Məhkəmə qərarları › İş №1(103)-217/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-217/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-217/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(011)- 317/2022 saylı hökmü ilə (sədrlik edən hakim X9) xx xxxxxx 1993-cü ildə Masallı rayonunun Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalından azad edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq narkotik vasitə satmış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq iki ədəd bükümdə 0,652 qram və 0,679 qram olmaqla, ümumi təmiz çəkisi 1,331 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və 06 aprel 2022-ci il tarixdə bir bükümdə 0,652 qram narkotik vasitəni 15 manat pul müqabilində tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Gəncə prospekti, 81 ünvanda yerləşən binanın yaxınlığında saxlanılıb G.Şıxlinski küçəsi, 49 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və onun həmin maddələrlə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir: qeyd olunmalıdır ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən və barəsində ittiham hökmünün çıxarılmasına kifayət edən subutlara əhəmiyyət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmasına kifayət etdiyi halda məhkəmə onun barəsində bəraət hökmü çıxarmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə protokolu tərtib olunarkən, ilkin izahatı, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən təqsirini etiraf etmiş, qeyd olunan xüsusatla və həmin narkotik vasitənin əldə edildiyi mənbə ilə, həmçinin Şahid3 narkotik vasitə satması ilə əlaqədar ardıcıl və tamamlayıcı ifadələr vermişdir (iş v/28-29, 31,45-47, 65-67). Həmçinin, iş materiallarında olan Təqsirləndirilən şəxs və Şahid3 xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid3 narkotik vasitə satdığını, Şahid3 da həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bir daha bildirmiş, protokolda qeyd olunanlar şübhəli şəxslər və onların hər ikisinin müdafiəçisinin imzaları ilə təsdiqlənmişdir (iş v/48-51). Təqsirləndirilən şəxs tutulduğu vaxtdan xeyli müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə yeni məzmunda ittiham elan edildikdə ona verilmiş ittihamda bir daha özünü təqsirli bilərək, saxlanarkən üzərində narkotik vasitə olduğunu, həmçinin Şahid3 da narkotik vasitə satdığını göstərmişdir (iş v/147-149) Bundan başqa Ş A.Sabirzadə və onun ibtidai istintaq zamanı müdafiəçisi istintaq zamanı tərtib olunmuş dindirmə protokollarını, ekspertiza rəyləri ilə tanış olma protokollarını və cinayət işinin materialları ilə tanış olma protokollarını təsdiqedici qeydlər aparmaqla imzalamışlar. Təqsirləndirilən şəxs barəsində istintaq edilmiş cinayət işinin qeyri-obyektiv istintaq edilməsi və ona istintaq zamanı təsir və təzyiq göstərilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. İş materiallarından aydın olur ki. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirildikdən dərhal sonra müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tərtib olunmuş müvafiq protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmış, hər hansı vəsatət və etiraz olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 2348 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstə iyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (iş v/104-105). İbtidai istintaq zamanı və məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılması və onun üzərində narkotik vasitə aşkar edilməsi ilə bağlı xüsusatları göstərmişlər (iş v/108-115). Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrlə baraət verərkən, həmçinin Şahid3 məhkəmə baxışında verdiyi ifadələrə əsaslanmışdı. Halbuki, Şahid3 özünün CM-nin 234.1-ci maddəsi il məhkum edilməsinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci ii tarixli hökmündən (hakim Fərid Yaqubov) görünür ki, təqsirləndirilən şəxs Şahid3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, "06 aprel 2022-ci il tarixdə, günorta saatlarında Şamxal ilə onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı, Şamxalın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmişdir. Şamxal da narkotik vasitəni pulla aldığını bildirib, satdığını demişdir. O. Şamxala 15 manat pulunun olduğunu bildirmiş və həmin pulu sonuncuya verərək, bir ədəd büküm almışdır. Bükümü açıb baxdıqda, içərisində narkotik vasitə heroin olmuşdur ."Hazırkı cinayət işi üzrə Şahid3 təkrar dindirilərkən tərəfimdən verilən suallara cavab olaraq barəsində olan məhkəmə hökmünü aldığını, lakin, hökmdə qeyd olunan ifadəsini mübahisələndirmədiyini və bununla bağlı şikayət etmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə Şahid3 məhkum edildiyi cinayət işi üzrə açıq məhkəmə iclasında verdiyi ifadəsini deyil, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs və onun yaxın qohumlarının iştirak etdiyi, bu amillərə görə təsir altında olmaqla verdiyi ifadəsini əsas götürmüşdür. Hökmdən bəraət almış şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya protestinə qarşı bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 yazılı etiraz verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmündən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Etirazın dəlilləri qismində aşağıdakılar göstərilmişdir: hüquqlarını müdafiə etdiyim şəxs Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2023-cü il tarixdə, yəni bu günkü tarixdə baxılan məhkəmə iclası artıq dördüncü məhkəmə iclasıdır. Əlavə olaraq bildirim ki. Təqsirləndirilən şəxs məhkəmə iclası məhkəmə istintaqı ilə aparılmamışdır və bununla bağlı prokurorun məhkəmə iclasları zamanı heç bir vəsatəti də olmamışdır. Bu səbəbdən məhkəmə iclaslarının mütamadi olaraq, növbəti məhkəmə iclaslarına təxirə salınmasının heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli. 1(101)-317/2022 saylı qərarı hakim tərəfindən tam və hərtərəfli araşdırılaraq əsaslandırılmış, bütün faktiki sübutlar məhkəmə istintaqı zamanı araşdırılmışdır, bununla bağlı bir neçə məhkəmə iclasları da keçirilmiş, şahid ifadələri alınmışdır. AR CPM-nin müddəalarına əsasən, hakim yalnız məhkəmə istintaqı zamanı araşdırılan sübutlara əsaslana bilər. Prokuror isə Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqı deyil, ibtidai istintaq zamanı guya müəyyən etdiyi sübutlara əsaslanaraq vəsatət vermiş və məhkəmə icalsı yenidən təxirə salınmışdır, halbuki prokuror məhz Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından apellyasiya protesti vermişdir. Əlavə olaraq bildirim ki, hüquqlarını müdafiə etdiyim şəxs Təqsirləndirilən şəxs qeyd edilən ittihamlarla bağh ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Əvvəllər məhkum da edilməmişdir. Görünür ki, prokuror protest yazarkən də işə səthi yanaşmışdır. Məhz bu səbəblərdən hesab edirəm ki, prokuror Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tamamilə əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X6 məhkəmə çıxışında apellyasiya protestini müdafiə edərək təmin edilməsini, protestdə göstərilən əsaslarla iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı bəraət hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək cinayət qanunvericiliyin normalarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlillərinin tamamilə əsassız olduğunu göstərərək təmin edilməməsini, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı bəraət hökmünün qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanımasını xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 məhkəmə çıxışında apellyasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra kobud prosessual pozuntulara yol verilmiş və və bu qədər ciddi pozuntular mövcud olduğu halda istintaq orqanı tərəfindən təqdim olunan sübutların mötəbərliyi kifayət qədər şübhəli olmaqla belə sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham elan edilməsi və həmin ittiham əsasında hazırda barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir, bu, milli və beynəlxalq hüquqa ziddir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamla heç bir əlaqəsi yoxdur və onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından apellyasiya protestinin təmin olunmamasını, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı bəraət almış və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə bəraət almış və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını bəraət almış və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmünün ləğv edilməsi və onun həmin maddələrlə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, ibtidai istintaq zamanı və birini instansiya məhkəməsində məhkəmə baxışı zamanı qiymətləndirilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, iş üzrə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktaybr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı bəraət hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə, saat 11:00-12:00 radələrində marketə getmək üçün yaşadığı mənzildən çıxmış, həyətlərində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən ona qarşı zor tətbiq edərək gəldikləri mülki avtomobilə mindirmişlər. Həmin şəxslərdən biri əvvəldən tanıdığı Xətai Rayon Polis İdarəsinin 35ci Polis Bölməsinin əməliyyatçısı Samir adlı şəxs olmuşdur. Belə ki, bir müddət bundan əvvəl Şahid3 qardaşı bir nəfər şəxsə xəsarət yetirmiş, həmin vaxtda onun günahı olmadığı halda Samir gəlib onu tutmuş və onu həbs etdirəcəyini demiş, daha sonra azad edilmişdir. 06 aprel 2022-ci il tarixdə 35-ci polis bölməsinə aparıldıqdan sonra təxminən saat 12:00 radələrində bölmənin növbətçi hissəsində olan telefon vasitəsi ilə atası Şahid4 istifadəsində olan 070-324-84- 58 möbil nömrəyə zəng etmiş və tutulduğunu bildirmiş, qısa müddət sonra atası bölməyə gəlmiş, onunla görüşmüş, həmin vaxt o, atasına istifadə etdiyi mobil telefonun polis bölməsinin növbətçi hissəsində olduğunu, onu götürməyini xahiş etmişdir. Daha sonra onunla qonşu olan Marat da bölməyə gətirilmiş, bölmədə polis əməkdaşı tərəfindən onlara üç-dörd gün əvvəl Şahid3la birlikdə Xətai rayonu ərazisində yerləşən “Bizim market”-in yaxınlığındakı işıq dirəklərindən on ədəd lampa oğurladıqları üçün tutulduqları bildirilmişdir. Daha sonra onun tanımadığı, lakin Şahid3 tanışı olan şəxsə verdiyi oğurlamış lampaları Samir geri götürərək polis bölməsinə gətirmiş, həmin lampalar sahibinə geri verilərək dəymiş zərər ödənilmişdir. Bundan sonra Samir onlara ya oğurluğu, ya da narkotiki seçməklərini təklif etmiş, onlar oğurluqla bağlı saxlanıldıqlarını bildirdikdə narkotikə görə nəzərdə tutulan cəzanın daha yüngül olduğunu, onları 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini bildirmişdir. Narkotik vasitənin istifadəsi ilə məşğul olsa da, nə Marata, nə də digər birinə narkotik vasitə satmamışdır. Habelə saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, 06 aprel 2022-ci il tarixdə, saat 11:00- 12:00 radələrində saxlanılsa da, axşam saatlarında müdafiəçi gəlmiş, müdafiəçinin iştirakı olmadan ona təhqiqatçı tərəfindən yazılmış izahata imza etdirilmiş, daha sonra axşam saatlarında üzərinə video çəkilişlə baxış keçirilmişdir. O, narkotikdən istifadə etmədiyindən vəziyyəti pis olmuş, bu səbəbdən üzərlərinə video çəkiliş keçirilməmişdən əvvəl Samir 35-ci polis bölməsində istifadə etməkləri üçün onlara “kakos” adlı narkotik vasitə vermişdir. O, məcburiyyətdən video çəkiliş zamanı Şahid3 ilə birlikdə gedərək narkotik vasitə alması məzmununda ifadə vermiş, ona video çəkiliş zamanı narkotik vasitəni Marata satdığını dedizdirmək istəsələr də bunu deməmişdir. Onu ilk öncə külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olmağı ilə bağlı ittiham etmək istəsələr də, o, bunu demədiyindən ona video çəkiliş zamanı Samir tərəfindən cibinə qoyulmuş miqdarda narkotik vasitənin ona məxsus olmasını deməsi tapşırılmış, narkotik vasitə istifadə etdiyindən narkotik istifadəçisi kimi rəsmiləşdirilməsinə razılıq vermiş, lakin daha sonra məlumatı olmadan onu narkotik vasitənin satışı ilə bağlı rəsmiləşdirmişlər. Barəsində həbs seçilməsi üçün məhkəməyə gətirilən zaman məhkəmə iclasında hakim ona 234.2-ci maddə ilə də ittiham olunduğunu dedikdən sonra o, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Onlar Maratla birlikdə işıq dirəklərindən oğurluq etmişlər. Bu səbəbdən polis əməkdaşları tərəfindən həyətdən tutularaq polis bölməsinə aparılmışlar. Maratı polis bölməsində aldadaraq sonuncunu narkotik vasitəni ondan alması məzmununda ifadəyə imza etdirmişlər. Marata bunu etmədiyi təqdirdə vəziyyətinin yaxşı olmayacağını demişlər. İbtidai istintaq zamanı o, Maratla heç vaxt üzləşdirilməmiş, həm saxlanılan zaman, həm böləməyə aparılan zaman, həm də bölmədə olan zaman onlara zor tətbiq edərək vurmaqla yanaşı onları təhqir etmişlər. Maratın üzərinə narkotik vasitəni qoyduqdan sonra çəkiliş olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək bildirmişdir ki, bir-iki il ərzində üç-dörd gündən bir narkotik vasitə olan “kakos”-u yandırmaqla çəkmə üsulu ilə istifadə etsə də, hal-hazırda narkotik vasitə istifadə etmir və onun narkotik vasitə aldığı şəxslər həbs edilmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə də bir neçə dəfə narkotik vasitə istifadə etmiş, onlar son dəfə tutulmamışdan bir həftə əvvəl birlikdə narkotik vasitə istifadə etmişlər. Bəzən Şamxal öz istifadəsi üçün narkotik vasitə almağa gedəndə Şamxal ilə pullarını cəmləmiş və nəticədə Şamxal onun üçün də narkotik vasitə almış, lakin Şamxal ona narkotik vasitəni kimdən aldığını deməmiş, o, heç vaxt narkotik vasitə almaq üçün Şamxal ilə birlikdə getməmişdir. Həmçinin Şamxal heç vaxt ona narkotik vasitə satmamış, onun üçün narkotik vasitə aldığı zaman qeyd etdiyi qaydada almışdır. 06 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvanda tutularaq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə aparılmış, polis şöbəsinə çatanda qonşusu olan Təqsirləndirilən şəxs artıq şöbədə olduğunu görmüşdür. Samir adlı polis əməkdaşı onları yaşadıqları ünvanın yaxınlığından Şamxal ilə birlikdə işıq dirəklərindən on ədəd lampa oğurladıqlarına görə tutmuşdur. Daha sonra onları qorxudaraq oğurluqla rəsmiləşdiriləcəkləri təqdirdə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcəkləri deyilmiş və bu səbəbdən narkotiklə bağlı maddə ilə rəsmiləşdirilməkləri təklif edilmiş, onlar bu səbəbdən qorxaraq polis əməkdaşlarının bu təklifini qəbul etmişlər. 06 aprel 2022-ci il tarixdə tutularaq polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə olmasa da, 35-ci polis bölməsində həm onun, həm də Şamxalın cibinə narkotik vasitə qoyulmuşdur. Bundan sonra video çəkiliş keçirilərkən narkotik vasitəni Şamxaldan aldığını və həmin ifadəsini məhkəmədə təsdiqləməyi tələb edilmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edildiyindən və daha ağır ittihamla cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı hədələndiyindən o, məcbur olaraq video çəkiliş zamanı bu məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı onun adından yazılmış ifadəni gözündə “katarakta” xəstəliyi olduğundan və sol gözü görmədiyindən oxuya bilməmiş, müdafiəçisi ifadəni imzalamağını dediyindən ifadəni oxumadan imzalamışdır. O, ifadəsində nə yazıldığından məlumatsız olmuşdur. İfadəyə görə narkotik vasitəni Təqsirləndirilən şəxs almış və bunun qarşılığında ona pul vermişdir. Lakin elə bir hal olmamış, onlar pullarını cəmlədikdən sonra Şamxal birlikdə istifadə etmək üçün narkotik vasitə almışdır. Lakin bölmədə olan zaman nə onun, nə də Şamxalın üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı o, Şamxal ilə üzləşdirilməmiş, o, Şamxalı son dəfə 35- ci polis bölməsində görmüşdür. Onlara istifadəçi kimi ittiham olunacaqları deyilmiş, onu stifadəçi kimi rəsmiləşdirsələr də, Şamxalı 234.2-ci maddə ilə də məsuliyyətə cəlb etmişlər. Bunun səbəbi polis əməkdaşlarının Şamxala qarşı qərəzlərinin olmasıdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı yenidən dindirilərkən Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun barəsində olan cinayət işi üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik alması məzmununda ifadə vermədiyini, onun barəsində çıxarılmış hökümdə qeyd edilən məhkəmə iclasında verdiyi ifadəni tam təsdiq etmədiyini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs saat 12:02-də istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tutulduğunu və 35-ci polis bölməsinə gəlməsini xahiş etmişdir. O da avtobusla 35-ci polis bölməsinə getmiş, saat 12:38-də artıq bölmənin qarşısında olmuşdur. Ona zəng gələn nömrəyə yenidən zəng etmiş və polis əməkdaşı növbətçi hissəyə yaxınlaşmağını demişdir. Növbətçi hissəyə yaxınlaşmış, polis əməkdaşından icazə alaraq oğlu ilə görüşmüşdür. Həmin vaxt Şamxal ona işıq dirəklərindən lampaların oğurlanması ilə bağlı tutulduqlarını, onun günahının olmadını, oğurluğu Şahid3 etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı onlara yaxınlaşaraq Şamxalın yalan dediyini, hər birinin dəyəri 60 (altmış) manat olan 16 (on altı) ədəd lampanı oğurladığını, oğurluq etməsi kameralar vasitəsilə qeydə alındığını bildirmişdir. Şamxal bunların yalan olduğunu, heç bir kamera görüntüsünün olmadığını demiş, daha sonra Şamxal telefonunun növbətçi hissədə olduğunu bildirərək telefonu götürməyini xahiş etmişdir. O da növbətçi hissəyə yaxınlaşaraq telefonu götürmüş, bu zaman polis əməkdaşı ona Şamxalın ac olduğunu, ona yemək almağını təklif etmiş, o da marketə gedərək yemək alıb Şamxala verərkən artıq Maratın da gətirildiyini görmüş, lakin birinci dəfə Şamxal ilə görüşərkən Marat orada olmamışdır. Həmin vaxt işin kim tərəfindən aparıldığını soruşmuş, ona işin təhqiqatçı Samir tərəfindən aparıldığını, lakin hal-hazırda bölmədə olmadığını, gözləməli olduğunu bildirmişlər. O, bölmənin qarşısında gözləyərkən Samir oraya gəlmiş və telefonla danışaraq kiməsə evindən oğurluq edildiyini deməsi ilə bağlı təkid etmiş, Samir həmin adama “sən mənimlə əməkdaşlıq etmirsən axı, bir zəng nədir ki, onu etmirsən” demişdir. Şamxalı ilk öncə oğurluqla tutmaq istəmişlər. O, Samirə yaxınlaşmış, Samir onunla deyil, yalnız rəislə söhbət etməli olduğunu bildirmişdir. O da həyat yoldaşı ilə rəisin yanına getmiş, rəis onlara müavini ilə görüşməklərini demişdir. Bundan sonra o, yenidən Şamxalın yanına getmiş, Şamxal ilə söhbət edən zaman iki nəfər polis əməkdaşının həyat yoldaşına yaxınlaşaraq heç bir problemin olmadığını, iki ədəd narkotik yazacaqlarını, cərimə ödəyərək həll olacağını dediyini eşitmişdir. O, polis əməkdaşlarına yaxınlaşaraq onların dediklərinə etiraz etmiş, Şamxalın oğurluqla tutulduğunu bildirmişdir. Bu zaman Şamxal ona artıq Maratı narkotiklə rəsmiləşdirdiklərini, onları şərləmək istədiklərini bildirmişdir. Bu səbəbdən o, müavinə yaxınlaşmış, müavin ona heç bir problemin olmadığını, işin ona yeni daxil olduğunu bildirərək səhər gəlməyini demiş, o, səhər polis bölməsinə getmiş, lakin Şamxalın artıq polis idarəsinə aparıldığını görmüşdür. Polis İdarəsinə gedərək müstəntiq Rövşən Xanbabayevlə görüşmüş, müstəntiq ona Şamxalın narkotiklə bağlı saxlanıldığını bildirmişdir. Cinayət işi ümumiyyətlə düzgün araşdırmamış, Şamxalın narkotiki aldığı adam kimi adı qeyd edilən Tuhid adlı şəxs iki il əvvəl həbs edilmişdir. O, prokurorun qəbulunda olarkən bunu dedikdən sonra işdə olan sənədləri düzəltmişlər. İş materiallarında Marata narkotik vasitəni satdığı kimi qeyd etdikləri vaxt Şamxal həbsdə olmuş, bu fiziki olaraq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin məsul növbətçisi Şahid5 bildirmişdir ki, o, 35-ci polis bölməsində məsul növbətçi vəzifəsində işləyir. 06 aprel 2022- ci il tarixdə polis bölməsində növbədə olarkən üzdən tanıdığı Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, lakin saat neçə olduğunu xatırlamır. Qeydiyyat kitabında Təqsirləndirilən şəxs gətirilmə vaxtı 19:25 radələri kimi qeyd edilmişdir. Polis bölməsinin bir neçə telefon nömrəsi mövcutdur. Həmçinin ***-**- ** saylı nömrədə 35-ci polis bölməsinə məxsus olmaqla növbətçi hissədə fəaliyyət göstərir. Növbətçi hissəyə məxsus olan nömrədən polis bölməsinin digər polis əməkdaşlarıda zəng edir və onlar buna müdaxilə etmir. Ola bilər ki, hər hansısa əməliyyat tapşırığı ilə bağlı kiməsə zəng edilib, amma onun bununla bağlı məlumatı yoxdur və onun tərəfindən təqsirləndirilən şəxsin atasına zəng edilməmiş, təqsirləndirilən şəxs tərəfindən növbətçi hissədə olan telefonla atasına zəng etməsini xatırlamır. Eyni zamanda təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun atasına verilməsini xatırlamır, adətən telefonu müstəntiqə göndərirlər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin növbətçi köməkçisi Şahid6 digər şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin məsul növbətçisi Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmiş və əlavə olaraq 2018-ci ildən 35-ci polis bölməsində növbətçi köməkçisi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs tanımadığını, onun polis bölməsinə gətirildiyi gün növbətçi olsa da, Təqsirləndirilən şəxs oraya gətirilməsini xatırlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat almış, həmin məlumatın yoxlanılması üçün əməliyyat tədbiri həyata keçirilmiş və deyilən əlamətlərə uyğun gələn şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. Bölmədə olan zaman müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni Tohid adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin həmin gün X10 da onun iştirakı ilə tutularaq polis bölməsinə gətirilmişdir. İlk öncə Marat tutulmuş, sonuncu narkotik vasitəni Şamxaldan aldığını bildirmiş, bundan sonra Şamxal da tutulmuşdur. Marat dindirilərkən Şamxala on beş manat verdiyini, Şamxalın da narkotik vasitə alaraq gətirib ona verdiyini bildirmişdir. Şamxal dindirilərkən Maratın ona pul verdiyini, o da Tohid adlı şəxsdən narkotik vasitəni alaraq gətirib Marata verdiyini bildirmiş, həmin vaxt Tohid adlı şəxsin şəxsiyyətini müəyyən edə bilməmişlər, lakin sonradan həmin şəxsin saxlanıldığı barədə məlumat almışlar. Onun əvvəllər Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı və ya ədavəti olmamış, Maratın qardaşı Şamxal ilə birlikdə narkotik vasitə istifadə etmişlər və həmin şəxs cinayət törətdiyindən hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Marat da Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitədən istifadə etmiş və onun təsiri altında olan zaman bir çox cinayətlər törətməyə cəhd etmişdir. Bu faktlar onlar tərəfindən aşkar edilmişdir. Marat Təqsirləndirilən şəxs təsiri altında olduğundan və sonuncudan qorxduğundan ona qarşı olan ifadəsini dəyişmişdir. Marat və Təqsirləndirilən şəxs oğurluq faktı ilə bağlı saxlanılmamış, o, heç kəsin cibinə narkotik vasitə qoymamış, onlar narkotik vasitə ilə bağlı saxlanılaraq rəsmiləşdirilmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan üç-dörd ay keçdiyindən hansı saat saxlanıldığını xatırlamır, iş materiallarına bununla bağlı sənədlər əlavə edilmiş və həmin sənədləri təsdiq edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 digər şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmiş və əlavə olaraq Marat və Şamxala onlar tərəfindən heç bir təzyiq, təsir və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır (İ cild i.v. 1-3); İş materiallarında olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (İ cild i.v. 5); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 17); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi polis kiçik serjantı X1, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellefona bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddəni təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə hazırda məhkum olunan Tohid adlı tanışından ümumilikdə 15 (on beş) manat pul müqabilində özünün və tanışı Maratın birlikdə istifadə etməsi üçün almasını, 06 aprel 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə ümumi çəkisi 0.83 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (İ cild i.v. 28-29); İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2022-ci il tarixli 6/1910 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Vətəndaş... Şahid3 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,652 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayacan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (İ cild i.v. 36-40); İş materiallarında olan Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 tərəfindən tərtib edilmiş 07 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid3 qarşısında oturmuş Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə günorta saatlarında Şamxal ilə onun yaşadığı evin yaxınlığında görüşmüş, söhbət zamanı Şamxalın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmiş, Şamxal da narkotik vasitəni pulla aldığını bildirib satdığını demiş, Şamxala 15 manat pulunun olduğunu bildirmiş və pulu ona verərək bir büküm almış, bükümü açıb içərisində narkotik vasitə heroin görmüşdür. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid3 onun üzünə qarşı göstərdikləri ilə razılaşmış və bildirmişdir ki, 03 aprel 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitə satan şəxs kimi tanıdığı və narkotik vasitə aldığı Tohid adlı şəxs ilə xatırlamadığı yerdə birlikdə olmuşlar, Tohid adlı şəxsdən bir qramını 15 manatdan iki ədəd bükümdə narkotik vasitə heroin almış, narkotik vasitəni şəxsi istifadəsi üçün almış və şalvarının cibinə qoymuş, 06 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında Marat ilə görüşmüş, söhbət zaman sonuncu narkotik vasitə istifadə etməsini demiş, Marata üzərində narkotik vasitə olmasını dedikdə sonuncu narkotik vasitə istəmiş, Marata bildirmişdir ki, narkotik vasitəni pulla bir qramını 15 manatdan almış, bundan sonra Marat 15 manat pul vermiş və bir ədəd bükümü sonuncuya verərək satmışdır (İ cild i.v. 48-51); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (İ cild i.v. 56); İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır (İ cild i.v. 74-75); İş materiallarında olan diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdəki görüntüdə Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşları vardır, həmin polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilidir, qarşıda olan stulda 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş və sellofanda qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə məhkum olunan “Tohid” adlı tanışından 15 manat pul müqabilində özünün və tanışı “Marat” adlı şəxsin istifadə etməsi üçün almışdır. Həmin sellofan torba elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.83 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (İ cild i.v. 79-80); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir və barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi vardır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild i.v. 86-87); İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq qalmış 0,629 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır (İ cild i.v. 120-134); İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (İ cild i.v. 136- 137); İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X8 Məsuliyyətli Cəmiyyətinin 105-1-7/3795-22 nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı telefon nömrəsi Bakı şəhər Xətai Rayon İdarəsinin 35-ci Polis Bölməsinə məxsusdur və General Ə.Şıxlinski küçəsi, ev 49A ünvanında işləyir (İİ cild i.v. 187); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin ********* nömrəli, 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə istintaq davam etdirilir; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 101-318/22 nömrəli, 25 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, 06 aprel 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin növbətçi hissəsində xidmət aparan məsul növbətçi polis kapitanı Şahid5 Elşən oğlu və onun köməkçisi Şahid6 olmuşdur; İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-317/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, şahid qismində dindirilmiş Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) habelə, mesaj mətnləri barədə məlumatlar və xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək həmin nömrələrin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; 29 iyul 2022-ci il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:46 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39 antenna dairəsinin əhatəsində olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-317/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) habelə, həmin nömrənin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; Daxil olan anten dairələri barədə məlumatlardan və müştəri zənglərinin detallaşması çıxarışından görünür ki, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:38 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39A antenna dairəsinin əhatəsində olmuşdur və saat 12:02-də Şahid4 qeyd edilən nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edilmişdir. Birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən aşağıdakı nəticələrə gəlmişdir: -istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. -Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Xətai RPİnin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 81 ünvanda yerləşən binanın yaxınlığında saxlanılaraq ünvan 7 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Şahid3 və əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 35- ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:20-da tutulmuşdur. - Şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa saat 20:05-də başlanmış və şəxsi axtarış saat 20:14-də qurtarmışdır. Halbuki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 12:02-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 12:38də Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus olan ***-***-**-** saylı mobil nömrəyə, zənglər daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs atası Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində 06 aprel 2022-ci il tarixdə saat 12:02-də 35-ci Polis Bölməsinə bölməsinə məxsus nömrədən ona zəng gələrkən onunla oğlu Təqsirləndirilən şəxs danışdığını bildirmiş, qeyd edilən hal məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, şübhəli şəxsin tutulması haqqında protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:45-də Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasında tutulması göstərilsə də, əldə edilmiş çıxarışlardan görünür ki, həm Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin, həm də atası Şahid4 istifadəsində olan 070-324- 84-58 saylı mobil nömrənin anten dairələri həmin tarixdə saat 12:38 və 12:46 radələrində ünvan 9 ünvanı kimi (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:46 radələrində Xətai rayonu, General Şıxlinski küçəsi, 39 (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:38 radələrindən başlayaraq 14:34 radələrinədək Xətai rayonu, General Şıxlinski küçəsi, 39 (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs və şahidlər Şahid3, Şahid4 ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11-12 aralığında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81 ünvanının qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparılmasına baxmayaraq, onun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 20:05-də, yəni şübhəli şəxsin tutulmasından xeyli müddət keçdikdən sonra başlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrəyə oğlu Təqsirləndirilən şəxs tutulmadığı təqdirdə xx.xx.2022-ci il tarixdə, saat 12:02-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus ***-***-**-** nömrəsindən zəng edilməsi heç bir məntiqə sığmır və zəngin səbəbinə məhkəmə iclasında şahid qismində dindirilmiş nömrənin fəaliyyət göstərdiyi 35-ci polis bölməsinin növbətçi hissəsinin məsul növbətçisi, həmçinin növbətçi köməkçisi tərəfindən ağlabatan hər-hansı izah verilə bilməmişdir. Eyni zamanda iş materiallarına olan ibtidai istintaq zamanı alınmış Şahid3 ifadəsində Təqsirləndirilən şəxs ilə 06 aprel 2022-ci il tarixdə günorta saatlarında sonuncunun yaşadığı evin yaxınlığında görüşdüklərini, söhbət zamanı Şamxalın üzərində narkotik vasitə olmasını öyrəndiyini və ondan narkotik vasitə istədiyini, Şamxalında ona narkotik vasitəni pulla aldığını bildirərək pulla satdığını dediyini, o da, Şamxala 15 (on beş) manat pulunun olduğunu bildirərək həmin pulu ona verərək bir ədəd büküm aldığını, bükümü açıb içərisinə baxdıqda bükümün içində heroin olduğu bildirməsi göstərilmişdir. Lakin Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri həmin tarixdə saat 10:52-dən başlayaraq ünvan 11 ünvanı kimi müəyyən olunmuşdur. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında bir neçə saatdan çox vaxtın keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Apellyasiya protestində əsas dəlil kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı guya ittiham üzrə “etirafedici” ifadə verməsinə istinad olunmuşdur. İttiham aktını cinayət işinin digər materialları ilə müqayisə edildikdə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ehtimal olunan cinayətin törədilməsi yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri ilə əsaslandırmağa çalışmış, lakin nəzərdən qaçırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə hətta öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırki iş üzrə isə göründüyü kimi bəraət almış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi “etirafedici” ifadəsi iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla təkzib edilməklə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən bəraət hökmündə cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına tam riayət edilməsini təmin etmiş, bütün yuxarıda qeyd edilən ümumilikdə götürüdükdə, məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini tələb edən prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs bəraət vermişdir. Məhəmə kollegiyası hesab edir ki, tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş “hadisələr” əsasında tərtib edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini aradan qaldıraraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, verilmiş apellyasiya prtotesi əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar