Məhkəmə qərarları › İş №1(103)-225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-225/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-225/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri “Arbitrum” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair 1(003)-239/2020 nömrəli 26 avqust 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq ilkin məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim: T.X.Әkbərov) 1(003)-239/2020 nömrəli 26 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 dekabr 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, onun Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilərək barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-239/2020 nömrəli 26 avqust 2020-ci il tarixli sözügedən qərarından Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Qərardan Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək, həmin ərizəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-239/2020 nömrəli 26 avqust 2020-ci il tarixli qərarındən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini göstərərək, verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Zərərçəkmiş şəxs iş üzrə mübahisələndirilən hökmdən vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Zərərçəkmiş şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi onun hüququ olduğundan, onun həmin ərizəsi təmin edilərək onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.22-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq, qərara alır: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair 1(003)-239/2020 nömrəli 26 avqust 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyindən, onun apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar