Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2211/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X8) xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs guya əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən övladı X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif etdirib sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla ilk dəfə 03 may 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus 410100C**********115 nömrəli hesaba Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Şəki rayon filialından köçürülmüş 10.100 manat, 09 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 11 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 09 iyul 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus "xxxx" ASC-nə aid 4169 7413 9666 3963 saylı bank kartına Zərərçəkmiş şəxs qohumu Şahid3 vasitəsilə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin filialından köçürülmüş 2000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 18.100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Müdafiə tərəfi ittiham olunduğu cinayət əməlini törətməsinə dair əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə hüquqi tövsifini mübahisələndirməyərək hökmdən məhkum apellyasiya şikayəti verməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və ona azadlığın məhdudlaşdırılması cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil. Məhkəmə istintaqı dövründə iş üçün əhəmiyyət kəsb edən mühüm hallar araşdırılmamışdır. Onunla cinayətin törədilməsində iştirakçı olmuş Şahid2 Bəylər qızı, Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə şahid qismində cəlb edilərək cinayət məsuliyyətindən kənarda qalmışlar. Məhkəmə onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış və ətraflı araşdırma aparmadan qanunsuz hökm çıxarmış və ona ağır cəza təyin etmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx" ASC-nin filialından "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına olan 4169 7413 9666 3963 nömrəli hesab kartına 2000 manat pul göndərməsi barədə bank çıxarışını və Təqsirləndirilən şəxslə Whapsap sosial şəbəkəsi ilə yazışmanı təqdim elmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, zərərəkmiş Zərərçəkmiş şəxs Əleydər qızı xx.xx.2021-ci il tarixdə "Kapital Bank” ASC-nin Şəki rayon filialından "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına açılmış 410100C**********115 nömrəli hesaba 10100 manat pul göndərməsi barədə qəbzi, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Şəki rayon filialından 3000 min manat, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki şəhəri fılalından 410100C**********115 nömrəli hesaba 3000 manat pul göndərməsi barədə bank çıxanşlarını təqdim elmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid3 tərəfindən göndərilmiş 2000 manat məbləğində pul Təqsirləndirilən şəxs adına olan Kapital Banka məxsus 4169 74 13 9666 3963 nömrəli kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür Məhkumun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan ona sərt cəza təyin etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların (cinayətin residivi) olmasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin edilmiş cəza Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq o4 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 02 il 06 ay müddətə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 03 il həddə müəyyən edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 09 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Abşeron rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmünə münasibətdə təqsirləndirilən şəxs X6 məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən az ağır cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə olan halda onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Həmin qərarın 12-ci bəndində əsasən cinayətlərin residivi, təhlükəli resedivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluğlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasına görə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 10 (on) saat üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X2 işlədiyi “FİDES” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Yekun qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-2211/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2211/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver