Məhkəmə qərarları › İş №1(103)-231/2023

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-231/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-231/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası X26 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X27 oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və X35 oğlundan ibarət tərkibdə) 1(101)-1151/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 sentyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs Hüseynov Ələkbər Mirşahin oğlunun nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia təmin edilməklə ümumilikdə 47.735 (qırx yeddi min yeddi yüz otuz beş) manat pulun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlundan tutularaq zərərçəkmiş şəxs Hüseynov Ələkbər Mirşahin oğluna ödənilməsi hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Səfərov Rəşid İsmixan oğluna məxsus, sonuncunun oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51000 manat təşkil edən 30000 ABŞ dollar dəyərində “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci il tarixdə Rəşid Səfərovun razılığı ilə İsmixan Səfərzadə tərəfindən onun adına “Kia” markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə Rəşid Səfərovun etibarından sui-istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 2 nömrəli ünvanın qarşısında sonuncunun oğlu Elçin Səfərovdan 51000 manat dəyərində “Kia” markalı Stinger Az **- TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıb ələ keçirərək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 39 nömrəli ünvanda yerləşən “Azcar” avtosalona olan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib Səfərov Rəşid İsmixan oğluna məxsus, sonuncunun oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə Rəşid Səfərovun etibarından sui-istifadə edərək Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 9 nömrəli ünvanda yerləşən "On brend" avtosalonun qarşısından “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili Şahid9 oğluna milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Səfərov Rəşid İsmixan oğluna ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Hüseynov Ələkbər Mirşahin oğluna məxsus X31 oğlunun adına qeydiyyata alınmış 18500 manat dəyərində “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 18500 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Kia” markalı Optima modelli Az **- BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid4 İbrahim oğluna satacağına inandırmaqla Ələkbər Hüseynov tərəfindən 04 sentyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid4 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 15000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirərək Hüseynov Ələkbər Mirşahin oğluna məxsus 9000 manat dəyərində “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid6 Yadulla oğluna satacağına inandırmaqla Ələkbər Hüseynov tərəfindən 07 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Hüseynov Ələkbər Mirşahin oğluna məxsus, sonuncunun anası Hüseynova Ziyafət Mikayıl qızının adına qeydiyyata alınmış 11000 manat dəyərində “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Toyota” markalı Corolla modelli Az 99- DY-726 dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə X32 oğluna satacağına Ələkbər Hüseynovu inandırmaqla sonuncunun razılığı ilə anası Ziyafət Hüseynova tərəfindən 08 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Təbriz Quliyevin adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 9000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Hüseynov Ələkbər Mirşahin oğluna məxsus, sonuncunun tanışı X20 adına qeydiyyata alınmış 9000 manat dəyərində “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Əziz Nabifariyə satacağına Ələkbər Hüseynovu inandırmaqla sonuncunun razılığı ilə tanışı Ramil Kabilov tərəfindən 19 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Hüseynov Ələkbər Mirşahin oğluna ümumilikdə 47500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs oğluna bəraət verilməsini xahiş etmişlər. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə razı deyildir. Məhkəmədən onun işinə düzgün baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə istinad etmişdir. Lakin məhkəmə ədalətə nail olmaq üçün Təqsirləndirilən şəxs ifadəsinə qiymət verməmiş, onun ifadəsi ilə digər proses iştirakçılarının ifadələri arasında müqayisəli təhlil aparmamış və onun ifadəsinin hansı səbəbdən nəzərə alınmamasını öz hökmündə əsaslandırmamışdır. Təqsirləndirilən şəxsla iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 mərhum oğlu Elçin Səfərzadə arasında dostluq münasibətləri mövcud olmuş, Feyruz Elçinlə 2016-cı ildə tanış olmuşdur. Feyruzla Elçin avtomobil alqı-satqısı ilə məşğul olmaq və bununla gəlir əldə etmək barədə razılığa gəlmişlər və onlar avtomobil alqı-satqısı məqsədilə birgə fəaliyyət göstərmişlər. Belə ki, Elçin Feyruza “Kia Stinger” markalı avtomobili satmaq istədiyini bildirmiş, həmin avtomobil satılmış və Elçin satışdan əldə olunan vəsaitin əksər hissəsini götürdükdən sonra, qalan vəsaiti biznesə yönəltməyi Feyruzdan xahiş etmişdir. Bundan sonrakı müddətdə Feyruz avtomobil alqı-satqısından əldə olunan vəsaitdən hər ay minimum 2000 manat məbləğində pulu gəlir kimi Elçinə vermişdir. “BMW” markalı digər avtomobil də gəlir əldə etmək məqsədilə Feyruzla Elçin tərəfindən satılmışdır. Göründüyü kimi, mərhum Elçin Səfərzadə ilə Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş və birgə gəlir əldə etmişlər. Hazırki iş üzrə adı çəkilən avtomobilləri də onlar qarşılıqlı razılıq əsasında satıb gəlir əldə etmişlər. Bu baxımdan hesab edirik ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs1, ümumiyyətlə zərərçəkmiş şəxs hesab oluna bilməz. Çünki Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 hər hansı zərər vurulmamış, ona qarşı qanunla qadağan olunan əməl törədilməmişdir. Zərərçəkmiş şəxs2 gəldikdə isə Təqsirləndirilən şəxsla onun arasında da biznes münasibətləri mövcud olmuş, Feyruz Ələkbərə avtomobil alqı-satqısında daim köməklik və dəstək göstərmişdir. Bəzi hallarda X7 Azərbaycan Respublikasına idxal etdiyi avtomobillərin satışını həyata keçirmiş, onların əldə etdikləri qazanc aralarında bölünmüşdür. Beləliklə, Təqsirləndirilən şəxsla həm Elçin Səfərzadə, həm də Zərərçəkmiş şəxs2 arasında mülki-hüquq münasibətləri mövcud olmuşdur. Bu mənada Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 qarşı hər hansı maddi zərər vurmamış, onlara qarşı cinayət əməli törətməmişdir. Odur ki, Feyriz Qəmbərova yönəlmiş ittiham tamamilə absurd və uydurmadır. Birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki hallarını nəzərə almamış və prosessual qanunvericiliyin tələblərini pozmaqla, Təqsirləndirilən şəxs barəsində heç bir əsasa söykənməyən ittiham hökmü çıxarmışdır. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışında çıxış edən dövlət ittihamçısı X2 Feyruz Firudin oğlunun Zərərçəkmiş şəxs2 məxsus 4 ədəd maşını sonuncuya bildirməklə və razılığını almaqla satıb pulunu ödəmədiyini etiraf etdiyini, ilk öncə mülki mübahisəyə bənzəsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq işlərinə dair məhkəmə təcrübəsi haqqında” qərarında “mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun” göstərildiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan birinci maşını sonuncunun razılığını alaraq satıb pulunu ödəmədiyini, bir ay sonra satdığı maşının pulunu vermədiyi halda digər 3 maşını satıb 1 həftədən sonra pulunu verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs həmin maşınları satmaq üçün alanda pulunu verə bilməyəcəyini bildiyini və məqsədinin Zərərçəkmiş şəxs2 aldadıb razılığını almaq olduğunu, digər tərəfdən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “Kia Stringer” markalı birinci maşını yeznəsinin almaq istədiyini bildirib maşını aparsa da pulunu ödəmədiyini, Zərərçəkmiş şəxs1 məxsus olmaqla sonuncunun polis əməkdaşı olan mərhum övladı Elçin Səfərovun sürdüyü “BMW” markalı avtomobili Təqsirləndirilən şəxs satmaq üçün verib özünün nəqliyyat vasitəsi olmadan işə getməsinin inandırıcı olmadığını, Elçin Səfərovun həmin avtomobili verib əvəzində başqa avtomobil almaq niyyəti olduğunu və buna müvafiq olaraq Təqsirləndirilən şəxs Elçin Səfərova bir neçə avtomobil təklif etdiyini, lakin sonuncunun həmin avtomobilləri bəyənməyib geri qaytardığını, Təqsirləndirilən şəxs iki avtomobilin pulunu ödəməkdən yayındığını, Təqsirləndirilən şəxs sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 5 avtomobilin pulunu ələ keçirdiyini, həmin ərəfədə Təqsirləndirilən şəxs külli miqdarda pul lazım olduğunu, bütün bunların Təqsirləndirilən şəxs həmin əməlləri törətməsinə dəlalət etdiyini bildirmiş, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında çıxış edən Təqsirləndirilən şəxs heç bir cinayət törətmədiyini, Zərərçəkmiş şəxs1 mərhum övladı X21 ilə şərik işlədiklərini, Zərərçəkmiş şəxs2 4 maşınını sataraq sonuncunun razılığı əsasında həmin maşınların pulunu borc kimi aldığını, hər iki epizodda cinayət tərkibinin olmadığını, işin mülki mübahisə olduğunu bildirib ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya baxışında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyini, ittiham tərəfinin təqdim etdiyi şahid ifadələri əsasında ittiham hökmü çıxarıldığını, Zərərçəkmiş şəxs1 hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasının qanunsuz olduğunu, çünkü Təqsirləndirilən şəxs kommersiya münasibətlərinin Zərərçəkmiş şəxs1 ilə yox, sonuncunun mərhum oğlu Elçin Səfərovla olduğunu, apellyasiya istintaqında dindirilən şahidlərin Təqsirləndirilən şəxs ilə Elçin Səfərov arasında biznes münasibətləri olmasını təsdiq etdiyini bildirib verilmiş apellyasiya şikayətlərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya baxışında çıxış edən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onlara heç bir ödəniş etmədiyini, sonuncu ilə barışmadığını bildirib Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin çıxışlarını dinləyərək, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1151/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməli, Zərərçəkmiş şəxs2 nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətlərindən görünür ki, şikayətlərdə Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin olub-olmaması, əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu və halları, Təqsirləndirilən şəxs cinayət əməlində təqsirliliyi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası göstərilən məsələlərlə bağlı iş materiallarında olan sübutların qərarda sadalanmasına zərurət görür. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2010-2014-cü illərdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildən tanıdığı Zərərçəkmiş şəxs2 ilə yaxın, 2014-2015-ci ildə tanış olduğu Şahid3 ilə normal münasibəti olmuşdur. Şahid3 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “099” avtosalonu icarəyə götürüb avtomobil alqı-satqısı təşkil etmişdir. O, Elçin Səfərzadəni 2016-cı ildə tanımış və sonuncunun həmin ərəfədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində polis əməkdaşı işlədiyini bilmiş, 2016-cı ildə Elçin Səfərzadə idarə etdiyi ““Nissan X-Trail”” markalı avtomobillə onun idarə etdiyi “Mercedes-Benz” markalı, E modelli **-XG-*** dövlət nömrə nişanlı minik avtomobilini barter etmiş, o, 20000 ABŞ dollarına, yəni 34000 manata satdığı “Mercedes-Benz” markalı həmin avtomobili Elçin Səfərzadəyə, Elçin isə 15000 ABŞ dollarına, yəni 25500 manata satdığı ““Nissan X-Trail”” markalı avtomobili ona vermiş və razılığa əsasən Elçin ona 5000 ABŞ dolları, yəni 8500 manat verməliymiş. Bundan sonra onun Elçin ilə yaxın münasibəti yaranmış, sonuncu hər dəfə qalan pulu verəcəyini desə də, verməmişdir. 2016-cı ildə o, ““Nissan X-Trail”” markalı avtomobili 25500 manata Elçinin işlədiyi “099” avtosalonuna qoymuş və sonuncu həmin avtomobili dediyi qiymətə satıb pulunu ona vermiş, o da Elçinə kömək etdiyi üçün 500 manat şirinlik vermişdir. 2017-ci ildə o, Elçindən özünə məxsus **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni almış və idarə etdiyi “Lada” markalı “2121” modelli avtomobili həmin nömrə ilə qeydiyyata almışdır. Həmin ildən o, avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış, “Lada” markalı “2121” modelli avtomobili satsa da, nömrəni öz adında saxlatmışdır. 2018-ci ilin sentyabr ayında Elçin görüb bəyəndiyi “BMW” markalı “528i” modelli avtomobili almaq istədiyini bildirmiş və ondan həmin avtomobilə baxıb qiymət verməyi xahiş etmişdir. O, Elçin ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində qeyd olunan avtomobilə baxmış və Elçinə avtomobilin qiymətinin 17000-18000 ABŞ dolları olduğunu demişdir. Səhəri gün Elçin ona həmin avtomobili 17000 ABŞ dollarına, yəni 28900 manata aldığını demiş və onun adına olan **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni maşın üçün istədikdə o, həmin nömrəni 2500 manata satdığını demiş və Elçin razılaşmışdır. O, Elçinə borclu olduğu 8500 manatı vermədiyini dedikdə sonuncu 2500 manatı verə bilməsə, nömrəni götürməsini söylədikdə razılıq vermişdir. 2019-cu ilin noyabr ayında Elçin ona “Kia Stinger” markalı avtomobil almaq istədiyini dedikdə onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gedib həmin avtomobilə baxmışlar. O, Elçinin yanında qeyd olunan avtomobili satan şəxslə danışıb 42500 manata razılaşmış və avtomobili satan şəxsə 300 manat beh vermişdir. Səhəri gün “Kia Stinger” markalı avtomobil Elçinin qardaşı Şahid10 adına sənədləşdirilmiş və Elçin pulunu verib avtomobili yaşadığı evin həyətinə aparmışdır. 2020-ci ilin yaz aylarında Elçin “Kia Stinger” markalı avtomobilin sağ tərəfini əzmiş və o, avtomobilə lazım olan ehtiyat hissələrini Rusiya Federasiyasından gətizdirərək avtomobili təmir etdirib Elçinə təhvil vermişdir. Elçin nə qədər xərc çıxdığını soruşanda o, 4000 manat olduğunu bildirmiş və sonuncu “Kia Stinger” markalı avtomobili satıb pulunu özünə götürməyini, Elçinə aylıq qazanc verməyini təklif edəndə o, razılaşmış və Elçinə bu alver işində həm xeyir, həm də ziyan olduğunu söyləmişdir. Onlar Elçinə aylıq 2000 manat və ya 1000 ABŞ dolları, yəni 1700 manat vermək barədə razılığa gəlmişlər. 2020-ci ilin yaz-yay aylarında X12 Respublikasından avtomobillər gəlmiş və o, Ələkbəri “099” avtosalonunda işləyən Elçinlə tanış etmiş, Ələkbərin avtomobillərini həmin avtosalonda satıb pulunu Ələkbərə vermişdir. 27 may 2020-ci il tarixdə Şahid10 “Kia Stinger” markalı avtomobili satması üçün ona baş etibarnamə vermiş, bundan sonra o, həmin avtomobili və Elçindən 16000 ABŞ dollarına, yəni 27200 manata aldığı ““Nissan X-Trail”” markalı avtomobili ünvan 1 ünvanda yerləşən “Azcar” avtosalona gətirərək Kənan adlı şəxsə vermişdir. O, “Kia Stinger” markalı avtomobili 23000 ABŞ dollarına, yəni 39100 manata, “Nissan X-Trail” markalı avtomobili isə 17000 ABŞ dollarına, yəni 28900 manat hesablatmışdır. O, Kənana satmaq üçün nisyə 60000 ABŞ dollarına, yəni 102000 manata olan “Bentley Continental” markalı avtomobili vermiş və Kənanın ona 60000 ABŞ dolları borcu yaranmışdır. O, Kənana “Kia Stinger” və “Nissan X-Trail” markalı avtomobilləri verib Kənanın borclu olduğu 60000 ABŞ dollarının əvəzinə avtosalonda olan “X37” markalı avtomobili götürdüyünü dedikdə sonuncu Kənan razılaşmışdır. O, bir müddət sonra “X37” markalı avtomobili banka girov qoyub 75000 ABŞ dolları, yəni 127500 manat götürüb dövriyəyə buraxaraq avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. O, hər ay Elçinə 2000 manat vermişdir. 2020-ci ilin avqust ayında Elçin ona 18000 manat lazım olduğunu dedikdə o, sonuncunun onda olan 39100 manat pulunun üzərindən 18000 manat götürüb Elçinə vermiş və 21100 manat pulunun qaldığını, bu pulun qarşılığında aylıq 2000 manat yox, hər ay 700-800 manat verə biləcəyini bildirmiş, sonuncu isə “BMW” markalı avtomobili satıb pulu özündə saxlamasını və hər ay 2000 manat qazanc verməsini söyləmişdir. 26 oktyabr 2020-ci il tarixdə o, “BMW” markalı avtomobili Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən “On brend” avtosalonuna aparıb Şahid9 göstərmiş, Elçinin razılığı ilə həmin maşının Nicata 17000 ABŞ dollarına, yəni 28900 manata satmışdır. Elçin həmin puldan 5000 ABŞ dolları, yəni 8500 manat pulu götürmüş, onda isə 12000 ABŞ dolları, yəni 20400 manat qalmışdır. 2020-ci ilin sentyabr ayında o, Elçin ilə aralarında olan pul söhbətini qurtarmaq istəmiş, buna görə Şahid3 işlədiyi “099” avtosalonuna gedib avtosalonda 22000 ABŞ dollarına, yəni 37400 manata tranzit nömrə ilə satışa qoyulmuş “Volkswagen Touareg” markalı avtomobili götürüb Elçinə verərək “Volkswagen Touareg” markalı avtomobilin 22000 ABŞ dollar, yəni 37400 manata olduğunu və sonuncuya 4100 manat verəcəyi qaldığını demişdir. O, Şahid3 2000 ABŞ dolları verib həmin avtomobili götürmüş və qalan 20000 ABŞ dolları, yəni 34000 manat pulu bir aya verəcəyini demişdir. Təxminən 15 gündən sonra Elçin Səfərzadə həmin avtomobilin sağ tərəfini əzmiş və pulu olmadığını deyib ondan avtomobili düzəltdirməkdə kömək istəmişdir. O, razılaşaraq qeyd olunan maşını öz ustalarının yanına aparmış və 2500 manat xərc çıxmışdır. Elçin “Volkswagen Touareg” markalı avtomobili sahibinə qaytarıb sonuncuya aylıq qazanc verməsini istədiyindən o, həmin avtomobili aldığı avtosalona gətirib Şahid3 vermiş və demişdir ki, avtomobilin sağ tərəfi əzilsə də düzəlmişdir. Şahid3 ona həmin maşının sağ tərəfinin yenidən düzəldilməsi üçün 2000 ABŞ dolları lazım olduğunu, ondan qeyd edilən avtomobili təhvil alaraq onun verdiyi 2000 ABŞ dollarını usta və ehtiyat hissələrinə verəcəyini dedikdə razılaşmışdır. 03 sentyabr 2020-ci il tarixdə Ələkbər ondan “Kia Optima” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin satılmasında köməklik etmiş, o, həmin maşını Şahid3 işlədiyi “099” avtosalona aparmış və sonuncu ona 16500 manat qiymət dedikdə o, bu barədə Ələkbərə demiş və sonuncu razılaşmışdır. 04 sentyabr 2020-ci il tarixdə Şahid3 16500 manat pulu sayıb ona vermiş, o, həmin pulu götürüb Ələkbər ilə görüşəndə sonuncunun razılığı ilə həmin pulu götürüb kreditlərinə ödəmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Ələkbər ona Almaniyadan iki ədəd “Opel Astraa” və bir ədəd “Toyota Corolla” markalı avtomobil göndərildiyini demiş, sonuncu 2020-ci ilin oktyabr ayının əvvəllərində “Opel Astraa” markalı avtomobilləri satmaq üçün “099” avtosalonuna aparmış və həmin avtomobillərin hər birini 7500 manatdan satışa qoymuşdur. 07 oktyabr 2020-ci il tarixdə həmin avtomobillərdən birini alan Şahid7 avtosalonun qarşısında 3500 manat verib qalan 4000 manat pulu iki günə verəcəyini demiş, o, 3500 manat pulu Ələkbərin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsinə gəlib pulu ona vermiş, 3-4 gündən sonra İsanın verdiyi 4000 manatı götürüb Ələkbərə çatdırmışdır. Səhəri gün o, Ələkbərlə görüşüb sonuncudan kreditini ödəmək üçün 7500 manat pul almışdır. 08 oktyabr 2020-ci il tarixdə Ələkbər ona “Toyota Corolla” markalı avtomobili 10000 manata satmasını dedikdə o, 9000 manata satıla biləcəyini bildirmiş və sonuncu razılıq vermiş, o, Ələkbərə həmin avtomobili satıb pulunu götürüb kreditə ödəyəcəyini və pulu cəm olaraq verəcəyini demişdir. Həmin gün o, həmin maşını götürüb Şahid3 təhvil vermiş, sonuncu qeyd olunan avtomobili satmış, o, 9000 manat pulu götürüb Ələkbərin razılığı ilə kreditinə vermişdir. 12 oktyabr 2020-ci il tarixdə Şahid3 Ələkbərə məxsus “Opel Astra” markalı ikinci avtomobili satmış və ona 7500 manat pul vermişdir. O, Ələkbərə zəng vurub həmin pulu kreditə ödəcəyini dedikdə sonuncu razılaşmışdır. 2020-ci ilin noyabr ayının ortalarında o, Ələkbər ilə görüşmüş və sonuncuya 16500 manat pul vermiş, 24000 manat verəcəyi qalmışdır. 2021-ci ilin mart ayında Elçin Səfərovun atası Zərərçəkmiş şəxs1 ona sonuncuya 50000 ABŞ dolları verəcəyi olduğunu dedikdə o, 42500 manat verəcəyi olduğunu bildirmiş və Zərərçəkmiş şəxs1la Abşeron rayonu, Xırdalan şəhərində onun X23ya məxsus hündürmərtəbəli binanın 12-ci mərtəbəsində 134 kv.metr evi Zərərçəkmiş şəxs1 verərək sonuncudan əvəzində 15000 ABŞ dolları, yəni 25500 manat almaq barədə razılaşmışlar, lakin bacısı narazıçılıq etdiyi üçün həmin ev Zərərçəkmiş şəxs1 verilməmişdir. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1, 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs2 onun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə şikayət etmişlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2010-2014-cü illərdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildən Ələkbər Hüseynovu tanıyır və onunla yaxın münasibəti yaranmışdır. O, 2014-2015-ci ildən Elçin Musayevi tanımış və onunla normal münasibəti olmuşdur. Elçin Musayev Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “099” avtosalonu icarəyə götürüb avtomobil alışı və satışını təşkil etmişdir. 2016-cı ildə o, Elçin Səfərzadəni tanımış və onunla münasibəti yaranmış, həmin ərəfədə Elçin Səfərzadə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində polis əməkdaşı işləmişdir. 2016-cı ildə Elçin Səfərzadə idarə etdiyi “Nissan X-Trail” markalı avtomobillə onun idarə etdiyi “Mercedes- Benz” markalı E modelli Az **-XG-*** dövlət nömrə nişanlı minik avtomobilini barter etmiş, yəni dəyişmiş və o, 20000 ABŞ dollarına, yəni 34000 manata satdığı “Mercedes-Benz” markalı E modelli avtomobili Elçin Səfərzadəyə vermişdir. Elçin Səfərzadə 15000 ABŞ dollarına, yəni 25500 manata satdığı “Nissan X-Trail” markalı avtomobili ona vermiş və razılığa əsasən Elçin Səfərzadə ona 5000 ABŞ dolları, yəni 8500 manat verməli, ancaq avtomobilin üzərində olan nömrəni nə vaxt istəsəy çıxarıb ona qaytarmalıydı. Bundan sonra onun Elçin Səfərzadə ilə yaxın münasibəti yaranmış, Elçin Səfərzadə hər dəfə demişdir ki, 5000 ABŞ dolları, yəni 8500 manatı verəcək, ancaq verməmişdir. 2016-cı ildə o, “Nissan X-Trail” markalı avtomobili 25500 manata Elçin Musayevin işlədiyi “099” avtosalona qoymuş və Elçin Musayev həmin avtomobili dediyi qiymətə satıb pulunu ona vermişdir. O da Elçin Musayevə avtomobilin satışında kömək etdiyi üçün 500 manat şirinlik vermişdir. 2017-ci ildə o, Elçin Səfərzadədən özünə məxsus Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni almış və idarə etdiyi “Lada” markalı 2121 modelli avtomobili həmin nömrə ilə qeydiyyata almışdır. Həmin ildən o, avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış və “Lada” markalı 2121 modelli avtomobili satmış, nömrəni isə bron edib öz adında saxlatmışdır. 2018-ci ilin sentyabr ayında Elçin Səfərzadə ona demişdir ki, “BMW” markalı 528İ modelli avtomobil görüb bəyənmişdir, həmin avtomobili almaq istəyir. Elçin Səfərzadə ona təklif etmişdir ki, “sən də həmin avtomobilə bax və qiymət ver”. O, Elçin Səfərzadə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində “BMW” markalı 528İ modelli avtomobilə baxmış və Elçin Səfərzadə ona demişdir ki, “sən bir qiymət de, həmin qiymətə alacaq”. O da Elçin Səfərzadəyə demişdir ki, bu avtomobilin qiyməti 17000-18000 ABŞ dolları olar. Səhəri gün Elçin Səfərzadə ona demişdir ki, “BMW” markalı 528İ markalı avtomobili 17000 ABŞ dollarına, 28900 manata almışdır. Elçin Səfərzadə ona demişdir ki, sənin adına olan Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni ver, “BMW” markalı 528İ modelli avtomobili həmin nömrə ilə qeydiyyata aldırsın. O demişdir ki, həmin nömrəni 2500 manata satır, Elçin Səfərzadə demişdir ki, sənə 2500 manat verəcək. O, Elçin Səfərzadəyə demişdir ki, “Mercedes-Benz” markalı E modelli avtomobildən qalan 5000 ABŞ dolları, yəni 8500 manatı verməyib, 2500 manatı necə verəcək? Elçin Səfərzadə demişdir ki, “2500 manatı verə bilməsə, nömrəni götürər”. O, razılıq vermiş və “BMW” markalı 528İ modelli avtomobili Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrə ilə Elçin Səfərzadənin adına qeydiyyata alınmışdır. 2019-cu ilin noyabr ayında Elçin Səfərzadə ona demişdir ki, “Kia” markalı Stinger modelli avtomobil görüb bəyənmişdir və həmin avtomobili almaq istəyir. Onlar birlikdə həmin avtomobilə Bakı şəhəri, Xətai rayonunda metronun “Həzi Aslanov” stansiyasının yaxınlığına gedib baxmışlar. Elçin Səfərzadə ona demişdir ki, bu avtomobili neçə manata alsa uduzmaz? O, avtomobilə baxmış və demişdir ki, 25000 ABŞ dollarına, yəni 42500 manata alsa uduzmaz. O, Elçin Səfərzadənin yanında “Kia” markalı Stinger modelli avtomobili satan şəxslə danışıb 42500 manata razılaşmış və avtomobili satan şəxsə 300 manat beh vermişdir. Səhəri gün “Kia” markalı Stinger modelli avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində Elçin Səfərzadənin qardaşı İsmixan Səfərzadənin adına sənədləşdirilmiş və Elçin Səfərzadə “Kia” markalı Stinger modelli avtomobili satan şəxsin pulunu vermiş və avtomobili yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra “Kia” markalı Stinger modelli avtomobili Elçin Səfərzadə, “BMW” markalı 528İ modelli avtomobili isə İsmixan Səfərzadə idarə etmişdir. 2020-ci ilin yaz aylarında Elçin Səfərzadə idarə etdiyi “Kia” markalı Stinger modelli avtomobilin sağ tərəfini əzmişdir. O, avtomobilə lazım olan ehtiyat hissələrini Rusiya Federasiyasından gətizdirmiş və “Kia” markalı Stinger modelli avtomobili təmir etdirib Elçin Səfərzadəyə təhvil vermişdir. Elçin Səfərzadə ondan soruşmuşdur ki, “nə qədər xərcin çıxdı?” O, Elçin Səfərzadəyə demişdir ki, 4000 manat. Elçin Səfərzadə ona demişdir ki, ““Kia” markalı Stinger modelli avtomobili sat, pulu səndə qalsın, ayda mənə qazanc verərsən”. O, Elçin Səfərzadə ilə razılaşmış və Elçin Səfərzadəyə demişdir ki, “bu alverdir, bu işin xeyri də olur, ziyanı da”. Elçin Səfərzadə demişdir ki, “razı, ayda neçə manat verəcək?” O, Elçin Səfərzadəyə demişdir ki, “2000 manat və ya 1000 ABŞ dolları, yəni 1700 manat”. 2020-ci ilin yaz-yay aylarında Ələkbər Hüseynova Almaniya Federativ Respublikasından avtomobillər gəlmiş və o, Ələkbər Hüseynovu “099” avtosalonda işləyən Elçin Musayevlə tanış etmiş və Ələkbər Hüseynovun avtomobillərini həmin avtosalonda satmış və pulunu Ələkbər Hüseynova vermişdir. 27 may 2020-ci il tarixdə İsmixan Səfərzadə “Kia” markalı Stinger modelli avtomobili satması üçün ona baş etibarnamə vermişdir. Bundan sonra o, “Kia” markalı Stinger modelli avtomobili və Elçin Musayevdən 16000 ABŞ dollarına, yəni 27200 manata aldığı “Nissan” markalı X-Trail modelli avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 39 nömrəli ünvanda yerləşən “Azcar” avtosalona gətirmiş və Kənan adlı şəxsə vermişdir. O. “Kia” markalı Stinger modelli avtomobili 23000 ABŞ dollarına, yəni 39100 manata və “Nissan X-Trail” markalı avtomobili 17000 ABŞ dolları, yəni 28900 manat hesablatmışdır. O, Kənana satmaq üçün nisyə 60000 ABŞ dollarına, yəni 102000 manata olan “Bentley Continental” markalı avtomobili vermiş və Kənanın ona 60000 ABŞ dollar borcu yaranmışdır. O, Kənana demişdir ki, “Kia” markalı Stinger modelli və “Nissan” markalı X-Trail modelli avtomobili verir və Kənanın borclu olduğu 60000 ABŞ dollarının əvəzinə avtosalonda olan “Bentley” markalı Flying Spur modelli avtomobili götürür. Kənan razılaşmış və o, Kənana hər iki avtomobili vermiş, “Bentley” markalı Flying Spur modelli avtomobili götürmüş və sosial şəbəkədə “Turbo.az” saytında 165000 ABŞ dollarına, yəni 280500 manata satışa qoymuşdur. Bir müddətdən sonra həmin avtomobili banka girov qoyub 75000 ABŞ dolları, yəni 127500 manat götürüb dövriyyəyə buraxıb avtomobil alqı-satqısı ilə məşğul olmuş, hər ay o, Elçin Səfərzadəyə 2000 manat vermişdir. 2020-ci ilin avqust ayında Elçin Səfərzadə ona demişdir ki, “18000 manat lazımdır”. Elçin Səfərzadənin onda olan 39100 manatının üzərindən 18000 manat götürmüş və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Life center” binasının qarajında Elçin Səfərzadəyə vermiş və Elçin Səfərzadəyə demişdir ki, “sənin 21100 manat pulun qaldı”. O bildirmişdir ki, 21100 manata qarşılığında hər ay 2000 manat verə bilməyəcək. Elçin Səfərzadə demişdir ki, əçen“ manat verə bilərsən?” O, Elçin Səfərzadəyə demişdir ki, ayda 700-800 manat verə bilər. Elçin Səfərzadə demişdir ki, ““BMW” markalı 528İ modelli avtomobili sat, pulu özündə qalsın və hər ay mənə 2000 manat qazanc ver”. 2020-ci ilin sentyabr ayının axırları Elçin Səfərzadə “BMW” markalı 528İ modelli avtomobili ona vermiş və həmin avtomobili bir ay idarə etmişdir. Elçin Səfərzadə demişdir ki, “BMW” markalı 528İ markalı avtomobil sat. O, 26 oktyabr 2020-ci il tarixdə “BMW” markalı 528İ modelli avtomobili Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən “On brend” avtosalonuna aparıb Şahid9 göstərmişdir. Şahid9 avtomobilə baxıb bəyənmiş və demişdir ki, əyəçen“ satırsan?” O, Şahid9 demişdir ki, “17000 ABŞ dollarına, yəni 28900 manata”. Şahid9 bildirmişdir ki, “BMW” markalı 528İ modelli avtomobil Elçin Səfərzadəyə məxsusdur. Şahid9 demişdir ki, avtomobili alır və Elçin Səfərzadəyə zəng vurub demişdir ki, “BMW” markalı 528İ modelli avtomobili 17000 ABŞ dollarına satırsan?” Elçin Səfərzadə demişdir ki, “satıram”. Şahid9 Elçin Səfərzadəyə demişdir ki, “Allah xeyir versin”. Həmin günü Elçin Səfərzadə “BMW” markalı 528İ modelli avtomobilə görə ona baş etibarnamə vermiş və o da həmin gün Şahid9 “BMW” markalı 528İ modelli avtomobilə görə baş etibarnamə vermişdir. Bundan sonra o, “BMW” markalı 528İ modelli avtomobili “On brend” avtosalonuna aparmış və Şahid9 təhvil vermişdir. Şahid9 ondan avtomobili təhvil alıb 17000 ABŞ dollarının, yəni 28900 manatı ona vermişdir. O, bu barədə Elçin Səfərzadəyə demiş, Elçin Səfərzadə isə ona demişdir ki, “həmin puldan 5000 ABŞ dolları, yəni 8500 manatı mənə ver, lazımdır”. Həmin gün o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Nissan" avtosalonunun qarşısında Elçin Səfərzadə ilə görüşmüş və 17000 ABŞ dollarının üzərindən 5000 ABŞ dolları, yəni 8500 manatı ona vermiş və onda 12000 ABŞ dolları, yəni 20400 manat qalmışdır. O demişdir ki, “bu pulu sənə verirəm, evinizdə narazıçılıq olar”, Elçin Səfərzadə demişdir ki, narahat olma, özü yoluna qoyacaq. 2020-ci ilin sentyabr ayında o, Elçin Səfərzadə ilə arasında olan pul söhbətini qurtarmaq istəmişdir. Buna görə Elçin Musayevin işlədiyi “099” avtosalona getmiş və avtosalonda 22000 ABŞ dollarına, yəni 37400 manata satışa qoyulmuş tranzit nömrə ilə “Volkswagen” markalı Touareg modelli avtomobili görmüş və həmin avtomobili Elçin Səfərzadəyə verib demişdir ki, “bizim aramızda olan pul söhbətini bağlamaq istəyirəm”. O, Elçin Musayevə 2000 ABŞ dolları verib həmin avtomobili götürmüş və demişdir ki, qalan 20000 ABŞ dolları, yəni 34000 manatı isə bir aya verəcəkdir. Elçin Musayev onunla razılaşmış və həmin avtomobili Elçin Səfərzadəyə vermiş və demişdir ki, “Volkswagen” markalı Touareg modelli avtomobili 22000 ABŞ dolları, yəni 37400 manatdır, ona 4100 manat verəcəyi qalmışdır. Elçin Səfərzadə ondan “Volkswagen” markalı Touareg modelli avtomobili götürmüş, təxminən 15 gündən sonra Elçin Səfərzadə idarə etdiyi “Volkswagen” markalı Touareg modelli avtomobilin sağ tərəfini əzmiş və ona demişdir ki, pulu yoxdur, avtomobili düzəltməkdə köməlik etsin. O, Elçin Səfərzadəyə razılıq vermiş və Elçin Səfərzadə “Volkswagen” markalı Touareg modelli avtomobili öz ustalarının yanına aparmışdır. “Volkswagen” markalı Touareg modelli avtomobil düzələndən sonra ustaya verilməsi üçün 2500 manat Elçin Səfərzadəyə vermişdir. Elçin Səfərzadə demişdir ki, ““Volkswagen” markalı Touareg modelli avtomobili sahibinə qaytar və mənə ayda qazanc ver”. O da “Volkswagen” markalı Touareg modelli avtomobili “099” avtosalonuna gətirib Elçin Musayevə vermiş və demişdir ki, avtomobilin sağ tərəfi əzilsə də düzəlmişdir. Elçin Musayev ona demişdir ki, “Volkswagen” markalı Touareg modelli avtomobilin sağ tərəfinin yenidən düzəldilməsi üçün 2000 ABŞ dolları lazımdır, ondan həmin avtomobili təhvil alır və onun verdiyi 2000 ABŞ dolları usta və ehtiyat hissələrinə verəcəkdir. O, Elçin Musayevlə razılaşmış və “Volkswagen” markalı Touareg modelli avtomobili təhvil vermişdir. 03 sentyabr 2020-ci ildə Ələkbər Hüseynov ona demişdir ki, onun “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobilin satılmasında köməklik etsin. O, Ələkbər Hüseynova razılıq vermiş və qiyməti ilə maraqlandıqda Ələkbər Hüseynov demişdir ki, 18500 manat satır. O, Ələkbər Hüseynova demişdir ki, 18500 manat bahadır, neçə manata satılsa, o qiyməti ona deyəcəkdir. Bundan sonra o, “Kia” markalı Optima modelli avtomobili Elçin Musayevin işlədiyi “099” avtosalona aparmış və Elçin Musayev qiyməti ilə maraqlanmışdır. O, Elçin Musayevə demişdir ki, 18500 manatdır. Elçin Musayev demişdir ki, bu avtomobilin maksimum qiyməti 16500 manatdır. O, bu barədə Ələkbər Hüseynova demiş və Ələkbər Hüseynov onunla razılaşmışdır. 04 sentyabr 2020-ci ildə Elçin Musayev demişdir ki, avtomobili 16500 manata alır, şəriki Şahid4 adına baş etibarnamə ver. O, Şahid4 şəxsiyyət vəsiqəsinin şəklini Ələkbər Hüseynova göndərmiş və demişdir ki, “Kia” markalı Optima modelli avtomobilə görə bu şəxsin adına baş etibarnamə versin. Həmin gün Ələkbər Hüseynov notarial qaydada avtomobilə görə baş etibarnaməni yazdırmış və o, gedib baş etibarnaməni götürüb Elçin Musayevə vermişdir. Elçin Musayev “099” avtosalonun qarşısında 16500 manat pulu sayıb ona vermiş, o, həmin pulu götürmüş və Ələkbər Hüseynovla görüşmüş və sonuncuya demişdir ki, “Bentley” markalı Flying Spur modelli, “Maserati” markalı Quaete Porte modelli, “Cadilak” markalı GT 6 modelli və “Mercedes- Benz” markalı GLE modelli avtomobillərin kreditinə pul verməlidir, 16500 manat pulu həmin kreditlərə keçirmək üçün ona verə bilər? Ələkbər Hüseynov razılıq vermiş və o, 16500 manat pulu avtomobillərin kreditinə görə BTB banka ödəmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Ələkbər Hüseynov ona demişdir ki, Almaniya Federativ Respublikasından iki ədəd “Opel Astra” və bir ədəd “Toyota Corolla” markalı avtomobil göndərmişlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində Ələkbər Hüseynov “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı və “Opel” markalı Astra modelli Az **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri satmaq üçün “099” avtosalonuna aparmışdır və Ələkbər Hüseynov həmin avtomobillərin hər birini 7500 manat satırmış. 07 oktyabr 2020-ci ildə ona məlum olmuşdur ki, Ələkbər Hüseynov “Opel” markalı Astra modelli Az **- XY-*** dövlət nömrə nişanlı avtomobili İsa Çingiziyə satır və ona görə İsa Çingizinin qohumuna baş etibarnamə vermişdir. Bundan sonra İsa Çingizi həmin avtomobilə görə ona “099” avtosalonunun qarşısında 3500 manat vermiş və demişdir ki, qalan 4000 manat pulu iki günə verəcəkdir. Bundan sonra o, 3500 manat pulu Ələkbər Hüseynovun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsinə gəlib pulu ona vermiş və demişdir ki, 2 günə qalan 4000 manatı İsa Çingizi verəcəkdir. 3-4 gündən sonra İsa Çingizi “Opel” markalı Astra modelli avtomobilə görə qalan 4000 manatı vermiş və o, pulu götürüb Ələkbər Hüseynovla görüşüb 4000 manatı vermişdir. Səhəri gün o, Ələkbər Hüseynovla Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsində görüşmüş və sonuncudan 7500 manat pul istəyib demişdir ki, həmin pulu avtomobillərin kreditinə ödəyəcəkdir. Ələkbər Hüseynov ona razılıq vermiş və 7500 manat pulu yaşadığı evin qarşısında ona vermişdir. 08 oktyabr 2020-ci ildə Ələkbər Hüseynov demişdir ki, “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil qonşusu Emin adlı şəxsdədir və həmin avtomobili götürüb 10000 manat satsın. O, Ələkbər Hüseynova demişdir ki, həmin avtomobil 10000 manata yox, 9000 manata satılar. Ələkbər Hüseynov razılıq vermiş və o, sonuncuya demişdir ki, həmin avtomobili satıb pulunu götürüb kreditə ödəyəcək və pulu cəm olaraq verəcəkdir. Həmin gün o, Emin adlı şəxsdən “Toyota” markalı Corolla modelli avtomobili götürüb “099” avtosalonuna gətirib Elçin Musayevə təhvil vermiş və demişdir ki, bu avtomobili 9000 manata tez satmaq lazımdır. Həmin günün axşamı Elçin Musayev demişdir ki, “Toyota” markalı Corolla modelli avtomobili satmışdır, səhər avtomobilə görə etibarnamə ver, pulu götür. O, bu barədə Ələkbər Hüseynova demiş, səhəri gün Elçin Musayevin göndərdiyi müştəri Təbriz Quliyev adlı şəxsin şəxsiyyət vəsiqəsinin şəklini Ələkbər Hüseynova göndərmiş və demişdir ki, bu şəxsə “Toyota” markalı Corolla modelli avtomobilə görə baş etibarnamə vermək lazımdır. Həmin gün o, Ələkbər Hüseynovdan baş etibarnaməni alıb “099” avtosalonuna gəlmiş və baş etibarnaməni Elçin Musayevə vermişdir. O, baş etibarnaməni Ələkbər Hüseynovdan alan zaman demişdir ki, 9000 manat pulu alanda avtomobillərin kreditinə verəcək, sonra pulu tam şəkildə verəcəkdir. Ələkbər Hüseynov onunla razılaşmışdır. Elçin Musayev baş etibarnaməni ondan almış və 9000 manat pulu sayıb ona vermişdir. O da həmin 9000 manat pulu kreditlərinə ödəmişdir. 12 oktyabr 2020-ci ildə ona məlum olmuşdur ki, Elçin Musayev Ələkbər Hüseynova məxsus “Opel” markalı Astra modelli avtomobili Əziz adlı şəxsə satmaq üçün 500 manat beh almışdır. Həmin avtomobil Ələkbər Hüseynovun olsa da Şəki rayonunda yaşayan Ramil adlı şəxsin adına olmuşdur. 16 oktyabr 2020-ci ildə Ramil adlı şəxs Bakı şəhərinə gəlib “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə notarial qaydada Əziz adlı şəxsə baş etibarnamə vermişdir. Həmin gün o, Elçin Musayevlə “099” avtosalonunda görüşmüş və Elçin Musayev ona “Opel” markalı Astra modelli avtomobili satdığı üçün 7500 manat pul vermişdir. O, Ələkbər Hüseynova zəng vurub demişdir ki, Elçin Musayevdən 7500 manat pulu almışdır, həmin pulu da avtomobillərin kreditinə ödəyəcək, 31500 manat pulu tam şəkil verəcəkdir. Ələkbər Hüseynov razılıq vermiş və o, həmin pulu da avtomobillərin kreditinə ödəmişdir. 2020-ci ilin noyabr ayının ortalarında o, Ələkbər Hüseynovla Bakı şəhəri, Nizami rayonu, Babək prospektində nışaM“ bazarı”nın yaxınlığında olan “SOCAR” yanacaq doldurma məntəqəsində görüşmüş və 16500 manat pul verib demişdir ki, 24000 manat verəcəyi qalmışdır. 2020-ci ilin noyabr ayını əvvəllərində Elçin Musayev onu “099” avtosalonuna çağırmış və o, həmin avtosalona getdikdə orada Elçin Musayev və yanında tanımadığı şəxs olmuşdur. Sonra ona məlum olmuşdur ki, Elçin Musayevin yanında olan şəxsin adı Əzizdir. Elçin Musayev ona demişdir ki, iki ədəd “Opel Astra” markalı avtomobilin baş etibarnaməsi ləğv olunmşdur. O, Elçin Musayevə demişdir ki, “ola bilməz”. Bundan sonra o, Ələkbər Hüseynova zəng vurub vəziyyəti demiş, sonuncu ona demişdir ki, pulunu vermədiyi üçün baş etibarnamələri ləğv etdirmişdir. Elçin Musayev demişdir ki, şab“ etibarnamələrin bərpasını sən etməlisən”. O, Elçin Musayevə demişdir ki, “sizə demişdi axı, avtomobili alandan sonra öz adınıza sənədləşdirin, siz etməyibsinizsə, özünüz bilərsiniz” və çıxıb getmişdir. 2020-ci ilin noyabr ayında o, Fəridlə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində görüşmüşdür. Həmin vaxt Fərid “BMW” markalı X6 modelli Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmiş və Fərid demişdir ki, bu avtomobil lizinq şərtlərinə görə kreditdədir və avtomobili satmaq istəyir. O, həmin avtomobilin şərtləri ilə maraqlananda Fərid demişdir ki, ilkin ödəniş kimi 13500 manata satır, alan şəxs 36 ay müddətinə hər ay 2800 manat kredit verməlidir. O, Fəridlə razılaşmış və demişdir ki, avtomobili ona versin, satıb onun pulunu verəcəkdir. O, Fəridi 4 ildir ki, tanımış və onunla normal münasibəti olmuşdur. Fərid onunla razılaşmış və həmin avtomobili ona vermişdir. O, həmin avtomobili idarə edən zaman Elçin Musayev Bakı şəhəri, Nizami rayonu, Babək prospektində görmüş və demişdir ki, bu kimin avtomobilidir. O, demişdir ki, “Fəridindir, 13500 manata satır, 36 ay müddətində hər ay 2800 manat kredit vermək lazımdır”. Elçin Musayev demişdir ki, bu avtomobili almaq istəyir, ancaq pulunu bir aya verəcəkdir. O, bu barədə Fəridə demiş və Fərid demişdir ki, “o, səni tanıyır”. Bundan sonra Elçin Musayevlə Fəridi telefon vasitəsi ilə danışdırmış və özləri razılaşmışlar. Bundan sonra Elçin Musayev həmin avtomobili satmış və pulun yarısını Fəridə vermişdir. Fərid demişdir ki, “qalanını nə vaxt verəcəksən?” Elçin Musayev demişdir ki, bir az vaxt versin. Fərid demişdir ki, “nə qədər vaxt istəyirsən?” Elçin Musayev demişdir ki, 20-25 günə verəcək. Sonradan Elçin Musayev Fəridin pulunu tam şəkildə vermişdir. 2020-ci ilin noyabr ayında o, “099” avtosalonuna gəlmiş və Elçin Musayevə demişdir ki, sürmək üçün ona avtomobil versin. Elçin Musayev ona “BMW” markalı 528İ modelli Az **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobil vermiş və o, həmin avtomobili idarə edən zaman görmüşdür ki, mühərrik hissəsində nasazlıq var. Həmin gün gecə vaxtı həmin avtomobili “099” avtosalonunun qarşısına qoymuş və Elçin Musayevə zəng vurub demişdir ki, verdiyi “BMW” markalı 528İ modelli avtomobilin mühərrikində nasazlıq var, ona görə həmin avtomobili “099” avtosalonunun qarşısına qoymuşdur. 2020-ci ilin noyabr ayında o, “099” avtosalonunda olan zaman Elçin Musayevə demişdir ki, onu “On brend” avtosalonuna aparsın, Nicatla danışsın. Elçin Musayev onu idarə etdiyi avtomobillə həmin avtosalona aparmış və o, Nicata demişdir ki, ona sürmək üçün avtomobil versin. Nicat demişdir ki, “ona avtomobil vermir, Elçin Musayev istəsə verər”. Elçin Musayev demişdir ki, salonda olan “Range Rover” markalı avtomobili neçə manata verir? Nicata demişdir ki, 24000 ABŞ dolları, yəni 40800 manata Range Rover markalı avtomobili verə bilər. Həmin vaxt video çəkiliş aparılmış və orada razılaşmışlar ki, avtomobil satılan kimi 10000 ABŞ dolları, yəni 17000 manat verəcək, 15 dekabr 2020-ci ilə kimi 14000 ABŞ dolları, yəni 23800 manat verəcək. Bundan sonra o, Elçin Musayevlə Nicatın otağından çıxmış və avtosalona keçib “Range Rover” markalı avtomobilə baxan zaman Elçin Musayev ona demişdir ki, “avtomobil satılan kimi Nicata 10000 ABŞ dolları, yəni 17000 manat verilir, 14000 ABŞ dollardan 5000 ABŞ dolları, yəni 8500 manat sənin olsun, 9000 ABŞ dolları, yəni 23800 manat isə ona qalacaq”. O, Elçin Musayevlə razılaşmamış və Elçin “Range Rover” markalı avtomobili götürmüş və Bakı şəhəri, Nizami rayonu, Babək prospekində olan “Xəzər” avtosalonuna gəlmişlər. Elçin Musayev həmin avtomobili 22000 ABŞ dolları, yəni 37400 manata “Xəzər” avtosalonunda işləyən Elçin adlı şəxsə satmış və 500 manat ona şirinlik vermişdir. 2020-ci ilin noyabr-dekabr aylarında Ələkbər Hüseynov ona demişdir ki, onun pulunu versin. O, Ələkbər Hüseynova demişdir ki, bir az sıxıntı var, işləri düzələn kimi pulunu verəcəkdir. 2021-ci ildə fevral ayında o, banka pul verə bilmədiyi üçün kreditə götürdüyü “Bentley” markalı Flying Spur modelli, “Maserati” markalı Quaete Porte modelli, “Cadilak” markalı GT 6 modelli və “Mercedes-Benz” markalı GLE modelli avtomobilləri BTB bank almışdır. 2021-ci ilin mart ayında Rəşid Səfərov ona demişdir ki, sənin 50000 ABŞ dolları verəcəyin vardır, o, Rəşid Səfərova demişdir ki, onun 50000 ABŞ dollar verəcəyi yoxdur, 42500 manat verəcəyi vardır. O və Rəşid Səfərov belə razılaşmışlar ki, Abşeron rayonu, Xırdalan şəhərində onun X23ya məxsus hündürmərtəbəli binanın 12-ci mərtəbəsində 134 kv. metr evi Rəşid Səfərova versin və Rəşid Səfərov da ona 15000 ABŞ dolları, 25500 manat versin. Həmin ev təmirsiz olmuş, onlar razılaşmışlar, gedib evə baxmış və Rəşid Səfərov evi bəyənmişdir. X23 narazıçılıq etdiyi üçün həmin ev Rəşid Səfərova verilməmişdir. Qeyd edilən pulları ödəyə bilməməyinin səbəbi isə pandemiya ilə əlaqədar işlərinin yolunda getməməsi olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Səfərov Rəşid İsmixan oğlu ifadəsində göstərdi ki, o, 2018-ci ildən avtomobil alveri ilə məşğul olan X24 oğlunu oğlu Elçin Səfərzadənin vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs oğlu Elçin Səfərzadəyə, qohum və tanışlara avtomobil alıb-satılmasında köməklik etmişdir. Təqsirləndirilən şəxs onun oğlu Elçin Səfərzadə ilə münasibəti yaranmış və Təqsirləndirilən şəxs bir neçə dəfə onun yaşadığı evə gəlib-getmişdir. 2018-ci ildə o, oğlu Elçin Səfərzadəyə yeni avtomobil almaq qərarına gəlmiş və sonuncuya demişdir ki, “idarə etdiyin avtomobili sat, sənə istədiyin avtomobili alaq”. Bundan sonra oğlu Elçin Səfərzadə tanışı Təqsirləndirilən şəxsla məsləhətləşmiş və Təqsirləndirilən şəxs oğlu Elçin Səfərzadənin avtomobilinin satılmasında və 08 sentyabr 2018-ci ildə “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27000 ABŞ dollarına, yəni 45900 manata alınmasında köməklik etmişdir. “BMW” markalı 528İ modelli avtomobil oğlu Elçin Səfərzadənin adına sənədləşdirilsə də, faktiki olaraq ona məxsus olmuşdur. 2019-cu ildə o, oğlu İsmixan Səfərzadəyə də yeni avtomobil almaq qərarına gəlmiş və sonuncuya demişdir ki, “idarə etdiyin avtomobili sat, sənə də istədiyin avtomobili alaq”. Bundan sonra oğlu Elçin Səfərzadə tanışı Təqsirləndirilən şəxsla məsləhətləşmiş və Təqsirləndirilən şəxs oğlu İsmixan Səfərzadənin avtomobilinin satılmasında və 05 noyabr 2019-cu ildə “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 31000 ABŞ dollarına, yəni 52700 manata almasında köməklik etmişdir. “Kia” markalı Stinger modelli avtomobili oğlu İsmixan Səfərzadənin adına sənədləşdirilsə də, faktiki olaraq ona məxsus olmuşdur. Bundan sonra oğlanları Elçin və İsmixan öz aralarında avtomobillərini dəyişmiş, “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Elçin Səfərzadə, “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili isə oğlu İsmixan Səfərzadə idarə etmişdir. 2020-ci ilin may ayında oğlu Elçin Səfərzadə ona demişdir ki, qardaşı İsmixan Səfərzadə 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedəcək, onun adına olan “Kia” markalı Stinger modelli avtomobili Təqsirləndirilən şəxs köməkliyi ilə satıb İsmixan Səfərzadə həqiqi hərbi xidmətdən gələndən sonra ona yeni avtomobil alsınlar, o isə “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etsin. O, oğlu Elçin Səfərzadəyə razılıq vermiş, sonuncu demişdir ki, qardaşı İsmixan Səfərzadə “Kia” markalı Stinger modelli avtomobilə görə Təqsirləndirilən şəxs notarial qaydada baş etibarnamə verəcəkdir. O, oğlu Elçin Səfərzadəyə demişdir ki, Təqsirləndirilən şəxs inanırıq, necə istəyirsə elə də etsin. Bir müddətdən sonra Təqsirləndirilən şəxs oğlu Elçin Səfərzadə ilə birlikdə evə gəlmiş və Təqsirləndirilən şəxs demişdir ki, ““Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyirsinizsə, “Kia” markalı Slinger modelli avtomobili bacısının əri Metinə 30000 ABŞ dollarına, yəni 51000 manata almaq istəyir”. O, Təqsirləndirilən şəxs demişdir ki, “Allah xeyir versin”. O, Təqsirləndirilən şəxs inandığı üçün demişdir ki, “avtomobili götür, 30000 ABŞ dollarını ona verərsən, oğlum İsmixan Səfərzadə həqiqi hərbi xidmətə gedir, gələndən sonra 30000 ABŞ dollarını sənə verəcək, İsmixanın istədiyi avtomobilin alınmasında köməlik edərsən”. 2020-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı evə gəlib “Kia” markalı Stinger modelli avtomobili götürüb getmiş, bundan sonra oğlu Elçin Səfərzadə “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bir müddətdən sonra oğlu Elçin Səfərzadə ona demişdir ki, 30000 ABŞ dolları Təqsirləndirilən şəxsdır, nə vaxt istəsən pulu gətirib verəcəkdir. 29 iyul 2020-ci ildə oğlu İsmixan Səfərzadə həqiqi hərbi xidmətə getmiş, 2020-ci ilin oktyabr ayında oğlu Elçin Səfərzadə ona demişdir ki, “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs vasitəsi ilə satıb başqa avtomobil alacaqdır. O, oğlu Elçin Səfərzadəyə demişdir ki, “necə istəyirsənsə elə də et”. 20 oktyabr 2020-ci il tarixdə oğlu Elçin Səfərzadə ona demişdir ki, “BMW” markalı 528İ modelli Az **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün Bakı şəhəri, Babək prospekti, "On brend” avtosalonunun qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra oğlu Elçin Səfərzadə evə “Volkswagen” markalı Touareg modelli avtomobillə gəlmiş və demişdir ki, avtomobili Təqsirləndirilən şəxs verib, bu avtomobili almaq istəyir. O, oğlu Elçin Səfərzadəyə demişdir ki, “istəyirsənsə al”. İki-üç gündən sonra görmüşdür ki, oğlu Elçin Səfərzadə başqa avtomobil idarə edir. O, oğlu Elçin Səfərzadədən soruşmuşdur ki, “bəs “Volkswagen” markalı Touareg modelli avtomobil hanı?” Oğlu Elçin Səfərzadə demişdir ki, Təqsirləndirilən şəxs deyir ki, avtomobilin mühərrikində nasazlıq var, həmin avtomobili Təqsirləndirilən şəxs vermişdir və əvəzində başqa avtomobil verəcəkdir. Bundan sonra oğlu Elçin Səfərzadənin müxtəlif avtomobillər idarə etdiyini görmüş və sonuncudan soruşmuşdur ki, “niyə müxtəlif avtomobillər idarə edirsən?”. Oğlu Elçin Səfərzadə demişdir ki, hələlik Təqsirləndirilən şəxs avtomobillərini idarə edir, Təqsirləndirilən şəxs ona avtomobil alıb verəcəkdir. Bir müddətdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Elçin Səfərzadəyə idarə etmək üçün verdiyi müxtəlif növ avtomobillər "rent a car” şirkətinə və digər şəxslərə məxsusdur. Bundan sonra o, Təqsirləndirilən şəxs demişdir ki, “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 30000 ABŞ dolları, yəni 51000 manat və “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 25000 ABŞ dolları, yəni 42500 manat verəcəyi vardır, həmin pulu versin. 2021-ci ilin fevral ayında o, qardaşı İlqar, qohumu Hafiz, Təqsirləndirilən şəxs və onun bacısının əri Metinlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Abbasqulu ağa Bakıxanov” adına olan parkda görüşmüşlər. Təqsirləndirilən şəxs həmin şəxslərin yanında demişdir ki, “o, “Kia” markalı Stinger modelli və “BMW” markalı 528İ modelli avtomobilləri satmış və satdığı avtomobillərə görə 55000 ABŞ dolları, yəni 93500 manatı hissə-hissə qaytara bilər və ya Abşeron rayonu, Xırdalan şəhərində bacısına məxsus üçotaqlı evi verə bilər”. Bundan sonra belə razılaşmışlar ki, 55000 ABŞ dolları, yəni 93500 manatın əvəzinə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən üçotaqlı evi verəcəkdir. Səhəri gün o, qardaşı İlqar və Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində getmiş və Təqsirləndirilən şəxs bacısının üçotaqlı evinə baxmışlar. Həmin ev boş vəziyyətdə 3 otaqdan, 1 mətbəxdən və 1 hamam-tualetdən ibarət olmuşdur. O, evə baxıb bəyənmiş və Təqsirləndirilən şəxs demişdir ki, bu evi onun adına sənədləşdirsin, aralarında olan 55000 ABŞ dolları, yəni 93500 manatı ödənmiş hesab edəcəkdir. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs soruşmuşdur ki, “ev məsələsi nə oldu?”. Təqsirləndirilən şəxs demişdir ki, bacısı razı deyil, ancaq o, məhkəmə yolu ilə alıb evi verəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürmüş və onunla görüşə gəlməmişdir. O da məcbur olub 20 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 27 iyul 2021-ci ildə oğlu Elçin Səfərzadə xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanmış və 05 avqust 2021-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Hüseynov Ələkbər Mirşahin oğlu ifadəsində göstərmişdir ki, 2010-cu ildən Təqsirləndirilən şəxs oğlunu tanıyır və onunla yaxın münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2019-cu ildən o, Almaniya Federativ Respublikasına gedib avtomobil alıb Azərbaycan Respublikasına gətirib Bakı şəhərində satışını təşkil etməyə başlamışdır. 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “099” avtosalonuna aparmış və orada satış müdiri işləyən Elçin Musayevlə və həmin salonda işləyən İsa Çingizi ilə tanış etmişdir. Təqsirləndirilən şəxs onu Elçin Musayevə təqdim edib bildirmişdir ki, Ələkbər Hüseynov da avtomobil alışı və satışı ilə məşğul olur. Elçin Musayev ona təklif etmişdir ki, satdıq nə avtomobilin olsa, avtosalona gətirib satışını təşkil edə bilər. 2020-ci ilin avqust ayında Almaniya Federativ Respublikasında avtomobil alışı və satışı ilə məşğul olan şəxslərdən biri ona satmaq üçün iki ədəd “Opel” markalı Astra modelli avtomobil göndərmişdir. O, həmin avtomobilləri Azərbaycan Respublikasında qeydiyyata aldırdıqdan sonra sosial şəbəkədə “Turba.az” saytına hər birini 9000 manata yerləşdirmişdir. Bundan sonra Alim adlı şəxs ona təklif etmişdir ki, onda olan 18000 manat dəyərində “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili onun satdığı iki ədəd “Opel” markalı Astra modelli avtomobillərlə dəyişsinlər. O, həmin şəxsə razılıq vermiş və 24 avqust 2020-ci ildə avtomobilləri dəyişmiş, Alim adlı şəxs “Kia” markalı Optima modelli avtomobilə görə, o isə iki ədəd “Opel” markalı Astra modelli avtomobilə görə baş etibarnamə vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs demişdir ki, “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün ona köməklik etsin. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən ”099’’ avtosalonunda işləyən Elçin Musayevin yanına apar və avtomobilin salonda yerləşdirib satışını təşkil etsin. O, Təqsirləndirilən şəxs sözünə əsasən “Kia” markalı Optima modelli avtomobili “099” avtosalonuna aparmış və Elçin Musayevə təhvil vermişdir. Elçin Musayev ondan soruşmuşdur ki, “avtomobili neçə manata satırsan?” O, Elçin Musayevə demişdir ki, “sən avtomobili neçəyə satırsansa sat, ancaq mənə 18500 manat pul verərsən”. Elçin Musayev onunla razılaşmış və o, “Kia” markalı Optima modelli avtomobili “099” avtosalonuna yerləşdirib getmişdir. 04 sentyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, “099” avtosalonunda satışla məşğul olan Şahid4 İbrahim oğluna baş etibarnamə versin, avtomobilə müştəri tapıb bir həftəyə pulunu ödəyəcəkdir. O, Təqsirləndirilən şəxs razılıq vermiş və sonuncu Şahid4 şəxsiyyət vəsiqəsinin şəklini onun mobil telefonunda olan “WhatsApp” proqramına göndərmişdir. Həmin gün o, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 11 saylı ünvanda yerləşən 18 nömrəli notariat ofisinə getmiş və Təqsirləndirilən şəxs dediyi Şahid4 “Kia” markalı Optima modelli avtomobilə görə baş etibarnamə vermiş və bu barədə Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 11 nömrəli ünvanda yerləşən 18 nömrəli notariat ofisinin qarşısında görüşmüş və baş etibarnaməni Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün ondan soruşmamışdır ki, “Kia” markalı Optima modelli avtomobili kimə və neçəyə satmışdır. 2020-ci ilin sentyabr ayında Almaniya Federativ Respublikasında avtomobil alışı və satışı ilə məşğul olan şəxslərdən biri ona satmaq üçün iki ədəd “Opel” markalı Astra modelli avtomobil və bir ədəd “Toyota” markalı Corolla modelli avtomobil göndərmişdir. O, həmin avtomobilləri Azərbaycan Respublikasında qeydiyyata aldırdıqdan sonra satmaq qərarına gəlmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, “Opel” markalı Astra modelli Az **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “099” avtosalonunda işləyən İsa Çingizinin yanına aparmış və demişdir ki, avtomobili salonda yerləşdirib satışını təşkil etsin. Həmin vaxt o, İsa Çingiziyə demişdir ki, Təqsirləndirilən şəxs ona məxsus “Kia” markalı Optima modelli avtomobili 18500 manata satmış və onun pulunu verməmiş, ona görə də “Opel” markalı Astra modelli avtomobil satılandan sonra pulunu ona verəcək, Təqsirləndirilən şəxs verməsin. İsa Çingizi ondan “Opel” markalı Astra modelli avtomobilin qiymətini soruşmuş, o, İsa Çingiziyə demişdir ki, “sən neçəyə satırsansa sat, ona 9000 manat verərsən”. 07 oktyabr 2020-ci ildə İsa Çingizi ona zəng vurub demişdir ki, Opel Astra markalı avtomobilə müştəri düşüb. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində yerləşən 41 nömrəli notariat ofisinə gəlsin, baş etibarnamə versin, avtomobilini satsın. O, İsa Çingiziyə razılıq vermiş və deyilən 41 nömrəli notariat ofisinə gəlmiş, həmin vaxtı İsa Çingizinin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün o, “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnaməni İsa Çingizinin qohumu Şahid8 oğlunun adına vermişdir. İsa Çingizi ona demişdir ki, “Opel” markalı Astra modelli avtomobili satıb ona 9000 manat pulu 3 günə verəcəkdir. O, İsa Çingiziyə razılıq vermiş, 10 oktyabr 2020-ci ildə o, İsa Çingiziyə zəng vurub demişdir ki, “Opel” markalı Astra modelli avtomobili satmısan, 9000 manat pulu bu gün verməli idin. İsa Çingizi ona demişdir ki, “9000 manat pulu Təqsirləndirilən şəxs vermişdir, pulu sənə Təqsirləndirilən şəxs verəcəkdir”. O, İsa Çingiziyə iradını bildirmişdir ki, “sənə demişdim axı, pulu ona verərsən”. İsa Çingizi demişdir ki, pulu ondan Təqsirləndirilən şəxs istəmiş və demişdir ki, pulu özü Ələkbər Hüseynova verəcək, ondan 9000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, ““Opel” markalı Astra modelli avtomobilin pulunu niyə İsa Çingizidən almısan?” Təqsirləndirilən şəxs demişdir ki, ona təcili pul lazım idi, ona görə götürmüş, onun 9000 manat pulunu ondadır verəcəkdir. 08 oktyabr 2020-ci ildə o, “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili sata bilmədiyi üçün Təqsirləndirilən şəxs müraciət etmiş və Təqsirləndirilən şəxs ona demişdir ki, tez bir zamanda həmin avtomobili sata bilər. Təqsirləndirilən şəxs ona demişdir ki, “sən “Toyota” markalı Corolla modelli avtomobili neçə manata satırsan?” O, Təqsirləndirilən şəxs demişdir ki, “sən neçə manata satırsansa sat, ancaq mənə 11000 manat verərsən”. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, “Toyota” markalı Corolla modelli avtomobili ona verim, o, həmin avtomobili müştərilərə göstərsin. O, razılıq vermiş və həmin günü Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 11 nömrəli ünvanda “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir. 09 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, “Toyota” markalı Corolla modelli avtomobilə müştəri tapıb, müştərinin şəxsiyyət vəsiqəsini göndərəcək, ona baş etibarnamə versin. O, Təqsirləndirilən şəxs razılıq vermiş və sonuncu X32 oğlunun şəxsiyyət vəsiqəsinin şəklini onun mobil telefonunda olan “WhatsApp” proqramına göndərmişdir. “Toyota” markalı Corolla modelli avtomobili anası Hüseynova Ziyafət Mikayıl qızının adına olduğu üçün həmin gün o, anası Ziyafət Hüseynova ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 11 nömrəli ünvanda yerləşən 18 nömrəli notariat ofisinə getmiş və anası Ziyafət Hüseynova “Toyota” markalı Corolla modelli avtomobilə görə Təbriz Quliyevə baş etibarnamə vermişdir. Bundan sonra o, baş etibarnaməni Təqsirləndirilən şəxs vermiş və sonuncu “Toyota” markalı Corolla modelli avtomobili satmış və Təqsirləndirilən şəxs ona demişdir ki, satılan 3 avtomobilin pulunu cəm şəkildə verəcəkdir. 10 oktyabr 2020-ci ildə o, “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili sata bilmədiyi üçün “099” avtosalonuna gətirmiş və Elçin Musayev həmin avtomobili göstərmişdir. Elçin Musayev demişdir ki, əçen“ manata satırsan?” O, Elçin Musayevə demişdir ki, “sən neçə manata satırsansa sat, mənə 9000 manat verərsən”. Elçin Musayev onunla razılaşmış və 16 oktyabr 2020-ci ildə Elçin Musayev ona demişdir ki, “Opel” markalı Astra modelli avtomobilə müştəri tapmışdır, Şahid6 adlı şəxsə baş etibarnamə vermək lazımdır. “Opel” markalı Astra modelli avtomobil tanışı Ramil adlı şəxsin adına olduğu üçün həmin gün o, Ramildən xahiş etmişdir ki, Şahid6 adlı şəxsə baş etibarnamə versin. Ramil qeyd olunan şəxsə “Opel” markalı Astra modelli **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə notarial qaydada baş etibarnamə vermişdir. Həmin gün o, “099” avtosalonuna getmiş və görmüşdür ki, “Opel” markalı Astra modelli avtomobil satılıb, pulu da Təqsirləndirilən şəxsdır. O soruşmuşdur ki, “satılan “Opel” markalı Astra modelli avtomobilin pulu səndədir?” Təqsirləndirilən şəxs cibindən pul çıxardıb ona göstərmiş və demişdir ki, səhər banka pul ödəyəcək, sənin pulunu, yəni satılan 4 avtomobildən əldə olunmuş 47500 manat pulu cəm şəkildə ödəyəcək. O razılıq vermiş və bir müddətdən sonra görmüşdür ki, Təqsirləndirilən şəxs onun pulunu vermir, o, da verdiyi baş etibarnamələri ləğv etdirmək qərarına gəlmiş, bu məqsədlə notarial ofisə getmiş və orada məlum olmuşdur ki, “Toyota” markalı Corolla modelli avtomobil özəlləşdirilmiş, qalan avtomobillər isə baş etibarnamə ilə satılmışdır. O, avtomobillərə görə verilmiş baş etibarnamələri ləğv etdirmişdir. Zərərçəkmiş şəxslər Səfərov Rəşid İsmixan oğlu və Hüseynov Ələkbər Mirşahin oğlu ibtidai istintaq zamanı birinci instansiya məhkəməsində verdikləri ifadələrlə eyni məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Səfərzadə İsmixan Rəşid oğlu ifadəsində göstərmişdir ki, mərhum Səfərzadə Elçin Rəşid oğlu onun böyük qardaşıdır. “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, atası Rəşid Səfərova məxsus olmuşdur. O, qardaşı Elçin Səfərzadəyə etibarnamə vermişdir ki, sonuncu “Kia” markalı Stinger modelli avtomobili idarə edə bilsin. O, 2020-ci ilin ortalarında həqiqi hərbi xidmətə gedəcəyindən qardaşı Elçin ona demişdir ki, “sən hərbi xidmətə gedəcəksən, həmin avtomobilə dair Təqsirləndirilən şəxs baş etibarnamə ver, avtomobili satsın, sən hərbi xitmətdən gələndən sonra sənə təzə avtomobil alarıq”. Buna görə də o, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. O, hərbi xidmətə getmiş və hərbi xidmətdə olanda eşitmişdir ki, Təqsirləndirilən şəxs avtomobili satmışdır. O, hərbi xidməti başa vurma mərhələsində eşitmişdir ki, Təqsirləndirilən şəxs pulu xərcləmiş və ona yeni avtomobil ala bilməmişlər. O, hərbi xidmətdə olan zaman Təqsirləndirilən şəxs qardaşı Elçin Səfərzadənin idarə etdiyi “BMW” markalı avtomobili də satmışdır. Evə gəldikdən sonra ona məlum olmuşdur ki, atası Təqsirləndirilən şəxs şikayət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində avtomobil almaq üçün tanışı Elçin adlı şəxsə müraciət etmiş və 05 sentyabr 2020-ci İldə tanışı Elçin ona “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanı avtomobil tapmışdır. O, tanışı Elçinə demişdir ki, avtomobilə baxdıqdan sonra bir söz deyəcək. Həmin gün o, “Kia” markalı Optima modelli avtomobilə baxaraq bəyənmiş və qiyməti ilə maraqlanmışdır. Həmin avtomobilin qiymətini 17000 manat razılaşmışdır. Həmin vaxtı o, Elçinin yanında avtomobili gətirən şəxsə 17000 manat vermiş və həmin şəxs ondan şəxsiyyət vəsiqəsini götürmüşdür ki, “Kia” markalı Optima modelli avtomobilə görə baş etibarnamə versin. “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanı avtomobil onda qalmış və həmin günü ona baş etibarnamə gətirib vermişdir. Bundan sonra o, “Kia” markalı Optima modelli avtomobili idarə etmişdir. 16 sentyabr 2020-ci ildə o, sosial şəbəkədə “Turba.az” saytına baxan zaman “BMW” markalı 528İ modelli avtomobili görüb bəyənmiş və satan şəxslə qiymət barədə maraqlanmışdır. Həmin şəxsə demişdir ki, onda “Kia” markalı Optima modelli avtomobil var və onun “BMW” markalı 528İ modelli avtomobili ilə barter etmək, yəni dəyişmək istəyir. Həmin şəxs demişdir ki, avtomobilləri dəyişmək üçün üzərində 7000 manat versin. O razılaşmış və “BMW” markalı 528İ modelli avtomobili satan Nurlan adlı şəxsə 7000 manat vermiş və avtomobilləri dəyişmişlər. Bundan sonra o, Nurlan adlı şəxsə “Kia” markalı Optima modelli avtomobilə görə baş etibarnamə vermişdir. Nurlan da ona “BMW” markalı 528İ modelli Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Çingizi İsa Qasıməli oğlu ifadəsində göstərmişdir ki, növbəli işlədiyi üçün boş vaxtlarında avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2018-ci ildən o, Elçin Musayevi tanımış, Elçin Musayev Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 ünvanında yerləşən “099” avtosalonunu icarəyə götürüb avtomobil alqı-satqısı ilə məşğuldur. Onun Elçin Musayevlə normal münasibəti olmuşdur, Təqsirləndirilən şəxs da 2018-ci ildən tanıyır. Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2020-ci ilin yay aylarında “099” avtosalonunda olan zaman Təqsirləndirilən şəxs Ələkbər Hüseynovla “099” avtosalonuna gəlmişlər. Təqsirləndirilən şəxs Ələkbər Hüseynovu təqdim etmişdir ki, dostu və şərikidir. Ələkbər Hüseynov Almaniya Federativ Respublikasından satdıq işlənmiş avtomobillər gətirir və Bakı şəhərində satışı ilə məşğul olur. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Ələkbər Hüseynovun Almaniya Federativ Respublikasından gətirdiyi avtomobilləri “099” avtosalonuna gətirmiş, Elçin Musayev avtomobillərin satışını təşkil etmiş və satılan avtomobillərin pulunu Təqsirləndirilən şəxs vermişdir. Ələkbər Hüseynov da arada həmin avtosalona gəlmiş və pulun Təqsirləndirilən şəxs verilməsinə dair heç vaxt narazılıq etməmişdir. 07 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs “099” avtosalonuna gəlmiş və demişdir ki, Ələkbər Hüseynova Almaniya Federativ Respublikasından satdıq “Opel” markalı Astra modelli avtomobillər göndərmişlər, avtomobillər gömrüyün dayanacağında qalmışdır, qeydiyyatdan keçirilməlidir. Həmin avtomobillərin qiyməti 8000 manatdır, bir ədəd “Opel” markalı Astra modelli avtomobili təcili satmalıdır, pulu gömrük rüsumuna verilməlidir, ona görə bir ədəd “Opel” markalı Astra modelli avtomobili 7000 manata satırlar. Elçin Musayev ona demişdir ki, “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata al, sonra nisbətən baha satarsan. O, Təqsirləndirilən şəxs demişdir ki, alır, ancaq hazırda üzərində 3500 manat var, 2 günə də 3500 manat verə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, sənin adına baş etibarnamə yazdıracaqdır. O da Təqsirləndirilən şəxs demişdir ki, onun şəxsiyyət vəsiqəsi üzərində yoxdur, xalası oğlu Şahid8 adına baş etibarnamə verilsin. Təqsirləndirilən şəxs razılaşmış, həmin vaxt o, “099” avtosalonunda Elçin Musayevin yanında 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Razılıq əsasında o, Təqsirləndirilən şəxs və Ələkbər Hüseynovla birlikdə Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində olan 41 nömrəli notariat ofisinə gəlmiş, Şahid8 şəxsiyyət vəsiqəsini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş və həmin notariat ofisində Ələkbər Hüseynov xalası oğlu Şahid8 adına “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. Ələkbər Hüseynov ondan soruşmuşdur ki, “3500 manat pulu nə vaxt Təqsirləndirilən şəxs verəcəksən?” O, Ələkbər Hüseynova demişdir ki, o, Təqsirləndirilən şəxsla iki günə razılaşmışdır. İki gündən sonra Təqsirləndirilən şəxs “099” avtosalonuna gəlmiş və o, Elçin Musayevin yanında Təqsirləndirilən şəxs 3500 manat pulu vermişdir. Səhəri gün Ələkbər Hüseynov ona zəng vurub “sən Təqsirləndirilən şəxsla görüşdün, yəni pulu ona verdin?” deyə soruşanda o da təsdiqləmişdir. Bundan sonra Ələkbər Hüseynovla sağollaşmış, iki gündən sonra o, Ələkbər Hüseynovun baş etibarnamə verdiyi “Opel” markalı Astra modelli Az 99- XY-609 dövlət qeydiyyat nişanlı avtomobili Əziz adlı şəxsə 7900 manat satmışdır. Əziz ona demişdir ki, avtomobilin kondisioneri işləmir və avtomobili sənədləşdirmək üçün pul lazımdır. O, 7900 manatdan 100 manat ayırıb Əzizə vermiş və demişdir ki, “get problemlərini həll et”. Təxminən bir həftədən sonra o, “099” avtosalonunda Elçin Musayevlə birlikdə olan zaman Əziz oraya gəlmiş və avtosalonun qarşısında olan satdıq “Opel” markalı Astra modelli avtomobili görüb qiyməti ilə maraqlanmışdır. Həmin vaxt o, Əzizlə görüşmüş, onlar bir-birini görüb tanımış, Əziz ona demişdir ki, o, “Opel” markalı avtomobilləri alıb satır. O, Əzizi Elçin Musayevə təqdim etmişdir ki, ondan “Opel” markalı Astra modelli avtomobili alan şəxsdir. Bundan sonra Əziz avtosalonun qarşısında satılmağa qoyulmuş “Opel” markalı Astra modelli avtomobillə maraqlanmışdır. Elçin Musayevlə Əziz avtomobil barəsində danışıb razılaşmışlar. Ona məlum olmuşdur ki, Əziz həmin “Opel” markalı Astra modelli avtomobili alır. O, Əzizin həmin avtomobili neçəyə alması barədə maraqlanmamışdır. Təxminən bir aydan sonra Əziz ona zəng vurub demişdir ki, “sənin satdığın “Opel” markalı Astra modelli avtomobilə görə verdiyin baş etibarnamə ləğv olunmuşdur”. O, Əzizə demişdir ki, “gəl “099” avtosalonuna, “Opel” markalı Astra modelli avtomobili ona satan şəxsi çağırıb aydınlaşdıraq”. Əziz yanında 2 nəfər şəxslə avtosalona gəlmiş və həmin vaxt Əziz ona demişdir ki, Elçin Musayevdən aldığı “Opel” markalı Astra modelli avtomobilin də baş etibarnaməsi ləğv olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs oraya gəlmiş və Təqsirləndirilən şəxs demişdir ki, onun şəriki Ələkbər Hüseynovla pul problemi var və ona borclu olduğu üçün Ələkbər Hüseynov etibarnamələri ləğv etdirmişdir. Ona bir həftə vaxt versin ki, o, Ələkbər Hüseynovla pul problemini həll etsin, avtomobillərin baş etibarnaməsini bərpa etdirsin. Bir həftədən sonra Əziz ona zəng vurub demişdir ki, “problem həll olunmayıb?” O, Təqsirləndirilən şəxs zəng vurub niyə problemi həll etmədiyini soruşanda sonuncu demişdir ki, 2-3 günə həll edəcəkdir. 2-3 gündən sonra o, Təqsirləndirilən şəxs zəng vurub baş etibarnamə barədə maraqlanmaq istəmiş, sonuncunun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra o, Əzizlə birlikdə Ələkbər Hüseynovla əlaqə saxlamış və demişlər ki, “iki ədəd “Opel” markalı Astra modelli avtomobilin niyə baş etibarnaməsini ləğv etdirmisən? sənin Təqsirləndirilən şəxsla problemin var, öz aranızda həll edin, pul verilib, avtomobil alınıb, sən də bu məsələni bilirdin”. Ələkbər Hüseynov demişdir ki, Təqsirləndirilən şəxs onu aldadıb, 40 neçə min verəcəyi var, ancaq verməyib, Təqsirləndirilən şəxs pulunu verməyənə qədər baş etibarnamə bərpa olunmayacaq, siz Təqsirləndirilən şəxsla probleminizi həll edin. Bundan sonra onlar Təqsirləndirilən şəxs tapa bilməmiş və Əziz demişdir ki, o, Təqsirləndirilən şəxs şikayət edəcəkdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 oğlu ifadəsində göstərmişdir ki, Çingizi İsa Qasıməli oğlu onun qohumudur və sonuncu avtomobil alqısatqısı ilə məşğul olur. 07 oktyabr 2020-ci ildə o, işlədiyi "nıçaL“ ticarət mərkəzində olan zaman qohumu İsa Çingizi ona zəng vurub şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuş, o da İsa Çingiziyə üzərində olduğunu bildirib nə lazım olduğunu soruşmuşdur. İsa Çingizi ona demişdir ki, avtomobil alacaq, şəxsiyyət vəsiqəsi üzərində deyil, onun adına baş etibarnamə alacaq. O, qohumu İsa Çingiziyə demişdir ki, problem yoxdur, ancaq işdən çıxa bilmir. İsa Çingizi gəlib onun şəxsiyyət vəsiqəsini götürmüş və bir neçə dəqiqədən sonra şəxsiyyət vəsiqəsini gətirib qaytarmışdır. Bundan sonra İsa Çingizi demişdir ki, sənin adına baş etibarnamə yazdırmışam, avtomobili almış və sonra satacaqdır. O, qohumu İsa Çingiziyə demişdir ki, ışxay“ edibsən, ancaq o, işdən çıxa bilmir”. Bundan sonra İsa Çingizi çıxıb getmiş, o, sonuncudan maraqlanmamışdır ki, nə avtomobil alıb və ya neçə manata alıbdır. 09 oktyabr 2020-ci ildə İsa Çingizi ona zəng vurub demişdir ki, adına etibarnamə aldığı avtomobili satır, müştəriyə baş etibarnamə vermək lazımdır. O, İsa Çingiziyə işdən çıxa bilmədiyini, '’nıçaL“ ticarət mərkəzinin yaxınlığında olan notariat ofisinə gəlib, orada etibarnamə verməsini demişdir. Bundan sonra o, "nıçaL“ ticarət mərkəzinin yaxınlığında notariat ofisində olan zaman Əziz adlı şəxsə avtomobilə görə etibarnamə vermişdir. Əziz ona etibarnamə verdiyi avtomobili göstərmiş və o görmüşdür ki, qara rəngli “Opel” markalı Astra modelli avtomobildir. Bundan sonra işinə geri dönmüş və bir daha Əzizi görməmişdir. İsa Çingizidən “Opel” markalı Astra modelli avtomobili neçəyə alıb, neçəyə satdığını soruşmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 oğlu ifadəsində göstərmişdir ki, mobil telefon, avtomobil və digər əşyaların alışı və satışı ilə məşğul olub çörək pulu qazanır. 08 oktyabr 2020-ci ildə o, sosial şəbəkədə “Turbo.az" saytında 9000 manata “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş və bəyənmişdir. Bundan sonra o, “Opel” markalı Astra modelli avtomobili satan şəxsə zəng vurub almaq istədiyini bildirmişdir. 09 oktyabr 2020-ci ildə o, həmin avtomobili satan şəxslə görüşmüş və ona məlum olmuşdur ki, həmin avtomobili satan şəxs İsa Çingizidir. O, sonuncu ilə danışıb 8600 manata razılaşmış və bundan sonra onlar birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən ”nıçaL“ ticarət mərkəzinin yaxınlığında olan notariat ofisə getmiş və İsa Çingizinin tanışı Araz adlı şəxs notariat ofisində “Opel” markalı Astra modelli avtomobilə görə ona etibarnamə vermişdir. Bundan sonra o, 8600 manat pulu notariat ofisinin yanında İsa Çingiziyə vermiş və “Opel” markalı Astra modelli Az **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb getmişdir. Bundan sonra o, “Opel” markalı Astra modelli avtomobili satmaq üçün sosial şəbəkədə “Turbo.az” saytına 9500 manata yerləşdirmişdir. 12 oktyabr 2020-ci il tarixdə Emil adlı şəxs ona zəng vurub satdığı “Opel” markalı Astra modelli avtomobillə maraqlanmış və gəlib avtomobilə baxıb bəyənmişdir. O, Emil adlı şəxslə 9300 manata razılaşmış və həmin gün o, “Opel” markalı Astra modelli avtomobilə görə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində olan notariat ofisində baş etibarnamə vermiş və Emil adlı şəxs ona 9300 manat vermişdir. O da pulu almış və satdığı “Opel” markalı Astra modelli avtomobili Emil adlı şəxsə təhvil vermişdir. Həmin gün o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan “099” avtosalonunun qarşısında satışa qoyulmuş qızılı rəngli “Opel” markalı Astra modelli Az 99-EY- 108 dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmiş və qiyməti ilə maraqlanmışdır. Avtosalonun sahibi olan Elçin adlı şəxslə “Opel” markalı Astra modelli avtomobil üçün 8600 manata razılaşmışdır. Həmin vaxt İsa Çingizi onların yanına gəlmiş və İsa Çingizi Elçin adlı şəxsə demişdir ki, ondan “Opel” markalı Astra modelli avtomobili alan şəxsdir. Elçin ona demişdir ki, “Opel” markalı Astra modelli avtomobil Şəki rayonunda yaşayan şəxsin adınadır, 3-4 günə gəlib ona etibarnamə verəcəkdir. O, Elçinlə razılaşmış və Elçinə 500 manat beh vermişdir. Bundan sonra o, Elçinə demişdir ki, baş etibarnamə verilənə kimi “Opel” markalı Astra modelli avtomobil onda qalacaqdır. Elçin onunla razılaşmış, o, şəxsiyyət vəsiqəsini Elçinə vermiş və “Opel” markalı Astra modelli avtomobili işə salan vaxtı görmüşdür ki, avtomobilin mühərrikində problem vardır. O, Elçinə bu barədə demiş və yekunda “Opel” markalı Astra modelli avtmobilin qiymətini 8100 manata razılaşmışlar. Bundan sonra o, həmin avtomobili götürüb bir başqa ustanın yanına aparmış, 16 oktyabr 2020-ci ildə Elçin ona zəng vurub demişdir ki, baş etibarnamə hazırdır, gəlsin baş etibarnaməni götürsün və pulun qalanını, yəni 7600 manatı gətirsin. Bundan sonra o, “099” avtosalonuna getmiş və 7600 manat pulu Elçinə verib baş etibarnaməni almışdır. Təxminən 10-15 gündən sonra o, 9500 manata “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün sosial şəbəkədə “Turbo.az” saytına yerləşdirmişdir. Təxminən bir aydan sonra həmin avtomobili ondan alan Emil adlı şəxs zəng vurub demişdir ki, “səndən aldığım “Opel” markalı Astra modelli avtomobilin baş etibarnaməsi ləğv olunub, bu nə məsələdir?” O, Emil adlı şəxsə demişdir ki, xəbəri yoxdur, maraqlanıb bir söz deyəcək. Bundan sonra o, aldığı iki ədəd “Opel” markalı Astra modelli avtomobillərin baş etibarnaməsini yoxlayan zaman məlum olmuşdur ki, hər iki avtomobilin baş etibarnaməsi ləğv olunmuşdur. Bundan sonra o, Emil adlı şəxslə görüşüb Elçinin işlədiyi “099” avtosalonuna gəlmişlər və Elçinlə görüşüb vəziyyəti ona demişlər. Bundan sonra Elçin Feyruz adlı şəxsi avtosalona çağırmış, Elçin və İsa avtomobilləri satan Feyruza demişlər ki, sənin satdığın “Opel” markalı Astra modelli avtomobillərə görə sənin pulunu veriblər, “niyə həmin avtomobillərə görə verilmiş baş etibarnamələr ləğv olunmuşdur?” Feyruz demişdir ki, şəriki Ələkbərlə pul problemi var, bir həftəyə məsələni həll edəcək və həmin avtomobillərin baş etibarnamələrini bərpa etdirəcəkdir. Bir həftədən sonra o görmüşdür ki, “Opel” markalı Astra modelli avtomobillərə verilən baş etibarnamələr bərpa edilməmişdir, yenə eyni qaydada Feyruzla görüşmüşlər və Feyruz yenə söz vermişdir ki, 7-10 günə baş etibarnamələri bərpa etdirəcək. Bu minvalla Feyruz hər dəfə söz versə də, vədinə əməl etməmiş və bir müddətdən sonra Feyruz mobil telefonlarını söndürmüş və onlarla əlaqə yaratmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 oğlu ifadəsində göstərmişdir ki, 2012-ci ildən Elçin Musayevi avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır və onun Elçin Musayevlə normal münasibəti vardır. 2017-ci ildə o, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış və onun Təqsirləndirilən şəxsla normal münasibəti olmuşdur. 2019-cu ildən də Elçin Səfərzadəni tanımış, onunla da normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Elçin Səfərzadəni xalası oğlu kimi təqdim etmiş, Təqsirləndirilən şəxs ona aid avtomobillərin satışında köməklik etmiş və o da bunun müqabilində Təqsirləndirilən şəxs hörmət edirmişdir. 2020-ci ili oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs “BMW” markalı 528İ modelli Az **-XG- *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. Ona məlum idi ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı 528İ modelli avtomobil Elçin Səfərzadəyə məxsusdur. 26 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə onun işlədiyi "On brend’’ avtosalonuna gəlmiş və ona demişdir ki, “BMW” markalı 528İ modelli avtomobili nömrəsiz 19000 ABŞ dollarına, yəni 32300 manata satır. O, Təqsirləndirilən şəxs baha satdığını bildirmiş, Təqsirləndirilən şəxs ona “sən neçəyə alarsan?” demiş, o da Təqsirləndirilən şəxs “maksimum 17000 ABŞ dollar, yəni 28900 manat verər” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs kənara çəkilib mobil telefonla danışmış və “17000 ABŞ dollarına, yəni 28900 manata satar” demişdir. O, “BMW” markalı 528İ modelli avtomobilin Elçin Səfərzadəyə məxsus olduğunu bilib Elçinin istifadəsində olan 050-211- 58-61 nömrəsinə zəng vurmuş və demişdir ki, ,şadraq“ sənin “BMW” markalı 528İ modelli avtomobilini Təqsirləndirilən şəxs 17000 ABŞ dollarına, yəni 28900 manata alıram”. Elçin Səfərzadə ona “Allah xeyrini versin, ona məxsus nömrəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində bron edib saxladarsan” demişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir ki, onun adına baş etibarnamə alıb gətirsin. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsini alıb getmiş və təxminən 1-2 saatdan sonra gəlib ona “BMW” markalı 528İ modelli avtomobillə görə baş etibarnamə vermişdir. O, "On brend’' avtosalonunda 17000 ABŞ dolları, yəni 28900 manatı sayıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan 17000 ABŞ dolları, yəni 28900 manatı almış və Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili salona qoyub getmişdir. Bundan sonra o, “BMW” markalı 528İ modelli avtomobili satmaq üçün sosial şəbəkədə "Turba.az’’ saytında 20500 ABŞ dollarına, yəni 34850 manata yerləşdirmiş, 06 noyabr 2020-ci ildə “BMW” markalı 528İ modelli avtomobilə müştəri çıxmış və o, həmin müştəri ilə 20000 ABŞ dollarına, yəni 34000 manata razılığa gəlmişdir. Həmin gün o, “BMW” markalı 528İ modelli avtomobili "xxxx" MMC-də lizinq müqaviləsinə əsasən kreditə salıb müştəriyə satmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə gedib avtomobili "xxxx" MMC-nin adına sənədləşdirmiş və avtomobilə başqa nömrə, yəni Az **-JJ-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxt o, Elçin Səfərzadəyə zəng vurub onun nömrəsini təhvil verdiyini və nömrəsini gəlib götürməyini bildirmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 2000-ci ildən avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamışdır. 2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 39 ünvanında yerləşən “Azcar” avtosalona icarəyə götürüb işlətməyə başlamışdır. O, 2017-ci ildən Təqsirləndirilən şəxs tanıyır, sonuncu avtomobil alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxsla onun normal münasibəti olmuşdur. 2019-ci ilin payız aylarında Təqsirləndirilən şəxs “Azcar” avtosalonuna gəlmiş və «Bentley» markalı Continental modelli avtomobili görüb bəyənmiş və qiyməti ilə maraqlanmışdır. O, demişdir ki, «Bentley» markalı Continental modelli avtomobil 57000 ABŞ dollar, yəni 96900 manatdır. Təqsirləndirilən şəxs həmin avtomobili almışdır. 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs “Azcar” avtosalona gəlmiş və demişdir ki, «Bentley» markalı Continental modelli avtomobili «Bentley» markalı Flying Spur modelli avtomobillə dəyişmək istəyir. Təqsirləndirilən şəxs məxsus «Bentley» markalı Continental modelli avtomobili 60000 ABŞ dolları, yəni 102000 manat qiymətləndirib götürmüş, «Bentley» markalı Flying Spur modelli avtomobillin satışını 100000 ABŞ dolları, yəni 170000 manat olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs borclu olduğu 40000 ABŞ dollarının, yəni 68000 manatın əvəzinə bir ədəd “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qediyyat nişanlı avtomobili və «Nissan» markalı X-trail modelli avtomobili gətirib “Azcar” salonuna təhvil vermiş və “Azcar” salonundan «Bentley» markalı Flying Spur modelli avtomobili təhvil almışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs «Bentley» markalı Flying Spur modelli avtomobili banka girov qoyub pul götürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 Gündüz oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının əvvəlləri o, sosial şəbəkədə “Turba.az” saytında “Azcar” avtosalonu tərəfindən yerləşdirilmiş 33500 ABŞ dolları, yəni 60350 manat dəyərində “Kia” markalı Stinger modelli avtomobili görüb bəyənmişdir. Bundan sonra o, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Elacıbəyli küçəsi, 39 ünvanda yerləşən “Azcar” avtosalonuna gedib real olaraq avtomobilə baxmış və avtosalonda işləyən Anar adlı şəxsə demişdir ki, onun «Ford» markalı Mustang modelli avtomobili vardır, o, həmin avtomobillə “Kia” markalı Stinger modelli avtomobili barter etmək, yəni dəyişmək istəyir. Avtosalonun işçisi ona razılıq vermiş və demişdir ki, «Ford» markalı Mustang modelli avtomobilə baxdıqdan sonra qəti bir söz deyə bilər. O, idarə etdiyi «Ford» markalı Mustang modelli Az **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili “Azcar” avtosalona gətirmiş və həmin avtomobilə baxdıqdan sonra həmin avtomobili 26000 ABŞ dollarına, yəni 44200 manat qiymətləndirmişlər və razılaşmışlar ki, avtomobilləri dəyişməli olsalar o, əlavə 5000 ABŞ dolları, yəni 8500 manat verəcək. O, razılığa gəlmiş və bundan sonra özünə məxsus qeyd olunan avotomobili və 5000 ABŞ dolları, yəni 8500 manatı “Azcar” avtosalonuna təhvil vermişdir ki, “Kia” markalı Stinger modelli avtomobil onun adına sənədləşdirilsin. Onun işi olduğu üçün dayısı oğlu Məhəmməd Həsənzadəyə etibarnamə vermiş və 09 iyul 2020-ci ildə dayısı oğlu Məhəmməd Həsənzadə “Azcar” avtosalonunun işçisi ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə gedib “Kia” markalı Stinger modelli avtomobili onun adına sənədləşdirmiş və həmin avtomobilə Az **-VV-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxtdan “Kia” markalı Stinger modelli Az **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq olunmuş Musayev Elçin Ramiz oğlu ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 ünvanında yerləşən “099” avtosalonunu icarəyə götürüb avtomobil alqı-satqısı ilə məşğul olur. O, 2012-ci ildən Təqsirləndirilən şəxs oğlunu tanıyır, sonuncu avtomobil alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs onun işlədiyi avtosalona gələrək avtomobil gətirib satmış, avtomobil almış və avtomobilin satışında ona köməklik etmişdir. 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs Elçin Səfərzadəyə məxsus “Kia” markalı Stinger modelli avtomobili satmaq üçün onun işlədiyi avtosalona gətirmişdir. O, həmin avtomobilin ban koduna baxmış və görmüş ki, avtomobil suda qalıbdır. O, bu barədə Təqsirləndirilən şəxs demiş və həmin avtomobili almamışdır. 2020-ci ilin yay ayında Təqsirləndirilən şəxs avtosalona gəlmiş və demişdir ki, Elçin Səfərzadəyə məxsus “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili satır. O, həmin avtomobilə baxmış və görmüşdür ki, avtomobilin təkərlərinin dördü də çəkəndir. O, Təqsirləndirilən şəxs demişdir ki, belə avtomobil çətin satılır və ona görə almamışdır. Bundan sonra Təqsirləndirilən şəxs “BMW” markalı 528İ modelli avtomobili Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən “On brend” avtosalonda işləyən Şahid9 satmış və o, həmin avtomobili satış qiyməti barədə maraqlanmamışdır. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Ələkbər Hüseynovla onun işlədiyi avtosalona gəlmişlər. Təqsirləndirilən şəxs Ələkbər Hüseynovu təqdim etmişdir ki, dostu və şərikidir, Ələkbər Hüseynov Almaniya Federativ Respublikasından satdıq işlənmiş avtomobillər gətirir və Bakı şəhərində satışı ilə məşğul olur. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Ələkbər Hüseynovun Almaniya Federativ Respublikasından gətirdiyi avtomobilləri avtosalona gətirmiş, o da avtomobillərin satışını təşkil etmiş və satılan avtomobillərin pulunu Təqsirləndirilən şəxs vermişdir. Ələkbər Hüseynov da arada avtosalona gəlmiş və pulun Təqsirləndirilən şəxs verilməsinə dair heç vaxt narazıçılıq etməmişdir. 2020-ci ilin avqust ayının axırları Təqsirləndirilən şəxsla Ələkbər Hüseynov bir ədəd “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün gətirmişlər. O soruşmuşdur ki, “bu avtomobili neçəyə satırsınız?” Ələkbər Hüseynov demişdir ki, “18500 manata satırıq”. O, Ələkbər və Feyruza demişdir ki, “18500 manat bahadır, o qiymətə satılmaz, ancaq avtomobili salona qoyun, satılsa sizə xəbər edəcəm”. 2-3 gündən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, “təcili pul lazımdır, “Kia” markalı Optima modelli avtomobili nisbətən ucuz satmaq lazımdır”. O, avtomobil alqı-satqısı ilə məşğul olan Şahid4 İbrahim oğlunu çağırmış və ona demişdir ki, ““Kia” markalı Optima modelli avtomobilə neçə manat verə bilərsən?”. Şahid4 avtomobilə baxandan sonra demişdir ki, 15000 manat alar. Təqsirləndirilən şəxs razılaşmış və 15000 manat pulu Şahid4 almışdır. Şahid4 şəxsiyyət vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs göndərmiş və demişdir ki, səhər baş etibarnamə verərsən. Səhəri gün Təqsirləndirilən şəxs baş etibarnaməni Şahid4 vermişdir. Şahid4 Təqsirləndirilən şəxs aldığı “Kia” markalı Optima modelli avtomobili sosial şəbəkədə “Turba.az” saytında satışa qoymuş və həmin avtomobili 16000 manata avtomobil alış-verişi ilə məşğul olan Elçin adlı şəxsə satmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs “099” avtosalonuna gəlmiş və avtosalonda satışa qoyulmuş tranzit nömrə ilə olan qara rəngli “Mercedes-Benz S” markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və qiyməti ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobilin ilkin qiyməti 17000 ABŞ dollarına, yəni 28900 manatdır, 22 ay müddətinə hər ay 4500 manat ödənişlə satışa qoymuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili ona versin, onun 17000 ABŞ dollarını bir aya qaytaracaq və avtomobili də satacaq. O, Təqsirləndirilən şəxsla razılaşmış və avtomobili ona vermişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs avtosalona gəlmiş və satışa qoyulmuş tranzit nömrə ilə olan ağ rəngli “Volkswagen” markalı Touareg modelli avtomobili görmüş və qiyməti ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobili 22000 ABŞ dollarına, yəni 37400 manata satışa qoymuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili ona versin, Elçin Səfərzadəyə verəcək və onun pulunu bir aya qaytaracaqdır. O, Təqsirləndirilən şəxsla razılaşmış və avtomobili ona vermişdir. 06 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs avtosalona gəlmiş və demişdir ki, “Ələkbər Hüseynova Almaniya Federativ Respublikasından “Opel” markalı Astra modelli avtomobil göndəriblər, avtomobillər gömrüyün dayanacağında qalıbdır, qeydiyyatdan keçirilməlidir. Həmin avtomobillərin qiyməti 8000 manatdır, bir ədəd “Opel” markalı Astra modelli avtomobili təcili satmalıdır, pulu gömrük rüsumuna ödəməlidir. Ona görə bir ədəd “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat satırlar”. 07 oktyabr 2020-ci ildə o, İsa Çingiziyə demişdir ki, ““Opel” markalı Astra modelli avtomobili 7000 manat al, sonra nisbətən baha satarsan”. Bundan sonra İsa Çingizi Təqsirləndirilən şəxsla “099” avtosalonunda görüşmüş və İsa Çingizi Təqsirləndirilən şəxs demişdir ki, “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alır, ancaq hazırda üzərində 3500 manat var, 2 günə də 3500 manat verə bilər. Təqsirləndirilən şəxs İsa Çingizi ilə razılaşmış və demişdir ki, onun adına baş etibarnamə yazdıracaqdır. İsa Çingizi Təqsirləndirilən şəxs demişdir ki, onun şəxsiyyət vəsiqəsi üzərində yoxdur, xalası oğlu Şahid8a adına baş etibarnamə verilsin. Təqsirləndirilən şəxs razılaşmışdır. Həmin vaxt İsa Çingizi “099” avtosalonda 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Təqsirləndirilən şəxs İsa Çingizinin qohumu Şahid8 adına “Opel” markalı Astra modelli avtomobilə görə baş etibarnamə yazdırıb vermişdir. “Opel” markalı Astra modelli avtomobil İsa Çingizidə qalmışdır. İki gündən sonra İsa Çingizi “099” avtosalonda aldığı “Opel” markalı Astra modelli avtomobilə görə qalan pulu, yəni 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra İsa Çingizi “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün sosial şəbəkədə "Turbo.az" saytına yerləşdirmişdir. 10 oktyabr 2020-ci ildə İsa Çingizi həmin avtomobili Əziz adlı şəxsə nisbətən baha satmışdır. 08 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili “099” avtosalona gətirmiş və demişdir ki, 9000 manat satır. Həmin vaxt avtosalonda yadında olmayan şəxs “Toyota” markalı Corolla modelli avtomobilə baxmış və alacağını bildirmişdir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxsla danışıb razılaşmış və razılığa əsasən səhəri gün “Toyota” markalı Corolla modelli avtomobilə görə baş etibarnamə verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobili satmışdır. 10 oktyabr 2020-ci ildə Ələkbər Hüseynov “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili avtosalona gətirmiş və ona həmin avtomobili göstərmişdir. O, demişdir ki, ““Opel” markalı Astra modelli avtomobili salona qoy, satılsın pulu verəcək”. O, Ələkbər Hüseynovla qiymət barədə danışmamış, o, qiymət məsələsini Təqsirləndirilən şəxsla danışmış və Təqsirləndirilən şəxs demişdir ki, əçen“ manata satırsan sat, mənə 7000 manat verərsən”. Əziz adlı şəxs İsa Çingizidən avtomobil almış və Əziz “099” avtosalonuna gələndə “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmişdir. Bundan sonra o, Əzizlə həmin avtomobili 8300 manata razılaşmış və həmin avtomobil Ələkbər Hüseynovun olsa da, sənəddə Şəki rayonundan olan Ramil adlı şəxsin adına olmuşdur. Təqsirləndirilən şəxs xərc çəkib Ramil adlı şəxsi Şəki rayonundan Bakı şəhərinə gətirmiş və Ramil adlı şəxs notarial qaydada Əziz adlı şəxsin adına baş etibarnamə vermişdir. Bundan sonra Əziz 8300 manat vermiş və o, Təqsirləndirilən şəxsla razılaşdığı kimi 7000 manatı Feyruza vermiş, 1300 manat isə ona qazanc qalmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs “099” avtosalonuna gəlmiş və ondan nisyə aldığı “Volkswagen” markalı Touareg modelli avtomobili və “Mercedes-Benz S” markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaq üçün gətirmişdir. O görmüşdür ki, “Volkswagen” markalı Touareg modelli avtomobilin sağ tərəfi əzilmiş və düzəldilmiş, “Mercedes-Benz S” markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 ay, yəni 9000 manat krediti ödənilməmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, “hər tərəfli ziyana salırsan, “Volkswagen” markalı Touareg modelli avtomobil əzilib yaxşı düzəlməyib, həmin avtomobili aşağı qiymətə satacaq, Mercedes-Benz S markalı avtomobilin isə 2 ay, yəni 9000 manat krediti ödənilməyibdir”. O, Təqsirləndirilən şəxs demişdir ki, “Volkswagen” markalı Touareg modelli avtomobili ona belə vəziyyətdə verməyibdir, avtomobilləri satıb, onun pulunu versin. Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobili və “Mercedes-Benz S” markalı avtomobili götürsün, ona hazırda kreditdə olan “BMW” markalı X6 modelli avtomobil gətirəcəkdir, ilkin ödəniş olan 10000 ABŞ dolları, yəni 17000 manatı özü ödəyəcəkdir, hər iki avtomobilə görə vurduğu ziyanı bu formada ödəyir və onlar belə razılığa gəlmişlər. 2020-ci ilin noyabr ayında o, “099” avtosalonunda olan zaman Təqsirləndirilən şəxs “BMW” markalı X6 modelli Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş və demişdir ki, həmin avtomobildir, ilkin ödənişi özü ödəyəcək və o, “BMW” markalı X6 modelli avtomobili avtosalona satışa qoymuşdur. O, Təqsirləndirilən şəxs demişdir ki, “Volkswagen” markalı Touareg modelli avtomobilə və “Mercedes-Benz S” markalı avtomobilə görə bir-birlərinə verəcəkləri yoxdur. Bundan sonra o, həmin avtomobili Elmir adlı şəxsə 9000 ABŞ dollarına, yəni 15300 manat satmışdır. Bir müddətdən sonra Elmir adlı şəxs ona zəng vurub demişdir ki, Fərid adlı şəxs zəng vurub deyir ki, “BMW” markalı X6 modelli Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs nisyə alıb, pulunu verməyibdir, o, avtomobilə məhdudiyyət qoyulacaq. O, Təqsirləndirilən şəxsla Fəridi “099” avtosalonunda görüşdürmüş və Təqsirləndirilən şəxs demişdir ki, pulu 3-4 günə verəcək. Fərid demişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. Həmin vaxt o, Fərid adlı şəxsə 4000 ABŞ dolları, yəni 6800 manat vermiş və demişdir ki, 15-20 günə Təqsirləndirilən şəxs verməsə, qalan 4200 ABŞ dolları, yəni 7140 manatı o verəcək. 20 gündən sonra Təqsirləndirilən şəxs Fəridin pulunu vermədiyi üçün o, məcbur olub 4200 ABŞ dolları, yəni 7140 manatı Fəridə vermişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 İbrahim oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, ev 41, mənzil 08-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2006-cı ildən Elçin Musayevin tanıyır və onlar bir məktəbdə oxumuşlar. Elçin Musayev avtomobil alqı-satqısı ilə məşğul olur və Elçin Musayev Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “099” avtosalonunu icarəyə götürüb işlədirmiş. O, 2017-2018-ci ildən ucuz düşən avtomobilləri alıb nisbətən baha satıb qazan əldə edir. Bu barədə Elçin Musayev və digər avtomobil alış-satışı ilə məşğul olan şəxslər bilirmiş və ucuz avtomobil düşəndə ona xəbər edirmişlər. 2020-ci ilin yaz-yay aylarında o, Elçin Musayevin işlətdiyi “099” avtosalonuna gedib-gələn zaman Təqsirləndirilən şəxsla tanış olmuş və Təqsirləndirilən şəxs da avtomobil alqı-satqısı ilə məşğul olurmuş. 04 sentyabr 2020-ci ildə Elçin Musayev onu işlədiyi “099’' avtosalonuna çağırmış və demişdir ki, “nisbətən ucuz “Kia” markalı Optima modelli avtomobil satırlar, istəyirsənsə gəl bax”. O, həmin avtosalona gedib görmüşdür ki, bir ədəd qırmızı rəngli “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil satışa qoyulmuşdur. Elçin Musayev ona demişdir ki, bu avtomobili Təqsirləndirilən şəxs 15000 manata satır, onlara təcili pul lazımdır. O, həmin avtomobilə baxıb bəyənmiş, həmin vaxt Elçin Musayevin yanında Təqsirləndirilən şəxs demişdir ki, beh olaraq 500 manat və şəxsiyyət vəsiqəsini verir, satılan avtomobilə görə ona baş etibarnamə versin. Təqsirləndirilən şəxs ona demişdir ki, baş etibarnamə alıb ona verəndən sonra pulun qalanını, yəni 14500 manat verər. O, Təqsirləndirilən şəxs razılıq vermiş və sonuncu çıxıb getmişdir. Həmin gün Təqsirləndirilən şəxs “099” avtosalonunda “Kia” markalı Optima modelli avtomobilə görə ona baş etibarnamə vermiş və o da 14500 manat pulu Elçin Musayevin yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb getmiş və o da həmin avtomobili satmaq üçün sosial şəbəkədə “Turba.az” saytına 16500 manat yerləşdirmişdir. Səhəri gün, yəni 05 sentyabr 2020-ci ildə “Kia” markalı Optima modelli avtomobilə müştəri düşmüş, Elçin Musayev həmin avtomobili satmış və ona 16000 manat vermiş, o da həmin gün “Kia” markalı Optima modelli avtomobili alan şəxsə baş etibarnamə vermişdir. Apellyasiya baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Səfərov Elçin ilə şərikli maşın alveri ilə məşğul olduqlarını, Zərərçəkmiş şəxs1la heç bir iş görmədiyini, Elçin rəhmətə gedəndən sonra atasının ondan şikayət edərək guya sonuncunun onda 55000 ABŞ dolları pulu olduğunu bildirdiyini, lakin onun onlara o qədər borcu olmadığını, onlara 2 ədəd maşın aldığını, onlardan “KİA Stinger” markalı maşının Elçinin adına 25000 dollara, digərinin isə “BMW 582” markalı maşın olmaqla sonuncunun qardaşı İsimxanın adına 17000 dollara alındığını, bir neçə ay sonra Elçinin “KİA Stinger”lə qəza törətdiyini və ona atasının xəbəri olmadan maşını düzəltdirib satmağı dediyini, onun həmin maşın üçün tanışları vasitəsi ilə Moskvadan ehtiyat hissələri gətizdirdiyini və 4000 manata yaxın xərc çəkdiyini, Elçinin həmin pulu ona vermədiyini, sonuncunun ona şərik olmağı, maşını satıb onun işinə qoymağı, aylıq Elçinə qazanc verməyi təklif etdiyini, həmin maşını Elçinin yanında 23000 dollara satdığını və pulu işə qoyduğunu, 4000 manat pulunu da götürmədiyini, 10 ay Elçinə minimum 2000 manat qazanc verdiyini, sonuncunun onda olan 39000 manat pulundan 4000 manat çıxandan sonra 35000 manat qaldığını, avqust, ya da sentyabr ayında Elçinin həmin puldan 18000 manat götürdüyünü və onda 17000 manat pul qaldığını, oktyabr ayında Elçinin təklifi ilə “BMW” markalı avtomobili 17000 dollara satıb yenə də sonuncuya aylıq 2000 manat qazanc verdiyini, Elçinə verdiyi maşınları sonuncunun qəzaya saldığını, lakin təmir xərclərini onun çəkdiyini, Elçinlə işləmək ona sərf etmədiyi üçün ayrılmaq istədiyini, Elçinin istəyi ilə sonuncuya “X29” alıb verdiyini, Elçinin həmin maşını 1 ay sürdükdən sonra gətirib qaytararaq ona “istəmirəm, mənə qazanc ver” dediyini, onun həmin maşını satdığını, 2-3 ay bir yerdə işlədikdən sonra alınmadığını gördüyünü, Elçin istəyi ilə sonuncuya olan borcunun əvəzində 22000 dollara “Volkswagen Touareg” aldığını, 1 həftə sürdükdən sonra Elçinin həmin maşını vurduğunu, onun maşını aldığı adamın yanına gedib xoşuna gəlmədiyi üçün maşını qaytarmaq istədiyini dedikdə maşını satan şəxsin maşının bir tərəfi vurulduğu üçün 18000 dollara geri aldığını, onun “Maserati” markalı maşınını Elçinə versə də, sonuncunun həmin avtomobili də qəzaya saldığını, lakin 7500 manat təmir xərcini özünün çəkdiyini, təmir xərcini də borcdan çıxandan sonra Elçinə 2500 manat borcu qaldığını, “Bentley” markalı maşını Elçinə verdiyini, sonuncunun həmin maşını da vurduğunu və təmirə 2000 manat çıxan xərci özünün çəkdiyini, Zərərçəkmiş şəxs2 Mirşahin oğlunun 4 ədəd maşınını satıb sonuncunun razılığı ilə pulu ondan götürdüyünü və borclarını ödədiyini bildirmişdir. Apellyasiya baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mirşahin oğlu Təqsirləndirilən şəxs ilə yaxın dostl olmaqla bir-birilərinin evinə gəlib getdiklərini, ona görə də Feyruza etibar etdiyini, 4 maşının arasında bir dənə də maşın olduğunu və Feyruzun oradan ona 4000 manat borcu qaldığını, ona görə də Feyruza əlbəəl maşın vermədiyini, maşınlar sonuncunun onu tanış etdiyi şəxsin salonuna aparıb qoyduğunu, Feyruzun ona “arxayın ol, qiyməti de, özləri üstünə biraz qoyub qazanc edib maşını satıb pulunu verəcəklər” dediyini, “Toyota Carola” markalı maşını məcbur olub verdiyini, qalan 3 maşını aparıb salona qoyub satılanda pulunun verilməsini xahiş etdiyini, lakin pulların Feyruza çatdığını, Feyruzun banka kredit ödəməsinə bir halda şahidi olduğunu, həmin vaxt gəlib alqı-satqının üstünə çıxıb onun maşınının satıldığını gördüyünü və Feyruzun ona 9000 manatlıq maşını 7500 manata satdığını dediyini, səbəbini soruşanda sonuncunun ona “o mənlikdir, 2-3 günə sənin pulunu verəcəm” bildirdiyini demiş, məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Feyruzun ona heç bir ödəniş etmədiyini, əvvəlki maşınların pulu ödənilmədiyi halda Feyruzun bahalı maşınlar sürdüyünü, eləcə də dost olduqları üçün sonuncuya inandığını, 4 maşın satılandan sonra Feyruzun ona zəng vurub pulu götürmək üçün razılıq aldığını, Feyruzun ona kreditdə maşınları olduğunu, kredit ödəyəcəyi üçün bir müddət pulun sonuncuda olmasını dediyini, axırıncı maşını Feyruza verəndə “bunu da sat, maşınların pulunu birlikdə verərsən” dediyini bildirmişdir. Apellyasiya baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs övladı X21 ilə yoldaşlıq etdiyini, bəzən onlara maşın almağa kömək etdiyini, digər övladı X16 əsgər gedəndə Elçinin ona “Kia Stringer” markalı avtomobili satmağı, İsmixan gələndə başqa avtomobil almağı, o vaxta kimi “BMW” markalı maşını Elçinin idarə etməsini təklif etdiyini, qeyd olunan maşın satıldıqdan sonra Feyruzun söz versə də pulu gətirib vermədiyini, sonuncunun ona heç bir pul vermədiyini, sonuncu ilə Elçinin şərik olmadığını və Feyruz arada Elçinə sürməyə maşın verdiyini bildirmiş, məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq birinci satılan “Kia Stinger” markalı maşının pulunu vermədiyi halda oğlu Elçin “BMW” markalı maşını dəyişmək istədiyi üçün razılaşdığını, Feyruzun maşın satılanda pulu ona verəcəyini desə də, sonra pulu vermədiyini, “Kia Stinger” markalı maşını Feyruza satmaq üçün verdiyini, Elçin “BMW” markalı maşını Feyruza verəndə onun Feyruzla digər maşının pulunu vermədiyinə görə aralarında problem olduğunu, Feyruz “yaxşı maşın var, ver, mən tez dəyişdirib verim sənə” dediyi üçün “BMW” markalı maşını verdiyini, Feyruzun həmin iki maşının əvəzinə mühərriki nasaz “Volkswagen Touareg” markalı maşın verdiyini bildirmiş, Feyruz “bu maşını satım pulunu verim ya da əvəzində başqa maşın verim” dediyini, sədrlik edənin “Siz ibtidai istintaqdakı ifadənizdə demisiniz ki, biz Feyruza maşının nömrəsini dəyişdirmək üçün etibarnamə vermişdik, amma Feyruz maşının nömrəsini dəyişdirmək adı ilə satıb pulunu verməyib. Lakin məlum olub ki, siz ona baş etibarnamə vermisiniz. Müstəntiqin sizə bu ziddiyyəti aradan qaldırmaq üçün sualına cavab vermisiniz ki, “Elçin mənə dedi ki, pul Feyruzdadı bir müddət sonra qaytaracaq”. Bununla bağlı nə deyə bilərsiniz? sualına “Xatırlamıram” cavabını vermişdir. Apellyasiya baxışında şahid qismində dindirilmiş X4 Feyruz Firudin oğlu ilə X14 dost olduğunu, Feyruzun onun işlətdiyi obyektə gəldikdə tanış olduqlarını, Elçini Feyruzun yanına gələndə görüb tanıdığını bildirmiş, müdafiəçinin “Feyruz sizin yanınızda pul qoyub ki, Elçin gəlib götürsün?” sualına “Arabir olurdu. Amma daha çox Feyruz Elçinə pulu özü verirdi. Elçin Feyruzun yanına pul və ya maşın götürməyə gəlirdi, həftədə 1-2 dəfə pul dalınca gəlirdi” cavabını, sədrlik edənin “Siz ibtidai istintaqdakı ifadənizdə qeyd etmisiniz ki, kirayədə yaşadığım müddətdə Feyruz dəfələrlə mənə zərfdə pul verib ki gəlib səndən götürəcəklər, həmin şəxslərdən biri özünü Elçin kimi təqdim edərək polis olduğunu bildirmişdir, Elçinə təxminən 4-5 dəfə pul vermişəm. Pulun miqdarını bilməsəm də, zərfin ağırlığından çox pul olduğunu düşündüm. Bir dəfə Feyruz mənə xarici ölkədən zəng vurdu və onda ona özümdən 600 manat verdim, sonra Feyruz pulu qaytardı. Bundan başqa, Feyruz mənə 2-3 dəfə pul vermişdir, adını bilmədiyim ağsaçlı kişi gəlib götürmüşdür. Kimdir o ağsaçlı kişi?” sualına “Tanımıram axı onu”, “İfadələriniz arasındakı ziddiyyəti necə izah edirsiniz?” sualına “mən pulu çatdırmışam, kimə və niyə verildiyini bilməmişəm”, “Elçinə Feyruzun tapşırığı ilə əlbəəl pul vermisiniz?” sualına “Bəli, 4-5 dəfə pul vermişəm” cavabını vermişdir. Apellyasiya baxışında şahid qismində dindirilmiş X3 Feyruz Firudin oğlu ilə uzaq qohum olduqlarını, özünün taksi sürdüyünü, Feyruzun ona dəfələrlə çatdırmaq üçün pul verdiyini, pulu çatdırdığı adamları dəqiq xatırlamadığını, Feyruzun verdiyi pulları “Bolmart”la üzbəüz yerdə, bir neçə dəfə də Bakı şəhərinin Yasamal rayonunda çatdırdığını bildirmişdir. Apellyasiya baxışında şahid qismində dindirilmiş X1 Feyruz Firudin oğlunu 2015- 2016-cı illərdən tanıdığını, sonra sonuncunun həbs olunduğunu eşitdiyini bildirmiş, məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Feyruzla Elçinin birlikdə maşın alveri etdiklərini, fərdi işlədiklərini, Feyruzun ondan maşın kreditləşdirmək üçün kömək istədiyini, sonuncunun maşınlarından birini bankdan onun keçirtdiyini və həmin maşını Elçinin sürdüyünü gördüyünü bildirmişdir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsi ilə, hər iki epizod üzrə bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Səfərov Rəşid İsmixan oğluna məxsus, sonuncunun oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, “Kia” markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatması, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib Səfərov Rəşid İsmixan oğluna məxsus, sonuncunun oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə Rəşid Səfərovun etibarından sui-istifadə edərək “BMW” markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun oğlu Elçin Səfərzadədən alıb ələ keçirməsi və vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Səfərov Rəşid İsmixan oğluna ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, hər iki maşın Səfərov Rəşid İsmixan oğlunun oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Təqsirləndirilən şəxs verilmiş, Feyruzla Elçinin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatmaq və ya etibardan suiistifadə etməklə ələ keçirmək niyyəti olmamışdır. İş materialları ilə müəyyən edilir ki, istər ““Kia” markalı “Stinger” modelli, istərsə də “BMW” markalı maşınlar Feyruz tərəfindən Elçinin və onun atası Rəşidin iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra Rəşidin oğlu Elçin ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulunu, daha sonra “BMW” markalı maşının pulunu dövriyəyə buraxmaq üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ilə X21 arasında mülkü münasibətlər mövcud olmuş, Təqsirləndirilən şəxs nə Elçinə, nə də Rəşidə qarşı dələduzluq niyyəti olmamışdır. Bu epizod üzrə məhkəmə bəraət hökmü çıxardarkən iş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq, məhkəmə istintaqları zamanı verdiyi ifadələrinə, şahidlər Pənahov Rəşadın, Məmmədov Rafiqin, Nuriyev Orxanın ifadələrinə, birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsinə, Zərərçəkmiş şəxs1 ziddiyətli ifadələrinə və iş üzrə dindirilmiş digər şahid ifadələrinə, ibtidai istintaq zamanı toplanılmış və məhkəmə istintaqları zamanı tədqiq olunmuş sübutlara istinad istinad edir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlanlarının adına olan 02 maşını özgəninkiləşdirmiş və nəticə etibarı ilə əldə olunmuş külli miqdarda pul vəsaitini ələ keçirmişdir. Onun rəhmətlik oğlu ilə Feyruzun arasında hər hansı işbirliyi mövcud olmamışdır. Lakin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Rəşidin oğlu Elçinlə onun arasında işbirliyi mövcud olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi halları şahid Pənahov Rəşad, Nuriyev Orxan öz ifadələrində təsdiq etmişdirlər. Belə ki, şahid X4 Feyruzla Səfərov Elçin arasında iş birliyinin olmasını, Təqsirləndirilən şəxs Səfərov Elçinə dəfələrlə pul göndərməsini bildirmişdir. Digər şahid X8 da Təqsirləndirilən şəxsla Səfərov Elçin arasında iş birliyinin olmasını təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 02 avtomobil satıldıqdan sonra Təqsirləndirilən şəxs onun oğlunu aldatmaq üçün mühərriki nasaz “Touareq” markalı maşın verdiyini bildirsə də, onun dediyi bu hal təkzib olunmuşdur. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də Şahid3 “Touareq” markalı maşının Elçin tərəfindən vurulması nəticəsində qaytarılmasını təsdiq etmişdirlər. Qeyd olunan bu hallar Təqsirləndirilən şəxs dələduzluq cinayətinin zəruri tərkib əlaməti olan özgə əmlakını ələ keçirmək niyyətinin olmadığını təsdiq edir və istinad olunan sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayəti törətməsi istisna olunur.Məhkəmə kollegiyası qeyd edir ki, istənilən cinayət tərkibinin mövcud olması üçün əməldə cinayət tərkibinin bütün zəruri əlamətləri mövcud olmalıdır. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomobillərin talanmasında ittiham olunur. Lakin iş materiallarındakı sübutları nəzərdən keçirərkən müəyyən olunur ki, hər iki avtomobil Zərərçəkmiş şəxs1 oğulları Səfərov Elçin və İsimxanın adına olmuş, sonuncular tərəfindən verilmiş etibarnamələr əsasında onların iradəsinə uyğun özgəninkiləşdirilmiş, daha sonra mərhum Səfərov Elçinin təşəbbüsü ilə həmin məbləğlər avtomobillərin alğısatqısı və gəlir götürülməsi üçün Təqsirləndirilən şəxs verilmiş, bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən mərhum Səfərov Elçinə “Touareq” markalı avtomobil verilmişdir. Qeyd olunan işin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs əməllərində dələduzluq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs2 Mirşahin oğluna aid epizodla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Hüseynov Ələkbər Mirşahin oğluna məxsus X31 oğlunun adına qeydiyyata alınmış 18500 manat dəyərində “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 18500 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Kia” markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid4 İbrahim oğluna satacağına inandırmaqla Ələkbər Hüseynov tərəfindən 04 sentyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid4 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 15000 manata sataraq pulunu ələ keçirməsi, eyni niyyətlə qanunsuz əməllərini davam etdirərək Hüseynov Ələkbər Mirşahin oğluna məxsus 9000 manat dəyərində “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Opel” markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid6 Yadulla oğluna satacağına inandırmaqla Ələkbər Hüseynov tərəfindən 07 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulunu ələ keçirməsi, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Hüseynov Ələkbər Mirşahin oğluna məxsus, sonuncunun anası Hüseynova Ziyafət Mikayıl qızının adına qeydiyyata alınmış 11000 manat dəyərində “Toyota” markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Toyota” markalı Corolla modelli Az 99- DY-726 dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə X32 oğluna satacağına Ələkbər Hüseynovu inandırmaqla sonuncunun razılığı ilə anası Ziyafət Hüseynova tərəfindən 08 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Təbriz Quliyevin adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 9000 manata sataraq pulunu ələ keçirməsi, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Hüseynov Ələkbər Mirşahin oğluna məxsus, sonuncunun tanışı X20 adına qeydiyyata alınmış 9000 manat dəyərində “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Ələkbər Hüseynovun etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş “Opel” markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Əziz Nabifariyə satacağına Ələkbər Hüseynovu inandırmaqla sonuncunun razılığı ilə tanışı Ramil Kabilov tərəfindən 19 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Hüseynov Ələkbər Mirşahin oğluna ümumilikdə 47500 manat xeyli miqdarda maddi ziyan vurması üzrə təqsiri sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, bu epizod üzər də Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda, birinci instansiya məhkəməsində və apellyasiya istintaqındakı ifadələri ilə, Zərərçəkmiş şəxs2 Mirşahin oğlunun apellyasiya istintaqı zamanı verdiyi ifadəsi ilə, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 Mirşahin oğlu arasında borc münasibətlərinin mövcud olması və Təqsirləndirilən şəxs əməlində dələduzluq niyyətinin olmaması sübuta yetirilir. Məhkəmə kollegiyası bu epizoda da mülki mübahisə olaraq yanaşır. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 Mirşahin oğlu arasında mövcud olmuş münasibətlərdə Təqsirləndirilən şəxs dələduzluq niyyətinin olması sübuta yetirilmir. Belə ki, apelllyasiya istintaqı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, 04 ədəd avtomobili satdıqdan sonra əldə edilmiş pul vəsaitini Zərərçəkmiş şəxs2 əvvəlcədən alınmış razılığı ilə öz borclarının ödənilməsinə yönəltmişdir. Bu halı müəyyən etmək üçün Zərərçəkmiş şəxs2 sual verilmiş və o da hər 04 ədəd maşının pulunun Feyruz tərəfindən götürülməsinə əvvəlcədən razılıq verdiyini bildirmişdir. Qeyd olunan hallar dələduzluq cinayətində mühüm əlamət olan niyyəti istisna edir və bu epizod üzrə də Təqsirləndirilən şəxs dələduzluq cinayətinin törədilməsində təqsiri sübuta yetirilmir. Həmçinin, Zərərçəkmiş şəxs2 ilk 02 ədəd avtomobili satıldıqdan və daha sonra 3-cü avtomobili satmaq üçün verdikdən, Təqsirləndirilən şəxs onun pulunu götürməsindən sonra, 4-cü avtomobili satmaq üçün Təqsirləndirilən şəxs onun tərəfindən nə üçün verilməsini əsaslı izah edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlardan ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olardı. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 74-cü bəndinə əsasən, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Qeyd olunan normanın tələbləri nəzərə alınaraq, məhkəmə kollegiyası zərərçəkmiş şəxs Hüseynov Ələkbər Mirşahin oğlunun nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmalı, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal həbsdən azad olunmalı, Zərərçəkmiş şəxs2 nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunsun, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərarın surəti məlumat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Zərərçəkmiş şəxs2 nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 408-414-cü maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar