Məhkəmə qərarları › İş №1(103)-214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-214/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-214/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxsnun, Müdafiəçi X2 iştirakıları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 20, mənzil 02-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də xadimə olaraq işlədiyi dövr ərzində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun-avqust ayları ərzində yataq otağındakı dolabdan sonuncuya məxsus və onun qiymətləndirilməsinə görə 1.500 manat dəyərində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü, 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində isə həmin dolabdan 5.000 manat dəyərində 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıldan olan üzüyü, 3.000 manat dəyərində “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd qızıl üzüyü, 12.000 manat dəyərində “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (B.Pənahov) 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsi və onun həmin maddədə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 1 (bir) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 20, mənzil 02-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzasının icrasının Bakı şəhər Probasiya idarəsinə tapşırılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs vurulmuş zərərin ödənilməmiş hissəsi 2.230 (iki min iki yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-dən 2020-ci ilin iyunavqust ayları və 08 oktyabr 2020-ci il tarixində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü, 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyü, “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd qızıl üzüyü, “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl sırğanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.230,00 manat dəyərində maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 23.500 (iyirmi üç min beş yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 33.530 (otuz üç min beş yüz otuz) manat məbləğində pulun tam tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmündən tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, məhkum Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 23.500 (iyirmi üç min beş yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 33.530 (otuz üç min beş yüz otuz) manat məbləğində pulun tam tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət qanununun və cinayət prosessual qanunun normalarına uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmü ləğv edilməli, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxsnun barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsində əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi təqsirli bilinərək məhkum edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci il mart ayının 18-dən Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də gündəlik 20-30 manat müqabilində xadimə olaraq işləmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində yataq otağında təmizlik işləri ilə məşğul olarkən dolabın içərisində çoxlu sayda qızılzinət əşyalarının saxlanıldığı qabı görmüş və fikirləşmişdir ki, əgər oradan bir neçə qızıl əşya götürsə heç kimin bundan xəbəri olmaz. Buna görə də oradan dörd ədəd qızıl üzük götürmüşdür. xx.xx.2020-ci il tarixdə metronun “28 May” stansiyasının yaxınlığında qızılın alqı-satqısı ilə məşğul olan obyektə gəlib götürdüyü bu əşyalardan ikisini satmaq istədiyini bildirmiş, adını sonradan bildiyi Rəşal adlı şəxsə də ümumilikdə 12 qram çəkidə bir ədəd tək qaşlı qızıl “x” formalı, digəri isə halqa şəkilli, üzərində qaşları olan üzüklərə 860 manat qiymət qoyub ondan həmin qızılları almışdır. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə Azadlıq prospektində əvvəllər işlədiyi mağazanın yaxınlığında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan Şahin adlı şəxsin yanına gələrək özündə qalan iki qızıl üzüyü də satmaq istəmiş, Şahin də biri şir başı formasında üzərində qara daşlar olmaqla 8 qram olan, digəri isə üzərində adi daşlar olan 12 qram çəkidə üzüyə 800 manat qiymət qoyub onları almışdır. Aygünün evindən bu əşyalardan əlavə heç bir başqa əşya oğurlamamışdır. Zərər çəkmiş şəxs tərəfindən qızılların istintaqa bildirdiyi şişirdilmiş qiymətləri ilə razı deyil, həmçinin onların üzərində heç bir marka adı da olmamışdır. Özü və qohumları dəfələrlə zərər çəkmiş şəxslə barışıq əldə etməyə və real olaraq vurulmuş zərəri ödəməyə cəhd etsələr də, sonuncu onlardan 20.000 manat məbləğində pul tələb etmiş, hətta onu təhqir edərək imkanı olmadığı halda bu pulun əxlaqsızlıq yolu ilə qazanıb qaytara biləcəyini söyləmişdir. Onu da qeyd edir ki, zərər çəkmiş şəxsin yaşadığı mənzilə mütəmadi olaraq müxtəlif şəxslər gəlir, orada məclislər təşkil olunur. Ona görə onlar tərəfindən oradan hər-hansı belə bir əşyanın götürülməsi də istisna deyil. Özü könüllü olaraq törətdiyi əməli etiraf etmiş və bu əməlindən də çox peşmandır. Onun bu hərəkəti utancvericidir. Hətta satdığı əşyaları sahibinə qaytarmaq üçün onları satdığı yerlərə gedib geri qaytarmaq istəsə də, ona artıq bu qızılların başqa şəxslərə satıldığı bildirilmişdir. Vurulmuş zərərlə bağlı 2.000 manat ödəmiş və hazırda da 500 manat ödəmək istəsə də, zərər çəkmiş şəxs bunu qəbul etmir. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayından onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-də gündəlik 20-30 manat müqabilində təmizlik işləri ilə məşğul olmuşdur. 2020-ci il avqust ayının sonlarından o, qızıl-zinət əşyalarını saxladığı dolabdan 5.000 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə, üzərində “tac” olan brliyant qaşlı iki halqalı bir ədəd qızıl üzüyünün yerində olmadığını müəyyən etmişdir. Həmin üzüyü axtarsa da, tapa bilməmişdir. 2020-ci ilin dekabr ayının 18-də dolabdan qızıllarını götürüb taxmaq istəyərkən 3.000 manat dəyərində 7 qram çəkidə “Cartier” markalı, üzərində qara rəngli brliyant olan “şir başı” fromasında bir ədəd, 12.000 manat dəyərində 750 əyarlı 12 qram çəkidə “Hassan” markalı, üzərində brliyant qaşları olan bir ədəd, 1.500 manata dəyərində 5 qram çəkidə “Cartier” markalı “günbəz” formasında qara rəngli bir ədəd olmaqla daha üç ədəd qızıl üzüyünün də yerində olmadığnı bilmişdir. O, artıq qızılları Xalidənin oğurladığını başa düşüb ondan qızılları axtarıb tapmağını istəmişdir. Bununla o, Xalidəyə qızıllarını qaytarması üçün şərait yaratsa da, sonuncu ona guya onları axtarıb tapmadığını söyləmişdir. 07 fevral 2021-ci il tarixdə, saat 22 radələrində qızıllarını saxladığı dolabdan 2.000 manat dəyərində 6 qram çəkidə bir cüt qızıl sırğa və 2.000 manat dəyərində brilyant qaşlı “yarpaq” formasında bir ədəd üzüyünün də oğurlandığını aşkar etmişdir. Xalidəni yanında o, qəsdən artıq oğurluqla bağlı polisə müraciət edəcəyini söyləmiş, bundan sonra fevral ayının 11-də səhər saatlarında sonuncu anası Mehribanla birlikdə onun evinə gəlib törətdiyi əməlini etiraf etmişdir. Xalidədən oğurladığı qızılları geri qaytarmasını tələb etsə də, sonuncu artıq onları Rəşal və Şahin adlı şəxslərə satdığını demişdir. Xalidənin atası ona oğurlanan qızılların qiymətlərinin aşağı olduğunu demiş, bunun əvəzində ona əvvəlcə 20.000 manat pul verməyi təklif etsə də, sonrandan onunla əlaqə saxlamamışdır. İstintaq dövründə vurulmuş ziyandan sadəcə 2.000 manat pul ödənilmişdir. Hadisə barəsində polisə məlumat verdikdə oğurlanan qızıllarının çəki və qiymətlərini onları aldığı vaxtla və qədimi olmalarını nəzərə alaraq təxmini bildirmişdir. Ona vurulmuş zərərin qalan hissəsi ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın da təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində göstərmişdir ki, qızı Xalidə bir müddət Zərərçəkmiş şəxs evində xadimə olaraq işləmişdir. 2021-ci ilin fevral ayının sonlarında Xalidə evə gəlib ona Aygünün qızılların oğurlanması ilə bağlı polisə şikayət etdiyini, səhəri günü isə əməlini etiraf edib həmin evdən qızılları oğurlayıb satdığını bildirmişdir. O da hadisəni bildikdən sonra Aygünün evinə gedib xahiş etmişdir ki, qızını polisə verməsin, onlar qızılların pulunu verəcəklər, lakin Aygün bununla razılaşmamış, həmin qızılları istəmişdir. Onlar da bu qızılları satıldığı yerdən geri almaq istəsələr, onların digər şəxslərə satıldığı bildirilmişdir. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən obyektdə istifadədə olmuş qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə Xalidə adlı qadın ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyni bildirmiş və formasını xatırlamadığı 585 əyarlı bir ədəd qızıl üzüyü, digəri 750 əyarlı yumru halqa formasında üzərində toz brilyant daşlar olan bir ədəd qızıl üzüyü təqdim etmişdir. O, bu üzükləri tərəzidə çəkib onlaradan birinin 585 əyarlı 5,77 qram çəkidə, digərinin isə 750 əyarlı 12 qram çəkidə olduğunu müəyyən etmişdir. 585 əyarlı üzüyü həmin dövrün məzənnəsi ilə 323 manata, 750 əyarlı üzüyü isə 860 manata almış və Xalidəyə bu barədə qeydiyyat kitabına imza etdirməklə ümumilkdə 1.183 manat pul vermişdir. Daha sonra həmin əşyaları başqa şəxslərə satmış və bu barədə sonradan onları geri almaq istəyən Xalidəyə də bildirmişdir. Oğurluqla bağlı polis əməkdaşları obyektə gəldikdə təqdim olunan şəkillərdən aldığı üzüklərdən birini tanımış, digərinin formasını isə xatırlamır. Xalidənin ona satdığı üzüklərin üzərində xırda brilyant qaşlar olmuş, əks halda iri karatlı qaşlar olduğu təqdirdə əvəzində əlavə dəyəri hesablanardı. Həmçinin bu əşyaların üzərində marka olmamışdır. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ünvan 2 ünvanda qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin noyabr ayında mağazada olarkən əvvəllər qonşuluqdakı mağazada işləmiş Xalidə adlı qadın ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus bir cüt 585 əyarlı qızıl sırğa və 585 əyarlı qızıl üzüyü satmaq istədiyini bildirmişdir. O da həmin qızılları ölçüb ümumilikdə 11,7 qram çəkidə olduqlarını müəyyən etmiş, həmin dövrün məzənnəsi ilə qızılları 800 manata almış və bu barədə kitabda qeydiyyat aparmışdır. Sonradan aldığı qızılları başqa şəxslərə satmışdır. Xalidədən aldığı əşyaların üzərində brilyant olmamış, onların markasını da xatırlamır. Hətta üzüyün arxası əzik idi. İttiham aktında yaranmış anlaşılmazlığın aradan qaldırılması ilə bağlı dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X9 bildirdi ki, cinayət işi üzrə verilmiş ittiham aktına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 28 saylı evin 31 saylı mənzilində xadimə işlədiyi müddətdə özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyun-avqust ayları ərzində mənzilin yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs məxsus, zərər çəkmiş şəxsin qiymətləndirilməsinə görə 1.500 manat dəyərində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü və 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində həmin dolabdan 5.000 manat dəyərində 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıldan olan üzüyü, 3.000 manat dəyərində “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd üzüyü, 12.000 manat dəyərində “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, 2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 25.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin ittiham aktı tərtib olunarkən tərəfindən yanlışlığa yol verilərək sonuncu əşya ilə bağlı, yəni “2.000 manat dəyərində üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl üzüyü” cümləsində “sırğa” sözü əvəzinə səhvən “üzük” sözü işlədilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli, 9/1001 saylı və xx.xx.2021-ci il tarixli, 9/2800 saylı ekspert rəylərində də bir cüt 750 əyarlı 6 qram çəkidə qızıl sırğanın dəyəri müəyyən edilmişdir. İş materiallarında olan “Baxış və götürmə aparılması haqqında” 15 fevral 2021-ci və 26 fevral 2021-ci il tarixli protokollara əsasən Şahid1 və Şahid2 qızıl-zinət əşyalarının satışı-alışının aparılması qeydiyyat kitablarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 11,7 qram çəkidə bir cüt 585 əyarlı qızıl sırğa və 585 əyarlı qızıl üzük, Şahid2 isə xx.xx.2020-ci il tarixdə 5,77 qram çəkidə 585 əyarlı bir ədəd qızıl üzüyü 323 manata, 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü 860 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/1001 saylı rəyinə əsasən, 2020-ci ilin avqust ayına nəzəri qaydada 750 əyarlı iki halqalı, üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 800 manat, 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 420 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 960 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 400 manat, 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 480 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 480 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3.540,00 manat müəyyən olunur; 2021-ci ilin fevral ayına nəzəri qaydada 750 əyarlı iki halqalı, üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 950 manat, 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 525 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 1.140 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 475 manat, 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 570 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 570 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.230,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli, 9/2800 saylı rəyinə görə 2020-ci ilin avqust ayına nəzər qaydada 750 əyarlı iki halqalı, üzərində brilyant qaşları olan, iki halqalı üzərində “tac” olan 10 qram çəkidə bir ədəd bir ədəd qızıl üzüyün dəyəri 800 manat; 2020-ci ilin dekabr ayına 585 əyarlı “Cartier” markalı, üzərində qara rəngli brilyant olan “şir başı” formasında 7 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 525 manat, 750 əyarlı “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 1.140 manat, 750 əyarlı “Cartier” markalı, “günbəz” formada olan qara rəngli 5 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 475 manat olmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.140,00 manat; 2021-ci ilin fevral ayına 750 əyarlı 6 qram çəkidə bir cüt qızıl sırğanın dəyəri 570 manat, 750 əyarlı brilyant qaşları olan “yarpaq” formasında 6 qram çəkidə bir ədəd qızıl üzüyün dəyəri 570 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri 1.140,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 may 2021-ci il tarixli qərara əsasən iş üzrə 19 mart 2021-ci il tarixli, 9/1001 saylı və 17 may 2021-ci il tarixli, 9/2800 saylı ekspert rəyləri nəzərə alınmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyanla bağlı məbləğ əsas götürülmüş, eyni zamanda məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və s. sübut növü kimi qəymətləndirilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokola görə Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 12 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 23.500, mənəvi ziyanın əvəzi olaraq 10.000 və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.530 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir və bununla bağlı tələbinin əsası kimi məhkəməyə mütəxəssis rəyinin, qızıl məmulatı ilə bağlı müvafiq sertifikatın və telefon yazışmalarından olan çıxarışın surətlərini, habelə fotoşəkilləri təqdim edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmucu belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 31-dən 2020-ci ilin iyun-avqust ayları və 08 oktyabr 2020-ci il tarixində “Cartier” markalı, 5 qram çəkidə 750 əyarlı, “günbəz” formasında qara rəngli bir ədəd qızıl üzüyü, 750 əyarlı 6 qram çəkidə qızıldan brilyant qaşları olan “yarpaq” formasında bir ədəd qızıl üzüyü, 750 əyarlı, iki halqalı üzərində “tac” olan, 10 qram çəkidə bir ədəd qızıl üzüyü, “Cartier” markalı, üzərində qara rəngli brilyant qaşı olan 7 qram çəkidə “şir başı” formasında bir ədəd qızıl üzüyü, “Hassan” markalı, üzərində brilyant qaşları olan 12 qram çəkidə 750 əyarlı bir ədəd qızıl üzüyü, üzərində brilyant qaşları olan, “yarpaq” formalı 6 qram çəkidə bir ədəd qızıl sırğanı gizli olaraq talamışdır. Lakin talanmış həmin əmlakın dəyərini ittiham tərəfi yalnız zərər çəkmiş şəxsin ifadəsinə əsaslanmaqla rəhbər tutmuş, bununla bağlı digər əlavə mötəbər sübutları, o cümlədən qızıl-zinət əşyalarının real qiyməti, onların üzərində olan qaşların istehsal mənşəyi, keyfiyyəti və s. barədə tutarlı və təkzibedilməz sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs alan, məhkəmədə ifadə vermiş Şahid2 bu əşyaların üzərində marka olmadığını və üzüklərin üzərində xırda brilyant qaşlar olduğunu, digər Şahid1 isə əşyaların markasını xatırlamadığını, hətta onların üzərində brilyant olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs verilmiş ittiham onun tərəfindən talanmış əşyaların ümumi dəyərinin 25.500 manat olmasına dair hissədə tam sübuta yetirilə bilinmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində qeyd olunur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanlarla əlaqədar Təqsirləndirilən şəxs verilmiş ittihamın həcminin sübuta yetirilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından, iş üzrə verilmiş 19 mart 2021-ci il tarixli, 9/1001 saylı ekspert rəyindəki olan ən münasib qiymət – 4.230 manatın əsas götürülməsi real gerçəkliyə daha uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə eyni əməllərin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsi üçün hazırda qanuni əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət əməllərinə aiddir və həmin cinayət üzrə cəlb etmə müddəti yeddi il təşkil edir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə kollegiyasının fikrincə və ittihamın təsvirinə əsasən məhkum Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini vahid niyyətlə 2020-ci ilin iyun-avqust aylarında və 08 oktyabr 2020ci il tarixdə törətdiyindən, hazırki vəziyyətdə həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri, yəni 2 ildən çox müddət keçmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə görə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yekun qərar qərar qəbul edilərkən nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilir və barəsində bəraət hökmü çıxarılması barədə tələbi olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi nəticəsinə gəlindyindən, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs vurulmuş zərərin ödənilməmiş hissəsi 2.230 (iki min iki yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməli, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 100(yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.3, 43.1.2, 39.1.11 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/2021 saylı hökmü ləğv edilsin. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs vurulmuş zərərin ödənilməmiş hissəsi 2.230 (iki min iki yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 100(yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Həsən Əhmədov Hakimlər: Habil Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar