Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2246/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, İbrahimli İbrahim Adil oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Məmmədov küçəsi, ev 116, mənzil 25-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd qara rəngli çantanın içərisində polietilen torbada olan iki bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,53 qram və 0,83 qram olmaqla ümumi xeyli miqdar təşkil edən 1,36 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 01 ədəd sellofanda təmiz çəkisi 595 qram, digər üzəri skoçlu şəffaf sellofanda 50 ədəd kiçik ölçülü polietilen torbacıqlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri - 5,21 qram, 5,0 qram, 5,03 qram, 5,0 qram, 5,0 qram, 4,0 qram; 4,96 qram, 5,08 qram, 4,95 qram; 4,94 qram, 5,24 qram, 5,02 qram, 18,75 qram, 5,0 qram, 2,99 qram, 5,12 qram, 5,08 qram, 2,92 qram, 5,11 qram, 2,01 qram, 5,09 qram, 4,5 qram, 5,0 qram, 5,0 qram, 5,0 qram, 5,13 qram, 5,05 qram, 5,08 qram, 5,0 qram, 4,99 qram, 4,99 qram, 4,98 qram, 4,97 qram, 5,1 qram, 5,13 qram, 5,0 qram, 5,0 qram, 4,89 qram, 5,07 qram, 5,02 qram, 5,04 qram, 5,05 qram, 5,0 qram, 5,13 qram, 4,97 qram, 5,02 qram, 5,08 qram, 4,98 qram, 5,11 qram və 4,49 qram olmaqla ümumi çəkisi 256,77 qram, ümumilikdə külli miqdar təşkil edən 851,77 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaları əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə, saat 21:28 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq orada üzərində yoxlama keçirilən zamanı həmin narkotik vasitələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsini və . işə yeniden baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini dəqiqləşdirərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın azaldılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın azaldılması ilə bağlı apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X3 haqqında xx.xx.2025- ci il tarixli, 3287 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrlə bağlı müvafiq olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs götürülmüş “Samsung A25” markalı mobil telefonunun “WhatsApp” tətbiqində bir neçə şəxslərlə yazışmalarında dövriyyəsi qadağan olunmuş malın əldə edilməsi və başqa şəxslərə satılması ilə bağlı mətnlər (“Kağızda verərsən, 10”, “Yaxşı qaqa, 3 dənə kağız versən 11 manat verərəm”, “Olar men 5 atım sen de yuxarda bir balaca bir yere qoyarsan?”, “10 atdım sene be 2 azn nagd olacaq. Packa”, “Exi evdesen qalxım 1 dene götürüm”, “Exi evdesen, qalxım, 2 dene”, “Salam, 5 lazımdı”, “Qaqa, paçka kağız satırsan?”, “+2 nə qədər atası olacam?”, “Vüsal salam necəsən? 50lik götürmək istəyirəm, alınırsa gəlim”, “Əxi atırsan kartı” və s.) və səsli mesajlar, şəkillər, bank kartı məlumatları və müxtəlif ödəniş qəbzlərinin şəkilləri müəyyən edilir. Həmin yazışmalar və şəkillər çap olunaraq, səs yazıları isə DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 850,75 qram çəkidə narkotik vasitə marixuana, 1,26 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung A25” markalı telefon və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və ondan aşkar edilib götürülmüş əşyalarabaxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitələr, tərəzi və telefon saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur Bundan başqa cinayət işi materillarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı var (İ cild, i.v.188-189); • İ-10509 və İ-5560 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunub. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs barəsində cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-2246/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2246/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver