Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2164/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X7 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 1(101)-1611/2024 saylı hökmü ilə (hakim Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə) xx xxxxxx 1986-cı il tarixdə Ermənistan SSR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “Sea Breeze”də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlərin tətbiq edilməsi, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: Birinci instansiya məhkəməsin hökmünə əsasən Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 17,421 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığınadək qanunsuz daşımış, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 27 yanvar 2024-cü il tarixdə, saat 12.10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq üzərində keçirilmiş baxış zamanı əynində olan şalvarının sol yan cibindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə 17,421 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 1(101)-1611/2024 saylı hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X9 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı X14 şahid qismində dindirilməsinə baxmayaraq, istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında şahid qismində yalnız Şahid adı qeyd edilmişdir. Halbuki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları birinci olaraq Şəmkir rayonundan qonaq gəlmiş istintaq orqanı tərəfindən axtarışda olan X10 Təqsirləndirilən şəxs həyat yoldaşı ilə kirayə qaldığı evdə tutmuş, bundan sonra isə onun iş yerində saxlayaraq kirayə qaldığı evə gətirib, oradan da, idarəyə aparmışlar. Lakin istintaq orqanı tərəfindən verilmiş ittihamda ilkin olaraq Təqsirləndirilən şəxs saxlanılması daha sonra onun yaşadığı evə baxış keçirən zaman Pərvin Əsgərovun saxlanılması qeyd edilmişdir. Məhkəmə iclasında isə şahid qismində ifadə verən Şahid dövlət ittihamçısının ona verdiyi suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman müdafiəçi ilə təmin olunmayıb, yalnız idarəyə qayıtdıqdan sonra müdafiəçinin iştirakı təmin edilib. Hesab edir ki, bu hal müdafiə hüuqunun pozulması kimi qiymətləndirilməli, həmçinin təqsirləndirlən şəxsin ifadəsi ilə ittiham aktında qeyd edilənlər ziddiyyət təşkil etdiyi üçün cinayət işində adı keçən şəxslərdən Təqsirləndirilən şəxs həyat yoldaşı X14 və hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun icraatında olan cinayət işində təqsirləndirilən şəxs X15 məhkəmə iclasına dəvət edilərək şahid qismində ifadə verməlidir. Bundan başqa hesab edir ki, Təqsirləndirilən şəxs izahatı ilə ziddiyət təşkil edən ittiham aktında qeyd edilənlərlə bağlı, yəni Pərvin Əsgərovun özünə xəsarət yetirdikdən sonra onun Sabunçu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qeyd edilən halların araşdırılması üçün 27 yanvar 2024-cü il tarixdə və saat neçədə kimin müraciəti əsasında Təcili və X8 Stansiyasının 14 saylı Bölməsinin işçilərinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi M.Mirqasımov küçəsində yerləşən fərdi yaşayış evinə gəlməsini və X21 saat neçədə Sabunçu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə ətraflı məlumat verməsi üçün Sabunçu rayon Mərkəzi Xəstəxanasına sorğu göndərilməlidir. Lakin bütün bunlarla bağlı birinci instansiya məhkəməsində işə baxılarkən vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və ya hər hansı bir şəxsə həmin narkotik vasitəni satmasını konkret olaraq təsdiq edəcək sübutlar deyil, dolayı sübut olan Təqsirləndirilən şəxs biri İran vətandaşı olan digəri isə başqa şəslə olan “Whatsapp” yazışmalarını təqdim edərək Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli olması qənatinə gəlmişdir. Halbuki, həmin “Whatsapp” yazışmalarında narkotik vasitə ilə bağlı yazışmalar olsa da, konkret olaraq Təqsirləndirilən şəxs sonradan həmin şəxslərlə görüşüb onlara yazışmalarda qeyd olunan narkotik vasitəni satması və yaxud onlar arasında həmin narkotik vasitəsinin satışı ilə bağlı bank hesabına kart vasitəsi ilə və ya nağd şəkildə ödənişlər edilməsini təsdiq edəcək sənədlər və ya bu halı təsdiq edəcək şahid ifadələri iş materiallarına əlavə edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə yalnız bir şahid ifadəsi əsasında verilmiş ittiham üzrə müdafiə etdiyi şəxsi təqsirli hesab edərək onun barəsində ittiham hökmü qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli оlmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq оlunmalıdır. Məhkəmə şəxsin törətdiyi istinad edilən əməl üzrə kifayət qədər sübutun olmadığını nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü ləğv edərək, bəraət hökmü çıxarmalıdır. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi X5 məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X11 bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmişdir. Belə ki, onun ibtidai istintaq zamanı öz əməlini etiraf etməsi, iş üzrə şahidlərin ifadələri, eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videogörüntülərdən göründüyü kimi, onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi, bükümlərə bölünməsi həmin narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edir. Eləcə də, Təqsirləndirilən şəxs mobil telefonuna göndərilmiş sms mətnləri də narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini sübut edir. Təqsirləndirilən şəxs işgəncəyə məruz qalaraq etirafedici ifadə verməsi məsələsinə gəldikdə isə, bu məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ədalətli, qanuni və əsaslıdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçiləçisinin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyi və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə bir bükümdə narkotik onun sol cibinə qoyulmuş, həyat yoldaşı və uşaqları ilə hədələnmiş, hədələrlə boynuna götürmək tələb olunmuş, nəyi necə demək ona tapşırılmış, o da deyilənləri, yəni zibil qabının dibindən tapdığını demiş və bir bükümdə narkotiki çıxarıb onlara vermişdir. Polis tərəfindən qabağına şərt qoyulmuş, lakin ona qarşı fiziki zorakılıq olmamışdır. Onun istifadəsində ***-***-**-** mobil nömrə olmuş, kontaktında 2 xarici nömrə olmuşdur. Ona “Whatsapp”la tərəzinin üstündə nəşə şəkili atılmış, səbəbini və kim tərəfindən atıldığını bilməmişdir. Kontaktında olan digər xarıcı nömrə Gürcüstandan olan tanışının nömrəsi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları Şahid, X12, X17 və X4 eyniməzmunlu ifadələrindən və cinayət işinin materiallarında olan 27 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə, saat 12.10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində inşa edilməkdə olan “Sea Breeze” yaşayış sahəsinin yaxınlığında saxlanılmış, saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış prosesində sonuncu əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəni çıxarıb təqdim etmişdir. Təqdim olunan bir bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəyə baxış keçirilmiş, sonra boş zərfdə qablaşdırılmış, imzalarla təsdiqlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə şübhəli maddə ilə bağlı izah verib, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Sabunçu rayonu ərazisində Bilgəh yolunun kənarından tapdığını, həmin maddəni "şüşə" olaraq bildiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk həmin protokola əlavə edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş cinayət işinin materiallarında olan: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə şübhəli maddə ilə bağlı izah verib, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Sabunçu rayonu ərazisində Bilgəh yolunun kənarından tapdığını, həmin maddəni "şüşə" olaraq bildiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin yükləndiyi həmin 01 ədəd CD formatlı diskə yüklənmiş videogörüntülərlə şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 27 yanvar 2024-cü il tarixli protokolun məzmunu ilə üst-üstə düşdüyü və ziddiyyətlərin müəyyən edilmədiyi müəyyən edilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 07 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuş, təqsirləndirilən şəxs və ya müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının 28 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/681 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə olan şübhəlim maddə ağ rəngli kristallik hissəciklərdən ibarət olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və təmiz çəkisi 17,421 qram təşkil edir. Qeyd olunan psixotrop maddə metamfetaminin tədqiqat sərfiyyatından sonra 17,321 qram hissəsi qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB tərəfindən verilmiş məhkəmə-kimyəviBundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan daha bir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli, 457/K nömrəli rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2024-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəydən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC(+) aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, 1 ildir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. İbtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 31 yanvar 2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 17,321 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanarkən üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +**********59 və +**********43 saylı mobil nömrələrlə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə bağlı danışıqlarında və sms yazışmalarında «patı», «gül», «dərman» kimi şifrəli danışıqların, tez-tez İİR mobil operatorla aparılan danışıqlarda və yazışmalarda «ağa» deyə müraciətlər və çoxsaylı video materiallar və foto şəkillər olduğu müəyyən edilmişdir. Qeyd olunan foto şəkllər birbaşa mobil telefondan çəkilməklə iş materiallarına əlavə edilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 07 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 5(005)- 302/2024 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 27 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və apellyasiya icraatı zamanı müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmə hərəkətlərini əks etdirən disk, ekspert rəyi, maddi sübutlarla və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Bundan başqa apellyasiya şikayətində təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış zamanı, eləcə də ifadələri aldatma və hədə-qorxu ilə alınması bildirilsə də, məhkəmə kollegiyası bildirir ki, işgəncəyə məruz qalaraq etirafedici ifadə vermə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə işin halları ilə bağlı ətraflı ifadə vermiş, hadisəni və onun törədilmə hallarını təfərrüatı ilə izah etmiş və qeyd edilən prosessual hərəkətlərin etibarsızlığı məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsi ilə bağlı apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi ilə bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər 234.4.3-cü maddəsinə əsasən külli miqdarda törədilməsi cinayətini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməsi və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 1(101)-1611/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il, 1(101)-1611/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 11 (on) saat üçün cəmi 66 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-2164/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2164/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver