Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-214/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Bayramova Elfanə Elman qızının, Zərərçəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlunun, Müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Salmanov Elnur Nizami oğlunun və Məmmədova Günel Mehman qızının, Bəraət almış şəxs Kamalov Cəmil İman oğlunun və təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun iştirakları ilə, 21 fevral 1986-cı il tarixdə Ermənistan Respublikası, Əzizbəyov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Şirinov Bəybala Rəhman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 128-ci maddəsi ilə təqsirli bilinməsi və 03 dekabr 1990-cı il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Kamalov Cəmil İman oğluna bəraət verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)-636/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nigar İmanova) 04 noyabr 2022-ci il tarixli, 1(008)-636/2022 saylı hökmünə əsasən Şirinov Bəybala Rəhman oğlu CM-nin 128cimaddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmış, digər təqsirləndirilən şəxs Kamalov Cəmil İman oğlunun əməlində CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından ona bəraət verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İstintaq orqanı tərəfindən Kamalov Cəmil İman oğlu CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətləxuliqanlıqetmişdir. Belə ki, Kamalov Cəmil İman oğlu 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Şirinov Bəybala Rəhman oğlu ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Məmmədov Rəşad Mikayıl oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Rəşad Məmmədovu nalayiq sözlərlə təhqir edib yumruğu ilə baş nahiyəsinə, Şirinov Bəybala Rəhman oğlu isə yumruğu ilə sol göz nahiyəsinə zərbələr endirməklə qəsdən R.M.Məmmədova baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Şirinov Bəybala Rəhman oğluna da həmin maddə oilə ittihama verilmişdir. İttihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətləxuliqanlıq etmişdir. Belə ki, Şirinov Bəybala Rəhman oğlu 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Kamalov Cəmil İman oğlu ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Məmmədov Rəşad Mikayıl oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı,yəni insanlararasında bərqərarolmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Rəşad Məmmədovu nalayiq sözlərlə təhqir edib yumruğu ilə sol göz nahiyəsinə, Kamalov Cəmil İman oğlu isə yumruğu ilə baş nahiyəsinə zərbələr endirməklə qəsdən R.M.Məmmədova baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlib hesab etmişdir ki, təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun əməli CM-nin 128-ci maddəsinə tövsif olunmalı, digər təqsirləndirilən şəxs Kamalov Cəmil İman oğlunun əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə baxışında dəfələrlə və israrlı şəkildə Cəmil Kamalov və Bəybala Şirinov tərəfindən ona qarşı söyüşlər işlədilməklə döyüldüyünü bildirmişdir. Bu halı hətta Rəşad Məmmədov Azərbaycan Respublikası DİN-in “102” zəng xidməti mərkəzinə verdiyi məlumatında və polis bölməsinə ünvanladığı ərizəsində (3 nəfər tanımadığı şəxs tərəfindən döyülərək xəsarət alması) bildirmişdir. Qeyd olunan xüsusatları, həmçinin ifadələrində də göstərmişdir. Eləcə də üzləşdirmə istintaq hərəkəti zamanı zərər çəkmiş şəxs Rəşad Məmmədov təqsirləndirilən şəxslər Cəmil Kamalov və Bəybala Şirinovun üzünə qarşı bir daha demişdir. Bundan başqa, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs Rəşad Məmmədov verdiyi məlumat və ərizəsində göstərdiklərindən daha dəqiqləşdirici ifadə verərək bildirmişdir ki, o Cəmil Kamalov və Bəybala Şirinovu əvvəllər tanımamış, hadisə günü konkret olaraq adlarını qeyd etdiyi şəxslər ona yaxınlaşaraq söyüşlər söyərək əvvəlcə Cəmil onun yaxasından tutaraq avtomoilinə sıxmış, sonra Bəybala Şirinov yumruğu ilə onun sol göz nahiyəsinə bir dəfə vurmuş, o, qarşılığında Bəybalanı vurmaq istədikdə bu dəfə isə Cəmil Kamalov yumruğu ilə onun baş nahiyəsinə vurmuşdur. Hadisə 20 dəqiqə ərzində davam etməklə vaxtı ətrafda təxminən 15-20 nəfər yaxın adam olmuşdur. Bundan əlavə, həm ibtidai istintaq zamanı və məhkəmə baxışında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Məmmədli Mübariz Rəşad oğlu eyni məzmunlu ifadələr vermiş və əlavə olaraq məhkəmə istintaqı zamanı atasını döyən şəxsləri, yəni Cəmil Kamalov və Bəybala Şirinovu tanıdığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Həsənova Sona Məcit qızı bildirmişdir ki, hadisə günü ucaboy şəxs onun oğlu Rəşad Məmmədovu itələyə-itələyə hadisə yerindən aparmış, bir qədər sonra geri qayında oğlunun göz nahiyəsindən qan gəldiyini görmüşdür. Sonradan oğlu Rəşad iki nəfər şəxs tərəfindən döyüldüyünü ona demişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ucaboy şəxs mübahisə edən şəxslərdən (işin halları ilə müəyyən edilmiş şahid Ruslan Həsənovla zərər çəkmiş şəxs Rəşad Məmmədovu) birinə yaxınlaşaraq onu kənara aparır. Lakin, məhkəmə uzun müddət davam edən məhkəmə proseslərinin nəticəsi olaraq hadisə zamanı fiziki zərər çəkmiş şəxs, həssas insanlar qrupuna aid, 2-ci qrup əlil Məmmədov Rəşad Mikayıl oğlunun hüquq-mühafizə orqanına vermiş olduğu məlumat, ünvanladığı ərizə və eləcə də ifadələrini əsassız olaraq şübhə altına almışdır. Həmçinin məhkəmə, ibtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutu- şahid Məmmədli Mübariz Rəşad oğlunun ifadələrini sübut növü kimi qəbul etməmişdir. Azyaşlı məhkəmə baxışında heç bir təzyiq və ya təsir olmadan qanuni nümayəndənin iştirakı ilə dindirilmiş və atasını döyən təqsirləndirilən şəxsləri tanımışdır. Eləcə də məhkəmənin öz təşəbbüsü ilə dəvət olunaraq dindirilmiş, iş üzrə hadisəni birbaşa görməsə də, zərər çəkmiş şəxsin xəsarətlərlə qaranlıq sahədən qayıtdığını görən şahid Sona Həsənovanın ifadəsini də görməzdən gəlmişdir. Məhkəmənin hökmü yalnız təqsirləndirilən şəxslər Şirinov Bəybala Rəhman oğlu və Kamalov Cəmil İman oğlunun ifadələrinə uyğunlaşdırılmış, lakin zərər çəkmiş şəxsin ifadələri, onun yaxın qohumları olan övladı və anasının ifadələri şübhə altına alınmışdır. Bu hal bir daha məhkəmənin yekun qərarının əsassız olmasına dəlalət edir. İşin hallarından görünür ki, hadisənin baş verməsini təsdiq edən faktlar, yəni DİN-in “102” zəng xidmətinə verilmiş məlumat, eləcə də ərizə və ilkin izahatlar toplanmış, qeyd olunanlardan başqa hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertiza rəyi alınmış və iş üçün digər əhəmiyyət kəsb edən istintaq hərəkətləri yerinə yetirilmişdir. İş üzrə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Rəşad Məmmədovun bədəni üzərində olan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü-özünə yetirilməsi inkar olunur. Məhkəmə həmçinin nəzərə almamışdır ki, zərər çəkmiş şəxs Rəşad Məmmədov təqsirləndirilən şəxslər Cəmil Kamalov və Bəybala Şirinovu əvvəllər tanımamış, lakin sonuncular yaşadıqları ərazidə bir-birini tanımışdır. Həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslərin əvvəllər hər hansı tanışlığı olmamış, halbuki hər iki təqsirləndirilən şəxsin bir-biri ilə münasibəti olmuşdur. Belə olan halda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslər barəsində hər hansı uydurma ifadə verməsi inandırıcı deyildir, ilkin olaraq tanımadığı 3 nəfər şəxsin onu döyməsinə dair zərər çəkmiş şəxsin verdiyi məlumatları məhkəmə önə çəkməklə yanaşı, təqsirləndirilən şəxslərin ifadələrinə üstünlük vermişdir ki, nəticədə baş vermiş hadisənin əsl mahiyyəti təhrif edilmişdir. Cinayət işinin materiallarından bir daha məlum olur ki, hadisə 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində orta məktəbin qarşısındakı avtomobil yolunda çoxlu sayda kənar şəxslərin gözü qarşısında baş vermiş, Həsənov Ruslan Xaləddin oğlu idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlamaqla digər avtomobillərə mane olduğundan zərər çəkmiş şəxs Rəşad Məmmədovun ona haqlı irad bildirməsi səbəbindən aralarında mübahisə yaranmış, hadisənin əsl mahiyyətini anlamayan təqsirləndirilən şəxslər Cəmil Kamalov və Bəybala Şirinov mübahisəni sivil yolla həll etmək əvəzinə zərər çəkmiş şəxs Rəşad Məmmədovla mübahisə etməklə onu ictimai yerdə döyərək xəsarət yetirmişlər. Lakin məhkəmə təqsirləndirilən şəxslər Cəmil Kamalov və Bəybala Şirinovun hadisə yerinə gələnədək artıq ictimai qaydanın pozulmasını qabartmaqla guya sonuncuların xuliqanlıq hərəkətlərinə yol vermədən ictimai borcunu yerinə yetirmək məqsədilə oraya yaxınlaşdıqlarını və məlum hadisənin baş verdiyini göstərmişdir. Bununla da, məhkəmə təqsirləndirilən və baraət almış şəxsin, zərər çəkmiş şəxs və şahidlərin məhkəmədə verdikləri ifadələrinin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək hökmdən göründüyü kimi birtərəfli araşdırma aparmış, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə uzlaşmamışdır. Eləcə də təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillərə nəzər yetirsək görərik ki, Cəmil Kamalov Rəşad Məmmədovu ümumiyyətlə vurmadığını, Bəybala Şirinov isə Rəşadın onu vurduğu üçün qarşılıq olaraq vurduğunu göstərmişdir. Lakin qeyd olunanlar ibtidai istintaq zamanı təsdiqini tapmamış, məhkəmə baxışı zamanı birtərəfli araşdırma aparılması məhkəmənin arbitr funkasiyasından daha çox müdafiə yönümlü mövqedən çıxış etməsini göstərir. Odur ki, Şirinov Bəybala Rəhman oğlu və Kamalov Cəmil İman oğlunun CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və hər iki təqsirləndirilən şəxsin CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə yeni ittiham hökmü çıxarılması xahiş olunur. Hökmdən həmçinin zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu apellyasiya şikayəti verib Şirinov Bəybala Rəhman oğlu və Kamalov Cəmil İman oğlunun CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etsə də, işin apellyasiya icraatı zamanı verdiyi ərizəsində təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini bildirib, apelyasiya protestinin təmin edilməməsini, Şirinov Bəybala Rəhman oğlunun CM-in 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, müdafiə tərəfinin, eləcə də zərər çəkmiş şəxsin protestin təmin edilməməsi və Şirinov Bəybala Rəhman oğlunun CM-in 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayətindən imtina etməsi ilə bağlı zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)-636/2022 saylı hökmü Kamalov Cəmil İman oğluna CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, Şirinov Bəybala Rəhman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsas olduğundan həmin hökm Şirinov Bəybala Rəhman oğluna aid hissədə ləğv edilməklə Şirinov Bəybala Rəhman oğlu CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlkə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası ilk növbədə zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlunun apellyasiya şikayətini geri götürməsi barədə ərizəsini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərər çəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə görə isə maddənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. CPM-nin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz apellyasiya tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənləri iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu apellyasiya tələblərindən imtina etdiyindən, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına əsasən, zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinə münasibətdə qeyd edir ki, protestdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər iki təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətləri protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirib təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun əməlinin CMnin 128-ci maddəsinə tövsif olunması, digər təqsirləndirilən şəxs Kamalov Cəmil İman oğlunun əməlində isə cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilməsi qənaətinə gələrək müvafiq yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə, bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Dövlət ittihamçısı apellyasiya protestində ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən hökm qəbul edilərkən məhkəmənin zərər çəkmiş şəxsin ifadələrini nəzərə almadığını, ona mötəbər sübut kimi istinad etmədiyini bildirmişdir ki, dövlət ittihamçsının bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, cinayət işi materiallarından da göründüyü kimi zərər çəkmiş şəxs cinayət təqibi üzrə icraatın əvvəllərindən məhkəmə istintaqı da daxil olmaqla keçən müddət ərzində bir-biri ilə uzlaşmayan, fərqli ifadələr vermiş və birinci instansiya məhkəməsinin hakimi haqlı olaraq onun ifadələrində üç müxtəlif hadisə mexanizmini göstərdiyini müəyyən etmişdir. Belə ki, zərər çəkmiş şəxsin müxtəlif dövlərdə göstərdiyi hadisənin baş vermə mexanizminə əsasən:
1. Sürücü ilə mübahisə etmiş və sürücü ilə onun dostları üç nəfər olmaqla maşından enərək onu döymüşlər;
2. Sürücü ilə maşından enərək mübahisə edərkən Cəmil və Bəybala ikisi birlikdə kənardan gələrək zərər çəkmiş şəxsi döymüşlər;
3. Sürücü ilə maşından enərək mübahisə edərkən birinci Cəmil adlı şəxs gəlmiş, onları ayıraraq zərər çəkmiş şəxsi kənara çəkmiş, sonra Bəybala adlı şəxs gəlmiş və onlar ikisi Cəmillə birlikdə onu döymüşlər – bu mexanizm özü də iki fərqli şəkildə təsvir edilir: a) Cəmil zərəçəkmiş şəxsin sağ tərəfində, Bəybala isə sol tərəfində dayanır, Bəybala onun sol gözünə, Cəmil isə sağ tərəfdən başına vurur; b) Cəmil iki əli ilə arxadan Rəşadı tutur, Bəybala isə onu döyür, sonra isə Cəmil iki əli onu tutduğu vəziyyətdə sağ tərəfdən onun baş nahiyyəsinə vurur. Zərər çəkmiş şəxsin ifadələrində göstərdiyi xüsusatlar iş üzrə dindirilmiş şahidlərin, həmçinin özünün də sonradan verdiyi ifadələri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi haqlı olaraq zərəçəkmiş şəxsin ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Bundan başqa zərər çəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində hadisə yerində həmin iki nəfər şəxsdən (Cəmil və Bəybala) birinin oğlunun da üzünə şillə vurduğunu göstərsə də, sonrakı ifadələrində bu hala ümumiyyətlə toxunmamış, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı həmin xüsusatın dəqiqləşdirilməsi üçün Rəşad Məmmədova sual verildikdə o, belə bir halın baş vermədiyini və heç kəsin hadisə yerində onun oğlunu vurmadığını göstərmiş, məhkəmə isə onun ifadəsində həmin xüsusatı göstərməsinin səbəbini soruşduqda isə, o həyəcanlı olduğundan bu xüsusatı ifadəsində göstərdiyini bildirmişdir ki, məhkəmə isə bu halı özü-özlüyündə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı ilk gündən qərəzli ifadələr verməsinin göstəricisi kimi qiymətləndirmişdir. Bundan başqa protestdə məhkəmənin ibtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutu - şahid Məmmədli Mübariz Rəşad oğlunun ifadələrini sübut növü kimi qəbul etmədiyinə istinad olunsa da, bununla bağlı qeyd edilməldir ki, birinci instansiya məhkəməsi azyaşlı şahidin məhkəmə iclasında proses iştirakçılarının qarşısında, audio yazı aparılmaqla məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və ya şahidin bilavasitə dinlənilməsi məhkəməyə onların verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, birinci instansiya məhkəməsi haqlı olaraq şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha mötəbər ifadə kimi qiymətləndirmiş və həmin sübutu digər sübutlarla birlikdə tədqiq etməklə yekun qənaətə gəlmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Məmmədli Mübariz Rəşad oğlu isə ifadəsində hadisə zamanı maşından düşmədiyini, atasını birinci kimin vurmasını və hansı nahiyyəsindən vurduğunu görmədiyini, atasının gözündən qan gəldiyini, atasının hadisə zamanı yerə yıxılmadığını, maşının içərisində olduğundan çöldə baş verənləri yaxşı eşitmədiyini, atasının maşın sürən şəxslə (Ruslanla) mübahisə edərkən birinci Cəmilin gəldiyini, sonra iki nəfər şəxsin atasının həmin şəxslə dalaşmaması üçün kənara çəkdiklərini, Cəmilə Bəybalanın ikisinin birlikdə, yoxsa ayrı-ayrı gəlmələrini dəqiq xatırlamadığını, atasını maşına kimin çırpmasının yadında olmadığını bildirmişdir. Protestdə məhkəmənin öz təşəbbüsü ilə dəvət olunaraq dindirdiyi şahid Sona Həsənovanın ifadəsini də görməzdən gəldiyi qeyd edilsə də, məhkəmə iclas protokolu və hökmündən görünür ki, əlavə şahid qismində dindirilmiş Sona Həsənova ifadəsində göstərmişdir ki, hadisə vaxtı Rəşadla Ruslan mübahisə edərkən üzünü görmədiyi hündür boylu bir şəxs (Cəmil Kamalov) Rəşadı itələyə-itələyə oradan aparmış və Rəşadla Ruslanı ayırmışdır. Həmin vaxt o, sevinmişdir ki, nə yaxşı kimsə bunları ayırdı. Bir qədər sonra dönəndə oğlunun gözündən qan gəldiyini görmüşdür. Rəşadı kimin vurduğunu görməmişdir. Göründüyü kimi zərər çəkmiş şəxsin yaxın qohumu olan şahid Sona Həsənova belə təqsirləndirilən şəxs Cəmil Kamalovun hadisə vaxtı mübahisə edən Rəşadla Ruslanı ayırdığını bildirmişdir. Şahid həmçinin bir qədər sonra isə dönəndə oğlunun gözündən qan gəldiyini gördüyünü bildirmişdir ki, bu, işin mübahisəsiz halıdır. Belə ki, Bəybəla Şirinov ibtidai istintaqın ilkin mərhələsindən zərər çəkmiş şəxs Rəşadın onu vurması səbəbindən Rəşadı yumruqla vurduğunu bildirmişdir. Şahid Sona Həsənova ifadəsində Rəşadı kimin vurduğunu görmədiyini də bildirmişdir ki, bu isə digər sübutlarla birlikdə nəzərdə alındıqda ittihamı təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Protestdə həmçinin hadisənin 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində orta məktəbin qarşısındakı avtomobil yolunda çoxlu sayda kənar şəxslərin gözü qarşısında baş verdiyi, Həsənov Ruslan Xaləddin oğlunun idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlamaqla digər avtomobillərə mane olduğundan zərər çəkmiş şəxs Rəşad Məmmədovun ona haqlı irad bildirməsi səbəbindən aralarında mübahisə yarandığına, hadisənin əsl mahiyyətini anlamayan təqsirləndirilən şəxslər Cəmil Kamalov və Bəybala Şirinov mübahisəni sivil yolla həll etmək əvəzinə zərər çəkmiş şəxs Rəşad Məmmədovla mübahisə etməklə onu ictimai yerdə döyərək xəsarət yetirmələrinə istinad olunasa da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla təqsirləndirilən şəxslərin hərəkətlərinin nəinki cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmağa yönəlmədiyi, əksinə artıq pozulmuş ictimai qaydanın bərpa edilməsinə, mübahisənin və hadisə yerində yaranmış vəziyyətin, nalayiq sözlər işlədilməsinin aradan qaldırılmasına yönəlmişdir ki, belə olan halda təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2ci maddəsinin əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalı olmasına dair tələblərinə əməl edərək Kamalov Cəmil İman oğluna CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun əməlinin CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərər çəkmiş Məmmədov Rəşad Mikayıl oğlu ilə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlu barəsində hökm çıxarılarkən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onun zərər çəkmiş şəxslə barışması və dəymiş ziyanı ödəməsi cinayət qanunu müddəalarına əsasən məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, ərizə ilə müraciət edərək Şirinov Bəybala Rəhman oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun məhkəməyə təqdim etdiyi eyni tarixli ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlu ilə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. 398.1.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, apellyasiya şikayətindən imtina etməsi ilə bağlı zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlunun apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)-636/2022 saylı hökmü Kamalov Cəmil İman oğluna CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, müvafiq məhkəmə hökmünün qəbul olunmasından sonra təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından birinci instansiya məhkəməsinin hökmü ona aid hissədə ləğv edilməklə, təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun zərər çəkmiş şəxslə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun barəsində CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun cinayət məsuliyyətindən azad olunması qərarına gəlindiyi üçün CPM-in 175-ci maddəsinin tələbləri nəzərə alınmalı və təqsirləndirilən şəxs Şirinov Bəybala Rəhman oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Kamalov Cəmil İman oğlunun və Şirinov Bəybala Rəhman oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1, 398.1.3 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Apellyasiya protesti təmin edilməsin. Apellyasiya şikayətindən imtina etməsi ilə bağlı zərər çəkmiş şəxs Məmmədov Rəşad Mikayıl oğlunun apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)- 636/2022 saylı hökmü Kamalov Cəmil İman oğluna CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)- 636/2022 saylı hökmü Şirinov Bəybala Rəhman oğlunun CM-in 128-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilsin. Şirinov Bəybala Rəhman oğlu CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Şirinov Bəybala Rəhman oğlunun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Salmanov Elnur Nizami oğlu tərəfindən Şirinov Bəybala Rəhman oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) saat üçün 150 (yüz əlli) manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məmmədova Günel Mehman qızı tərəfindən Kamalov Cəmil İman oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) saat üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Hakimlər Elbəy Allahverdiyev (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov