Məhkəmə qərarları › İş №1(103)-218/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-218/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-218/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Fərid Qələmşah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4, 234.4.3, 263- 1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Rasim Sadıxov və Azər Paşayev) 12 avqust 1989-cu ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivi, ev 19, mənzil 5-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 180.2.4 –cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 9 avqust 2021-ci il tarixdən hesablanmaqla, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhərində sürücülük hüququ olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi «Mersedes Benz» markalı Az **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə metronun «Neftçilər» stansiyası istiqamətində avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, o, diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, öz hərəkəti ilə digər yol hərəkəti iştirakçılarına zərər vurmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək diqqətsizlik edib yolu onun hərəkət istiqaməti boyunca soldan-sağa doğru keçmək istəyən piyada X2 vuraraq ehtiyatsızlıqdan ona sol daban sümüyünün sınığı ilə müşayiət olunan sol bayır topuq arxası nahiyyənin əzilmiş yarasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət yetirmiş və yolnəqliyyat hadisəsini törətdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, Fəridə Xammədovaya yardım göstərmədən və hadisə haqqında Azərbaycan Respublikasının müvafiq orqanlarına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa o, 04 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs1 «Wolksvagen Beettle» markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşınında olan zaman, Zərərçəkmiş şəxs1 mobil telefonla danışmaq üçün avtomaşından düşməsindən istifadə edərək özgənin əmlakını talamaq məqsədilə avtomaşının salonunda olan sonuncuya məxsus içərisində 1200 manat pul və "xxxx" Bank ASC-yə aid Zərərçəkmiş şəxs1 adına verilmiş **********427403 seriya nömrəli kart olan 30 manat qiymətində pul qabını götürüb ələ keçirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 avtomaşına qayıdaraq əmlakının götürüldüyünü aşkar edib geri qaytarılması tələbinə məhəl qoymayaraq, niyyətini davam etdirməklə avtomaşından düşüb kənarda saxladığı özünə məxsus «Mersedes-Benz» markalı Az **-EX-*** dövlət qeydiyyat nişanlı avtomaşına minərək hadisə yerindən uzaqlaşmaq istərkən əmlakının qaytarılmasını tələb edən Zərərçəkmiş şəxs1 əvvəlcə itələmiş, sonra sonuncunun avtomobilin qapı dirəyindən tutduğunu görərək avtomobili irəli sürməklə zor tətbiq edib sonuncunu bir neçə metr sürüyərək sağ və sol dirsək nahiyyələrinin, mil saidin arxa səthinin və sol ayaq pəncəsinin ön səthinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əmlakını açıq talayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 1230 (min iki yüz otuz) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, başqa mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, yəni 5,824 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq, saxlamış, 09 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 əmlakının açıq talanması faktı üzrə aparılan araşdırma ilə əlaqədar Nizami RPİ-n o, 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 04:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda, yəni 3,177 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən "xxxx" Bank ASC-yə aid Zərərçəkmiş şəxs1 adına verilmiş **********427403 seriya nömrəli kart, 24-cü PŞ-nin həyətində isə idarə etdiyi «Mersedes-Benz» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı avtomaşının salonunda olan qoltuqatından ağ rəngli kağızda olan bükümdə üzərində aşkar edilmiş psixotrop maddə - metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda 2,647 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş, üzərində pisxotrop maddə - metamfetaminin izləri olan 4 ədəd kiçik ölçülü borular aşkar edilərək götürülmüşdür. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair 1(101)-460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla Təqsirləndirilən şəxs törətmədiyi və ümumiyyətlə baş verməmiş cinayət əməllərinə görə məsuliyyətə cəlb olunaraq məhkum edilmişdir. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayəti hansı məqsədlə törətməsi müəyyən edilməli və bu təkzibedilməz sübutlarla təsdiqlənməlidir. Lakin nə əməliyyat tədbiri keçirilərkən, nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi bunu müəyyən etməmiş, obyektiv araşdırma aparmayaraq və mötəbər olmayan sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs bu cinayətləri törətməsini təsdiq edən heç bir sübut növü müəyyən olunmamışdır. Bu ittiham ümumiyyətlə qeyri-müəyyən ifadələrdən ibarət olmaqla, reallığı əks etdirmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun adından yazılmış ifadələri təsdiq etmir. Belə ki, həmin ifadələr onun sözləri ilə düzgün yazılmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş və müxtəlif xəsarətlər almışdır, hansı ki, bu xəsarətlərin bəzilərinin izləri onun bədənində bu gün də qalmaqdadır. O, özü isə bu ifadələrə etiraz edən zaman daha da ağır maddələrlə ittiham olunacağı ilə təhdid olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadələrin həqiqət olması hazırkı işin hallan ilə da öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı avto-nəqliyyat hadisə ilə əlaqədar ittiham üzrə zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadələrində və ona verilən suallara cavab olaraq bildirdi ki, qəza baş verən zaman onu vuran avtomobilin dövlət qeydiyyat nişanını və rəngini görməyib, bunun səbəbi isə yolun həmin hissəsinin kifayət qədər işıqlandırılmamasj olub, ancaq buna baxmayaraq kifayət qədər işıqlandırılmayan ərazidə, qaranlıq avtomobilin içərisində olan Təqsirləndirilən şəxsı görüb, həmçinin onun gözlərinin almacıq hissəsinin qızarmış olmasım görüb belə qənaətə gəlmişdir ki, həmin şəxs sərxoş və ya narkotik vasitənin təsiri altındadır onu yadında saxlayıb və hadisənin baş verdiyi müddətdən iiç ay sonra tanınma zamanı Təqsirləndirilən şəxsı tanıyıb. Bu ifadədən göründüyü kimi “zərərçəkmiş şəxs” havanın qaranlıq olması və ərazinin kifayət qədər işıqlandırılmaması səbəbindən bilavasitə onu vuran avtomobilin rəngini və dövlət nömrə nişanını görmədiyi halda avtomobilin içərisində əyləşmiş şəxsi görüb tanımış, hətta onun gözünün içərisinin qırmızı olmasını belə görmüşdür. İfadənin bu hissəsi zərərçəkmiş şəxsin istiqamətləndirilmiş və yalan ifadə verməsini sübuta yetirir. Belə ki, zərərçəkmiş şəxs avtomobilin dövlət qeydiyyat nişanını və ya modeli məlum olduğu halda rəngini belə görmüş olduğu halda istintaq orqanı bu avtomobili müəyyən etməli idi. Lakin hadisədən üç ay keçməsinə baxmayaraq bu hadisəni törədən avtomobil müəyyən edilmədiyi halda Təqsirləndirilən şəxs iddia olunan başqa bir guya soyğunçuluq cinayəti törətməsinə görə saxlanıldıqdan sonra çox müəmmalı bir şəraitdə “məlum olur ki” avtoqəza hadisəsi də Təqsirləndirilən şəxs tərəfindən törədilib. Hesab edirik ki, bu ittihamın saxta olmasını sübuta yetirmək üçün bundan başqa sübuta ehtiyac yoxdur. Digər ittihamlara gəlincə isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi halları (Röyalm Turala borcunun olması) həmin ittiham üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 da təsdiq etdi və bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı iddiasının, tələbinin, şikayətinin olmaması barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (avtomobildən aşkar edilmiş ona məxsus deyil) metamfetamini Zərərçəkmiş şəxs1 məxsus pul qabından götürməsi bir müddət sonra Zərərçəkmiş şəxs1 3-4 kiloqram narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ittiham olunaraq tutulması ilə, həmçinin cinayət İşinin materiallarına əlavə olunmuş onlar arasında olan “sms yazışmalar”m mətnlərində də öz təsdiqini tapır. Bu hallardan əlavə hazırkı iş üzrə keçirilmiş əməliyyat zamanı iştirak etmiş və məhkəmədə şahid qismində ifadə vermiş polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs üzərindən metamfetamin çıxmasını, avtomobildən isə yalnız metamfetamindən istifadə etmək üçün trubkalar çıxmasını. Digər polis əməkdaşı isə Təqsirləndirilən şəxs üzərindən də, avtomobildən də metamfetamin aşkar olunduğunu bildirdi. Bu ifadələr də Təqsirləndirilən şəxs ifadəsində avtomobildən çıxan narkotik vasitənin ümumiyyətlə olmamasını bildirməsini təsdiq etmiş olur. Lakin bu hallara baxmayaraq istintaq orqanı Təqsirləndirilən şəxs qarşı satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin əldə edib, daşıyaraq özündə saxlaması, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaq, nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisəsi yerindən qaçmaq ittihamlarım vermiş və məhkəmə də bu ittihamları təsdiq edərək, ittiham aktını olduğu kimi köçürərək, məhkəmədə verilmiş ittihamı inkar edən ifadələri qeyd etmədən hökm çıxarmışdır. Qeyd etdiyimiz bu hallar isə birmənalı Təqsirləndirilən şəxs qarşı həqqətə uyğun olmayan, qərəzli ittihamların əsassız və yalan ifadələr üzərində qurulmasım bir daha təsdiq etmiş olur. İş üzrə məhkəmə istintaqı zamanı araşdırılan və məlum olan faktlar isə nəzərə alınmadan ittiham aktı eyni məzmunla saxlanılaraq adı dəyişdirilməklə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıldı. Məhkəmə araşdırmasından da açıq-aşkar göründü ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur, o, kiminsə əmlakını açıq talamayıb, onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilməyib və onun hər hansı bir əməlində cinayət tərkibi yoxdur. Ona görə də hesab edirəm ki, məhkəmənin gəldiyi hüquqi nəticə işin fakti halları ilə qətiyyən uzlaşmır. Təqsirləndirilən şəxs təqsiri sübut olunmur və buna görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Samirə Nəcəfzadə apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələri ilə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət qanunvericiyinin tələblərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 180.2.4 -cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66,3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. dövlət ittihamçısı qismində etdiyim çıxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 180.2.4 -cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişəm. Hesab edirəm ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində onun şəxsiyyətinə və törətdiyi cinayətin ağırlığına uyğun olmayan həddə yüngül cəza təyin edildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsindəki 05 oktyabr 2022-ci il tarixli hökmü apelyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi və apellyasiya protestinin təmin edilməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməklə hökm dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışından görünür ki, o, əməlin törədilməsini inkar etmiş və bəraət istəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, eləcə də video çəkilişlərin, mobil telefonlardan çıxan yazışmalar və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə haqqında» 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş halda içərisində ağ rəngli kristallar halında, spesifik iyə malik olan «Şüşə» kimi tanıdığı psixotrop maddəni təqdim edərək, həmin maddəni xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ələ keçirdiyi sonuncuya məxsus pul qabının içindən götürərək özündə saxladığını bildirmiş, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd özünün idarə etdiyi «Mersedes Benz» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, şalvarının sol yan cibindən üzərində «MR.Royal İsgandarov» sözləri yazılmış «Kapital Bank» tərəfindən verilmiş **********427403 nömrəli plastik kartını təqdim etmiş, üzərinə keçirilmiş baxış zamanı şalvarının arxa cibindən bir ədəd «Samsung J2» markalı mobil telefon aparatı aşkar edilmişdir. Həmçinin, cinayət işində olan «Avtomobilə baxış və götürmə keçirilməsi barədə» 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin həyətində «Mersedes Benz» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda ön oturacaqlar arasında yerləşən saxlanc yerindən bir ədəd ağ rəngli kağıza bükülmüş halda olan ağ rəngli kristal halında olan spesifik iyə malik maddə və 4 ədəd boru şəkilli əşya aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «Videogörüntünün götürülməsi haqqında» 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən «Araz» marketin binasında quraşdırılmış müşahidə kamerasına baxış keçirilərkən 04 avqust 2021-ci il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs idarə etdiyi boz rəngli «Mersedes» markalı avtomaşına əyləşib avtomaşını geriyə verməsi, Zərərçəkmiş şəxs1 avtomaşının yanına gedərək sürücü tərəfə yaxınlaşması, saat 21:01-də avtomobilin hərəkət etməsi və Zərərçəkmiş şəxs1 avtomaşından tutaraq avtomobilin sonuncunu dartıb aparması müəyyən edilmişdi, videogörüntü kompakt «CD» diskə köçürülüb götürülüb cinayət işinin materiallarına əlavə edilmişdir. Tədqiq olunan «Telefon danışığı cədvəllərinə baxış keçirilməsi haqqında» 02 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-14987/21 nömrəli xx.xx.2021-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəllərin özündə əks etdirən kompakt diskə «CD» yə baxış keçirilən zamanı müəyyən edildi ki, CD diskdə ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs aiddir. Həmin diskə baxış keçirilərkən mobil nömrənin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətlərdə işləməsi müəyyən edilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixdə həmin mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Xalaoglu mesajdari mənə gonderirem sadiq əvəzinə.mene yola verməyə, lazım deyil. goturende dedin sən ol sabah qaytariram, Eybi yox canın sagolsun», 22 aprel 2021-ci il tarixdə isə «Yaxşı qaqa.gel məndə cixiram» mətnli, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istiadənizdə olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə «Kiwisen weyin var birin tewkil ele patiynan seka eliyey xaloglu», 29 yanvar 2021-ci il tarixdə «… qeyri etik sözlərlə peyselsen ki peyselda her weyi … oturun iwiyenlerivi … balasi», xx.xx.2021-ci il tarixdə «Qandon gede biraz bir neferlik kola ver mene pati verim sene, Ozuvu niye … qoyursan tosu qanagima cixdigin … verecem axo biraz bow buraxdim ozunude buraxdin qandon gede deyrem pati verem biraz kola ber», xx.xx.2021- ci il tarixdə «Kiisen weyin var birin tewkil ele patiynan seka eliyey xaloglu», xx.xx.2021-ci il tarixdə «Tosu pati pati var var nese elemek olar», xx.xx.2021-ci il tarixdə «…. yari pati goturda mene 25 mnt var ozume lazimdi sen ol qiznan gedecem, Menim adamimda yoxdu qandon telmanda … verib rewaddan sen goturda yuska cani hecne elemiyecem, Yiska deyirem bilirsen yuska dedim her wey dayanirda», xx.xx.2021-ci il tarixdə «Senin neyini soyum acasan cvb veresen tel … oglu sennen nese isdiyen var … cvb ber indi niye qacirsan peysel ne … max veri nede arvadin, İndi mende birlewdirib size… kimi elli dil yalvaracaqsan ac tel tosu yig meni tosu yoxsa gorduyum yerde arvad soyuw soyecem uje hormet qoy», xx.xx.2021-ci il tarixdə «Tosu yug menu, yig meni, Yig meni sef getdin, Yig harfasan tosuuuu, Xaloglu bunum tel ac qadanalaram oturub omrume sen menim canim ac bir sozde axtaram falam zad, Tap ver xaloglu eyibdi senol camaata soz demiwrm, Tel cvb ver xaloglu yigir seni axtar salan yadiva duwecek gozluyrem xwber ele, Bawin gedib yig meni tosu, Yig ala mutfilim sen meni yaxwi tanimirsan», xx.xx.2021-ci il tarixdə «Tosu butdayam … cix zengilan yuz karasi, Bulaq terefden girmiwem iceri bawda diyanmiwam tez cix zengilanli, Tosu 5 deq bulaq terefdem girirem iceri», xx.xx.2021-ci il tarixdə «Burdayam, Xaloglu senol yuska cani tam bawqq iwim var her wey var wukur sennen iwim var, Qaqa trubuckan varsa birin gotur hava atacam», xx.xx.2021-ci il tarixdə «Tosu qarayevden idaareden indi cixiram yuska cani yari pati pulum azdi 15 mnt olurem dunennen cekmemiwem razindeki axir ki tutdurdu qehbe meni», xx.xx.2021-ci il tarixdə «Vaopatda yazdiqlarimi oxu qaqa birda konturum olmadiginnan fikrimi catdira bilmiyeceydim», xx.xx.2021-ci il tarixdə «Tosu 20 azn var mende, Tosu terezin gotur cixda cole yiganda seni weyde verecem qoyarsan», xx.xx.2021-ci il tarixdə «indide qucaq ozune sahili tapdin … senin yawayiwini cox qandon uwaqsan ged … meni yigma o sahil oda sen tosu sen qabagoma cixma menom cixsan … seno» mətnli SMS yazışmaları öz əksini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2021-ci il tarixli 6/3391 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi olan, «**-EX-*** d.q.n. avtomobildən …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,177 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının 698 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ və sol dirsək nahiyələrinin, sol saidin arxa bayır nahiyəsinin, sol saidin arxa səthinin, sol mil-biləyin arxa səthinin, sol əlin arxa səthinin və sol ayaq pəncəsinin ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2118 saylı rəyindən görünür ki, «Mersedes-Benz» markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur Birinci instansiya məhkəməsində elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «şəxsin tanınması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınması üçün ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq, 13 may 2021-ci il tarixdə avtomaşını idarə edən və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşan sürücünün o, olduğunu təsdiq etmişdir. Birinci instansiya məhkəməsində elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş «şəxsin tanınması haqqında» protokoldan görünür ki, Şahid3 tanınması üçün ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq 13 may 2021-ci il tarixdə avtomaşını idarə edən və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşan sürücünün o, olduğunu təsdiq etmişdir. Göründüyü kimi şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmasını istintaq orqanı tərəfindən sübuta yetirilməsini birinci instansiya məhkəməsi düzgün olaraq təsdiq etmişdir. Kollegiya məhkum edilmiş şəxsin məhkəmə icraatında ifadəsini dəyişməsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Nəticə etibarı ilə, apellyasiya şikayətinin dəlilləri şəxsə bəraət verilməsi üçün əsas deyil və formal mülahizələr əsasında verilməsi qənaətinə gəlməyə ciddi əsaslar var. Çünki şəxsin cinayət əməlini törətməsinə dair təkzibedilməz sübutlar vardır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir, birinci instansiya məhkəməsinin ittihamedici hökmünü qanuni və əsaslı hesab edir, iş üzrə kobud prosessual pozuntuların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Dövlət ittihamçısının apellyasiya protestindən görünür ki, sonuncu da həmin protestində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin sübuta yetirilməsini və bu cinayətin hüquqi tövsifini mübahisələndirmir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinin tələblərinə riayət etmədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini kifayət qədər nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün qiymətləndirməyərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə törətdiyi soyğunçuluq əməlinin ictimai təhlükəlilik dərəcəsinin azaldılmasını, digər əməlləri özünün istehlakçı tələbatının təmin edilməsi ilə törətməsini, həmin əməllər nəticəsində böyük ictimai təhlükəli nəticələrin baş verməməsini, onu bu əməlləri törətməyə təhrik edən davranışlarının səbəblərini, o, cümlədən də narkomaniya xəstəliyindən əziyyət çəkməsini, habelə məhkəmədə onun ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs digər əməlləri özünün istehlakçı tələbatının təmin edilməsi ilə törətməsini, həmin əməllər nəticəsində böyük ictimai təhlükəli nəticələrin baş verməməsini, onu bu əməlləri törətməyə təhrik edən davranışlarının səbəblərini, o, cümlədən də narkomaniya xəstəliyindən əziyyət çəkməsini, habelə məhkəmədə onun ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmamışdır. Belə olan halda isə məhkəmə bu halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsini hökmdə əsaslandırılmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumların şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün onun barəsində dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələblərinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, yuxarıda sadalananları ümumiləşdirərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı yüngüllüyünə görə onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin ağırlığına, törədilmə üsuluna və məhkumun şəxsiyyətinə uyğun olmayan açıq-aydın ədalətsiz cəza hesab edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verimliş apellyasiya protestinin qismən təmin edilməsini mümkün bilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 404 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4, 234.4.3, 263-1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair 1(101)- 460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-460/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası artırılmaqla, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar