Məhkəmə qərarları › İş №1(103)-2270/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-2270/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2270/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Məmmədov Murad Akif oğlu oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 qızının, Məhkum edilmiş Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 308.1, 313, 309.1 və 320.1 -ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 309.1 və 320.1 -ci maddələri ilə və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(101)-574/2024 nömrəli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs4 cəza təyin edilməsinə dair hissədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X2 qızı (sədrlik edən), X10 və X5 ibarət tərkibdə) 23 sentyabr 2024-cü il il tarixli hökmünə əsasən xx xxxxxx 1971-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Lerik rayonu, Veri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 309.1, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 manat, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 manat məbləğində cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 75.1.1- ci maddəsinə əsasən həmin Məcəllənin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanılmaqla ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat məbləğində cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1 və 320.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar. Hökmdən məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi6 tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2025-ci il tarixli, 1(103)-188/2025 nömrəli hökmü ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum olunmuş şəxslərin barəsində müvafiq qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2025-ci il tarixli, 1(103)-188/2025 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 1(102)- 1511/2025 nömrəli qərarı ilə kassasiya şikayəti və kassasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2025-ci il tarixli, 1(103)-188/2025 nömrəli hökmü verilmiş kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən Təqsirləndirilən şəxs4 aid hissədə prosessual müddət bərpa edilməklə apellyasiya protesti verilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs4 vəzifəli şəxs kimi qeyrilərinin təhriki ilə tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, qeyrilərinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə- bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və satmış, vəzifəli şəxs kimi qeyrilərinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrilərinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Xəzər rayonu, Şağan bələdiyyəsi ilə arasında bağlanmış 13 iyun 2014-cü il tarixli əmək müqaviləsi ilə Xəzər rayonu, Şağan bələdiyyəsində Vergi müfəttişi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək, qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparmaq, müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar vermək, bələdiyyələrin qərarlarını icra etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirmək, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək, müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar vermək, bələdiyyələrin qərarlarını icra etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin Bələdiyyənin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 təhriki ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001 -ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-llQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət etməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, torpaq sahəsinin Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarının olması, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı olduğu halda 2022-ci ilin may ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs1 sahibliyində olan 1040 m2 torpaq sahəsinin Təqsirləndirilən şəxs2 babasından miras kimi ona keçdiyini, lakin həmin torpaq sahəsinin sənədini itirdiyini yalandan bildirməklə, həmin torpaq sahəsinə dair sənəd verilməsinə köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 özünə və özü vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciəti ilə bağlı 1.200 manat müqabilində saxta icarə müqaviləsinin verilməsinə dair onlarla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 təhriki ilə aralarındakı ümumi niyyətə uyğun olaraq, həmin ərəfədə Bakı şəhəri, Xəzər rayonu, Şağan bələdiyyəsinin inzibati binasında “İcarədar” kimi sabiq bələdiyyə sədri X8 və “İcarəçi” kimi Təqsirləndirilən şəxs2 göstərildiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 1040 m2 torpaq sahəsinin sonuncuya bağçılıq təsərrüfatı və ev tikmək məqsədilə 60 il müddətinə icarəyə verilməsi görüntüsünü yaradan 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini və ona əlavə edilmiş sxemi istifadələrində olan kompüterdə tərtib edib printer vasitəsilə çap edərək üzərinə istintaqa məlum olmayan tarixdə və şəraitdə hazırlanmış daxilində “AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ ƏZİZBƏYOV RAYONU ŞAĞAN BƏLƏDİYYƏSİ” yazıları olan saxta möhürü vurmaqla və “Tərəflərin imzası” qrafasında “X14” yazısının və müqaviləyə əlavə edilmiş torpaq sahəsinin sxemində “Təsdiq edirəm Şağan bələdiyyəsinin sədri A.S.Pənahov" yazısının qarşısındakı imzaları və sxemdə mövcud olan “yol, qonşu, 28,4 və 36,60” yazı və rəqəmlərini qabaqcadan əlbir olduğu şəxslə birlikdə qəsdən fərqli formada icra etməklə saxtalaşdırıb hazırladıqları həmin saxta icarə müqaviləsini və ona əlavə edilmiş sxemi 2022- ci ilin may ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən Şağan bələdiyyəsinin inzibati binasının qarşısında Şahid1 və Təqsirləndirilən şəxs2 təqdim etməklə həmin şəxslərdən aldığı 1.200 manat pul vəsaitinin 700 manatını Təqsirləndirilən şəxs3 verib 500 manatını özünə götürməklə Təqsirləndirilən şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 təhriki ilə Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə vahid tamah niyyəti ilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamaqla satmış, Təqsirləndirilən şəxs3la tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Bakı şəhəri, Xəzər rayonu Şağan bələdiyyəsinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Bundan başqa o, yuxarıda qeyd edilən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 mart 2000-ci il tarixdə qeydiyyata alınmış Xəzər rayonu Şağan bələdiyyəsinin üzvlərinin 12 fevral 2000-ci il tarixli, 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, Əzizbəyov rayonunun X3”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyəyə təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə mahiyyəti üzrə baxılıb cavab verilməsi, fiziki və hüquqi şəxslərə arayış verilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi Şağan Bələdiyyəsinin sədri vəzifəsini icra edən Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 təhriki ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də Təqsirləndirilən şəxs2 ilə Şağan İ bələdiyyəsi arasında 08 fevral 2007-ci il tarixli 7 nömrəli icarə müqaviləsi əsasında ona Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m2 torpaq sahəsinin icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 birlikdə müraciət edib Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m2 torpaq sahəsinin Təqsirləndirilən şəxs2 icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə saxta arayış verilməsinə dair müraciətləri ilə əlaqədar onlarla razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 təhriki ilə aralarındakı ümumi niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin mülkiyyətə, icarəyə və istifadəyə verilməsinə dair Bələdiyyənin arxivində hər hansı iclas protokolunun, bələdiyyə qərarının və digər arxiv sənədinin olmamasına və həmçinin araşdırma zərurəti ilə əlaqədar Şağan bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs2 Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılıb-ayrılmaması barədə Şağan bələdiyyəsinə Xəzər rayon prokurorluğu tərəfindən ünvanlandırılmış 17 iyun 2022ci il tarixli, xid-893/22 saylı sorğu məktubuna 23 iyun 2022-ci il tarixli, 25 saylı məktubla sonuncuya Şağan qəsəbəsi ərazisində hər hansı bir məqsədlə torpaq sahəsinin verilməsinə dair Bələdiyyədə arxiv sənədinin aşkar edilməməsi əks olunmuş rəsmi cavabın verilməsinə baxmayaraq, qeyd edilən ərəfədə Xəzər rayonu Şağan bələdiyyəsinin inzibati binasında torpaq sahəsinin Təqsirləndirilən şəxs2 məxsus olması və həmin torpaqdan vergi ödəməklə istifadə etmə hüququ verən rəsmi sənəd hesab edilən 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı qeyd edilən tarixdə Xəzər rayonu, Şağan bələdiyyəsinin inzibati binasında tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni Təqsirləndirilən şəxs2 08 fevral 2007-ci il tarixdə Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan bələdiyyəsi ilə 07 saylı icarə müqaviləsini bağlaması, həmin müqaviləyə əsasən ona Şağan qəsəbəsi “Yeni İ sahə” yaşayış massivində 60 il müddətə 1040 m2 torpaq sahəsi icarəyə verilməsi, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınması və torpaq vergisini tam ödəməsinə dair məlumatları özü və Təqsirləndirilən şəxs5 kompüter vasitəsilə daxil edib Bələdiyyənin vergi agenti kimi özünə aid hissədə öz imzası ilə Bələdiyyənin sədri vəzifəsini icra edən kimi Təqsirləndirilən şəxs5 imzaladıqdan sonra sonuncuya təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şağan Bələdiyyəsi” yazıları olan möhürlə Təqsirləndirilən şəxs5 tərəfindən birbaşa olaraq şəxsən təsdiq olunub elə həmin tarixdə Şağan bələdiyyəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etməklə vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 təhriki ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 təhriki ilə Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bakı şəhəri, Xəzər rayonu Şağan İ bələdiyyəsinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Apellyasiya protestinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs4 cəza təyin edilməsinə dair hissədə, ona cinayət qanununun müddəalarına uyğun olaraq, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona cinayətlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən isə onun barəsində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza məhkəmə tərəfindən nəzərə alınmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün apellyasiya protestində göstərilənlərə uyğun olaraq Təqsirləndirilən şəxs4 aid hissədə cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona cinayətlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 23 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 1(003)-35/2024 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs4 təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 23 dekabr 2025-ci il tarixədək 01 il 01 ay 03 gün hissəsi icra olunmuş, 01 il 04 ay 23 gün hissəsi çəkilməmiş qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(101)-574/2024 nömrəli hökmünə əsasən təyin edilmiş 5000 manat cərimə cəzasının 1200 manat hissəsi ödənilmiş, 3800 manat hissəsi ödənilməmiş qalmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024cü il il tarixli hökmü Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin ediməklə dəyişdirilməli, hökm Təqsirləndirilən şəxs4 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 309.1, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya protestində cəzanın növü mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 178.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona cinayətlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən isə onun barəsində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza məhkəmə tərəfindən nəzərə alınmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.11-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.2.7-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi hazırki, 23 sentyabr 2024-cü tarixli hökmü çıxararkən Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024cü il tarixli hökmü ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini nəzərə almamış, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında hökm çıxarmalı olduğu halda, belə yekun qərar qəbul etməmiş, nəticədə cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Hazırki iş üzrə cinayət Təqsirləndirilən şəxs4 tərəfindən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədilmişdir ki, qeyd edilən hal Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini labüd edən haldır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 22 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti təmin olunmalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli hökmü Təqsirləndirilən şəxs4 aid hissədə yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 308.1, 313, 309.1 və 320.1 -ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 309.1 və 320.1 -ci maddələri ilə və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs4 cəza təyin edilməsinə dair hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzalar tam toplanılmaqla qəti olaraq təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs4 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzası və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs4 16 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzası və 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı ünvan 2 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və ona kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması və cərimə cəzaları müstəqil icra olunmaqla cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması nəzərə alınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm Təqsirləndirilən şəxs4 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılısn. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər : Elmar Rəhimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar