Məhkəmə qərarları › İş №1(103)-23/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-23/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-23/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20, Tərcüməçi – X8, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs68 və onun müdafiəçisi X19, Zərərçəkmiş şəxsin nümayəndələri - X1 İkram Yusif oğlunun Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs68 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən X2, X15 və X16 ibarət tərkibdə) xx.xx.1962-ci ildə Turkiyə Respublikası, Hatay rayonu, Antakya şəhərində doğulmuş, ali təhsilli, evli, "xxxx" MTK-nın sədri vəzifəsində olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və toplanmış əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətə sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 25 iyul 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X18 üzrə Bakı şəhəri Vergilər Departamenti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin (VÖEN № **********) 696 pay haqqı ilə təsisçisi və həmin tarixdən sədri olmaqla, Kooperativin 25 iyul 2005-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 7-ci bölməsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, işlərini aparmaq, kooperativi təmsil etmək, onun adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək və sair səlahiyyətlərə malik, eləcə də kooperativin sədri kimi Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisini aparmaqla onu vaxtında və keyfiyyətli, tikinti qaydalarına əməl etməklə başa çatdırmaq, kooperativə qəbul olunmuş payçılarla müqavilələr bağlamaq və sair təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Kooperativ üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin Kooperativ tərəfindən Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə 2007ci il tarixdən inşasına başlanılmış 2 girişli, 18 mərtəbəli binanın A 1 girişi 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 588 m2 olan qeyri-yaşayış sahəsindən 220 m2 hissəsini 22 avqust 2006-cı il tarixdə Zərərçəkmiş şəxs38 700.000 manata satıb həmin sahəni eyni tarixli alqısatqı müqaviləsinə əsasən, sonuncunun qızı Könül Qəhrəmanovanın adına rəsmiləşdirməsinə, həmçinin, binanın A1 girişi 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 82,7 m2 olan mənzili 20 dekabr 2006-cı il tarixdə Zərərçəkmiş şəxs25 eyni tarixli alqı-satqı müqaviləsinə əsasən 44.307 manata satmasına baxmayaraq, 2007-ci ilin qış aylarında Şahid27 Abşeron rayonu, Saray qəsəbəsindən 10 ha torpaq sahəsinin alınması, sonradan həmin torpaq sahəsinin pulunu ödəyərək sonuncudan geri alıb həmin yerdə yaşayış binası tikəcəyi barədə razılaşmalarına əsasən Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə inşa etdiyi həmin yaşayış binasının A1 girişindən 1-ci mərtəbədə ümumi sahəsi 130 m2, 2-ci mərtəbədə ümumi sahəsi 130 m2, 3-cü mərtəbədə ümumi sahəsi 300 m2, 4cü mərtəbədə ümumi sahəsi 300 m2 olmaqla, cəmi 860 m2 qeyri-yaşayış, həmin binanın A 1 giriş 10, 11 və 12-ci mərtəbələrində yerləşən 1770 m2 yaşayış sahəsini, ümumilikdə isə yaşayış və qeyriyaşayış sahəsindən ibarət olan cəmi 2630 m2 sahənin 19.12.2007-ci il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 2 müqavilə üzrə faktiki girov kimi Şahid27 adına alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilməsini həyata keçirib, sonuncu ilə aralarında razılaşdırılmış həmin birgə təsərrüfat fəaliyyətinin baş tutmaması səbəbindən 19.12.2007-ci il tarixli həmin alqı-satqı müqavilələrinin 5-ci bəndinə əsasən, müqavilə şərtlərinin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlərin tərəflər arasında danışıqlar, razılığa gəlmək mümkün olmadığı təqdirdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə yolu ilə həll edilməsinin müəyyən olunmasına baxmayaraq, qeyd edilən qaydada narazılıqların həll olunmaqla həmin müqavilənin ləğvini həyata keçirmədən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 19.12.2007-ci il tarixli həmin alqı-satqı müqavilələrinin qüvvədə olmasına baxmayaraq, A 1 girişi 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 136,1 m2 olan mənzili 22 aprel 2010-cu il tarixdə Şahid5 68.000 manata satıb, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 21.12.2011-ci il tarixdə Zərərçəkmiş şəxs59 həmin qiymətə satılmasına şərait yaradaraq, həmin giriş 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 124,7 m2 olan mənzili 2011-ci ilin sonlarında Zərərçəkmiş şəxs45 70.000 manata sataraq, hər birinin ümumi sahəsi 588 m2 olan 1, 2, 3 və 4-cü mərtəbələr üzrə 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin 195 m2 hissəsini, 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin 369 m2 hissəsini, 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin 556 m2 hissəsini, 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin isə 556 m2 hissəsini 14.02.2012-ci il tarixdə Zərərçəkmiş şəxs49 sonuncunun yaşayış binasının inşa ediləcəyi yerdə olan yaşayış sahələrinin əvəzinə satıb, qeyd olunan sahəni Zərərçəkmiş şəxs49 tanışı Zərərçəkmiş şəxs33 adına rəsmiləşdirərək, həmin giriş 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 136,1 m2 olan mənzili 2 mart 2012-ci il tarixdə Zərərçəkmiş şəxs58 81.660 manata, həmin giriş 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 122 m2 olan mənzili 7 mart 2012-ci il tarixdə Zərərçəkmiş şəxs10 79.300 manata, həmin giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 82,7 m2 olan mənzili 10 aprel 2012-ci il tarixdə Zərərçəkmiş şəxs16 52.000 manata, həmin giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 124,7 m2 olan mənzili 14 iyun 2012-ci il tarixdə Zərərçəkmiş şəxs66 99.760 manata, həmin giriş 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 123,4 m2 olan mənzili 10 sentyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs11 90.000 manata, həmin giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 123,4 m2 olan mənzili 24 sentyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs63 92.550 manata, həmin giriş 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 123,4 m2 olan mənzili 4 dekabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs65 90.082 manata, həmin giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 122 m2 olan mənzili 5 aprel 2013-cü il tarixdə Zərərçəkmiş şəxs70 85.000 manata, həmin giriş 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 136,1 m2 olan mənzili 10 fevral 2014-cü il tarixdə Zərərçəkmiş şəxs30 81.600 manata, həmin giriş 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 124,7 m2 olan mənzili 18 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1 130.620 manata sataraq, A 1 girişindən ümumi sahəsi 122 m2 olan 17-ci mərtəbədə yerləşən mənzilin Zərərçəkmiş şəxs54 01.04.2014-cü il tarixdə qanunsuz satılmasına görə sonuncuya vurduğu 154.500 manat məbləğində maddi ziyanı aradan qaldırmaqdan ötrü zərər əvəzinə Zərərçəkmiş şəxs54 adına A 1 girişi 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 122 m2 olan mənzilin guya sonuncuya satılması görüntüsü yaratmaqdan ötrü onun adına 2017-ci ilin aprel ayında kooperativin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən ofisində əvvəlki, yəni 01.04.2014-cü il tarixə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 01 aprel 2014-ci il tarixli alqı-satqı müqaviləsini və pulun təhvil verilməsini təsdiq edən “şəxsi vərəqə”ni imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Şahid27 girov məqsədi ilə adına yazılmış 19.12.2007-ci il tarixli 860 m2 qeyri-yaşayış sahəsi və 1770 m2 yaşayış sahələrinə dair müvafiq qaydada ləğv edilməmiş müqavilələrin nüsxələrini Bakı şəhəri Yasamal rayonunda yerləşən Notariat Kontorundan əldə edib Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A 1 girişinin 1, 2, 3 və 4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 m2 qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A 1 girişinin 10, 11 və 12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasına dair iddiası üzrə mülki işə baxan Bakı şəhəri Xətai rayon məhkəməsinin ləğv edilməmiş 22.10.2015-ci il tarixli 2(011)-5834/2015 №-li qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsi və mənzillərə Şahid27 sahiblik və istifadə hüququnun tanınmasına şərait yaradaraq, həmin hərəkətləri ilə kütləvi surətdə 16 nəfər zərər çəkmiş şəxsin, yəni, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs59, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs66, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs63, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs70, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs54 öz mənzil və qeyri-yaşayış sahələrinə birgə yaşayış qaydalarına uyğun normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş və öz cinayət əməlini gizlətməkdən ibarət olan şəxsi niyyətlə vahid qəsdlə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Kooperativ üçün qanunsuz üstünlük əldə etmək məqsədilə rəhbəri olduğu "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə 2007-ci il tarixdən inşasına başlanılmış 2 girişli, 18 mərtəbəli binanın A 1 girişi 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 588 m2 olan qeyri-yaşayış sahəsindən 220 m2 hissəsini 22 avqust 2006-cı il tarixdə Zərərçəkmiş şəxs38 700.000 manata satıb həmin sahəni eyni tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncunun qızı Könül Qəhrəmanovanın adına rəsmiləşdirməsinə baxmayaraq, tanışları X28 və X13 birlikdə Şahid28 vurmuş olduqları ziyan əvəzinə H.Əliyev və A.Pirvəliyevin 2009-cu ilin əvvəllərində ondan etdikləri xahişləri əsasında sonuncular tərəfindən vurulmuş həmin ziyanın ödənilməsi üçün Şahid28 adına həmin borcun qaytarılmasının təminatı qismində girov məqsədi ilə yaşayış və qeyri-yaşayış sahələri yazılmasına razılıq verərək qeyd edilən yaşayış binasının A 1 girişində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 588 m2 olan qeyri-yaşayış sahəsindən 150 m2 hissəsini 11.02.2009-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəmə barədə maliyyə arayışına əsasən guya 582.000 ABŞ dollarına, A 1 girişində ümumi sahəsi 588 m2 olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən guya 600 m2 sahəni 12.02.2009-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəmə barədə maliyyə arayışına əsasən 1.200.000 manata, A 1 girişində ümumi sahəsi 588 m2 olan 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən guya mənzil kimi 136,1 m2 hissəsini 06.03.2009-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəmə barədə maliyyə arayışına, A 1 girişində ümumi sahəsi 82,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili 06.03.2009-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəmə barədə maliyyə arayışına, A 1 girişində ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili 06.03.2009-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəmə barədə maliyyə arayışına əsasən girov kimi razılaşmaqla Şahid28 adına rəsmişləşdirilməsini, qeyd olunan müqavilə və maliyyə arayışlarını MTK-nin möhürü ilə təsdiq edib H.Əliyev və A.Pirvəliyevə Şahid28 vurulmuş ziyanı tez bir zamanda ödəyərək müqavilələri ləğv etməsini tapşırıb, sonradan Şahid28 ilə H.Əliyev və A.Pirvəliyevin aralarında olan münasibətin nəticəsini aydınlaşdırmadan, habelə aralarında alqı-satqı qaydasında rəsmiləşdirilmiş həmin müqavilələrin 17-ci bəndinə əsasən, tərəflər arasında mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyi ilə həll edilməsinin müəyyən olunmasına baxmayaraq, qanunvericiliyə uyğun olaraq hər hansı hüquqi prosedura qəsdən əməl etmədən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 11.02.2009, 12.02.2009 və 06.03.2009-cu il tarixli həmin alqı-satqı müqavilələrinin qüvvədə olmasına baxmayaraq, A 1 girişindən ümumi sahəsi 588 m2 olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin 64,1 m2 hissəsini 21 aprel 2011-ci il tarixdə Zərərçəkmiş şəxs35 73.074 manata sataraq, A 1 girişinin 1, 3 və 4-cü mərtəbələrində hər birinin ümumi sahəsi 588 m2 olmaqla 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 195 m2 hissəsini, 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 556 m2 hissəsini, 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən isə 556 m2 hissəsini 14.02.2012-ci il tarixdə Zərərçəkmiş şəxs49 sonuncunun yaşayış binasının inşa ediləcəyi yerdə olan yaşayış sahələrinin əvəzinə satıb, qeyd olunan sahəni Zərərçəkmiş şəxs49 tanışı Zərərçəkmiş şəxs33 adına rəsmiləşdirərək, A 1 girişindən ümumi sahəsi 588 m2 olan 4-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 260 m2 hissəsini 19 iyun 2012-ci il tarixdə Zərərçəkmiş şəxs62 300.000 manata sataraq, A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili 2013-cü ilin fevral ayında Şahid18 100.000 manata satıb, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 07.08.2013-cü il tarixdə Zərərçəkmiş şəxs29 həmin qiymətə satılmasına şərait yaradaraq, Şahid28 girov məqsədi ilə adına yazılmış 11.02.2009-cu, 12.02.2009-cu və 06.03.2009-cu il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə dair müvafiq qaydada ləğv edilməmiş müqavilələrin surətindən istifadə edib Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə inşa edilmiş yaşayış binasının A 1 girişinin 4-cü mərtəbəsində sahəsi 136,1 m2 olan 1 saylı, 5-ci mərtəbəsində sahəsi 82,7 m2 olan 8 saylı, 8-ci mərtəbəsində sahəsi 136,1 m2 olan 21 saylı mənzillərin və həmin binanın 1-ci mərtəbəsindəki sahəsi 150 m2 olan 14 saylı mağazanın, 3-cü mərtəbəsindəki sahəsi 600 m2 olan 30, 31 və 43 saylı mağazaların ona təhvil verilməsinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etməsinə və qeyd olunan mənzil və qeyri-yaşayış sahələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.10.2016-cı il tarixli 2(102)-4851/16 №-li qərarı ilə iddia təmin edilməklə həmin qeyri-yaşayış və mənzillərə sonuncunun istifadə hüququnun tanınmasına şərait yaradaraq, həmin hərəkətləri ilə kütləvi surətdə 5 nəfər zərərçəkmiş şəxsin, o cümlədən, yəni Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs62, Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs38 öz mənzil və qeyriyaşayış sahələrinə birgə yaşayış qaydalarına uyğun normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur Bundan başqa, o, həmin vəzifədə işləyərkən, Kooperativin Nizamnaməsinə əsasən qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Kooperativ üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək öz qulluq mövqeyindən yararlanmaqla aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəhbəri olduğu Kooperativ tərəfindən Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə 2007-ci il tarixdən inşasına başlanılmış 2 girişli, 18 mərtəbəli binadan “mənzil alqı-satqı” müqavilələri, pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışları və kassa mədaxil orderlərinə əsasən ayrı-ayrı şəxslərə satılmış, dəyəri ödənilmiş mənzilləri ilkin alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə onlardan müxtəlif məbləğlərdə pul qəbul edib məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi alqı-satqı müqaviləsi və pulun təhvil verilməsinə dair “şəxsi vərəqə”lər təqdim edib satmaqla, o cümlədən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 sahəsi olan 9-cu mərtəbədə yerləşən mənzili 2008-ci ilin yanvar ayında "xxxx" MTK-nın sədri kimi Zərərçəkmiş şəxs23 88.465 manata satıb mənzili sonuncunun arvadı Şahid4 adına rəsmiləşdirməsinə, sonuncunun 15.01.2012-ci il tarixli ərizəsini nəzərə almaqla həmin tarixdə tərtib olunmuş alqı-satqı müqaviləsinə əsasən mənzilin Zərərçəkmiş şəxs23 adına sənədləşdirməsinə baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 8 aprel 2008-ci il tarixdə Zərərçəkmiş şəxs34 122.490 manata satıb, həmin məbləğdə pul vəsaitini qeyd olunan tarixdə Kooperativin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən ofisində sonuncudan alaraq, həmin ofisdə mənzilin Zərərçəkmiş şəxs34 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 08 aprel 2008-ci il tarixli alqısatqı müqaviləsini və pulun təhvil verilməsinə dair “şəxsi vərəqə”ni imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs34 aldığı 122.490 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq və tamah niyyətilə vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs23 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək təkrarən, həmin binanın A 1 girişi ilə A 2 girişi arasında yerləşən altı mərtəbəli qeyriyaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 832 m2 olan həmin qeyriyaşayış sahəsinin 190 m2 hissəsini "xxxx" MTK sədri kimi 07.08.2007-ci tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs12 380.000 manata satmasına, buna görə alıcıdan 350.000 manat pul almasına baxmayaraq, qeyd olunan qeyri-yaşayış sahəsinin 110 m2 hissəsini əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 26.12.2008-ci il tarixdə Zərərçəkmiş şəxs7 143.550 manata satıb, həmin pulun 100.000 manatını qeyd edilən tarixdə kooperativin həmin ofisində sonuncudan nağd qaydada, 43.550 manatını isə Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən sonuncuya məxsus evlə əvəzləşdirərək, qeyriyaşayış sahəsinin Zərərçəkmiş şəxs7 arvadı Şahid30 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə və qeyd olunan tarixdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 26 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək verməklə Zərərçəkmiş şəxs7 aldığı 100.000 manat nağd pulu və 43.550 manat hesablanmış əmlakı, cəmi 143.550 manat dəyərində əmlakı öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs12 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişi ilə A 2 girişi arasında yerləşən altı mərtəbəli qeyriyaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 832 m2 olan həmin qeyriyaşayış sahəsinin 190 m2 hissəsini "xxxx" MTK sədri kimi 07.08.2007-ci tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs12 380.000 manata satmasına, buna görə alıcıdan 350.000 manat pul almasına baxmayaraq, 5 may 2008-ci il tarixdə Şahid29 borca tikinti materialları almaq, borca aldığı tikinti materiallarının pulunu ödəyə bilmədiyi təqdirdə isə guya girov məqsədi ilə 5 may 2008-ci il tarixdə həmin qeyriyaşayış sahəsinin, yəni Zərərçəkmiş şəxs12 satdığı həmin qeyri-yaşayış sahəsinin 97 m2 hissəsini 67.900 ABŞ dollarına Şahid29 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdirməklə tərtib edilmiş saxta rəsmi sənədləri – 05 may 2008-ci il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli tam ödəmə barədə maliyyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya verməklə vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs12 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin binanın A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili 08 aprel 2009-cu il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MTK sədri kimi Zərərçəkmiş şəxs21 66.160 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq, qanunsuz olaraq 19 iyun 2010-cu il tarixdə Zərərçəkmiş şəxs61 Mirzəmməd oğluna 49.041 manata satıb, göstərilən məbləğdə pul vəsaitinin 24.500 manatını qeyd olunan tarixdə kooperativin həmin ofisində, qalan 24.541 manatını isə həmin tarixdən etibarən aylıq olaraq hissə-hissə müxtəlif tarixlərdə, axırıncı məbləği isə 14.07.2012-ci il tarixdə kooperativin ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs61 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 19 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsini və 14.07.2012-ci il tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs61 aldığı 49.041 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Eyvaz Musatafayevin öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 12-ci mərtəbədə yerləşən mənzilin 22 aprel 2010-cu il tarixli alqısatqı müqaviləsi əsasında Şahid5 68.000 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 21 dekabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs59 həmin qiymətə satılmasına və Kooperativin rəhbəri kimi təsdiq etdiyi eyni tarixli alqı-satqı müqaviləsi əsasında mənzili sonuncunun övladı X9 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 2010-cu ilin sonlarında Zərərçəkmiş şəxs43 aldığı 100.000 manat dəyərində beton qarışığı müqabilində sonuncuya satmağa razılaşıb, Zərərçəkmiş şəxs43 məxsus 100.000 manat dəyərində beton qarşığını əldə etdikdən sonra həmin mənzilin sonuncuya məxsus olmasını yalandan bildirib ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs43 vasitəsilə 24.12.2010-cu il tarixdə mənzili 100.000 manata Zərərçəkmiş şəxs56 satılmasına və həmin məbləğin 58.500 manatının Zərərçəkmiş şəxs43 tərəfindən hissə-hissə alınmasına şərait yaradaraq, mənzilin Zərərçəkmiş şəxs56 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 24 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə qeyd olunan tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edib verərək, sonuncuya məxsus 58.500 manat əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs56 aldadıldığını başa düşərək 41.500 manat məbləğində qalan pul vəsaitini ödəməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus əmlakı təkrarən külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 11.12.2012-ci il tarixdə 95.000 manata Zərərçəkmiş şəxs36 sataraq, göstərilən məbləğdə pul vəsaitinin 55.000 manatını qeyd olunan tarixdə, 10.000 manatını 28.01.2013-cü il tarixdə, 10.000 manatını 01.03.2013-cü il tarixdə, 20.000 manatını isə 20.05.2014-cü il tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs36 arvadı Şahid7 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 11 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsini və pul aldığı tarixlərdə tərtib etdiyi maliyyə arayışlarını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs36 məxsus 95.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə, ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 05.04.2013-cü il tarixdə 119.400 manata Zərərçəkmiş şəxs44 sataraq, göstərilən məbləğdə pul vəsaitinin 72.400 manatını qeyd olunan tarixdə, 15.700 manatını 17.04.2014-cü il tarixdə, 5.000 manatını 03.08.2014-cü il tarixdə, 26.300 manatını isə 08.12.2014-cü il tarixdə kooperativin ofisində sonuncunun anası Şahid9 və qardaşı Şahid8 alıb, mənzilin Zərərçəkmiş şəxs44 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 05 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsini və pul aldığı tarixlərdə tərtib etdiyi maliyyə arayışlarını imzalayıb Kooperativin möhürü ilə təsdiq edib pul ödəyən şəxslərə verməklə, Zərərçəkmiş şəxs44 məxsus 119.400 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə, ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 21.12.2013-cü il tarixdə 150.000 manata Zərərçəkmiş şəxs48 sataraq, göstərilən məbləğdə pul vəsaitinin 125.000 manatını sonuncudan qeyd olunan tarixdə, 25.000 manatını isə 2017-ci ilin yay aylarında Kooperativin ofisində Zərərçəkmiş şəxs48 arvadı Şahid6 alıb, mənzilin Zərərçəkmiş şəxs48 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 21 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edib sonuncuya verməklə Qardaşxan Abbasova məxsus 150.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə, ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs59 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzilin 24.07.2009-cu il tarixdə "xxxx" MTK-nın sədri kimi Şahid16 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 16.02.2013-cü il tarixdə Zərərçəkmiş şəxs19 aldığı qiymətə satılmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 11 fevral 2011ci il tarixdə Zərərçəkmiş şəxs32 97.141 manata satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs32 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 11 fevral 2011-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs32 aldığı 97.141 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs19 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, özünün qanunsuz əməllərini davam etdirməklə, ikili satışları və Zərərçəkmiş şəxs19 guya dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "xxxx" MTK-nin sədri kimi həmin yaşayış binasının A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 6-cı mərtəbədə yerləşən mənzilin 12.02.2011-ci il tarixdə Zərərçəkmiş şəxs68 62.350 manata satmasını bildiyi halda, Şahid16 tərəfindən A 1 girişində ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzilin 16.02.2013-cü il tarixdə Zərərçəkmiş şəxs19 satılmasına baxmayaraq, qeyd olunan tarixdə Şahid16 özünə məxsus 5-ci mərtəbədə yerləşən mənzili Zərərçəkmiş şəxs19 qəsdən 6-cı mərtəbədə yerləşən mənzil kimi, yəni Zərərçəkmiş şəxs68 məxsus mənzilin satılması kimi rəsmiləşdirərək, mənzilin Zərərçəkmiş şəxs19 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 16 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib verməklə, Zərərçəkmiş şəxs68 faktiki olaraq mənzildən məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 9-cu mərtəbədə yerləşən mənzili 21 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs74 99.760 manata satmasına, Zərərçəkmiş şəxs74 24 iyul 2014-cü il tarixdə öldükdən sonra qeyd olunan mənzili 5 avqust 2014-cü il tarixdə sonuncunun oğlu Vüqar Abdullayevin adına eyni tarixli alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirməsinə baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 6 aprel 2011-ci il tarixdə Zərərçəkmiş şəxs13 85.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs13 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 06 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs13 aldığı 85.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs74 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 sahəsi olan 14-cü mərtəbədə yerləşən mənzili 10 dekabr 2010-cu il tarixdə "xxxx" MTK sədri kimi Zərərçəkmiş şəxs22 75.000 manata satmasına və mənzili alqısatqı müqaviləsi əsasında sonuncunun oğlu Şahid23 adına rəsmiləşdirməsinə baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadıb 3 oktyabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs62 74.820 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin tarixdə Kooperativin ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs62 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 03 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs62 aldığı 74.820 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs22 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 sahəsi olan 15-ci mərtəbədə yerləşən mənzili 31 may 2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs42 136.000 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 15 noyabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs51 110.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitindən 10.000 manatını həmin tarixdə Kooperativin ofisində nağd, 38.800 manatını 18.11.2013-cü il tarixdə mərmər və qranit şəklində sonuncunun atası Şahid13 həmin ofisdə, qalan 61.200 manat pulu isə 01.04.2016-cı il tarixdə Zərərçəkmiş şəxs51 faktiki şəriki və etibarnamə üzrə qeyd olunan MTK-nın 19.10.2013-cü il tarixdən nümayəndəsi olan, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə MTK-nin ofisində alınmasına nail olaraq, mənzilin Zərərçəkmiş şəxs51 adına rəsmiləşdirilməsi barədə məzmununa kooperativin ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 15 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsini və 15 noyabr 2011-ci, 18.11.2013-cü il tarixli maliyyə arayışlarını özü imzayıb kooperativin möhürü ilə təsdiq edərək, 01.04.2016-cı il tarixli maliyyə arayışını isə qabaqcadan əlbir olduğu digər şəxs tərəfindən imzalanıb kooperativin möhürü ilə təsdiq edilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs51 aldığı nağd pul və natura şəklində ümumilikdə 110.000 manat dəyərində əmlakı öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs42 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili 4 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nın sədri kimi Zərərçəkmiş şəxs40 94.448 manata satmasına, mənzilin pay dəyərinin 80.598 manatını almasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 30 noyabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs39 93.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitindən 44.500 manatını qeyd olunan tarixdə, qalan 48.500 manatını isə həmin tarixdən etibarən aylıq hissə-hissə olmaqla müxtəlif tarixlərdə, o cümlədən qalıq borcu 04.06.2013-cü il tarixdə kooperativin ofisində sonuncudan alıb, Zərərçəkmiş şəxs39 tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi 30.11.2011-ci il tarixli saxta müqaviləni təqdim etmiş, sonradan həmin müqaviləni ləğv edərək onunla 4 iyun 2013-cü il tarixdə "xxxx" MTKnın sədri kimi yenidən qeyd olunan mənzilin alqı-satqısı barədə müqavilə bağlayıb, mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışı tərtib edərək mənzilin Zərərçəkmiş şəxs39 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə həmin ofisdə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 04 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs39 aldığı 93.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs39 mənzilə köçməsini təmin edərək Zərərçəkmiş şəxs40 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 14-cü mərtəbədə yerləşən mənzili 3 oktyabr 2011ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs62 81.660 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 20 dekabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs67 136.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin günü kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs67 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 20 dekabr 2011-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs67 aldığı 136.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs62 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, A 1 girişində 588 m2 olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən 64,1 m2 hissəsini "xxxx" MTK-nin sədri kimi 21.04.2011-ci tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs35 73.074 manata satmasına, buna görə alıcıdan həmin məbləği almasına baxmayaraq, qeyd olunan mərtəbədə satılmamış qalan sadəcə 523,9 m2 sahənin əvvəlcədən digər şəxsə satılmaması ilə əlaqədar başqa şəxsə satışını həyata keçirməsinin qanunla mümkün olmasına baxmayaraq, bu faktı alıcıdan gizlətməklə aldadaraq 14 fevral 2012-ci il tarixdə Zərərçəkmiş şəxs49 həmin mərtəbədə 556 m2 sahəni, hər m2 1.300 manat olmaqla 722.800 manata satıb, sonuncunun yaşayış binasının inşa ediləcəyi yerdə olan evlərinin bir hissəsi ilə əvəzləşdirərək, satdığı 556 m2 qeyri-yaşayış sahəsinin 41.730 manat dəyərində olan 32,1 m2 hissəsi faktiki olaraq Zərərçəkmiş şəxs35 məxsus olmaqla həmin hissədə qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs49 tanışı Zərərçəkmiş şəxs33 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə və qeyd olunan tarixdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 14 fevral 2012-ci il tarixli müqaviləni imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs49 41.730 manat məbləğində hesablanmış əmlakını öz şəxsi ehtiyaclarına sərf edib - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs35 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 13-cü mərtəbədə yerləşən mənzili 27 dekabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs55 63.600 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 1 aprel 2012-ci il tarixdə Zərərçəkmiş şəxs46 68.050 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin günü kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs46 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 01 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs46 aldığı 68.050 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 27 fevral 2014-cü il tarixdə 150.000 manata Zərərçəkmiş şəxs31 satıb, qeyd edilən pul vəsaitini həmin tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs31 oğlu Fərrux Hacıyevin adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 27 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb, Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs31 məxsus 150.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs55 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişində cəmi 588 m2 olan 4-cü mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən 556 m2 hissəsini "xxxx" MTKnın sədri kimi Zərərçəkmiş şəxs49 sonuncunun yaşayış binasının inşa ediləcəyi yerdə olan yaşayış sahələrinin əvəzinə satmasına, qeyd olunan sahəni Zərərçəkmiş şəxs49 tanışı Zərərçəkmiş şəxs33 adına 14 fevral 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirməsinə baxmayaraq, həmin mərtəbədə satılmamış qalan sadəcə 32 m2 sahənin əvvəlcədən digər şəxsə satılmaması ilə əlaqədar başqa şəxsə satışını həyata keçirməsinin qanunla mümkün olmasına baxmayaraq, bu faktı alıcıdan gizlətməklə aldadaraq 19 iyun 2012-ci il tarixdə Zərərçəkmiş şəxs62 həmin mərtəbədə 260 m2 sahəni 300.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin günü kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, satdığı 260 m2 qeyri-yaşayış sahəsinin 262.884 manat dəyərində olan 228 m2 hissəsi faktiki olaraq Zərərçəkmiş şəxs49 məxsus olmaqla həmin hissədə qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs62 adına qanunsuz rəsmiləşdirilməsi barədə məzmununa MTK-nin ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 19 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs62 aldığı 262.884 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs49 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 122 m2 olan 11-ci mərtəbədə yerləşən mənzili 7 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs10 79.300 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 9 avqust 2012-ci il tarixdə Zərərçəkmiş şəxs73 88.465 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs73 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 09 avqust 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs73 aldığı 88.465 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs10 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 11-ci mərtəbədə yerləşən mənzili 20 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs25 44.307 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 9 avqust 2012-ci il tarixdə Zərərçəkmiş şəxs73 51.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs73 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 09 avqust 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib Zərərçəkmiş şəxs73 aldığı 51.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs25 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 12-ci mərtəbədə yerləşən mənzili 14 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs66 99.760 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadıb 13 sentyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs4 87.290 manata satıb, göstərilən məbləğdə pul vəsaitinin 73.000 manatını həmin günü, qalan 14.290 manatını isə hissəhissə olmaqla müxtəlif vaxtlarda 18.03.2014-cü il tarixə kimi kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 13 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsini və 18.03.2014-cü il tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib Zərərçəkmiş şəxs4 aldığı 87.290 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs66 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 15-ci mərtəbədə yerləşən mənzili 12 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs37 qeyd olunan ünvanda tikiləcək iki girişin eksiz lahiyələrinin hazırlanması müqabilində 52.011 manata əvəzləşdirməklə satmasına və rəsmiləşdirməsinə, sonuncunun xahişi ilə 09.09.2014-cü il tarixdə həmin mənzili Zərərçəkmiş şəxs37 tanışı Şahid20 adına alqı-satqı müqaviləsi tərtib etməklə rəsmiləşdirməsinə baxmayaraq, qeyd olunan mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 28 sentyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs17 64.500 manata satıb, göstərilən məbləğdə pul vəsaitinin 20.000 manatını həmin gün, qalan 44.500 manatını isə hissə-hissə olmaqla müxtəlif tarixlərdə 2013-cü ilin sonuna qədər olan dövr ərzində Kooperativin ofisində alaraq, mənzilin Zərərçəkmiş şəxs17 satılması barədə məzmununa həmin ofisdə tamah niyyətilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 28 sentyabr 2012-ci il tarixli alqısatqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib Zərərçəkmiş şəxs17 aldığı 64.500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədərək, Zərərçəkmiş şəxs17 həmin mənzilin başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili aralarındakı razılaşmaya əsasən 06.03.2009-cu il tarixli alqısatqı müqaviləsi ilə Şahid28 adına sənədləşdirməsinə baxmayaraq, 23.10.2017-ci il tarixdə həmin mənzilin Zərərçəkmiş şəxs17 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 23 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib sonuncuya verməklə tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 08.01.2013-cü il tarixdə 55.000 manata Zərərçəkmiş şəxs28 satıb, qeyd edilən pul vəsaitini həmin tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs28 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 08 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs28 məxsus 55.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs37 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 82,7 m2 sahəsi olan 13-cü mərtəbədə yerləşən mənzili 06 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nın sədri kimi Zərərçəkmiş şəxs9 60.000 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 19 dekabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs18 58.875 manata satıb, göstərilən məbləğdə pul vəsaitindən ilkin ödəniş kimi 51.750 manat pulu həmin gün, 6.000 manatı isə 17.02.2013-cü il tarixdə kooperativin qeyd olunan ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 19 dekabr 2012-ci il tarixli alqısatqı müqaviləsini və pul aldığı tarixlərdə tərtib olunmuş maliyyə arayışlarını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib Zərərçəkmiş şəxs18 aldığı 57.750 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs18 aldadıldığını başa düşərək 1.125 manat məbləğində qalan pul vəsaitini ödəməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus əmlakı təkrarən külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 12 avqust 2013-cü il tarixdə 57.890 manata Zərərçəkmiş şəxs6 satıb, həmin pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs6 satılması barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 12 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs6 məxsus 57.890 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 17 dekabr 2013-cü il tarixdə 85.000 manata Zərərçəkmiş şəxs5 satıb, həmin pul vəsaitindən 100 manatını beh kimi qeyd olunan tarixdə, 84.900 manatını isə 22.01.2014-cü il tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs5 arvadı X17 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 17 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və 22.01.2014-cü il tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs9 mənzilindən məhrum etməklə öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 123,4 m2 olan 14-cü mərtəbədə yerləşən mənzilin 24 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nın sədri kimi Şahid10 sonuncu tərəfindən binanın tikintisi üçün verilmiş olduğu 240.000 manat dəyərində beton qarışığının bir qisminin əvəzinə satmağa razılaşıb, Şahid10 təklifi ilə qeyd olunan mənzilin 26 noyabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs57 78.000 manata satılmasına, mənzili 09.04.2014-cü il tarixdə sonuncunun adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzili qanunsuz olaraq 15 yanvar 2013-cü il tarixdə Zərərçəkmiş şəxs24 96.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitinin 23.700 manatını qeyd olunan tarixdə, 41.300 manatını isə həmin tarixdən etibarən hissəhissə olmaqla 2015-ci ilin əvvələrinə kimi kooperativin ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 15 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsini və pul aldığı tarixlərdə tərtib etdiyi maliyyə arayışlarını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs24 aldığı 65.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs24 aldadıldığını başa düşərək 31.000 manat məbləğində qalan pul vəsaitini ödəməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus əmlakı təkrarən külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmiş, təkrarən, həmin mənzilin əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 16 fevral 2013-cü il tarixdə 98.000 manata Zərərçəkmiş şəxs33 satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs33 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 16 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edib sonuncuya verməklə, Zərərçəkmiş şəxs33 məxsus 98.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləyib - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs57 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 123,4 m2 olan 11-ci mərtəbədə yerləşən mənzili 10 sentyabr 2012-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs11 90.000 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 13 mart 2013-cü il tarixdə Zərərçəkmiş şəxs15 90.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs15 adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 13 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib Zərərçəkmiş şəxs15 aldığı 90.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 7 dekabr 2013-cü il tarixdə 122.000 manata Zərərçəkmiş şəxs3 satıb, həmin pul vəsaitinin 120.000 manatını qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs3 oğlu Şahid2 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs3 məxsus 120.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs3 aldadıldığını başa düşərək 2.000 manat məbləğində qalan pul vəsaitini ödəməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus əmlakı təkrarən külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmiş, Zərərçəkmiş şəxs11 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 123,4 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili 19 mart 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs8 Sadıx qızına 78.976 manata satmasına baxmayaraq, yaşayış binasının inşa ediləcəyi yerdə, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs47 məxsus 44 m2 sahəsi olan iki otaqlı mənzilinin dəyərini 223.000 manata alqı-satqı yolu ilə alması barədə razılaşıb 14 may 2013-cü il tarixdə "xxxx" MTK-nın sədri kimi özü ilə Zərərçəkmiş şəxs47 arasında müqavilə bağlandıqdan sonra, həmin tarixdə 143.000 manat pulu sonuncuya nəğd şəkildə ödəyib, qalan 80.000 manatın əvəzində isə A 1 girişindən ümumi sahəsi 123,4 m2 olan 8-ci mərtəbədə yerləşən mənzili adına rəsmiləşdirəcəyi barədə razılaşması ilə əlaqədar həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq Zərərçəkmiş şəxs47 aldığı əmlakın qalıq dəyəri olan 80.000 manat hissəsinə görə 14 may 2013-cü il tarixdə qanunsuz olaraq rəhbərlik etdiyi Kooperativin ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 14 may 2013-cü il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs47 məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədərək, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 12 may 2014-cü il tarixdə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs47 vasitəsilə 155.000 manat pul müqabilində Zərərçəkmiş şəxs52 adına rəsmiləşdirməklə bu barədə rəhbərlik etdiyi Kooperativin ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 12 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını tərtib edib imzası və Kooperativin möhürü ilə təsdiq edib sonuncuya verərək, qeyd olunan 155.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs47 tərəfindən Zərərçəkmiş şəxs52 alınmasına şərait yaradaraq, mənzilin Zərərçəkmiş şəxs52 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 12 may 2014-cü il tarixli alqısatqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nin möhürü ilə təsdiq edib verərək, sonuncuya məxsus 155.000 manat pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs8 mənzilindən məhrum etməklə öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 9-cu mərtəbədə yerləşən mənzili 12 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Hüseynova (Rzayeva) Nigar Alekseyevnaya 44.370 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 23.09.2017-ci il tarixdə Zərərçəkmiş şəxs64 75.500 manata satılmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 21 avqust 2013-cü il tarixdə 78.500 manata Zərərçəkmiş şəxs71 satıb, göstərilən məbləğdə pul vəsaitindən 39.250 manatını qeyd olunan tarixdə, qalan 39.250 manatını isə həmin tarixdən etibarən hissə-hissə olmaqla, sonuncu məbləğə daxil olan 5.315 manat məbləği 03.05.2017-ci il tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs71 satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 21 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsini, 21.08.2013-cü və 06.04.2017-ci il tarixli maliyyə arayışlarını tərtib edib imzası və Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verib, aldığı 78.500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs71 həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin yaşayış binasının A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 11-ci mərtəbədə yerləşən mənzili 20.12.2006-cı il tarixdə "xxxx" MTKnin sədri kimi Zərərçəkmiş şəxs25 44.307 manata satmasına baxmayaraq, 05.06.2017-ci il tarixdə həmin mənzili Zərərçəkmiş şəxs71 78.500 manata satılmasını rəsmiləşdirərək, yəni mənzilin Zərərçəkmiş şəxs71 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 05 iyun 2017-ci il tarixli alqısatqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib verməklə tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, Zərərçəkmiş şəxs71 həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili aralarındakı razılaşmaya əsasən 06.03.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə Şahid28 adına sənədləşdirməsinə baxmayaraq, 2017-ci ilin yay aylarında həmin mənzilin Zərərçəkmiş şəxs71 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 16 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib sonuncuya verməklə tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs64 və Zərərçəkmiş şəxs25 öz əmlaklarından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzilin 2013-cü ilin fevral ayında "xxxx" MTK-nın sədri kimi Şahid18 100.000 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 07.08.2013-cü il tarixdə Zərərçəkmiş şəxs29 aldığı qiymətə satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 29 sentyabr 2013-cü il tarixdə Zərərçəkmiş şəxs20 100.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs20 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 29 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya verib, Zərərçəkmiş şəxs20 aldığı 100.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 7 noyabr 2013-cü il tarixdə 120.000 manata Zərərçəkmiş şəxs14 satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs14 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib verməklə, Zərərçəkmiş şəxs14 məxsus 120.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, Zərərçəkmiş şəxs14 həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili 24.07.2009-cu il tarixdə "xxxx" MTK-nin sədri kimi Şahid16 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin 16.02.2013-cü il tarixdə Zərərçəkmiş şəxs19 aldığı qiymətə satmasını bildiyi halda, 2017-ci ilin aprel ayında həmin mənzili köhnə tarixə, yəni 07.11.2012-ci il tarixə Zərərçəkmiş şəxs14 120.000 manata satılmasını rəsmiləşdirərək, yəni mənzilin Zərərçəkmiş şəxs14 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib vermiş, təkrarən həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs20 vasitəsilə qeyd olunan mənzili 17 dekabr 2013-cü il tarixdə 100.000 manata Zərərçəkmiş şəxs41 satılmasına və həmin məbləğin Zərərçəkmiş şəxs20 tərəfindən alınmasına şərait yaradaraq, mənzilin Zərərçəkmiş şəxs41 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 17.12.2013-cü il tarixli alqısatqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nin möhürü ilə təsdiq edib verərək, sonuncuya məxsus 100.000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs20 verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs41 külli miqdarda ziyan vurmaqla əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək ələ keçirib təkrarən dələduzluq, tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs14 həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili təqdim edib təmir etdirməsinə şərait yaradaraq Zərərçəkmiş şəxs29 və Zərərçəkmiş şəxs19 öz əmlaklarından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrarən vəzifə saxtakarlığı törədərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 122 m2 olan 17-ci mərtəbədə yerləşən mənzili 17 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs26 107.000 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 13 noyabr 2013-cü il tarixdə Zərərçəkmiş şəxs69 100.000 manata qanunsuz olaraq satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün rəhbərlik etdiyi Kooperativin ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs69 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 13 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə Zərərçəkmiş şəxs69 aldığı 100.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləyib – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 29.01.2014-cü il tarixdə 109.800 manata Zərərçəkmiş şəxs72 satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan almaqla, mənzilin Zərərçəkmiş şəxs72 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədi – 29 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsini imzalayıb Kooperativin möhürü ilə təsdiq edib verməklə, Zərərçəkmiş şəxs72 məxsus 109.800 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 25 fevral 2014-cü il tarixdə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs72 vasitəsilə 125.000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməklə bu barədə rəhbərlik etdiyi Kooperativin ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 25.02.2014-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını tərtib edib imzası və Kooperativin möhürü ilə təsdiq edib sonuncuya verərək, qeyd olunan 125.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs72 tərəfindən Zərərçəkmiş şəxs2 alınmasına şərait yaradaraq, özgəyə, yəni Zərərçəkmiş şəxs2 məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 1 aprel 2014-cü il tarixdə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 vasitəsilə 152.500 manat pul müqabilində Zərərçəkmiş şəxs54 adına rəsmiləşdirməklə bu barədə rəhbərlik etdiyi Kooperativin ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 01.04.2014-cü il tarixli alqı-satqı müqaviləsini, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və Kooperativin möhürü ilə təsdiq edib sonuncuya verərək, qeyd olunan 152.500 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 tərəfindən Zərərçəkmiş şəxs54 alınmasına şərait yaradaraq, habelə mənzilin Zərərçəkmiş şəxs54 adına alqı-satqısının rəsmiləşdirilməsi üçün xidmət haqqı adı ilə həmin ofisdə göstərilən tarixdə 2.000 manat pulu şəxsən özü almaqla özgəyə, yəni Zərərçəkmiş şəxs54 külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə cəmi 154.500 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs26 mənzilindən məhrum etməklə öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 122 m2 olan 12-ci mərtəbədə yerləşən mənzili 5 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs70 85.000 manata satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 25 yanvar 2015-ci il tarixdə Zərərçəkmiş şəxs60 122.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs60 adına rəsmiləşdirilməsi barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 25 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, Zərərçəkmiş şəxs60 aldığı 122.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs70 mənzilindən məhrum etməklə öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 122 m2 olan 15-ci mərtəbədə yerləşən mənzili 19 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK-nin sədri kimi Zərərçəkmiş şəxs62 73.200 manata satmasına baxmayaraq, qeyd olunan binanın inşa edilməsi üçün 2011-ci ilin yanvar ayından 2012-ci ilin payız aylarına kimi Zərərçəkmiş şəxs50 Kooperativin ofisində aldığı müxtəlif məbləğlərdə borc pulunun qaytarmadığı 123.400 manat hissəsi müqabilində 09.12.2016-cı il tarixdə sonuncuya natura şəklində mənzil verməklə əvəzləşdirəcəyini yalandan bildirib qeyd edilən mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq sonuncunun adına rəsmiləşdirilməsi, Zərərçəkmiş şəxs62 digər yerdə mənzillə təmin edəcəyi ilə bağlı tapşırığı əsasında məzmununa tamah niyyətilə həmin ofisdə qabaqcadan əlbir olduğu digər şəxs tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmış rəsmi sənədlərin – 09 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışının Türkiyə Respublikasının Antakya şəhərinə göndərilərək özünün həmin vaxt Türkiyənin İstanbul şəhərində olması ilə əlaqədar tapşırığı ilə həmin şəhərdə yaşayan qohumu və köməkçisi, cinayətdən xəbərsiz olan Naim Aşqaroğlu adlı şəxs tərəfindən öz imzasına oxşadılaraq imzalanıb Bakı şəhərinə göndərildikdən və həmin ofisdə qabaqcadan əlbir olduğu digər şəxs tərəfindən Kooperativin möhürü ilə təsdiq edilməsindən sonra Zərərçəkmiş şəxs50 verilməsinə nail olaraq sonuncunun – özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq, tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs50 vasitəsilə qeyd olunan mənzili 6 yanvar 2017-ci il tarixdə 122.000 manata Zərərçəkmiş şəxs53 qanunsuz satılmasına və həmin məbləğin Zərərçəkmiş şəxs50 tərəfindən alınmasına şərait yaradaraq, mənzilin Zərərçəkmiş şəxs53 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə- ilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədlərin – 06.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışının qabaqcadan əlbir olduğu digər şəxs tərəfindən tərtib edilib MTK-nin möhürü ilə təsdiq edilməsinə, qeyd olunan sənədlərin Türkiyə Respublikasının Antakya şəhərinə göndərilərək həmin şəhərdə yaşayan qohumu və köməkçisi cinayətdən xəbərsiz olan Naim Aşqaroğlu adlı şəxs tərəfindən öz imzasına oxşadılaraq imzalanıb verilməsinə nail olub Zərərçəkmiş şəxs52 məxsus 122.000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs50 verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs52 külli miqdarda ziyan vurmaqla əmlakını öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs52 vasitəsilə qeyd olunan mənzili 2017-ci ilin yay aylarında 122.000 manata Zərərçəkmiş şəxs27 qanunsuz satılmasına və həmin məbləğin Zərərçəkmiş şəxs52 tərəfindən alınmasına şərait yaradaraq, mənzilin Zərərçəkmiş şəxs27 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 06 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nin möhürü ilə təsdiq edib verərək, sonuncuya məxsus 122.000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs52 verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs27 külli miqdarda ziyan vurmaqla əmlakını öz qullluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq, tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, Zərərçəkmiş şəxs62 öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, eləcə də qeyd olunan ünvanda yaşayış binalarının inşasının davam etdirilməsi, tikintiyə Zərərçəkmiş şəxs50 tərəfindən vəsait qoyulması, sonuncunun qarşısında gələcəkdə yaranacaq öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, 2018-ci ilin əvvəllərində girov məqsədi ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa olunan A 1 girişindən ümumi sahəsi 82,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzilin, ümumi sahəsi 136,1 m2 olan 5-ci mərtəbədə yerləşən mənzilin, ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzilin, C girişinin 20 və 22-ci mərtəbəsində ümumilikdə 1840 m2 təşkil edən yaşayış sahələrinin guya sonuncuya satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nin qeyd olunan ofisində hazırladığı köhnə tarixə saxta rəsmi sənədləri – 08.07.2008-ci və 03.05.2013-cü il tarixli alqı-satqı müqavilələri, eləcə də eyni tarixli maliyyə arayışlarını imzası və rəhbərlik etdiyi MTK-nin möhrü ilə təsdiq edərək, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs50 verməklə, ümumilikdə, 42 nəfər zərərçəkmiş şəxsi öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə xeyli və külli miqdarda ziyan vurmaqla əmlaklarını ələ keçirib cəmi 4.488.701 (dörd milyon dörd yüz səksən səkkiz min yeddi yüz bir) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə ümumilikdə 26 nəfərin, yəni kütləvi surətdə zərərçəkmiş şəxslərin mənzil və qeyri-aşayış sahələrinə mübahisəsiz sahiblik etmək və ondan sərbəst istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir Hökmdən Zərərçəkmiş şəxs68 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və ona «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cazası 1 il müddətinə sınaq müddəti ilə şərti hesab edilməsi» cəzasının ləğv edilərək onun məhkəmə iclas zalından həbsə alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, mənzilin pulu ona hal-hazıra kimi qaytarılmamışdır, belə olan halda məhkəmə heç bir əsas olmadan təqsirləndirilən şəxs X10 yüngül cəza verilmişdir. Hesab edir ki, həmin yüngül cəza dəyişdirilməlidir. Habelə bildirir ki, ittiham aktında müəyyən olunub ki, 6-cı mərtəbədəki 9 saylı mənzil ona məxsusdur, hətta ibtidai istintaq orqanı tərəfindən alınmış Audit rəyi ilə də həmin mənzilin ona məxsus olması təsdiq olunur. Belə olan halda məhkəmə həmin audit rəyini nəzərə almamış və əsassız hökm qəbul etmişdir. Mənzildə o, 3 ildir ki, yaşayır, oranı təmir etdirmişdir, mənzilin açarı da ondadır. Lakin məhkəmə bütün bunlara əhəmiyyət verməmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən audit rəyini əsas tutmalı və ədalətli qərar qəbul etməlidir. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, 2011-ci ilin əvvəllərində özünə mənzil almaq qararına gəldiyi üçün maraqlanıb Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasından mənzil satılmasını öyrənmiş, 2011-ci ilin fevral ayının əvvəllərində həmin ünvana gedib Hikmətlə görüşmüş, Hikmət ona girişdən ikinci binada, yəni özü tərəfdən tikdiyi binada satılıq mənzillər olmasını bildirdiyi üçün 6-cı mərtəbədə yerləşən 124,7 kv.m sahəsi olan mənzili almaq qərarına gəldim, Hikmətlə danışıb manzilin qiymətinin 62.350 manata olması barədə razılaşmışıq. Bundan sonra, 12.02.2011-ci il tarixdə həmin ünvana gedib binanın ofisində 62.350 manat pulu Hikmətə verib 6-ci mərtəbədə yerləşən 124,7 kv.m sahəsi olan mənzili almışdır. Tez-tez Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün 16.09.2014-cii il tarixdə mənzili Baki şəhərində yaşayan anası Şahid17 adına rəsmiləşdirməyi qərarlaşdırmışdır, Hikmət də mənzili anasının adına rəsmiləşdirib imzalamış, yenidan ona tam ödəmə barədə maliyyə arayışı vermişdir. 2018-ci ilin yanvar ayında Hikməti əvəz edən Şahid1 zəng edib ona Zərərçəkmiş şəxs19 adlı şəxsin mənzilə iddiası olduğunu bildirmiş, Eminlə görüşdükdə sonuncu ona həmin mənzilin ona da satıldığını bildirmiş, Eminin sənədlərinə baxdıqda isə onun 5-ci mərtəbənin mənzilini Cəfər adlı şaxsdən 6-ci mərtəbənin adı ilə aldığını görmüş, Eminə onun mənzilinin 5-ci mərtəbədə olduğunu bildirsə də Emin layihədə dəyişiklik olmasını, mərtəbələrin bir pillə yuxarı qalxdığı, onun mənzilin də 5-ci mərtəbədən 6-ci mərtəbəyə qalxdığını bildirmiş, o, da Eminə «əgər layihə dəyişikliyinə görə sənin mənzilinin mərtəbəsi bir mərtəbə yuxarı qalxıbsa mənim də mənzilimin mərtəbəsi bir mərtəbə yuxarı qalxmali idi, lakin belə bir hal olmamışdir» demiş, 2018-ci ilin yay aylarında mənzilini təmir edib bitirmiş, hazırda həmin mənzildə yaşayır. Zərərçəkmiş şəxs14 adlı şəxs də həmin binanın 8-ci mərtəbəsindən əvvəllər 136 kv.m sahəsi olan mənzili almış, sonradan isə 8-ci mərtəbədəki həmin mənzil bir neçə şəxsə satıldığından Hikmət onun mənzilini 5-ci mərtəbəyə Eminin aldığı mənzil ilə dəyişdirmiş, Hikmət Emini də aldadıb guya onun mənzilinin 6-cı mərtəbədə olmasını iddia etmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkum və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyləri və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və qeyd edilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs68 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin məhkum tərəfindən ona dəymiş zərərin ödənilməməsi ilə bağlı halları nəzərə almamasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə bu məsələnin həlli ilə bağlı "xxxx" MTK və MTK ilə 28.08.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC-yə Zərərçəkmiş şəxs68 Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilmiş çoxmərtəbəli yaşayış binalarından birindən sahəsi 124,7 m2 olan 3 otaqlı mənzillə təmin etmək vəzifəsi həvalə olunmuşdur və Zərərçəkmiş şəxs68 hazırda yaşadığı A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzilin təmiri ilə bağlı çəkdiyi xərclərlə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Zərərçəkmiş şəxs68 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan məhkuma yüngül cəza təyin edərək və düzgün olmayaraq məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın əksər hissəsini ödəməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, habelə digər zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün onlara digər yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi və barışıq əldə edilməsi üçün səylər göstərilməsini) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları (Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təkrar törətməsini) olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmiş, eyni zamanda X7 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuna uyğun olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs68 apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınaraq ona daha ağır cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü verilmiş Zərərçəkmiş şəxs68 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar elan edildiyi andan dərhal sonra qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar