Məhkəmə qərarları › İş №1(103)-2196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2196/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2196/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 qızının, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(001)-317/2024 saylı hökmündən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Daxil olmuş cinayət işinin materiallarından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(001)-317/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmışdır. Hökmdən, Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsinə apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı ilə, apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilmiş və apellyasiya şikayəti məhkəmə baxışına təyin edilmişdir. 10 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti üzrə keçirilmiş məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs müdafiəçinin iştiakı ilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, daxil olmuş ərizəni və cinayət prosesi iştirakçılarının təkliflərini nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti müraciəti təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apelyasiya şikayətini və apelyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5-ci və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin baxılmasına məhkumun ərizəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390.1, 390.4, 396 və 397-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin baxılmasına məhkumun ərizəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar