillə həmin narkotik maddələri Suracın deyəcəyi yerə çatdıracaqlarını, razılaşmanın əvəzində Suracın ona narkotik maddə verdiyini bildirmişdir. Protokol iştirakçıları ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. İş materiallarında olan “avtomobilə baxış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə müdafiəçilər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içərisindən on bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və altı ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Heroinə bənzər kütlə elekton əl tərəzisində çəkildikdə 12 kq 18, qram və psixotrop maddə metamfetamin 10 kq 28 qram olmuşdur. Protokol iştirakçıları ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. İş materiallarında olan “telefon danışıqlarına baxış keçirilməsi haqqında» 18 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Azerfon MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx-xx-2021-ci il tarixdə saat 21:23:56-da +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Patini itirmisem oralara bax belke orda dusub tapson halalun prosd o tapsan de bilimki orda salmşam)”, xx-xx-2021-ci il tarixdə saat 04:42:27-də +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Qaqili salam alekum 15 mnt pul saxla saba atışaq butoy goturek cekeciyde insAllah yaxshimi?? Bele cekmesende seher yiq dvij edey atlşa ciyde insAllah yaxshimi?? Bele cekmesende seher yiq dvij edey atlşaq butov goturek pulu bada verme opurem”, 11- 01-2021-ci il tarixdə saat 20:51:54-də +**********07 saylı mobil nömrədən +**********44 saylı mobil nömrəyə “Kolani verdim sahile”, xx-xx-2021-ci il tarixdə saat 20:12:50-də +**********07 saylı mobil nömrədən +**********05 saylı mobil nömrəyə “Bratiska gujnen birin tapmwam 20 azn deyir durub ele ozuycun almisdu 15 mnta gagam deyir 20 ver verim bariqa deyilde yaniki kend usaqidi bariqalarda kola, patpresdi ancac 20 diyenedeki bir qozda gor kimnen taprsan 20ye derman olar ?!” xx-xx-2021-ci il tarixdə saat 19:38:29-ci il tarixdə +**********07 saylı mobil nömrədən +**********61 saylı mobil nömrəyə “Yarim pati 1 denede kola 40 manat pul verecem sene sen ol gelde lomkaciliqdida cayıl ol”, xx-xx-2021-ci il tarixdə saat 19:15:14-də +**********07 saylı mobil nömrədən +**********61 saylı mobil nömrəyə “Sen deyildin ala mene 60 manata pati 35 manata kola deyen he ?”, xx-xx-2021-ci il tarixdə saat 23:59:39-da +**********07 saylı mobil nömrədən +**********98 saylı mobil nömrəyə “Yari var qaqas”, xx-xx-2021-ci il tarixdə saat 22:01:21-də +**********07 saylı mobil nömrədən +**********12 saylı nömrəyə “Patin var hay huyluq?? tez cavab yaz” tipli mesajlar yazılmışdır. Bundan başqa xx-xx-2021-ci il tarixdə saat 20:51:52-də +**********44 saylı mobil nömrədən +**********07saylı mobil nömrəyə “Kolani verdim sahile patinida ruhine.verdiyin temalardan hec utandin” 22-01-202-ci il tarixdə saat 00:55:19-da +**********12 saylı mobil nömrədən +**********07 saylı mobil nömrəyə “Xala gilin qapısındayam burda deyilem. Bird qa balaca kolan olsa at”, xx-xx-2021-ci il tarixdə saat 15:01:02-də +**********08 saylı mobil nömrədən +**********07 saylı nömrəyə “yetim mene tecili 50 azn lazimdi 1 qr kola 05 pati verirem qor neynemek olar tecili lazimdi cox”, xx-xx-2021-ci il tarixdə saat 19:22:43-də +**********79 saylı nömrədən +**********07 saylı nömrəyə “Qapas adam varyanimda 20 man pati” tipli mesaj yazışmalrı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə baxış zamanı xx-xx-2021-ci il tarixdə saat 19:59:48-də +**********63 saylı mobil nömrədən +**********73 saylı nömrədən “Atam yanımda idi danışa bilmədim 2 dene ayrı ayrı kola 15 m pati 40 m pul var 25 kola 15 p”, xx-xx-2021-ci il tarixdə saat 20:24:54-də +**********63 saylı nömrədən +**********73 saylı nömrəyə “Qaqaş 50 m pul düzəltdim 2 dene ayrı ayrı kola yarıda pati”, xx-xx-2021-ci il tarixdə saat 21:33:12-də +**********63 saylı nömrədən +**********99 saylı nömrəyə “Kimin dollarıdır ? Brat pati geldi ?” 04-07- 2021-ci il tarixdə saat 18:49:29-da +**********63 saylı nömrədən +**********55 saylı nömrəyə “Qaqaşım neceSen 15manat var yarım sot torpaq olar” tipli mesajlar aşkar edilmişdir. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 008-2290-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxsdən satmaq məqsədi ilə əldə etmişlər. Yəhya adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. “Cinayət işinin başlanması haqqında” 02 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 02 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» xx.xx.2022- ciil tarixli qərardan müəyyən olunur ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitiə və psixotrop maddənin əldə etmə mənbəsini müəyyən etmək məqsədilə ayrıca icraat ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-3/2022 və 4(005)-6/2022 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 01 yanvar 2022- ci il tarixdən hesablanmışdır. Məhkəmənin bu qərarlarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər məhkəmyə onlara qarşı fiziki zor və psixi təzyiqlər olmasından şikayət etməmişlər. İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2900 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, o, məhkum olmayan şəxs hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu ifadələri, şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri saxlamaları, daşımaları və satmaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində özlərini narkotik vasitə, psixotrop maddələrin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan sms yazışmalarından özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitə və psixotrop maddəyə sahiblik etməsinin müəyyən edilməsi ilə təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq məhkum edilmiş şəxslərin birinci instansiya məhkəməsində verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri inandırıcı, işin hallarına uyğun hesab edir və onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməklə ifadələrində göstərdikləri dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan əməli törətmələri barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Bununla yanaşı, məhkum polis idarəsinə aparıldığını, polis idarəsində ona psixi təzyiq göstərildiyini, döyüldüyünü, təzyiqlərə dözməyərək narkotik vasitəni öz üzərinə götürdüyünü göstərmişdir ki, məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlilinin də əsassız olmaqla, iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Şübhəli şəxs qismində müdafiəçilərin iştirakları ilə izahat və ifadə vermiş Təqsirləndirilən şəxs1 və Röyal Rəhimli etdikləri əməllərini tam etiraf etməklə yanaşı onara qarşı polis əməkdavşları tərəfindən heç bir zor tətbiq edilmədiyini göstərmişlər. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-3/2022 və 4(005)-6/2022 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 01 yanvar 2022- ci il tarixdən hesablanmışdır. Məhkəmənin bu qərarlarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər məhkəmyə onlara qarşı fiziki zor və psixi təzyiqlər olmasından şikayət etməmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülmələri, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmaları ilə bağlı dəlilləri əsassız olmaqla təkzib edilmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, CM-nin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi—cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 206.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihama görə onlar, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə birbirini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin ki, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçı və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində göstərilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçının şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən, bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5ci maddələrinə istinad edilməklə, icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, “Yəhya” adlı şəxsdən əlavə digər şəxslərin qaçaqmalçılığın predmeti olan narkotik vasitə və psixotrop maddələri gömrük sərhədinədək müşayiət etməsi, əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etməsi, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratması, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etməsi ilə bağlı hər hansı sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Eyni zamanda, cinayət işinin materialları ilə “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. Əksinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrindən görünür ki, onlar, cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətləri edən şəxs kimi İran İslam Respublikası vətandaşı “Yəhya” adlı şəxsi göstərmiş, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmayıb iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İİR vətəndaşı “Yəhya” adlı şəxs və qeyriləri ilə əlbir olaraq narkotik vasitəni, psixotrop maddəni gömrük sərhəddindən kənar və ondan gizli olaraq keçirməyə köməklik etməsi qeyd edilməklə kifayətlənilmişdir. Belə olan halda, “qeyrilərinin” cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməsinin və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmasının sübut olunmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 32.5, 206.3.2-ci maddəsinin olmasının sübuta yetməməsi və əməllərində CM-nin 32.5, 206.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalanan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxslə əlaqələrinin olması, o cümlədən onlara Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçiriləcək narkotik vasitəni qəbul edəcəklərini qabaqcadan vəd etməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etmələrinə dəlalət edir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, CM-nin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə məhkum edilmələrinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunduqları əməli CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkum edilmiş şəxsin əməlinin ağır cinayət əməli olan CM-in 32.5, 206.3.2ci maddəsindən az ağır cinayət əməli olan CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, eyni zamanda cəza təyini və toplanması zamanı nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif olunması ilə onların əməlinin ağır cinayət əməlindən az ağır cinayət əməlinə tövsif edilmişdir ki, bu da öz növbəsində ona cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunduqları əməli CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif olunmalı, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, onlara CM-nin 32.5, 206.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş cəza təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərin əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmasına təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair 1(101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-981/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar