Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-22/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Bəraət almış şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı vəzifəsində işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, məhəllə 972, 38 saylı evin 64 saylı mənzilində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə və xx xxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər yaşayış kompleksi, Qurtuluş küçəsi 93, 49 saylı evin 31 saylı mənzilində yaşamış, barəsində məhkəmənin hökmü ilə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-270/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmündən Bakı şəhər Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməklə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Hökmlə digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxxx 2019-ci il tarixdə, saat 22:07 radələrində arvadı X5 adına olmaqla, müvafiq qaydada etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X29” markalı, **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən ünvan 1 A ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmalı, hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq məqsədilə mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ bazunun arxa səthinin qançırı, sağ dirsək oynağı və sifətin sıyrıqları, burun sümüyünün sınığı ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ tərəfli hemotoraksla nəticələnmiş 4-10-cu qabırğaları, sağ kürək və aşıq sümüyünün yerdəyişən sınıqları ilə nəticələnən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-ci il tarixdə saat 22:07 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə, Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən ünvan 1 A ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi, 37-ci maddəsinin 4-cü bəndi və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi və yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürəti ilə idarə etməli olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub bir qədər əvvəl qeyd edilən ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “X29” markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurularaq yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurub yerlə sürütləyərək ehtiyatsızlıqdan sonuncuya qarnın ön divarı, büzdüm nahiyəsi, sağ bud, hər iki diz və əllərin arxa səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sifətin əzilmiş yaraları ilə nəticələnən, sağlamlığa yüngül zərər vurmaya aid, soltərəfli pnevmotoraks ilə müşayiət olunan sol 3-7-ci qabırğaların sınıqları ilə nəticələnən, sağlamlığa az ağır zərər vurmaya aid, başın küt travması, baş beyinin əzilməsi, subdural hematoma və beyindaxili qansızma nəticəsində yaranmış dislokasiyadan inkişaf etmiş ödem və həyat üçün vacib mərkəzlərin sıxılması ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə müalicə aldığı 3 saylı Şəhər Kliniki Xəstəxanasında onun tərəfindən yetirilmiş baş beynin ağır dərəcəli əziyi, beyindaxili qansızma nəticəsində yaranmış dislokasiyadan inkişaf etmiş ödem və həyat üçün vacib mərkəzlərin sıxılması xəsarətlərindən ölmüşdür. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək barəsində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilərək, əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasına dair qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hadisənin baş verdiyi yerdə qaranlıq yolda avtomobillə 70 deyil, 40-50 km/saat sürətlə hərəkətdə olarkən o, idarə etdiyi avtomobil ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs ayaqlarından toxunaraq 1,5 metrə qarşıya sürütlədikdən sonra avtomaşını saxlamışdır. Zərərçəkmiş şəxs vurub yerə atmış “X29” markalı avtomobilin sürücü və sərnişini artıq orada dayanmışlar, sonra isə hadisə yerində olan adamlardan həmin şəxsi ondan öncə başqa avtomaşınların tapdaladığını eşitmiş, ondan 5-10 dəqiqədə sonra isə hadisə yerini tərk edib getmişdir. Belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs “X29” markalı avtomobillə möhkəmcə vurulub bir neçə metr qarşı yolun hərəkət hissəsinə atıldıqdan sonra onun avtomobilinin uzanıqlı vəziyyətdə olan sonuncuya toxunana qədər olan zaman kəsiyində istintaqa bəlli olmayan avtomobillər də mərhumu tapdalayaraq üzərindən keçərək sonuncuya müəyyən bədən xəsarətləri yetirmişlər. Belə olan halda, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəsarətlərin iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə nə üçün sağ fara, sağ qanadı, sağ görüntü güzgüsü ilə vurub yola atması nəticəsində həmin hissələri kifayət qədər əzilən “X29” markalı avtomobilin və istintaqla müəyyənləşdirilməyən digər avtomobillərin vurmasından deyil, məhz onun idarə etdiyi «Mercedes Benz E 220 CDİ» markalı avtomobil ilə yetirilməsi nəticəsinə gəlməsi gülünc doğurduğu kimi də inandırıcı deyil. Bu isə ekspertiza rəylərinin obyektivliyinə şübhə ilə yanaşmağa əsas verir. Üstəlik hələ birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 günahsız çıxarılaraq hadisənin bütün ağırlığı və məsuliyyəti onun üzərinə atılır. İstintaq və məhkəmə zamanı, müvafiq surətdə götürülərək cinayət işinə əlavə edilmiş TŞ-4-076.1-Part 2 və TŞ-4-076.2-Part 1 nömrəli kameralardan hadisə baş verən anın videogörüntüsünün köçürüldüyü DVD diskə baxış zamanı “X29” markalı avtomobil ilə piyada Zərərçəkmiş şəxs vurularaq sonuncunun hansı məsafəyə “uçması”, avtomaşının görüntüdən itməsi anlarının ekspertizanın nəzərindən qaçması xüsusatları da yuxarıda qeyd olunan şübhələrin daha da artmasına şərait yaradır. Qeyd olunan şübhələrin qismən də olsa aradan qaldırılması üçün hadisənin əlavə videogörüntülərinin əldə edilməsi, Təqsirləndirilən şəxs2 əlavə ifadəsinin alınıb hadisə yerində yoxlanılaraq hadisənin baş vermə şəraitinin onun iştirakı ilə dəqiqləşdirilməsi, həmin şəraitdə küçədə uzanıqlı vəziyyətdə olan şəxsin onun görünüş dairəsinə düşməsi məsafəsi və digər hallar müəyyənləşdirildikdən sonra əlavə avto-yol-nəqliyyat ekspertizası təyin edilib keçirilməsi məqsədilə x xxxx 2019-cu il tarixdə tərəflərindən vəsatət verilsə də təmin edilməmişdir. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri üzrə nəqliyyat-trasoloji ekspertizasının rəyindən də görünür ki, ekspertizaya təqdim edilmiş geyim əşyalarının (paltonun, köynəyin, şalvarın) üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişmək, sürtülməsi, o cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması və üzərindən keçməsi nəticəsində mümkündür və təqdim edilmiş əşyaların üzərində eyniləşmə tədqiqatına yararsız nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri vardır. Bu xüsusat bir daha təsdiq edir ki, R. Məmmədovun ölümünə səbəb olan xəsarətlər Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mercedes Benz E 220 CDİ» avtomobili ilə deyil, “X29” markalı və ya istintaqla müəyyənləşdirilməmiş digər avtomobillərlə yetirilə bilərdi. Bu səbəbdən ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci və CMnin 264-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmir. Həmçinin Azərbaycan Respublikası CM-nin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması hərəkəti CM-nin 264-cü maddəsinin tərkibini yaradır, o isə idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs toxunarkən onun ölümünə səbəb olan xəsarətlər yetirə bilməzdi, həmin şəraitdə tünd rəngli paltarda işıqlandırılmayan yolda uzanıqlı vəziyyətdə olan şəxsi görə bilməzdi. İstər cinayət işinin xarakteri, istərsə də onun əməlini səciyyələndirən hallar hakim tərəfindən düzgün qiymətləndirilməmiş və ona münasibətdə həddindən artıq sərt mövqe ilə çıxış edilmiş, faktiki olaraq başqasının törətdiyi cinayət əməli onun çiyinlərinə yüklənilmişdir. Göstərilən hallar birinci instasiyası məhkəməsində hazırki faktların heç birinə düzgün hüquqi qiymət verilməmiş, həmin hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Eyni zamanda hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və Təqsirləndirilən şəxs2 CM-nin 264-cü maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza azadlıqdan məhrumetmə cəzasının təyin ediməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs1 bəraət verilərkən hazırkı yol nəqliyyat hadisəsi istintaq orqanı tərəfindən müəyyən edilmiş şəraitdə yox, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmiş şəraitdə - yəni sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaranan anda idarə etdiyi “X29” markalı avtomobilin piyadanı vurduğu yerdən olduğu məsafənin “X29” markalı avtomobilin dayanma yolundan kiçik olması şəraitində, yəni Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olmaması şəraitində baş vermişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə hökm çıxarılarkən əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilən xususatlar nəzərə alınmalı, xx.xx.2019-cu il tarixli, 11700 saylı ekspertiza rəyi isə işin həqiqi hallarını əks etdirməyən məlumatlar əsasında tərtib edildiyindən və işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə ziddiyyət təşkil etdiyindən sübut kimi qəbul edilməməlidir. Qanunun yuxarıda qeyd edilən müddəalarını və işin müəyyən edilmiş hallarını məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlində təqsirli olması mötəbər və mübahisəsiz sübutlarla təsdiqini tapmır. Həmçinin, Təqsirləndirilən şəxs2 yüngül cəza verərkən törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyinə əsaslanmışdır. Belə olan halda Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair ittiham hökmü çıxarılmalı, həmçinin, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 bəraət verərkən yalnız məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyinə istinad etmişdir. Lakin hökmdə nəyə görə məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2019-cu tarixli 11700 nömrəli rəyinin sübut kimi qəbul edilməməsi, əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27486 saylı rəyinin isə əsaslı hesab edilməsi izah edilməmişdir. Hökmdə yalnız əsassız olaraq xx.xx.2019-cu il tarixli, 11700 saylı ekspertiza rəyin işin həqiqi hallarını əks etdirməyən məlumatlar əsasında tərtib edildiyi göstərilmiş, lakin nə üçün bu qənaətə gəlinməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda bu halda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yeni məzmunda ifadə verərək təhlükə yaranan anda zərərçəkmiş şəxsin 15-20 metr məsafədə olmasını qeyd etmişdir. Halbuki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bu barədə heç bir ifadə verməmiş, təqsirləndirilən şəxsin verdiyi ifadə və digər sübutlar əsasında onun hadisənin qarşısını almaq imkanının olması tam şəkildə təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təhlükə yaranan anda zərərçəkmiş şəxsin 15-20 metr məsafədə olması barədə göstərdiklərinə tənqidi yanaşmalı və özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirməklə rədd etməli idi. Bundan başqa, məhkəmənin xx.xx.2019-cu il tarixli əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi barədə qərarında sürücü üçün təhlükə yaranan anda zərərçəkmiş şəxsin hansı məsafədə olması müəyyən edilməmiş və bu barədə məhkəmənin gəldiyi nəticə qeyd edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 yüngül cəza verərkən törətdiyi əməldən səmimi peşmançılıq çəkməsinə, himayəsində iki azyaşlı uşağının olmasına və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyinə əsaslanmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsi yüngülləşdirici hal qismində nəzərə alınsa da, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə özünü təqsirli bilməmiş və beləliklə məhkəmənin bu barədə gəldiyi qənaət əsassız olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza cinayətin ağırlığına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsasız olduğundan təmin edilməməsini, apellyasiya protestini isə müdafiə edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və Təqsirləndirilən şəxs2 CM-nin 264-cü maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda çıxış edən bəraət almış şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçi Əli Hüseynov apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protestin təmin edilməməsini, bununla yanaşı məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını, ən əsas hökmün bəraət almış şəxs Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Müdafiəçi apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protestin təmin edilməməsini, bununla yanaşı məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməklə, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 apellyasiya protestinin təmin edilmədən saxlanılmasını, eyni zamanda özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasına dair qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirərək cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti isə qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə təqsirli bilindiyi maddə ilə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrlə ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Respublikası DİN-nin BMİ-nin Bakı şəhəri, Yasamal rayon İdarəsində polis serjantı rütbəsində polis nəfəri vəzifəsində işləmişdir. xx xxxxx 2019-cu il tarixdə həyat yoldaşı Fatmaxanım Əsədlinin adına olan “X29” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropolitenin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olan zaman, saat 22:07 radələrində, 150-200 metrdən qarşıda hərəkət zolaqlarını ayıran xəttin üzərində, yəni onun hərəkət zolağının sol sərhədini müəyyən edən xəttin üzərində piyadanın durub ona tərəf baxmaqla avtomaşınları buraxmasını görmüşdür. Hərəkəti üçün heç bir təhlükə olmadığına görə eyni sürətlə yoluna davam etmiş, piyadaya çatmağa 15-20 metr məsafə qalmış piyada durduğu ağ xəttin üzərindən iti sürətlə qaçaraq, yolu onun hərəkət istiqamətində soldan sağa keçməyə cəhd göstərmişdir. Piyadanın qaçmağa başladığı anda o, sərt tormozlama aparmaq məqsədilə ayağını əyləcə basaraq, eyni hərəkətlə sükanı sola burub piyadanı vurmaqdan yayınmağa cəhd etmişdir. Lakin buna baxmayaraq, piyadanı vurmaqdan yayına bilməmiş və avtomaşının qabaq sərnişin yeri tərəfdəki yan güzgü hissəsi ilə piyadanı vurmuşdur. Piyadanı vurmamaq üçün avtomobilini sola tərəf qaçırtsa da, hadisənin qarşısını ala bilməmiş, piyada avtomobilin qabaq sağ yan tərəfinə dəymişdir. Piyada Zərərçəkmiş şəxs avtomobildən sağ tərəfə düşərək yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Həmin vaxt, onun yanında qabaq sərnişin oturacağında dostu Ajennedyat Nazim, arxa oturacaqda isə həyat yoldaşı Fatmaxanım Əsədli əyləşmişdir. O dostu Nazimlə birlikdə avtomobildən düşmüş və bu zaman arxadan hərəkətdə olan tünd rəngli, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes E220” markalı avtomobil həmin şəxsin üzərindən keçərək vurulmuş piyadanı təxminən 20 metr sürümüş və sonradan avtomobilini saxlamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verdikdən sonra ibtidai istintaq və məhkəmədə 3-4 dəfə ifadə vermiş, istintaqda ifadə verərkən indikindən fərqli olaraq hadisə yeni baş vermiş, həyəcanlı ola biləcəyini düşünərək təxmin edir ki, hər şeyi olduğu kimi danışmışdır. Ona istintaq vaxtı heç bir təzyiq olmamışdır. İstintaq zamanı verdiyi ifadələrdə özünü təqsirli bilməmişdir. Hadisə ərəfəsində sağında və solunda maşınlar hərəkət etmiş, hansı zolaqda hərəkət etdiyini dəqiq bilmir. Hadisə baş verdikdən sonra, avtomobilin öz hərəkət zolağından çıxmışdır. Təxminən 150-200 metr məsafədən qarşıda adam dayandığını görmüş, piyada o hərəkət etdiyi zolağın sol tərəfində dayanmışdı. Ondan irəlidə qırmızı avtomobil hərəkət etmiş, 15-20 metr qalmış piyada qaçmağa başlamışdır. Onun maşınının farası ön qanadın üstünə də çıxır, ona görə də fara da qırılıb. Həmin vaxt sürəti 50-60 km/saat olmuş, yolun işıqlanması zəif, onun avtomobilinin işığı isə güclü olmuşdur. Yolun neçə zolağı olduğunu müəyyən etmək onun üçün çətin idi, ancaq onun sağından və solundan maşınlar hərəkət etmiş, o özü təxminən 2-ci və ya 3-cü zolaqla getmişdir. Ondan öncə maşın getmiş, həmin maşın keçdikdən sonra 15-20 metr məsafə qalmış piyada yolu paralel qaçmağa başlamış və o sonuncunu maşının sağ tərəfi ilə vurmuşdur. O, piyadanı vurduqdan sonra maşından düşmüş, zərərçəkmiş tərəfə getdiyi zaman o biri maşın onun üstündən keçmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ibtidai araşdırma dövründə xx xxx 2019-cu il tarixdə vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ümumilikdə verdiyi ifadələri təsdiq edərək göstərmişdir ki, həqiqətən də piydanı vurmazdan əvvəl öz avtomobili ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən qarşıda sol tərəfdə yerləşən qoşa xətlərin üzərində piyadanın dayanıb ondan qarşıda gedən avtomobillərə yol verməsini və gözləməsini görmüşdür. Piyadanı qoşa xətlərin üzərində dayanıb ondan irəlidə eyni istiqamətdə gedən avtomobilləri buraxmasını, yəni gözləməsini təxminən 150-200 metr məsafədən görmüşdür. İdarə etdiyi avtomobilin sürücü yeri tərəfdəki yan səthi ilə bağlı o, qoşa xətlərdən sonra ikinci hərəkət zolağı ilə hərəkət etmiş, yəni piyadanın bərabərliyinə çatanda onunla piyada arasında bir hərəkət zolağı enində məsafə olmuşdur. Hadisə baş verən zaman hava qaranlıq idi, lakin hərəkətin hər iki istiqamətində yolda kifayət qədər intensiv hərəkət olduğundan və bütün avtomobillərin fara işıqları ilə hərəkət etdiyindən yol çox yaxşı işıqlanmış və fara işıqlarından piyadanın həmin qoşa xəttin üzərində dayanmasını görmək mümkün olmuşdur. İlkin ifadələrində hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti 50 km/saat olduğunu bildirməsi, hazırda sürətinin 50-60 km/saat olmasını bildirməsi ilə bağlı göstərmişdir ki, sürətini artırmağa cəhd etmir, sadəcə həqiqəti söyləyir. Nə dərəcədə haqlı olmasını müəyyən etmək üçün hadisə yerinin istənilən videogörüntüsünə baxmaq kifayətdir. Piyada vurulmazdan əvvəl onun solunda yerləşən hərəkət zolağında onun hərəkətinə maneə ola biləcək heç bir nəqliyyat vasitəsi olmamışdır. Qeyd etdiyi kimi hadisə vaxtı həmin yolda orta intensivlikdə hərəkət olmuş və orada icazə verilən hərəkət sürəti 60 km/saatdır. Əgər o, avtomobili 50 km/saat sürətlə idarə etsəydi, o digər avtomobillərin hərəkətinə mane ola bilərdi. Ona görə həqiqətən də o, avtomobili 60 km/saat sürətlə idarə etmişdir. O, piyadanın bərabərliyinə çatmağa təxminən 15-20 metr qalmış piyada qəflətən iti sürətlə durduğu qoşa xətlərin arasından onun hərəkət istiqamətində soldan sağa qaçmış və bunu görən kimi o, ani olaraq ayağını əyləcə atmış və eyni hərəkətlə sükanı sola burmuşdur ki, solundakı boş hərəkət zolağına çıxsın və piyada onun hərəkət zolağından sərbəst keçə bilsin. Hiss etmişdir ki, avtomobili öz hərəkət zolağında saxlaya bilməyəcəkdir. Ona görə də sərt tormozlama aparmaq məqsədi ilə ayağını əyləcə atmaqla eyni vaxtda sükanı sola burmuş, lakin buna baxmayaraq piyada onun hərəkət zolağında avtomobilin qabaq sərnişin yeri tərəfdə olan hissəyə çırpılmışdır. Avtomobili piyadaya dəyəndən sonra bir qədər gedib dayanmışdır. Onlar avtomobildən düşüb nə baş verdiyini dərk edənə və artıq yerdə uzanmış həmin piyadaya yaxınlaşana qədər “Mercedes E220” markalı avtomobil onu vurub sürütləmişdir. Piyada hərəkətə başlamazdan əvvəl onun istiqamətində baxmış, qeyd etdiyi kimi aralarındakı məsafə 15-20 metrə azaldıqda piyada qəflətən dayandığı yerdən çox iti sürətlə qaçaraq yolu soldan sağa doğru keçməyə cəhd etmişdir. Həmin vaxt o da diqqətini cəlb etmişdir ki, piyada çox iti sürətlə qaçdığından onun əynindəki paltonun ətəyini də külək açmış və yellənmişdir. Lakin qeyd etdiyi kimi məsafə çox qısa olduğundan o, piyadanın vurulmasının qarşısını ala bilməmişdir. Onun fikrincə piyada onun hərəkət zolağına maksimum 0,5-1 metr daxil olmuş və həmin anda da idarə etdiyi avtomobillə onu vurmuşdur. İlkin araşdırma zamanı izahatında piyada Zərərçəkmiş şəxs “Neolit” şadlıq sarayının qarşısından qaçaraq yolu soldan sağa keçməsi, onu görən zaman isə özünü itirib dayanması, həmin vaxt sükanı sol tərəf istiqamətində döndərməyinə baxmayaraq avtomobilin qabaq sağ tərəfi ilə onu vurmasını göstərməsini inkar edərək göstərmişdir ki, belə bir izahat verməmiş, belə fikirləri ümumiyyətlə söyləyə bilməzdi. O, avtomobili 50 km/saat sürətlə idarə etmiş olsaydı belə, piyadanın bərabərliyinə çatmasına 3-4 metr qalmış piyada çatdırıb onun hərəkət zolağına bir-iki addım ata bilməzdi. O bir-iki addımı atana qədər o, piyadanın bərabərliyindən keçib getmiş olardı və onu vurmaq imkanı olmazdı. Piyadanın bir-iki addım atandan sonra dayanıb ona tərəf baxması ümumiyyətlə mümkün deyil və belə şey etməmişdir. Ola bilsin ki, izahatı alınarkən fikirləri düzgün başa düşülməyib. Məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2019-cu il tarixli 11700 nömrəli rəyi ilə razı deyil və hesab edir ki, ekspertiza düzgün aparılmamışdır. Mercedes E220 markalı avtomobil yerdə uzanıqlı vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs bədənin hansı hissələrindən vurması və sürütləyib dayandıqdan sonra sonuncunun hansı vəziyyətdə olmasını həmin vaxt həyəcanlı olduğuna görə bilməmiş, həmin halı onun avtomobilində sağ sərnişin oturacağında oturan tanışı Nazim görə bilərdi. Çünki piyada onun oturduğu tərəfdən vurulmuşdu və avtomobildən düşüb həmin piyadaya tərəf gedən də Nazim idi. (cil 02, iş vər. 47-52) Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, ifadəsində göstərmişdir ki, o tanışı X6 məxsus “Mercedes E 220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə sərnişin daşımaqla məşğul olmuşdur. xx xxxxx 2019-cu il idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətində 40-50 km/saat sürətlə, soldan üçüncü zolaqla hərəkətdə olarkən təxminən saat 22 radələrində M.Əliyev küçəsi 9A ünvanının qarşısına çatdıqda həmin istiqamətdə onun sol tərəfində, təxminən 40-50 metr qarşıda yolun ortasında olan qoşa xəttin üzərində qəza işıqları yanıb-sönən “X29” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin avtomobilin yanında iki nəfər şəxsin, eləcə də həmin avtomobildən təxminən 70 metr qabaqda yolun sağında dövlət qeydiyyat nişanını xatırlamadığı sayrışan işıqları yanıb-sönən DYP avtomobilinin dayandığını görmüşdür. Onun həmin “X29” markalı avtomobilə çatmağına təxminən 20 metr qalmış avtomobilimin ön hissəsinə nə isə ilişmiş və o təxminən 1-2 saniyə ərzində əyləcdən istifadə etmiş və təxminən 1,5 metr qarşıya hərəkət etdikdən sonra avtomobili saxlamışdır. Bu zaman “X29” markalı avtomobilin yanında dayanan şəxslərdən biri onun avtomobilinə yaxınlaşıb avtomobilinin qarşısına ilişən şəxsin sonradan adını bildiyi Zərərçəkmiş şəxs olduğunu bildirdi. O, bunu eşitdikdə avtomobili arxaya verib yolun sağ tərəfində saxlamış, avtomobildən düşdükdə yerdə uzanıqlı olan şəxsin onun avtomobilinə şaquli vəziyyətdə, ayaqları avtomobilə tərəf olmaqla ilişdiyini başa düşmüşdür. Orada 5-10 dəqiqə dayanmış, daha sonra ora olan adamlar ona həmin adamın başqa şəxs tərəfindən vurulduğu demişlər bu səbəbdən öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra “H.Aslanov” metrostansiyasının yanına gedib oradan “*9933” taksi xidməti vasitəsi ilə 4 nəfər tanımadığı müştərini götürüb həmin müştərilərin birini Yeni Günəşli qəsəbəsinə, digərini Abşeron rayon İcra Hakimiyyətinin yanına və digər ikisini isə Hökməli qəsəbəsinə aparmışdır. Hadisə vaxtı sürəti 40-50 km/saat olmuş, həmin vaxt piyadanı görməmiş, 50 metr qalmış RANG ROVER markalı avtomobili görmüşdür. Hadisə vaxtı idarə etdiyi avtomobilin üzərində işıqlı taksi nişanı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “X29” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Metropolitenin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətinə M.Əliyev küçəsi ilə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında əyləşmişdir. Həmin vaxt Mahir avtomaşınını təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. O, təxminən 150-200 metr aralıdan qarşıda solda onların hərəkət zolaqlarını ayıran xəttin üzərində, piyadanın durmasını, yaxınlaşarkən piyadanın onların istiqamətinə baxmasını görmüşdür. Mahir eyni sürətlə yoluna davam etdirmişdir. Piyadaya çatmağa 15-20 metr məsafə qalmış piyada durduğu ağ xəttin üzərindən iti sürətlə qaçaraq, yolu onların hərəkət istiqamətində soldan sağa keçməyə cəhd etmişdir. Piyadanın qaçmağa başladığı anda sərt tormozlama aparmaq məqsədilə Mahir ayağını əyləcə atmış, eyni hərəkətlə sükanı sola burub piyadanı vurmaqdan yayınmağa cəhd etsə də, lakin buna baxmayaraq, piyadanı vurmaqdan yayına bilmədi və avtomaşının qabaq sərnişin yeri tərəfdəki yan güzgü hissəsi ilə piyadanı vurdu. Bundan sonra onlar avtomaşını dayandırmışlar. Mahir və o, avtomobildən düşdükdə bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobil yerdə uzanmış piyada Zərərçəkmiş şəxs vurub onu təxminən 20 metr məsafəyə qədər sürütlədi. Həmin avtomobilin sürücüsü piyada Zərərçəkmiş şəxs yerlə sürütləyəndən sonra bir qədər geri idarə edib avtomobili saxladı. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, piyada hərəkət zolağının solunda dayanmış, onlar da orta zolaqla hərəkət etmişlər. Sağ və sollarında maşınlar olmuş, onların hərəkət zolağında da maşın hərəkət etmiş, qarşılarında maşın olmamışıdr. Piyadanı 150- 200 metr məsafə olardı görmüşlər və özləri 50-60 km/saat sürətlə hərəkət etmişlər. Toqquşma vaxtı piyada onların hərəkət zolağının solunda dayanmışdı. Təxminən 10-15 metr qalmış piyada qaçaraq yolu keçməyə başladı. Maşını sola çəkib saxlayıb, zərər çəkmiş şəxsə yaxınlaşmaq istədikdə digər avtomobil zərər çəkmiş şəxsi vurdu. Hadisədən sonra avtomobili sol tərəfə çəkib orada dayandıq. Zərər çəkmiş şəxsin sağ olub-olmamasını görməmiş, onlar maşından düşüb, digər avtomobilin piyadanı vurması isə təxminən 10-15 saniyə çəkmişdir. Hadisə vaxtı yolun işıqlandırılması normal olmuşdur. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini ekspert X21 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə videogörüntü ekspertizası üzrə verilmiş xx xxxx 2019-cu il tarixli, 17585/86 nömrəli ekspertiza rəyi üzrə tədqiqat zamanı və eləcə də Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında keçirilməklə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 8/1689/4/806 nömrəli ekspertiza rəyi üzrə tədqiqat zamanı ekspert olaraq iştirak etmişdir. Bildirir ki, təqdim olunmuş videogörüntüləri hadisənin görüntülərinin əks olunduğu şərti olaraq 2, 4, 6, 8 və 10 nömrələri ilə nömrələdiyi videogörüntülər əsasında tədqiqat aparmış və mümkün olan halları qeyd etməklə, məhkəmə tərəfindən qoyulmuş suallar üzrə videolar tərəfindən analiz olunmuşdur. Digər videolar da tərəfindən analiz olunmuş və nəticələri müvafiq olaraq rəydə qeyd olunmuşdur. Məhkəmə tərəfindən qoyulmuş suallara tədqiq olunan videogörüntülər əsasında dəqiq cavab verə bilməmişdir. Bəzi suallar isə tərəfindən cavablandırılmış, eləcə də videogörüntüləri tədqiq etməsi nəticəsində qeydə ala bildiyi xüsusatları ekspert rəyinin tədqiqi hissəsində göstərmişdir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində quraşdırılmış TŞ-4-076 və TŞ4-080 nömrəli kameralarının qeydə aldığı görüntülərə əsasən 2, 3 və 5-ci sual cavablandırılmaqla, “Təqsirləndirilən şəxs1 idarə etdiyi X29 markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mercedes Benz E 220 CDİ» markalı **-GT- *** dövlət qeydiyyat nişanlı avtomobil arasında hər iki avtomobilin piyadanı vurduqları anlar arasında keçən müddət kəsiyi müəyyən edilsin” məzmunda suala cavab verə bilməməsinin səbəbi videogörüntüdə arada boş kadrların olması səbəbindən hər iki vurulma anının dəqiq olaraq videogörüntülərlə müəyyən edilə bilməməsi olmuşdur. Tərəfindən tədqiq edilmiş videogörüntülərlə həm X29 markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həm də Mercedes Benz E 220 CDİ» markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olarkən önlərində hərəkət edən və onların piyadanı görə bilməsinə maneə yarada biləcək hər hansı nəqliyyat vasitəsinin olmadığı dəqiq olaraq müəyyən edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda qeyd olunan 1-ci sual olmaqla xx xxxxx 2019-cu il tarixdə yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə çıxma anının dəqiq müəyyən edilməməsi ilə bağlı qeyd edir ki, buna səbəb videogörüntünü qeydə alan kameranın 270 dərəcə bucaqla fırlanan kamera olması, kadrlardan birində piyadanın artıq yolun hərəkət hissəsində olması, kamera fırlandıqdan sonra artıq piyadanın qoşa xəttin üzərində olmasının müəyyən edilməsi olmuş, bu səbəbdən piyadanın yolun hərəkət hissəsinə çıxma anı dəqiq olaraq müəyyən edilməmişdir. Ekspertiza qarşısında qoyulmuş sualların əksəriyyətinin cavabsız qalmasına səbəb videogörüntü sahəsində ekspertlərin xüsusi biliklərinin 2 hadisə arasındakı vaxtın müəyyən edilməsinə yönəlik olması, bu müddət ərzində keçmiş həqiqi zamanın müəyyən olunması və obyektin yerinin dəqiq müəyyən olunmasına yönəlmiş olmasıdır. Təqdim olunan videogörüntüləri qeydə alan kamera qurğuları fırlanmaqla hərəkət etdiklərindən isə tərəfindən tam aydın müəyyən edilməmiş və suallara tam olaraq cavab verə bilməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Neon şadlıq sarayının yaxınlığında olan dairədə quraşdırılmış videogörüntülər ekspertiza tədqiqatı üçün yararsız idi. Belə ki, hadisə özü sutkanın qaranlıq vaxtı qeydə alınmaqla, videokameranın quraşdırılma yeri hadisənin baş vermə yerindən uzaqda olmuş və eləcə də videogörüntülərin görüntü imkanlarının aşağı keyfiyyətdə olması olmuşdur. Həmin videogörüntləri ekspertiza tədqiqatı zamanı böyüdüb yaxınlaşdırmaqla tədqiq etməyə çalışsa da, bu zaman keyfiyyət daha da itdiyindən ekspertiza tədqiqatı üçün faydalı heç bir görüntü əldə etmək mümkün olmamışdır. Sözügedən videogörüntülərin bir qismi dediyi kimi, iş üzrə ekspertiza tədqiqatı ilə bağlı lazımlı məlumatları özündə daşımadığından yararsız olmuşdur. Ümumiyyətlə materialları yararsızlığı ekspertiza tədqiqatı qarşısında qoyulmuş suallardan və təqdim olunan materiallarda həmin suallara cavabın əldə olunması üçün lazımlı məlumatların olubolmaması ilə müəyyən edilir. Belə ki, bəzən təqdim olunan audioyazı, həmin yazıdan mətn kontekstinin çıxarılması üçün yararlı olsa da, səslərin eyniləşdirilməsi üçün yararlı olmur. İş materiallarında təqsirləndirilən şəxslə birlikdə müstəntiq tərəfindən videogörüntülərə baxış keçirilmiş olmasına diqqət yetirməmiş, göstərilən hal onun qarşısında qoyulmuş suallar üçün əhəmiyyət kəsb etməmişdir. Belə ki, tərəfindən verilmiş hər iki ekspertiza rəyi üzrə tədqiqat zamanı iş materiallarında olan videogörüntülərə baxılmış və onların əsasında rəy verilmişdir. Videogörüntülərdə qeyd etdiyi kimi boş kadrlar olmuş, lakin həmin boş kadrlar montaj olaraq yox, videogörüntünü qeydə alan kamera qurğusunun proqramlaşdırılmasından asılı olmuşdur. Tərəfindən aparılmış ekspertiza tədqiqatlarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, videogörüntülərdə aşağı sağ küncdə taymkodlar göstərilmiş, həmin taymkodlar ayın tarixi və saatı, dəqiqə və saniyəsi göstərilməklə həqiqəti əks etdirmiş, həmin taymkodlarla hadisələrin baş vermə ardıcıllığını və hadisələr arasında keçən zamanı müəyyən etmək mümkündür. Bununla yanaşı ekspertiza tədqiqatı zamanı tərəfindən müəyyən edilmiş hallarla bağlı həm videogörüntülərdə göstərilən taymkodlar, həm də videonun başlanğıc və davam etmə müddəti ilə bağlı da vaxt göstərilmişdir. Videogörüntülərdə konkret obyektlərin koordinatlarını göstərmək olmadığından sualların bəziləri cavabsız qalmışdır. Həmçinin videogörüntülərdə kamera qurğusu sabit qalmayıb fırlandığından və hərəkət edən piyada kamera görüntülərindən kənarda qaldığından hərəkət trayektoriyasını dəqiq müəyyən etmək mümkün olmamış, lakin piyadanın yolu perpendikulyar yox, çəpəki keçməsi dəqiq müəyyən edilmiş və bu hal tərəfindən verilmiş ekspertiza rəylərinin tədqiqat hissəsində öz əksinin tapmışdır. Sürücüyə münasibətdə təhlükənin yaranma anının müəyyən edilməsi ekspert olaraq onun fəaliyyət sahəsinə aid deyildir. X29 markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada arasında ən yaxın olma zamanı müvafiq olaraq 22:07:08 taym kodunda olmuşdur. Daha sonra kadr dəyişdiyindən toqquşma anı dəqiq olaraq qeydə alınmamışdır. Tərəfindən aparılmış tədqiqatlar nəticəsində piyadanın qoşa xətti keçməyə başlama anından 08 saniyə sonra X29 markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada arasında ən yaxın məsafə qeydə alınır. Verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizaları şöbəsinin baş eksperti X19 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında keçirilməkə verilmiş xx xxxxxx 2020-ci il tarixli, 8/1689/4/806 nömrəli ekspertiza rəyi üzrə tədqiqat zamanı ekspert olaraq iştirak etmişdir və tərəfindən verilmiş ekspertiza rəyini bir daha təsdiq edir. Bildirir ki, müvafiq qərarla ekspertiza qarşısında qoyulan sualların cavablandırılması məhkəmə videogörüntü ekspertizaları ilə bağlı olduğundan, lakin həmin sahədə keçirilən tədqiqat nəticəsində qoyulan suallar ekspert tərəfindən cavablandırılmadığından o da öz sahəsi üzrə qoyulmuş suallara cavab verə bilməmişdir. Belə ki, qərarın məzmunundan da göründüyü kimi, suallar videogörüntülər əsasında şəraitin müəyyənləşdirilməsi və bundan sonra onun tərəfindən cavablandırılması üzərində qurulmuşdur ki, rəydən də göründüyü kimi videogörüntü üzrə ekspertiza tədqiqatı ilə suallara cavab verilməmişdir. Tərəfindən yalnız 9cu sual üzrə qoyulmuş 9)Sürücü Təqsirləndirilən şəxs2 baş vermiş yol-nəqliyyat hadisəsindən sonrakı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmuşdurmu? məzmununda suala cavab verilmiş, Təqsirləndirilən şəxs2 hərəkətlərində hadisə yerindən qaçdığından hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmasını biz ekspertlər yox, istintaq orqanı müəyyənləşdirir. Həmin hissədə suala cavab verərkən iş materiallarına istinad edilmişdir. Ekspertiza tədqiqatı üçün onlara cinayət işinin materialları tamlıqla təqdim olunmuşdu. Məhkəmə tərəfindən ekspertiza tədqiqatı qarşısında konkret suallar qoyulduğundan, həmin suallara cavab verilməmişdir. Belə ki, məhkəmə öz qərarında 4-cü sual olaraq “2 və 3-cü suallar cavablandırılmaqla Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində quraşdırılmış TŞ-4-076 və TŞ4-080 nömrəli kameralarının qeydə aldığı görüntülərə əsasən müəyyən edilmiş şəraitdə sürücü Təqsirləndirilən şəxs1 baş vermiş yolnəqliyyat hadisəsinin qarşısını almağa imkanı olmuşdurmu və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmuşdurmu?” məzmunda sual qoymuş, lakin videogörüntü ekspertizası 2 və 3-cü suallara cavab verə bilmədiyindən və həmin şəraiti müəyyən edə bilmədiyindən, 4-cü suala cavab verə bilməmişdir. Cinayət işi üzrə daha əvvəl verilmiş bir-biriləri ilə ziddiyyət təşkil edən rəylər ekspertizanın təyin edilməsi haqqında müvafiq qərarda göstərilən şəraitlərin təsviri üzrə aparılmışdır. Birinci instansiya məhkəməsi zamanı aparılmış ekspertiza tədqiqatı məhkəmənin təsvir etdiyi hadisələrin baş verməsi şəraiti üzərində aparılmış və həmin şərait üzrə cavablandırılmışdır. Həmin ekspertiza tədqiqatı zamanı məhkəmənin qərarında işdə olan videogörüntülərin nəzərə alınmamalı olması göstərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı ekspert rəyi verilərkən videogörüntülər də nəzərə alınmaqla ekspertiza tədqiqatı aparılmışdı. Bildirir ki, sürücünün qarşısında təhlükəni yaranma anının müəyyən edilməsi ekspert tərəfindən qiymətləndirilə bilən anlayış deyildir, bu anlayışa ibtidai istintaq orqanı və ya məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə qiymət verilir. Bir ekspert olaraq bildirir ki, ümumi qəbul olunmuş təcrübəyə əsasən təhlükə anlayışı nəqliyyat vasitəsinin hərəkət zolağında təhlükə daşıyan hər hansı bir kənar obyekt olaraq qəbul olunur ki, həmin obyekt hərəkət hissəsində digərləri tərəfindən məhdudlaşdırıla bildiyindən, təhlükənin yaranma anı həmin obyektin sürücünün görüş dairəsinə düşdüyü andan hesab olunmalıdır. Bu səbəbdən konkret işin hallarından asılı olaraq obyektin yolun kənarından daxil olduğu andan, yaxud da hərəkət hissəsinə daxil olduğu andan təhlükənin yaranma anı baş tutmuş hesab olunmalıdır. Tərəfindən ekspert rəyi verilərkən cinayət işi üzrə daha əvvəl verilmiş ekspert rəylərinə əsaslanmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 bildirmişdir ki, o, 1995-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi qaydada ailə qurmuş və nikahlarından 1996-cı ildə qızı Şəms və 1998-ci ildə oğlu Rasim anadan olmuş, onlar ünvan 2 A ünvanında yaşamışlar. xx xxx 2019-cu il tarixdə, təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs ünvan 1 A saylı ünvanın qarşısında yolu keçmək istəyərkən avtomobil ilə vurulması, sonradan başqa bir avtomobilin onu vurub yerlə sürütləməsi və xəstəxanaya yerləşdirilməsini eşitmişdir. Bunu eşitdikdən sonra xəstəxanaya getmiş, Zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar danışa bilmədiyinə görə hadisənin necə baş verməsini deyə bilməmiş, xx xxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Sonda Y.A.Məmmədova, təqsirləndirilən şəxslərin ona vurulmuş zərəri ödədiyini, buna görə onlara qarşı heç bir şikayət və tələbinin olmadığını və onlarla barışdığını bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Bakı şəhəri, Nizami DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində **-YP-*** dövlət nömrə nişanlı xidməti avtomobildə xidmətdə olarkən ünvan 1 A ünvanının qarşısında avtomobillərin dayanmasını və tıxacın əmələ gəlməsini görüb həmin yerə yaxınlaşdıqda orada toplaşmış şəxslərin deməsindən «X29» markalı, 90-00-002 dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piyada, sonradan adını bildiyi Zərərçəkmiş şəxs vurmasını, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra isə qoşa xətdən sağ tərəfdə 3-cti hərəkət zolağında uzanıqlı vəziyyətdə olarkən eyni istiqamətdə hərəkətdə olan «Mercedes» markalı avtomobilin onu vurub yerlə sürütləməsini bilmişdir. «Mercedes» markalı avtomobilin sürücüsünün harada olmasını xəbər aldıqda orada olan şəxslər həmin sürücünün Zərərçəkmiş şəxs vurub yerlə sürütləyəndən sonra dayanmasını, bundan sonra isə çıxıb getməsini demiş, ətrafa baxdıqda «Mercedes» markalı avtomobili və onun sürücüsünü görməmişdir. Bir qədər sonra hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işini başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Nizami RPİ-nin baş müstəntiqi Vüsal Rzayev tərəfindən xx xxxxx 2019cu il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 A ünvanda yerləşən “Neolit” şadlıq sarayının qarşısında şadlıq sarayı istiqamətindən əks istiqamətə qaçaraq yolu keçən şəxsiyyəti istintaqa məlum olmayan piyadanı avtomobilin qabaq sağ hissəsi ilə ehtiyyaytsızlıqdan vurması, həmin piyadanın yerə yıxılaraq yerdə uzanıqlı vəziyyətdə olarkən, həmin yolla eyni istiqamətdən hərəkətdə olan «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 yerdə olan piyadanı idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq, sürüyüb bir neçə metr qarşıya apardıqdan sonra avtomobili saxlanması, nəticədə şəxsiyyəti istintaqa məlum olmayan naməlum piyadanın aldığı kəllə beyin travması, baş beyninin ağır dərəcəli əzilməsi, beyinə qan sızma, döş qəfəsinin küt travması xəsarətlərindən 3 saylı ŞKX-na reanimasiya şöbəsinə daxil olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi sxemindən və fotoşəkillərdən görünür ki, Nizami RPİ-nin baş müstəntiqi Vüsal Rzayev tərəfindən dəvət olunmuş hal şahidlərinin və “X29” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri olan ünvan 1 A ünvanın qarşısındakı yol asfalt örtüklüdür, düzdür və qurudur, yolun ümumi eni 32 metr təşkil edir. Həmin yolun mərkəzində qoşa xətt vardır. Sol tərəfdə yerləşən yolun eni 11 metr, sağ tərəfdə yolun eni isə 21 metr təşkil etməklə yol qırıq-qırıq xətlərlə sol tərəfdə 3, sağ tərəfdə isə 4 hərəkət zolağına bölünmüşdür. Piyada hərəkət hissəsinə soldan sağa 12 metr məsafə qət etmiş, bundan sonra avtomobillə vurularaq sağ qabaq istiqamətə atılmış və orada uzanıqlı olarkən Mercedes markalı avtomobil tərəfindən ön hissəsi ilə 20 metr sürülü qarşıya aparılmışdır. X29 markalı avtomobil yolun sağ istiqamətində aparılıb saxlanılmış, baxış zamanı həmin avtomobilin sağ qabaq hissəsi əzilmiş və sağ yan güzgüsü sınmışdır. Hadisə yerinin yaxın ətrafında TŞ4-076 saylı kameranın olması müəyyən edilmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə yolu keçən piyada Zərərçəkmiş şəxs yolun hansı hissəsində vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs yıxılıb yerdə uzanıqlı vəziyyətdə olarkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə sonuncunu vuraraq üzərindən keçib onu hansı məsafədə sürütlədiyi yerləri göstərib təsvir etmişdir. Eyni zamanda tərtib edilmiş sxemdən göründüyü kimi müstəntiq tərəfindən yolun sxemi (eni, qoşa xətlə ayrılmasına dair xüsusatlar) çəkilməklə, baxış iştirakçısı Təqsirləndirilən şəxs1 təsvirləri əsasında piyadanın onun idarə etdiyi X29 markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulma yeri olaraq qoşa xətdən 01 (bir) metr sağda bir nöqtə qeyd olunaraq piyadanın vurulma yeri kimi qəbul olunmuşdur. (cild 01, iş vər. 6-13) AD 459861 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, **-OG-*** dövlət qeydiyyat nişanlı «X29» markalı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi məhəllə 972, ev 28 mənzil 64-də yaşayan Təqsirləndirilən şəxs1 həyat yoldaşı X5 adına qeydiyyata alınmışdır. (cild 01, iş vər. 15) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2019-cu il tarixdə, saat 22.50-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 38) “Məhkəmə avtotexniki ekspertizasının keçirilməsi barədə” Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən qəbul edilmiş qərar əsasında istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxslərin ifadələri və hadisə yerinə baxış zamanı müəyyən edilmiş şəraitə əsasən təyin edilmiş məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11700 nömrəli rəyindən görünür ki, «X29» markalı **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə idarə etdiyi «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanın vurulması hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/ saat sürətdən yüksək, 70 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında «Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 01, iş v. 87-91) “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakları ilə 3 saylı ŞKX-nın anesteziologiya və reanimasiya şöbəsinin müdiri X4 təqdim etdiyi xx xxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı xəsarət almış və həmin tarixdə 3 saylı şəhər klinik xəstəxanasına daxil olmuş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd palto, bir ədəd köynək, bir ədəd göy rəngli cins şalvar müstəntiq tərəfindən götürülərək baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, palto-qara rəngli paltonun uzunluğu 1000 mm, çiyin hissədə eni 500 mm-dir. Paltonun sağ çiyin nahiyəsində 200x200 mm ölçüdə sürtünmə, cırılma zədələri vardır, paltonun sol yan sahəsində sürtünmə izi vardır. Köynək - köynək ağ rəngdə zolaqlı olmaqla sağ və sol yaxalığında 300x300 mm ölçülü sahədə təkər izi vardır, sağ nahiyəsində 200x120 mm ölçüdə sürtünmə, cırılma zədəsi vardır, sağ çiyin nahiyəsində 150x90 mm ölçüdə sürtünmə, cırılma zədəsi vardır. Şalvar - göy rəngli cins şalvarın uzunluğu 1020 mm, bel hissədə eni 410 mm-dir, şalvarın yuxarı sahəsində sürtünmə, cırılma zədəsi vardır. Qeyd edilən paltarlar müstəntiq tərəfindən götürülüb sellofan torbaya qablaşdırılmışdır. (cild 01, iş vər. 100-106) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokollardan və əlavə olunmuş fotocədvəllərdən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X24 X1 İstehsalat İdarəsinin 11 saylı cərimə meydançasında «X29» markalı **-OG-*** dövlət nömrə nişanlı və «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət nömrə nişanlı avtomobillərə Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, ağ rəngli «X29» markalı 90-0G-002 dövlət qeydiyyat nişanlı avtomobilin ön kapot hissəsi yerdən 110 sm hündürlükdə yerləşməklə avtomobilin sağ qabaq qanadı deformasiyaya uğramış, batıq vəziyyətdədir. Yerdən 95 sm hündürlükdə yerləşən avtomobilin sağ qabaq faranın şüşəsi sınmış, avtomobilin qabaq buferinin sağ tərəfi avtomobilin kuza hissəsinə bərkidilən yerdən çıxmış, sağ yan güzgü isə qopmuşdur. Bundan əlavə, baxış zamanı müəyyən edildi ki, tünd-yaşıl metalik rəngli «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin mərkəzi və kənarları sınmış və çatlamış, ön buferin aşağı mərkəzi hissəsində qanabənzər qırmızı qeyrimüəyyən formada ləkələr və ləkə üzərinə yapışmış vəziyyətdə olan iki ədəd tük aşkar edilmişdir. Ləkələrdən pambıq tampon vasitəsi ilə iki ədəd nümunə və aşkar edilmiş iki ədəd tük götürülmüşdür. (cild 01, iş vər. 110-129) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-116/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 185- 188) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-115/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından azad edilmişdir. (cild 01, iş vər. 189-193) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 194-197) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən, 3 saylı ŞKX-nın anesteziologiya və reanimasiya şöbəsinin müdiri X11, Nizami RPİ-nin 25-ci PŞ-nin inspektoru, polis leytenantı Mizəzadə hakim Vilayət oğlu və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı 3 saylı ŞKX-nın 3-cü mərtəbəsində yerləşən anesteziologiya və reanimasiya şöbəsinin palatasında çarpayı üzərində, üzəri yerliyi ağ rəngli, göy rəngdə naxışları olan mələfə ilə örtülmüş meyit olduğu müəyyən edilmiş, mələfə meyit üzərindən götürüldükdə çarpayı üzərində olan meyit əynində paltar olmayan kişi cinsli meyit olduğu, meyitin baş və çənə nahiyələri sarıqlıdır. Meyitin bədəni üzərində çoxsaylı xəsarətlər olmaqla həmin xəsarətlər yaşılımtıl məhlul ilə sürtülmüşdür. Baxışda iştirak etmiş 3 saylı ŞKX-nın anesteziologiya və reanimasiya şöbəsinin müdiri X11 bildirmişdir ki, həmin meyit xx xxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Zərərçəkmiş şəxs meyitidir. Zərərçəkmiş şəxs meyiti xarici və daxili müayinə edilməsi üçün MTK və PA ETT Birliyinin Nizami rayon şöbəsinə göndərilmişdir. (cild 01, iş vər. 260-264) Meyitə baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində alnın sol yarısında, sol qaşüstü nahiyədə, üzərində müvafiq olaraq dörd və bir ədəd cərrahi tikişlər olan yaşılı tibbi məhlulla işlənmiş iki ədəd yara; sol gicgah nahiyəsində, alnın sol yarısında yuxarıda qeyd edilən yara ətrafında yerləşmiş, sağ almacıq nahiyəsində, sol qaşüstü nahiyədə, sol gözaltı nahiyədə, burun kökündə ortada, burun ucunda sağda, üzəri qartmaqla örtülü, yaşılı tibbi məhlulla işlənmiş, qeyri-müəyyən formalı sıyrıqlar vardır. Döş qəfəsinin sağ yarısında məməətrafı nahiyədə, sol qabırğa qövsündən qarnın ön divarının sol yarısının yuxarı hissəsinə qədər davam edən çoxsaylı (10 ədəddən çox), sağ kürəküstü nahiyədə və bundan yuxarıda, sol kürəküstü nahiyədə, sağ bazu oynağının yuxarı səthində, sağ dirsək oynağının arxa səthində, sağ əlin arxa səthində, sol əlin arxa səthində, sağ budun yuxarı 1/3-nin ön-iç səthində, sağ budun orta 1/3-nin bayır səthində, sağ budun orta 1/3-nin iç səthində, sağ diz oynağının ön səthində, sol diz oynağının iç səthində, üzəri qartmaqla örtülü, bəziləri yaşılı tibbi məhlulla işlənmiş, qeyri-müəyyən formalı, sürtünmə xarakterli sıyrıqlar, sağ bazunun aşağı 1/3-nin arxa səthində, tünd göyümtül- bozumtul rəngli qançır vardır. Büzdüm nahiyəsində qırmızımtıl rəngli, alt-alta yerləşmiş, qeyri-müəyyən formalı iki ədəd yataq yarası aşkar edilmişdir. Böyük olan yataq yarasının sol kənarında, sol arxa qoltuq xətti üzrə V-Vİİİ qabırğaarası proyeksiyada üzəri ətraf sağlam dəri səviyyəsindən hündürdə yerləşmiş qəhvəyimtil rəngli qartmaqla örtülü, qeyri-müəyyən formalı sıyrıqlar vardır. İş üçün əhəmiyyət kəsib etdiyindən mərhum Zərərçəkmiş şəxs başının alın hissəsindən müqayisəli tədqiqata təqdim edilməsi üçün tük nümunəsi götürülmüşdür. (Cild 01, iş v. 270-284) Bakı Apellyasiya Məhkəməsinin 4(103)-289/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-115/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilməklə, həmin qərar ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. (cild 02, iş vər. 25-27) Məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli 80 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beynin əzilməsi və dislokasiyası ilə müşayiət olunan subdural hematoma, sağ tərəfli hemopnevmotoraks və sol tərəfli pnevmotoraksla nəticələnən sağ tərəfli İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sol tərəfli İİİ, İV, V, Vİ, Vİİ qabırğaların və sağ kürək sümüyünün yerdəyişən, qapalı sınıqları, sağ aşıq sümüyünün yerdəyişən, qəlpəli, burun sümüyünün yerdəyişən sınıqları, alnın sol yarısının və sol qaşüstü nahiyənin əzilmiş yarası, sağ bazunun arxa səthinin qançırı, döş qəfəsinin hər iki tərəfli ön və sol tərəfli arxa səthinin, hər iki kürəküstü nahiyənin, qarnın ön divarının, büzdüm nahiyəsinin, sağ budun geniş sahəli sürtünmə xarakterli, hər iki diz, sağ dirsək oynaqlarının, hər iki əlin arxa səthinin və sifətin sıyrıqları xəsarətləri olmuşdur. Bunlardan əlavə, sağ tərəfli gicgah-təpə nahiyəsinin və qarının ön divarının sol tərəfli yaraları cərrahi əməliyyat yerləri, sağ və sol tərəfli qoltuq xətti üzrə V qabırğaarası və sağ tərəfli məmə xətti üzrə İİİ qabırğaarası sahələrin yaraları tibbi müdaxilə-drenaj boru yerləri, hər iki dirsək çuxurunun nöqtəvari yaraları tibbi müdaxilə-inyeksiya yerləri kimi qiymətləndirilə bilər. Büzdüm nahiyəsinin yataq yaraları isə xəstənin uzun müddət arxası üstə uzanıqlı vəziyyətdə qalmasına ilə əlaqədar qan təchizatının pozulması nəticəsində yaranması kimi qiymətləndirilə bilər. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə hərəkətdə olan avtomobillərin qabarıq hissələrinin təsiri və bədənin nahamar səth üzərində sürtünməsi nəticəsində yarana bilər. Dərəcəsinə görə alnın sol yarısının bir ədəd və sol qaşüstü nahiyənin bir ədəd əzilmiş yaraları, subdural hematoma, baş beynin əzilməsi və yerdəyişməsi (dislokasiyası) ilə müşayiət olunan başın küt travması, sağ İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sol İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağ kürək sümüyünün yerdəyişən, qapalı sınıqları, sağ tərəfli hemopnevmotoraks və sol tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin küt travması həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər, sağ aşıq sümüyünün yerdəyişən, qəlpəli və burun sümüyünün yerdəyişən sınıqları həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəli deyildir, sağ almacıq, sol qaşüstü, sol gözaltı, burun kökü və ucu, döş qəfəsinin hər iki tərəfli ön səthi və sol tərəfli arxa səthi, qarnın ön divarının sol yarısı, hər iki kürəküstü nahiyə, sağ bazu oynağının yuxarı səthi, sağ dirsək oynağının arxa səthi, hər iki əlin arxa səthi, büzdüm nahiyəsi, sağ budun ön-iç və bayır səthi, hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ bazunun arxa səthinin qançırı həm ayrı-ayrılıqda, həm də ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəli deyildir. Zərərçəkmiş şəxs meyitinin üzərində olan xəsarətlərdən-döş qəfəsinin ön və arxa səthlərinin, qarının ön divarının, hər iki kürəküstü nahiyənin, büzdüm nahiyəsinin, sağ budun geniş sahəli, hər iki diz, sağ dirsək oynaqlarının, hər iki əlin arxa səthinin sıyrıqları-bədənin nahamar səth üzərində sürtünməsi nəticəsində, digər xəsarətlərin isə hər iki avtomobilin qabarıq hissəsinin təsiri nəticəsində yaranmasına uyğun gələ bilər. Zərərçəkmiş şəxs ölümünə səbəb skelet sümüklərinin çoxsaylı sınıqları fonunda baş beyinə, onun qişalarına qansızma və baş beynin travmatik ödemi nəticəsində baş beyinin həyati vacib mərkəzlərinin sıxılması olmuşdur. Ölüm xx xxx 2019-cu il tarixdə 3 saylı ŞKXda baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişikliklərdə öz əksini tapır. Zərərçəkmiş şəxs adına olan C-1741 nömrəli xəstəlik tarixinin 3-cü səhifəsinin status lokalis hissəsində xəstənin ağız boşluğundan kəskin spirtli içki iyinin gəlməsi qeyd olunmuşdur. (Cild 02, iş vər. 55-61) Baş Dövlət X23 xx.xx.2019-cu il tarixli, 016-46463-1219 nömrəli məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompyuter bazasına görə Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdə verilən xx.xx.2013-cü il tarixədək qüvvədə olan “B” kateqoriyalı AC 012520 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə verilən xx.xx.2023-cü il tarixədək qüvvədə olan “B” kateqoriyalı AD 165534 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (cild 02, iş vər. 75) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 79-80) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 81-82) Kompleks məhkəmə-trasoloji və lifli materialların kriminalistik tədqiqi ekspertizasının xx xxxx 2019-cu il tarixli 12152/12852 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlar (göy rəngli cins şalvar, ağ rəngli köynək və qara rəngli palto) üzərində avtonəqliyyata məxsus lak-boya sürtünməsi, lay qatı və ya mikrohisəcikləri yoxdur. Zərərçəkmiş şəxs məxsus paltarlar (göy rəngli cins şalvar, ağ rəngli köynək və qara rəngli palto) üzərində neft məhsullarına məxsus izlər vardır. (Cild 02, iş vər. 84-87) Kompleks məhkəmə-trasoloji və lifli materialların kriminalistik tədqiqi ekspertizasının xx xxxx 2019-cu il tarixli 12151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar, ağ rəngli köynək və qara rəngli palto üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması və üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Zərərçəkmiş şəxs məxsus paltonun və köynəyin üzərində eyniləşmə tədqiqatına yararsız nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri vardır. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ona məxsus paltarların üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşür. (cild 01, iş v. 94-97) Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxx 2019- cu il tarixli 336/2019-MTBŞ nömrəli rəyindən görünür ki, «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilərək 02 (iki) ədəd pambıq topasına götürülmüş ləkələrin birində (2 saylı pambıq topasında) insan qanı aşkar olundu. Bu qan ləkəsi Zərərçəkmiş şəxs və eyni qruplu digər şəxsə məxsus ola bilər. Digər pambıq topasına götürülmüş ləkədə (01 saylı pambıq topasında) qan aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş «Mercedes Benz E 220 CDİ» markalı avtomobilin üzərində aşkar edilərək götürülmüş iki ədəd tükəbənzər obyektlərdən biri (1 saylı obyekt) insanın baş tüküdür. Bu tük yaşama qabiliyyətini itirməkdə olan və düşməyə meyilli tük olduğu üçün hər hansı bir küt təsir nəticəsində (təsirin gücündən asılı olmayaraq) kökündən ayrılmışdır. Bu tük baş tükü olduğu üçün zərərçəkmiş Zərərçəkmiş şəxs alın nahiyəsindən götürülərək təqdim edilmiş bütün 12 (on iki) ədəd baş tük nümunələri ilə müqayisə olunduqda avtomobildən götürülmüş 1 (bir) saylı tük ilə Zərərçəkmiş şəxs alın tükü nümunələrindən 5 (beş) ədədi arasında oxşarlıq, 3 (üç) ədədi ilə isə nisbi oxşarlıq aşkar olundu. Alın tüklərinin 4 (dörd) ədədi isə əksər oxşar alın tüklərindən və avtomobildən götürülmüş 1 (bir) saylı tükdən bəzi morfoloji əlamətləri ilə fərqləndilər. Avtomobildən götürülmüş 1 (bir) saylı tük ilə Zərərçəkmiş şəxs alın nahiyəsindən götürülmüş tüklərin morfoloji əlamətlərinə görə eyni bir şəxsə məxsus olması inkar olunmur. Avtomobildən götürülmüş 1 (bir) saylı tükün ölçüsünün qısa olması bu tük ilə qrup mənsubiyyətinə görə müqayisə aparmağa imkan verməmişdir. Ekspertizaya təqdim olunmuş «Mercedes Benz E 220 CDİ» markalı avtomobildən götürülmüş daha bir obyekt (2 saylı tük) insanın üz nahiyəsinə məxsus tük olmaqla küt təsir mexanizmi ilə kökündən qoparılmışdır. Həmin nahiyədən tük nümunələri təqdim edilmədiyi üçün bu tük ilə morfoloji əlamətlərinə görə, ölçüsünün qısa olması səbəbindən isə qrup mənsubiyyətinə görə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. (cild 02, iş v. 101-111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2019-cu il tarixli 003-5980-1219 və 003-5982-1219 nömrəli məktublarından görünür ki, Təhlükəsiz şəhər xidmətinin TŞ 4-080 və TŞ 4-076 nömrəli videomüşahidə qurğularının müvafiq kameralarının xx.xx.2019-cu il tarixli saat 21.30-dan 22.30-dək olan müddətdəki videogörüntüləri DVD disklərdə ibtidai istintaq orqanına təqdim edilmişdir. (cild 02, iş vər. 113-116) Kompleks məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli T211/2019 nömrəli rəyindən görünür ki, hadisə vaxtı ilkin kontakt Zərərçəkmiş şəxs vertikal vəziyyətdə olarkən bədənin sağ yan səthi ilə «X29» markalı avtomobilin qabaq sağ tərəfi ilə olmuş, bu zaman sağtərəfli hemotoraksla nəticələnmiş 4-10-cu qabırğaların, sağ kürək və aşıq sümüyünün yerdəyişən sınıqları, sağ bazunun arxa səthinin qançırı, sağ dirsək oynağının sıyrığı xəsarətləri yaranmış, sonrakı etapda yol örtüyünə dəymə nəticəsində sifətin sıyrıqları, burun sümüyün sınığı xəsarətləri əmələ gəlmişdir. Qeyd edilən xəsarətlərdən sağtərəfli hemotoraksla müşayiət olunan 4-10-cu qabırğaların, sağ kürək sümüyünün yerdəyişən sınıqları sağlamlığa ağır zərər vurmaya, qançır və sıyrıqlar isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs yol örtüyünə uzanıqlı vəziyyətdə olarkən «Mercedes Benz» markalı avtomobilin qabaq hissəsi ilə vurulması və yol örtüyü ilə sürtülməsi nəticəsində alnın sol yarısı, sol qaşüstü nahiyəsinin əzilmiş yarası, baş beynin əzilməsi, subdural hematoma və dislokasiyası ilə müşayiət olunan başın küt travması, soltərəfli pnevmotoraks ilə müşayiət olunan 3-7-ci qabırğaların sınıqları, döş qəfəsinin ön və arxa səthinin, hər iki kürəküstü nahiyənin, qarnın ön divarının, büzdüm nahiyəsinin, sağ budun, hər iki diz və əllərin arxa səthinin sürtünmə xarakterli sıyrıqları xəsarətləri əmələ gəlmişdir. Qeyd edilən xəsarətlərdən başın küt travması, baş beyinin əzilməsi, subdural hematoma və bunun nəticəsində baş beynin dislokasiyası sağlamlığa ağır zərər vurmaya, soltərəfli pnevmotoraks ilə müşayiət olunan sol 3-7-ci qabırğaların sınıqları sağlamlığa az ağır zərər vurmaya, sifətin əzilmiş yaraları sağlamlığa yüngül zərər vurmaya, sürtünmə xarakterli sıyrıqlar isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb olan baş beynin ağır dərəcəli əziyi, beyindaxili qansızma nəticəsində yaranmış dislokasiyadan inkişaf etmiş ödem və həyat üçün vacib mərkəzlərin sıxılması xəsarətləri öz xarakterinə görə «Mercedes Benz» markalı avtomobil ilə yetirilməyə uyğun gəlir. (cild 02, iş vər. 117-125) Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində quraşdırılmış TŞ-4-076 və TŞ4-080 nömrəli kameralarının qeydə aldığı Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən «CD» disk vasitəsi ilə təqdim edilmiş görüntülərə Təqsirləndirilən şəxs1 və müdafiəçisi X7 iştirakı ilə keçirilmiş xx xxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 22:06:29-da piyada Zərərçəkmiş şəxs yolun «Neolit» restoranının qarşısı olan, yəni qoşa xətdən sol tərəfdə səkinin kənarında dayanmış avtomobillərin qarşısı ilə hərəkət hissəsi ilə düzünə «Neptun» restoranı, yəni, M.Əliyev küçəsi 9 A ünvanı istiqamətində hərəkət edərək, sonradan yolu keçmək üçün yolun mərkəzinə, qoşa xəttə doğru addımlamış, saat 22:06:55-də M.Əliyev küçəsi 9 A ünvanının qarşısında, qoşa xəttə çatdıqda dayanmadan yolu soldan sağa asta qaçışla çəpinə şəkildə keçərək, qoşa xətdən sonrakı 1-ci, daha sonra isə 2-ci hərəkət zolağına daxil olmuş, qoşa xətti keçməsindən 8 saniyə sonra, yəni saat 22:07:03-də «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun mərkəzində olan qoşa xətdən sağ tərəfdə yerləşən ikinci hərəkət zolağı ilə M.Əliyev küçəsi 9 A ünvanının qarşısında olan piyada Zərərçəkmiş şəxs hərəkət xəttini keçmiş, bundan sonra bir qədər qarşıda yolun mərkəzində olan qoşa xəttin üzərində dayanmış və hərəkətdə olan digər avtomobillər sürətlərini azaltmağa başlamışdır. Bundan əlavə, TŞ4-076.3 nömrəli kameranın görüntüsündə isə «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun 3-cü hərəkət zolağı ilə hərəkət etməsi, onun hərəkət zolağı ilə piyada Zərərçəkmiş şəxs yolu qaçaraq keçməsi, bir qədər sonra isə «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı, üzərində taksi trafareti olan avtomobilin yolun qoşa xətdən sağ tərəfdə 3-cü hərəkət zolağı ilə hərəkət etməsi, həmin zolaqda yerdə piyadanın uzanıqlı vəziyyətdə olması, «Mercedes Benz E 220 CDİ» markalı avtomobilin dayanmadan yerdə uzanmış piyadanın üzərinə doğru getməsi, piyada və həmin avtomobilin görüntüdən itməsi əks olunmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 görüntülərdə qeydə alınmış «Rang Rover» markalı avtomobili onun idarə etdiyini, yolu keçən piyada Zərərçəkmiş şəxs vurmamaq üçün avtomobili sola tərəf çəksə də, hadisənin qarşısını ala bilmədiyini, Zərərçəkmiş şəxs vurduqdan sonra yerdə uzanıqlı vəziyyətdə olarkən onun üzərinə doğru hərəkət edərək onu vurub sürütləyən isə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil olduğunu bildirmişdir. (cild 02, iş v. 135-139) Kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 17585/86 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş «Sony» markalı diskdə qeydə alınmış «E:/TŞ4-076.1-Part 2 (2019-04-30 21-52- 49 - 2019- 04-30 22-15-25). avi» adlı videofayldakı videoyazıya görə piyada Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı andan «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin videokadrda göründüyü son ana qədər olan (videoyazıdakı görüntülərdə piyada Zərərçəkmiş şəxs ən yaxın olduğu ana qədər) zaman müddəti 8,00 saniyə təşkil edir. «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 02, iş v. 169-175) “xxxx” MTK-nın direktoru tərəfindən verilmiş 14/1 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan, AZ-İV 090344 və AZ-İİİ 907478 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 kirayənişin olaraq MTK-nın binasında yaşamaqla, barəsində MTK-ya heç bir şikayət daxil olmamış, qonşular arasında səmimi, mehriban, ünsiyyətcil və sakit insan kimi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində xx.xx.2018-ci il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. (cild 02, iş vər. 178-184) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hadisə vaxtı piyada Zərərçəkmiş şəxs qoşa xəttin üzərində dayanıb hərəkətdə olan avtomobillərə yol vermək üçün gözləməsini görməsi, qəflətən iti sürətlə dayandığı qoşa xəttin üzərindən onun hərəkət zolağına daxil olması, həmin an hadisənin qarşısını ala bilməyib Zərərçəkmiş şəxs avtomobilin sağ tərəfi ilə vurması barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış sübutlarla tam təkzib olunduğundan həmin dəlillər təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək və özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə yeni məzmunda, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham isə dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərar alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən həmin hissədə barələrində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs məxsus göy rəngli şalvar, ağ rəngli uzunqol köynək, qara rəngli palto, «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində aşkar edilərək götürülmüş iki ədəd tük və pambıq tampon vasitəsi ilə götürülmüş qan nümunələri maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri, Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, təqsirləndirilən şəxslər, habelə şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış və götürmə protokolları, məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli 391 nömrəli, xx xxx 2019-cu il tarixli 80 nömrəli, kompleks məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli T211/2019 nömrəli, kompleks məhkəmə-trasoloji və lifli materialların kriminalistik tədqiqinə dair xx xxxx 2019-cu il tarixli 12152/12852 nömrəli, xx xxxx 2019-cu il tarixli 12151 nömrəli, məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 336/2019-MTBŞ nömrəli, məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11700 nömrəli, əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixi 17585/86 nömrəli rəyləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən götürülmüş disklər və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (cild 02, iş vər. 185-203) X14 ilə zərərçəkmiş şəxsin hüquqi varisi X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı əri Zərərçəkmiş şəxs vurması və hadisə nəticəsində sonuncunun ölməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbi olmayacağı müqabilində Təqsirləndirilən şəxs1 atası X9 9.000 manat pul ödənişini qəbul etmişdir. (cild 02, iş vər. 304-305) Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, hüquqi varis ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 01, iş vər. 306) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanmışdır. (cild 02, iş vər. 311-312) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-270/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iş üzrə əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası keçirilməsi qərar alınmaqla, ekspert qarşısında 1) Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 2) Göstərilən halda sürücü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 3) Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 4) Göstərilən halda sürücü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? sualları qoyulmuşdur. İş materiallarında olan cinayət işi üzrə ekspert Vüqar Quliyevin ekspertiza aparmaqdan imtina etməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, X29 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 müdafiəçisi vəsatətində göstərir ki, sürücü Təqsirləndirilən şəxs1 qarşıda 150-200 metr məsafədə piyadanın öz hərəkət zolağının sol sərhəddini müəyyən edən xəttin üzərində dayandığını 150-200 metr məsafədən görmüş, piyadaya çatmağa 15-20 metr məsafə qalmış piyada durduğu ağ xəttin üzərindən iti sürətlə qaçaraq hərəkət hissəsini soldan sağa keçmək istəmiş və avtomobilin sol yan güzgüsü ilə vurulmuşdur. Mercedes Benz E220 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 vəkili isə vəsatətində bildirir ki, hərəkət hissəsində uzanıqlı vəziyyətdə olan şəxsin görünüşə düşməsi məsafəsi müəyyən olunmamışdır. Vəsatətlərdə göstərilənlərə əsasən qeyd olunur ki, sürücüsü Təqsirləndirilən şəxs1 müdafiəçisinin vəsatətində göstərilənlər, yəni X29 markalı avtomobilin hərəkət zolağının sol sərhəddini müəyyən edən xəttin üzərində dayanmış piyadaya çatmağa 15-20 metr məsafə qalmış piyadanın iti sürətlə qaçaraq hərəkət hissəsini soldan sağa keçmək istəməsi, istintaq tərəfindən videogörüntüyə əsasən və həmçinin videoyazının tədqiqatı ilə ekspert tərəfindən müəyyən olunan məlumatlarla, yəni piyada Zərərçəkmiş şəxs yolun orta xəttini keçməyə başladığı andan “X29” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanın hərəkət xəttini keçməsinə kimi 8 saniyə vaxtın ötməsi ilə ziddiyyət təşkil edir. Odur ki, vəsatətdə göstərilən məlumatlar üzrə tədqiqat aparılması mümkün deyildir. Həmçinin qeyd olunur ki, sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yol sahəsində texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz markalı avtomobilin yaxın işıqları görünməni 40-50 metr, uzaq işıqlarda isə 80- 100 metr təmin edir. Hərəkət hissəsinin kənarlarında işıqlar olduğu vəziyyətdə isə görünmə daha böyük məsafədə olur. Sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz markalı avtomobil hərəkət hissəsində uzanmış piyadanın üzərindən keçidyindən, belə vəziyyətdə sürücüdən hərəkət hissəsində uzanmış vəziyyətdə olan piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edərək keçib getməsi tələb olunduğundan hərəkət hissəsində uzanmış piyadanın hansı məsafədən görünüşə düşməsinin müəyyən olunmasına lüzum yoxdur. Qeyd olunanlara əsasən «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinin və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparlımasının təşkili haqqında Məhkəmə ekspertizası mərkəzində ekspertizaları aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ekspertizanın təyin olunması haqqında qərar Mərkəzdə icrasız saxlanmaqla iki cilddən ibarət 1(007)-270/2019 №-li cinayət işi məhkəməyə qaytarılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-270/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iş üzrə əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası keçirilməsi qərar alınmaqla, ekspert qarşısında 1) Hadisənin baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 2) Göstərilən halda sürücü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 3) Hadisənin baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 4) Göstərilən halda sürücü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? sualları qoyulmuşdur. Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27486 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə X29 markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 tədqiq olunan şəraitdə hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Mercedes Benz E 220 markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaysan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə idarə etdiyi Mercedes Benz E 220 markalı avtomobillə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert qarşısında müəyyən suallar qoyulmaqla qərar icra olunması üçün cinayət işi (video görüntüləri əks etdirən CD disklər əlavə olunmaqla) ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1.1 Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə çıxması görünmədiyindən piyadanın yolun hərəkət hissəsinə çıxma anını müəyyən etmək mümkün olmadı. 1.2. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərə görə yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs hərəkəti ayıran qoşa xəttə qədərki trayektoriyasını tədqiqi hissədə qeyd olunan səbəblərdən müəyyən etmək mümkün olmadı. 1.3. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərə görə piyada Zərərçəkmiş şəxs hərəkəti ayıran qoşa xətdən İİ hərəkət zolağına qədər yolu perpendikulyar olmayıb, dəqiq müəyyən edilməsi mümkün olmayan bucaq altında asta qaçışla keçir. 1.4. Ekspertizaya təqdim olunmuş 1 saylı diskdə qeydə alınmış 2 saylı videoyazıdakı görüntülərə görə piyada Zərərçəkmiş şəxs videoyazının əvvəlindən olmaqla 14 dəq 05,00 san-dən (21125-ci kadr, taym-kod 22:06:54) videoyazının 14 dəq 06,400 sanyə (21160-cı kadr, taym-kod 22:06:56) qədər müddətdə hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzəri ilə hərəkət edərək qısa müddətdə dayanır və İ hərəkət zolağına doğru çəpəki hərəkət edir. 1.5. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərə görə piyada Zərərçəkmiş şəxs getdiyi yolun uzunluğunu tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığından onun sürətinin müəyyən etmək mümkün olmadı. 1.6. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə «X29» markalı 90-ÖG-002 dövlət qeydiyyat nişanlı avtomobilin piyada Zərərçəkmiş şəxs vurması anı qeydə alınmadığından piyadanın vurulması anının dəqiq vaxtını müəyyən etmək mümkün olmadı. 2. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə piyada Zərərçəkmiş şəxs hərəkət istiqamətlərini ayıran qoşa xətdən İİ zolağa tərəf hərəkəti müddətində «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti üzrə - İİ hərəkət zolağı üzrə hər hansı avtomobilin hərəkəti müəyyən olunmadı. 3. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 üçün piyada Zərərçəkmiş şəxs münasibətdə təhlükənin yarandığı anın müəyyən olunması məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi suallar dairəsinə aid olmadığı üçün ekspertizanın təyini haqqında qərarda qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılmadı. 5. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə piyada Zərərçəkmiş şəxs hərəkət istiqamətlərini ayıran qoşa xətdən İİ zolağa tərəf hərəkəti müddətində «Mercedes Benz E 220 CDİ» markalı 90- GT-562 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə paralel olan İİ zolaqda və ondan qabaqda hərəkət edən, markasının müəyyən edilməsi mümkün' olmayan nəqliyyat vasitəsi hərəkət edir. Qeyd olunan zaman müddətində «Mercedes Benz E 220 CDİ» markalı avtomobilin hərəkət etdiyi İİİ hərəkət zolağı üzrə hər hansı avtomobilin hərəkəti müəyyən olunmadı. 6. Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə «X29» markalı **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada Zərərçəkmiş şəxs vurması anı qeydə alınmadığından, həmin hadisə ilə «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurması arasında keçən müddəti müəyyən etmək mümkün olmadı. 7.Ekspertizaya təqdim olunmuş 5 ədəd diskdə yazılmış videoyazılardakı görüntülərdə «Mercedes Benz E 220 CDİ» markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 üçün piyada Zərərçəkmiş şəxs münasibətdə təhlükənin yarandığı anın müəyyən olunması məsələsi videoyazılaməhkəmə ekspertizasının həll etdiyi suallar dairəsinə aid olmadığı üçün ekspertizanın təyini haqqında qərarda qoyulmuş 7-ci sual üzrə tədqiqat aparılmadı. 4. Videoyazı tədqiqatı ilə 2-ci və 3-cü sualların cavablandırılması mümkün olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılması mümkün deyildir. 8. Videoyazı tədqiqatı ilə 5-7-ci sualların cavablandırılması mümkün olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılması mümkün deyildir. 9. Mercedes Benz E 220 markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdyindən onun hərəkətlərində “Yo| hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Apellyasiya protesti və apellyasiya şikayəti üzrə keçirilmiş məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təqsirsiz hesab edilməsi və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsinə dair gəldiyi nəticə əsassız olmaqla M.Y.Əsədovun həmin hissədə törətmiş olduğu əməlinə düzgün hüquqi qiymət verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, M.Y.Əsədovun idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs bədən xəsarətləri alması ilə nəticələnən hərəkətlərinə və cinayət hadisəsinə hüquqi qiymət verilərkən hadisələrin baş vermə yeri, sxemi, hadisələrin baş vermə mexanizmi və ardıcıllığı, cinayət hadisəsinin baş verdiyi yerdə quraşdırılmış təhlükəsiz şəhər kameralarının qeydə aldığı videogörüntülər, cinayət işi üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat və digər ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin həyat üçün təhlükəlilik dərəcəsi, sayı və lokalizasiyası qarşılıqlı şəkildə təhlil edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməlinə hüquqi qiymət verilərkən, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında bu qəbildən olan cinayətlərin məhkəmə tədqiqi zamanı nəzərə alınmalı olan obyektiv sübutların tədqiqi təmin edilmədən yekun nəticəyə gəlinmişdir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə baş vermiş hadisənin videokameralar vasitəsi ilə qeydə alınması halında həmin sübutların işə əlavə olunmalı olmasının təmin edilməsi göstərilməklə, bu qəbildən olan cinayət işləri üzrə obyektiv həqiqətin müəyyən edilməsi zamanı təhrif edilməsi mümkün olmayan videogörüntülərin iş materiallarında olması və tədqiq edilməsi xüsusi ilə vurğulanaraq məhkəmələrə tövsiyə edilmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən bu qəbildən olana işlərlə bağlı mümkün ola biləcək mötəbər sübutlar, yəni müvafiq məhkəmətibbi ekspertiza rəyləri, məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11700 nömrəli rəyi, kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 17585/86 nömrəli ekspert rəyi və əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyləri əldə edilərək iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi ittihamın həlli üçün kifayət edəcək mümkün mötəbər sübutlara qiymət vermədən yalnız təqsirləndirilən şəxslərin, bir şahid və zərərçəkmiş şəxsin hüquqi varisini dindirməklə kifayətlənib, Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən qurulmuş müdafiə fonunda verilmiş ifadələrə əsaslanaraq, eləcə də ekspertiza qarşısında tədqiqat aparılarkən ibtidai istintaq zamanı əldə olunmuş iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən videogörüntülərə istinad edilməməsi tələbi qoyulmaqla keçirilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27486 saylı rəyinə əsaslanaraq cinayət işi üzrə yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsinə dair qərar qəbul edilərkən ekspertiza qarşısında qoyulmuş iş üzrə əldə olunmuş videogörüntülərə ekspertiza tədqiqatı zamanı istinad edilməməsi tələbinin qoyulması, özlüyündə yuxarıda sadalanan Plenum qərarının tövsiyələrinə zidd olmaqla yanaşı, cinayət prosessual qanunvericiliyin sübutların mötəbərliyi, mümkünlüyü və qiymətləndirilməsinə dair tələblərinə zidd olmuş və həmin qərar birmənalı şəkildə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsini təmin etməyə yönəlməmişdir. Halbuki, CPM-nin 1.2.1, 8.0.3, 8.0.4-cü maddələrinin tələblərinə görə qanunla cinayət hesab edilən əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb edilməli olmasını müəyyən etmək, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2012-ci il tarixli qərarından görünür ki, məhkəmə icraatı yalnız obyektiv həqiqətə nail olmalıdır. Bu isə məhkəmədə işin nəticələrinin tam obyektiv araşdırılmasını, bu zaman ədalət, çəkişmə prinsipi ilə həqiqətə nail olma prinsipi arasında mütənasibliyin gözlənilməsini, ittiham və müdafiə funksiyaları arasında tarazlığın pozulmamasını təmin etməklə, cinayət qanununa müvafiq olaraq əməlin qiymətləndirilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqının aparılmasının təfərrüatları və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunması ilə bağlı bir sıra xüsusatları qeyd edərək bildirir ki, tərtib edilmiş məhkəmə iclas protokolları məhkəmə istintaqı xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında başlanmaqla həmin məhkəmə iclasında təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi və bir nəfər şahid dindirilmiş və məhkəmə iclası gəlməyən şahidin iştirakının təmin edilməsi üçün xx xxxxxxxx 2019-cu il tarixə təxirə salınmışdır. Həmin tarixdə keçirilən məhkəmə iclasında, şahid iştirak etməmiş, müdafiəçi Əli Hüseynov tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi şərait əsasında məhkəmə-yol nəqliyyat ekspertizasının keçirilməsi xahiş edilmiş, məhkəmə tərəfindən isə iş materiallarında olan sübutlar məhkəmə istintaqında araşdırılmadan, eyni zamanda videogörüntülər tədqiq edilmədən vəsatət təmin edilməklə yuxarıda sadalanan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-270/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında ekspert qarşısında hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində qiymətləndirilməsi məzmununda suallar qoyulmuşdur. Məhkəmənin sözügedən qərarının icrası həvalə edilmiş ekspert Vüqar Quliyev ekspertiza aparmaqdan imtina etməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli məktubla məlumat verərək, qərarı icra etmədən geriyə qaytarmış, səbəb olaraq isə vəsatətlərdə göstərilən şəraitin, istintaq tərəfindən videogörünütyə əsasən və həmçinin videoyazının tədqiqatı ilə ekspert tərəfindən müəyyən olunan məlumatlarla ziddiyyət təşkil etməsi göstərilməklə, vəsatətdə göstərilən məlumatlar üzrə tədqiqat aparılmasının mümkün olmadığı qeyd olunmuşdur. Ekspert tərəfindən məhkəmənin qərarı icra edilmədən geri qaytarıldıqdan sonra təyin olunmuş xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında yenidən məhkəmə tərəfindən iş materiallarında olan sübutlar məhkəmə istintaqında araşdırılmadığı, eyni zamanda videogörüntülər tədqiq edilmədiyi halda müdafiəçi tərəfindən təkrar olaraq verilmiş vəsatət təmin edilərək iş üzrə yenidən əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, bu zaman isə müdafiə tərəfinin təsvir etdiyi hadisələrin baş vermə şəraiti, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqi təmin edilmədən hadisələrin baş verməsi şəraiti kimi qəbul edilmiş və ekspert qarşısında yalnız həmin şəraitdə ekspertiza tədqiqatının aparılması tələb olunmuş və bu zaman işdə olan videogörüntülərə əsasən müəyyən edilmiş məlumatların nəzərə alınmadığı qeyd olunmuşdur. Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilən şəraitdə ekspert tərəfindən tədqiqat aparılmaqla rəy verildikdən sonra keçirilən xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında dövlət ittihamçısı ekspertiza rəyi ilə tanış ola bilməsi üçün vaxt istədiyindən məhkəmə iclası xx xxxxxx 2019-cu il tarixə təxirə salınmış, həmin tarixdə keçirilən məhkəmə iclasında isə protokolun məzmununda yalnız məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən (videogörüntülərin və iş materiallarında olan sənədlər və ekspert rəylərinin hər hansı formada tədqiq edilməsinə dair heç bir qeyd olmadan) sonra cümləsi işlədilməklə məhkəmə çıxışlarına keçilmiş və sonrakı prosessual hərəkətlər keçirilməklə həmin tarixdə məhkəmə tərəfindən hökm çıxarılmışdır. Eləcə də qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan obyektiv sübutlardan biri olan videogörüntüləri yox sayaraq məhkəmə istintaqı aparmaqla və ekspertləri həmin sübutların nəzərə alınmadığı şəraitdə rəy verilməsi öhdəliyi qarşısında qoymaqla (cinayət prosessual qanunvericiliyin təməl prinsiplərindən olan çəkişmə prinsipinə zidd olaraq) kifayətlənməmiş, yekun məhkəmə aktı qəbul olunarkən də artıq tərəfindən obyektiv həqiqətdən kənar şəraitdə təsvir edilmiş hadisələrlə bağlı aparılmış ekspert rəyini ibtidai istintaq zamanı tərtib edilmiş istintaq hərəkətlərinin protokollarına, sxemlərinə və əldə olunmuş videogörütülərə əsasən keçirilmiş 02 ədəd ekspert rəyindən daha mötəbər sübut olaraq qiymətləndirmiş və sözügedən məhkəmə hökmündə bir cümlə belə olsun hadisənin qeydə alındığı videogörüntülərlə müəyyən edilmiş hallara istinad etməmişdir. Halbuki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi dedikdə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhz qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin əsaslanaraq yekun nəticəyə gəldiyi əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27486 saylı rəyi iş üzrə müəyyən edilmiş faktiki hallara əsaslanmadığından hazırkı cinayət işi üzrə mötəbər sübut olaraq qəbul edilməsi cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Digər tərəfdən Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində təsvir etdiyi şərait, iş materiallarında olan ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrlə, tərtib olunmuş protokolların məzmunu, videogörüntülərdə qeyd olunan hallarla və keçirilmiş ekspertiza rəyləri ilə uzlaşmadığından məhkəmə kollegiyası iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs1 birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi ifadələrdən göründüyü kimi, sonuncu hadisəni təsvir edərkən göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə həyat yoldaşı Fatmaxanım Əsədlinin adına olan “X29” markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropolitenin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olan zaman, saat 22:07 radələrində, 150-200 metrdən qarşıda hərəkət zolaqlarını ayıran xəttin üzərində, yəni onun hərəkət zolağının sol sərhədini müəyyən edən xəttin üzərində piyadanın durub ona tərəf baxmaqla avtomaşınları buraxmasını görmüşdür. Hərəkəti üçün heç bir təhlükə olmadığına görə eyni sürətlə yoluna davam etmiş, piyadaya çatmağa 15-20 metr məsafə qalmış piyada durduğu ağ xəttin üzərindən iti sürətlə qaçaraq, yolu onun hərəkət istiqamətində soldan sağa keçməyə cəhd göstərmişdir. Piyadanın qaçmağa başladığı anda o sərt tormozlama aparmaq məqsədilə ayağını əyləcə basaraq, eyni hərəkətlə sükanı sola burub piyadanı vurmaqdan yayınmağa cəhd etmişdir. Lakin buna baxmayaraq, piyadanı vurmaqdan yayına bilməmiş və avtomaşının qabaq sərnişin yeri tərəfdəki yan güzgü hissəsi ilə piyadanı vurmuşdur. Piyadanı vurmamaq üçün avtomobilini sola tərəf qaçırtsa da, hadisənin qarşısını ala bilməmiş, piyada avtomobilin qabaq sağ yan tərəfinə dəymişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 sözügedən ifadəsində göstərdiyi şəraitin iş materialları ilə uzlaşan tərəflərini ilk növbədə sadalamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokolun məzmunundan və eləcə də Şahid1 ibtidai istintaq və məhkəmə istintaqları zamanı verdiyi ifadələrindən göründüyü kimi hadisədən öncə sürücü Təqsirləndirilən şəxs1 və sərnişin Şahid1 hərəkət etdikləri yolun hərəkət hissəsi üzərində (qoşa xəttin üzərində) piyadanın dayandığını ən azı 150 metr qalmış görmüş, yol kifayət qədər işıqlandırılmış şəraitdə olmuş və əks hərəkət istiqamətində gələn avtomobillərin işıqları da Təqsirləndirilən şəxs1 yolun hərəkət hissəsində olan piyadanı görməsinə şərait yaratmış, sürücü Təqsirləndirilən şəxs1 də hərəkəti üçün heç bir təhlükə olmadığına görə eyni sürətlə yoluna davam etmişdir. Sürücünün hərəkət sürətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində izahat və ifadələrində hərəkət sürətinin 50 km/saat olmasını bildirməsinə baxmayaraq, sonrakı ifadələrində hərəkət sürətinin 60 km/saat olmasını bildirmişdir. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarda iş materiallarında olan videogörüntülər əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi X29 markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər yol hərəkət iştirakçılarının surətinə nisbəti də nəzərə alınmaqla hərəkət sürətinin müəyyən edilməsinə dair sual qoyulsa da, müvafiq ekspertiza tədqiqatı ilə həmin sual cavablandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, hadisələrin baş vermə mexanizmi tədqiq edilərkən Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdiyi hər iki hərəkət sürəti nəzərə alınmaqla işin hallarına qiymət verilməlidir. İş materiallarından müəyyən edildiyi kimi hadisənin baş verdiyi yol Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi olmaqla orada hərəkətin maksimal sürəti 60 km/saat olaraq müəyyənləşdirilmiş və hadisə zamanı saat 22:07 radələri olmaqla sutkanın qaranlıq vaxtı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi X29 markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobil 50 km/saat sürətlə avtomobili idarə etdiyi təqdirdə sonuncunun sürəti 13,88 metr/saniyə olmuş, 60 km/saat sürətlə idarə etdiyi təqdirdə isə 16,66 metr/saniyə olmuşdur ki, qeyd olunan xüsusatlar iş materiallarında olan videogörüntülər əsasında müvafiq ekspertiza rəyləri və həmin videogörüntülərdə qeydə alınan iş üzrə mühüm əhəmiyyət kəsb edən hadisələrin baş vermə və davam etmə müddətlərinin (videogörüntülərdəki həqiqi saat, dəqiqə və saniyəni göstərən taymkodlarla) tədqiq edilməsi zamanı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə qeyd olunmalıdır ki, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi sxemindən müəyyən edildiyi kimi hadisə yeri olan Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 9 A ünvanının qarşısındakı yolun ümumi eni 32 metr təşkil etmiş, yolun hərəkət istiqamətləri bir-birindən qoşa xətlə ayrılmış, sol tərəfdə yerləşən yolun, yəni piyada Zərərçəkmiş şəxs hərəkətə başladığı tərəfin eni 11 metr, sağ tərəfdə (Təqsirləndirilən şəxs1 hərəkət istiqamətində) yolun eni isə 21 metr təşkil etməklə yol qırıqqırıq xətlərlə sol tərəfdə 3, sağ tərəfdə isə 4 hərəkət zolağına bölünmüşdür. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 7-ci bəndində göstərilmişdir ki, yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər) Həmin Qanunun 1-ci maddəsinin 14-cü bəndində də göstərilmişdir ki, ayırıcı zolaq yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir; Həmin Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 3-cü bəndinə əsasən 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır. Göründüyü kimi, hadisəni baş verdiyi yol ümumilikdə 07 zolaqdan ibarət olmuş və yolun hərəkət istiqamətləri bir-birindən 1.3 üfüqi nişanlanma xətti (qoşa xətlə) ilə ayrıldığından, yəni yolun hərəkət istiqamətləri arasında ayırıcı zolaq olmadığından qeyd olunan yolda bir hərəkət hissəsi olmuşdur ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş halda piyada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hərəkət istiqamətinin əks zolaqlarından belə yola daxil olması (sonuncunun piyadaya azı 150 metr qalmış həmin piyadanı artıq yolun hərəkət istiqamətlərini bir-birindən ayıran və qanunvericilyin tələbləri baxımından ayırıcı zolaq olmayan qoşa xəttin üzərində görməsi məhkəmə kollegiyası tərəfindən mübahisəsiz qəbul edilir) qanunvericiliyin tələbləri baxımından, piyadanın artıq daha əvvəldən Təqsirləndirilən şəxs1 avtomobilinin idarə etdiyi yolun hərəkət hissəsinə daxil olduğu və faktiki olaraq qoşa xəttin üzərində dayandığı halda belə yolun hərəkət hissəsində olması kimi qəbul edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilərkən, tərtib olunmuş protokoldan da göründüyü kimi, Təqsirləndirilən şəxs1 hadisə yerinə baxışda birbaşa iştirak edərək hadisənin baş vermə mexanizmini təsvir etmiş və bu zaman özünün idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurduğu yer kimi 1.3 üfüqi nişanlanma xəttindən (qoşa xətt) sonra özünün hərəkət istiqamətində soldan birinci zolağın daxilində, qoşa xətdən cəmi 01 (bir) metr sonrakı yeri göstərmiş və müstəntiq tərəfindən müvafiq məlumatlar əsasında sxem tərtib edilmiş və piyadanın hərəkət hissəsinə soldan sağa 12 metr məsafə qət etdiyi göstərilmişdir. “Məhkəmə avtotexniki ekspertizasının keçirilməsi barədə” Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi Elvin Şahmirzəli tərəfindən qəbul edilmiş qərar əsasında istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxslərin ifadələri və hadisə yerinə baxış zamanı müəyyən edilmiş şəraitə əsasən təyin edilmiş məhkəmə-avtotexniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11700 nömrəli rəyindən görünür ki, «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspert tərəfindən tədqiqat zamanı piyadanın qət etdiyi məsafə məhz hadisə yerinə baxış protokolundan və hadisə yerinə baxış zamanı tərtib edilmiş sxemdən müəyyənləşdirilərək 12 metr olaraq müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 avtomobili 50 km/saat sürətlə idarə etdiyi təqdirdə, sürücünün hərəkəti üçün təhlükənin yarandığı anda idarə etdiyi X29» markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə 73,2 metr olaraq müəyyən edilmiş, eləcə də göstərilən şəraitdə (yəni avtomobildə bir sürücü və 2 sərnişin olduğu halda, eləcə də hərəkət sürəti 50 km/saat olduğu təqdirdə) X29 markalı avtomobilin dayanma yolu da hesablanaraq 32,1 metr olaraq müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, göstərilən halda Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi X31 markalı avtomobilin piyadanı vurma yerindən olduğu məsafə (73,2 metr) X29 markalı avtomobilin dayanma yolundan (32,1 metr) böyük olduğundan, sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi X29 markalı avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmaq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğundan sonuncunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu qənaətinə gəlinmişdir. Həmçinin, ekspert tərəfindən əlavə olaraq qeyd olunmuşdur ki, hesabat zamanı piyadanın vurulan ana kimi hərəkət hissəsində dayanma vaxtı nəzərə alınmamışdır. Həmin vaxt nəzərə alındıqda sürücü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükənin keçmə müddəti artdığından onun hadisənin qarşısını almaq imkanının daha da artdığı, bununla da rəyin nəticəsinin dəyişmədiyi qeyd olunmuşdur. (Cild 01, iş v. 87-91) Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyi ilə bağlı əlavə olaraq qeyd edir ki, həmin ekspert rəyində piyadanın qət etdiyi məsafə yol nəqliyyat hadisəsinin sxemində göstərildiyi kimi, piyadanın yolu keçməyə başladığı Təqsirləndirilən şəxs1 hərəkətinin əks istiqamətindəki hərəkət istiqamətinin eni (yolun uzunluğuna perpendikulyar şəkildə hesablanmaqla) 11 metr və Təqsirləndirilən şəxs1 özünün bildirməsi əsasında piyadanın qoşa xətdən sonra hərəkət etdiyi məsafə cəmi 01 metr hesablanmaqla verilmişdir. İş materiallarında olan videogörüntülərdən və eləcə də keçirilmiş əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli ekspertizalarının rəyinin tədqiqi hissəsindən görünür ki, Ekspert tərəfindən şərti olaraq 2 nömrəli videogörüntü ilə nömrələnmiş TŞ4-076.1 part3 – videofaylının tədqiqi zamanı müəyyən edilmişdir ki: Videoyazının əvvəlindən olmaqla 13 dəq 40,120 san-də (20503-cü kadr, taym-kod 22:06:29) piyada Zərərçəkmiş şəxs saat əqrəbi istiqamətində fırlanan videokameranın görüş sahəsinə daxil olur və yolun kənarı ilə hərəkətin əksinə doğru gedir; Videoyazının əvvəlindən olmaqla 13 dəq 52,480 san-də (20812-ci kadr, taym-kod 22:06:42) yolun kənarı ilə hərəkətin əksinə doğru hərəkət edən piyada Zərərçəkmiş şəxs saat əqrəbi istiqamətində fırlanan videokameranın görüş sahəsindən çıxır; Videoyazının əvvəlindən olmaqla 14 dəq 05,00 san-də (21125-ci kadr, taym-kod 22:06:54) piyada Zərərçəkmiş şəxs hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzərində saat əqrəbi istiqamətində fırlanan görüş sahəsinə daxil olur; videoyazının əvvəlindən olmaqla 14 dəq 05,00 san-dən (21125-ci kadr, taym-kod 22:06:54) videoyazının 14 dəq 06,400 san-yə (21160-cı kadr, taym-kod 22:06:56) qədər müddətdə hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzəri ilə hərəkət edərək qısa müddətdə dayanır və İ hərəkət zolağına doğru çəpəki hərəkət edir. Göründüyü kimi piyada Zərərçəkmiş şəxs yolu Təqsirləndirilən şəxs1 hərəkət istiqamətinə əks istiqamətdə artıq 22:06:42-də keçməyə başlamaqla dəqiq trayektoriyasını cızmaq mümkün olmasa da, yolun uzunluğuna perpendikulyar şəkildə deyil, çəpəki istiqamətdə keçməyə başlamış və bundan yalnız 12 saniyə sonra, yəni 22:06:54-də qoşa xəttin üzərinə çataraq orada cəmi 2 saniyə, yəni 22:06:56-dək hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzəri ilə hərəkət edərək qısa müddətdə dayanmış və İ hərəkət zolağına doğru çəpəki hərəkətini davam etdirmişdir ki, göstərilən xüsusat piyadanın qət etdiyi məsafənin 12 metrdən daha çox olduğuna, yəni müəyyən edilən məsafəyə münasibətdə daha da artdığına dəlalət edir. Bununla yanaşı piyadanın Təqsirləndirilən şəxs1 hərəkət istiqaməti üzrə qoşa xətdən sonra qət etdiyi məsafəyə gəldikdə də, məhkəmə kollegiyası qeyd edir ki, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs1 müstəntiqə həmin məsafənin cəmi bir metr olduğunu, yəni qoşa xətdən sonra soldan birinci zolağın daxilində vurduğunu qeyd etsə də, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokolunda əks olunmuş ifadəsində özünün X29 markalı avtomobilini qoşa xətdən sonra soldan ikinci zolaqla idarə etdiyini qeyd etmiş, eləcə də iş materiallarında olan videogörüntülər əsasında keçirilmiş xx xxxxxx 2020-ci il tarixli məhkəmə ekspertizası rəyinin məzmununda, həmin rəyi vermiş ekspert Lətif Paşayevin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən X29 markalı avtomobilin qoşa xətdən sonra soldan ikinci zolaqla getdiyi və avtomobillə piyadanın bir-birinə ən yaxın düşən kadrda hər ikisinin həmin zolaqda olmaları müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, müvafiq avtomobillərə baxış protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə vdieogörüntülərdə ən yaxın son görünmə anında bir hərəkət zolağında olan soldan sağa doğru yolu keçən piyadanı avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur ki, həmin hal piyadanın X29 markalı avtomobil tərəfindən vurulma anında artıq qoşa xətdən sonra soldan 2-ci zolağı da soldan sağa doğru keçməyi tamamlamaq üzrə olmasına, yəni piyadanın qət etdiyi məsafənin daha da artmasına dəlalət edən haldır. Göründüyü kimi məsafənin daha da artması ilə piyadanın hərəkət hissəsində olduğu müddət artır ki, göstərilən hal özlüyündə Təqsirləndirilən şəxs1 münasibətdə təhlükənin yarandığı anda idarə etdiyi X29 markalı avtomobilin piyadanı vurma yerindən olduğu məsafəni və bununla birbaşa bağlı olan Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükənin keçmə müddətini artırmaqla onun hadisənin qarşısının alma imkanını artırır. Daha sonra qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonrakı mərhələlərində və birinci və apellyasiya instansiyaları məhkəmələrində verdiyi ifadələrində avtomobilini 60 km/saat sürətlə idarə etməsi, piyadanın onun hərəkət istiqamətində qoşa xəttin üzərində durduğunu və təxminən 15-20 metr çatmasına qalmış onun hərəkət hissəsinə çıxdığından hadisənin qarşısını almağa imkanı olmadığını qeyd etmişdir. Göstərilən bu hala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi müstəntiq tərəfindən hadisə yerində müəyyən edilmiş videokameraların görüntüləri alındıqdan sonra elə Təqsirləndirilən şəxs1 və müdafiəçisi X7 iştirakları ilə həmin görüntülərə baxış keçirilmiş və müvafiq protokol tərtib edilmiş, bundan sonra müstəntiq tərəfindən istintaq zamanı yeni yaranmış xüsusatları nəzərə alaraq və yeni yaranmış suallara aydınlıq gətirmək üçün, eləcə də sürücü Təqsirləndirilən şəxs1 elə özünün müdafiəsi üçün gətirdiyi dəlillər nəzərə alınmaqla onun üçün təhlükənin piyadanın yolun qoşa xəttini soldan sağa doğru keçməyə başladığı andan yaranması nəzərə alınmaqla təyin edilmiş kompleks məhkəmə videogörüntü və əlavə məhkəməavtotexniki ekspertizası keçirilmiş və xx xxxx 2019-cu il tarixli, 17585/86 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı andan «X29» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin videokadrda göründüyü son ana qədər olan (videoyazıdakı görüntülərdə piyada Zərərçəkmiş şəxs ən yaxın olduğu ana qədər) zaman müddəti 8,00 saniyə təşkil edir. «X29» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 02, iş v. 169-175) Həmin ekspertiza rəyinin tədqiqi hissəsindən müəyyən edilir ki, ekspertizaya yaddaşında TŞ4-076.1-Part 2 videofaylı olan bir ədəd DVD disk təqdim olunmaqla, həmin videogörüntüdə olan taymkodlar vasitəsi ilə müəyyən edilmişdir ki, piyada Zərərçəkmiş şəxs qoşa xəttin üzərindən yolun soldan sağa doğru keçməsi fonunda artıq Təqsirləndirilən şəxs1 hərəkəti istiqamətindəki zolaqlar üzrə hərəkətə başlaması anı 22:06:56 olaraq müəyyən edilmiş, eləcə də həmin videogörüntülərdə X29 markalı avtomobilin videokadrda göründüyü son an (videoyazıdakı görüntülərdə piyada Zərərçəkmiş şəxs ən yaxın olduğu ana qədər) 22:07:04 olaraq müəyyən edilməklə, piyadanın qoşa xətdən keçərək hərəkət etdiyi və videogörüntüdə avtomobilin piyada Zərərçəkmiş şəxs ən yaxın olduğu ana qədər keçən zaman müddəti 08 saniyə olaraq müəyyən edilmişdir. Eləcə də həmin ekspertiza rəyinin tədqiqi hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 üçün təhlükənin yaranma anı olaraq piyada Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı an qəbul edilərək tədqiqat aparılmışdır ki, ekspert tərəfindən avtomobilin hərəkət sürəti 50-60 km/saat sürəti olaraq nəzərə alınmaqla, yuxarıda müəyyən edildiyi kimi təhlükənin keçmə müddətinə əsasən (8 saniyə) sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi X29 markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə hesablanmaqla 50 km/saat sürətlə 111,1 metr, 60 km/saat sürətlə isə 133,3 metr olaraq müəyyən edilmiş, həmin şəraitdə avtomobilin dayanma yolu hesablanaraq sürət 50 km/saat olduqda 26,5 metr, 60 km/saat olduqda isə 35,2 metr olaraq müəyyən edildiyindən, tədqiq olunan şəraitdə, yəni Təqsirləndirilən şəxs1 üçün təhlükənin yaranma anı olaraq piyadanın Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı an qəbul edildikdə belə X29 markalı avtomobilin piyadanın vurduğu yerindən olduğu məsafənin (111,1-133,3 metr) X29 markalı avtomobilin dayanma yolundan (26,5-35,2 metr) kifayət qədər böyük olması müəyyən edilərək, hərəkət üçün təhlükə yaranan andan sonra da X29 markalı avtomobil piyadanın vurduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən sürücü Təqsirləndirilən şəxs1 tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi X29 markalı avtomobili dayandırmağa texniki imkanı olduğu qənaətinə gəlinmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ifadələrində hadisənin baş verməsini piyadanın qoşa xətt üzərində dayanaraq gözləməsi və yalnız ona çatmasına 15-20 metr qaldığı zaman ani olaraq hərəkətə başlamasını qeyd etsə də, həmin ifadələrin obyektiv həqiqətə uyğun olmadığı və əslində hadisələrin videogörüntüdə qeydə alınmış şərait üzərində aparılmış yuxarıda sadalanan ekspert rəyində baş verdiyi birmənalı olaraq təsdiq olunur və həmin ifadələrin Təqsirləndirilən şəxs1 tərəfindən özünü müdafiə etmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verildiyi məhkəmədə heç bir şübhə doğurmur. Bununla yanaşı qeyd olunmalıdır ki, daha əvvəl də qeyd edildiyi kimi kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 17585/86 nömrəli ekspert rəyi verilərkən ekspertizaya müstəntiq tərəfindən yalnız bir ədəd DVD disk təqdim olunaraq tədqiqat aparılmış, apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı isə iş materiallarında olan bütün DVD disklər və cinayət işi materialları təqdim olunmaqla əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək keçirilmiş və iş üzrə xx xxxxxx 2020-ci il tarixli rəy verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 17585/86 nömrəli ekspert rəyi ilə əlavə kompleks məhkəmə-videogörüntü və yolnəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi üzrə videdogörüntülər əsasında müəyyən edilmiş obyektiv və bir-biri ilə ziddiyyət təşkil etməyən hallar qarşılıqlı şəkildə tədqiq edilərək hadisələrin baş verməsinin obyektiv halları müəyyən edilməlidir. Belə ki, əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinin tədqiq hissəsindən görünür ki, ekspert tərəfindən şərti olaraq 2 nömrəli videogörüntü ilə nömrələnmiş TŞ4-076.1 - part3 – videofaylının tədqiqi zamanı müəyyən edilmişdir ki: hərəkət istiqamətini ayıran qoşa xəttin üzəri ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs videoyazının əvvəlindən olmaqla 14 dəq 06.400 san-də (21160-cı kadr, tay-kod 22:06:56) İ və İİ hərəkət zolaqları ilə hərəkət edən 2 avtomobili buraxaraq çəpəkinə qaçışla yolu keçməyə başlayır; videoyazının əvvəlindən olmaqla 14 dəq 06,400 san-dən (21160-cı kadr, taym-kod 22:06:56) videoyazının əvvəlindən olmaqla 14 dəq 10,120 san-ə qədər (21253-cü kadr, taym-kod 22:06:59) olan müddətdə İ, İİ, İİİ hərəkət zolaqları üzrə (videokameranın görüş sahəsinə düşən hissədə) avtomobillərin hərəkəti müəyyən olunmamış, -videoyazının əvvəlindən olmaqla 14 dəq 13,680 san-də (21342-ci kadr, taym-kod 22:07:03) İİ hərəkət zolağı üzrə hərəkət edən «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil saat əqrəbinin əksi istiqamətində fırlanan kameranın görüş sahəsinə daxil olur və videoyazının əvvəlindən olmaqla 14 dəq 14,400 san-də (21360-cı kadr, taym kod 22:07:04) həmin avtomobil saat əqrəbinin əksi istiqamətində videokameranın görüş sahəsini tərk edir. Həmin ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, ekspert tərəfindən şərti olaraq 6 nömrəli videogörüntü olaraq nömrələnmiş “TŞ4-080.1 – part 1” videofaylının tədqiqi zamanı müəyyən edilmişdir ki: - videoyazının əvvəlindən olmaqla 36 dəq 57,919 san-də (99-cu kadr, taym kod 22:07:08) piyada Zərərçəkmiş şəxs İİ hərəkət zolağının sağ tərəfində olduğu vaxt İİ hərəkət zolağı üzrə hərəkət edən «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil videokameranın görüş sahəsinə daxil olur; - videoyazının əvvəlindən olmaqla 37 dəq 00,139 san-də (1000-ci kadr, taym-kod 22:07:11) piyada Zərərçəkmiş şəxs İİİ hərəkət zolağında yerə yıxılmış vəziyyətdə görünür. Göründüyü kimi ekspertiza rəyi və məhkəmə iclasında dindirilən ekspertin ifadəsi ilə müəyyən edilir ki, TŞ4-076.1-Part 2 videogörüntüsü əsasında qoşa xəttin üzəri ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs taym-kod 22:06:56-da İ və İİ hərəkət zolaqları ilə hərəkət edən 2 avtomobili buraxaraq çəpəkinə qaçışla yolu keçməyə başlaması, “TŞ4-080.1 – part 1” videofaylının görüntüsü əsasında isə taym kod 22:07:08-də piyada Zərərçəkmiş şəxs İİ hərəkət zolağının sağ tərəfində olduğu vaxt İİ hərəkət zolağı üzrə hərəkət edən «X29» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil videokameranın görüş sahəsinə daxil olması (piyada ilə avtomobilin bir kadrda göründüyü və bir-birinə ən yaxın olan sonuncu kadr), bundan 3 saniyə sonrakı kadrda, yəni taym-kod 22:07:11-də piyada Zərərçəkmiş şəxs artıq İİİ hərəkət zolağında yerə yıxılmış vəziyyətdə olduğunun göründüyü müəyyən olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, «X29» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada Zərərçəkmiş şəxs vurması anı 22:07:08-dən sonra 22:07:11-dək olan müddət ərzində baş vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “TŞ4-080.1 – part 1” videofaylının əsasında keçirilmiş kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 17585/86 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş olan, Təqsirləndirilən şəxs1 üçün təhlükənin yaranma anı olaraq piyadanın qoşa Zərərçəkmiş şəxs yolun qoşa xəttini keçməyə başladığı an qəbul edildikdə belə, təhlükənin keçmə müddətinin 8 saniyə müddət, hazırkı məhkəmə ekspertiza rəyinə əsasən həmin təhlükənin keçmə müddəti müvafiq olaraq ən az müddət götürüldükdə belə 22:06:56 – 22:07:08 taym kodları arasında olmaqla, ən azı 12 saniyə təşkil etmiş və göründüyü kimi, müddət əvvəlki rəyə münasibətdə artmışdır. Yuxarıda sadalanan ekspertlərin tədqiqatları zamanı göstərdikləri hallara əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 münasibətdə kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 17585/86 nömrəli ekspert rəyində müəyyən edilmiş təhlükənin keçmə müddətinin, hazırda müəyyən edilmiş hallarla daha da artması şəraitində X29 markalı avtomobilin piyadanın vurduğu yerdən olduğu məsafə və bununla da sürücü Təqsirləndirilən şəxs1 tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi avtomobili dayandırmağa texniki imkanları daha da artır (avtomobilinin qabaq sağ tərəfi ilə vurur) ki, hər iki ekspert rəyi qarşılıqlı şəkildə iş materialları ilə tədqiq edildikdə «X29» markalı, **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanının olması və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması bir daha öz təsdiqini tapır. Əlavə olaraq qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonrakı mərhələlərində və birinci və apellyasiya instansiyaları məhkəmələrində verdiyi ifadələrində piyadanın onun hərəkət istiqamətində qoşa xəttin üzərində durduğunu və təxminən 15-20 metr çatmasına qalmış onun hərəkət hissəsinə çıxdığından hadisənin qarşısını almağa imkanı olmadığını qeyd etməsi halında, 50-60 km/saat sürətlə hərəkət edən Təqsirləndirilən şəxs1 dediyi şəraitdə, yəni avtomobil 50 km/saat sürətlə avtomobili idarə etdiyi təqdirdə sürəti 13,88 metr/saniyə, 60 km/saat sürətlə idarə etdiyi təqdirdə isə 16,66 metr/saniyə sürətlə hərəkət etdiyi halda, ifadəsində dediyi kimi piyadaya çatmasına 15-20 metr qalmış sonuncunun qoşa xətti keçərək hərəkət etdiyi müddət cəmi 1-2 saniyə təşkil etməliydi ki, bu hal da yuxarıda qeyd olunan ekspert rəyləri və videogörüntülər əsasında müəyyən edilmiş olan həqiqətdə həmin müddətin ən azı 12 saniyəni əhatə etməsi ilə heç bir şəkildə uzlaşmır və Təqsirləndirilən şəxs1 təsvir etdiyi, eləcə də birinci instansiya məhkəməsinin qəbul etdiyi şəraitə əsaslanaraq iş üzrə yekun nəticəyə gəldiyi və digər ekspert rəylərinə münasibətdə mötəbər hesab etdiyi əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27486 saylı rəyində göstərilənlərin ümumiyyətlə həqiqətlə yaxından uzaqdan əlaqəsinin olmadığını və uydurma bir şərait üzərində həmin rəyin verildiyini bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-ci il tarixdə, saat 22:07 radələrində arvadı X5 adına olmaqla, müvafiq qaydada etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X29” markalı, **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətindən “Neon” şadlıq sarayı istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən ünvan 1 A ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmalı, hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq məqsədilə mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ bazunun arxa səthinin qançırı, sağ dirsək oynağı və sifətin sıyrıqları, burun sümüyünün sınığı ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ tərəfli hemotoraksla nəticələnmiş 4-10-cu qabırğaları, sağ kürək və aşıq sümüyünün yerdəyişən sınıqları ilə nəticələnən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmişdir. Bu kimi hərəkətləri ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs vurub ona ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar olmasa da, sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə göstərilən halları, yəni vurulmuş ziyanın zərərçəkmiş şəxsin hüquqi varisinə Təqsirləndirilən şəxs1 atası tərəfindən tam olaraq ödənilmiş olmaqla, Zərərçəkmiş şəxs yaxın qohumu (arvadı) olan hüquqi varisi X10 ilə barışığın əldə edilməsini nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi AR CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs2 ona bəraət verilməli olmasına dair apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun hadisənin baş vermə yeri, ardıcıllığı və şəraitinə uyğun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs2 özünü təqsirli hesab etməyərək, hadisənin baş verdiyi yerdə qaranlıq yolda avtomobillə 70 deyil, 40-50 km/saat sürətlə hərəkət etməsi, R. Məmmədovun ölümünə səbəb olan xəsarətlərin onun idarə etdiyi «Mercedes Benz E 220 CDİ» avtomobili ilə deyil, “X29” markalı və ya istintaqla müəyyənləşdirilməmiş digər avtomobillərlə yetirilə bilməsi bağlı ifadələrinə məhkəmə kollegiyası hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında özünün, Təqsirləndirilən şəxs1 və Şahid1 tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş müvafiq məhkəmə-tibbi ekspertiza rəyləri, məhkəməavtotexniki ekspertizasının xx xxx 2019-cu il tarixli, 11700 nömrəli rəyi, kompleks məhkəmə videogörüntü və əlavə məhkəmə-avtotexniki ekspertizasının xx xxxx 2019cu il tarixli, 17585/86 nömrəli ekspert rəyi və əlavə kompleks məhkəmə-videogörüntü və yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisə yerində olan təhlükəsiz şəhər kameralarının qeydə aldığı videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla məcmusu belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli isə 263.2 və 264-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar da mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin hissəyə münasibətdə ilk növbədə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi 263.2 və 264-cü maddələri ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2019-cu il tarixdə, saat 22.50-də şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-116/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və yalnız xx xxxxxx 2019-cu il tarixdə məhkəmə tərəfindən hökm çıxarılarkən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cəzanın həddi müəyyən edilərkən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 faktiki olaraq xx xxx 2019-cu il tarixdən tutularaq 07 ay 01 gün həbsdə saxlanmasına baxmayaraq, həmin müddət xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 04 ay 01 gün olaraq qeyd olunmuşdur. Qeyd olunan halla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın qəti olaraq müəyyən edilmiş həddi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədlərinə nail olmağa kifayət etmir, bu səbəbdən həmin hissədə apellyasiya protesti qismən təmin edilməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən tam toplamaq yolu ilə qəti əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263.2. və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası gəldiyi qənaətə görə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 263.2-ci maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrumetmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, CM-in 264-cü maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla təyin olunmuş əsas cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla, təyin olunmuş əlavə cəzalar isə CM-in 66.4-cü maddəsinə əsasən tam toplanmaqla cəza həddi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalı, Təqsirləndirilən şəxs2 təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-trasoloji və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 920 manat məbləğində pul vəsaitinin 560 manat hissəsi Təqsirləndirilən şəxs1, 360 manat hissəsi isə Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus göy rəngli şalvar, ağ rəngli uzunqol köynək, qara rəngli palto, “Mercedes-Benz E220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində aşkar edilərək götürülmüş iki ədəd tük və pambıq tampon vasitəsilə götürülmüş qan nümunələri dəyərini itirdiyindən məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2019-cu il tarixli 003- 5980-1219 və 003-5982-1219 nömrəli məktubu ilə təqdim edilmiş Təhlükəsiz şəhər xidmətinin TŞ 4-080 və TŞ 4-076 nömrəli videomüşahidə qurğularının müvafiq kameralarının xx.xx.2019-cu il tarixli saat 21.30-dan 22.30-dək olan müddətdəki videogörüntülərin olduğu 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 399.1.4, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-270/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin və yeni hökm qəbul edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq olunsun və o, təqsirli bilindiyi 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzaları isə tam toplamaq yolu ilə onun üzərində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-trasoloji və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 920 manat məbləğində pul vəsaitinin 560 manat hissəsi Təqsirləndirilən şəxs1, 360 manat hissəsi isə Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar- Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus göy rəngli şalvar, ağ rəngli uzunqol köynək, qara rəngli palto, “Mercedes-Benz E220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində aşkar edilərək götürülmüş iki ədəd tük və pambıq tampon vasitəsilə götürülmüş qan nümunələri dəyərini itirdiyindən məhv edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2019-cu il tarixli 003- 5980-1219 və 003-5982-1219 nömrəli məktubu ilə təqdim edilmiş Təhlükəsiz şəhər xidmətinin TŞ 4-080 və TŞ 4-076 nömrəli videomüşahidə qurğularının müvafiq kameralarının xx.xx.2019-cu il tarixli saat 21.30-dan 22.30-dək olan müddətdəki videogörüntülərin olduğu 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Əli Seyfəliyev Qədim Babayev
Məhkəmə qərarları › İş №1(103)-22/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-22/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver