Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-21/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X13 (sədrlik edən və məruzəçi hakim), X10 və X4 ibarət tərkibdə, Sadıqova Ləman Şahmar qızının katibliyi ilə, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101)-1732/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101) 1732/2023 nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X9 və X3-Məmmədovadan ibarət tərkibdə) 27 avqust 1995-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Qobu qəsəbəsində ünvansız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və həmin maddələr ilə ona 7 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 03 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. İşin halları: Birinci instansiya məhkəməsin hökmünə əsasən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində başqa şəxsin tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində başqa şəxs tərəfindən qoyulmuş külli miqdarda təmiz çəkisi 120.210 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin tarixdə gecə saat 03:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qəhvəyi rəngli, üzərində sarı rəngli zərləri olan əl çantasından 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 120,210 qram, külli miqdarda ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanılmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində - birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin ilk məhkumluğunun, avtomobil qəzası nəticəsində əməliyyat olunması səbəbi ilə sağlamlığında ciddi problemlərin olmasının nəzərə alınmaması göstərilmişdir. Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin maddələr üzrə bəraət verilməlidir. Belə ki, işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün tədqiq edilmədən, həqiqət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs “Binə Ticarət Mərkəzində” qadın geyimləri satışı ilə məşğul olan mağazada satıcı işləyərək, bonus ilə əmək haqqı birlikdə hər ay 900-1.000 manat məbləğində əmək haqqı alırmış. O, arıqlamaq məqsədi ilə dərman pereparatları alıb istifadə etmişdir. Bir müddət istifadə etdiyi dərman preparatları yüksək nəticə göstərərək onun arıqlamasına səbəb olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin dərman preparatından istifadəni dayandırmaq istəsə də, onun ağrıları başlamışdır. Bununla bağlı müəyyən araşdırma etdikdən sonra ona bəlli olmuşdur ki, istifadə etdiyi dərman preparatları əslində arıqlamaq üçün nəzərdə tutulmuş dərman vasitəsi deyil, narkotik tərkibli, el arasında “patı” deyilən, psixotrop maddə sayılan metamfetamin tərkibli maddə imiş. Bundan sonra o, ağrılarını kəsmək üçün metamfetamin istifadə etmək məcburiyyətində qalmışdır. Əvvəllər narkotik vasitəni internet üzərindən tanımadığı şəxslərdən alsa da, sonradan bu işlə məşğul olan, özü də narkomaniyadan əziyyət çəkən “Rauf” adlı şəxslə tanış olur. Bu tanışlıqdan sonra Təqsirləndirilən şəxs həmin şəxsdən narkotik alıb, həmin narkotik vasitəni elə Raufun köməkliyi ilə istifadə edirmiş, lazım olanda isə bir dəfə istifadə üçün də özü ilə götürürmüş. Rauf onu maddi baxımdan imkanlı biri kimi tanımışdır. Rauf yaşadığı mənzilləri mütəmadi olaraq dəyişirmiş. Dəfələrlə olub ki, Raufdan aldığı metamfetamini elə Rauf ilə görüşdüyü yerdə, Raufun köməkliyi ilə istifadnə etmişdir. Həmin müddət ərzində bəzi vaxtlarda Rauf ondan telefonunu alaraq istifadə edirmiş, lakin Raufun kiminlə ona məxsus telefon vasitəsi ilə ünsiyyətdə olması, nə barədə danışması ona məlum deyil. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt yəni, xx.xx.2023-cü il tarixdə, gecə saat təxminən 24:00 radələrində o, hər zamankı kimi Raufun yaşadığı ünvan 5 ünvanında Raufun yaşadığı mənzilə qalxmış, Raufdan metamfetamin alaraq orada istifadə etmiş, daha sonra isə 01 dəfə istifadə üçün, yəni 01 qram metamfetaminin 0,5 qramını alaraq kibrid qutusunda götürüb, oradan getmək istəsə də, Raufun yaşadığı mənzildən həyətə düşdükdə orada 03 nəfər polis əməkdaşı binanın qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmədən ilk öncə üzərində olan narkotik vasitəni onlara verməsini tələb etmişlər. Aytən isə üzərində olan şəxsi istifadəsi üçün Raufdan aldığı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, kibrit qutusunda saxladığı (1 çet) metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən dərhal onun üzərində şəxsi axtarış keçirilmiş, lakin özü tərəfindən təqdim edilmiş 0,5 qram metamfetamindən başqa heç bir narkotik vasitə və ya pisxotrop maddə aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 00:10- 00:20 radələrində Nizami RPİ-nə 24-cü PB-nə gətirilsə də, üzərində şəxsi axtarış və götürmə kimi prosessual hərəkətlər rəsmi qaydada elə həmin gün saat 16:59 radələrində keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt dərhal üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin bu rəsmiləşdirilməmiş, daha sonra saxlanıldığı, polis əməkdaşlarının tabeliyində olduğu vaxtdan 17 saat sonra üzərində rəsmi qaydada vəkilin iştirakı olmadan, hüquq və vəzifələri izah olunmadan qoyulmuş narkotikin şəxsi axtarışı və götürlməsi videoçəkliş vasitəsi ilə icra edilərək rəsmləşdirilmişdir. Hazırki iş üzrə ittihamın əsassız olması ilə bağlı ziddiyyətli və təqsirləndirilən şəxsin xeyrinə həll edilə beləcək 15 fərqli faktı məhkəmənin diqqətinə çatdırmağı müdafiə tərəfi zəruri hesab edir. 1. Müdafiə hüququnun kobud şəkildə pozulması, 2. Təqsirləndirilən şəxsə əvvəlcədən videoçəkliş zamanı nə deyiləcəyinin bildirilməsi, videoçəklişin bu səbəbdən dəfələrlə icra edilməsi, 3. Şəxsin saxlanıldığı vaxt üzərində şəxsi axtarış keçirilməsinə baxmayaraq, bunun rəsmiləşdirilməməsi, 4. Təqsirləndirilən şəxsin saxlanıldığı vaxtdan 17 saat sonra onun üzərinə rəsmi qaydada şəxsi axtarış və baxış keçirilməsi, 5. Təqsirəndirilən şəxsin üzərindən götürülmüş 0,5 qram metafetaminin rəsmiləşdirilməməsi, bunun əvəzinə onun üzərinə digər narkotik vasitənin və tərəzinin qoyulması, 6. Videoçəkliş vasitəsi ilə 131,31 qram ağ məhlul götürülsə də, ekspertizaya 120 qram metamfetamiinin polis tərəfindən təqdim edilməsi, 7. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə, saat 16:59-da şəxsi axtarış və götürmə keçirilərkən hazırki iş üzrə ekspertizaya məhlulun təqdim edilməsi məhz saat 14:00-da olmuş, saat 17:00-da isə ekpert tərəfindən ekspertiza aparılması başa çatdırılmışdır. 8. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, təhqiqat üçün nümunələrin götürülməsi və qalan nümunələrin geri qaytarılmasına dair” xx.xx.2023cü il tarixli AKT-dan görünür ki, təhvil-təslim Aqil Cəfərov ilə ekspert Zemfira Məmmədova arasında keçirilmişdir. Ekpsretizaya təqdim edilmiş psixotrop maddə iş icraatında olan Şahid5 tərəfindən təqdim edilməmiş, digər iş üzrə ekpert rəyi ilə müvvəkilinə qarşı ittiham irəli sürülmüşdür, 9. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının bir-birini təkzib edən, həqiqətə uyğun olmayan ifadələr vermələri. 10. Psixotrop maddənin qablaşdırılması ilə bağlı zərfin üzərində əvvəlcədən müvvəkkilinin haqqında məlumatların tərtib edilməsi, çıxacaq narkotik vasitənin məhz həmin zərfə ölçüsünün uyğun gəlməsinin təsadüf olmaması, 11. Cinayət işinin materiallarında müdafiəçinin və müvəkkilinin imzalarının saxtalaşdırılması ehtimalı, 12. Şəxsi axtarış və götürməni faktiki olaraq icra edən təhqiqatçı, polis mayoru Şahid4 şəxsi axtarış və götürmə protokolunun doğruluğunu öz imzası ilə təsdiq etməməsi, imzalamaqdan imtina etməsi, 13. Şəxsi axtarış və baxış protokolunda şəxsi axtarışın başlandığı vaxt saat 04:45, şəxsi axtarış və götürmənin qurtardığı vaxt isə 05:10 dəqiqəni göstərməklə, ümumilikdə 25 dəqiqə şəxsi axtarış və götürmə aparıldığı qeyd edilsə də, faktiki olaraq videoçəklişdə şəxsi axtarış və götürmənin cəmi 10 dəqiqə 24 saniyə olması, 14. ADLER markalı tərəzinin xüsusi zərfə yerləşdirlməməsi, lakin ittihamda onun maddi sübut kimi istinad edilməsi və üzərində metamfetamin tozlarının aşkarlanması. 15. Nizami RPİ-nin müstəntiqi X8 RPİ-nin 24-cü PŞ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya pisxotrop maddələrin dövriyyəsi ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli Əməliyyat Tapşırığına cavabını nəzərə alınmaması. Müdafiə tərəfi yuxarıda göstərilənləri tam açıqlaması ilə, cinayət işinin materiallarında müvafiq cildə və səhifələrə istinad edərək ətraflı şəkildə məhkəmənin diqqətinə çatdırır. Eləcə də, qeyd edilən faktların təkrar araşdırılması məqsədi ilə iş üzrə araşdırmanın məhkəmə istintaqı ilə aparılmasının vacib olduğunu da məhkəmənin diqqətinə çatdırır. 1-ci fakt üzrə müdafiə tərəfi bildirir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona şərait yaradılmamış, bununla da onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış CD diskə olan şəxsi axtarış və götürməyə dair videoçəklişin 01:25 saniyyəsində təhqiqatçı bildirir ki, “nəyə görə saxlanıldığınız sizə məlumdur, saxlanılmasının səbəbləriniz izah etməyə ehtiyac yoxdur” deyərək saxlanılmasının səbələrini izah etmir, 01:29 saniyyəsində görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs bildirir ki, “siz saxlanılarkən sizə hüquq və vəzifələriniz izah olunub, təkrar izah etməyə lüzum yoxdur”. Göründüyü kimi, hörmətli təhqiqatçı müvəkkilinin saxlanılması səbəblərini izah etmədən, saxlanıldığı vaxt polis serjantları tərəfindən ona hüquq və vəzifələrinin izah olunduğunu bildirərək hüquq və vəzifələrinin izah etməyərək onun müdafiə hüquqlarını kobud şəkildə pozur. Bununla yanaşı cinayət işinin materialları İ cild, səhifə 7-dən görünür ki, müvəkkili kompyuter vasitəsi ilə yazılmış ərizə ilə ona müdafiəçi verilməsini xahiş edir. Cinayət işinin materialları İ cild, səhifə 22-dən görünür ki, guya müvəkkilinə vəkil təqim edilib, lakin onun üzərinə şəxsi axtarış keçirilməsində vəkilin iştirakını tələb etmir, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş edir. İlk növbədə diqqət yetirmək lazımdır ki, müvəkkili tərəfindən hər iki ərizə tərtib edilməmiş, o, kompyuter vasitəsi ilə professional hüquqşünas tərəfindən tərtib edilmiş, ikinci ərizə isə müvəkkilinin iradə ifadəsini ehtiva etmir. Müvəkkili bildirir ki, o, istər polis əməkdaşları tərəfindən saxlanılarkən, istərsə də, polis şöbəsində olarakən ona hüquqları izah edilməmiş, əksinə şiddətə və zorakılığıa məruz qalmış, ona aid olmayan narkotik vasitənin ona aid olması barədə izahat və ifadə verməyə bir dəfə üzünə vurulmaqla, eləcə də, psixotrop maddəni bədəni tələb etdiyi anadək gözləyib (lomka vaxtı) ağrılarından qurtulması üçün polis əməkdaşları elə onun üzərindən çıxmış cəmi 1 (bir) dəfə istifadə üçün Raufdan aldığı metamfetamini verərək ifadəsini almışlar. İlk ərizədən göründüyü kimi, müvəkkili vəkil tələb edir, lakin onun vəkilə ehtiyacı olduğu halda guya vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş edir. Məlum olduğu kimi, şübhəli şəxs qismində tutulmuş şəxsə müdafiəçinin iştirakı məhz ilkin mərhələdə olduca zəruridir. Belə ki, hazırki cinayət işi üzrə işin mübahisəli tərəfi məhz həmin psixotrop maddənin müvəkkilinə aid olmamasında özünü ehtiva edir. İttihamın məğzi məhz müttəhimin üzərindən pisxotrop maddənin çıxmasından, o, həmin maddəni guya daşımasında, satmasında təqsirləndirilmsindən ibarətdir. Belə olan halda müvəkkilinin ilkin olaraq ona dövlət vəsaiti hesabına vəkil təyin edilməsini tələb etməsi, daha sonra isə üzərinə şəxsi axtarış keçirlərkən vəkilin iştirakı olmadan şəxsi axtarışın icra edilməsinə dair ərizə verməsi özü-özlüyündə ittihamın şərböhtan xarakter daşımasına, eləcə də vəkilin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilməsini onun iradəsini əks etdirməməsinə dəlalət edir. Belə ki, müvəkkili bildirir ki, vəkilin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilməsinə dair ərizə onun tərəfindən imzalanmamış, həmin imza ona aid deyil. Buununla yanaşı müvəkkili bildirir ki, ona dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Şahid6 istintaq dövründə cəmi 2 (iki) dəfə görmüşdür. İlk dəfə müdafiəçisinin xx.xx.2023-cü il tarixdə, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə görmüşdür. Cinayət işinin materiallarında müxtəlif tarixlərdə guya aparılmış prosessual hərəktlərdən xəbəi olmamış, cinayət işi yekunlaşarkən müstəntiq ona vəkilin iştirakı ilə əvvəlki tarixlərdə daxil olmaqla müxtəlif sənədləri imzalatdırmış, həmin tarixlərdə müstəntiq və müdafiəçi Bakı İstintaq Təcridxanasına gəlməmişlər. Buna görə də, apelyasiya şikayəti üzrə məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə aparılmalı, cinayət işinin materialları İ cild, səhifə 22-də olan ərizədəki imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilib edilməməsi, imzanın ona məxsusu olub-olmaması, eləcə də, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Şahid6 istifadəsində olan ********** mobil nömrənin xx.xx.2023-xx.xx.2023-cü il tarixlər üzrə anten dairəsinin "xxxx" MMC-dən götürülməsi, eləcə də xx.xx.2023-xx.xx.2023-cü il tarixlər üzrə Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs ilə kimlərin görüşə gəlməsi ilə bağlı məlumatların əldə edilməsi məqsədi ilə Bakı İstintaq Təcridxanasına müvafiq sorğu verilməsi zəruridir. 2-ci fakt üzrə müdafiə tərəfi bildirir ki, təqsirləndirilən şəxsə Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçı Şahid5 tərəfindən əvvəlcədən videoçəkliş zamanı nə deyiləcəyinin izah edilməsi, videoçəklişin bu səbəbdən dəfələrlə təkrarlanması ittihamın şər-böhtan xarakter daşımasının göstəricisidir. Belə ki, müvəkkili bildirir ki, polis şöbəsinə gətirildikdən sonra üzərindən çıxmış 0,5 qram metamfetaminin nəzərə alınmamamsı üçün ondan pul tələb olunmuş, maddi imkanı ilə əlaqədar həmin pulu verə bilməmiş, hətta pul tapması üçün saxlanıldığı gün, yəni günün ikinci yarısına qədər ona möhlət də verilmişdir. Lakin pulu verə bilmədiyi üçün ona məcburi qaydada özünə aid olmayan pisxotrop maddənin ona aid olması barədə ifadə verməyə məcbur etmişlər. Polis əməkdaşı onun üzünə bir dəfə vurmaqla yanaşı müvəkkilinə onun ağrılarının başlanması halından sui-istiadə edərək ağrılarının kəsilməsi üçün hörmətli baş təhqiqatçı Şahid5 dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Buna görə də Şahid5 dediklərini tam yadda saxlamadığı üçün qondarma şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkliş dəfələrlə təkrarlanmış, sonuncu çəkiliş isə xx.xx.2023-cü il tarixdə, saat 17:00-da başa çatmışdır. Müvəkkili baş təhqiqatçı Şahid5 dediklərini etdiyi üçün müvəkkilini elə onun üzərindən çıxmış 0,5 qram metamfetaminin şəxsi istifadəsi üçün ona qaytarılması, istifadə edərək ağrılarının kəsilməsi üçün şərait yaradılması olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntünün 04:16 saniyyəsində təhqiqatçı Şahid5 müvəkkilinə sual verir ki, “Mehdi adlı şəxs bunu sizə hansı yol ilə verdi?, lakin ssenarinin həmin hissəsini unudan müvəkkilinin bir cavab vermədiyini görən ssenarinin müəllifi baş təhqiqatçı Şahid5 onun köməyinə çataraq bildirir ki, “kart vasitəsi ilə pulu öna göndərdiniz, sonra” deyərək onu əvvəlcədən izah olunmuş sözləri deməsi üçün istiqamət verir. Göründüyü kimi, ssenarinin müəllifi çəkdiyi ssenarini yaxşı xatırlayır və müvvəkkilinə onun dediyi formada ifadə verməsinə köməklik göstərir. Bununla bağlı müdafiə tərəfi vurğulamağı zəruri hesab edir ki, şəxsi axtarış və götürmə film deyilki o, dəfələrlə çəkilmiş olsun. Bu qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Buna görə də, məhkəmə baxışının qismən məhkəmə istintaqı keçirilməklə aparılması, həmin istintaq zamanı baş təhqiqatçı Şahid5, şahidlər Şahid3, Şahid1, Şahid2, həmçinin müvəkkilinin ifadələri alınmalıdır. 3-cü faktla bağlı müdafiə tərəfi qeyd edir ki, müvəkkili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt onun üzərində şəxsi axtarış keçirilməsinə baxmayaraq, bu rəsmiləşdirilməmişdir. Onun üzərində özünün təqdim etdiyi 0,5 qram metamfetamindən başqa qanunla qadağan edilmiş narkotik vasitə və ya pisxotrop maddə aşkar edilməmişdir. Buna görə də, məhkəmə baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmalı, şahidlər Şahid3, Şahid1, Şahid2, həmçinin müvəkkilinin ifadələri alınmalıdır. 4-cü fakt ondan ibarətdir ki, müvəkkili polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan 17 saat sonra onun üzərinə rəsmi qaydada şəxsi axtarış və götürmə keçirilmişdir. Müvəkkili bildirir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən dərhal onun üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində özü tərəfindən polis əməkdaşlarına təqdim edilmiş 0,5 qram metamfetamindən başqa narkotik vasitə və ya pisxotrop maddə aşkar edilməmişdir. Polis Şöbəsinə aparıldıqdan sonra ondan pul tələb olunmuş, pul tapması üçün ona şərait yaradılmış, lakin o, pul tapa bilmədikdə faktiki olaraq azadlıq hüququ məhdudlaşdırıldığı vaxtdan 17 saat sonra, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:59-da üzərinə rəsmi qayda şəxsi axtarış və götürmə keçirilərək, baş təhqiqatçı Şahid5 tərəfindən onun əl çantasına qoyulmuş sellofan bükümə yerləşdirilmiş, tərkibi ona məlum olmayan ağ məhlul və elektron tərəzi götürülmüşdür. Cinayət işinin materiallarna əlavə edilmiş CD diskdən görünür ki, (video_2023-03-03_16-59-32) həmin videoçəkliş xx.xx.2023-cü il tarixdə, saat 16:59-da çəkilmişdir. Göründüyü kimi, faktiki olaraq müvəkkilinin bildirdikləri digər sübutlarla tam təsdiq edilir. Buna görə də, məhkəmə baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmalı, məhkəmə istintaqı zamanı şahidlər Şahid3, Şahid1, Şahid2, polis mayoru, təhqiqatçı Şahid4, baş təhqiqatçı Şahid5 və müvəkkilinin ifadələri alınmaqla, cinayət işinin materiallarında göstərilən ziddiyyətlər araşdırılmalıdır. 5-ci fakt ondan ibarətdir ki, təqsirəndirilən şəxsin üzərindən götürülmüş 0,5 qram metamfetaminin rəsmiləşdirilməməsi, bunun əvəzinə onun üzərinə digər çəkidə olan, yəni 131,31 qram metamfetamin və tərəzi qoyulmuşdur. Müvəkkili bildirir ki, o, istifadə etdiyi psixotrop maddəni Rauf adlı şəxsdən alaraq, istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə o, Raufun yanına gəlir, bir dəfə istifadə üçün metamfetamin alır və Rauf ona həmin metamfetamini istifadə etməsi üçün köməklik göstərir. Daha sonra o, bir dəfə istifadə üçün 0,5 qram metamfetamin alaraq Raufun yaşadığı mənzildən aşağı düşəndə polis əməkdaşları ona yaxınlaşaraq, üzərində olan psixotrop maddəni təqdim etməsini tələb edirlər, o, isə az öncə Raufdan aldığı 0,5 qram metamfetamini polis əməkdaşlarına təqim edir. Daha sonara onu polis şöbəsinə aparırlar və ondan pul istəyirlər, polis tərəfindən tələb olunan vəsaiti verə bilmədiyi üçün onun şərlənməsi, üzərinə narkotik 131,31 qram olan ağ məhlul qoyulur və həmin maddənin metamfetamin olması ilə bağlı rəy alınaraq onun məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbir görülür. Onun üzərindən çıxan 0,5 qram metamfetamin çıxsa da, bununla bağlı rəsmiləşdirmədə guya üzərindən 120 qram metamfetamin çıxması kimi rəsmləşdirilmişdir. 6-cı fakt ondan ibarətdir ki, videoçəkliş vasitəsi ilə 131,31 qram ağ məhlul götürülsə də, ekspertizaya 120 qram metamfetaminin polis tərəfindən təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntünün 07:54-cü saniyəsindən, eləcə də həmin videonun 05:33-cü saniyəsindən görünür ki, tərəzidə həcmi müəyyən edilmiş guya müvvəkkilinin çantasından çıxmış, mənşəyi bəlli olmayan ağ məhlul 131,31 qram olsa da, ekspertizaya təqdim edilmiş metamfetaminin çəkisi 120 qram olmuşdur. Göründüyü kimi, videoçəkilişdəki ağ məhlul ilə ekpertə təhvil verilmiş metamfetaminin çəkisi arasında 11,31 qram fərq vardır. Bu isə onu deməyə əsas verir ki, faktiki olaraq videoçəkilişdəki məhlul ilə ekspertə təqdim edilmiş metamfetamin fəqrli məhlullardır. Buna görə də, məhkəmə baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmalıdır. 7-ci fakt ondan ibarətdir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə, saat 16:59-da şəxsi axtarış və götürmə keçirilərkən hazırki iş üzrə ekspertizaya məhlulun təqdim edilməsi məhz saat 14:00-da olmuş, saat 17:00-da isə ekpert tərəfindən ekspertiza aparılması başa çatdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdən görünür ki, müvəkkilinin üzərində şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə, saat 16:59-da keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, təhqiqat üçün nümunələrin götürülməsi və qalan nümunələrin geri qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli AKTdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00-da 120.210 qram miqdarında metamfetamin və ADLER markalı tərəzi ekspertiza mərkəzinə təqdim edilmiş, ekpertiza mərkəzi tərəfindən təhqiqatlar aparıldıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 17:00-da təhiqatda istifadə olunmuş miqdar çıxıldıqdan sonra 120,010 qram miqdarında metamfetamin və tərəzi geri qaytarılmışdır. Həmin AKT üzrə təhvil-təslim baş əməliyyat müvəkkili Cəfərov Aqil ilə ekspert Zemfira Məmmədova arasında həyata keçirilmişdir. Göründüyü kimi, cinayət işinin materiallarına əlavə edilmiş akt ilə müəyyən edilmiş metamfetaminin çəkisi videoçəkiliş zamanı götürülmüş maddənin miqdarı ilə 11 qram fərq edir. Bu isə onu deməyə əsas verir ki, ekpertizaya tamailə fərqli maddə təqdim edilmiş, həmin maddə isə ittihamın əsasını təşkil edə bilməz. 8-ci fakt ondan ibarətdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, təhqiqat üçün nümunələrin götürülməsi və qalan nümunaələrin geri qaytarılmasına dair” xx.xx.2023-cü il tarixli AKTdan görünür ki, təhvil-təslim baş əməliyyat müvəkkili Aqil Cəfərov ilə ekspert Zemfira Məmmədova arasında keçirilmiş. Ekpsretizaya təqdim edilmiş psixotrop maddə iş icraatında olan Şahid5 tərəfindən təqdim edilməmiş, digər iş üzrə ekpert rəyi ilə müvvəkilinə qarşı ittiham irəli sürülmüşdür. Cinayət işinin materialları ilə müəyyən edilir ki, baş əməliyyat müvəkkili Aqil Cəfərovun hazırki cinayət işində hər hansı prosessual stasusu mövcud deyildir. Lakin baş əməliyyat müvəkkili Aqil Cəfərovun hazırki cinayət işi üzrə araşdırmanı aparmaq hüququ və səlahiyyəti olmadığı halda hansı əsasla ittihamın özəyini təşkil edən “sübutun” kənar şəxslər tərəfindən ekpertizaya təqdim etməsi və ekpertizadan götürülməsi, həmin zərfin içərisində olan maddəni dəyişib-dəyişməməsi kifayət qədər şübhələr və suallar doğurur. 9-cu fakt ondan ibarətdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları bir-birini təkzib edən, həqiqətə uyğun olmayan ifadələr vermişlər. Belə ki, Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, martın 3-də saat 03:30 radələrində Naxçıvanski küçəsində binanın qarşısından keçərkən təqsirləndirilən şəxs X6 görüb saxlamışlar. Sənədlərini təqdim etməsini tələb etdikdə, həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Bölmədə onun üzərinə videoçəkiliş vasitəsi ilə axtarış aparılmışdır. Həmin vaxt onun üzərindən ağ və qara bükümlərdə narkotik maddələr aşkar olunmuşdur. Şahid2 ifadələrində göstərdi ki, onlar keçərkən təqsirləndirilən şəxs X7 yaxınlaşıb ondan qaçmasının səbəbini soruşmuşlar. Şöbədə həmin şəxsin üzərinə videoçəkilişlə axtarış keçirilmiş, onun üzərindən bir neçə büküm narkotik vasitə çıxmış, lakin hansı növ narkotik olması və çəkisi yadında qalmayıb. Göründüyü kimi, verilmiş ifadələrdə şahidlərdən biri müvəkkilinin üzərindən 02 büküm, digər şahid isə bir neçə bükümdə narkotik vasitə çıxdığını göstərərək, fəqli və qeyri-mötəbər ifadələr vermişlər. Halbuki, ittihamda müvəkkilinin üzərindən yalnız 01 bükümdə narkotik vasitənin aşkar edildiyi göstərilmişdir. Buna görə də, məhkəmə baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmalı, şahidlər Şahid3, Şahid1, Şahid2, polis mayoru Şahid4, baş təhqiqatçı Şahid5 və müvəkkilinin ifadələri alınmaqla cinayət işinin materiallarında göstərilən ziddiyyətlər araşdırılmalıdır. 10-cu fakt ondan ibarətdir ki, psixotrop maddənin qablaşdırılması ilə bağlı zərfin üzərində əvvəlcədən müvvəkkili haqqında məlumatların tərtib edilməsi, çıxacaq narkotik vasitənin məhz həmin zərfə ölçüsünün uyğun gəlməsinin təsadüf olmamasına məhkəmə diqqət yetirməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, müvvəkkilinin çantasına qoyulmuş ağ maddə götürüldükdən sonra videoçəkiliş başlamazadan əvvəl artıq ölçüsü də əl çantasına qoyulmuş ağ məhlulun ölçüsünə uyğun zərf hazırlanmış, həmin zərfin üzərinə prosessual hərəkətin aparılmasında iştirak edəcək şəxslərin adları və soyadları, eləcə də digər məlumatlar artıq yazılmış vəziyyətdə olmuşdur. Belə olan halda, müdafiə tərəfindən əsaslı olaraq suallar yarınır ki, müvvəkkilinin əl çantasına qoyulmuş ağ maddə əgər təhqiqatçı Şahid5 tərəfindən onun çantasına qoyulmamışdırsa, onda təhqiqatçı həmin maddənin ölçüsünə uyğun zərf seçib, onun üzərini əvvəlcədən şəxsi axtarış və götürmədə iştirak edən şəxslər barəsində məlumat tərtib etməzdi. Bütün bunlar onu deməyə əsas verir ki, təhqiqatçı Şahid5 şəxsi axtarış keçirməmişdən əvvəl bilirdi ki, müvəkkilinin üzərindən hansı ölçüdə, hansı məhlul çıxacaq, eləcə də buna uyğun olaraq həmin məhlululn ölçüsünə uyğun olaraq zərf seçib əvvəlcədən onun üzərinə müvafiq məlumatları yazmışdır. Bu da onu deməyə əsas verir ki, müvəkkili psixotrop maddənin onun əl çantasına polis tərəfindən qoyulması və onun öz əleyhinə ifadə verməsinə məcbur edilməsinə dair ifadələri həqiqəti əks etdirir. 11-ci fakt ondan ibarətdir ki, cinayət işinin materiallarında müdafiəçinin və müvəkkilinin imzaları fərqlidir və cinayət işi üzrə müdafiəçinin imzası saxtalaşdırılmışdır. Belə ki, cinayət işinin materialları İ cild, səhifə 37-də ekspertiza rəyi ilə təqsirləndirlən şəxsin tanış edilməsinə dair protokolda vəkilin imzası korrektə edilmiş, onun imzasından fərqli imza ilə icra edilməsi müəyyən edilir. Bununla yanaşı, şahidlər Şahid3, Şahid1, Şahid2 ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiqləyərkən çəkdikləri imzalar məhkəmə istintaqı zamanı iltizamda çəkdikləri imza ilə tamamilə fərqlənir. Bununla yanaşı müvəkkilinin imzaları da cinayət işinin materialları ilə tamamilə fərqli imzalar ilə əhatə olunmuşdur. Müvəkkili bildirir ki, onun imzalarının fərqlənməsi istisna edilmir. 12-ci fakt ondan ibarətdir ki, şəxsi axtarış və götürməni faktiki olaraq icra edən təhqiqatçı, polis mayoru Şahid4 şəxsi axtarış və götürmə protokolunun doğruluğunu öz imzası ilə təsdiq etməmiş, imzalamaqdan imtina etmişdir. Cinayət işinin materialları İ cild, səhifə 25-26-dan görünür ki, şəxsi axtarış və götürmə faktiki olaraq təhqiqatçı, polis mayoru Şahid4 tərəfindən icra edilsə də, həmin protokolun doğruluğu onun tərəfindən imza edilərək təsdiq edilməmişdir. Təbii ki, bunun üçün təhqiqatçı Şahid4 bir neçə səbəbi olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi, müvəkkili saxlanıldığı vaxt onun üzərində şəxsi axtarış keçirilərək 0,5 qram metamfetamindən başqa hüquqazidd heç nə aşkar edilməməsi, lakin buna baxmayarq, onun üzərinə psixotrop maddənin qoyulması, şəxsi axtarış və götürmə faktiki olaraq xx.xx.2023-cü il tarixdə, saat 16:59-da keçirilsə də, protokolda bu prosessual hərəkətin aparılmasının başlama müddətini həmin gün saat 04:45-də başlaması, saat 05:10-da isə yekunlaşdırılası kimi məlumatların təhrif edilməsi, həmin protokolun faktiki olaraq şahidlər tərəfindən deyil, başqa şəxslər tərəfindən imza edilməsi, faktiki olaraq şəxsi axtarış 10 dəqiqə 24 saniyə keçirilsə də, protokolda bu müddətin saxtalaşdırılaraq 25 dəqiqə kimi göstərilməsi, müvəkkilinə faktiki olaraq hüquqlarının izah edilməməsi, videoçəkiliş ilə öz təsdiqini tapsa da, protokolda bu məlumatın təhrif edilməsi və saxtalaşdırılaraq guya ona hüquqlarının izah edilməsi və s. kimi pozuntular olmuşdur. Buna görə də, məhkəmə baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmalı, şahidlər Şahid3, Şahid1, Şahid2, polis mayoru, təhqiqatçı Şahid4, baş təhqiqatçı Şahid5 və müvəkkilinin ifadələri alınmaqla cinayət işinin materiallarında göstərilən ziddiyyətlər araşdırılmalıdır. 13-cü fakt ondan ibarətdir ki, şəxsi axtarış və baxış protokolunda şəxsi axtarışın başlandığı vaxt 04:45, şəxsi axtarış və götürmənin qurtardığı vaxt isə 05:10 dəqiqəni göstərməklə, ümumilikdə 25 dəqiqə şəxsi axtarış və götürmə aparıldığı qeyd edilsə də, faktiki olaraq videoçəkilişdə şəxsi axtarış və götürmənin cəmi 10 dəqiqə 24 saniyə olmasıdır. Cinayətin işinin materiallarına əlavə edilmiş CD diskdən görünür ki, şəxsi axtarış və götürümə cəmi 10 dəqiqə 24 saniyyə davam etsə də, şəxsi axtarış və götürmə haqqında protokolda bu vaxt saxtaladırılaraq guya bu prosessual hərəkətin başlaması və qurtarması 25 dəqiqə vaxt aparması göstərilərək saxtalaşdırılmışdır. 14-cü fakt ondan ibarətdir ki, ADLER markalı tərəzinin xüsusi zərfə yerləşdirlməməsi, lakin ittihamda ona maddi sübut kimi istinad edilməsi və üzərində metamfetamin tozlarının aşkarlanmasının əsassız olaraq müdafiə tərəfinin əleyhinə istifadə edilməsi olmasıdır. Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, müvəkkilinin üzərinə qoyulmuş ağ məhlulun videoçəkiliş zamanı xüsusi zərfə yerləşdirilməsi müəyyən edilsə də, tərəzinin zərfə yerləşdirilməsi müəyyən edilmir. Belə olan halda ilk növbədə nəzərə almaq lazımdır ki, həmin tərəzi də polis tərəfindən müvəkkilinin üzərinə qoyulmuş, lakin buna baxmayaraq, nəzərə almaq lazımdır ki, həmin tərəzi qablaşdırılmamış, onun üzərinə istənilən maddənin tozunu polis tərəfindən vurulması istisna edilmir. 15-ci fakt ondan ibarətdir ki, Nizami RPİnin müstəntiqi X12 RPİ-nin 24-cü PŞ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya pisxotrop maddələrin dövriyyəsi ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi barədə xx.xx.2023-cü il tarixdə Əməliyyat Tapşırığı (İ cild, səhifə 94) göndərmiş, lakin həmin sorğular müsbət nəticələnməmiş, bu hal isə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı nəzərə alınmamışdır. İttihamın mülahizələrə və ehtimallara əsaslanması istər ibtidai istintaq tərəfindən, istərsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Prosessual qanunvericiliyin tələblərindən də, göründüyü kimi, məhkəmə baxışı gedişində tədqiq edilmiş sübutlar onun ittiham olunduğu maddələr üzrə təqsirini müəyyən edə bilmirsə həmin şəxs barəsində ittiham hökmü çıxarıla bilməz. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamasına, təqsirinin sübuta yetirilməməsinə baxmayaraq, əsassız olraq barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmadığını bildirərək, özünü təqsirli bilmədiyini ifadəsində göstərmiş, lakin ibtidai istintaq orqanı və məhkəmə əsassız olaraq buna tənqidi yanaşmış, tənqidi yanaşmasını isə əsaslandıra bilməmişlər. Sadalananlardan da, göründüyü kimi, dövriyyəsi qadağan edilmiş ittihamın əsasını təşkil edən narkotik vasitə müvəkkilinə aid deyil və ondan ümumiyyətlə heç bir xəbəri yoxdur, buna görə də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı məhkəmə istintaqı qanunvericiliyin tələblərinə uyğun aparılmamış, işin faktiki halları dəqiq müəyyən edilmədən əsassız hökm çıxarılmışdır. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə bildirdi ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cinayət işinin materiallarını düzgün araşdıraraq qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə mübahisələndirdiyi məsələlər iş materiallarında olan əsas sübutların, mənbəyinin, mötəbərliyinin və mümkünlüyünün təkzib edilməsi üçün əsas deyil. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101) 1732/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı3 bildirdi ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə əsassızdır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101) 1732/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əlavəni müdafiə edərək və əlavənin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinə əlavənin təmin edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişlər. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin (apellyasiya icraatı zamanı dəqiqləşdirməsinə əsasən) apellyasiya şikayətinin və müdafiəçisinin apellyasiya şikayətinə əlavənin əsas dəlilləri - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini, hökmün təqsirləndirilən şəxsin və müdafiəçisinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, artıq çəkidən əziyyət çəkmiş və arıqlamaq üçün dərmanlardan istifadə etmişdir. Gedib-gəldiyi gözəllik salonu olmuşdur. Orada bir nəfər xanım arıqlamaq üçün dərman olduğunu bildirmişdir. O, həmin dərmanı istifadə etməyə başladıqda çox arıqladığını görmüşdür. Həkimə gedəndə həkim ona bildimişdir ki, bu arıqlamaq üçün dərman deyil, narkotik vasitədir. O, bunu öyrəndikdən sonra istifadəni dayandırmışdır. Dayandırdığı müddət ərzində o, ayağa qalxa bilməmiş, ayaqları çox ağrımışdır. Həmin dövrdə o, “Binə Ticarət Mərkəzində” satıcı kimi fəaiyyət göstərmişdir. İşində də narahatçılıq yaşadığından o, məcbur qalıb Rauf adında şəxsdən narkotik almağa başlamış, metamfetamin əldə etmişdir. O, çox vaxt 0,5 qram, 01 qram miqdarda narkotik vasitə almışdır. Rauf öz evində şərait yaratmiş, o da orada narkotik qəbul etmişdir. Axırıncı dəfə o, tutulduğu yerdə də narkotik vasitə qəbul etmişdir. O, Nizami rayonunda tutulmuşdur. Hadisə günü o, Rauf adlı şəxsin evinə narkotik almağa getmişdir. Rauf onunla oturmuş, biraz söhbət etmiş, sonra o, narkotik istifadə etmişdir. Bundan sonra o, az miqdarda metamfetamini kibrit qutusuna yerləşdirmiş və aşağı düşmüşdür. Aşağı düşəndə 03 nəfər polis əməkdaşı ona yaxınlaşmış və polislər üzərində olan narkotiki verməsini demişlər. Bundan sonra o, kibrit qutusunu polislərə vermişdir. Polislər onu maşına salıb bölməyə aparmışlar. Onu saxlayan polis əməkdaşlarının hansı orqandan, idarədən olduqlarını və ya həmin şəxslərin adları ona məlum deyildi. O, bölməyə gələndə çox pis vəziyyətdə olmuşdur. Polislər ona “görürük yaxşı qızsan, sənin üçün bir şeylər edərik” demişlər. Təxminən 01 günə yaxın bir vaxt verilmiş və demişlər ki, "20.000 manatı tap, gətir səni buraxaq”. Bir neçə saat gözlədikdən sonra polislər anlamışlar ki, onda o qədər məbləğdə pul yoxdur. Polislər ona demişlər ki, “səni sənədləşdirəcəyik”. O, etiraz etmiş, sənədləri imzalamaq istəməmişdir. Polislər isə “indi görərsən sənə necə qol çəkdirəcəyik” demişlər. Bir az keçdikdən sonra o, ağrımağa başlamışdır. Ona demişlər ki, “qol çək, sənə narkotik verəcəyik”. O, əməliyyatçının qarşısında narkotik istifadə etmişdir. Əməliyyatçı dedikdə, Nərimanı nəzərdə tutur. O, narkotiki istifadə etdikdən sonra videoçəkiliş üçün onu aşağı düşürmüşlər. Böyük bir sellofanın (kulyok) içindən narkotik vasitəni çıxarmışlar və bununla sənədləşdirməni edəcəklərini bildirmişlər. Həmin narkotiklə də sənədləşdirməni etmişlər. Ona vəkil təklif edilməmiş, eləcə də vəkil dəvət edilməmişdir. İttiham aktı tərtib edildikdən sonra yox, indi bilir ki, onu 120 qram ilə “yükləmişlər”. Hadisə vaxtı onun üzərində narkotik vasitə az miqdarda olmuş, amma 120 qram çəkidə olmamışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs ittiham edildiyi əməllərin heç birinə görə özünü təqsirli bilmədiyini, birinci instansiya məhkəməsində özünü qismən təqsirli bilməyinə səbəbin - istintaq dövründə işinə baxan şəxsin ona köməklik edəcəklərini, işini həll edəcəklərini bildirmələri olduğunu, arıqlamaq üçün dərmanlar istifadə etdiyini, “Səna” çayı və digər dərmanlar istifadə etdiyini, əvvəllər metamfetamin istifadə etmədiyini, üzərində kibrit qutusunun içərisində 01 dəfəlik istifadə olunacaq az miqdarda narkotik vasitə olduğunu, ona fiziki şiddət tətbiq edildiyini, üzünə sillə vurulduğundan dişinin də qırıldığını, hələ də dişində qırıq qaldığını, birinci instansiya məhkəməsində verdiyi ifadədə döyülmədiyini bildirdiyini, bunu deməyə məcbur olduğunu, onun işini aparanların dedikləri kimi danışdığını, həm də birinci instansiya məhkəməsində yaxşı vəkilinin olmadığını, danışa və ya fikrini ifadə edə bilmədiyini, ona edilən təzyiqlə bağlı prokurorluğa və ya digər hər hansı quruma müraciət etmədiyini, ifadələrimdə əməlindən peşman olduğunu qeyd etdiyini, 02 il müddətində həbsdə qalacağını bilsə idi narkotik vasitədən istifadə etməyəcəyini bildirmişdir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs axşam saatlarında tutulduğunu, ifadəsində üzərində kibrit qutusunun içərisində metamfetaminin az miqdarda olduğunu qeyd etdiyini, həmin narkotik vasitəni 01 dəfə istifadə üçün götürdüyünü, həmin narkotik vasitəni istifadə etmək üçün götürdüyünü, onu polis bölməsinə gətirdiklərində üzünə 01 dəfə sillə vurulduğunu, sillənin təsirindən dişinin qırıldığını, həmin qırığın hələ də qaldığını, onu bölməyə gətirdiklərində vəkil təklif etmədiklərini, ümumiyyətlə həmin müddət ərzində vəkilinin olmadığını, əməliyyatçı Pərvanənin həmin vaxt işdə olmadığını, sonradan çağırılaraq gəldiyini, onu tutduqları vaxt ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılana qədər 01 sutka vaxt keçdiyini, polis əməkdaşlarının ona aid olmayan narkotik vasitə ilə sənədlərini rəsmiləşdirəcəklərini bildirdiklərini, göstərdikləri narkotik vasitənin ona aid olmadığını, onun yaxşı qız olduğunu və köməklik edə biləcəklərini bildirdiklərini, əvəzində isə ondan 20.000 manat pul istədiklərini, onun həmin pulu tapıb verə bilmədiklərini, qarşısına qoyulan sənədləri imzalamasına səbəbin isə vəziyyətinin kəskin formada pisləşməsi, bədənində ağrıların başlaması ilə əlaqədar olduğunu, ümumiyyətlə üzərində tərəzi olmadığını, videogörüntüdə göstərilən tərəzinin kimə məxsus olduğunu bilmədiyini, ibtidai istintaq dövründə vəkil tərəfindən hüquqlarının ümumiyyətlə müdafiə olunmadığını, vəkili ilk dəfə məhkəmə iclasında gördüyünü, məhkəmə iclasında iştirak edən vəkili şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman bölmədə görmədiyini, cinayət işində olan etirafedici ifadələrin ona məxsus olmadığını, həmin ifadələri vermədiyini, həmin sənədləri imzalamadığını, vəkili məhkəmə iclasında sanksiyaya baxılarkən, birdə müstəntiqin yanında gördüyünü, həmin vaxt artıq işin yekunlaşdığını, onun imzaladığı sənədlərdə ondan başqa da şəxslərin imzaların deyəsən olduğunu, videoçəkilişin 03 dəfə aparıldığını, videoçəkilişin 03 dəfə təkrarlanmasına səbəbin onun polislərin dedikləri sözləri düz deyə bilmədiyini, ona görə videonu dayandıraraq təzədən çəkiliş etmələri olduğunu, sənədləri imzaladıqdan sonra polis əməkdaşlarının ona istifadə etməyi üçün narkotik vasitə verdiklərini, istifadə etdiyi maddənin metamfetamin olduğunu, polislərin narkotik vasitəni haradan götürdüklərini görmədiyini, yalnız masanın üstünə qoyduqlarını gördüyünü bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs ona kibrit qutusunun içərisində olan narkotik vasitəni polislərin istifadə etməsi üçün gətirdiklərini, istifadəsində mobil telefonun olduğunu, 01 nömrədən istifadə etdiyini, hal-hazırda nömrəni xatırlamadığını, nömrənin “cin” nömrə olduğunu, nömrənin axırının səhv etmirsə 7968 ilə bitdiyini, əvvəlinin də 200 ilə başladığını, telefonda “Whatsapp”dan istifadə etmədiyini, ümumiyyətlə telefonu təzə aldığından “Whatsapp” tətbiqini yükləmədiyini, Röyal adında tanıdığı şəxs olmadığını, hər hansı şəxsin ona “bir şey mir şeyin var” deyə mesaj göndərmədiyini, “Otun karobkasını neçəyə verirsən?” deyə də ona mesaj göndərən şəxsin olmadığını, ona “quzum” deyə müraciət edən şəxsin də olmadığını, “Mən neçədən satmalıyam ki, xeyrim olsun?” mesajının da ona göndərilmədiyini, ona belə mesajların gəlmədiyini, hər hansı şəxs tərəfindən ona “million” və ya digər aparatlardan qəbzlərin şəkillərinin, həmçinin Bakı şəhərində müəyyən işarələrlə işarələnmiş məkan şəkillərinin göndərilmədiyini, 007 Mahal +98 iran mobil operaturuna məxsus bank kartına tərəfindən pul göndərilmədiyini və ya həmin hesabdan ona pul köçmədiyini, ona nə vaxtsa tərəzi şəkilləri, tərəzinin üzərində qeyri-müəyyən predmetlər olan şəkillərin göndərilmədiyini, göstərilən fotoşəkilllər və mesajlaşmaların ona aid olmadığını, bunların heç birindən xəbərinin olmadığını, telefonunun Raufgildə olan vaxtda Raufda olduğunu, Raufun ona narkotik istifadə etməyinə şərait yaratdığına görə telefonunu Raufa verdiyini, narkotik istifadə etdikdə Raufun evinə getdiyini, narkotiki ancaq Raufun evində istifadə etdiyini bildirmişdir. Hakim Z.Hüseynovun suallarına cavab olaraq təqsirləndirilən şəxs Kazımova X1 münasibətlərində olmadığını, gecə vaxtlarında Raufun evində qalmadığını, Raufun da onun evində qalmadığını, gecə 02:30-04:00 radələrində Raufla oturub söhbət etdikləri vaxt olduğunu, telefonunda olan mesajların göndərilmə saatlarını həmin vaxt telefonunun Raufda olması ilə açıqlaya biləcəyini, kibrit qutusunun içərisində olan narkotik vasitəni polisin yanında istifadə etdiyini, ifadəsində 120 qram narkotik vasitəni birdəfəlik aldığını bildirdiyini bildirmişdir. Hakim E.Əliyevin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Binə Ticarət Mərkəzində” satıcı kimi fəaiyyət göstərmiş, aylıq qazancı 500-900 manat olmuş, həmin məbləğ onun dolanışığını təmin etmiş, artıq da qalmış, artıq qalan məbləğ təxminən 400-500 manat olmuşdur. Gündəlik metamfetamin qəbulu üçün çəkdiyi xərc 20 manat olmuşdur. O, həmişə 01 günlük istifadəsinə çatacaq qədər narkotik almış, evdə valideynləri ilə birgə yaşadığından çox miqdarda alsa belə orada istifadə edə bilməyəcəkdi. Valideynləri narkotik istifadə etdiyini bildiklərində ondan imtina etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsində o, düzgün danışmamışdır. Buna səbəb işini yazan şəxsin ona kömək edəcəyinə söz verməsi olmuşdur. O, polislərin dedikləri kimi ifadələr vermişdir. O, tutularkən ona demişlər ki, “məhkəmədə ona azad edəcəklər”. O, məhkəmənin onu buraxacağını düşünmüşdür. İşini yazan adam hakimlərin onu azad edəcəyini demişdir. İşinin aparan şəxs ona demişdir ki, “mən işi danışmışam, həll etmişəm, səni buraxacaqlar”. Qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində ziddiyyət olduğundan cild 1, səhifə 27-28-də, cild 1, səhifə 45-47-də, cild 2, səhifə 46-48də olan təqsirləndirilən şəxsin ifadələri elan edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Ağdam rayonunda qeydiyyatda olsa da, anası ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Arasıra arıqlamaq üçün “patı” kimi tanıdığı maddədən istifadə edir. Hər dəfə həmin maddəni internet vasitəsi ilə tanış olduğu müxtəlif şəxslərdən bir qramını 20 manata əldə edir. Bu yolla tez-tez həmin maddəni almaq onun üçün həm təhlükəli, həm də baha başa gəlirmiş. Bu məqsədlə təxminən bir ay əvvəl internet vasitəsi ilə tanış olduğu, özünü Mehdi adı ilə təqdim edən, üzdən tanımadığı və üzbəüz olaraq heç vaxt görüşmədiyi şəxslə sosial şəbəkələr vasitəsi ilə yazışarkən həmin şəxs ona əgər 100 qramdan çox “patı” alacağı təqdirdə həmin maddənin bir qramını ona 14 manata sata biləcəyini demişdir. O isə həm tez-tez maddə alıb ələ keçməmək, həm də həmin maddəni ucuz əldə etmək üçün Mehdinin təklifi ilə razılaşmışdır. Aralarında olan razılığa əsasən ona təxminən 130 qram “patı” adlanan maddə göndərəcək, o da həmin maddənin qarşılığında həmin şəxsə 1.820 (min səkkiz yüz iyirmi) manat pul verməli imiş. Lakin o, həmin pulu bir dəfəyə tam olaraq ödəməyəcəkdi. Belə ki, ilkin olaraq xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində, Hökməli-Qobu yolunun üzərində yerləşən marketlərin birindən 320 manat pulu ödəmə terminalı vasitəsi ilə Mehdi adlı şəxsin ona verdiyi “M 10" adlı tətbiqdə olan ********* saylı hesaba göndərmişdir. Yerdə qalan məbləği isə tədricən hissə-hissə gələcək günlərdə ödəməli imiş. Mehdi isə onun sifariş etdiyi "palı" adlı maddəni Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində binalardan birinin yaxınlığında gizlətmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində həmin yerdən Mehdinin onun üçün qoyduğu maddəni götürüb, əl çantasına qoymuşdur. Sonradan öz şəxsi işləri üçün Nizami rayonu, 8-ci km bazarının yaxınlığına gəlmişdir. Saat 03:30 radələrində piyada Nizami rayonu, C.Naxçıvanski küçəsi 90 saylı ünvanında yerləşən yaşayış binasının qarşısından keçərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq kim olması və hansı ünvanda yaşaması barədə maraqlanmışlar. O, polis əməkdaşlarını gördükdən sonra özünü itirmiş və onu çox sualcavab etməsinlər deyə iti addımlarla polislərin yanından uzaqlaşmağa çalışmışdır. Lakin buna baxmayaraq, polis əməkdaşları onun oradan uzaqlaşmasına icazə verməmişlər. Bundan sonra artıq geriyə yolu olmadığını anladığı üçün o, polis əməkdaşlarına etiraf etmişdir ki, əl çantasında narkotik maddə vardır. Bundan sonra həmin polis əməkdaşları onu 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı o, könüllü olaraq əl çantasında saxladığı bir ədəd sellofan bükümdə təxminən 130 qram “patı” kimi tanıdığı maddəni və həmin maddəni ölçmək üçün əl çantasında saxladığı qara rəngli elektron tərəzini polis əməkdaşlarına təhvil vermişdir. Götürülən sellofan bükümdəki maddə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmişdir. Həmin Mehdi adlı şəxslə təxminən bir ay əvvəl internetdə, sosial şəbəkələrin birində tanış olmuşdur. Həmin şəxslə sosial şəbəkə vasitəsi ilə yazışmışdır. Onun soyadı, ata adı, yaşadığı ünvan və istifadəsində olan mobil nömrə barədə heç bir məlumatı yoxdur (cild 1, səhifə 27-28, cild 1, səhifə 45-47). Birinci instansiya məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, Nərimanov rayonuna narkotik vasitəni götürmək üçün getmişdir. O, yeddi-səkkiz ay bundan əvvəl polislər tərəfindən saxlanılmışdır. Hadisə günü, yəni o, polislər tərəfindən saxlanılan zaman gecə idi. Polis bölməsində 10 qram narkotik vasitəni qəbul etmədiyinə görə ona təzyiq göstərmişlər. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almışdır. O, narkotik vasitə kimi metamfetamindən istifadə edir. Tərəzi onun çantasında olurdu. Hər dəfə gün ərzində o, 4-5 qram narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə almaq üçün pulu o, “Milliön” ödəniş terminalı vasitəsilə vurmuşdur. O, narkotik vasitəni kondisionerin altında, ağ sellofan bükümdə qoyub saxlamışdır. Onun götürdüyü narkotik vasitənin miqdarı təxminən bir ovuc olardı. İttiham aktında deyilən miqdarda narkotik vasitə ona aid olmamışdır. İran İslam Respublikasının vətəndaşının kartına nə qədər pul köçürtdüyü onun yadında deyil. O, narkotik vasitəni təxminən 180 manata almışdır. O, 500 manat maaş alır. O, 15 gün işlədikdən sonra əmək haqqını almışdır. O, həmin pul ilə narkotik vasitəni almışdır. Üzərinə şəxsi axtarış həyata keçirilərkən videoçəkiliş zamanı ona polislər tərəfindən əzbərlədilənləri demişdir. İbtidai istintaq zamanı ona təqdim olunan sənədləri imzalamışdır. O, polislər tərəfindən döyülməmiş, sadəcə ona bir dəfə sillə vurulmuşdur. O, narkotik vasitənin qoyulduğu yerin koordinatını İran İslam Respublikasının vətəndaşından götürmüşdür. Məhkumluğu yoxdur. O, narkotik vasitəni qəlyanın içinə doldurub çəkmişdir. Heç kimə narkotik vasitə verməmişdir. Narkotik vasitəni qazanc məqsədilə istifadə etməmiş, sadəcə narkotik istfadəçisi olan dostu ilə birgə narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Narkotik vasitə işinə baxan bir insan var olmuş, həmin insan onu (Aytəni) İran İslam Respublikasının vətəndaşı ilə tanış etmişdir (cild, 2 səhifə 46-48 də). Sədrlik edən suallarına cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində dostu ilə birgə narkotik vasitə istifadə etdiyini bildirdiyini, lakin həmin dostunun kim olduğunu xatırlamadığını, yəni yadında qalmadığını, onu çevik polislərin saxladıqlarını, onun üzərində olan narkotik vasitədən əlavə narkotik vasitə ilə yüklənməyində polislərin nə qərəzi olduğunu bilmədiyini, bunu öyrənmək istədiyini bildirmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisədən xeyli vaxt keçdiyindən hadisələri dəqiqliklə xatırlamır. Təqribi nələrsə yadında qalıb. X14 küçəsində gecə vaxtı xidmətdə olduqları zaman bir nəfər ona yaxınlaşaraq bloka şübhəli bir xanımın tez-tez girib-çıxdığını bildirmişdir. Saatın dəqiqliklə vaxtını bilməsə də 00:00-dan sonra olduğunu deyə bilər. Hadisə yerinə yaxınlaşdıqda blokda xanımı görmüşlər. Xanıma yaxınlaşdıqlarında xanımın üzərində qara çantası olmuşdur. Xanımdan burada nə iş gördüyünü, harada yaşadığını soruşmuşlar. Xanımın cavabları yadında deyil. Bundan sonra onlar xanımı bölməyə aparmışlar. Bölmədə səhv etmirsə xanımın çantasından tərəzi çıxmışdır. Çantasından silah çıxmadığını dəqiq xatırlayır, lakin narkotik vasitə çıxıb-çıxmadığını dəqiqliklə deyə bilməyəcək. Xatırlamır. Xanımın üzərində kiçik ölçülü tərəzi olmuşdur. Müdafiəçinin suallarına cavab olaraq Şahid2 şəxsi saxladıqlarında hava şəraitinin sakit olduğunu, xanımı saxlayanda gecə olduğunu, onun istifadəsində olan nömrənin ******* olduğunu, bu nömrəni DİN-də işlədiyi müddət ərzində istifadə etdiyini, 08 ildir ki, DİN-də işlədiyini, vəkilin iştirak etdiyini qeyd etdiyini, vəkilin onların əyləşdikləri otaqda olduğunu, həmin vəkilin xanımın özünün vəkili olub-olmadığını bilmədiyini, çəkiliş aparılan zaman otaqda vəkilin olduğunu, Aytən xanımın vəkilə heç bir etirazının olmadığını, ümumiyyətlə orada heç bir etirazın olmadığını, qolunda olan saatı uzun müddətdir işlətmədiyini, yeni aldığını, əvvəllər də saat istifadə etdiyini, həmin vaxt (şəxsi axtarış zamanı) saatının olmadığını, şəxsin saxlanmasına əsas vətəndaş tərəfindən şifahi qaydada məlumat verilməsi, saxlanılan şəxsin özünü şübhəli aparması, yəni şübhəli davranışı olduğunu, vətəndaşın rəsmi yazılı müraciətinin olmadığını, Aytən xanımın onları görəndə onlara qarşı hər hansı müqavimət göstərmədiyini, onların aralarında hər hansı zorakılıq hərəkətinin olmadığını, Aytən xanım onları görəndə qaçmadığını, videoçəkiliş aparan şəxsin adının yadında olmadığını, çəkilişi onun aparmadığını, əvvəl istifadə etdiyi telefon markasının “Samsung” olduğunu, indi “İphone” markalı telefon istiadə etdiyini, “İphone” markalı telefonu yay vaxtlarında aldığını, telefonunun keçən ilin yay aylarından onun istifadəsində olduğunu, telefonun yanvar-fevral, yəni qış aylarında istifadəsində olmadığını, telefonu ilə çəkilmiş videonun adının telefon necə qeyd etmişdirsə o cür də saxlanıldığını, onun tərəfindən videonun adında heç bir dəyişiklik edilmədiyini, telefondan başqa telefona videonun göndərilməsi zamanı adda dəyişiklik olmuşdursa onu artıq bilmədiyini, Aytən xanımı bölməyə gətirdiklərindən səhv etmirsə qısa müddət sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldığını, xanımı gecə gətirdiklərini, elə gecə də şəxs axtarış və götürmə edildiyini, onun xanımı bölməyə gətirəndə Pərvanə xanımın orada olub-olmadığını xatırlamadığını, Pərvana xanımı kimin dəvət etdiyini bilmədiyini, ümumiyyətlə hadisəni güclə xatırladığını, şöbənin rəisinin növbəyə qalıb-qalmadığı barədə məlumatının olmadığını, onların fəaliyyətinin postlara nəzarət etmək olduğunu, bölmə və şöbələrin iş qrafikləri barədə məlumatlı olmadığını, onların hadisə yerində saxlanılan vətəndaşın üzərinə baxış keçirmək səlahiyyətlərinin olmadığını, adətən şübhəli şəxs qismində vətəndaş bölməyə gətirildiyində ilk öncə növbətçi hissəyə yaxınlaşdıqlarını, orada şəxsin gətirilməsinə dair izah verdiklərini, növbətçi hissə əməliyyat, təhqiqat hissələrinə münasibətdə onları yönləndirdiklərini, təhqiqatçı oradadırsa vətəndaşla birlikdə onun yanına yaxınlaşdıqlarını, videoçəkiliş zamanı iştirak edən vəkili təsvir edə bilməyəcəyini, çünki şəxsin üzünü və görkəmini xatırlamadığını, Aytən xanıma ilk olaraq onun yaxınlaşdığını, onun yanında bugün səhhəti ilə əlaqədar olaraq gələ bilməyən digər polisin, Mehranın isə arxa tərəfdə olduğunu, vətəndaşa yaxınlaşıb “siz burada yaşayansınız? deyə sual verəndə ümumiyyətlə Aytən xanımın həmin suala cavab verə bilmədiyini, daha sonra o, vətəndaşın Aytən xanımın dəfələrlə bloka girib-çıxdığını dedikdə, Aytənin özünü itirərək, burada yaşamadığını bildirdiyini, yaşadığı ünvanı dediyini, amma onun bunu dəqiqliklə xatırlamadığını, Nizami rayon ərazisində olan yerin adını çəkmədiyini, tamamilə uzaq rayonun adının çəkdiyini, Aytənin səhv etmirsə qara rəngdə olan çantasını əli ilə sıxıb saxladığını, iş yoldaşına “şübhəli şəxs qismində vətəndaşı bölməyə aparaq, bölmədə üzərində nə çıxar-çıxar” dediyini, xanımın üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar etmədiklərini, ümumiyyətlə həmin xanımı saxlayan zaman üzərinə baxış keçirmədiklərini, bölmədə isə saxlanılan şəxsin üzərində təkcə tərəzinin olduğu yadında qaldığını, onun yanında olan yoldaşlarının qollarında saat olubolmadığını xatırlamadığını bildirmişdir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs videoçəkiliş vaxtı vəkilinin olmadığını, bölməyə gətirildikdən 16-17 saat sonra üzərinə şəxsi axtarış və baxış hərəkəti edilərək, videoçəkiliş olduğunu, ona hüquq və vəzifələrinin izah edilmədiyini bildirmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid2 Bakı Ağır Cinayətlər Məhkəməsində şəxsin üzrərində tərəzinin olması ilə bağlı halı qeyd edib-etmədiyini xatırlamadığını, lakin bugün şəxsin üzərində tərəzi olduğunu dəqiq xatırladığını bildrimişdir. Sədrlik edənin suallarına cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs üzərində nə üçün tərəzi olduğunu soruşmadıqlarını, çünki Aytənin üzərinə baxış hərəkəti etmədiklərini, vətəndaşın müraciətinə əsasən özünü şübhəli şəxs kimi göstərdiyindən hadisə yerinə yaxınlaşıb Aytəni bölməyə apardıqlarını, xanımın onları görəndə özünü itirmiş vəziyyətdə olduğunu, vəziyyətinin yaxşı olmadığını, hadisə zamanı hər hansı şiddət və ya digər hərəkətlərə tərəflərindən yol verilmədiyini, qadına əl qaldırmadıqlarını, bölməyə getdiklərində şəxsin üzərində olan materialları çıxartdığını, tərəzidən başqa nə çıxdığını xatırlamadığını, çəkiliş zamanı Aytənin şəxsin sakit olduğunu, heç bir problem yaratmadığını, çəkiliş zamanı Aytən xanımın onun üzərindən çıxan predmetin ona aid olmadığını, kiminsə tərəfindən onun üzərinə predmetin qoyulmasına dair etirazlar etmədiyini, ümumiyyətlə, bugünə kimi heç bir vətəndaşın üzərindən çıxan predmetin onun üzərindən çıxmadığına dair etiraz etmədiyini, xanımın üzərinə şəxsi axtarış və götürmə hərəkətini səhv etmirsə Pərvanə xanımın etdiyini, Pərvanə xanımın hal-hazırda onların şöbəsində işləmədiyini, sonuncunun hazırda harada işlədiyini bilmədiyini, Pərvanə xanım şəxsin üzərinə baxış keçirtmişdirsə yəqinki videogörüntüdə düşmüş olacağını, həmin videogörüntü zamanı o, Aytən xanım, Pərvanə xanım, Şahid1, Şahid3 və təhqiqatçının otaqda olduğunu, Nəriman adında təhqiqatçının orada işlədiyini, Nərimanın hal-hazırda idarədə işlədiyini, vəkilin orada olduğunu, səhv etmirsə vəkilin “mülki” geyimdə olduğunu, vəkillə danışması, ona etiraz etməsi halı olmuşdursa da xatırlamadığını, videoçəkilişdən sonra yazı-pozu işlərinin kim tərəfindən edildiyini bilmədiyini, ümumiyyətlə onların videoçəkiilşdən sonra orada olmaqlarının düzgün olmadığını, səhv etmirsə videoçəkilişdən sonra onların məktubun üzərinə qol çəkdiklərini, protokolun tərtib edilib-edilməməsini dəqiq bilmədiyini, videoçəkilişdən sonra orada olmadıqlarını, sonradan hansısa sənədə imza çəkməklə bağlı onlara məlumat verilib-verilməmə və ya imzalayıb-imzalamadıqlarınıı xatırlamadığını bildirmişdir. Həmçinin göstərmişdir ki, xanım qeyd edir ki, videoçəkiliş bölməyə gətirildikdən 16-17 saat sonra edilmişdir. O, gecə xidmətindədir. Səhər saat 08:00-də evə buraxılırlar. O, hələ indiyə qədər evdən videoçəkiliş ediləcəyi üçün bölməyə çağırılmamışdır. Belə hal ümumiyyətlə olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şahid2 onu saxlayan şəxslərdən biri olub-olmadığını dəqiq bilmədiyini, bu şəxsin onu vurmadığını, təhqir etmədiyini və döymədiyini bildirmişdir. X19 suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şahid2 tanımamasının səbəbinin hadisədən uzun müddət keçməsi ilə əlaqədar olduğunu bildrimişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, hadisədən xeyli vaxt keçdiyindən hadisələri dəqiqliklə xatırlamır. O, artıq DİO-da xidmət etmir. Xidmət etdiyi dövrdə bu kimi hadisələr çox sayda olmuşdur. Bu baxımdan təxmini yadında qalan hissələri deyəcək. Gecə vaxtı xidmətdə olarkən səhv etmirsə, qonşulardan şikayət gəlmişdir ki, bir xanım bir blokdan çıxıb digər biri bloka girir. Onlar xanım blokdan çıxanda yaxınlaşmışlar, həmin vaxt onlarda tağım komandiri olan zabit xanıma yaxınlaşmışdır. Xanım onları görəndə özünü qeyriadekvat aparmağa, həyəcanlanmağa başlamış, titrəmişdir. Bu davranışı həmin xanımı daha da şübhəli etmiş, həmçinin vətəndaş şikayəti də mövcud olmuşdur. Onlar xanımı bölməyə dəvət etmişlər, orada həmin xanımın üzərinə baxış keçirildikdə xanımın üzərindən narkotikə bənzər maddələr çıxmışdır. O, narkotik vasitənin adını dəqiq deyə bilməyəcək. Həmin vaxt istintaq getmiş, narkotik olmaya da bilərdi. Saxlanılan şəxsin telefonuna da baxış keçirildikdə orada video şəkillər aşkar edilmiş, təxmini yadındadır. Deyəsən saxlanılan şəxs harasa nəsə qoyurdu, kiməsə deyirdi ora nəsə qoyduğunu. Səhv etmirsə şəkillərdə olan bloklara baxış keçirildikdə narkotik vasitələri oradan götürmüşlər. Müdafiəçinin suallarına cavab olaraq Şahid3 şəxsi saxladıqlarında hava şəraitinin indiki kimi olduğunu, yağış və ya qar olmadığını, istifadəsində ********** nömrəsi olduğunu, şəxs saxlanıldıqa hüquq və vəzifələrinin izah edilməsinə yəqin ki, şahid olduğunu, həmin vaxt gənc əməkdaş olduğunu, ondan qabaqda tağım komandiri, zabit olduğunu, yəqin ki, onların hüquq və vəzifələri izah etdiklərini, lakin onun həmin ana şahid olmadığını, gecə vaxtı bölmədə vəkili görmədiyini, şəxsi axtarış və götürmə zamanı vəkilin iştirakının təmin edilib-edilmədiyini xatırlamadığını, narkotik vasitəyə bənzər olan şey həm xanımın üzərində, həm şəkillərdə qeyd olunan yerlərdə olduğunu, həmin vasitənin neçə büküm olduğunu deyə bilmədiyini, onu istintaq orqanının müəyyən etdiyini, neçə yerə baxış keçirdiklərini bimədiyini, çox blok olduğunu, aşkar olunan vasitələrin istintaqa verildiyini, şəxs saxlanılanda üzərində çanta olduğunu, elə səhv etmirsə narkotikin oradan çıxdığını, çantadan çıxan narkotikin deyəsən 01 büküm formada olduğunu, amma ümumilikdə çox yerə baxış keçirildiyindən neçə büküm narkotik vasitənin olduğunu, ümumiyyətlə aşkar oluananların narkotik olduğunu bilmədiyini, onun ekspertiza nəticəsində öyrənilə bildiyini, ilkin olaraq onlara “hansısa əraziyə yaxınlaşın” deyildiyini və əraziyə gəldiklərini, baxışın keçirildiyi binanın köhnə sovet binaları olduğunu, təxminən həmin binada 10 blok olduğunu, xanımın bütün bloklara nəsə qoyduğunu deyə bilməyəcəyini, dəqiq xatırlamadığını, videoçəkilişi yəqin ki, müstəntiq, təhqiqatçının apardığını, Təbriz bəyin hadisə yerində xanımın üzərinə şəxsi axtarış və baxış keçirtməyini görmədiyini, şəxsi və üzərindən aşkar olunan əşyaları növbətçi hissəyə verdiklərini, xanımı bölməyə gətirəndə əlinin açıq yoxsa qandallı olduğunu xatırlamadığını, xanımı növbətçi hissəyə təhvil verdikdən sonrakı prosesi bilmədiyini, şəxsin çantasına baxış keçirilmə vaxtı iştirak etmədiyini, kim tərəfindən baxış keçirildiyini bilmədiyini, iş vaxtlarının 08:00-da bitməsinə baxmayaraq, onlara gözləyin videoçəkiliş ediləcək deyildiyini, onun yanında olan digər əməkdaşların da gözlədiyini, ümumiyyətlə vəkilin olub-olmadığını xatırlamadığını, hadisə yerinə gələndə xanımı uzun müddət müşahidə etmədiklərini, şikayət əsasında hadisə yerinə gəldiklərində şikayət edən şəxsin axırıncı dəfə xanımın hansı bloka girdiyini dediyini və ora yaxınlaşanda elə xanımın həmin blokdan pilləkənlə aşağı düşən yerdə gördüklərini, narkotikin dəqiq hansı formada olduğunu deyə bilmədiyini, amma kristal görünüşlü metamfetaminə oxşadığını, narkotik vasitənin kibrit qutusunda olub-olmamasının yadında olmadığını, polis bölməsindən səhər saatlarında çıxdıqdan sonra yenidən bölməyə geri qayıtmadığını, yuxarıda qeyd etdiyi nömrəni 10-20 ildir ki, istifadə etdiyini, Təbrizin soyadını bilmədiyini, Təbrizin hazırda onlarla işləmədiyini, əvvəl Nizami rayonunda tağım komandiri olduğunu bildirmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Şahid3 bildirmişdir ki, o, “şəxsi axtarış və götürmə hərəkətində iştirak etməmiş, videoçəkilişdə iştirak etmiş” kimi bildirdiyi cavabı ona verilmiş sualı səhv başa düşdüyünə görə demişdir. Belə ki, o, çəkiliş dedikdə hadisə zamanı nəsə çəkiliş edilib-edilmədiyini deyildiyini düşünmüşdür. Sədrlik edənin suallarına cavab olaraq Şahid3 bildirmişdir ki, şəxsin telefonuna baxış keçirildikdə orada olan şəkillər barədə “bunlar nədir deyə” həmin xanımdan soruşulduqda, xanım cavab verə bilməmişdir. Buna səbəb isə xanımın çox həyəcanlı olması idi. Xanıma heç bir zor tətbiq edilməmişdir. Xanımın həyəcanlı olmasına səbəbin xanımın üzərindən narkotik aşkar edilməsi olduğunu düşünür. Videoçəkiliş aparıldıqda otaqda o, Şahid2, Aytən xanım, təhqiqatçı ya da müstəntiq olmuşdur. Başqa kiminsə olduğunu xatırlamır. Qadın olduğuna görə onun üzərinə kimin şəxsi axtarış və baxış keçirdiyini bilmir. Xanımı gecə saat 12-dən sonra saxlamışlar. Videoçəkiliş deyəsən növbəti gün səhər vaxtı olmuşdur. Xanıma ilkin olaraq zabit yaxınlaşmış, onun arxasında isə Şahid3 və yanında 02 nəfər olmuşdur. Zabitin adı Təbrizdir. Səhv etmirsə Təbriz DİNdə artıq fəaliyyət göstərmir. Hadisə vaxtı Təbriz orada yanlarında olmuşdur. Telefonunda aşkar olunan şəkillərə əsasən baxış keçirdikdə bloklardan onlar xanımın qoyduqlarını yığmışlar. Videogörüntüdə otaqda olmuş, videogörüntü həmin gün yox, səhəri günü çəkilmişdir. Videogörüntü günorta vaxtı yox, səhər saatları təxminən 9-10 arası olardı. İş vaxtı səhər saat 08:00-da bitirdi. Onlara gözləyin videoçəkiliş olacaq demişlər. Ona görə də gözləmişdir. Əvvəlki şahidin ifadəsi ilə onun ifadəsi arasında ziddiyyətin olması böyük ehtimal Şahid3 hadisəni dəqiq xatırlamamağı ilə əlaqədar ola bilər. Belə bir hadisə oldu səhv etmirsə. Səhər saat 08:00-dan sonra onlara məhkəməyə çıxa biləcəklərini dedilər və gözləməli olduqlarını bildirdilər. Hətta gecə növbəsində olsalar da onlar səhər saatlarında idmanda olmuşlar. Əyinlərində idman formaları olmuşdur. Onlara dedilər ki formalarınızı üstünüzdə götürün ola bilər məhkəmə oldu və siz gedəsi oldunuz. Saat yarım,bir saat sonra ehtiyac olmadığını dedilər. Xanımı dəqiq gecə vaxtı bölməyə gətirdiklərini xatırlayır. Bəlkə də elə gecə vaxtı şəxsi axtarış və götürmə hərəkəti olub. Sadəcə səhərki hadisə ilə həmin anı qarışdırdığını düşünür. Buna da səbəb hadisədən xeyli vaxt keçməsi ilə bağlı olmuşdur. Şəxsin üzərində silah və digər qadağanedici predmetlər olmamışdır. Xanımın telefonunun markası deyəsən “Samsung” idi. Dəqiq xatırlamır. Xanımın telefonunda olan şəkillərlə bağlı xanıma sual verildiyini xatırlamır. Yəqin ki, bu şəkillərin nə olduğu ilə bağlı sual verilmişdir. Videogörüntüdə o, İbrahim, Aytən xanım, müstəntiq ya da təhqiqatçı olmuşdur. Təbriz müəllim orada olmamışdır. Aytən xanımla həmcins qadın və yaşlı kişinin otaqda olub-olmadığını xatırlamır. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu blokun qarşısında iki nəfər polis əməkdaşı səhv etmirsə saxlamışdır. Sonradan onların sayı artdı. Şahid3 onu vurmamış, təhqir etməmiş və döyməmişdir. O, bloka girib ora nəsə qoymamışdır. Şəxsi axtarış zamanı vəkil orada olmamışdır. Şəxsi axtarış zamanı Pərvanə xanım orada iştirak etmişdir. Pərvanə xanlm əvvəlcədən yox, sonradan telefonla çağırıldıqdan sonra gəlmişdir. Videogörüntünün əvvəlindən etibarən Pərvanə xanım otaqda olmuşdur. Sonradan qoşulmamışdır. Videogörüntü 03 dəfə çəkilmişdir. Videogörüntünün təkrarlanmasına səbəb onun polislərin dediklərini təkrar edə bilməməsi ilə bağlı olmuşdur. X20 suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şahid3 üz quruluşundan xatırladığını bildirmişdir. Qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə xanımı ona təhvil vermişlər. Xanım Çevik alayının 5-ci patrul bölüyü tərəfindən şübhəli şəxs kimi saxlanılaraq bölməyə gətirilmişdir. O, raport əsasında tutma qərarı vermişdir. Vəkil dövlət hesabına təyin edilərək bölməyə dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra şəxsin hüquq və vəzifələri izah edilmiş, bir sıra sənədlər imzalanmış və şəxsi axtarış hərəkətinə başlanılmışdır. Videoçəkiliş zamanı Çevik alayının əməkdaşları, o, Aytən xanım, Pərvanə xanım iştirak etmişdir. Müdafiəçinin suallarına cavab olaraq Şahid5 şöbədə növbətçi qaldığını, həmin gün Pərvanə xanımın növbətçi olmadığını, sonuncunu dəvət etdiklərini, Aytən xanımı sənədləşdirməyə başlayanda artıq səhər saatları olduğunu, istifadəsində olan ********* mobil telefon nömrəsi olduğunu, şəxsi axtarış və götürmə hərəkətindən əvvəl Aytən xanımın üzərindən və ya çantasından narkotik vasitə çıxacağının məlum olmadığını, amma elə bir şübhə ilə bölməyə gətirildiyini bilidiyini, videogörüntüdə iki zərf olduğunu, onlardan birinə narkotik vasitə, digərində isə tərəzi qablaşdırıldığını, şəxsin üzərindən 01 ədəd büküm, elektron tərəzi, saç yığmaq üçün vasitə aşkar edildiyini, narkotik vasitənin həcmi və növünün müəyyən edilməsi üçün ekspertizaya göndərdiklərini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış həyata keçirilərkən videogörüntüdən istifadə edildiyini, videoçəkilişin səhv etmirsə çevik polis əməkdaşlarından biri tərəfindən aparıldığını, videoçəkilişə hər hansı müdaxilə və ya pauza verilmədiyini, videoçəkiliş aparılarkən videonun adında qeyd olunan tarixi və saatı dəyişdirmədiyini, Aytən xanıma hüquq və vəzifələrinin izah olunduğunu, bunların bildirişlərdə, iş materiallarında olan protokollarda əks edildiyini, viedoçəkilişin əvvəlində hüquq və vəzifələrin izah edilməsinə ehtiyac olubolmadığının soruşulduğunu, ehtiyac olmadığından təkrarən izah edilmədiyini, Şahid4 iştirakının bölmə rəisinin müavini tərəfindən icra edildiyini, vəkilin iştirakının şəxs saxlanıldığı gündən təmin edildiyini, şəxsi axtarış və götürmə istintaq hərəkətindən kənar heç bir istintaq hərəkəti aparmadığını, onun fəaliyyəti nəticəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şəxsin üzərindən narkotik vasitə aşkar edildiyini və sonra fakt əsasında cinayət işi başlandığını, polis əməkdaşları tərəfindən blokdan narkotik vasitələrin aşkar edilərək götürülməsi halının ona məlum olmadığını, şəxsin əməlində narkotik vasitənin satış əlamətlərinin olub-olmaması halını xatırlamamdığını, şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin dəqiq hansı saatda olduğunu demədiyini, səhər saatlarında olduğunu bildirdiyini, polis əmədaklarının evlərinə getdikdən sonra onları şöbəyə dəvət edib növbəti gün şəxsi axtarış və götürmə icra etmədiyini bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Şahid5 bildirmişdir ki, şəxsi axtarış və baxış hərəkətinə prosessual rəhbərliyi o, etsə də, fiziki olaraq axtarışı Pərvanə xanım etmişdir. İşin içərisində müdafiəçidən imtina barədə ərizənin olub-olmadığını xatırlamır. Əgər elə ərizə varsa müdafiəçi çəkiliş zamanı iştirak etməmişdir. Videoçəkiliş zamanı xanımın əl çantası var idi. Onun içərisində səhv etmirsə 1 (bir) ədəd bükümdə metamfetamin var idi. Həmçinin çantadan əl dəsmanlı, su qabı, salfetka, elektron tərəzi aşkar edilmişdir. Aytən xanım üzərindən aşkar edilmiş narkotiki Montindən Mehdi adlı şəxsdən aldığını demişdir. Narkotik vasitəni nə məqsədlə aldığını dəqiq bilmir. Xanımın üzərindən iki kartlı telefon aşkar edilərək götürülmüşdür. Onun təhqiqatçı olduğu dövrdə telefona müstəntiq tərəfindən baxış keçirildiyini xatırlamır. Aytən xanım ona təhvil veriləndə ümumi şəikldə suallarına cavab vermişdir. İlkin olaraq bükümə baxdığında metemfetaminə oxşatmışdır. O, xanımı vurmamışdır. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs Şahid5 ona sillə vurduğunu, videoçəkiliş zamanı narkotik vasitəni çəkib-çəkmədiklərini xatırlamadığını bildirmişdir. Verilmiş suala cavab olaraq şahid Nərimanov Əzizov Təqsirləndirilən şəxs sillə ilə vurmadığını bildirmişdir. Qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 03 mart və ya 04 mart 2023-cü il tarixində o, Şahid2 və Şahid3 ilə birlikdə Cəmşid Naxçıvanski 90 ünvanında gecə 03:00-04:00 radələrində xanımla rastlaşmışdır. Yaşayış yerini soruşmuş, xanım özünü çox şubhəli aparmışdır. Əlində çantası olmuş və çantanı gizlətməyə çalışmışdır. Onlar çantanı nə üçün gizlətdiyinin səbəbini soruşanda həmin xanım çantasında narkotk vasitə olduğunu demişdir. Şəxsi avtopatrula dəvət edərək, Nizami rayon 24-cü polis şöbəsinə gətirmişlər. Şöbəyə gətirildikdən sonra məlum olmuşdur ki, xanım dediyinə görə Qobuda yaşayırmış. Xanıma polis əməkdaşı Pərvanə xanım tərəfindən baxış keçirildikdə saxlanılan xanımın üzərindən telefon, çantasından 01 bükümdə şəffaf sellofanda narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Çantasında qadına aid olan əşyalar da var idi. Lakin indi o, həmin əşyaları xatırlamır. Verilmiş suallara cavab olaraq Şahid1 saxlanıldığı yerdə xanıma hüquq və vəzifələrinin izah edilib-edilmədiyini bilmədiyini, bunun onların səlahiyyətinə aid olmadığını, xanımı şöbəyə gətirəndə narkotik vasitənin elə xanımın özündə olduğunu, xanımın əllərini bağlamadıqlarını, xanımın narkotik vasitəni çölə atmaq və ya məhv etmək kimi ehtimalının olmadığını, Bakı Ağır Cinayət Məhkəməsində verdiyi ifadənin daha dolğun olduğunu, artıq hadisədən 02 il keçdiyindən çox şeyi unutduğunu, Bakı Ağır Cinayətlə Məhkəməsində şəxsin üzərindən 2 (iki) büküm, biri ağ, digəri qara sellofanda (klyokda) olduğunu dediyi halda yəgin ki, həmin vaxt dediyi ifadənin daha düzgün olduğunu, çünki hadisədən çox müddət keçdiyini, narkotikin 02 büküm olmasını təsdiq etdiyini, şəxsi şöbəyə gətirdikdən neçə müddət sonra şəxsi axtarış və götürmənin həyata keçirildiyinin yadında olmadığını, bu işlə bağlı təkrarən şöbəyə qayıtmadığını, həmin vaxt istifadə etdiyi nömrəni xatırlamadığını, videoçəkilişi kimin etdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs vurmadığını, sonuncunun çantasına narkotik vasitə atmadığını, Təqsirləndirilən şəxs onlara narkotikin binanın girişində (podyezdə), hər hansı ağacın altında və ya digər yerdə də olduğunu demədiyini və onlara həmin ərazilərə yaxınlaşaraq narkotiki götürməyə görə istiqamətləndirmədiklərini, onların həmin günü gecə növbəsində olduqlarını, evə səhər saat 12:00-də getdiklərini, şəxsin üzərinə baxış keçirilərkən orada Nəriman müəllim, Pərvanə xanım və 03 nəfər polis serjantın olduğunu, videoçəkiliş zamanı vəkilin də olduğunu, adını xatırlamadığını, protokolun tərtib edilib-edilmədiyini bilmədiyini, zərfin üzərinə qol çəkdiklərini, xanımın təhqiqatçı və ya polis işçisi tərəfindən vurulmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs şahid Ramil Quliyev tərəfindən döyülmədiyini və vurulmadığını bildirmişdir. X16 suallarına cavab olaraq şahid təcrübəsində vəkilin iştirakı olmadan videoçəkiliş aparıldığına rast gəlmədiyini bildirmişdir. Qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Nizami rayon 24-cü polis şöbəsində təhqiqatçı, polis mayoru vəzifəsini icra edir. Şübhəli şəxs kimi şöbəyə gətirilən qadınlara tərtib edilmiş cədvəl əsasında tərəflərindən baxış həyata keçirilir. Xanım gətiriləndə cədvəllə onun növbəsi olduğundan onu şöbəyə dəvət etmişlər. Aytən xanımın Ağdamlı olduğunu eşidəndə, həmyerlisinin belə bir vəziyyətə düşməsi onu təəssüfləndirmişdir. Saxlanılan şəxsin xanım olması ilə əlaqədar o, Təqsirləndirilən şəxs üzərinə baxış həyata keçirmişdir. Prosedur olaraq ilkin olaraq xanıma üzərində olan əşyaları masaya qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs hansısa büküm var idi. Amma o, həmin bükümün nə olduğunu bilmədi. Bu ona maraqlı da deyildi. Müdafiəçinin suallarına cavab olaraq Şahid4 hadisə vaxtı istifadəsində iki 502010821, ********* mobil nömrə olduğunu, şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı şəxsin vəkillə təmin edilib-edilmədiyini xatırlamadığını, şəxsin fakt əsasında və ya əməliyyat tədbirləri nəticəsində şöbəyə gətirilməsi ilə bağlı məlumatının olmadığını, onun baxışın həyata keçirilməsi üçün dəvət edildiyini, adətən hüquq və vəzifələrin şəxsə izah olunduğunu, videoçəkilişdə hüquq və vəzifələrin izah edilməməsinin inandırıcı olmadığını, videoçəkilişin 01 dəfə icra olunduğunu, çəkiliş zamanı maksimum 5-10 dəqiqəlik müddətdə otaqda olduğunu, çəkiliş başlayanda otağa daxil olduğunu, bitdikdə otaqdan çıxaraq öz xidməti otağına getdiyini, Aytən xanımın üzərindən tam dəqiqliklə nə çıxdığını xatırlamadığını, sonradan onun və ya şəxsi axtarışda iştirak edən digər şəxslərin hər hansı sənədlərin imzalanması üçün dəvət edilmə anını xatırlamadığını, şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks etdiyi videogörüntüdə narkotik vasitənin çəkisi ilə ekspert rəyində qeyd edilən çəki arasında uyğunsuzluğun bəlkə də narkotikin zərflə birlikdə çəkilməsi ilə bağlı olduğunu, otağa daxil olanda heç kim xanımın üzərində narkotik olduğunu və şəxsi axtarış edərək götürülməli olduğunu demədiyini, videogörüntüdə əvvəlcədən üzəri doldurulmuş zərfin olmasının mümkün olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, gün-ay olaraq hadisənin vaxtını qeyd edə bilməz, il olaraq 02 ildən çoxdur ki, hadisədən vaxt keçmişdir. Onu çağırdıqlarında səhərə yaxın idi və hələ iş saatı başlamamışdır. Hətta o, cədvələ onu salmamaları barədə narazıçılıq da etmişdir. Hadisə vaxtı havanın soyuq olduğunu xatırlayır. Xanımın üzərindən narkotik vasitə çıxanda həmin xanımın etiraz edib-etmədiyini, nəsə dediyi halda həmin sözləri xatırlamı. Çünki o, ayda 04 dəfə belə proseslərdə iştirak edir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı otaqda tək deyildi. O, digər təhqiqatçı, bir də xanımı gətirən polis əməkdaşları da olmuşlar. Lakin həmin əməkdaşların adlarını bilmir. Xanımın üzərinə baxış keçirilənə qədər xanımın üzündə hər hansı narahatlıq yox idi. Kifayət qədər sakit idi. Telefonda yaranmış nasazlıqla əlaqədar videoçəkilişin təkrarlanması halının olub-olmamasını xatırlamır. Səhv etmirsə material müstəntiqə gedəndə sənədləri orada imzalamışdır. Şəxsi axtarış və baxış protokolu həmin vaxtda imzalanır. Protokolu yəqin ki, imzalamışdır. Xatırlamır. Lakin zərfin üzərinə imza atdığını xatırlayır. Protokolda onun imzasının olmamasını onunla açıqlaya bilər ki, ümumiyyətlə iş digər təhqiqatçının olduğu üçün protokolun ona təqdim edilməsi və imzalamağı üçün təhqiqatçıya müarciət etməmişdir. Təşəbbüs həmin təhqiqatçıdan gəlməlidir. Təhqiqatçı tərəfindən sonradan tərtib edilmiş protokol imzalanması üçün ona təqdim edilməmişdir. O, təhqiqatçı kimi narkotik vasitələrinin sənədləşdirilməsini həyata keçirməmişdir. Protokolda onun imzasının olmamasını təhqiqatçının səhlənkarlığı kimi qiymətləndirir. Şəxsin üzərinə baxış keçirildikdə deyəsən telefon aşkar edilmişdir. Sədrlik edən suallarına cavab olaraq Təqsirləndirilən şəxs Şahid4 yanında narkotikin ona məxsus olmaması və yüklənməsi ilə bağlı heç bir söz demədiyini bildirmişdir. X20 suallarına cavab olaraq təqsirləndirilən şəxs Aytən Kazəmova bildirmişdir ki, şəxsi axtarış və baxış zamanı bu xanım onunla birlikdə otaqda olmuşdur. Yerli olmaları ilə bağlı söhbətləri də olmuşdur. Məhkəmə istintaq zamanı verdiyi ifadəni təsdiq edir. X16 suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərfin videogörüntüdə doldurulub-doldurulmadığını həqiqətən xatırlamır. 02 ildən çox vaxt keçib yadında deyil. Qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi 1-cild, səhifə 5dəki imza, cinayət işi 1-cild, səhifə 14-dəki imza, cinayət işi 1-cild, səhifə 15-dəki imza, cinayət işi 1-cild, səhifə 17, 19-dakı imzalar, cinayət işi 1-cild, səhifə 20, 21-dəkı imzalar, cinayət işi 1-cild, səhifə 23-dəki imza ona aiddir. Cinayət işi 1-cild, səhifə 25-26-da ona aid imza yoxdur. Cinayət işi 1-cild, səhifə 28, 30-daki imzalar, cinayət işi 1-cild, səhifə 37-dəki imza ona aiddir. İmza hissəsində ağartı olmasına səbəb həmin hissəyə ondan əvvəl başqasının yanlışlıqla imza çəkməsi olmuşdur. Onun yanında həmin hissə ağardılmış və sonra o, imza çəkmişdir. Cinayət işi 1-cild, səhifə 44-dəki imza, cinayət işi 1-cild, səhifə 47,49-dakı imzalar, cinayət işi 1-cild, səhifə 52-dəki, cinayət işi 1-cild, səhifə 53-dəki Protokoldakı imza, cinayət işi 1-cild, səhifə 54-dəki Bildirişdəki imza, cinayət işi 1-cild, səhifə 55-dəkı imza ona aiddir. Sənədlər imzalamaq üçün ilk öncə təqsirləndirilən şəxsə təqdim edilmişdir. Təqsirləndirilən şəxs imzaladıqdan sonra isə o, imzalamışdır. Cinayət işi 1-cild, səhifə 59-daki imza, cinayət işi 1-cild, səhifə 67-dəki imza, cinayət işi 1-cild, səhifə 72-dəki imza, cinayət işi 1-cild, səhifə 84-dəki imza, cinayət işi 1-cild, səhifə 84-dəki imza, cinayət işi 1-cild, səhifə 131-132-dəki imzalar, cinayət işi 1-cild, səhifə 135-dəki imza, cinayət işi 1-cild, səhifə 136-138-dəki imzalar ona iaddir. Cinayət işinin materialları ilə Nizami Rayon Polis İdarəsində tanış olmuşlar. Bakı İstintaq Təcridxanasına müstəntiqlə birgə Təqsirləndirilən şəxs yanına getməmişdir. O, təqsirləndirilən şəxs onun yanında olmadığı halda heç bir sənədi imzalamamışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə təhqiqat zamanı görmüşdür. Təqsirləndirilən şəxslə ilk prosesual hərəkət müdafiəçi kimi onun Aytənə təqdim edilməsi olmuşdur. O, Təqsirləndirilən şəxslə ilk görüşən zaman havanın qaranlıq olduğunu xatırlayır, lakin saatın gecə yoxsa, səhərə yaxın olduğunu xatırlamır. Aytənlə aralanıda həmin vaxt konfidensial görüş olmamışdır. Çünki, Aytən yuxusuz olduğu üçün yorğun olduğunu bildirmişdir. O, hadisə günü növbətçi vəkil olmuş, səhv etmirsə, təhqiqatçı onu çağırmışdır. Onun ********** olan nömrəsinə zəng edib çağırmişlar. O, şəxsi axtarış zamanı orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs ondan müdafiəçi kimi imtina etdiyi hal olmamışdır. Qismən məhkəmə istintaqlı ilə keçirilən məhkəmə iclası zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə, Şahid2 Əlihüseyn oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə, Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr üzrə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023 cü il, saat 23:59-dək müddət ərzində istifadə olunduqları anten dairəsi, yəni ərazi, şəhər, rayon, qəsəbə və küçələr barədə məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi hissəsində müdafiə tərəfinin vəsatəti təmin edilmiş və göstərilən mobil nömrələr üzrə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023-cü il, saat 23:59-dək müddət ərzində anten dairəsi, yəni ərazi, şəhər, rayon, qəsəbə və küçələr barədə məlumatlar "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə səhər saatlarında 09:30 və 10:00 radələrində Çobanzadə küçəsi, 8-ci km X21 ünvanlarında olmuşdur. Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 22:34 radələrində Rüstəm Rüstəmov küçəsi, həmin tarixdə 03:17-06:55 radələrində Çobanzadə küçəsi, 8-ci km, saat 15:51 radələrində 8-ci km, Balaton şirkəti, xx.xx.2023-cü il tarixdə, saat 10:04 radələrində 8-ci km, Balaton şirkəti, daha sonra 8-ci km Gülüstan küçəsi, Qara qarayev pr, Neftcilər bazarı, Neftçilər metrosu ünvanlarında olmuşdur. Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 20:00-21:00 radələrində Xalqlar Dostluğu, 8-ci km Q.Qarayev prospektində, xx.xx.2023-cü il tarixdə, saat 00:30 və 09:30 radələrində Bəhruz Nuriyev küçəsi ünvanlarında olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumata əsasən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə Nizami rayonu, E.Süleymanov küçəsi, Xalqlar Dostluğu, Yasamal rayonu, Nərimanov rayonu və digər ərazilərdə, xx.xx.2023-cü il tarixdə Bəhruz Nuriyev küçəsi, Naxçıvanski küçəsi ünvanlarında olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumata əsasən qərarda göstərilmiş nömrələr sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şahid2 Əlihüseyn oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə xx.xx.2023-cü il saat 00:00-dan xx.xx.2023-cü il saat 23:59-dək müddət ərzində istifadə olunduğu anten dairəsi, yəni ərazi, şəhər, rayon, qəsəbə və küçələr barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Azercell MMC-dən daxil olmuş məlumata əsasən ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 03:05-04:13 radələrində Neftçilər bazarı, Neftçilər metrosu, saat 08:08 radələrində 8-ci km qəsəbəsi Gülüstan küçəsi, xx.xx.2023-cü il tarixdə isə 8-ci km qəsəbəsi Gülüstan küçəsi, Q.Qarayev pr., Şirin Mirzəyev küçəsi, 8-ci km Bazar, 8-ci km ünvan 7 ünvanlarında olmuşdur. Qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına daxil olduğu vaxtdan müdafiəçi və müstəntiq ilə istintaq dövründə neçə dəfə görüşlərin həyata keçirilməsi barədə sorğu verilmiş və Bakı İstitnaq Təcridxanasından daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Bakı İstitnaq Təcridxanasında saxlanıldığı müddət ərzində qeyd edilən şəxslərlə görüşmədiyi, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Nizami RPİ-nin müvəqqəti saxlama yerinə keçirildiyi göstərilmişdir. Qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə iclası zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertiza rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 14-cü vərəqində olan xx.xx.2023cü il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 16-17-ci vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza; 20-ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 21-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 23-cü vərəqində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 44-cü vərəqində olan xx.xx.2023-cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 55-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 57-59-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza; 72-ci vərəqində olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 82-84-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi əlavə dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza; 133-135-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində olan imzalar, 3cü vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya icraatı zamanı, qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında, məhkəmə kollegiyası sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşıması cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən məhkəmə istintaqı keçirilməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəni cinayət işi materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək məhkum edilmiş şəxsin apellyasiya şikayətinin və müdafiçisinin apellyasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq, müdafiə tərəfindən verilmiş şikayətin və ona əlavənin əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində istintaq zamanı özünü qismən təqsirli bilsə də, ibtidai istintaq zamanı etirafedici ifadə verərək özünü təqsirli bilmiş, həmçinin qeyd etmişdir ki, mobil telefonunda aşkar olunmuş məlumatlar ondan ibarətdir ki, İbo və Royal adlı şəxslər ondan narkotik vasitələr istəmişlər, o da çox zaman həmin şəxslərə narkotik vasitələri dostluq zəminində təmənnasız vermişdir. Çünki o, həmin narkotik maddələrin təsiri altında olan zaman keçirilən ağrıları bildiyindən həmin şəxslərə yaxşılıq olsun deyə, narkotik vasitələri vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid3 oxşa məzmunlu ifadələr vermişlər. 03 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində "şəxsi axtarış və götürmənin” aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli, üzərində sarı rəngli zərləri olan əl çantasından 01 ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristal halında olan maddəni, 01 ədəd qara rəngli üzərində “ADLER” sözü yazılmış işlək vəziyyətdə elektron tərəzini, 01 ədəd qara rəngli, üzərində ağ naxışları olan dəsmalı, 01 ədəd plastmas su qabını, 04 ədəd saç tutacağını, 01 ədəd sarı rəngli materialdan olan boyunbağını, əlində saxladığı bir ədəd salfekta parçasını, əynindəki qara rəngli parça materialdan olan şalvarın sol yan cibindən 01 ədəd **********81249 və **********81256 imei kodlu, boz rəngli korpusu olan "Redmi" markalı mobil telefonu təhqiqata təqdim etmişdir. Təqsirləndirilən şəxsnm əl yükündə və üzərində aparılan axtarış zamanı əlavə heç bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin "palı" olaraq tanıdığı maddə olmasını, həmin maddəni internet vasitəsi ilə tanış olduğu "Mehdi" adlı şəxsdən onlayın qaydada sonuncunun kartına pul göndərmək yolu ilə şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi yaşayış binaların birinin yaxınlığından götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş elektron tərəzini, Mehdi adlı şəxsdən götürdüyü narkotik vasitəni ölçmək üçün istifadə etdiyni bildirmiş, əlində saxladığı 01 ədəd ağ rəngli salfetka bükümünə baxış zamanı həmin salfetkanın arasında heç bir əşya olmadığı müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında olan maddə və 01 ədəd elektron tərəzi iki ədəd müxtəlif kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür, təqdim etdiyi 01 ədəd qara rəngli, üzərində ağ naxışları olan dəsmal, 01 ədəd plastmas su qabı, 04 ədəd saç tutacağı, 01 ədəd sarı rəngli materialdan olan boyunbağı və əl çantası iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd **********81249 və **********81256 imei kodlu, boz rəngli korpusu olan "Redmi" markalı mobil telefonu iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən ondan götürülmüşdür. Birinci instansiya məhkəməsində elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonda "xxxx" MMC-yə aid ***-***-**-** saylı nömrə ilə işləyir. Həmin telefonun yaddaşında ola telefona gələn və çıxan «WhatsApp” yazışmalarından görünür ki, Röyal adlı şəxs Təqsirləndirilən şəxs «bişey bişeyin var» yazısı ilə müraciət edir, Aytən isə «indi yox. Ezab çekrem» yazısı ilə cavab verir. Daha sonra İbo adlı şəxs «otun karobkasın neçəyə verirsən» sualına «70» cavabı yazılır, «Uy b..a. Men neçeden satmalıyam ki, xeyrim olsun» yazıları, səsli mesajlar, həmçinin narkotik və psixotrop maddələrə bənzər kütlələrin fotoşəkilləri paylaşılır. Həmçinin «Mahan» adlı şəxsin +98 901 *** **** nömrəli telefonla çoxsaylı səsli mesajlar qeydə alınmış, həmin nömrədən plastik bank kartının şəkli göndərilmişdir. Bundan başqa, Mehdi adlı şəxsin +98 *** **** 3917 nömrəli telefondan “WhatsApp” vasitəsi ilə çoxsaylı səsli mesajlar, narkotik vasitələrə bənzər maddələrin qab içərisində və ağ rənjli maddənin əldə tutulmuş şəkli qeydə alınmışdır. Qeyd edilən “WhatsApp” yazışmalarının mətni və fotoşəkillər çap olunaraq protokola əlavə edilmişdir. Telefonun yaddaşında olan zənglər siyahısında olan daxil olan və çıxan zənglər, həmçinin SMS yazıları silindiyindən iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. Birinci instansiya məhkəməsində elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023- cü il tarixli, 6/1302 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №164» möhür əksi «şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 120,210 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün N»164» möhür əksi «Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd elektron tərəzi» yazısı və imzalar olan paketdəki 1 ədəd ədəd üzərində «Adler» yazısı olan elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə kolegiyası, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 120.210 qram psixotrop maddə metamfetaminin ona məxsus olmamasına, psixotrop maddənin polis əməkdaşları tərəfindən “yüklənməsinə” dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək nəzərə çatdırır ki, qeyd edilən hallar işdə olan sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, həm cinayət işinin materialları, həm də cinayət işinin materiallarına əlavə edilmiş videogörüntü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və onun çantasından aşkar edilmiş büküm qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüş, daha sonra müvafiq ekspert rəyi ilə onun çantasından aşkar edilmiş bükümün içərisində təmiz çəkisi 120.210 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin əlində saxladığı çantada qeyd edilən miqdarda psixotrop maddə metamfetaminin aşkar olunmaması ilə bağlı onun ifadəsi cinayət işinin materialları ilə tam təkzib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərində 1 (bir) bükümdə birdəfəlik istifadə üçün psixtrop maddə metamfetamin aşkar edildiyini bildirsə də, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi büküm onun üzərindən aşkar edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində bildirmişdir ki, onun götürdüyü narkotik vasitənin miqdarı təxminən bir ovuc olardı. Bu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman özünün də dediyi kimi üzərində təxminən bir ovuc psixotrop maddə metamfetamin olmuşdur. Bundan başqa, telefona baxış keçirilməsi haqqında protokoldan da görünür ki, Röyal adlı şəxs Təqsirləndirilən şəxs «bişey bişeyin var» yazısı ilə müraciət edir, Aytən isə «indi yox. Ezab çekrem» yazısı ilə cavab verir. Daha sonra İbo adlı şəxs «otun karobkasın neçəyə verirsən» sualına «70» cavabı yazılır, «Uy b..a. Men neçeden satmalıyam ki, xeyrim olsun» yazıları, səsli mesajlar, həmçinin narkotik və psixotrop maddələrə bənzər kütlələrin, tərəzinin, məkanın fotoşəkilləri, paylaşılır, qoyulmuş maddənin yeri ilə bağlı izahat verilir. Bu hissədə də məhkəmə kollegiyası qeyd edir, cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə çoxlu sayda tərəzi şəkilləri, həmin tərəzilərdə müxtəlif bağlamaların ölçülməsinə dair şəkillər, müxtəlif kütlələrin (ot şəklində, kristal şəklində) şəkilləri, bank kartları və ödəniş qəbzlərinin şəkilləri, habelə müvafiq bağlamaların yerləşdirilməsinə və işarələnməsinə dair şəkillər, səsli və yazılı mesajlar var, eyni zamanda qeyd edilən məlumatların əksəriyyəti xx.xx.2023-cü il tarixə təsadüf edir. Bundan başqa, apellyasiya şikayətinə əlavədə təqsirləndirilən şəxsin ittihamda göstərilən saatda deyil, əksinə xx.xx.2023-cü il tarixdə, saat 00:10-00:20 radələrində Nizami RPİ-nə 24-cü PB-nə gətirilməsi qeyd edilsə də, məhkəmə kollegiyası bu dəlillə də razılaşmır və hesab edir ki, iş materialları ilə həmin hal təkzib edilir. Belə ki, anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs müdafiə tərəfinin iddia etdiyi kimi, xx.xx.2023-cü il tarixdə, saat 23:59-dan xx.xx.2023-cü il, saat 00:30-dək olan müddət ərzində deyil, əksinə ittihamda göstərilən vaxtda polis əməkdaşları tərəfindən saxlanılmış və 24-cü PB-nə aparılmışdır. Başqa sözlə, müdafiə tərəfinin vermiş olduğu vəsatətləri və məhkəmə kollegiyası tərəfindən təmin edilmiş vəsatətlərə dair əldə edilmiş sübutlar əsasında göstərilən məsələ ilə bağlı müdafiə tərəfinin iddia etdiyi hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanıldığı, polis əməkdaşlarının tabeliyində olduğu vaxtdan 16-17 saat sonra üzərində rəsmi qaydada vəkilin iştirakı olmadan, hüquq və vəzifələri izah olunmadan qoyulmuş narkotikin şəxsi axtarışı və götürülməsi videoçəkliş vasitəsi ilə icra edilərək rəsmləşdirilməsi barədə apellyasiya şikayətinə əlavənin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, şübhəli şəxsə hüquq və vəzifələri haqqında bildiriş təqdim edilmiş, şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə protokol təqdim edilmiş, həmin protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ərizə təqdim edərək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza vasitəsi ilə həmin ərizənin Təqsirləndirilən şəxs tərəfindən imzalanması təsdiq edilmişdir. Bundan başqa, şəxsi axtarış və götürmənin protokolda göstərildiyi saatda deyil, daha sonra, yəni xx.xx.2023-cü il, saat 16:59 radələrində keçirilməsi ilə bağlı apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, videogörüntünün videoçəkilişin aparıldığı cihazdan hər hansı digər cihaza (kompyuterə) və oradan diskə yüklənməsi vaxtı nəzərə alınmaqla diskdə çəkilişin fərqli saatda görünməsi ağlabatandır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hədə-qorxu və təzyiq göstərilərək, işgəncə verilməsi barədə apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis orqanında qanunazidd davranışa məruz qalması ilə bağlı bildirilənlər hər hansı dəlillə təsdiqini tapmır. Apellyasiya icraatı zamanı bununla bağlı hər hansı dəlil iş materialları ilə müəyyən edilməmiş, müdafiə tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması barədə apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan vəkillərin siyahısının təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş siyahıdakı vəkillərdən Şahid6 tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmiş və həmin protokolu imzalamışdır. Müdafiəçi Şahid6 ona təqdim edilərkən və istintaq hərəkətinin sonrakı mərhələlərində müdafiəçiyə etiraz etməmişdir. Bundan başqa, həyata keçirilən istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə aparılmış, beləliklə təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işindən görünür ki, birinci instansiya məkəməsində Təqsirləndirilən şəxs onun seçdiyi (müqavilə əsasında hüquqi yardım göstərən), yəni məhkəməyədək icraat zamanı onu müdafiə etmiş müdafiəçi Şahid6 hüquqi yardımından istifadə etmiş və birinci instansiya məhkəməsində məhz müdafiəçi Şahid6 tərəfindən müdafiə olunmasını istəmişdir. Başqa sözlə, müdafiə tərəfinin qeyd edilən hissədə də dəlilləri ağlabatan və inandırıcı deyil. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası onu da bildirir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən orada polis əməkdaşı Şahid4 iştirak etməsi işin mübahisəsiz halı olduğundan, yəni bu hal Şahid4, təqsirləndirilən şəxsin, digər şahidlərin ifadələri, habelə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən görüntü ilə təsdiq olunduğundan, şəxsi axtarışının nəticəsinə əsasən tərtib edilmiş protokolun Şahid4 tərəfindən imzalanmaması əsası müdafiə tərəfinin dəlilinə əsasən qanunsuz sayılması üçün əsas ola bilməz. Belə ki, apellyasiya baxışı zamanı Şahid4 və Təqsirləndirilən şəxs Şahid4 şəxsi axtarışda iştirak etdiyini açıq şəkildə təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edərək daşıması ilə bağlı əməlləri törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətinə əlavədəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş, həm də apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə istinad edilən cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə verilmiş ittihamla, eyni zamanda həmin nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsində qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinin tələblərinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları qeyd edilən ittihamla bağlı hissədə Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə hüquqi tövsifi məsələsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edilməməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə əsasən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və hökmdə göstərildiyi kimi, onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş hallarla razılaşaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində başqa şəxsin tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində başqa şəxs tərəfindən qoyulmuş külli miqdarda təmiz çəkisi 120.210 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin tarixdə gecə saat 03:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Baki şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qəhvəyi rəngli, üzərində sarı rəngli zərləri olan əl çantasından 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 120,210 qram, külli miqdarda ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanılmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanaraq ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticəyə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət təqibinin hər hansı mərhələsində müəyyən edilməmiş şəxsiyyəti istintaqa məlum şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə satış məqsədilə qanunsuz olaraq psixotrop maddə olan 120.210 qram qram çəkidə metamfetamini əldə edib daşıyaraq saxlaması barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bağlı hissədə ittihamda göstərilən cinayəti törətmədiyini, ibtidai araşdırma zamanı isə təzyiqlər nəticəsində etirafedici ifadələr verməsini, üzərində ittihamda qeyd edilən miqdarda psixotrop maddə olmadığını bildirsə də, məhkəmə kollegiyası onun bu ifadələrini yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qiymətləndirilməsi üçün əsas görmür və cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, onun 120.210 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlaması və daşıması, həmin psixotrop maddənin 03 mart 2023-cü il tarixdə onun çantasında aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə yanaşı, həmçinin şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolla və həmin protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışıın aparılmasını özündə əks etdirən videogörüntü, məhkəmə-kimyəvi ekspertizasının rəyi, ən əsası isə Təqsirləndirilən şəxs dövriyyəsi qadağan edilmuş predmetlərin satışı ilə məşğul olmasına dəlalət edən çoxsaylı telefon danışıqlarının və yazışmalarının aparılması haqqında məlumatların əks olunduğu «mobil telefona baxış keçirilməsi barədə» protokol ilə təsdiq olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda qanunsuz olaraq psixotrop maddəni əldə edərək saxlaması və daşıması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olsa da, onun bu əməli hər hansı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsi iş materialları ilə təsdiq olunmamış və sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni İİR vətəndaşından şəxsi istifadəsi üçün aldığını, narkotik vasitənin qoyulduğu yerin koordinatını İran İslam Respublikasının vətəndaşından götürdüyünü desə də, hər hansı şəxslə psixotrop maddənin, o cümlədən hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış 120.210 qram çəkidə psixotrop maddə metamfetaminin satışı barədə qabaqcadan razılıq əldə etməsini bildirməmiş, bu halı təsdiq edən mötəbər sübutlar da istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə edilməmişdir. Əvvəla, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərdiyi İİR vətəndaşı ümumiyyətlə müəyyən edilməmiş və işin təhlil olunan halları ilə bağlı heç bir araşdırma aparılmamış, bu barədə heç kəs dindirilməmiş, bu istiqamətdə aparılmış əməliyyat-axtarış tədbirləri də heç bir nəticə verməmişdir. Hazırki iş üzrə ibtidai aradırma zamanı və məhkəmə iclaslarında dindirilmiş DİN-in əməkdaşları hər biri ayrılıqda bildirmişlər ki, Təqsirləndirilən şəxs özünü küçədə şübhəli apardığına görə ona yaxınlaşıb, özlərini təqdim edib, sənədlərini təqdim etməsini bildirdikdə, həmin qadın dərhal çiynindən asdığı əl çantasını gizlətməyə çalışmış və iti addımlarla uzaqlaşmağa cəhd etmiş, lakin həmin qadını saxlayaraq uzaqlaşmaq istədiyinin səbəbini və çantasında nə olmasını soruşduqda, həmin şəxs çantasında narkotik maddə olduğunu etiraf etmişdir. Bu səbəbdən onu Nizami RPİ-nə 24-cü PB-nə gətirərək raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1995-ci Ağdam şəhərində anadan olmuş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan Abşeron rayonu, Qobu qəsbəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Prosessual sənədləşmə Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid5 həvalə olunmuş, daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra onun əlnindəki çantanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristal halında olan maddə, 01 ədəd qara rəngli üzərində “ADLER” sözü yazılmış elektron tərəzi, 01 ədəd dəsmal, 01 ədəd plastmas su qabı, 04 ədəd saç tutacağı, 01 ədəd sarı rəngli materialdan olan boyunbağı və şalvarın sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefon aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində "palı" kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Həmçinin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Eyni zamanda verilmiş ittihamda da qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Mehdi adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ona istinad edilən əməli törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi qeyd edilsə də, həmin şəxs və ya şəxslərin şəxsiyyəti barədə məlumatlar iş materialları ilə aşkar edilməmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyini ittiham tərəfi sübuta yetirə bilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs, həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Mehdi” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və digərləri (adları qeyd edilməmişdir) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Təsvir edilən sübutların fövqündə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini məhz şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşı və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əldə etməsinə, saxlamasına və daşımasına, yəni CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dair ittiham yalnız ehtimallar üzərində qurulmuş və yuxarıda qeyd edildiyi kimi, bu ittihamı təsdiq edən heç bir mötəbər sübut ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilməmiş, digər tərəfdən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin göstərilən maddə ilə tövsif edilməsi cinayət qanunvericiliyi normalarının tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə də uzlaşmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tələbinə və mənasına görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə təqsirkarın əməli həmin maddə ilə tövsif edilir. Əməlin belə tövsif edilməsi üçün isə iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri müəyyən edilməli, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməldir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, habelə təkrar törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq Cinayət Məcəlləsinin 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlardan isə Təqsirləndirilən şəxs ona istinad olunan əməli hər hansı şəxslər, o cümlədən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq törətməsi görünmür. İstintaq orqanının məsuliyyəti ağırlaşdıran hala dair mülahizələri onlar tərəfindən əldə edilmiş sübutlarla təsdiq edilmir və ehtimallara əsaslanır. Məhkəmə kollegiyası vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən ilk növbədə iş üçün əhəmiyyətli olan faktlar müəyyən edilməli və cinayət prosessual məcəllənin 139.0.1-ci maddəsinə əsasən cinayətin halları sübut olunmalıdır. İş üzrə əldə edilmiş faktlar sübut olunduqdan sonra həmin maddəyə əsasən cinayət qanunu ilə nəzərədə tutulmuş əməlin əlamətləri sübut olunmalıdır. İş materiallarındakı sms mətninin dolayı təfsiri ilə (birinci instansiya məhkəməsinin hökmündə əsaslandırılmamışdır) şəxsin əlbirlik əlaməti üzrə məsuliyyətə cəlb edilməsi cinayət prosesusal qanunvericiliyin tələblərinin kobud pozuntusudur. Yəni ibtidai istintaq orqanı sübut etməlidir ki, Təqsirləndirilən şəxs əməli iki və daha çox şəxslə törədib, əməl iki və daha çox fiziki və anlaqlı şəxs tərəfindən törədilib (subyektə dair tələblər) və xüsusilə bu əməli birgə törədib. İştirakçının şəxsiyyəti müəyyən olunmadan (kişi, qadın, cinayət qanunu ilə müəyyən edilmiş yaş həddinə çatması, əcnəbi və ya vətəndaş olması), əməlin birgə törədilməsi (razılığın olması, əldə edilmə şərtləri, nəyə dair qabaqcadan razılıq alınması və s) və təqsirləndirilən şəxsin tövsifedici hala dair təqsiri sübut edilmədən ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və barsində həmin maddə ilə ittiham hökmü çıxarılması cinayət prosessual məcəllənin qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinin, eyni zamanda müdafiə hüququnun təmin edilməsi prinsiplərinin kobud pozuntusudur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə müdafiə olunmaq üçün real imkan yaradılmalı, xəyali müdafiə imkanlarına şərait yaradılmamalıdır. Yəni təqsirləndirilən şəxs irəli sürülən ittiham konkret və aydın olmalı və xəyali olmamalıdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmə hökmü ehtimallara əsaslana bilməz və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətləri sübut olunmalı və bu sübutların məcmusu ona həmin maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” ilə bağlı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xaric edilməlidir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza növünü təyin edərkən və həmin cəzanın həddini müəyyən edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, törətdiyi əməldən peşman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr veməsi, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları (müəyyən edilmədi) nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini təqsirləndirilən şəxsə təyin edilən cəza, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olmasını, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, birinci instansiya məhkəməsində və hazırda apellyasiya baxışı zamanı nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasının, cəzasını ağırlaşdıran halların olmamasının birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığını, onun cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını, həmçinin ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində qismən yüngülləşdirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsini məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən təyin edilən cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə uyğun olsa da, təyin edilmiş cəza işin hallarına əsasən cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, apellyasiya şikayəti və ona əlavənin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin və ona əlavənin dəlilləri ilə razılaşmayaraq onların təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməməli, bununla yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101)-1732/2023 nömrəli hökmü dəyişdirilməli, ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilməli, təqsirləndiirlən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalı və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101)-1732/2023 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(101)-1732/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 45 saat üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 270 (iki yüz yetmiş) manat, 55 saat üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 605 (altı yüz beş) manat, cəmi 875 (səkkiz yüz) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-21/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-21/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver