Məhkəmə qərarları › İş №1(103)-2183/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2183/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2183/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X14 (sədrlik edən və məruzəçi hakim), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclası katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 1(101)-1812/2024 nömrəli hökmü ilə (hakimlər X4 (sədrlik edən), X8 və X2 ibarət tərkibdə) xx xxxxx 1980-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilmiş və üzərində ödənilməmiş məhkumluğu olan, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 07 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.-1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti müəyyənləşdirilməmiş “Şəhram” adlı İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncunun tapşırığına əsasən naməlum vaxtda Salyan rayonu ərazisində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 985 qram narkotik vasitə tiryəki, təsir maddəsi narkotik vasitə metadonun ümumi çəkisi 36,28 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 907 ədəd metadon həbini və xüsusilə külli miqdarda 1425 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, külli miqdarda 985 qram çəkidə narkotik vasitə tiryəki, 897 ədəd narkotik vasitə metadon həbini və xüsusilə külli miqdarda 1425 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evinə daşıyıb, orada gizlətməklə saxlamış, qalan 10 ədəd narkotik vasitə metadon həbini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış və bundan sonra onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 16.50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1 DİN-in BNMİnə dəvət olunub, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 ədəd həb narkotik vasitə metadon dərman preparatı, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 20.00-da evə keçirilən baxış zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evinin yataq otağından 2 (iki) ədəd sellofan torbada olan 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 985 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1 (bir) ədəd bükümdə həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda təsir maddəsi narkotik vasitə metadonun ümumi çəkisi 35,88 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 897 həb narkotik vasitə metadon dərman preparatı, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 625 qram və 800 qram olmaqla, ümumilikdə xüsusilə külli miqdarda 1425 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 (üç) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 1(101)-1812/2024 nömrəli hökmündən narazı olduğunu bildirib sözügedən məhkəmə hökmünün ləğv edilməsini və barəsində olan cinayət işinə yenidən baxılmaqla işin hallarına düzgün hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri kimi şikayətin müəllifi işin faktiki hallarının araşdırılmamasına, ibtidai istintaqın qərəzli və saxtakarlıqla aparılmasına, təqsirini sübuta yetirəcək dəlillər olmadığı halda ağır rejim və ağır cəza təyin edilməsinə istinad edərək göstərmişdir: onun ilkin ifadəsi fiziki və psixi təsir altında alınmış, saxlanıldığı zaman üzərində və yaşadığı evə baxış keçirilən zaman evdə qadağan edilmiş predmet olmamış, yaşadığı evə baxış keçirilərkən aşkarlanmış narkotik vasitələr polis əməkdaşları tərəfindən gətirilərək evə yerləşdirilmiş, polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona aid olmayan narkotik vasitələrin ona məxsus olmasını bildirmiş, ailə üzvləri ona göstərilən qanunsuz hərəkətlərin şahidi olmuşlar. Bundan başqa, onun himayəsində 3 (üç) azyaşlı uşağı var. Lakin birinci instansiya məhkəməsi göstərilən halları araşdırmamış və nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsini və təyin ediləcək cəzanı daha yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsini və təyin ediləcək cəzanı daha yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X1 Rabil Əhmədxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli olmasını cinayət işinin materialları ilə tam şəkildə sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin hökmünün qanuni, əsaslı və ədalətli olduğunu bildirib məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə ona yüngül cəza təyin edilməsi və təyin ediləcək cəzanı daha yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkməsindən ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsi, yəni üzərindən narkotik vasitə metadon dərman preparatı, yaşadığı evdən külli miqdarda narkotik vasitə tiryək, külli miqdarda narkotik vasitə metadon dərman preparatı, xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və 3 (üç) ədəd tərəzinin aşkar edilməməsi, əksinə yaşadığı evdə cüzi miqdarda psixotrop maddə istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılması, polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində üzərinə şəxsi axtarış, yaşadığı evə isə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də tərəzilərin ona məxsus olmadığı halda həmin predmetlərin ona məxsus olmasını etiraf etməsi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü təqsirli bilməyərək yuxarıda göstərilənləri bildirsə də, ibtidai istintaq zamanı ilkin ifadəsində fərqli ifadə verərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə üzərində “Methadone 40” yazısı olan 10 ədəd həb narkotik vasitə metadon dərman preparatı, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 985 qram narkotik vasitə tiryək, 1 (bir) ədəd bükümdə üzərində “Methadone 40” yazısı olan 897 həb narkotik vasitə metadon dərman preparatı, 2 (iki) ədəd bükümdə 1425 qram çəkidə psixotrop maddə metamfetamin və 3 (üç) ədəd tərəzinin aşkar edilərək götürüldüyünü, eləcə də uzun müddət ərzində, lakin fasilələrlə narkotik vasitə və psixotrop maddələri qəbul etdiyini, bir neçə dəfə məhkum olunduğunu, sonuncu dəfə təxminən 2010-cu ildə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilib 2021-ci ilin oktyabr ayında azadlığa buraxıldığını, azadlığa buraxıldıqdan sonra mütəmadi olaraq narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etdiyini, “Samsung” markalı mobil telefonu ***-***-**-** nömrə ilə istifadə etdiyini, telefonun pin kodu olmadığını, tutulmazdan təxminən 1 (bir) ay əvvəl narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq qərarına gəldiyini, bu məqsədlə narkotik vasitələrin satışı ilə məşğul olan, dəqiq anket məlumatlarını bilmədiyi şəxslərdən İran İslam Respublikası ərazisində narkotik vasitə satan Şəhram adlı şəxsin mobil telefon nömrəsini əldə etdiyini, sonuncunun İran operatoruna məxsus nömrəsinə WhatsApp proqramı vasitəsi ilə zəng edib Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasında köməklik göstərməsini xahiş etdiyini bildirmişdir. Belə ki, Şəhramla razılaşmaya əsasən o, Şəhramın ona göndərdiyi narkotik vasitə və ya psixotrop maddələri sonuncunun dediyi yerdən götürüb müxtəlif başqa yerlərə paylamalı və bunun müqabilində Şəhram ona istifadəsi üçün narkotik vasitə və pul vəsaiti verməli olmuşdur. Bununla da Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə əhəmiyyətli ziddiyyət təşkil etmişdir. Məhkəmə kolegiyası, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metadon dərman preparatı, yaşadığı evdən külli miqdarda narkotik vasitə tiryək, külli miqdarda narkotik vasitə metadon dərman preparatı, xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və 3 (üç) ədəd tərəzinin aşkar edilməməsi, əksinə yaşadığı evdə cüzi miqdarda psixotrop maddə istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılması, polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində üzərinə şəxsi axtarış, yaşadığı evə isə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin, elektron tərəzilərin ona məxsus olmadığı halda həmin predmetlərin ona məxsus olmasını etiraf etməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək nəzərə çatdırır ki, qeyd edilən hallar işdə olan sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, barəsində məlumat daxil olmuş şəxsin şəxsiyyəti tam müəyyənləşdirildikdən sonra məlumat İdarə rəhbərliyinə raportla məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşından alıb əldə etməsi barədə ilkin məlumatları olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Rabilin yaşadığı evi təxmini bilmiş, lakin şəxsin tək və ya ailəsi ilə birlikdə yaşadığı haqqında onun məlumatı olmamışdır. Bu barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün onlar Təqsirləndirilən şəxs saat 16:45-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkətdə olarkən saxlamışlar. Onlar özlərini təqdim etmişlər və saxlamanın əsaslarını izah edib həmin şəxsi BNMİ-nə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir insident baş verməmiş, sonuncu hər hansı müqavimət göstərməmişdir. BNMİ-də araşdırma üçün təhqiqatçı təyin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. X13 tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonrna Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni, on ədəd metadon həbini çıxarıb təqdim etmişdir. Real olaraq şəxsi axtarış keçirilərkən isə Rabilin gödəkçəsinin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, şalvarının sol yan cibindən 20 manat pul, bir ədəd açar, “Samsung” və “Honor” markalı iki ədəd mobil telefon, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, Kapital bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş heroinə oxşar maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16 qram olması müəyyən olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, onun tərəfindən imzalanmış və götürülmüşdür. Əlavə olaraq ,əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sorğu-sual edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni İran vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Salyan rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında Şəhramın ona 2.000 manat pul verəcəyini, bundan əvvəl bir dəfə on gün əvvəl Şəhramın tapşırığı ilə narkotik maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını və əvəzində Şəhramın ona 1.500 manat pul verdiyini, Rabilə göndərilən pulların sonuncunun üzərindən aşkar olunan bank kartına köçürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə Rabil ********** mobil nömrə işlətmiş, narkotik vasitə heroindən istifadə etmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs Şuşa qəsəbəsində yaşadığı evdə narkotik maddələr saxladığını bildirmiş və saxladığı həmin narkotik maddələri təqdim edə biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmiş, hətta bu barədə yazılı ərizə də vermişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə məlumat olmamışdır. Təhqiqatçının rəhbərliyi ilə Təqsirləndirilən şəxs Şuşa qəsəbəsində yaşadığı ünvana gedilmiş, sonuncu evin girişindən sağ tərəfdə yerləşən yataq otağına giriş qapısının arxasında saxladığı sarı və göy rəngli iki ədəd sellofan torbanı onlara təqdim etmişdir. Həmin sellofan torbaların içindən üç bükümdə narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, 897 ədəd metadon həbi və üç ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroin narkotik vasitəsinə oxşar maddənin ümumi çəkisinin 2 kq 556 qram, metamfetamin ümumi çəkisinin 1 kq 431 qram, tiryəkin ümumi çəkisinin 987 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər iki ədəd torbada qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Rabilin tutulduğu günədək Rabildə narkotik vasitənin istifadəsi ilə bağlı heç nə hiss etməmiş, hazırda da bunun yanlış olduğunu düşünür. Rabil tutulan gün o, günortadan sonra ərzaq almaq üçün evdən çıxmış, Rabil isə evdə qalmışdır. O, saat 15:00-16:00 radələrində qayıdıb evə gəlmiş, evin içində dolabların (şkafların), siyirmələrin dağınıq olduğunu görmüşdür. 2-3 nəfərin gəlib atasını yatdığı yerdən qaldıraraq apardıqlarını oğlu ona danışmışdır. Təxminən 3 saat sonra polislər onlara gəlib qapını döymüşlər. O, qapını açdıqda ona yoldaşının maşında olduğunu və evə baxış keçirəcəklərini demişlər. Həmin vaxt evdə ondan başqa 12 yaşlı oğlu da evdə olmuşdur. Əvvəlcə iki nəfər, daha sonra isə Rabillə birlikdə daha iki nəfər evə daxil olmuşlar. Daxil olan iki nəfərin əlində paket olmuş, lakin həmin paketin içində nə olmasını o, görməmişdir. Həmin vaxt Rabilin üzü-gözü bərbad vəziyyətdə olmuş, qaşı partlamış, sifəti qan içində olmuşdur. Sonra beş nəfər polis onları evdən bayıra çıxarmışlar. Bir nəfər onların yanında duraraq onları evə buraxmamışdır. Saat təxminən 18:00- 19:00 radələrində onlar evdən çıxan zaman yoldaşı ona “heç bir şey mənlik deyil, gördüklərinə inanma” demişdir. Onun yanında Rabilə qarşı fiziki və psixi təzyiq edilməmişdir. O, belə halın şahidi olmamışdır. Evdən çıxan zaman polis əməkdaşlarından biri ona növbəti gün Badamdarda olan polis bölməsinə gedib izahat verməli olduğunu demişdir. O, həyat yoldaşının narkotik vasitə istifadəçisi olması barədə heç vaxt məlumata sahib olmamışdır. Rabil bundan əvvəl də narkotiklə bağlı məhkum olunub və 11 il müddətə azadlıqdan məhrum edilmişdir. O, həyat yoldaşının evdə narkotik vasitə saxlamasını və narkotik vasitə istifadə etməsini heç vaxt görməmişdir. Rabil ilk dəfə tutulan zaman onlar Yardımlı rayonunda yaşamışlar, hazırda onların 2020-ci ildən yaşadıqları ev onun qardaşına məxsus olmuşdur. Rabil həbsxanaya getməzdən əvvəl və çıxdıqdan sonra evdə heç bir narkotik vasitə saxlamamış və istifadə etməmişdir. Bundan başqa, «şəxsi axtarış və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni, on ədəd metadona şübhəli həbləri təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncun əynində olan həmin gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, bir ədəd açar, “Samsung” və “Honor” markalı mobil telefonlar, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, bir ədəd kapital bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş “Honor” markalı mobil telefon işlək vəziyyətdə olmamışdır. Sonra heroin narkotik vasitəsinə şübhəli maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16 qram olması müəyyən olmuşdur. Sonra heroin narkotik vasitəsinə şübhəli həmin maddə qablaşdırılmış, sonra imzalanmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Salyan rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında Şəhramın ona 2.000 manat pul verəcəyini, bundan on gün əvvəl bir dəfə “Şəhramın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını və əvəzində Şəhramın ona 1.500 manat pul verdiyini, ona göndərilən pulların üzərindən aşkar olunan bank kartına köçürüldüyünü, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ********** nömrəsini işlətdiyini, heroindən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs əlavə olaraq Sabunçu rayonu ərazisində yaşadığı evdə narkotik maddələr saxladığını və orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, eləcə də həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. «Evə baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərçiyində yerləşən nömrəsiz fərdi evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilən evin girişindən sağ tərəfdə yerləşən yataq otağına giriş qapısının arxasında saxladığı sarı və göy rəngli iki ədəd sellofan torbanı polisə təqdim etmişdir. Həmin sellofan torbaların içindən üç bükümdə narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, 897 ədəd metadon həbi və üç ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroin narkotik vasitəsinə şübhəli maddənin ümumi çəkisinin 2 kq 556 qram, metamfetamin psixotrop maddəsinə şübhəli maddənin ümumi çəkisinin 1 kq 431 qram, tiryək narkotik vasitəsinə şübhəli maddənin ümumi çəkisinin 987 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş predmelər iki ədəd torbada qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs baxış keçirilən evindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qonaq otağında olan masanın üzərindən iki ədəd bank kartları aşkar edilərək götürülmüşdür. Göründüyü kimi şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə eynilik təşkil edir. Bundan başqa, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li dairəvi möhür əksi, «şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki, üzərində «Methadone 40» markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində «FM/40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram matedon olmaqla), tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 985 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 625 qram və 800 qram, ümumi təmiz çəkisi 1425 qram ağ rəngli kristall şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində «Methadone 40» markalanma göstəricisi olan 897 ədəd üzərlərində «FM/40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir, 3 ədəd tərəzinin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Tədqiq olunan rəydən daha sonra görünür ki, 897 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 35,88 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram matedon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 12,41 qram və üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bağlamadakı 3 ədəd bükümdəki ümumi təmiz çəkisi 2530 qram qəhvəyi rəngli tozşəkilli maddələrin tərkibini mekon, asetaminofen, papaverin və noskapin maddələr təşkil edir. Mekon, asetaminofen, papaverin və noskapin maddələr 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları»na, 18 mart 2016-cı il tarixli «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olmadığı üçün təqdim edilmiş maddələr narkotik tərkibli maddələrə aid deyildirlər. Tiryək və metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "xxxx" ASC-dən 16 aprel 2024-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş 22 (iyirmi iki) vərəqədə hesabdan çıxarış (məlumat), 01 (bir) ədəd diskə «Bank məlumatlarına və CD-diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 416973******5023, 416973******9480 və 416973******9494 nömrəli plastik kartla aparılan əməliyyatlara dair məlumat və CD-diskdə olan görüntülər isə bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərdi. Bundan əlavə, iş materiallarnda olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmin istintaq təcridxanasına gətirilmiş və orada ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmiş, lakin üzərində bir neçə köhnə çapıq toxumaları olmuşdur. Təqsirləndirilən şəxs aid tibbi kitabçadan görünür ki, onun üzərində xəsarət aşkar edilməmiş, lakin bir neçə köhnə çapıq toxumaları aşkar olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini, eləcə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmamasını təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə, videomüşahidə altında şəxsi axtarış və yaşadığı evə baxış keçirilmiş, üzərindən və yaşadığı evdən aşkar edilmiş predmetlər müvafiq şəkildə qablaşdırılaraq götürülmüş, daha sonra müvafiq ekspertiza rəyi ilə onun üzərindən aşkar edilmiş həblərin «Methadone 40» markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində «FM/40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həblər, yaşadığı evdən aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 985 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 625 qram və 800 qram, ümumi təmiz çəkisi 1425 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində «Methadone 40» markalanma göstəricisi olan 897 ədəd üzərlərində «FM/40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblər olması müəyyən edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələrin olmaması, həmin vasitələr və maddələrin ona məxsus aşkar olmaması ilə bağlı vermiş olduğu ifadəsi cinayət işinin materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiqə məruz qalması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materialları ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunazidd davranışa məruz qalması ilə bağlı bildirdikləri hər hansı sübut və dəlil ilə təsdiqini tapmır. Apellyasiya icraatı zamanı qeyd edilən hallarla bağlı hər hansı dəlil iş materialları ilə müəyyən edilməmiş, müdafiə tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verərək polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını iddia etsə də, ibtidai araşdırma zamanı bununla bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etməmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərində xəsarət izləri də qeydə alınmamışdır. Əksinə birinci instansiya məhkəməsi tərəfindən əldə edilib məhkəmə istintaqında araşdırılmış Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubu, Təqsirləndirilən şəxs aid tibbi kitabça və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təsdiq olunmuşdur ki, onun bədəni üzərində xəsarət izi olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə də onun iddia etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır cəzaya məhkum edildiyi halda ona məxsus olmayan külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmasını psixi təsir nəticəsində Təqsirləndirilən şəxs etiraf etməsi ağlabatan olmamaqla, yanaşı həmçinin inandırıcı deyil. Başqa sözlə, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apelyasiya şikayətindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, onun apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Lakin bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində xüsusilə təhlükəli residivin olmasını Azərbaycan Respublikası CM-61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələbinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Əliyev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2012-ci il tarixli hökm dəyişdirilərək onun cəzası 10 ilə endirilsə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 04 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilsə və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılsa da, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində nəzərdə tutulmuş 6 (altı) illik müddət keçmədiyi halda yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin xüsusilə təhlükəli residivi yaradır. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi təhlükəli hesab olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alaraq düzgün olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gəlmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən və cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib və apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 1(101)- 1812/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 1(101)-1812/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Zaur Hüseynov Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar