Məhkəmə qərarları › İş №1(103)-232/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-232/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-232/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ş.Rustaveli küçəsi ev 4/8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1225/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.Y.Nəbiyevin sədrliyi ilə, Ə.N.Hacıyev və R.Ə.Sadıxovdan ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 245-ci maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18(on səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olarkən gəlini Zərərçəkmiş şəxs əri ölkə hüdudlarından kənarda olduğu üçün dul qadın sayıldığını və günün istənilən vaxtında evdən çıxaraq sərbəst həyat tərzi keçirəcəyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində qısqanclıq zəminində gəlininin hərəkətlərini ailəsinə qarşı edilmiş xəyanət kimi qəbul edərək gəlini Zərərçəkmiş şəxs öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə ondan qisas almaq qərarına gələrək 26 yanvar 2021-ci il tarixdə saat 15 radələrində yaşadıqları həmin evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisənin gedişində sonuncunu qəsdən öldürməsi üçün uyğun zaman seçərək, yəni evdə birlikdə yaşadığı arvadı Məhərrəmova X3 olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamağa başı qarışmasından istifadə edərək törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və törədilməsi ilə bağlı plan qurmaqla gəlini Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edərək yaşadığı evin qaraj kimi istifadə edilən zirzəmisinə düşərək orada masa üzərində olan çəkic formalı aləti götürüb Zərərçəkmiş şəxs olduğu yataq otağına gələrək arxası ona tərəf dayanmış zərərçəkmiş şəxsə yaxınlaşıb sonuncunu öldürmək məqsədilə həyat üçün vacib orqanı olan baş nahiyəsindən əlində olan çəkic formalı alətlə qəsdən öldürmək məqsədilə ardıcıl olaraq iki dəfə zərbə vuraraq xəsarətlər yetirmiş, sonuncunun “ata neyləmişəm məni vurdun?” deməklə inildəyərək aman diləməsinə əhəmiyyət verməyib xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə aldığı xəsarətlərdən hərəkətsiz qalan Zərərçəkmiş şəxs əllərindən tutub yerdə sürüməklə əvvəlcə qonaq otağına, oradan isə eyni üsulla pilləkənlərin üstü ilə yaşayış evinin həyətyanı sahəsinə - qaraj kimi istifadə olunan zirzəminin qarşısına gətirib orada arxası üstə uzatmış, daha sonra cinayəkar niyyətini başa çatdırmaq məqsədilə evin mətbəxindən kəsici-deşici xüsusiyyətlərə malik aləti götürüb yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq həyat və sağlamlığı üçün əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyəsi istiqamətindən əlində olan kəsici-deşici alətlə qəsdən öldürmək məqsədilə zərbələr vuraraq xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Zərərçəkmiş şəxs öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq, evin zirzəmisindən götürdüyü balta formalı alətlə və zərərçəkmiş şəxsə xəsarətlər yetirdiyi kəsici-deşici alətlə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla meyiti hissələrə ayırmış, qarın və üz nahiyəsinin dərisini soymuş, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb özünə məxsus “Hyundai İX 35” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq həmin gün saat 20 radələrində qeyd edilən avtomobili idarə edib ünvan 2 ünvanda yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atmaqla meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, məhkumun əməlinin düzgün tövfis edilməməsini, ona təyin edilmiş cəzanın həddindən artıq ağır olmasını, cinayət hadisəsinin zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsinin nəzərə alınmadığını göstərərək, məhkəmə kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs əməlinin AR CM-in 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməsi, onun barəsində AR CM-in 120.1-ci və 245-ci maddələri ilə həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qisminə göstərilmişdir ki, o, ahıl yaşındadır və 76 yaşına kmi bir dənə də olsun cinayət əməli törətməmişdir. Bəli, o, oğlunun həyat yoldaşı Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Hökmdə qeyd edilir ki, qısqanclıq zəminində Banını öldürmüşdür. Qısqanclıq bir hisdir, onun həyat yoldaşı var, uzun müddətdir ki, birlikdə ömür sürürlər, Banı isə oğlunun həyat yoldaşı, evinin gəlini, nəvələrinin anasıdır. Onu qızı qədər istəyib. Ailəsinin digər üzvləri kimi namusudur. Bu səbəbdən, onun öz namusunu qısqanclıq hissinə əsaslanıb, qətlə yetirə bilməsi məntiqə uyğun deyildir. Belə ki, qısqanclıq hiss, əxlaqsızlıq hərəkətdir. İbtidai istintaq materiallarında və birinci instansiya məhkəməsinin hökmündə ifadəsi qeyd edilən şahid ifadələrinə əsasən də onun hərəkətləri əxlaqsız hərəkətlər olmuşdur. Cinayət işi materillarında, ittiham aktında öz əksini tapan 27 yanvar 2021-ci il tarixli, 11775-1221 nömrəli Daxili İşlər Nazirliyinin kriminalist təhqiqatlar idarəsinin məktub və arayışı əxlaqsızlığın bilavasitə sübutu olduğunu özündə əks etdirir. Belə olan halda cinayət əməlini törədərkən onun ruhi həyacan vəziyyətində olması məhkəmə təhqiqatının obyekti olması, habelə işə obyektiv qiymət verilməsi üçün komission ekspertizanın təyin edilməsi prosessual qanuna əsasən tətbiq edilməsi zəruri deyilmi!? Eyni zamanda barəsində çıxarılan hökmün ədalətsiz olmasına dəlalət etmirmi? Bundan başqa ittiham aktı ilə məhkəmə hökmündə qeyd edilən işin halları ilə uyğun gəlmir mi!? İstintaq materiallarında olan, ittiham aktında təsdiq olunan, Zərərçəkmiş şəxsın bir neçə şəxi ona məxsus evə müxtəlif vasitə və yollarla dəvət etməsi, evində əxlaqsız hərəkətlərə təhrik etməsi, başqa halda evində yaxınlıq etməsi ailəsinə və ona qarşı əxlaqsız hərəkətlər deyilmi!? Eyni zamanda evini əxlaqsızlıq yuvasına çevirməsini tam şəkildə təsdiq etmirmi!? Bu hal, əxlaqsızlıq yuvasını yaratma cinayət tərkibini yaratmırmı!? Nə üçün onun barəsində olan məhkəmə baxışında, barəsində çıxarılan hökmdə tədqiq edilib, qiymət verilməmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və barəsində çıxarılmış hökmə dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qisminə göstərilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, guya o, amansızlıqla digər şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Əslində isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs münasibətdə isə tamamilə qanunsuz və ədalətsiz olmuşdur. Hökmün qanunsuz olması İdris Məhərrəmox un əməlinin düzgün tövsif edilməməsi, ədalətsiz olması isə təyin edilmiş cəzanın həddindən artıq ağır olması ilə səciyyələnir. Belə ki, cinayət işinin materialları ilə və aparılmış məhkəmə istintaqı zamanı sübut edilmişdir ki, hadisənin törədilməsinə bilavasitə səbəb mərhum zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri olmuşdur. Bu əxlaqsız hərəkətlər isə həm mənəvi-əxlaqi dəyərlərimizə, həm də hamılıqla qəbul etdiyimiz “namuslu Azərbaycan qadını” adına ləkədir. Hələ bu cür iyrəncliyə yol vermiş qadının peşmançılığını ifadə etmək əvəzinə, ailənin böyüyü sayılan şəxsə qarşı nümayişkaranə surətdə “əcəb etdiyini” bildirməsi qəbuledilməz olmaqla yanaşı, həm də hadisənin törədilməsinə bilavasitə səbəb olmuşdur. Buna görə də hesab edir ki, cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilmişdir. Bu isə öz növbəsində Təqsirləndirilən şəxs törətdiyi əməlinin xüsusi amansızlıqla törədilməsini birmənalı şəkildə istisna edir. Eyni zamanda qeyd edir ki, hazırki cinayət hadisəsinin törədilməsinə psixi zorakılıq birbaşa təsir göstərmişdir. Zorakılığın bildiyimiz kimi iki növü fərqləndirilir: Fiziki və psixi zorakılıq. Belə ki, fiziki zorakılıq kimi döymə, əzab vermə, sağlamlığa zərər vurma, zorlama və sairlə ifadə oluna bilər. Psixi zorakılıq isə fiziki zor tətbiq etməklə və ya rüsvayedici məlumatları yaymaqla, hədələməklə, onun sahib olduğu mənəvi dəyərləri aşağılanmaqla ifadə olunur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxs tərəfindən edilən əxlaqazidd hərəkətlərin mənəvi təsiri az əhəmiyyətli deyildir və affekt vəziyyətinin yaranması üçün kifayət edir. Ağır təhqir dedikdə isə şəxsin şərəfinin, ləyaqətinin son dərəcə kobud surətdə alçaldılmasında ifadə olunur. Ağır təhqir milli, dini hissləri təhqir etmə, ağır cinayətdə ittiham etmək və s. ifadə olunur. Təhqirin ağır olub-olmadığı, belə təhqirin təqsirkar tərəfindən ağır təhqir kimi qiymətləndirilməsi ilə devil, cəmiyyətdə ümumqəbul edilmiş mənəvi dəyərlərə, milli adət və ənənələrə uyğun gəlib-gəlməməsi nöqteyi-nəzərindən müəyyən edilməlidir. Burdan belə nəticəyə gələ bilərik ki, evli və uşaqlı qadının başqa kişiləri müəyyən məqsədlərlə evinə dəvət etməsi, onlarla seksual xarakterli hərəkətlərdə olması cəmiyyət tərəfindən ümumi qəbul olunan əxlaq normalarına ziddir. Təhqirin ağır olması şəxsiyyəti xarakterizə edən hallardan da asılı ola bilər. Deməli, əxlaqsız hərəkətlərə nikahda olan, yaxud faktiki birlikdə yaşayan qadının və ya kişinin birinin digərinə açıq xəyanət etməsi və s. aid ola bilər. Təqsirkarda qəflətən güclü ruhi həyəcan vəziyyətinin yaranmasının səbəblərindən biri kimi həm də zərərçəkmiş şəvsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şəraiti çıxış edir. İttiham aktında göründüyü kimi, Təqsirləndirilən şəxs uzun müddət gəlininin əxlaqsız hərəkətlərinə etiraz etmiş, namusunu kirlətdiyini, ailəsini biabır etdiyini demiş, əxlaqa və mənəvi dəyərlərə zidd əməllərindən çəkinməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə həyat yoldaşının xaricdə olmasını əsas gətirərək, nə istəsə edə biləcəyini, istədiyi kişi ilə görüşə biləcəyini demişdir. Məhz bu uzun müddətli dözülməz psixoloji şərait onun bu cinayəti törətməsinə səbəb olmuş, öldürdükdən sonra isə güclü psixoloji həyəcanla cəsədi hissələrə ayırmışdır. Bu isə öz növbəsində açıq-aşkar göstərir ki, Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi əməldə iradəvi nəzarəti zəifləmiş, həmin əməlləri dərk etmə əhatəsi daralmışdır. Güclü ruhi həyəcan vəziyyəti psixologiya elmində fizioloji affekt və patoloji affekt kimi qruplaşdırılıb. Patoloji affektdə cinayət məsuliyyəti olmur çünki, cinayət edən öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyəti tamamilə itirir, iradəvi fəaliyyəti yox olur. Fizioloji affekt vəziyyətində isə şəxsin öz davranışı üzərində nəzarət zəifləyir, dərk etmə əhatə daralır, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Buna görə də hesab edirəm ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən AR CMnin 59-cu və 60-cı maddələrinin tələblərinə əməl edilməlidir. Belə ki, AR CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. AR CM-nin 59.1.8-ci maddəsində isə cinayətin zərərçəkmiş şəxin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməyərək kobud qanun pozuntusu etmiş və nəticədə qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur. Buna görə də hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)- 1225/2021 saylı hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs əməli AR CM-nin 120.1-ci maddəsinə tövsüf edilməli və ona AR CM-nin 120.1-ci və 245-ci maddələri ilə həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlilləri qisminə göstərilmişdir ki, aşağıdakı xüsusatlara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-1225/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli hökmünü əsassız və ədalətsiz hesab edir: Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən əməl mübahisələndirilmir, lakin hesab edir ki, ibtidai istintaq oraqanı və birinci instansiya məhkəməsi əməlin tövsifində və cəza təyininində səhvə yol vermişdir. Belə ki, ilk öncə ibtidai istintaq orqanı tərəfindən hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs əməli səhvən Azərbaycan Respublikası CM-nin 120.2.4 və 245-ci maddələri ilə tövsif edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ittiham elan etməsinə baxmayaraq sonuncunun hərəkətlərində xüsusi amansızlığın nədən ibarət olduğunu göstərə bilməmişdir. Belə ki, cinayəti gizlətmək məqsədilə meyiti hissələrə parçalamaq təqsirkar şəxsin əməlini xüsusi amansızlıqla adam öldürmə kimi tövsif etməyə əsas vermir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir: “gizlətmək məqsədilə meyitin hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz.” Yenə həmin Qərarda göstərilir: “əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir.” Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ittiham edildiyi əməli törədərkən xüsusi amansızlıq məqsədi olmamış, qısqanclıq motivi ilə hərəkət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu Fariz Məhərrəmov 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin vaxtdan Zərərçəkmiş şəxs da onlarla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşamağa başlamışdır. Farizlə Banının birgə nikahından 2015-ci ildə İdris adlı oğlan övladları dünyaya gəlmiş, bundan sonra Zərərçəkmiş şəxs həyat yoldaşı ilə tez-tez ailəməişət zəminində mübahisə etməyə başlamışdır. Həmin ərəfələrdə Banının anası onlarda olarkən qızının etik olmayan davranışları barədə ona demişdir. 2017-ci ildə Banı ilə oğlu Fariz arasında böyük narazılıqlar yarandığından gəlini 4-5 ay atasının Naxçıvan Muxtar Respublikasının Əliabad kəndindəki evində yaşamışdır. Bir müddət sonra Banının ailəsi və özü peşman olduqlarını bildirərək Banının yenidən qayıtmasını xahiş etmiş, gənc ailənin dağılmaması üçün bunu qəbul etmişlər. Banı gəldikdən təxminən 4-5 ay sonra yenə Farizlə və arvadı Bülbüllə ailə-məişət zəminində mübahisə etməyə başlamışlar. 2018-ci ilin payız aylarında X9 adlı oğlan övladları dünyaya gəlmiş, bundan sonra Banı daha da aqressivləşmiş və digər ailə üzvləri ilə yanaşı onunla da söyüşlə danışmağa başlamışdır. Mübahisələr qarşılıqlı xarakter almış və narazılıq böyümüşdür. Bununla əlaqədar Banının anasına zəng edərək qızını aparmasını demiş, anası gəlib Banını aparmış və Banı bir müddət Bakı şəhərində xalasıgildə yaşamışdır. Banının davranışlarına görə qızları evinə qonaq gələ bilməmişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində Fariz Banını yataq otağında başqa kişi ilə telefonla danışanda tutmuş, lakin Banı telefonun kodunu demədiyi üçün onun kimlə danışmasını bilməmişlər. Oğlu Kanadaya getdikdən təxminən 4-5 ay sonra arvadı Bülbül Banının başqa kişi ilə telefonla danışmasını müəyyən etmiş və bu barədə ona demişdir. Həmin vaxt arvadı oğlanın nömrəsini telefondan götürüb onunla danışmış, Banının əvvəlcə həmin oğlanın dostu ilə telefonla danışması, sonra isə həmin oğlanın özü ilə münasibət qurması müəyyən edilmişdir. 2020-ci ilin yay aylarında Banı Binəqədi rayon polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək qızı Xəyalənin onu şərləyərək pulunu götürməsini bildirmiş, lakin onun dedikləri sübuta yetməmişdir. Qızı Xəyalə də Banının belə hərəkətlərinə görə evdən getmiş və ayrılıqda yaşamağa başlamışdır. 17 yanvar 2021-ci il tarixdə Banı arvadı Bülbüllə mübahisə edərək ona “sən burada yaşamayacaqsan, evi boşalt, səni görəndə əsəbiləşirəm” demiş, aralarında olan mübahisədən sonra 18.01.2021-ci il tarixdə arvadı Bülbül 6-cı mikrorayonda yaşayan qızı Xəyalənin evinə getmişdir. Qızı “Caspian HospitaFda tibb bacısı kimi növbədə olduğundan 24 yanvar 2021-ci ildə, axşam saatlarında arvadı yaşadığı evə gəlmiş, bir gün evdə qalaraq səhəri gün isə getmişdir. 18.01.2021-ci il tarixdən sonra Banıya başqa kişilərlə görüşməsinin qarşısını almaq məqsədilə darvazadan çölə çıxmağa icazə verməmiş, Banı isə uşaqları ona verməyəcəyindən qorxduğu üçün evdən çıxmamışdır. 25.01.2021-ci il tarixdə saat 18 radələrində şəhərdən evə gələndə həyətlərində Banı ilə üzbəüz bir nəfər tanımadığı cavan oğlanın evin pilləkəninin qarşısında söhbət etdiklərini görmüş, oğlandan kim olmasını soruşduqda sonuncu tutularaq cavab verməmiş, Banı oğlanın qarşısına keçərək Məhəmməd dayısının oğlu olmasını demiş, oğlan tələsik getmişdir. Bundan sonra Banıya iradlarını bildirdikdə sonuncu şəxsi həyatının olduğunu, bunu qəbul etmədiyi halda arvadının yanına getməyi məsləhət bildiyini demişdir. Həmin şəxsin Banı ilə qadın kişi kimi görüşməyə gəldiyini başa düşmüş və Banının oğlu ilə ailəli olduğu halda başqa şəxslərlə görüşməsinin ailələrinin adına ləkə gətirdiyi düşünmüşdür. Əvvəllər də Banının boşanacağı halda məcburi qaydada eyni evdə yaşamalı olduğunu kimdənsə eşitmiş və boşanacağı halda birlikdə yaşadığı evdə daha da saymazyana başqa kişilərlə görüşəcəyini fikirləşərək özündə qərarlaşdırmışdır ki, Banını öldürsün. 26.01.2021-ci il tarixdə, səhər saat 08 radələrində yuxudan oyanıb nəvələrinin paltarlarını dəyişmiş, saat 09 radələrində nəvələri İdris və Yunisə yemək vermiş, Banı həmin vaxt öz otağında yatmış, saat təxminən 11 radələrində özünə məxsus “Hyundai, İX 35 markalı”, ** OB *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə tək 6-cı mikrorayonda “Araz marketin qarşısına gəzişməyə getmiş, təxminən bir saat gəzdikdən sonra “Araz market”dən qaymaq, kəsmik və nanəli konfet alıb evə gəlmiş və nəvələri ilə oynamışdır. Nahardan vaxt keçsə də, uşaqlar hələ də nahar etməmişlər. Banının uşaqlara yemək vermədiyindən əsəbiləşmiş və qonaq otağında oturan Banının “mən gedəcəm, bu evdə bir kişi yoxdur ki, məni başa düşə, mən də gəzmək istəyirəm. Kefim istəsə gedəcəm, heç kimdən asılacağım yoxdur” dediyini eşitmişdir. Banıya “özünə hörmət et” demiş, Banının dediklərindən çox əsəbiləşdiyindən onu öldürmək fikri tam qətiləşmiş, Banı canlı, cəsədli olduğu üçün bərk alət tapıb onu başından vurub sonra öldürməyi qərarlaşdırmış, bunun üçün evin həyətinə çıxıb həyətə girəndə sağ tərəfdə masanın üzərində olan təxminən 30 santimetr sarımtıl rəngli taxta dəstəkli, başındakı dəmir hissəsi təxminən 7x5 sm ölçüdə olan çəkici götürüb evə qalxmışdır. Bu vaxt nəvələri yatdığı otaqda telefonla oynamış, qapıları da örtülü olmuşdur. Həmin vaxt saat 15-16 radələri olmuşdur. Banının otağına getmiş və Banının arxası qapıya tərəf dayanıb paltarlar yığdığı zaman ona “Banı nə edirsən?” demiş, Banı ona tərəf dönmədən “paltarları yığışdırıram” demiş, heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən möhkəm iki dəfə çəkiclə vurmuşdur. Banı zərbələrin təsirindən yerə yıxılıb “ata neyləmişəm məni vurdun?” demiş, cavabında Banıya “ailəmizi dağıtmısan, məni biabır etmisən! ona görə də vurdum” deyə cavab vermişdir. Çəkici yerə atıb Banını qollarından tutub sürüyərək qonaq otağına, oradan isə qapıdan kənara çıxartmış, bu vaxt Banı ona “ay ata mən nə etmişəm ki, məni vurdun?” demiş, Banıya “bundan artıq nə edəcəksən, sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir! yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan səni boğub öldürərlər, sən də demişdin ki, ona dux lazımdır, bala indi duxum yerinə gəldi” demişdir. Banı həmin vaxt danışsa da, tərpənə bilməmişdir. Banını pilləkənlərlə həyətə çıxardıqdan sonra mətbəxə keçib dəstəyi göy rəngdə, təxminən tiyəsinin uzunluğu 7 sm, eni 2 sm olan mətbəx bıçağını götürərək Banının yanına qayıtmış və Banını qarajın qarşısındakı su axarı olan yerin üstünə arxası üstə uzatmış, Banının ayaqları pilləkən tərəfə başı isə bağ tərəfə olmuşdur. Əlində olan bıçaqla Banının qarnına dayanmadan xatırlamadığı sayda, təxminən 6-7 dəfə bıçaqla yuxarıdan aşağıya doğru zərbə vurmuş, bıçaq zərbələrinin onun daxilinə keçidiyini hiss etmiş və Banı bu zaman inildəmişdir. Bundan sonra Banının səsi kəsildiyindən başa düşmüşdür ki, o, ölüb. Nəvələri evdə olduğundan bu hadisəni görməmişlər. Əvvəl düşünmüşdür ki, polis bölməsinə gedib Banını öldürdüyünü etiraf etsin. Polis bölməsinə getdiyi halda nəvələrinin evdən çıxıb bu mənzərəni görüb qorxacaqlarını düşünüb arvadı Şahid1 ilə əlaqə saxlayıb uşaqları götürmək üçün gəlməsini istəmiş, Bülbül də qızı Xəyalə ilə yaşadığı evdən çıxıb yaşadıqları ev istiqamətində gələrkən nəvələrini götürüb 30 nömrəli məktəb istiqamətində hərəkət etmişdir. Ya məktəbin yanında, ya da daha irəlidə evlərinin küçəsində nəvələrini Bülbülə təhvil vermiş, lakin törətdiyi əməl barədə Bülbülə heç nə deməmişdir. Anası uşaqlara baxmadığı üçün Bülbül fikirləşmişdir ki, onlara yemək vermək və paltarlarını dəyişməkdən ötrü uşaqları ona verir. Evə qayıtdıqdan sonra isə cəsədi təkbaşına çıxara bilməyəcəyini düşünüb qərara gəlmişdir ki, Banının meyitini bıçaqla hissələrə ayırıb torbalara yığıb evdən aparıb başqa yerə atsın. Zərərçəkmiş şəxs meyidini doğramaqda məqsədinin onun meyidini qətiyyən təhqir etmək olmamış, təkbaşın meyidi evdən çıxara bilməmiş, məqsədi sadəcə meyidi evdən çıxara bilmək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs oğlu Fariz Məhhərrəmovdan gizlin telefon işlətməsi müəyyən edildikdən sonra ailədaxili münaqişə yaranmış, lakin mobil telefonun təhlükəsizlik kodunu bilmədiklərindən Zərərçəkmiş şəxs kiminlə əlaqə saxlamasını aydınlaşdırmaq mümkün olmamışdır. Bu hadisədən 4-5 ay sonra Zərərçəkmiş şəxs otağından gizlin işlətdiyi “Samsung” markalı mobil telefonu tapmış, həmin telefonun yaddaşında olan nömrələrin biri ilə danışdığı zaman həmin şəxs Zərərçəkmiş şəxs ona verdiyi 70 manat pul müqabilində telefon aldığını bildirmişdir. Həmin hadisə barədə oğlu Fariz Məhhərəmova telefon vasitəsi ilə məlumat vermiş, oğlu Banını boşamaq istədiyini bildirsə də, nəvələrinin ortada qalmaması üçün oğluna demişdir ki, həyat yoldaşını da özü ilə aparsın. 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ailə üzvlərindən, o cümlədən qızı Xəyalədən polis bölməsinə şikayət etmiş, araşdırma aparılmış, bundan sonra qızı Xəyalə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən evlərinə köçmüşdür. 17 yanvar 2021-ci il tarixdə Banı ilə aralarında məişət zəminində mübahisə baş vermiş, bununla əlaqədar Banının təkidi ilə 18 yanvar 2021-ci il tarixdən qızı Xəyalənin yaşadığı evə köçmüşdür. 24 yanvar 2021-ci il tarixdə yaşadığı evə qayıtmış və növbəti gün yenidən qızı Xəyalənin yaşadığı evə getmiş, bu zaman Banı ilə danışmamışdır. 26.01.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onunla telefonla danışdığı zaman nəvələrini götürməsini üçün gəlməsini demiş, qızı Xəyalə ilə birlikdə yaşadığı evdən çıxıb yolun qarşı tərəfinə, oradan 30 nömrəli məktəb istiqamətində piyada hərəkət etmiş, məktəb binasının yanında, ya da daha irəlidə evlərinin küçəsində əri nəvələri İdris və Yunisi ona vermişdir. Uşaqları əvvəllər də qızının evinə gedəndə özü ilə apardığı, həm də anası uşaqlara baxmadığı üçün yemək vermək və paltarlarını dəyişməkdən ötrü İdrisin ona verdiyini düşünüb bu barədə heç nə soruşmamış, İdrisin davranışlarında şübhəli heç nə görməmişdir. Bundan sonra uşaqları qızı ilə qaldığı evə aparmış və orada olmuşlar. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs evə gələrək ona “uşaqları da götür gedək!” demiş, İdrisə “getmirəm, getsəm, Banı yenə başlayacaq deyinməyə!” deyə cavab vermiş, İdrisin sərt şəkildə "gedək, deyinməyəcək!” deməsindən sonra maşına əyləşib evə getmişdir. Həyətdə olan tualetdən Banı istifadə etmədiyi üçün oranı heç vaxt təmizləmədiyindən İdrisdən “АСЕ” təmizlik vasitəsi almasını istəmiş, İdris “Araz” marketin qarşısında avtomobili saxlayıb özü 2 ədəd "АСЕ” təmizləyici vasitə almışdır. Evə çatdıqdan sonra Banının olmadığını görüb harda olduğunu soruşmuş, İdris isə cavabında “yoxdur ölüb!” demiş, ilkin olaraq Banının yatdığı üçün İdrisin belə danışdığını düşünmüş, təkrar Banının harada olmasını soruşduqda İdris Banını həyətdə öldürüb atdığını demiş və mövzunu dəyişməsini istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 şahid X2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs başqa kişilərlə telefonla əlaqə saxlaması bilindikdən sonra Banı qayınanası və qayınatasına yaxşı etdiyini demiş, onun davranışlarına görə qayınanası və qayınatası ilə birlikdə Banın yaşadığı evə gediş-gəlişləri azalmışdır. 27 yanvar 2021-ci il tarixdə həyat yoldaşı Rəbiyyədən Zərərçəkmiş şəxs bıçaqlandığını eşitmiş, daha sonra axşam radələrində polis bölməsində öyrənmişdir ki, Zərərçəkmiş şəxsm qaynatası Təqsirləndirilən şəxs öldürüb. Şahid qismində dindirilmiş X8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 31-34-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs İdris qızını 2011-ci ildən tanımış, onunla bir dəfə yaşadıqları Naxçıvan Muxtar Respublikasının Əliabad qəsəbəsində yerləşən binalarının qarşısında görüşmüşdür. Aralarında sevgi münasibətləri olmasından onun bacısı İlkanənin də məlumatı olmuşdur. 2011-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayan şəxslə ailə qurmasını öyrənmiş, 7-8 il müddətində Banı ilə heç bir əlaqəsi olmamışdır. 11.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs “İdrisyunis8” adlı instaqram hesabından istifadə etdiyi “rashad _ahmadov81” adlı instaqram hesabına ad günü münasibəti ilə təbrik yazmış, bundan sonra instaqram hesabı vasitəsi ilə danışıqları olmuşdur. Banı tez-tez instaqram hesabından canlı yayım açaraq dostluğunda olan başqa oğlanla da danışmış, Banıya buna görə iradını bildirib onun ailəli olmasını, başqa oğlanlarla danışmasının doğru olmadığını demişdir. 12.01.2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, Banıya əvvəlcədən Bakı şəhərinə gələcəyi vaxt barədə məlumat verdiyindən sonuncu İnstaqram vasitəsi ilə ona mesaj yazaraq evlərinə dəvət etmiş, Banının onu evə dəvət etməkdə məqsədinin intim yaxınlıq olmasını başa düşüb müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Banı qayınanasının evdən çıxdığını, geri qayıtmasa onunla 4-5 saat görüşəcəyini demiş, o isə yorğun olduğunu, onun ailəli olmasını bəhanə edərək bundan imtina etmişdir. Daha sonra Banının bacısı İlkanə onun instaqram hesabına yazaraq Banının qayınatası tərəfindən öldürülməsini demişdir. Qayınatasının Banını başqa şəxslərlə əlaqəsinə görə öldürməsini başa düşmüşdür. Zərərçəkmiş şəxsın istifadəsində olmuş “İdrisyunis8” instaqram hesabından onun istifadəsində olan “rashad _ahmadov81” instaqram hesabına 17.01.2021-ci il tarixdə “salam, necəsən? Bu gün qayınanam bacısı gilə gedib, əgər axşam gəlməsə deyəcəm gələrsən. Əgər gəlməsə səni 4-5 saat görə biləcəm. Gündüz qayınatam evdə olur, həm də böyük oğlum qanır, bunlara hər şeyi deyir” məzmunlu mesaj göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən yay aylarında sonradan tanıdığı Zərərçəkmiş şəxs istifadəsində olan “yağmur damlası” instaqram hesabından onun istifadəsində olan “ali aliyev 196” instaqram hesabına yazaraq tanış olmuş, Banı ilk olaraq subay olduğunu, ailəsi ilə yaşadığını desə də, sonradan Banının ailəli olmasını və iki uşağının olmasını öyrənmişdir. Banı ərinin Türkiyədə taksi fəaliyyəti ilə məşğul olduğunu, ərindən boşandığını, qayınatası, qayınanası və baldızının onu yola vermədikləri üçün onları evdən qovduğunu demişdir. 2020-ci ilin dekabr ayının sonlarında axşam saatlarında Banı ona yazaraq evdə tək olduğunu bildirib onu evlərinə dəvət etmiş, instaqram hesabında yazışmadan öyrəndiyi ünvana gələrək Banı ilə təklikdə söhbət etdikdən sonra yaxınlıqları olmuşdur. Zərərçəkmiş şəxsın istifadəsində olmuş “yağmur damlası” instaqram hesabından ona məxsus “ali aliyev 196” instaqram hesabına 10.01.2021-ci il tarixdə “ürəyim saat 12-də gəl, çünki kişi o biri otaqdadır. Sən yavaş-yavaş gəl, qayınatam yatmağa hazırlaşır” məzmunlu mesaj, cavabında isə “Harda qaldın ay Banum? Aç da qapını dondum axı” məzmunlu mesaj həqiqətən göndərilmiş, həmin zaman Banının yaşadığı evə gələrək onunla münasibətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs məxsus olan İnstaqram sosial şəbəkəsindəki hesabından müxtəlif şəxslərlə apardığı intim məzmunlu mesajlardan Zərərçəkmiş şəxs müxtəlif kişi sevgililərini görüşmək üçün faktiki olaraq qaynatası Təqsirləndirilən şəxs məxsus evə çağırması aşkar görünməktədir. Cinayət işinin materiallarından açıq-aşkar görünür ki, Zərərçəkmiş şəxs özünün heç kimdən gizlətmədiyi əxlaqsız hərəkətləri ilə Təqsirləndirilən şəxs tərəfindən öldürülməsinə zəmin yaratmışdır. Lakin, nə ibtidai istintaq orqanı tərəfindən ittiham aktı tərtib edilərkən, nədə birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən açıq-aşkar görünən, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri nəticəsində törədilməsi kimi mühüm xüsusat təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi ümumiyyətlə nəzərə alınmamışdır. İstər ibtidai istintaq orqanının, istərsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əməlin tövsifində səhvə yol verilməsi və cəzanı ağırlaşdıran halın göstərilməməsi, eyni zamanda cəza təyini zamanı nəzərə alınmaması hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməməsi, onun əsassız və qanunsuz oalarq ağır şəkildə cəzalandırılması ilə nəticələnmişdir. Həmçinin məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ahıl yaşını, milli xüsusiyyətlərimizi və cinayət işi üzrə ibtidai istintaq zamanı işin hallarının tam, hərətərəfli və obyektiv olaraq araşdırılmasına yardım göstərməsini faktiki olaraq nəzərə almamışdır. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti üzrə təqsirli bilməmişdir. İstintaq orqanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə ittiham elan etsə də, faktiki olaraq həmin vaxt Təqsirləndirilən şəxs hansı motiv ilə hərəkət etdiyini araşdırmamışdır. Belə ki, Təqsirləndirilən şəxs öldürdüyü Zərərçəkmiş şəxs meyidini hissələrə ayırmaqda məqsədinin sonuncunun meyidi üzərində təhqiredici hərəkətlər etmək deyil, sadəcə azyaşlı nəvələrinin Zərərçəkmiş şəxs meyidini görməməsini təmin etmək olmuşdur. Yəni təqsirkarın qəsdi Zərərçəkmiş şəxs meyidi üzərində hər hansı bir təhqiredici hərəkətin edilməsinə yönəlməmişdir. O bu yolun meyidin gizli şəkildə evdən çıxarılması üçün tək çarə ola biləcəyinə inanmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən apellyasiya şikayətini təmin edərək, qanunsuz və əsassız olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1225/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli hökmünü ləğv edib və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsi ilə tövsif edilərək barəsində ədalətli qərar verilməsini, Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə olan hissədə isə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti və ya protesti verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçiləri, tərəflərindən verilmiş apellyasiya şikayətlərini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Anar Ələkbərov məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1225/2021 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərindən və apellyasiya şikayətinə əlavədən göründüyü kimi, məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun etirafedici ifadə vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli özünün, hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış, götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları kimi digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının tövsiyələrini və işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olarkən gəlini Zərərçəkmiş şəxs əri ölkə hüdudlarından kənarda olduğu üçün dul qadın sayıldığını və günün istənilən vaxtında evdən çıxaraq sərbəst həyat tərzi keçirəcəyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində qısqanclıq zəminində gəlininin hərəkətlərini ailəsinə qarşı edilmiş xəyanət kimi qəbul edərək gəlini Zərərçəkmiş şəxs öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə ondan qisas almaq qərarına gələrək 26 yanvar 2021-ci il tarixdə saat 15 radələrində yaşadıqları həmin evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisənin gedişində sonuncunu qəsdən öldürməsi üçün uyğun zaman seçərək, yəni evdə birlikdə yaşadığı arvadı Məhərrəmova X3 olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamağa başı qarışmasından istifadə edərək törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və törədilməsi ilə bağlı plan qurmaqla gəlini Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edərək yaşadığı evin qaraj kimi istifadə edilən zirzəmisinə düşərək orada masa üzərində olan çəkic formalı aləti götürüb Zərərçəkmiş şəxs olduğu yataq otağına gələrək arxası ona tərəf dayanmış zərərçəkmiş şəxsə yaxınlaşıb sonuncunu öldürmək məqsədilə həyat üçün vacib orqanı olan baş nahiyəsindən əlində olan çəkic formalı alətlə qəsdən öldürmək məqsədilə ardıcıl olaraq iki dəfə zərbə vuraraq xəsarətlər yetirmiş, sonuncunun “ata neyləmişəm məni vurdun?” deməklə inildəyərək aman diləməsinə əhəmiyyət verməyib xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə aldığı xəsarətlərdən hərəkətsiz qalan Zərərçəkmiş şəxs əllərindən tutub yerdə sürüməklə əvvəlcə qonaq otağına, oradan isə eyni üsulla pilləkənlərin üstü ilə yaşayış evinin həyətyanı sahəsinə - qaraj kimi istifadə olunan zirzəminin qarşısına gətirib orada arxası üstə uzatmış, daha sonra cinayəkar niyyətini başa çatdırmaq məqsədilə evin mətbəxindən kəsici-deşici xüsusiyyətlərə malik aləti götürüb yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq həyat və sağlamlığı üçün əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyəsi istiqamətindən əlində olan kəsici-deşici alətlə qəsdən öldürmək məqsədilə zərbələr vuraraq xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi, Zərərçəkmiş şəxs öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq, evin zirzəmisindən götürdüyü balta formalı alətlə və zərərçəkmiş şəxsə xəsarətlər yetirdiyi kəsici-deşici alətlə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla meyiti hissələrə ayırması, qarın və üz nahiyəsinin dərisini soyması, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb özünə məxsus “Hyundai İX 35” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq həmin gün saat 20 radələrində qeyd edilən avtomobili idarə edib ünvan 2 ünvanda yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsi və iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlilləri ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ittiham elan edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi sonuncunun hərəkətlərində xüsusi amansızlığın nədən ibarət olduğunu göstərə bilməmiş, həmçinin Təqsirləndirilən şəxs öldürdüyü Zərərçəkmiş şəxs meyidini hissələrə ayırmaqda məqsədinin sonuncunun meyidi üzərində təhqiredici hərəkətlər etmək olmamasını, bununla da onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin tərkib əlamətinin olmadığını göstərmişdir. Məhkəmə kollegiyası şikayətin və şikayətə əlavənin dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə baxışında verdiyi ifadələrində bildirmişdir ki, “...Banı ona tərəf dönmədən “paltarları yığışdırıram” demiş, heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən möhkəm iki dəfə çəkiclə vurmuşdur. Banı zərbələrin təsirindən yerə yıxılıb “ata neyləmişəm məni vurdun?” demiş, cavabında Banıya “ailəmizi dağıtmısan, məni biabır etmisən! ona görə də vurdum” deyə cavab vermişdir. Çəkici yerə atıb Banını qollarından tutub sürüyərək qonaq otağına, oradan isə qapıdan kənara çıxartmış, bu vaxt Banı ona “ay ata mən nə etmişəm ki, məni vurdun?” demiş, Banıya “bundan artıq nə edəcəksən, sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir! yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan səni boğub öldürərlər, sən də demişdin ki, ona dux lazımdır, bala indi duxum yerinə gəldi” demişdir. Banı həmin vaxt danışsa da, tərpənə bilməmişdir. Banını pilləkənlərlə həyətə çıxardıqdan sonra ... mətbəx bıçağını götürərək Banının yanına qayıtmış və əlində olan bıçaqla Banının qarnına dayanmadan xatırlamadığı sayda, təxminən 6-7 dəfə bıçaqla yuxarıdan aşağıya doğru zərbə vurmuş, bıçaq zərbələrinin onun daxilinə keçidiyini hiss etmiş və Banı bu zaman inildəmişdir. Bundan sonra Banının səsi kəsildiyindən başa düşmüşdür ki, o, ölüb”. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsindən də göründüyü kimi, məhkum zərəçəkmiş şəxsin başının arxa hissəsindən iki dəfə vurduqdan sonra, zərəçəkmiş şəxslə dialoqları olmuşdur. Cinayət işinin bütün materiallarını məhkumun ifadəsi ilə əlaqəli şəkildə qiymətləndirərkən, gəlinən nəticə ondan ibarət olur ki, məhkumun məqsədi zərəçəkmiş şəxsi məhz həyatdan xüsusi amansızlıqla məhrum etməkdən ibarət olmuşdur, əks halda zərərçəkmiş şəxsin baş nahiyəsindən çəkic formalı alətlə vurarkən həmin anda ölümünə səbəb olardı. Göründüyü kimi məhkum zərərçəkmiş şəxsin baş nahiyəsindən vurduqdan sonra onun xüsusi amansızlıqla həyatdan məhrum edilməsi niyyətinin icrası üçün müəyyən müddət ərzində sürüyərək həyətə çıxarmış, hətta bu müddətdə zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs aman diləməsinə baxmayaraq öz niyyətinin icrasından əl çəkməmişdir. Cinayət işi materiallarından və məhkumun ifadəsində bilavasitə qeyd edilənlərə münasibətdə məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən zərərçəkmiş şəxsin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi onun tərəfindən şəxsin həyatdan məhrum edilmə anında ölüm hadisəsinin təsadüfü axarı zəminində planlaşdırılmış kimi cərəyan edilməsi ağlabatan hesab edilmir. Göründüyü kimi zərəçəkmiş şəxsin həyatdan məhrum edilməsi və daha sonra meyidin üzərində müəyyən təhqiredici hərəkətlər edilməsi, məhkum edilmiş şəxs tərəfindən öncədən planlaşdırılmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi, apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərində istinad edilən “gizlətmək məqsədilə meyidin hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz”, epizodunun nəticələri deyildir, belə ki, qeyd edilən epizod özlüyündə əməlin həmin hissəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinə tövsif edilməsi ilə nəticələnmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərində istinad edilən “gizlətmək məqsədilə meyidin hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz”, “Zərərçəkmiş şəxs meyidini doğramaqda məqsədinin onun meyidini qətiyyən təhqir etmək olmamış, təkbaşına meyidi evdən çıxara bilməmiş, məqsədi sadəcə meyidi evdən çıxara bilmək olmuşdur” və “məhkumun məqsədinin zərəçəkmiş şəxsin üzərində təhqiredici hərəkətlər etmək olmamışdır” xüsusatlarına münasibətdə məhkəmə kollegiyası bildirir ki, zərəçəkmiş şəxsin üzərində məhkum edilmiş şəxs tərəfindən icra edilən təhqiredici hərəkətlərdən biri, göz almalarını kəsib yerindən çıxarmaqla meyiti hissələrə ayırması olmuşdur. Məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin göz almaları, məhz dəlillərdə qeyd edildiyi kimi məhkum edilmiş şəxs tərəfindən zərərçəkmiş şəxsin evdən çıxarılmasına maneə deyil, əksinə məhkumun öncədən planlaşdırılmış meyit üzərindəki təhqiredici hərəkətləri icra etmə niyyətinin göstəricisi olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmamasını, yaşının 70-dən çox olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1225/2021 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1225/2021 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə məhkum edilməsinə dair hissədə məhkum edilmiş şəxs və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar