Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2219/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Suraxanı Rayon Məhkəməsinin 11 mart 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)-1423/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9, nömrəsiz fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)- 1423/2024 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)-1423/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(001)-542/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, telefon vasitəsilə tanış olduğu qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri 300 manat pul və öz şəxsi istifadəsi üçün verilən müəyyən miqdarda narkotik vasitə müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin yaxınlığında qoyduğu 69,384 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 7,012 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 112,022 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək, 2,37 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri götürüb satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayırıb üzərində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryəki etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 17 sentyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 01:40-dan 01:55-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində təsiredici maddəsinin təmiz çəkisi 0,28 qram olan üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri, 01 ədəd sellofan bükümdə çəkisi 2,37 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, çəkisi 7,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, çəkisi 5,031 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 17 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin həyətində onun idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 02:10-dan 02:26-a kimi keçirilən baxış zamanı avtomobilin salonunda saxlanc yerindəki göy rəngli əl çantasının içərisində 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram, 12,409 qram, ümumi çəkiləri 64,353 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 112,022 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək, üzərində narkotik vasitə olan heroinin izləri olan metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)-1423/2024 saylı hökmünün ləğv edilərək ona aşağı həddə cəza tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs kondisioner ustasıdır. O, heroini ancaq çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan 2 ay əvvəldən narkotik vasitə istifadə etmiş, ağrıkəsici istifadə etməmişdir. Üzərində olan narkotik vasitəni karta pul ataraq deyilən yerdən götürmüşdür. O, Saatlı rayonuna 06 (altı) aylıq müddətinə işləməyə getdiyi üçün üzərində narkotik vasitə götürmüş, narkotik vasitəni üç-dörd gündən bir istifadə etmişdir. O, heç vaxt "nəşə çəkməmiş, onun yanında fəhlə kimi işləyən oğlan narkotik vasitə istifadəçisi olmuş, lakin onun bundan xəbəri olmamışdır. Həmin fəhlə onun siqaretinə heroin qatmış, o da çəkmişdir. Onun maşınında qaşıq, bıçaq, narkotik vasitə və tərəzi olmamışdır. O, ağrılara dayana bilməmiş, həmin oğlanla əlaqə saxlamış və həmin oğlan isə bir neçə dəfə ona narkotik vasitə tapmışdır. Daha sonra həmin şəxs ona nömrə verərək həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. O, ilk dəfədir ki, narkotik vasitə almış və tutulmuşdur. Onun bədənində xəsarətləri olmuş, böyrəyi əzilmiş və qızdırması qalxmışdır. Bədən xəsarətləri Bakı İstintaq Təcridxanasında qeydə alınmışdır. Tutulduğu vaxt yanında Samir adlı oğlan olmuş, lakin Samirin adı heç yerdə çəkilməmiş, Samir də onlarla birlikdə işləmiş, telefonunun kodunu Samir açmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitəni aldığı şəxsin tutulması üçün onlara şərait yaratsın. Polislərin ona qarşı olan qərəzli münasibətinin səbəbini bilmir. O, bölməyə gedənə qədər isə mobil telefonu onda olmamışdır. Şahid1 adlı polis əməkdaşı onu döymüşdür. Şahid2 adlı şəxsi tanımır, nə tutulan zaman, nə də polis idarəsinə aparılan zaman polis əməkdaşı Şahid2 orada olmamış, ona Samir və Allahverdi adlı polis əməkdaşları yaxınlaşmışdır. Mobil telefonunda aşkar olunmuş sms yazışmaları onun narkotik vasitə aldığı şəxslə olan yazışmalarıdır, belə ki, həmin şəxsin kartına pul atmış, o da öz növbəsində narkotik vasitəni qoyduğu yeri ona demişdir. Həmin yazışmalarda olan bəzi smslərin mətni və “Məhəmməd” adlı şəxs barədə heç bir məlumat yoxdur. “Məhəmməd” adlı şəxs olubolmaması və narkotik vasitələrin yerini dəqiqliklə necə bilməsi məlum deyil. Yəni xəyali bir şəxsə görə əməli tövsif etmək düzgün olmadığından bu maddəyə görə bəraət verilməlidir. Məhkəmə prosesində ittihamda göstərilən, onun idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə avtomobilin saxlanc yerindəki göy rəngli əl çantasında ayrı-ayrılıqda sellofan bükümdə 51,944 qram, 12,409 qram və 64,353 qram metafetamin və 112,022 qram tiryək, üzərində narkotik vasitə olan metal qaşıq, kiçik metal qaşıq, qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzinin ona aidiyyatı olmadığını, ona hədə-qorxu gəlib işgəncə verərək imza etdirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə qismən razı deyil. Belə ki, məhkəmə ona cəza təyin edərkən bir çox halları – törətdiyi əməldən peşman olmasını, səmimi etiraf etdiyini, iki tələbə övladının və xəstə anasının olmasını, ailəli olmasını, ailənin yeganə qazanc gətirən üzvünün Təqsirləndirilən şəxs olmasını və digər halları nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsi), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş (Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsi) və təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır (Cinayət-Prosessual Məcəlləsinin 399,1.5-cü maddəsi). Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında çıxış edən Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)- 1423/2024 saylı hökmünün dəyişdirilməsini, cəzanın azaldılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə tam razı olduğunu, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024cü il tarixli 1(101)-1423/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024cü il tarixli 1(101)-1423/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də, yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə; - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər, lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Səbail rayonunda doğum evinin qarşısında dayanan zaman polislər yaxınlaşaraq onu tutmuş, Abşeron rayonu ərazisinə gətirmişlər. Onun üzərində siqaret qutusunun içərisində cəmi 04 qram narkotik vasitə olan heroin olmuş, polis əməkdaşları ona təzyiq edərək ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istəmişlər. Onun maşınında axtarış həyata keçirilmiş, lakin heç nə aşkar edilməmiş, avtomobilində idman çantası, ümumiyyətlə, olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə görə, o, təxminən 1-2 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə hesab edilən metamfetamin istifadə edir. Təxminən 1 ay əvvəl təsadüfən İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs onunla əlaqə saxlamış və onun narkotik vasitə aludəçisi olduğunu bildiyini, bu səbəbdən ona iş təklif etmək istədiyini bildirmiş, Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürüb onun tapşırığı ilə narkotik vasitə və psixotrop maddələri kiçik hissələrə bölərək Bakı şəhərində müxtəlif ünvanlarda gizlətməyini, bu əməlin qarşılığında isə hər dəfə götürəcəyi narkotik vasitə və psixotrop maddələri lazımi yerlərdə gizlətdikdən sonra ona 300 manat verəcəyini və götürdüyü narkotik vasitə və psixotrop maddələrdən şəxsi istifadəsi üçün götürə biləcəyini bildirmişdir. Həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə “Məhəmməd”in təklifi ilə razılaşmış, 2023-cü ilin sentyabr ayının əvvəllərindən “Məhəmməd”in tapşırığı ilə təxminən iki dəfə Bakı şəhərindən müxtəlif ünvanlardan narkotik vasitə və psixotrop maddələri götürüb onun tapşırığı ilə kiçik hissələrə bölərək müxtəlif ünvanlara yerləşdirmişdir. 14 sentyabr 2023-cü il tarixdə “Məhəmməd” onun saat 14 radələrində “WhatsApp“ ünsiyyət proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən qəbirstanlığın yaxınlığında narkotik vasitə və psixotrop maddələr gizlədildiyini, onları götürməyini bildirmişdir. “Məhəmməd”in tapşırığı ilə həmin ünvandan narkotik vasitə və psixotrop maddələri götürmüş, götürdüyü bükümlərin içərisində narkotik vasitə olan heroin, tiryək, marixuana, metodon həbləri və psixotrop maddə hesab olunan metamfetamin olduğunu aşkar etmişdir. Narkotik vasitə olan tiryək və psixotrop maddə hesab olunan metamfetamin çox olduğuna görə onların bir hissəsini idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlanc yerində gizlətmişdir. Həmin vaxtı üzərində olan "Winston” markalı siqaret qutusunun içərisinə 07 (yeddi) ədəd üzərində "F/M40” yazısı həkk olunmuş narkotik vasitə - metadon dərman tabletləri, heroin və marixuana, psixotrop maddə olan metamfetamini yerləşdirmişdir. 17 sentyabr 2023-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində siqaret almaq üçün idarə etdiyi “Kia Rio” markalı **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobili yolun qırağında saxlayaraq avtomobildən düşmüş, atomobildən bir neçə addım uzaqlaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən "Winston” markalı siqaret qutusunu masanın üzərinə qoymuş, polis əməkdaşları tərəfindən siqaret qutusu açılmış və içərisində olan maddələrin nə olduğu soruşulmuş, o, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin, marixuana, metodon tabletləri və psixotrop maddə olan metamfetamin olduğunu, idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmiş, polis əməkdaşları, vəkili və onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş, avtomobilinin salonunda olan saxlanc yerindən narkotik vasitə olan tiryək və psixotrop maddə hesab olunan metamfetamin, metal qaşıq, kiçik metal qayçı, cib bıçaqı və gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində tərəflərindən saxlanılmış və idarəyə gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bu zaman siqaret qutusunun içərisində heroin, metamfetamin, həblər və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İran vətəndaşı “Məhəmməd” adlı şəxsdən əldə etdiyini və payladığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus “Kia Rio” markalı avtomobildə də çantanın içərisindən narkotik maddələr aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, iki nəfər şəxsdən ibarət əməliyyat qrupunun rəhbəri olmuşdur. 16 sentyabr tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində olması ilə bağlı məlumat daxil olmuş, 17 sentyabr təxminən gecə saat 01-ə işləmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, avtomobilinə baxış vəkilin iştirakı ilə keçirilmişdir. O, avtomobildən aşkar edilmiş narkotik vasitələrin növlərini xatırlamır, ancaq orada tərəzi olduğunu bilir. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamış, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmasını özü bildirmişdir. Təqsirləndirilən şəxs telefonunda narkotik vasitələrin qoyulduğu yerlərin şəkilləri olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, lakin hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisəni tam təfərrüatı ilə xatırlamır. İş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. 16 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs Kia Rio markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən qrup üzvü Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsinə gəlmişlər. 17 sentyabr 2023-cü il tarixdə saat 00:20 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və həmin şəxsə yaxınlaşmış, ərazi aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra şəxsi idarəyə apararaq barəsində araşdırma aparılması üçün Abşeron rayon Polis İdarəsinin təhqiqatçı X4 təhvil vermişlər. X5 ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən "Winston” markalı siqaret qutusunu masanın üzərinə qoymuş, siqaret qutusu açıldıqda içərisində 07 (yeddi) ədəd həblər, içərisində kristal şəkilli maddə olan 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm, içərisində qəhvəyi rəngli maddə olan 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm və içərisində bitki mənşəli kütlə olan 01 (bir) ədəd şəffaf rəngli sellofan aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində 01 (bir) ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin, 01 (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin, 01 (bir) ədəd blister içərisində metadon həbləri olduğunu, narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının “Məhəmməd” adlı vətəndaşının tapşırığı ilə 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin yaxınlığında sonuncunun gizlətdiyi yerdən götürdüyünü və üzərindən aşkar olunan maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, idarə etdiyi avtomobilin salonunda 14 sentyabr 2023cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin yaxınlığında sonuncunun gizlətdiyi yerdən götürdüyünü, narkotik vasitə və psixotrop maddələrin bir hissəsini saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin tarixdə Abşeron rayon Polis İdarəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla axtarış aparılmış, avtomobil salonunda saxlanc yerində göy rəngli əl çantası aşkar edilmiş, həmin çantaya baxış keçirilən zaman içərisindən metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi, 03 (üç) ədəd sellofan büküm aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 02 (iki) ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd sellofan bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr, metal qaşıq, kiçik metal qayçı, cib bıçağı və gümüşü rəngli elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə tərəflərindən heç bir psixi və fiziki təzyiq-təsir olunmamış və belə bir halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs Allahverdi adlı polis əməkdaşı ilə birlikdə yaxınlaşmış və idarədə çəkiliş zamanı orada olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və yanında heç kəs olmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı "Winston” markalı siqaret qutusundan 07 (yeddi) ədəd M40 metadon həbləri, 01 (bir) ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər kütlə və 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin narkotik vasitələri üç gün əvvəl "WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində olduğu yerin məkanını "WhatsApp”da ona atmasını və həmin yerdən götürməsini bildirmiş, üzərində gəzdirməkdə məqsədi sonradan həmin İran vətəndaşının ona deyəcəyi məkanlara narkotik vasitələri yerləşdirmək, bunun müqabilində 300 manat pul almaq, narkotik vasitənin bir qismindən də şəxsi istifadəsi üçün götürmək olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olduğunu, anası dindar qadın olduğu üçün evində narkotik vasitə saxlamadığını, yalnız üzərində və avtomobilində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuş, o, etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd “Samsung A13” markalı mobil telefon, bir ədəd avtomobil açarı, bir ədəd 50 manat pul əskinazı və bir ədəd 20 manat pul əskinazı aşkar olunmuş, iş üçün əhəmiyyət kəsb etmədiyindən pul əskinazları və avtomobil açarı özünə qaytarılmış, dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə isə aşkar olunmamışdır. Baxış keçirilməsi və götürmə aparılması haqqında 17 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilin salonunda saxlanc yerində narkotik vasitələr olduğunu bildirmiş, baxış zamanı saxlanc yerindən götürülmüş göy rəngli əl çantasından iki ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, bir ədəd tərəzi, bir ədəd dəmir qaşıq, bir ədəd dəmir qayçı və bir ədəd balaca dəmir bıçaq aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri üç gün əvvəl "WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində olduğu yerin məkanını "WhatsApp”da ona atmasını və həmin yerdən götürməsini bildirmiş, üzərində avtomobilində gəzdirməkdə məqsədi isə sonradan həmin İran vətəndaşının ona deyəcəyi məkanlara narkotik vasitələri yerləşdirmək olmuşdur. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Aşkar olunan iki ədəd şəffaf rəngli sellofanda metamfetaminə bənzər maddə, bir ədəd tərəzi, bir ədəd dəmir qaşıq, bir ədəd dəmir qayçı və bir ədəd balaca dəmir bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və sair yazılar, imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 7,012 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 5,031 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə yeddi ədəd, üzərilərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,28 qram təşkil edən metadon təsiredici maddəsi müəyyən edildi. Üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” (qərara əsasən həmin şəxsin avtomobilindən aşkar olunmuş) və sair yazılar, imzalar olan paketdə 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 51,944 qram və 12,409 qram, ümumi təmiz çəkiləri 64,353 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metal qaşıq, kiçik metal qayçı və cib bıçağının üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edilmiş, bu predmetlərdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” və sair yazılar, imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 112,022 qram təşkil edən tünd qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryəkdir. Üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” və sair yazılar, imzalar olan paketdəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edildi, tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 69,384 qram olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetaminin ümumi miqdarı 69,384 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 69,264 qram, heroinin ümumi miqdarı 7,012 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,912 qram, asetilə edilən tiryəkin ümumi miqdarı 112,022 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 111,022 qram, metadon tabletləri isə ümumi 07 ədəd, ekspertiza tədqiqatından sonra qalıq 06 tablet olmuşdur. Məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 2,37 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 2,37 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,35 qram olmuşdur. Mobil telefona baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş “Samsung A13” markalı telefona baxış keçirilərkən “WhatsApp” proqramında Z.Eİdarovun(Eldar) +**********11 (Mehemed QaqS) nömrə ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar, həmçinin fotoşəkillər müəyyən edilmişdir: xx.xx.2023-cü il, saat 19:09 Eldar: Konuça gelir mesokun icinde 15k 5p xx.xx.2023-cü il, saat 19:13 Eldar: Konuma gelir guluyde isare etdiyim yerde 5k 1p xx.xx.2023-cü il, saat 19:17 Eldar: Konuma gelir evin tininde kubik var onun tininde 2k 1p xx.xx.2023-cü il, saat 19:19 Eldar: Sam agacin dibinde isare etdiyim yerde 2k 1p xx.xx.2023-cü il, saat 15:35 Eldar: Konuma geldi darvazanin qabaginda kubik var onun altında 7k xx.xx.2023-cü il, saat 17:53 Eldar: Konuma gelir yekedasin us terefinde koluqun icinde 2k 1p xx.xx.2023-cü il, saat 18:05 Eldar: Konuma geldi turbanin dongesinde zaborun tininde 3k xx.xx.2023-cü il, saat 18:13 Eldar: Kobuma gelir sitin qabaginda koluq var 9k 2p xx.xx.2023-cü il, saat 18:38 Eldar: Konuma gelir2 agacin arasında 3k xx.xx.2023-cü il, saat 18:44 Eldar: Konuma gelir agacin dibinde 3p xx.xx.2023-cü il, saat 18:47 Eldar: Konuma gelir turbanın dibinde 1k 3p xx.xx.2023-cü il saat 19:56 Eldar: Konuma gelir turbaların uaninda yogun turba vat onun dalinda 3k xx.xx.2023-cü il, saat 20:16 Eldar:Konuma gelir stolbanin yanida olan otuqda 10p xx.xx.2023-cü il, saat 20:18 Eldar: Konuma gelir koluqda 2k 1p xx.xx.2023-cü il, saat 20:21 Eldar: Konuma gelir turbanin. Tininde 4k 1p xx.xx.2023-cü il, saat 20:34 Eldar: Konuma gelir agacin dibinde 2k 1 xx.xx.2023-cü il, saat 20:39 Eldar: Konuma gelir turbanin. Tininde 4k 1p Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 dekabr 2023-cü il tarixli 7934 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 dekabr 2023-cü il tarixli 3376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə və hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Maddi sübut kimi tanınma haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilib götürülmüş ümumi 69,384 qram və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 69,264 qram təşkil edən psixotrop maddə metamfetaminin, 7,012 qram və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,912 qram təşkil edən narkotik vasitə olan heroinin, ümumi 112,022 qram və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 111,022 qram təşkil edən narkotik vasitə olan asetilə edilən tiryəkin, ümumi 07 (yeddi) ədəd və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 06 (altı) ədəd təşkil edən narkotik vasitə - metadon tabletkalarının, ümumi 2,37 qram və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,35 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananın, 01 (bir) ədəd metal qaşığın, 01 (bir) ədəd kiçik metal qayçının, 01 (bir) ədəd cib bıçağın, 01 (bir) ədəd elektron tərəzinin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A13” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla Abşeron rayon Polis İdarəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirmə və götürmə aparılması zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Zeynalov X6 Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Həmçinin tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən istintaq tərəfindən şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Yuxarıda sadalanan sübutlardan və işin digər hallarından göründüyü kimi təqsirləndirilən şəxsin qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və göndərməsi öz təsdiqini tapır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndinə əsasən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuş və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair daxili inamı rəhbər tutaraq, Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin əsaslandırma hissəsində onun əməlinə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə dair hissədə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində dindirilərkən tutulan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, polis əməkdaşlarının təzyiq edərək ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istəmələri ilə bağlı hissəyə də mövqeyini ifadə edərək qeyd edir ki, bu xüsusatla bağlı birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmışdır. Belə ki, bu araşdırma ilə əlaqədar həmin xüsusatın araşdırılması üçün müvafiq sorğular verilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 29 may 2024-cü il tarixli 3-16-17/40/2- 3782/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, sağ saidin ön səthində, sağ qasıqda köhnə çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 24 iyun 2024-cü il tarixli 2-2-110/2-057738/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları təsdiqini tapmadığından 24 iyun 2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Bununla da, təqsirləndirilən şəxsin tutulan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, təzyiqə məruz qalması ilə bağlı bildirdiklərini birbaşa və ya dolayısı ilə təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi halı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət tam əsaslıdır. İş üzrə sübutlar məcmusu, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və digər sübutlar məcmusu ilə tam təsdiq olunan, həm də qeyrisi ilə qəbaqcadan əlbir olmasına dair etiraf ifadəsi, xüsusən mobil telefonda aşkar edilmiş, Təqsirləndirilən şəxs saxlanmazdan hətta bir gün əvvələ və ondan əvvəlki yaxın tarixlərə təsadüf edən, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bilavasitə əks etdirən intensiv aparılmış çoxsaylı yazışmalar, həmçinin fotoşəkillər birbaşa təsdiq edir. Məhkəmə kollegiyası, həmçinin təyin edilmiş cəza ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə eyni zamanda Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3 və 59cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən qanuni və ədalətli cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində təyin olunmuş cəza müddətinin azaldılmasını xahiş etdiyindən məhkəmə kollegiyası bu hissədə şikayətin dəlillərini müzakirə etməyi zəruri hesab edir. Nəticə etibarı ilə, apellyasiya şikayətinin digər dəlilləri şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə bəraət verilməsi üçün əsas deyil. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsini, şahid ifadələrini, ekspertiza rəylərini və digər sübutları nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası daxilində - 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(001)-542/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət hazırkı cinayət işi üzrə ona qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyaları daxilində Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzanı fərdiləşdirməklə onun məqsədlərini təmin edən cəza qanuni, əsaslı və ədalətlidir. Odur ki, təyin edilmiş cəzanın azaldılması üçün heç bir əsas yoxdur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onların həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)-1423/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(101)-1423/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Faiq Qəniyev Hakimlər İbrahim İbrahimli Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-2219/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2219/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver