Məhkəmə qərarları › İş №1(103)-232/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-232/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-232/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatexniki təhsilli, evli, məhkumluğu olmayan, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsi, ev 21, mənzil 9 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-188/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 Ziyaddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İ.A.Mahmudovun sədrliyi, F.Ə.Qəniyev və S.S.Hüseynovdan ibarət tərkibdə) 27 oktyabr 2022-ci il tarixli, 1(101)-188/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması müəyyən edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 tərəfindən verilmiş mülki iddia təmin edilmiş və ona dəymiş 10.000 (on min) manat Təqsirləndirilən şəxs1 alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ödənilməsi müəyyən edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16, Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində işlədiyini bildirib onu “Tanap” lahiyəsində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 15 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında çay evlərinin birində 600 manat, 18 mart 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Tibb” texnikumunun yanında olan kafedə 250 manat, 22 mart 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının qarşısında 150 manat pulunu alıb Samir Məstəliyevin vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, onu oğlu Orxan Ağayevi və qohumu X5 “Caspian Driling”şirkətində sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 25 mart 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 1.000 manat, 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ak.Həsən Əliyev küçəsində yerləşən “Rahat” marketin qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs8 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş, Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs13 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.400 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs13 ümumilikdə 2.400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs6 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 4.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs5 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs2 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs4 bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs3 Söhbət oğluna bu barədə bildirmiş, o da bununla razılaşaraq 29 mart 2017-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs10 bu barədə bildirmiş, o da bununla razılaşaraq 30 mart 2017-ci il tarixdə ünvan 2 ünvanında 2.800 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs14 bu barədə bildirmiş, o da bununla razılaşaraq 02 aprel 2017-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalında” 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs11 bu barədə bildirmiş, o da bununla razılaşaraq 03 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində 1.500 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar”şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar” şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs15 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs15 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs9 bu barədə bildirmiş, o da bununla razılaşaraq 05 aprel 2017-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan yerdə 2.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyanvurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, özünü “Socar” şirkətinin “Tanap” lahiyəsində kadrlar şöbəsinin rəis müavininin köməkçisi «Elman müəllim» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs1 “Socar”şirkətinin “Naftalan” lahiyəsində sürücü kimi işə düzəldəcəyi barədə yalan məlumat vermiş Zərərçəkmiş şəxs1 buna inanaraq tanışı Zərərçəkmiş şəxs12 bu barədə bildirmiş, o da bununla razılaşaraq 23 aprel 2017-ci il tarixdə ünvan 3 ünvanında 3.000 manat pulu Zərərçəkmiş şəxs1 verdikdən sonra həmin pulu sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X2 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda "xxxx" MTK inşa olunmuş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 883 kvadrat metr və 223 kvadrat metr sahəli qeyri-yaşayış obyektlərini bankda olan tanışları vasitəsilə 35.000 manat müqabilində 1.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2019-cu ilin noyabr ayının ortalarında 10.000 manat, bundan sona 2020-ci ilin mart ayınadək olan müddətdə isə 25.300 manat pulu Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13M ünvanda alıb ələ keçirərək zərərçəkmiş şəxs Ədalət Qəmbərova ümumilikdə 35.300 (otuz beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 və digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən «Karnaval Hall» şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2021-ci ilin yanvar ayında 5.000 manat, guya alıcıya məxsus pulun xaricdə olmasını bildirməklə göstərilən məbləğdə vəsaitin ölkəyə çarter reysi ilə gətirilməsi adı ilə 2020-ci ilin avqust ayının sonları sentyabr ayının əvvəllərində həmin dövürdəki məzənnə ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları, həmçinin 2020-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində alqısatqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə 73.000 manat pulu ayrı-ayrı vaxtlarda Bakı şəhərində müxtəlif ünvanlarında, sonuncu dəfə isə ünvan 6ən «Elmed» klinikasının qarşısında alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 129.000 (yüz iyirmi doqquz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs18 mülkiyyətində olan və 1.000.000 manata satışa təklif etdiyi Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndində yerləşən 50.000 kvadrat metr sahəsi olan beton zavodunu Bakı şəhərində daşımaz əmlaka sərmayə yatıran qeyri-müəyyən şəxsə xaricdən köçürülən vəsait hesabına alacağını vəd edib, mülkiyyətin qiymətləndirilməsi üçün bank əməkdaşı kimi təqdim etdiyi Şahid9 2.000 manat pul verməsini bildirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin mart-aprel aylarında Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 147 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında X7 vasitəsi ilə 1.000 manat, bir həftə sonra yenidən həmin ünvanda sonuncunun vasitəsi ilə 1.000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs18 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən digər şəxslər ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 2020-ci ilin avqust ayında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binadan güzəştli şərtlərlə 79 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilin alınmasında köməklik edəcəklərinə dair yalan vəd edib aldadaraq, 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 №-li notariat kontorunda 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 10.000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü cəzanın ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığına görə dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan göründüyü kimi o, guya Zərərçəkmiş şəxs19 qızma 2020-ci ilin avqust ayında mənzil inşaatı dövlət agentliyinin Bakı şəhərinin Yasamal rayonu ərazisində inşa etdiyi binadan güzəştli şərtlərlə 79 kv m sahəsi olan 3 otaqlı mənzilin alınmasında köməklik edəcəklərinə dair yalan vəd edib aldadadaraq 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədı rayonu ərazisində yerləşən 27 nömrəli notariat kontorunda 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 guya həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu epizod üzrə məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs19 qarşı münasibətdə özünü təqsirli bilmiyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs19 yalan vədd verib onu aldatmamış, notariat kontorunda ondan bu məqsədlə əlaqədar 10.000 manat pul almamışdır. Həmin pulu ondan Cəmil Ağasiyev almış və aralarında bu barədə notariat qaydasında rəsmi müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs19 istintaq zamanı vermiş olduğu ifadəsində də bu xüsusatı təsdiq etmişdir ( bax: cild 5 iş vərəqə 158-162 də olan ifadəsinə) Məhkəmədə isə Zərərçəkmiş şəxs19 ifadəsini dəyişərək 10.000 manat pulu Cəmil Ağasiyevə yox, Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş və məhkəmədə bu barədə mülki iddia qaldırmışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs19 istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin zidiyyət yarandığına görə müdafiə tərəfi hesab edir ki, bu zidiyyət aradan qaldırılmalı və Cəmil Ağasiyev məhkəmədə şahid qismində çağırılıb dindirilməli idi. Digər tərəfdən işdən göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Cəmil Ağasiyev birlikdə dələduzluq cinayəti törətmiş və Cəmil Ağasiyev istintaqda təqsirləndirilən şəxs kimi tanınmış və barəsində axtarış elan edilmişdir. Bu xüsusat məhkəməyə vəsatətlə təqdim edilmiş AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli OC5-27607Çİ - nömrəli məktubu ilə də təsdiq edilir. Digər tərəfdən məhkəmədə dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, o, Ədalət Qəmbərovdan obyektlərinin satılması ilə əlaqədar pul almamış həmin pulu ondan Təqsirləndirilən şəxs2 almışdır. İstintaq zamanı da X15 Hacıyevin və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda ona nə qədər pul verməli olduqlarını göstərməmiş və zidiyyətli ifadə vermişdir. Ona görə də müdafiə tərəfi hesab edir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs19 və Ədalət Qəmbərova qarşı münasibətdə Rasim Hacıyevin onlardan dələduzluq yolu ilə pul alması epizodları məhkəmədə öz təsdiqini tapmadığından bu epizodlar ittihamdan xaric edilməli və bu hissədə Təqsirləndirilən şəxs1 bu xüsusatlar üzrə bəraət verilməlidir. CM-in 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə müvafiq maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməli, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri ictimai təhlükəsizlik dərəcəsi, təqsirkarın şəxsiyyəti və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar habelə təyin edilmiş cəzanı şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin hökmündə Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsinə əsasən vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə aydın edildi ki, Təqsirləndirilən şəxs1 atası ikinci qrup əlildir onun övladı talasemiya xəstəsidir. O, əvvələr məhkum edilməmişdir. Göstərilən bu hallar məhkəmənin hökmündə öz əksini tapsa da, bu hallara məhkəmə kifayət qədər əhəmiyyət verməmiş, qanunda nəzərdə tutulan halları nəzərə almamış, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməsinin mümkünlüyünü müzakirə etməmiş və hökmdə bu hala hüquqi qiymət verməyərək CM-nin 58.3-cü maddəsinin tələbini pozaraq Təqsirləndirilən şəxs1 sərt cəza təyin etmişdir. Halbuki eyni cinayətə təqsirli bilinən Təqsirləndirilən şəxs2 tətbiq edilən şərti cəza kimi Təqsirləndirilən şəxs1 də şərti cəza tətbiq edilə bilərdi. Bütün yuxarıda göstərdiyi səbəblərə görə müdafiə tərəfi təqsirləndirilən şəxsə verdiyi bu cəzanı sərt cəza və məhkumun şəxsiyyətinə uyğun olmayan ağır bir cəza kimi qiymətləndirir və Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 70-ci maddəsinin tətbiqini və məhkəmə zalında həbsdən azad edilməsini məqsədə müvafiq hesab edir. Hökmdən Təqsirləndirilən şəxs1 özü də apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli araşdırmadan barəsində hökm çıxardığını qeyd edib işin qismən istintaqla aparılaraq barəsində daha az müddətə və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs və müdafəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-188/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Samir Məstəliyevi bir müddə əvvəl tanımışdır. Belə ki, Sumqayıt şəhərində yerləşən gübrə zavodunda fəhlə işləyən zaman Samir ilə münasibəti yaranmışdır. Sonradan Samir həmin zavoddan çıxıb getmişdir. Bir aydan sonra Samir ona zəng etmiş və Sumqayıt şəhərində yerləşən “Socarpolimer” zavodunda işə düzəldiyini, orada lahiyə rəhbəri Elşad adlı şəxsin onun arvadının qohumu olduğunu bildirmişdir. Həmçinin Samir ona işlədiyi terminalda əlavə işçi qüvvəsi lazım olduğunu bildirdikdə Samirə işlədiyi şirkətə onu işə düzəltməyini xahiş etmişdir. Samir də ona əlavə olaraq bir neçə nəfər işçi də tapmaq lazım olduğunu bidirmiş, bundan sonra yaxın qohumlar və tanışlardan 14 nəfər şəxsi Samir ilə tanış etmiş və həmin şəxslərdən ümumilikdə 2700 manat pul alıb Samirə vermişdir ki, Samir onu və digər şəxsləri “Socar-polimer” zavodunda işə düzəltsin. Lakin, Samir onu və digər şəxsləri aldadaraq ona verdikləri 2700 manat pulu mənimsəyərək onları işə düzəltməmişdir. Həmin şəxslər də ondan Samirə verdikləri 2700 manat pulu tələb etməyə başlamışlar və buna görə həmin şəxslərin pulunu ödəmişdir. Zərərçəkmiş şəxs7 ilə internet vastəsi ilə tanış olmuş, belə ki, özünə məxsus “Daewo-Zaz Lanos” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobili satmaq üçün internetdə satışa qoymuş, həmin vaxtdan Namiq ilə münasibəti yaranmışdır. Özünə məxsus olan avtomobili Namiqə satmış, bu hadisədən sonra Namiq ilə Bakı şəhəri, Bayıl qəsəbəsi ərazisində yerləşən çay evlərinin birində görüşmüşdür. Samirlə söhbət zamanı Samir “Tanap” lahiyəsinə işə düzəldiyini, lahiyədə yeni iş yerlərinin olduğunun bildirmiş, bu zaman tanışı Namiq Samirə işlədiyi “Tanap” lahiyəsində onu da işə düzəltməsini xahiş etmişdir. Samir də Namiqə həmin lahiyədə işə düzəldəcəyi üçün 1000 manat pulunu alacağını bildirmiş, Namiq də Samirlə razılaşmış və sənədlərinin surətini, eləcə də 1000 manat pulu sonradan Samirə vermişdir. Həmin vaxt Namiq Samirin telefon nömrəsini götürmüşdür ki, lazım olanda əlaqə saxlasınlar. Namiq sonradan zəng vuraraq Samirin onu işə düzəldəcəyi “tanap” lahiyəsinə bir nəfər də sürücünün lazım olduğunu ona deməsini, onun da dostu Elmanı Samirlə tanış etdiyini bildirmişdir. Şahid1 ilə Azadlıq prospektində yerləşən çay evlərinin birində tanış olmuşdur. Həmin vaxt Tural “Sanqaçal” terminalının “Naftalan” lahiyəsinə lahiyə rəhbəri kimi işə düzələcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs2 4 ay olar ki, tanıyır. Rasimi Şahid1 yanında görüb tanımışdır. Bundan sonra Samiri Tural ilə tanış etmiş və onun “Naftalan” lahiyəsinə lahiyə rəhbəri kimi işə düzələcəyini bildirmişdir. Bundan təminən 20 gün sonra Samir ona zəng vurmuş və ona olan 2700 manat pul borcunu qaytaracağını bildirmişdir. Həmin vaxt Samir onunla görüşmək istədiyini demiş və onunla Bayıl qəsəbəsi ərazisində yerləşən “Meh” adlı kafedə görüşmüşlər. Həmin vaxt Tural da Samirin yanında gəlmiş, bundan sonra birlikdə həmin kafedə oturub çay içərək söhbət etmişlər. Söhbət zamanı Tural onu bir nəfər şəxslə tanış edəcəklərini, onun da həmin şəxsə narahat olmayın işiniz alınacaqdır sözlərini deməyini bildirmişdirlər. Bu sözləri deməyinin qarşılığı olaraq Samirin ona olan 2700 manat pul borcunu qaytaracaqdır. Buna görə də onlarla razılaşmış və oradan çıxıb getmişlər. Tural onlardan ayrılandan sonra 29 mart 2017-ci il tarixdə taksi sürücüsü olan Rasim ilə Gəncə şəhərinə qonaq getmiş, 05 aprel 2017-ci il tarixdə Tural ona zəng vuraraq 3-4 nəfər şəxsi işə düzəldəcəyini, onu Elman adlı şəxslə tanış edəcəyini bildirmişdir. Həmin zaman onunla razılaşmış və Tural ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına gəlməyini bildirmişdir. Həmin günü, yaşadığı evdən çıxaraq Yasamal rayonu ərazisində yerləşən “Saraclı” restoranına getmiş, bundan bir qədər sonra Tural idarə etdiyi “Land-Cruser” markalı avtomobil ilə gəlmiş, onun arxasınca da Rasim idarə etdiyi “Kia” markalı avtomobili ilə gəlmiş, həmin vaxt Turalın yanında bir nəfər də şəxsin olduğunu görmüş və Tural həmin şəxsi ona təqdim edərək adının Elman olduğunu bildirmişdir. Həmçinin Tural onu həmin şəxsə “Socar” şirkətinin kadrlar şöbəsinin işçisi kimi təqdim edərək onun adını həmin şəxsə Elman olduğunu bildirmiş, həmin restoranda oturub yemək yeyib söhbət etmişlər. Bundan sonra Elman Tural ilə iş haqqında danışmağa başlamışlar. Kafedə oturan zaman Turalın Elmanı, Elmanın oğlu Orxanı, tanışı Namiqi və Elmanın bacısı oğlu Pərvizi işə düzəldəcəyini öyrənmişdir. Həmçinin işə düzəlmək üçün Turala və Samirə Elmanın özünə görə 1000, oğlu Orxana görə 1500, bacısı oğlu Pərvizə görə 1500 manat, Namiqin isə işə düzəlmək üçün 1000 manat pul verdiyini öyrənmişdir. 2017-ci ilin may ayında Rasim ona zəng vuraraq Turalın Elmanı və digər tanımadığı şəxsləri aldadarq pullarını ələ keçirib qaçdığını demiş, bundan sonra Rasimin Elman və digər şəxslər tərəfindən tutularaq Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparıldığını öyrənmişdir. Ədalət Qədirova məxsus olan obyektlərin qiymətləndirilməsi adı ilə 35.300 manat alınması yalandır. Hümbətin obyektlərini qiymətləndirilməsi üçün sonra qaytarmaq məqsədi ilə 3000 maat pulu Rasimə verib, sonra 2000 manatda Rasimə verib, lakin o özü şəxsən Hümbətdən pul almamışdır. 2020-ci ilin təxminən fevral ayında Zəkəriyyə adlı şəxsin Bakı şəhəri Məhəmmədi kəndi ərazisində yerləşən beton zavodunun qiymətləndirmə yolu ilə satacağına dair vəd verib ondan obyektin qiymətləndirilməsi adı ilə Sücayət adlı xanımın vasitəsilə 2000 manat pul almışdır. 2020-ci ilin avqust ayının sonlarında Cəmillə birlikdə Aytən xanıma “MİDA” tərəfindən Yasamal rayonu ərazisində inşa olunmuş mənzilin alınmasında o Aytənə yalan vəd verib onu adatmamış, 27 saylı notariat kontorunda X14 Məlikzadə arasında müqavilə bağlanmış 10.000 manat pulu Zərərçəkmiş şəxs19 Cəmil Ağasıyevə şəxsən vermişdir. Onun heç kimə borcu qalmamışd, bütün borclu olduğu şəxslərin ziyanı ödənilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli bilmir, birinci instasniya məhkəməsində verdiyi ifadəni təsdiq edir, özünü vəzifəli şəxs kimi təqdim etməmiş, elə bir şey olmamış, Aytənin Cəmil ilə tanış olmasında vasitəçi olmuşdur, bunu qəbul edir, lakin pulun verilməsində iştirak etməmiş, pul notarius vasitəsilə verilmiş, o isə həmin vaxt orda olmamış, həmin vaxt Korrupsiya İdarəsinə çağırılması ilə əlaqədar olaraq orada olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 ifadə verərək göstərmişdir ki, 2017-ci ilin mart ayı bayram qabağı imiş. Bir yoldaş zəng vurmuşdur ki, şirkətə işə düzəlir. O da ondan qabaq xarici şirkətdə işləmişdir deyə özünün də işə düzəlməyi üçün təklif etmiş, həmin adam isə “adamlar var, işə düzəldirlər” demiş, o isə razılaşmışdır və birlikdə Bakıya gəlib Tural adlı şəxslə görüşmüşlər. Tural onlardan sənədlərini almış və o da sənədlərin surətini, həmçinin əvvəldən borc aldığı 1000 manatı işə düzəlmək üçün ona təqdim etmişdir. Həmçinin Turala demişdir ki, “birdən yalan olar, başımız ağrımasın” Tural isə narahat olmamasını bildirib, kadrlarının köməkçisini onunla tanış edəcəyini demişdir. Həmin vaxt Rəşadı tanımırmış. Tural demişdir ki, narahatçılıq yoxdu, test drayveri özləri götürəcək, hamısı öz əllərindədi. Onu arxayın eləmişdir ki, həftənin 1-ci günü işə çıxacaq. O isə Turala verdiyi pulu borc aldığını bildirib, işə çıxıb, maaş alaraq, camaatın pulunu qaytarmalı olduğunu bildirmiş, Tural isə narahat olmamasını demişdir. Bundan sonra test drayverdən də keçmiş, sonra isə çıxıb Gəncəyə getmişdir. Aradan 1-2 gün keçmişdi ki, ona zəng eləmiş, o isə işə görə zəng vurduğunu soruşduqda, demişdir ki, yox (Tural). Neçə gündü heç yana çıxa bilmir, dostlarla Gəncəyə gəlmək istəyirlər. O isə öz növbəsində demişdir ki, onun dost içinə çıxası halı yoxdu. Pulu da borc-xərclə düzəldib ona vermişdir, özü də işsizdir. Tural demişdir ki, “yaxşı, qoy görüm bunları başımdan necə edirəm”. Biraz keçdi onu yığdı ki, o, ikinci dəfə yeni nişanlanmışdır. Ona görə gəlib dincəlmək istəyir, bundan sonar üzü kəsməmiş, öz-özünə fikirləşmişdir ki, sabah bir yerdə işləyəcəklər, ona görə razılaşmışdır. Bir də görmüşdür ki, nişanlısı dediyi qız, onun 6 yaşlı oğlu, nişanlısının 10 yaşlı qardaşı, ayıq sürücü Təqsirləndirilən şəxs2 gəlmişlər, o isə onları qəbul edib süfrə açdırmış, onlar isə gecəni də orada qalmışlar. Onun işə girəcəyini eşidən qonşuları da hətta sevinirdi ki, işə girib onlara da bir gün ağlayar. Qonşulardan da onlara Turalla söhbət etmək üçün gələnlər olmuşdur. Tural isə onlara da şaiyə yaydı ki, işə düzəldəcək hamısını. Bunu bilən qonşular pul ilə sənədləri gətirib verdilər Turala. O isə öz növbəsində demişdir ki, “ay qonşular,0 qoyun bir mən işə düzəlim görüm nədi, ondan sonra sizi də düzəldər”. Hətta hərbi xidmətə yararsız olanlar da vardı ki, deyirdi narahat olma düz-qoş eləyəcik. Sürücü kimi də, 1200-1300 manat əmək haqqı deyib. Gecəni qaldılar. Səhər hava işıqlanmamış nişanlısıyla Rasimi göndərdi Bakıya ki, guya qızın anasının pristupu tutub onu aparıblar həkimə. Yığdığı pulları da verdi qıza, qız çıxıb getdi. Tural isə bir gündə qaldı onlarda. Sən demə pul yığmaqçün qalıbmış. Camaat da onlara gəlib Tural ilə işini həll edib çıxıb gedirdi. Biraz da pul yığıb çıxıb getdi. Yalandan da aprelə zada işlər düzəlir dedi. Elə oldu ki, o özü də oğlu üçün də xahiş etdi ki, onu da işə düzəltsin. Dedi ki, gəl Bakıya. O isə cibinə 1500 manat pul qoyub, sənədləri də götürüb getmişdir Bakıya. Onlar onu restoranda qəbul etdilər. Ona demişlər ki, onu da Elman müəllim dedikləri adamla tanış edəcəklər, tanış ol, gör necə adamdı. O isə sənədləri və konvertdə pulu da çıxarıb Turala vermişdir, Tural isə pulu buna (Təqsirləndirilən şəxs1) vermiş, o isə pulu cibinə qoyub səmimi söhbət etməyə başlamışdır ki, bu adam kadrlar şöbəsinin şöbəsinin köməkçisidi. Bütün işlərə bu baxır. Atasını da təqdim etdi ki, dəniz donanmasının admiralının müavini olub. Düzdü orda işləyib, lakin müavin olmayıb. O, da səliqləli kostyum geyinib oturub. Başladı Turalgili danlamağa ki, işləmirsiz, üzümə söz gəlir, bəs mənə söz veriblər ki, Gürcüstan layihəsini mənə verəcəklər, başımı niyə yerə soxursuz. Muxtar deyilən bir adam var, o qoldan nə qədər adam gətirib yerləşdirib, siz yatırsız. Halbuki, Muxtar deyilən bir adam yoxdur. Demişdir ki, açıq danışır, onlar pulsuz yığılan CV-ləri yandırırlar, əgər arasında pul varsa onu götürürlər. Tural da başladı ki, onda onu (Zərərçəkmiş şəxs1) sürücü kimi yox, kordinat kimi işə yazdırsınlar ki, artıq əmək haqqı ala bilsin. Sonra Tural ondan soruşdu ki, nə qədər əmək haqqı vermək olar, o da dedi ki, 2000 çatdırmaq olar. Amma işində möhkəm olsun. O isə (Zərərçəkmiş şəxs1) bunların danışıqlarına inanmışdır. Lakin onları gözlətdirmiş, axırıncı pulu Gəncədən göndərtdi. Avto vağzalda kimisə göndərdib pulu götüzdürdü Tural. Həmin şəxs onları qarşıladı və o da pulu verdim həmin adama verdi. Sən demə həmin gecə artıq Tural ondan qaçırmış. Həmçinin əlavə edir ki, onlar restoranda görüşüb çıxandan sonra Tural onları hamama dəvət etmiş, Rəşad da orada olmuş və özünü orada nazir balası kimi göstərib sonra çıxıb getmişdir. Rəşadın günahlarını boynuna almamağı ağ yalandı. O bu şeylərə görə evini satıb camaatın pulunu qaytarmasına baxmayaraq onlar pulunu qaytarmadılar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rəşadın rolu belə olub ki, Turalla 1-2 dəfə tanış olandan sonra demişdir ki, al özün də danış. O, hər adama nömrə vermir. Rəşadı ona özünü kadrların köməkçisi kimi təqdim etmiş, özü də Rəşad kimi deyil, Elman kimi təqdim etmişdir. Müdafiəçinin Təqsirləndirilən şəxs1 verdiyi suala təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, ö özünü Elman kimi təqdim etməmiş, zərər çəkmiş şəxsin evində olmamışdır və zərər çəkmiş şəxsin dedikləri ilə razı deyil. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 verdiyi suala təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsin söyləmiş olduğu kimi həmin görüşdə iştirak etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Binəqədi Polis İdarəsinə gələndə orada görmüş, həmçinin Tural vasitəsi ilə telefon danışığı bir dəfə olmuş, onda da Tural ona (Təqsirləndirilən şəxs1) deyib ki, bir kəlmə de ki, hər şey yaxşı olacaq. O da də bir kəlimə telefonda demişdir ki, narahat olmayın yaxşı olacaq. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ifadə verərək göstərmişdir ki, iş yoldaşı əmək müəlliməsidir, dərsdən sonra maklerliklə məşğul olur, işdə müəllimələrdən də ondan ev alanlar var idi. O da ev almaq istədiyindən Günaya müraciət etmiş, Günay isə ona bir neçə ev göstərmiş, lakin evlər baha olmuşdur. Sonra Günay yaxınlaşmışdır ki, onlarda şirkətdə Midanın evləri ilə bağlı satışlar var, özü bunu bacarmır, ancaq o işlə məşğul olanlar var. Günay demişdir ki, o iş üzrə Rəşada müraciət edək, o baxıb aydınlaşdırsın. Məbləği hansı sərf edirsə, o üzrə işləyək. Günayın vasitəsi ilə Rəşadı tanımışdır. Sonra zəng vurub Rəşadla danışmışlar, Rəşad isə özünü həmin evlərə baxan məsul şəxs kimi tanıtmışdır. Guya bunlar o evlərin satışını həyata keçirir. Sonra Rəşad demişdir ki, onda böyük otaqlı evlər yox, kiçik otaqlı evlər var. Ancaq Cəmil adlı şəxsdə çoxotaqlı evlərin olduğunu deyib onu Cəmillə tanış etmişdir. Həmin vaxt rayonda imiş, bu səbəblə vaxt təyin edib Bakıya gəlmiş və səhər Bakıya çatan kimi Cəmillə görüşmüşdür. Cəmilin əli-ayağı əsdiyini, düz gözünün içinə baxa bilmədiyini görmüş, o zaman onun yalançı adam olduğunu anladığından Cəmilə demişdir ki, imtahandadır, sonra danışarlar. Bundan sonra Rəşada zəng vurmuş, o isə and-aman edib israr etmişdir ki, guya səhv başa düşüb, elə birşey yoxdur. Rəşadın hətta xəstə uşağı var, onun da ölmüşünə and içəndən sonra o, Rəşada inanmış, bundan sonra notariusun qabağına qayıtmışlar, Rəşad özü də ora gəlmiş, Günayla Cəmil də orda olmuşlar. Dördü də notariusun içərisinə daxil olmuş, artıq sənədləri təqdim edən zaman Rəşada zəng gəlmiş və o bayıra çıxmış, o Rəşada içəri gəlməsini demiş, Rəşad isə demişdir ki, narahat olmasın. Artıq imza edən zaman Günayı göndərmişdir ki, Rəşadı içəri çağırsın, Günay isə gəlib demişdir ki, narahat olma, yenə çıxıb getdi. Şübhələnməsinə baxmayaraq imza etmişdir. X11 hesabına tanımışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10.000 manat pulu Cəmilə vermiş, Rəşad isə arxada şüşədən baxırmış, sonra isə Cəmillə çıxıb getmişlər. Evin məbləği barədə Rəşadla danışmış, orada Günay var idi deyə Rəşad özünü ona öz adı ilə və “MİDA”-nın satış evlərinin əməkdaşı kimi təqdim etmiş, pulu Cəmilə ödəyəndə həmin vaxt Rəşad da orda olmuş, hazırda Rəşadın ona 10.000 manat borcu var, Cəmili Rəşadın vasitəsilə tanımışdır deyə hazırda pulu da elə Rəşaddan tələb edir. Müdafiəçinin Təqsirləndirilən şəxs1 verdiyi suala təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, notariusa gedib orda olmuş, lakin sonra ordan ayrılmış, notariusa gedəndə pulun verilməsində iştirak etməmiş, ora getməsinə səbəb Aytən xanımın ona “sən də gəl” deməsi olmuş, bu səbəbdən o da getmiş, sonra isə çıxıb getmiş, orada olmamışdır. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 verdiyi suala (siz dediz ki, Aytən xanımla heç bir danışığımız olmayıb, aidiyyatı şəxs kimi “MİDA”-nın mənzillərini təqdim etməmisiz. Lakin deyirsiz ki, Aytən xanım çağırdı getdim. Aidiyyatınız yox idisə niyə gedirdiz?) təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Aytən xanımın ona “sən də gəl, pulu Cəmilə verəndə orda ol” deməsinə görə ora getmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompüter-texniki ekspertizasının 18 may 2021-ci il tarixli 5/394 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli “**********84851”, “**********84869” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli “**********10513”, “**********10521” imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarından toplanmış hal hazırda mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarında hər hansı bir (telefon kitapçası, daxil olan zənglər, yığılan zənglər, buraxılan zənglər, foto, video, audio fayllar, “Whatsapp”, “İnstagram” “Facebook” və digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli və “Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonların yaddaşlarından əldə edilmiş məlumatların hansı formatda (qəbul etmə və ya göndərmə) əks olunması “UFED TOUÇH 2” markalı qurğu vasitəsilə əldə edilmiş report hesaba öz əksini tapmışdır (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli mobil smartfonun yaddaşında “+**********68” abonent nömrəsi və “AAAAAAA” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Whatsapp busines proqram təminatında 8 ədəd müxtəlif növ abonent nömrələri ilə aparılmış (çat seansı, audio fayllar, buraxılmış və qəbul edilmiş zəng) məlumat mübadiləsi müəyyən olundu və daha sonra “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-394” adlı qovluğa köçürülərək bir ədəd DVD-R diskdə ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “Xiaomi Redmi S2” markalı “M1803E6G” modelli mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsinə aid “uğurum_123” adlı istifadəçi profilinin “drect” bölməsində məlumat mübadiləsi müəyyən olunsa da, rəyin “tədqiqi hissəsinin” 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş“Xiaomi Mİ Note 10 Lite” markalı “M2002F4LG” modelli mobil smartfonun yaddaşında hal hazırda “Whatsapp” proqram təminatı müəyyən olunmadı. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində zərərçəkmiş Zərərçəkmiş şəxs19 və Ədalət Qəmbərova qarşı münasibətdə Təqsirləndirilən şəxs1 onlardan dələduzluq yolu ilə pul alması epizodlarının məhkəmədə öz təsdiqini tapmadığından bu epizodlar üzrə Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş edilsə də, məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaqla iş üzrə əldə olunmuş sübutları təkrar olaraq tədqiq və təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, eyni zamanda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından göstərilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Müdafiə tərəfi Təqsirləndirilən şəxs1 zərər çəkmiş Zərərçəkmiş şəxs19 və Ədalət Qəmbərova münasibətdə dələduzluq cinayətini törətmədiyini qeyd etsə də, məhkəmə istintaqı zamanı yenidən zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs19 və X2 ifadələrinin digər sübutlarla yanaşı təhlili və tədqiqi zamanı Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, etibarından sui-istifadə etməklə dələduzluq cinayətini törətdiyi tam şəkildə sübuta yetirilir. Həmçinin Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də, törətdiyi cinayətin hallarına dair hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir ki, vermiş olduğu ifadələr zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə yuxarıda sadalanmış mötəbər sübutlarla üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs1 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxs barəsində müvafiq epizodlar üzrə bəraət verilməsi ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cəzanı yüngülləşdirən hal kimi CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını, CM-nin 59.1.14cü maddəsinə əsasən və iş üzrə dəymiş ziyanın bir qisminin ödənilməsini, zərərçəkmiş şəxslərin əksər hissəsi ilə barışıq əldə etməsini və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları əsas götürərək Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs1 barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın həcmini və zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməməsini, cəzanın şərti olaraq tətbiq ediləcəyi təqdirdə bunun təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq sonuncu barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməməklə onun cəmiyyətdən tam təcrid edilmədən və cəzasını real olaraq çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(101)- 188/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(101)-188/2022 saylı hökmü Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 Ziyaddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X6 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar