Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-231/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmündən müdafiəçilər Müdafiəçi və X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)-1140/2021 saylı hökmü ilə (hakim T.Q.Hüseynovun sədrliyi, hakimlər Ə.İ.Məmmədov və F.A.Qəribovdan ibarət tərkibdə) xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşaq olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 28 oktyabr 2020-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. xx xxxxxxxx 1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Apellyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 28 oktyabr 2020-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan: - Təqsirləndirilən şəxs1 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 88,214 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 1,243 qram narkotik vasitə heroinin məhv edilməsi; - X1 götürülmüş 1 (bir) ədəd "Samsung Galaxy J3" markalı, **********52568 və **********52560 saylı İMEİ kodları olan mobil telefonun onun yaxın qohumlarından birinə qaytarılması, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən 1 (bir) ədəd DVD-R disk, "xxxx" MMC-dən və "xxxx" MMCdən əldə edilmiş yaddaşında anten məlumatlar olan 2 (iki) ədəd CD diskin iş materiallarında saxlanılması, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, şəxsiyyəti istintaqa məlum olmayan “Kera” adlı İran İslam Respublikası vətəndaşına 28 oktyabr 2020-ci il tarixdə saat 15:17-də onlayn qaydada ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu Bakı- Ələt-Qazax yolunun 13-cü kilometrliyində yerləşən “SOCAR” Qaz İxracı İdarəsinə aid məlumat lövhəsinin altına yerləşdirdiyi iki ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda cəmi çəkisi 89,707 qr. təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 oktyabr 2020-ci il tarixdə saat 16:50 dəqiqədə həmin ünvandan Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq əldə etdikdən sonra aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəldən razılaşdıqları kimi həmin narkotik vasitə olan heroindən 1,293 qram təmiz çəkidə olan hissəsini bir bükümə ayırıb satış məqsədi ilə saxlaması üçün sonuncuya vermiş, qalan iki bükümdə 88,414 qram hissəsini satış məqsədilə üzərində saxlayaraq daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərlərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri cəmi çəkisi 89,707 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroindən iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 58,360 qram, ikinci bükümdə isə təmiz çəkisi 30,054 qram olan, cəmi təmiz çəkisi 88,414 qram təşkil edən hissəsi onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, heroinin qalan təmiz çəkisi 1,293 qram təşkil edən hissəsi isə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Kera” adlı İran İslam Respublikası vətəndaşına 28 oktyabr 2020-ci il tarixdə saat 15:17-də onlayn qaydada ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu Bakı-Ələt-Qazax yolunun 13-cü kilometrliyində yerləşən “SOCAR” Qaz İxracı İdarəsinə aid məlumat lövhəsinin altına yerləşdirdiyi iki ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda cəmi çəkisi 89,707 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 oktyabr 2020-ci il tarixdə saat 16:50 dəqiqədə həmin ünvandan Təqsirləndirilən şəxs1lə birlikdə qanunsuz olaraq əldə etdikdən sonra aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəldən razılaşdıqları kimi sonuncu həmin narkotik vasitə olan heroindən 1,293 qram təmiz çəkidə olan hissəsini bir bükümə ayırıb satış məqsədi ilə saxlaması üçün ona vermiş, qalan iki bükümdə 88,414 qram hissəsini Təqsirləndirilən şəxs1 satış məqsədilə üzərində saxlayaraq daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərlərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri cəmi çəkisi 89,707 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroindən iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 58,360 qram, ikinci bükümdə isə təmiz çəkisi 30,054 qram olan, cəmi təmiz çəkisi 88,414 qram təşkil edən hissəsi Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, heroinin qalan təmiz çəkisi 1,293 qram təşkil edən hissəsi isə onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)- 1140/2021 saylı hökmünün təqsirləndirilən Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməsi və onun əməlinin Azəbaycan Respublikası CM-nin 234.1-cı maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi X4 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)-1140/2021 saylı hökmünün ləğv edilməsi və ona bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)- 1140/2021 saylı hökmü Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməli və onun əməli CM-nin 234.1-cı maddəsinə tövsif edilməli və həmin maddənin ən aşağı həddində cəza verilməlidir. Məhkəmə öz hökmünün əsaslandırıcı hissəsində bildirir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 oktyabr 2020-ci il tarixli, 008-5255-1220 saylı raportdan görünür ki, ünvan 4 ünvanında yaşayan X2 mütəmadi olaraq Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, X2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd etmək istəyir ki, həm qeyd edilən raport və qərarda ümumiyyətlə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 ilə bağlı heç bir tədbir və əməliyyat-axtarışlar keçirilməmiş, qeyd edilən qərar və raporta X2 ətrafında aparılan əməliyyat tədbirləri ilə bağlıdır. Bundan başqa məhkəmə də şahid qismində dindirilmiş Şahid1, Şahid2 həmçinin Şahid3 ifadələrinə istinad edilir. Hər 3 şahidin ifadəsində Təqsirləndirilən şəxs2 ətrafında hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilmədiyi, Təqsirləndirilən şəxs2 həmin an orada təsadüfən olduğunu və Dadaşovun narkotik vasitəsini Kamran Əliyevdən aldığını qeyd etmişlər. Həmçinin qeyd etmək istəyir ki, məhkəmə 04 dekabr 2020-ci il tarixli CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokola istinad edir. Həmin protokollarda Məsqəd Dadaşovun istifadəsində olan ***-***- **-** mobil operatora dair 01.10.2020-ci il tarixdən 28.10.2020-ci il tarixədək olan zənglərə və smslərə əks etdirən protokoldan görünür ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 hər hansı bir şəxsə narkotik vasitənin satılması ilə bağlı nə sms göndərilmiş, nə də ki sms qəbul edilmişdir. Bütün sms məlumatlarında görünür ki, Təqsirləndirilən şəxs2 öz şəxsi istifadəsi üçün az miqdarda vəsait təklif edərək narkotik vasitənin əldə edilməsini xahiş edir. Bütün bu hallar bir daha sübuta yetirir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilməmiş, onun əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin hökmdə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Aşağıdakı göstərəcəyi hallara əsasən məhkəmənin hökmündə bu nəticəyə gəlməsi də qanuna ziddir belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4-cü bəndinə əsasən bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azadılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın tələbindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin mövcüd qərarı ilə artıq cəzası tam başa çatmışdır. Belə olan halda qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu halında cəzaların toplanması qanunaziddir. Müdafiəçi C.X.Nuriyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1140/2021 saylı, 02 noyabr 2021 -ci il tarixli hökmü prosessual hüquq və normaların pozulması ilə qəbul edildiyi üçün əsassızdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərinə baxış keçirilən zamanı aşkar edilmiş, cəmi çəkisi 89.707 qram olan təşkil edən narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 məhkəmədə dindirilən zamanı Təqsirləndirilən şəxs1 aldığı narkotik qarşılığında pul ödəməmişdir. Yəni narkotik vasitəni ona istifadəçisi olduğu üçün heç bir ödəniş olmadan vermişdir. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zamanı cəmi çəkisi 89.707 qram olan təşkil edən narkotik vasitə olan heroinin aşkar edildiyi, lakin üzərində tərəzi olmadığı bildirmişdir. Narkotik vasitə satışı həyata keçirən şəxs onu müvafiq hissələrə bölməklə satışa hazır vəziyyətdə saxlyır. Lakin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin bölünmədiyindən onun satış niyyətinin olmadığı aşkar görünür. Bundan başqa Təqsirləndirilən şəxs1 ödəniş edərək narkotik vasitə alınmasına dair hər hansı şəxsin şahidliyi də cinayət işinin materiallarında yoxdur. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi apelyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021ci il tarixli, 1(101)-1140/2021 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməsi və onun əməlinin Azəbaycan Respublikası CM-nin 234.1-cı maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)-1140/2021 saylı hökmünün ləğv edilməsi və ona bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirərək, apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətlərinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021ci il tarixli, 1(101)-1140/2021 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməsi və onun əməlinin Azəbaycan Respublikası CM-nin 234.1-cı maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılması, müdafiəçi C.X.Nuriyevin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(101)-1140/2021 saylı hökmünün ləğv edilməsi və ona bəraət verilməsinə dair yeni hökm çıxarılması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokolları, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Xatırladılır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməmələri, üzərlərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etmələri barədə məhkəmədə verdiyi ifadələrinə isə tənqidi yanaşaraq haqlı olaraq hesab etmişdir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə - Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törtəməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir və onların həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsasların olmaması, onlara ittiham olunduqları maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb, əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməyərək onlara törətdikləri cinayət əməllərinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası Müdafiəçi apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən Təqsirləndirilən şəxs2 aid olan hissədə ləğv edilməsi və onun əməlinin Azəbaycan Respublikası CM-nin 234.1-cı maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılmasına dair, müdafiəçi C.X.Nuriyevin apelyasiya şikayətinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair hissədə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ona bəraət verilməsinə dair yeni hökm çıxarılması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Eyni zamanda qeyd edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmələrinə dair hissədə dəyişdirilmədən, müdafiəçilər Müdafiəçi və X3 apelyasiya şikayətləri təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-231/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-231/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver