Məhkəmə qərarları › İş №1(103)-23/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-23/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-23/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, x1 Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə Fəxri Vidadi oğlu Qasımovun katibliyi ilə Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu Zərərçəkmiş şəxs Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs idman mərc və loto oyunları klubu açıb işlətmək qərarına gəldiyini qabaqcadan xəbər tutub, həmin klubun fəaliyyət göstərməsi üçün yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə lisenziya alınmasına köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq sonuncudan 24 fevral 2016-cı il tarixdə ünvan 3 saylı ünvanda yerləşən “Pirani Pub” adlanan kafedə 27000 manat məbləğində pul aldıqdan sonra verdiyi vədinə əməl etməyərək, almış olduğu pulu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 27000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Mətanət Hacıyeva) 17 may 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.07.2016-cı il tarixdən 16.07.2016-cı il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmadığını, zərərçəkmiş şəxs və şahid ifadələri arasında ziddiyyətlərin olduğunu, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, iş materiallarında olan səs yazısının kimlərə məxsus olmasının iş materialları ilə təsdiq edilmədiyini, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutların toplanmadığını qeyd edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum apellyasiya şikayətini dəyişdirərək törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olduğunu qeyd edərək hökmün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, müdafiə tərəfin apellyasiya şikayəti təmin edilməli, hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkumun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya instansiya məhkəməsində təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkuma təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışdığını və ona vurulmuş ziyanə tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, məhkuma təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikasının CPM–nin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə dəyişdirir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 17 may 2019cu il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona 4000 manat məbləğində cərimə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALİR: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 17 may 2019-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona 4000 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: imza, hakimlər: imzalar. Əsli ilə düzdür: Sədrlik edən: Kamran Əkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar