Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-2323/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – X7 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsiz evdə yaşamış, 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisinin nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs uzun müddət sevgi və intim münasibətində olduğu Zərərçəkmiş şəxs1 ilə qabaqcadan danışıb daimi olaraq görüşdükləri, sonuncunun yaşadığı ünvan 3 ünvanında görüşmək barədə razılaşaraq, 25 may 2022-ci il tarixdə saat 21 radələrində yeznəsi Şahid1 konkret olaraq kimin evinə getməsini deməyərək, onu avtomobillə həmin ünvana aparmasını xahiş etmiş, qeyd olunan ünvandakı binanın qarşısında sonuncudan onu gözləməsini istəyərək Zərərçəkmiş şəxs1 yaşadığı evə qalxmış, evdə Zərərçəkmiş şəxs1 ondan münasibətlərinə son qoymasını xahiş etdikdə, o, əsassız yerə mübahisə yaratmış, evin mətbəx otağına keçib oradan məlum olmayan sarı rəngli plastmas materialdan olan mətbəx bıçağını götürüb şalvarının cibində gizlədərək qonaq otağına gəlmiş, söhbət əsnasında heç bir səbəb olmadan mübahisəni davam etdirib masanın üzərində olan şüşə dərman qabını götürərək Zərərçəkmiş şəxs1 tərəf atıb ona dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, sol qulaq seyvanının əzilmiş yarası xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 onun üstünə gəldikdə, cibində olan bıçağı çıxararaq, sonuncuya zərbələr endirib dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsinin kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, zərbələrin təsirindən üzü üstə yerə yıxılmış Zərərçəkmiş şəxs1 boğazını arxadan sol qol bükümü hissəsinə keçirərək sağ əli ilə sıxmaqla boğub mexaniki asfıksiya yaradaraq dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya aid sol çənə bucağının və boyun nahiyələrinin qançırları kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürüb həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə əmin olduqdan sonra sonuncunun üzərində və evində olan ümumilikdə 8100 manat dəyərində olan 3 ədəd qızıl boyunbağını, 2 cüt qızıl sırğanı, bir ədəd yaşıl qaşlı qızıl bilərziyi, iki ədəd qızıl üzüyü, bir ədəd üzük, bir ədəd bilərzik, bir cüt sırğa və boyunbağını, bir ədəd sepi klonu ilə birlikdə gizli olaraq talamış, bundan sonra cinayətlərin izlərini gizlətmək üçün otaqda olan geyim paltarlarını yataq otağında taxta döşəmə üzərində yığıb yandıraraq evdən qaçaraq getmiş, törətdiyi yanğınla Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ünvan 7-də yerləşən evə ümumilikdə 19.060.00 manat dəyərində, eləcə də eyni əməllə həmin ünvanın döşəmə qatının tamamilə yanması ilə ünvan 8-də yerləşən evə keçmiş yanğın nəticəsində Zərərçəkmiş şəxs2 8.880.00 manat dəyərində ziyan vurub qəsdən onların əmlaklarını məhv etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən (sədrlik edən: E.İsmayılov, hakimlər: C.Hüseynov, S.Əliyev), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
4. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə düzgün baxılmasını xahiş etmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.
8. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin İzahatları:
9. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi F.Novruzov apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri:
12. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
14. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
15. Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 çoxdan tanıyır. Belə ki, mərhum onların uşaqlarının müəlliməsi olmuş, onunla münasibətləri mütəmadi və yaxşı olmuşdur. Hadisə baş verən gün də o, Xuramanın evinə getmiş, getməyini də mərhumun özü istəmişdir. Daha sonra, onlardan çıxıb Mehdiabad qəsəbəsinə gəlmiş, səhəri günü isə polis işçiləri ona zəng edib polis bölməsinə çağırmışlar.
16. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində veridiyi ifadəsinə uyğun şəkildə izahat verərək, özünü təqsirli bilmədi və hökmün ləğv edilərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.
17. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 08 sentyabr 2009-cu ildə Sayfiddinnova Bəxtiniso ilə ailə həyatı qurmuş və onların birgə nikahından iki uşağı olmuşdur. Əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən «Socar»ın binaları adlanan yaşayış massivində bina 2, mənzil 67-də kirayədə yaşamışdır. 2022-ci ilin yanvar ayında isə evdən çıxmış və arvadının xəstəliyi ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. Oraya getməkdə məqsədi həyat yoldaşının müalicəsi olmuşdur. 25 may 2022-ci il tarixdə səhər saat 04 radələrində Azərbaycan Respublikasına qayıtmışdır. O, mərhum Zərərçəkmiş şəxs1 təxminən 5 il əvvəldən tanımışdır. Həmin vaxt Lökbatan qəsəbəsində yerləşən “Şəmkir” adlanan marketdə işləmiş, Xuraman müəllimə də tez-tez həmin mağazaya gələrək oradan alış-veriş etmiş və onların tanışlığı həmin vaxtdan yaranmışdır. Bundan sonra onun uşağı təsadüfən Xuraman müəllimənin sinfinə birinci sinfə daxil olmuş, bundan sonra Xuraman müəllimə ilə onun yaxın münasibəti yaranmışdır. Onlar Xuraman ilə yaxın münasibətdə, eyni zamanda onun yaşadığı evdə intim münasibətdə olmağa başlamışlar. Bundan başqa onun Xuraman ilə ailəvi münasibəti də yaxşı olmuşdur. Lakin ailəsinin Xuraman ilə onun arasında intim münasibət olması barədə xəbəri olmamış, sonradan ailə üzvlərinin məlumat olsa da, o, Xuraman ilə münasibəti soyutduqdan sonra onlar sakitləşmişlər. Rusiyada olduğu müddətdə Xuramanla “Whatsapp” sosial proqramı vasitəsilə əlaqə saxlamışdır. 25 may 2022-ci il tarixdə səhər saat 04 radələrində o, Bakı şəhərinə qayıtmışdır. Bacısının həyat yoldaşı Şahid1 şəxsi istifadəsində olan “Daewoo Nexia” markalı 99- XZ-395 dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedərək onu və onunla birlikdə gələn ailəsini qarşılamış və onlar Şahinin yaşadığı Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci keçid, ev 33 ünvanına getmişdir. Axşam radələrində Şahin, arvadı Əfsanə, anası Nüşabə, o, arvadı Nisə, Şahinin qardaşı Zaur, arvadı Gülbacı və uşaqlar birlikdə Şahinin evində yemək yemişlər. O, Rusiya Federasiyasında olduğu zaman da Xuraman ilə “Whatsap” sosial proqramı vasitəsilə əlaqə saxlamış və həmin vaxt o, Bakıya gələndə onunla görüşəcəyi barədə razılığa gəlmişdir. Xuraman ona 18 may 2022-ci il tarixdə əri Abbasla birlikdə Türkiyənin Antalya şəhərinə qızları Nüşabənin toyuna getdiyini bildirmişdir. Xuraman əri Abbas ilə ayrılmış və onlar ayrıayrı evlərdə yaşamışlar. O, Bakıya gəldikdən sonra Rusiya Federasiyasına məxsus olan telefon nömrəsi işlətmişdir. 25 may 2022-ci il tarixdə o, Xuraman ilə “Whatsapp” sosial proqramı vasitəsilə əlaqə saxlamışdır. Belə ki, həmin gün təxminən saat 17 radələrində Xuraman ona Bakıya gəlməsi və evə çatması barədə məlumat vermişdir. Təxminən saat 20 radələrində Xuraman ona “Whatsapp” sosial proqramı vasitəsilə evə gəlməyini demişdir. O, həmin vaxt Xuramana havanın hələ qaralmadığını desə də, Xuraman ona bacısı Arzugilin evə gələcəyini və bacısının gəlməsinə qədər onun gəlib-getməyini demişdir. O, Xuramanla razılaşmış və 15 dəqiqə ərzində gələcəyini demişdir. Daha sonra onlar birlikdə Şahinin istifadə etdiyi avtomobillə Lökbatan qəsəbəsində Xuramanın yaşadığı 5 mərtəbəli binanın həyətinə daxil olmuşlar. O, Şahinə kimin yanına və hansı məqsədlə getməyi barədə heç bir məlumat verməmişdir. Xuramanın yanına getməkdə məqsədi onunla yaşadığı evdə 5-10 dəqiqə görüşüb çıxmaq olmuşdur. O, Şahinin maşınından düşərkən sonuncuya 20 dəqiqəyə gələcəyini demişdir. Daha sonra o, Xuramanın yaşadığı binaya yol tərəfdən gəldikdən 2-ci bloka daxil olmuş, üçüncü mərtəbəyə qalxmış və sol qapını döyməyə başlamışdır. O, Xuramanın evinə getdiyi zaman qapını sakit döydükdən sonra Xuraman qapının yanında gözləyərək qapını açmışdır. Xuramanın evinin daxil tərəfdən bağlamaq üçün nəzərdə tutulmuş yeri işləməmiş, ona görə də Xuraman qapını aşağıda olan yerdən açarla bağlamışdır. Həmin vaxt o, təxminən 10-12 dəqiqə qapını döymüş, lakin qapını açan olmamışdır. Daha sonra bir nəfər oğlanın bloka daxil olduğunu hiss etmiş, o, həmin vaxt pilləkan ilə yuxarı qalxmış, həmin oğlan 3-cü mərtəbəyə yaxınlaşdıqda o, pilləkan ilə aşağı düşmək görüntüsü yaratmaq üçün aşağı düşərək həmin oğlanın yanından keçmiş, lakin onun üzünə baxmamışdır. Açığı o, artıq fikirləşmişdir ki, yəqin Xuraman başqa birisi ilə evdə olduğuna görə qapını açmamışdır. O, Xuramanı qısqanaraq içində əsəbləşmişdir. Ona görə də, bir neçə dəfə qapını əli ilə möhkəm döyərək «Xura, Xura» deyərək çağırmış, yalnız bundan sonra Xuraman qapını açmış və onunla görüşməyib qonağ otağına tərəf getmişdir. O da, Xuramanın arxasınca dəhlizə daxil olmuş və daha sonra qonaq otağına tərəf getmişdir. Həmin vaxt artıq Xuraman divara bitişik qoyulmuş yaşıl rəngli kreslonun üstündə oturmuşdur. Xuraman ona da keçib oturmağı deyərək yer göstərmişdir. O, kresloya əyləşə-əyləşə ondan qapını gec açmasının səbəbini soruşmuş və cavabını gözləməyib «tualetdəydin?» deyərək təkrar soruşduqda, Xuraman «yox, nə tualetdə, paltarları yığıram, ütülüyəcəm indi» sözlərini demişdir. Həmin vaxt qonaq otağı ilə yataq otağının arasında üst-üstə tökülmüş vəziyyətdə döşəmənin üstündə çoxlu paltar, dəsmal olmuşdur. O, Xuramandan onunla niyə görüşməməsini deyərək soruşanda, Xuraman «bir dayan, sözüm var sənə, bu günə kimi nə olubsa, artıq olubdur, səninki səndə, mənimki də məndə» deyəndə o, təəccüblənib, ondan “nə səbəbə bu sözləri deyirsən” demiş və onun cavabını gözləməyib ayağa durub mətbəxə tərəf getmişdir. O, həmin vaxt evdəki otaqlara da göz gəzdirmişdir ki, görsün kimsə var, yoxsa yoxdur. Çünki o, Xuramanı birinci dəfədir ki, belə aqressiv görmüşdür. O, mətbəxdə su içib oradakı sarı rəngli plasmasdan olan çörək bıçağını götürüb cibinə qoyaraq Xuramanın yanına qayıtmışdır. Bıçağı götürməyinə səbəb o olmuşdur ki, birdən evdə başqa kimsə olar, ona görə də hər ehtimala qarşı götürmüşdür. Həmin vaxtı onun kimisə öldürəcəyi heç yuxusuna belə gəlməmişdir. Xuramanın yanına gəlib oturandan sonra ondan de görüm kimdir bu adam ki, məni ona dəyişirsən sözlərini demişdir. Belə deyəndə Xuraman bir daha bu günə qədər olan münasibət kifayətdir, artıq “səni sevmirəm, həyatımda başqası var” deyəndə o da, Xuramanın bu sözünə əsəbiləşərək nə üçün belə etdiyini, onun pis olmadığını deyəndə, Xuraman ona evdən çıxıb getməyini deyərək onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Daha sonra “nə istəyirsən, o, səndən yaxşıdır, səndən yaxşı sikişir, çıx rədd ol da sözlərini demişdir. O, Xuramanın bu sözlərindən bərk əsəbləşdiyi üçün özünü saxlaya bilməyib otaqda olan iki kreslonun arasında jurnal stolunun üzərindəki başında plasmas qapağı olan 100 qramlıq içərisində dərman olan şüşə qabı götürüb Xuramanın sifətinə tərəf atmışdır. Həmin vaxt Xuraman sifətini yana çevirdiyi üçün qab onun çənə nahiyəsinə dəyib bir qədər aralıda olan qapıya dəyərək sınmışdır. Bundan sonra Xuraman onun ünvanına nalayiq söyüşlər işlədərək, «məni səndən yaxşı qayıran var, nə istəyirsən məndən, çıx rədd ol burdan» deyib əl-qol ata-ata üstünə tərəf gəlmişdir. Xuramanın bu hərəkətindən sonra o, cibinə qoyduğu bıçağı çıxarıb üstən aşağı onu vurmaq istəyəndə Xuraman sol qolunu yuxarı qaldırıb qabağa verdiyi üçün bıçaq, səhv etmirsə, onun qoluna dəymişdir. Həmin bıçağın Xuramanın başqa harasına dəyməsini xatırlamır. O, Xuramangilə gələndə sonuncunun ona qarşı bu hərəkətləri edəcəyini, yəni onu qapının ağzında gözlədəcəyini, sonra isə üzünə başqası ilə yaşadığını və həmin şəxsin ondan yaxşı cinsi əlaqədə olmasını deməsini heç gözləməmişdir. Onların arasında heç vaxt belə bir münasibət, hərəkət olmamış, ona görə o, Xuramanın hərəkətlərindən və danışığından özünü itirdiyi üçün nə etdiyini bilməmişdir. O, indi başa düşmüşdür ki, çox böyük səhvlərə yol vermişdir. Xuraman ona aralanmasını, eyni zamanda onun ünvanına “səni tutduracağam, səndən şikayət edəcəyəm, gör sənin başına nə oyun açıram” sözlərini, eyni zamanda ağzına gələn pis sözləri dediyinə görə o, əlindəki bıçaqla onu vurandan sonra, yəni bıçaq Xuramana dəyəndən sonra o, bıçağı otağın içindəki paltarların üstünə atmışdır. Sonra isə əli ilə Xuramanın çiynindən möhkəm itələmişdir. Xuraman həmin vaxt yataq otağının qapısına dəyib geri qayıdıb ağzı üstə yerə yıxılmışdır. Bundan sonra onun səsinin çıxmadığını görüb bərk qorxmuş, artıq hər şeyin gec olduğunu, yəni onun gedib şikayət edəcəyini fikirləşib öldürmək qərarına gəlmişdir. O, əvvəllər dzü do idman növü ilə məşğul olduğuna görə boğucu fənd işlədərək boğaraq Xuramanı öldürmüşdür. O, sol əli ilə Xuramanın boğazını yan tərəfdən tutub sağ əli ilə onun üstündən sıxmış, ona görə də Xuramanın heç xırıldamadan nəfəsi kəsilmişdir. Həmin boğucu fəndi etdikdə, şəxsi vaxtında ayıltmayanda ölür. O, bunu idman zamanı öyrənmişdir. Xuramanı öldürəndən sonra izi itirmək üçün evi yandırmaq qərarına gəlmiş və Xuramanın ütüləmək üçün hazırladığı paltarlara oradakı alışqanla od vurmuşdur. Həmin vaxt Xuramanın meyiti qonaq otağından yataq otağına açılan qapının ağzında başı yataq otağına, ayağı isə qonaq otağına tərəf olmuşdur. Yandırdığı paltarlar meyitdən təxminən 1 metr yarım yataq otağına tərəf aralıda olmuşdur. Onun məqsədi meyiti yox, ümumi evi yandırmaq olmuş, başqa məqsədi olmamışdır. Qeyd etdiyi kimi paltarları yandırandan sonra evdən çıxmaq istəyəndə, Xuramanın telefonunun zaldakı kreslonun yuxarı hissəsində toka taxılı vəziyyətdə olduğunu görmüşdür. O, telefonu şnurla çıxaranda onun baş hissəsi rozetkada, yəni elektrik yuvasında qalmışdır. O, Xuramanın telefonunu şnur qarışıq odun içinə atmışdır ki, yanıb məhv olsun. Tələsik evdən çıxıb qapını örtərək tez həyətə düşmüşdür. O, Xuramanın evindən çıxıb piyada aşağı düşən zaman arxadan Xuramanla üzbəüz mənzildə yaşayan rus milliyətindən olan qadının «çto şumite», yəni “nə səs-küy salırsan” sözlərini deməsini eşitmişdir. Həyətə düşəndən sonra o, qaça-qaça yeznəsi Şahinin maşınına tərəf getmiş və maşına oturub ona “sür qabağa, sağa dön zibbilliyin yanında saxla, pəncərəyə baxım” sözlərini demişdir. Şahin ondan pəncərəyə baxmağının səbəbini soruşanda o, “qapını döydüm açmadı, baxıram görüm evdədir, yoxsa yox sözlərini demişdir. Pəncərəyə baxmaqda məqsədi o olmuşdur ki, görsün, alov pəncərədən çıxır, yoxsa yox. Pəncərəyə maşının salonundan boylanıb baxanda hələ alov olmamışdır. Ona görə də Şahinə “qəsəbənin içində bir qədər fırlanaq sonra evə gedək” demişdir. Şahin bir söz demədən maşını sürüb mərkəzə gedib oradan yanacaq doldurma məntəqəsinə getmiş, yanacaq vurandan sonra oradan evə getmişdir. O, bir də Xuramanın evinin olduğu yerə qayıtmamış, çünki başa düşmüşdür ki, Şahin nəsə görüb başa düşə bilər, ona görə də birbaşa evə getmişlər. O, təbii ki, baş verənlər barədə evdə heç kimə heç nə deməmiş, səhərisi gün həyat yoldaşı və uşaqları ilə birlikdə Mehdiabad qəsəbəsində olan evlərinə getmişdir. Onları evə Şahin aparmışdır. Günorta vaxtları polis əməkdaşları Şahinin telefonuna zəng edib onun maşınının farası ilə maraqlanmışlar, bak yerində qapaq olub-olmamasını soruşmuşlar. Şahin bundan sonra “qəsəbədə nəsə olub, ola bilsin avariya olub qaçıblar, «Nexia» maşını axtarırlar” demişdir. Şahinin də maşını «Nexia» markalı olmuşdur. Həmin vaxt Şahin “maşının yanacaq doldurulan bakının qapağı rəngə görə çıxarılıb, onu yerinə salmaq lazımdır” demişdir. Məhlədə Şahin özü maşının benzin bakının qapağını yerinə bağladıqdan sonra Şahin çıxıb getmişdir. Aradan 2-3 saat keçmiş Şahin ailəsi ilə qayıdıb onlara gəlmiş və ondan «sən dünənləri getdiyin binada hansı mərtəbəyə çıxmışdın?» deyə soruşmuşdur. O, Şahinə “biz ora axşam getmişik, hadisə isə səhər olubdur, narahat olma” demişdir. Ona qədər artıq qardaşı Əflatundan Xuramanın evinin yanmasını eşitmişdir. Qardaşına da həmin binada olan Aydın adlı dostu demişdir ki, Xuraman müəllimənin evi qazdan partlayıbdır, özü də reanimasiyadadır. Ona görə Şahin ondan soruşanda o, artıq bilmişdir ki, ev yanmışdır. 26 may 2022-ci il tarixdə gecə Qaradağ rayon polis idarəsinin əməkdaşları gəlib onu evdən polisə gətirmişlər. O, həmin vaxt nəyisə gizlətməyin mənasının olmamasını başa düşmüşdür. Ona görə hadisə barədə olan həqiqətləri olduğu kimi açıb danışmış, yəni Xuramanı aralarında baş verən söz-söhbətə görə öldürdüyünü, evi isə yandırdığını demişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, heç vaxt Xuramandan şübhələnməmişdir. Sadəcə olaraq 25 may 2022-ci il tarixdə o, Xuramanın evində olan zaman, sonuncunun özü ona başqa şəxslərlə münasibətinin olması barədə məlumat vermişdir. Həmin vaxtı onun kimsə öldürəcəyi heç yuxusuna belə gəlməmişdir. Hadisə zamanı onun əynində hazırda geyindiyi göy rəngli cins şalvar, boz rəngli qolu uzun kofta olmuşdur. O, bu paltarları könüllü olaraq istintaqa təqdim edir. Zərərçəkmiş şəxs1 əynində qara rəngli qolsuz kofta, göy rəngli cins şalvar olmuşdur. O, həmin bıçağı mətbəxdən götürmüşdür. Bıçağın dəstəyi sarı rəngli plastmas materialdan olmuşdur (cild 1, iş vərəqi 181- 189, cild 2, iş vərəqi 191-198).
18. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona istinad edilən əməlləri törətməyi etiraf etməsini həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyasında icraat zamanı verdiyi ifadə və izahatlarında onunla əsaslandırmışdır ki, o, polis tərəfindən döyüldüyünə və ona qarşı təzyiqlər olduğuna görə həmin protokolları imzalamağa, videoçəkilişlə dindirmə zamanı isə əvvəlcədən polis əməkdaşlarının onu öyrətdiyinə görə məcbur qalmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin həm birinci, həm apellyasiya instansiyasında məhkəmə iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edən ifadə və izahatlar verməsi, özünün təzyiqlərə məruz qalması və döyülməsi nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdikləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.
20. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 365 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 221-223).
21. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir.
22. Cinayət əməllərinin özü tərəfindən törədildiyini polis işçiləriin fiziki təzyiqləri və döyülməsi səbəbindən etiraf etməsi barədə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, hələ ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına təqdim edilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 365 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə 27 may və 28 may 2022ci ilə tarixlərdə videoçəkilişlə həyata keçirilmiş istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülər məhkəmədə tədqiq olunarkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə heç bir kənar təsir olmadan sərbəst şəkildə öz etirafedici ifadələrini vermişdir. Tədqiq olunmuş videogörüntülərdə də onun bədəni üzərində gözlə görünən və ya hiss edilən hər hansı xəsarət izlərinin olması müəyyən edilməmişdir. Eyni zamanda, istintaq orqanının 31 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi və işgəncəyə məruz qalması halları təsdiqini tapmadığına, onun bədən səthində hər hansı xəsarət izləri aşkar olunmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir.
23. Bundan başqa, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsi iş materiallarında olan digər mötəbər sübutlarla da öz təsdiqini tapır:
24. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun anası olmuşdur. Onlar ailəlikcə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, mənzil 14 ünvanında yaşamışlar. Həmin küçə əvvəl S.Orucov adlanmış, sonradan isə küçənin adı dəyişib Y.Mirzəyev adlanmışdır. Qardaşı Faiq 2010- cu il tarixdə Şahid5 ilə ailə həyatı qurmuş və həmin vaxtdan da qardaşı öz ailəsi ilə başqa evdə yaşamağa başlamışlar. Onun özü 2019-cu il tarixə kimi Bakı şəhərində anası ilə birlikdə yaşamış, həmin vaxtdan isə Türkiyə Respublikasının Antalya şəhərinə gedərək orada işləmiş və yaşamışdır. 2022-ci ilin may ayının 20-də Süleyman adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdur. Onların ilk toyu 2021-ci ilin dekabr ayında Bakı şəhərində olmuşdur. Anası Xuraman atası Abbasla 2010-ci ildə rəsmi olaraq ayrılmışlar. Lakin atası ilə anasının münasibətləri yaxşı olmuş, onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Onlar təxminən 3 il olar ki Təqsirləndirilən şəxs tanımış, onların ailəvi gediş-gəlişi olmuşdur. Orxanın uşaqları anası Xuramanın sinfində oxumuşlar. Orxan ilə anası Xuramanın yaxın münasibətləri olması barədə onun sonradan məlumatı olmuşdur. Bildiyi qədər Orxan 2022-ci ilin yanvar ayında Rusiyaya getmiş və həmin vaxtdan onunla anasının münasibəti olmamış, onlar həmin müddətdə danışmamışlar. 20 may 2022-ci il tarixdə Antalya şəhərində onun toyu olmuşdur. Atası Abbasla anası Xuraman birlikdə 18 may 2022-ci il tarixdə toy üçün Türkiyəyə gəlmişlər. Onlar orada bir həftə qaldıqdan sonra 25 may 2022-ci il tarixdə saat 14 radələrində Bakıya qayıtmışlar. Anası Türkiyədə olduğu müddətdə ona Orxanla danışdığını, Orxanın ona yazdığını bildirmişdir. O, anasından Orxanın nə dediyini soruşduqda, anası ona Orxanın arvadı Nişanın xəstəliyi ilə əlaqədar Rusiyada olduqlarını, Nişanın uzun müddət koma vəziyyətində olduğunu, ayıldıqda ilk olaraq Xuramanın adını çəkdiyini, ona paltar hədiyyə aldıqlarını və Bakıya qayıtdıqda evə gələcəklərini dediyini bildirmişdir. Bundan sonra anası Xuraman onlara borclu qalmaq istəmədiyini bildirib, Orxana və onun arvadı Nisaya hədiyyə almışdır. Xuraman ona Orxanın Bakıya gələcəyini demiş, lakin onun Orxanın nə vaxt Bakıya gələcəyi barədə məlumatı olmamışdır. Atasının dediyinə görə, onlar Bakıya çatdıqdan sonra atasına məxsus avtomobillə Lökbatan qəsəbəsinə qayıtmışlar. Onlar saat 16 radələrində Lökbatana çatmış, anası Xuramanın əşyalarını qaldırmasına kömək etdikdən sonra atası çıxıb getmişdir. 25 may 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, şəxsi məsələlərlə bağlı “Whatsapp”la anası ilə danışmışdır. Daha sonra anası sonuncu dəfə 20:48-də ona səs atmış və həmin səsdə ona yorğun olduğunu, yatmaq istədiyini bildirmişdir. Həmin vaxtdan sonra o, anası ilə bir daha danışmamışdır. 26 may 2022-ci il səhər saatlarında qardaşı Faiq onun əri Süleymana zəng edərək anası Xuramanın evinin yandığını, Xuramanın evdə öldüyünü demiş və daha sonra əri ona bu barədə məlumat vermişdir. Daha sonra o, gəlini Aysellə danışmışdır. Aysel ona Xuramanı öldürüldüyünü və daha sonra evi yandırılması barədə söhbət olduğunu bildirmişdir. O, 27 may 2022-ci il tarixdə gecə saat 03:30-da Bakıya gəlmiş, bundan sonra anası Xuramanın tanışı Orxan tərəfindən öldürüldüyünü bilmişdir. Xuraman Türkiyədə onun yanından getdiyi zaman üzərində 3 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa qulağında, bir cüt qızıl sırğa isə çantasında, bir ədəd yaşıl qaşlı qızıl bilərzik, iki ədəd qızıl üzük olmuşdur. 25 may 2022-ci il tarixdə təxminən saat 20:10-da o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə anası Xuramanla danışdıqda, anası təsadüfən ona şəkil atmışdır. Həmin şəkildə anasının qulağında bir cüt sırğa və boynunda bir ədəd sepin olduğu görünmüş, lakin həmin qızıl zinət əşyaları hal-hazırda yoxdur. O, ehtimal etmişdir ki, həmin qızılzinət əşyalarını Orxan onun üzərindən götürmüşdür. Həmin 3 ədəd qızıl boyunbağının dəyəri ümumilikdə 2000 manat, 2 cüt qızıl sırğaların dəyəri ümumilikdə 500 manat, bir ədəd yaşıl qaşlı qızıl bilərziyin dəyəri 500 manat, iki ədəd qızıl üzüyün dəyəri ümumilikdə 500 manat olmuşdur. Ümumilikdə Təqsirləndirilən şəxs evdən götürdüyü qızılların dəyəri 8.100 manat olmuşdur. Anası Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə baş verən yanğın nəticəsində evdə olan əşyaların çoxu yanaraq məhv olmuş, yanmayanlar isə yararsız vəziyyətə düşmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Nüşabə Novruzovanın ifadəsinə görə, istintaq zamanı Təqsirləndirilən şəxs hadisə yerinə gətirilərkən özü törətdiyi cinayətləri etiraf etmişdir. Buna görə də, o, təqsirləndirilən şəxs barəsində şikayətçidir və onun qanuna müvafiq qaydada ən sərt şəkildə cəzalandırılmasını xahiş edir.
25. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yunis Mirzəyev küçəsi, ev 4, mənzil 12 ünvanında atası və anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli orta məktəbdə müəllim kimi işləmişdir. Bundan başqa Xuraman müəllimə onların qonşusu olmuş, mənzil 14 ünvanında yaşamışdır. Xuraman müəllimə çox səmimi, mehriban İnsan olmuşdur. Onun kimləsə heç bir problemi, ədavət və düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamışdır. 26 may 2022-ci il tarixdə həmin binada yaşayan qonşu anasına zəng edərək Xuraman müəllimnin evinin yandığını, həmin binadakı evə getməyini demişdir. O, təxminən 10 radələrində oraya çatmış, bu vaxt artıq yanğın söndürülmüşdür. Daha sonra o, evə daxil olduqda, onların evinə də ciddi zərər dəydiyini görmüşdür. Daha sonra o, Xuraman müəllimənin tanışı Orxan tərəfindən öldürüldüyünü və daha sonra onun evinin yandırıldığını bilmişdir. Həmin yanğın onların evinə də keçmiş və onlara da maddi ziyan dəymişdir. Onun Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs münasibəti barədə heç bir məlumatı olmamışdır. 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə baş vermiş yanğın nəticəsində onların da həmin binada mənzil 14-də yerləşən mənzilində olan taxta çarpay, döşəklər, şkaf, həmin şkafın içərisində olan palto, kostyum, çoxlu sayda qış geyimləri, kompüter, “Daewoo” markalı televizor və digər əşyalar yanaraq onlara zərər dəymişdir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yanğın nəticəsində onun evində heç nə qalmamış, hamısı yanmış və ona 8800 manat ziyan dəymişdir. Hadisədən sonra maddi imkanı olmadığı üçün o, mənzilini təmir etdirə bilməmiş, bu səbəbdən ona vurulmuş 8800 manat ziyanın ödənilməsini tələb edir.
26. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır, sonuncu ilə onun münasibəti yaxşı olmuşdur. Orxan Mehdiabad qəsəbəsində yaşayır. Orxanın Xuraman müəllimə ilə ailəvi yaxın münasibəti olması, birlikdə istirahətə getmələri barədə onun məlumatı olmuşdur. Lakin o, Orxan ilə Xuraman müəllimə arasında intim münasibət olmasını bilməmişdir. Hadisədən bir neçə ay əvvəl Orxan arvadının başından müalicə olunması üçün Rusiyaya getmişdir. 25 may 2022-ci il tarixdə səhər saat 04 radələrində o, şəxsi istifadəsində olan “Daewoo Nexia” markalı avtomobillə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedərək Rusiyadan qayıdan Orxanı, arvadı Nisəni və uşaqlarını qarşılamış və özünün yaşadığı Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci keçid, ev 33 ünvanına gətirmişdir. Həmin tarixdə axşam radələrində o, öz ailəsi, Orxan isə öz ailəsi ilə onun evində yemək yemişlər. Həmin vaxt Orxan onu Lökbatan qəsəbəsində bir ünvana aparmağı xahiş etmiş, o, Orxana yemək yeyib gedəcəyini desə də, Orxan 5 dəqiqəyə gedib-qayıdacaqlarını bildirmişdir. Daha sonra onlar birlikdə onun istifadə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Lökbatan qəsəbəsində hərbi komissarlığın Qaradağ rayon idarəsindən yuxarı tərəfdə təzə tikilən binaların yanında olan 5 mərtəbəli binanın həyətinə daxil olmuşdur. Həmin vaxt Orxan maşından düşərək 20 dəqiqəyə gələcəyini demiş və binanın blokuna daxil olmuşdur. O, maşını binanın digər tərəfinə sürmüş və orada saxlamışdır. Sonra maşında oturaraq telefonda oyun oynamış və siqaret çəkmişdir. Təxminən 30-35 dəqiqə sonra Orxanın maşına çatdığını görmüş və onlar maşına minmişlər. O, maşını hərəkətə gətirmiş və məhlədən çıxaraq yola düşmüşlər. Evə gedən zaman Orxan maşını saxlamağını demiş və siqaret çəkməsini istəmişdir. O, maşında siqaret çəkməsini istəsə də, Orxan maşını saxlamağını demişdir. Orxan maşından düşərək bir ədəd siqaret çəkmiş və maşına əyləşəndə bir dəfə də binanın həyətinə getməyini istəmişdir. O, Orxandan nə baş verdiyini soruşduqda, Orxan ona getdiyi evdə bayaqdan qapını açan olmadığını, yenidən qayıtmaqda məqsədinin isə evin işiğının yanıb-yanmadığına baxmaq olduğunu demişdir. Onlar yenidən məhləyə qayıtdıqda o, hər hansı problem olmasın deyə taksi işarəsini maşının üzərinə qoymuşdur. Onlar bir dəfə də məhləyə gəlmişlər. Məhləyə daxil olduqda o, Orxandan maşını harada saxlamağını soruşduqda, Orxan buna ehtiyac olmadığını və getmələrini demişdir. Daha sonra onlar evə gələrək yemək yemişlər. Səhəri gün, yəni 26 may 2022-ci il tarixdə səhər saat 07 radələrində o, Orxanı ailəsi ilə birlikdə Mehdiabad qəsəbəsində yerləşən evlərinə aparmışdır. Həmin gün günorta saatlarında bir nəfər polis əməkdaşı ona zəng edərək maşınının markasını və rəngini soruşmuş, o, yaşıl rəngli “Nexia” olduğunu demişdir. Daha sonra onu polis bölməsinə çağırmışlar. O, öz ailəsi ilə birlikdə Orxangilin Mehdiabaddakı evinə getmişdir. Orxandan dünən nə baş verdiyini soruşduqda, Orxan heç nə olmadığını demişdir. Daha sonra onlar polis bölməsinə getmişlər. Onun Orxanın kimin evinə getməsi barədə məlumatı olmamışdır. Orxanın dəqiq olaraq hansı bloka girməsini xatırlamır, lakin binanın orta bloklarından birinə daxil olmuşdur. Orxan ona sonradan həmin binaya kimin evinə getməsi və orada nə baş verməsi barədə hər hansı məlumat verməmişdir. Yalnız o, Orxandan birinci dəfə binadan çıxanda maşında olarkən nə baş verdiyini soruşduqda, Orxan ona getdiyi evdə bayaqdan qapını açan olmadığını, yenidən qayıtmaqda məqsədinin isə evin işiğının yanıb-yanmadığına baxmaq olduğunu demişdir. 25 may 2022-ci il tarixdə binaya gedən zaman və oradan çıxan zaman Orxanın hərəkətlərində həyəcan və narahatlıq hiss etməmişdir.
27. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 ildir kameraman kimi fəaliyyət göstərir. 2001ci ildən isə Lökbatan qəsəbəsindəki “Qaradağ” restoranında videoçəkilişlər aparır. Mərhum Zərərçəkmiş şəxs1 təxminən 10 ildən çoxdur ki, tanıyır. Belə ki, həmin vaxt Xuraman müəllimənin işlədiyi 139 nömrəli orta məktəbdə videoçəkiliş aparan zaman onunla tanış olmuşdur. Sonradan da əlifba bayramı və başqa məktəb tədbirləri keçiriləndə çəkilişlər etmiş və hər çəkilişdə təxminən 200-220 manat pul almışdır. 2022-ci ilin may ayının əvvəllərində Xuraman müəllimə onun istifadəsində olan 055-798- 99-15 nömrəli mobil telefonuna “whatsapp”la zəng edərək 09 may 2022-ci il tarixdə əlifba bayramı keçiriləcəyini və həmin şənliyi videoçəkilişini etmək lazım olduğunu bildirmiş, o da, buna razılıq vermiş və və 09 may 2022-ci il tarixdə «Dəniz Plaza” şadlıq sarayında əlifba bayramı şənliyinin videoçəkilişini etmişdir. Bundan sonra Xuraman müəllimə ona mesaj yazaraq çəkilişin diskinin nə vaxt hazır olacağını soruşmuş, o da, çəkilişi montaj etdikdən sonra təqdim edəcəyini mesaj vasitəsi ilə yazmışdır. 25 may 2022-ci il tarixdə təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefona zəng etmiş, əlifba bayramının çəkilişinin diski hazır olduğunu demişdir. Xuraman müəllimə aeroportda olduğunu, yorğun olduğunu, diski Gülü adlı valideynə çatdırmağı xahiş etmişdir. 26 may 2022-cİ il tarixdə axşam saatlarında Gülü adlı valideyn ona zəng edərək Xuraman müəllimənin ona borcu qalıb-qalmadığını soruşmuş, o da, heç bir borcu qalmadığını, pulu tam ödədiyini demişdir. Gülü adlı valideyn ona Xuraman müəllimənin vəfat etdiyini bildirmişdir. O, Gülü adlı valideynə dünən mobil telefonla danışdığını dedikdə, Gülü adlı valideyn “dünyanın işini bilmək olmursözünü deyərək onunla sağollaşmışdır. Bundan sonra o, rayon prokurorluğuna dəvət olunmuşdur. Onun Zərərçəkmiş şəxs1 ilə münasibəti yaxşı olmuş, Xuraman müəllimənin təklifi ilə 4 ildən bir əlifba bayramı şənliyinin videoçəkilişini etmişdir. O, Xuraman müəllimə ilə 4 ildən bir əlaqə saxlamış, Xuraman müəllimini yaxından tanımadığı üçün kiminləsə ədavətinin və ya düşmənçiliyinin olub-olmamasını bilməmişdir.
28. İş materiallarında olan Şahid3 ibtidai istintaq zamanı verdiyi iafdəsindən görünür ki, Şahid3 təqsirləndirilən şəxsin qardaşı olduğunu bildirərək göstərmişdir ki, Orxan 08 sentyabr 2009-cu il tarixdə ailə həyatı qurmuş və iki uşağı olmuşdur. Orxan əvvəllər ailəsi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən «Socar»ın binaları adlanan yaşayış massivində bina 2, 67 nömrəli mənzildə yaşamışlar. 2022-ci ilin yanvar ayında o, öz ailəsi ilə birlikdə evdən çıxaraq Rusiya Federasiyasına getmişdir. Oraya getməkdə məqsədi həyat yoldaşı Sayfıddinnova Bəxtinisonun müalicəsi olmuşdur. Şahid1 onun bacısı Əfsanənin həyat yoldaşıdır. Onlar 2010-cu il tarixdə ailə həyatı qurmuşlar və 2 uşaqları vardır. Onlar ünvan 4 ünvanında yaşayırlar. Onun Şahin və qardaşı Orxan ilə münasibəti yaxşı olmuşdur. Onlar ilə arasında heç bir problem, ədavət və düşmənçilik olmamışdır. Təxminən 2 il bundan əvvəl o, öz ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsinə istirahətə getmişdir. Orada olan zaman Orxan öz ailəsi və Xuraman ilə birlikdə onların istirahət etdiyi yerə gəlmişlər. O, Orxandan Xuramanın kim olmasını soruşduqda, Orxan ona uşaqlarının müəlliməsi olduğunu, bundan başqa ailəvi münasibətlərinin olduğunu demişdir. Xuraman da orada olan zaman qardaşı Orxan və onun ailəsini tərif edərək “uşaqlarım bunlara qurban olsun” demişdir. Ondan başqa o, bir daha Xuramanı görməmişdir. Onun Orxan ilə Xuraman arasında yaxın sevgi münasibətinin olmasından məlumatı olmamışdır. 25 may 2022-ci il tarixdə səhər saat 04 radələrində Orxan Bakı şəhərinə qayıtmışdır. Lakin o, Orxan ilə çox yaxın münasibətdə olmadığı üçün onun Bakıya gəlməsi barədə məlumatı olmamışdır. 26 may 2022-ci il tarixdə axşam saatlarında o, Orxanın tutulmasını eşitmişdir. Hadisənin baş verməsi barədə onun heç bir məlumatı olmamışdır. Orxan Bakıya qayıtdıqdan sonra sonuncu ilə heç bir əlaqəsi olmamışdır (cild 2, iş vərəqi 59-61).
29. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1982-ci ildə Zərərçəkmiş şəxs1 ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan 1983-cü il təvəllüdlü Faiq adlı oğlu, 1985-ci il təvəllüdlü Nüşabə adlı qızı dünyaya gəlmişdir. 1997-ci ildən hal-hazıradək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, mənzil 14 ünvanına köçmüşdür. Həmin küçə hazırda Y.Mirzəyev adlandırılır. Bir müddət Xuramanla mehriban olsalar da, 2000-ci ildən aralarında şəxsi münasibətlərlə əlaqədar mübahisələr başlamış və onlar 2010-cu ildə rəsmi olaraq ayrılmışlar. Lakin ayrıldıqdan sonra onlar münasibət saxlamışlar. 2010-cu ildən o, ünvan 5 ünvanında tək yaşamışdır. Qızı Nüşabənin toyu 20 may 2022-ci il tarixdə Türkiyədə Antalya şəhərində olmuş, o da, Xuramanla birlikdə 18 may 2022-ci il tarixdə qızının toyu üçün Türkiyəyə getmişdir. Onlar orada bir həftə qaldıqdan sonra 25 may 2022-ci il tarixdə saat 14 radələrində Bakıya qayıtmışlar. Hava limanından onlar özünün idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə qayıtmışlar. Türkiyə Respublikasına getməmişdən əvvəl yaşadığı evinin açarını Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan bacısı Arzuya verdiyindən, əvvəlcə açarı götürmək üçün Arzunun evinə getmişlər. O, avtomobildə gözləmiş, Xuraman isə Arzunun evinə gedib açarı gətirmişdir. Xuramanın evinə çatdıqda birlikdə evə qalxmış, Xuramana əşyalarını qaldırmaqda köməklik etmişdir. Daha sonra evə daxil olmadan çıxıb getmişdir. Evdən çıxanda Xuraman ona başının ağrıdığını demişdir. Həmin gün saat 17 radələrində o, Xuramana zəng edərək başının ağrıyıb-ağrımadığını soruş, Xuraman ona yaxşı olduğunu demişdir. O, həmin vaxtdan sonra bir daha Xuraman ilə danışmamışdır. 26 may 2022-ci il tarixdə səhər saat 06 radələrində Xuramanın məhləsində yaşayan tanımadığı bir nəfər ona zəng edərək Xuraman müəllimənin evinin yandığını, evindən alov çıxdığını demişdir. O, dərhal oraya gəlmiş, evə çatdıqda artıq yanğının söndürüldüyünü görmüşdür. Orada ilk öncə Xuramanın öldüyünü demişlər və onun meyiti müayinə olunması üçün morqa aparılmışdır. Daha sonra ona Xuramanın öldürüldüyü və daha sonra evinin yandırıldığı barədə məlumat verilmişdir. Bir gün sonra isə Xuramanın Təqsirləndirilən şəxs adlı şəxsi tərəfindən öldürüldüyünü bilmişdir. Şahid4 ifadəsinə görə, Xuraman hadisədən təxminən 3-4 il oqabaqdan Təqsirləndirilən şəxs və onun ailəsini tanımış, onların bir-birinə gediş-gəlişi olmuşdur. O, Orxanı «Şəmkir» marketdə işlədiyi vaxt bir neçə dəfə görmüş, amma onunla şəxsi tanışlığı olmamışdır. Hadisədən təxminən 1 il əvvəl Xuramanın evinə getdikdə Orxanın arvadı Nişanın orada olduğunu görmüşdür. Bundan başqa Xuraman Türkiyədən qayıdan zaman Orxan və Nisaya hədiyyə də almışdır. Xuraman Türkiyədən onunla birlikdə gələn zaman üzərində qızıl boyunbağı, qızıl sırğa, qaşlı qızıl bilərzik, iki ədəd qızıl üzük olmuşdur. Bundan başqa Xuramanın çantasında təxminən 400-500 ABŞ dolları və 200 avro pul olmuşdur.
30. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, O, 2010-cu ildə mərhum Zərərçəkmiş şəxs1 oğlu Faiq Novruzovla ailə həyatı qurmuş və ailəsi ilə ayrı evdə yaşamışlar. Təxminən 1 il yarım müddətdə qaynanası Xuraman ilə birlikdə onun evində yaşamış, münasibətləri yaxşı olmuşdur. Xuraman öz əri Abbas ilə 2010-ci ildə rəsmi olaraq ayrılmış, lakin bundan sonra da onların münasibəti yaxşı olmuşdur. O, hadisədən təxminən 3 il qabaq Təqsirləndirilən şəxs tanımış, Orxanın ailəsi ilə gediş-gəlişi olmuşdur. Onların Orxan və arvadı Nisə ilə münasibəti çox yaxşı olmuş, aralarında heç vaxt hər hansı problem, ədavət və düşmənçilik olmamışdır. X9 tanış olmaları barədə ona məlumat vermişdir. Belə ki, Orxanın oğlu Xuramanın sinfində oxumuş və onların münasibətləri həmin vaxtdan yaranmışdır. Lakin o, ilk gördüyü gündən Orxana inanmamış, Orxanın pula görə Xuramanla yaxınlıq etdiyini düşünmüşdür. Buna görə bir neçə dəfə Xuraman ilə aralarında sözlü mübahisədə olmuşdur. Xuraman daha çox Orxan və onun ailəsi ilə vaxt keçirmişdir. Onun Xuraman ilə Orxanın yaxın münasibətləri olması barədə məlumatı olmamışdır. Lakin onların hərəkətlərindən şübhələnmişdir. Daha sonra o, Xuramanın özünə məxsus torpağı sataraq pulu Orxanın işlədiyi “Ocos” şirkətinə qoyduğunu bilmiş və bununla bağlı Xuramanla dəfələrlə danışmışdır. Bildiyi qədər sonradan Xuraman həmin pulu götürmüşdür. O, tez-tez Xuramandan Orxan barədə soruşmuş, Xuramanın dediyi sözlərdən Orxanın 2022-ci ilin yanvar ayında ailəsi ilə Rusiyaya getdiyini və həmin vaxtdan onların münasibətinin olmadığını bilmişdir. Baldızı Nüşabənin toyu 20 may 2022-ci il tarixdə Antalya şəhərində olmuş, Abbas Xuramanla birlikdə 18 may 2022-ci il tarixdə toy üçün Türkiyəyə getmişlər. Orada bir həftə qaldıqdan sonra 25 may 2022-ci il tarixdə saat 14 radələrində Bakıya qayıtmışlar. Onlar Bakıya gəldikdən sonra həmin tarixdə saat 16 radələrində o, qaynanası Xuramanla danışmışdır. Xuraman ona Abbasla birlikdə Lökbatana getdiyini, axşam onlara uşaqlara aldığı hədiyyələri vermək üçün gələcəyini demişdir. Həmin gün təxminən saat 17 radələrində o, işdən çıxmış, ilk öncə qaynatası Abbasa zəng etmiş, Abbas ona Xuramanı evdə düşürdüyünü və çıxıb getdiyini, Xuramanın başının ağrıdığını və halının olmadığını demişdir. O, dərhal qaynanası Xuramana zəng edərək onların evə gəlibgəlməyəcəyini soruşmuş, Xuraman ona halının olmadığını, yorğun olduğunu demişdir. Daha sonra bir daha onunla danışmamışdır. 26 may 2022-ci il səhər saat 06 radələrində qaynatası Abbas ona zəng edərək Xuramanın evinin yandığını və vəziyyətinin yaxşı olmadığını demiş və o, dərhal Lökbatana gəlmişdir. İlk əvvəl Xuramanın evinin yandığını, Xuramanın isə evdə öldüyünü bilmişdir. Daha sonra ona Xuramanın tanışı Orxan tərəfindən öldürülməsi və daha sonra evi yandırılması barədə bildirmişlər. Nüşabə ona Xuramanın Antalya şəhərində toyu ilə əlaqədar olduğu müddətdə Orxanla danışdığını, Orxanın ona yazdığını və Türkiyədə olan zaman Orxana və onun ailəsinə hədiyyə aldığını demişdir. X4rkən onun üzərində 3 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa qulağında, bir cüt qızıl sırğa isə çantasında, bir ədəd yaşıl qaşlı qızıl bilərzik, iki ədəd qızıl üzük olmuşdur. Lakin həmin qızıl-zinət əşyaları sonradan yoxa çıxmışdır. O, ehtimal edir ki, həmin qızıl-zinət əşyalarını Orxan onun üzərindən götürmüşdür.
31. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 mərhum Zərərçəkmiş şəxs1 onun doğma bacısı olduğunu, Türkiyəyə gedərkən bacısının yaşadığı evin açarını ona verdiyini və qayıtdıqdan sonra gəlib onlardan götürdüyünü, təxminən 4-5 il olar ki, Təqsirləndirilən şəxs tanıdıqlarını, Xuramanın Orxanın ailəsi ilə gediş-gəlişinin olduğunu, Xuraman istirahətə gedəndə çox vaxt özündə olan qızılları saxlamaq üçün ona verdiyini, lakin sonuncu dəfə toya getdiyi üçün həmin qızılları üzərində aparacağını və toyda taxacağını bildirdiyini, Abbasla Xuramanın 25 may 2022-ci il tarixdə saat 15 radələrində Bakıya qayıtdıqlarını və saat 17 radələrində Xuramanın onlara gələrək evlərinin açarını götürdüyünü, həmin vaxt Xuramana axşam gələcəyini desə də, bacısının ona yorğun olduğunu və yatacağını dediyini, ona görə də həmin gecə bacısıgilə getmədiyini bildirərək, işin qalan halları barədə Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir.
32. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində verərək göstərmişdir ki, 2010-cu ildən Heydər Əliyev adına Beynəlxalq hava limanında Sərnişin və baqajlara baxış üzrə inspektor vəzifəsində işləyir. Nüşabə Həsənova adında qadını 2013-cü ildə hava limanında tanımış və onların arasında dostluq münasibəti olmuşdur. Təxminən 1 il bundan əvvəl Nüşabə Həsənovanın anası Zərərçəkmiş şəxs1 tanımış, Nüşabə Türkiyə Respublikasında onun nişan mərasiminin olduğunu və anasının Türkiyə Respublikasına getməsinə köməklik göstərməsini xahiş etmişdir. O da, Nüşabə ilə olan münasibətinə görə anasına kömək etmiş, sonra Nüşabə zəng vurub ona minnətdarlığını bildirmişdir. Təxminən bir neçə gün əvvəl Xuraman ona mesaj yazaraq xx.xx.2022-ci il tarixdə işdə olub-olmadığınıı soruşmuş, o, Xuramana işdə olmadığını, lakin köməklik lazım olsa deməsini bildirmişdir. Xuraman ona 25 may 2022-ci il tarixdə saat 14:50-də təyyarəsinin gələcəyini və ona nəsə gətirdiyini demişdir. Xuramanın gəldiyi təyyarənin eniş etdiyini görüb onlara yaxınlaşmış və Xuraman ona kəmər və pulqabı hədiyyə etmişdir. Daha sonra Xuramanı və yanındakı kişini özünə məxsus avtomaşınla Binə qəsəbəsinə aparmışdır. Daha sonra o, Xuramanla birdaha danışmamışdır. 26 may 2022-ci il tarixdə Qaradağ rayon polis idarəsinin əməkdaşları onu idarəyə dəvət edərək Zərərçəkmiş şəxs1 öldüyünü demişlər.
33. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 1971-ci ildən ünvan 6 ünvanında ailə üzvləri ilə yaşayır. Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda qapı qonşusu olmuş və 14 nömrəli mənzildə yaşamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə yaxın münasibətləri, gediş-gəlişi olmamışdır. Amma uzun illər qonşu olduğundan Xuramanın ibtidai sinif müəlliməsi işləməsini, daha əvvəl evli olmasını, ərinin Abbas olmasını, onların Nüşabə və Faiq adında iki uşaqları olduğunu bilmişdir. Xuramanın qızı Nüşabə daim onunla yaşamış, amma iki il əvvəl işləmək üçün Türkiyəyə getmişdir. Sonradan Nüşabənin türklə ailə qurduğunu və Türkiyədə toyunun olacağını bilmişdir. Abbas Xuramanla ayrılsa da, Xuraman nəsə iş görmək lazım olanda Abbası dəvət etmiş, keçmiş əri də ona lazım olan köməkliyi etmişdir. Hadisədən təxminən iki il əvvəl Xuramanın evinə bir nəfər kişi gəlməyə başlamış, həmin kişi bəzən qadınla, bəzən isə tək gəlmişdir. Amma gələndə həmişə gecə saatlarında gəlmiş, başına kepka tipli papaq qoymuşdur. Onun üzü qaraşın, boyu qısa olmuşdur. Xuraman qapını açıb-bağlayanda onun səsi yüksək eşidilmiş, lakin həmin şəxs həmişə gələndə Xuraman əvvəldən qapını açıq saxlamış, çünki həmin şəxs gələndə o, heç vaxt qapını döyməmiş, əl ataraq qapını açmışdır. Bunları onlar təsadüfi hallarda qapının gözlüyündən görmüşlər. Onlar Xuramanın həmin şəxslərlə dostluq etdiyini düşünmüş, həmin şəxslə Xuramanın arasında olan başqa münasibətlər barədə bilməmişlər. O, Xuramanı hadisədən 10 gün əvvəl, sonuncu dəfə isə 25 may 2022-ci il tarixdə saat 15-16 radələrində görmüşdür. Belə ki, həmin gün Xuraman onların qapısını döymüş, evə qaz gəlmədiyini bildirmişdir. X11 kiminsə mərtəbədə qazı bağladığını, onların qazı açdığını, amma Xuramanın qazını açmadıqlarını bildirmişdir. Xuramanın boyu balaca oldğundan əli vintə çatmamış, Svetlanadan həmin vinti açmağa kömək etməyi xahiş etmiş, Svetlana vinti açdıqdan sonra evə gəlmişdir. Bundan sonra onu görməmişdir. 26 may 2022-ci il tarixdə saat 02 radələrində o, evdə yanıq iyi hiss etmiş, balkona çıxaraq ətrafa baxmış, amma bir şey görə bilməmişdir. Həmin vaxt nəsə partıltı səsi eşitmiş, səs çox yüksək olmamış, bir şey başa düşə bilmədiyindən evə daxil olmuşdur. Həmin gün gecə saatlarında birdən səs-küy başlamış, onlar yuxudan qalxaraq bayıra baxdıqda yanğın söndürənlərin Xuramanın evinə balkondan girdiklərini görmüş və evdə yanğın olduğunu başa düşmüşlər. Yanğın söndürüləndən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Yanğın söndürülərkən bacısı Svetlana Xuramanın mobil nömrəsinə zəng vurmuş, amma Xuramana zəng çatmamışdır.
34. Məhkəmə kollegiyası iş materiallarında olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir.
35. Belə ki, iş mateiallarında olan hadisə yerinə baxış keçrilməsi haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 7 ünvanında yerləşən mənzildir. Həmin mənzil çoxmənzilli yaşayış binasında 3-cü mərtəbədə yerləşir. Həmin bina köhnə tikilidir, mərtəbələr arasında olan hissə taxta materialdandır. Həmin mənzildə yanğın baş verdiyi və mənzilin qapısı bağlı olduğu üçün qapı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sındırılmışdır. Qapı dəmir materialından olmaqla sağdan sola açıq vəziyyətdədir. Mənzilin girişindən daxil olduqda dəhliz yerləşir. Həmin dəhlizin uzunluğu 3 metr, eni isə 1.90 metrdir. Dəhlizə daxil olduqda sol tərəfdə, üzbəüz istiqamətdə və sağ tərəfdə otaqlar vardır. Dəhlizə daxil olduqda üzbəüz otaqda yanğın və kömürləşmə izləri yoxdur, yalnız otağın tavanı və divarlarının yuxarı hissəsi hisə boyanmış haldadır. Dəhlizə daxil olduqda sağ tərəfdə mətbəx sahəsi, sonunda isə ikinci yataq otağı vardır. Həmin otağın və mətbəx sahəsinin daxilində yanğın və kömürləşmə izləri yoxdur. Yalnız divarların yuxarı hissəsi və tavanı hisə hoyanmış haldadır. Yataq otaqlarının içərisində olan əşyalar dağılmış haldadır. Mətbəx sahəsində olan dörd gözlü qaz plitəsinin işçi kranları bağlı vəziyyətdədir. Yanğın və kömürləşmə izləri əsasən mənzilin dəhlizinə daxil olduqda sol tərəfdə yerləşən qonaq və yataq otağında müşahidə edilir. Dəhlizə daxil olduqda sol tərəfdə qonaq otağının taxta materialdan ibarət iki taylı qapısı vardır. Qapı içəri tərəfdə termiki təsirə məruz qalmışdır. Qapıdan qonaq otağına daxil olduqda həmin otağın tavanı və divarlarının yuxarı hissəsi yanğının termiki təsirinə məruz qalmış haldadır, otağa daxil olduqda sol divann qarşısında mebel dəsti vardır ki, həmin mebel dəstinin yuxarı hissələri termiki təsirə məruz qalmış, aşağı tərəfləri isə hisə boyanmış haldadır. Otağın döşəməsinin üzərində yanğın və kömürləşəşmə izləri voxdur. Qonaq otağına daxil olduqda yaxın sağ küncdə yataq otağının qapı boşluğu vardır. Yanğın izləri yataq otağına doğru getdikcə daha dərin müşahidə edilir. Yataq otağına daxil olduqda otağın giriş qapısının qarşısında taxta döşəmənin üzərində termiki təsir nəticəsində diametri 60 sm olan dəlik əmələ gəlmişdir. Dəliyin yaxınlığında divarın üzərində termiki təsir nəticəsində rəngdəyişmə izləri yaranmışdır. Baxış zamanı mərtəbələr arası taxta döşəmənin tamamilə dağılması nəticəsində aşağı mərtəbədə olan mənzilə də yanğın keçdiyi müəyyən edildi. Həmçinin yanğından sonrakı qalıqlar aşağı mərtəbədə olan mənzilin daxilinə tökülmüşdür. Yanğından sonrakı qalıqların içərisində hər hansı istilik ixrac edən cihaz və avadanlıqlar aşkar edilmədi. Texniki təsir nəticəsində dağılmış döşəmənin altında, yəni aşağı mərtəbədəki mənzilin tavan hissəsində olan işıq lampasını qidalandıran elektrik xəttinin tamlığı pozulmamışdır. Yanğın izlərinin nisbi analizi ilə müəyyən edildi ki, daha dərin termiki dağılmalar mənzilin qonaq otağı ilə iç-içə yerləşən yataq otağının giriş qapısının qarşısında taxta döşəmənin üzərində olmuş, yüksələn xətt üzrə inkişaf edərək digər tərəflərə yayılmışdır. Həmçinin taxta döşəmənin üzərində yaranmış dəlikdən aşağı mərtəbədə yerləşən mənzilə də yanğın keçmişdir. Dəhlizin sol tərəfindəki otağa daxil olduqda həmin otağa bitişik və qapısı otaqdan olan daha bir otağın olduğu aşkar edildi. Həmin otağın uzunluğu 4.80 metr, eni isə 3 metrdir. Otaqda iki ədəd yaşıl rəngli divan və bir ədəd şkaf vardır. Otağın pəncərəsi sındırılmış haldadır. Qapı və pəncərələr bağlı olduğu üçün Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən pəncərələr sındırılmış haldadır. Otağın girişindən daxil olduqda sağ tərəfdən üzü aşağı halda olan bir ədəd göy cinsli, lakin yanğının təsirindən qara rəngli cins şalvar olan qadın meyiti aşkar edildi. Həmin qadın meyitinin üzərində göy rəngli cins şalvar, qara rəngli qısaqol kofta, ayağında isə ağ rəngli corab vardır. Qadın meyitinin beli açıq vəziyyətdədir. Otağın divar və tavanı qara rəngli hisə bulaşmışdır. Həmin otağa bitişik digər otaqda döşəmə aralanmış haldadır. Belə ki, baş vermiş yanğının təsirindən döşəmənin bir hissəsi aşağı mərtəbəyə keçmişdir, mənzilin döşəməsi taxta materialındandır. Mənzilin digər otaqlarına baxdıqda hər hansı iş üçün əhəmiyyətli olan hal aşkar edilmədi. Yanğın mənzilin iki otağını əhatə etmişdir. Mətbəxdə olan qaz sobasının qazla işləyən hər dörd gözü açıldı və alışqan ilə yoxlanıldıqda, onların hər birində qaz olması müəyyən edildi. Baxış zamanı hadisə yerindən hər hansı əşya götürülməmiş, baxış zamanı «Nikon» markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokolv əlavə edilmişdir (cild 1, iş vərəqi 4-14).
36. Cinayət işində olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi sərbəst ifadəsi hadisə yerində yoxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsi və cinayətin izlərini itirmək məqsədilə mənzilə od vurub yandırması hallarını hadisə baş verən mənzildə əyani şəkildə ətraflı təsvir etməklə bir daha təsdiqləşmişdir. İstintaq hərəkəti müdafiəçinin iştirakı ilə videoçəkilişlə qeydə alınmış və müvafiq görüntülər diskə köçürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 148-152).
37. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 42 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitində mexaniki asfiksiyanı törətmiş dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan sol çənə bucağının və boyun nahiyələrinin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, çənəaltı nahiyənin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sol said nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sol qulaq seyvanının əzilmiş yarası, sifət nahiyəsinin, boyun nahiyəsinin, gövdənin ön səthinin (döş və qarın), hər iki yuxarı ətrafların (hər iki bazu və hər iki said nahiyələri), gövdənin arxa səthinin (kürək-bel), sol bud, sağ və sol baldır nahiyələrinin arxa səthlərini əhatə edən (72-75%) 1-11dərəcəli termiki yanıq yaraları. Göstərilən xəsarətlərdən çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsinin kəsilmiş yarası kəsici-deşici alət (əşya) ola bilsin bıçaq təsirindən, sol qulaq seyvanının əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, mexaniki asfıksiyanı törətmiş dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan sol çənə bucağının və boyun nahiyələrinin qançırları isə küt əşya (alət) təsirindən törənmişlər, həyatidirlər, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür. Qeyd olunan xəsarətlərdən sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, çənəaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsinin kəsilmiş yarası və sol qulaq seyvanının əzilmiş yarası dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sifət nahiyəsinin, boyun nahiyəsinin, gövdənin ön səthinin (döş və qarın), hər iki yuxarı ətrafların (hər iki bazu və hər iki said nahiyələri), gövdənin arxa səthinin (kürək-bel), sol bud, sağ və sol baldır nahiyələrinin arxa səthlərini əhatə edən (72- 75%) 1-11 dərəcəli termiki yanıq yaraları həyati olmayıb, ölümündən sonra yüksək hərarət (alov) təsirindən əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, mexaniki asfıksiyanı törətmiş dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan sol çənə bucağının və boyun nahiyələrinin qançırları isə ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Boyunun yumşaq toxumalarının iç səthinə, qırtlaq qığırdaqları ətrafı yumşaq toxumalara, eləcə də dil kökünə qansızma, ürəyin xarici qişası altına, ağciyərlərə və mədəaltı vəzə qansızmaların olması, qanın duru vəziyyəti, daxili üzvlərinin venoz doluqanlılığı da bunun təsdiqedici əlamətlərindən sayıla bilər. Mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını (yerləşmə yerini) nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs1 yuxarıda qeyd olunan mexaniki asfıksiyanı törətmiş dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan sol çənə bucağının və boyun nahiyələrinin qançırları istisna olmaqla digər həyati olan xəsarətlər yetirildikdən sonra o, qısa müddətdə yeriyə və məqsədyönlü hərəkət edə bilməsi inkar olunmur. Ölümünə səbəb olan xəsarətlər yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 sol said nahiyəsində aşkar olunmuş 1 (bir) ədəd kəsilmiş yarası onun mübarizə və özünü müdafiə zamanı yetirilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər əsasən bədənin sol səthində olduqlarından xəsarət yetirən şəxs mərhuməyə xəsarət yetirən zaman onun sol tərəfinə yönəlmiş olması fikrini yaradır. Mərhum Zərərçəkmiş şəxs1 ölümü ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən meyitin meyitxanada müayinə olunduğu vaxtdan (26.05,2022-ci il tarixdə saat 10:00-da) 12- 16 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 2, iş vəqəri 8-16).
38. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 365 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 221-223).
39. Məhkəmə-lifli ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4093 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 qızma məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının geyim liflərindən yoxdur (cild 2, iş vərəqi 67- 71).
40. Məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3785 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsi, Yunis Mirzəyev küçəsində yerləşən 12 və 14 saylı mənzillərdə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 14 saylı mənzilə çəkiləcək xərcin ümumi dəyəri 11.400,00 manat, 12 saylı mənzilə çəkiləcək xərcin ümumi dəyəri 6.480.00 manat məbləğində müəyyən olunmuşdur (cild 2, iş vərəqi 72-75).
41. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 475/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu - Oalfa beta/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 qızma məxsus kofta və büstqalter üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 qızma məxsus trusik, Təqsirləndirilən şəxs məxsus şalvar və sviter üzərindəki ləkədə qan, Zərərçəkmiş şəxs1 qızma məxsus şalvar və 1 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (cild 2, iş vərəqi 121-125).
42. Məhkəmə-yanğın texniki ekspertizasının 21 iyul 2022-ci il tarixli 10/3786 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yunis Mirzəyev küçəsində yerləşən 4 nömrəli evin 12 saylı mənzilində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə əsasən baş vermiş yanğının mənbəyi, qonaq otağı ilə iç-içə yerləşən yataq otağının giriş qapısının qarşısında taxta döşəmənin üzərində olmuş və yanğın yüksələn xətt üzrə digər istiqamətlərdə yayılmışdır. Yanğının mənbə zonasında yaranmış termiki təsir izlərinin xarakterinə əsasən yanğın, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yanğın kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verdiyi üçün yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparılmadı (cild 2, iş vərəqi 22-26).
43. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əiriirxan oğlunda hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya (f48) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - son illər əsəbi, qıcıqlara qarşı həssas, emosional reaksiyalara meylli olması, əsəbi gərginlik anlarında özünə yüngül xəsarətlər yetirməsi, özəl tibb müəssisələrində müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, emosional davamsızlığı, əsəbiliyi, qıcıqlara qarşı həssaslığın yüksəlməsi və s. təsdiq edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional qeyri- sabitliyi, qıcığa qarşı həssaslığı müşahidə edilir. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yüngül ifadə olunmuş nevrasteniya” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya törətdiyi əməl dövründə onu öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 2, iş vərəqi 17-21).
44. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 384-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olan maykanın arxa səthinin orta yuxarı və arxa səthinin orta aşağı nahiyələrində qeyri-müəyyən formalı çoxsaylı dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr termiki zədələrdir və yüksək hərarətin (alovun) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olan tuman, büstqalter, bir cüt corab və şalvar üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan poluver və şalvar üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı (cild 2, iş vərəqi 117- 120).
45. Məhkəmə-fıziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3273 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Prokurorluğu Qaradağ Rayon Prokurorluğu Zərflər üçün” dairəvi möhür əksləri, “Qaradağ rayon prokurorluğunda istintaq edilən ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş parça nümunəsi...” və “Qaradağ rayon prokurorluğunda istintaq edilən ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş taxta nümunəsi...” yazıları, imzalar olan 5 (beş) ədəd selofan bağlamadakı yarıyanmış parça qalığı və taxta qalıqlarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır (cild 2, iş vərəqi 126).
46. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 9/4264 nömrəli rəyindən görünür ki, 26.05,2021 -ci İl tarixdə baş vermiş yanğın nəticəsində ünvan 3 ünvanda əmtəə üzrə dəymiş ziyan 7660,00 manat, ünvan 8 ünvanda əmtəə üzrə dəymiş ziyan 2400,00 manat müəyyən edilir. Cədvəldə göstərilən, lakin qiymətləndirilməyən mallar haqqında kifayət qədər məlumat olmadığı üçün (markası, modeli, materialı və s.) həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir (cild 2, iş vərəqi 133-138).
47. Cinayət işinə əlavə olunmuş 27 may 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində “2022-5-27” adlı 1 ədəd fayl vardır. Həmin fayla daxil olduqda 13 ədəd yarımfayl açılır. “SmartPlayer.exe” yarımfaylından başqa digər yarımfayllar açılmır, belə ki, digər yarımfayllar “SmartPlayer.exe” yarımfaylına bağlı şəkildə açılır. “SmartPlayer.exe” yarımfaylına daxil olduqda yeni pəncərə açılır. Həmin vaxt monitorun ekranı 4 hissəyə bölünür. Ekranın sol kənarında yuxarıda isə “Nvr” adlı link vardır. Həmin linkə daxil olduqda qeyd olunan linkin aşağısında “2022-5-25” adlı link açılır. Həmin linkə daxil olduqda “Channel6_main”, “Channell2_main”, “Channel27_main”, “Channel28_main” adlı 4 ədəd link açılır. Qeyd olunan linklərə daxil olduqda ətrafı müşahidə edən təhlükəsizlik kamerasının görüntüləri əks olunur. “Channell2_main”, “Channel27_main”, “Channel28_main” hissələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. “Channel6_main” linkə daxil olduqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yunis Mirzəyev küçəsində yerləşən 14 nömrəli beşmərtəbəli binanın qarşı tərəfini müşahidə edən təhlükəsizlik kamerasının görüntüləri əks olunur. Həmin görüntüdə ekranın aşağı sol kənarında “İPC” sözləri yazılmış, ekranın yuxarı sağ kənarında isə “2022-05-25 16:50:48” sözləri yazılmışdır. Videogörüntü işə salınan zaman yuxarı sağ kənarda yazılan yazı üzrə vaxt irəliyə doğru hərəkət edir. Vaxt 16:54:17-ni göstərən zaman Zərərçəkmiş şəxs1 keçmiş əri Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi gümüşü rəngli “Mercedes” markalı minik avtomobili ilə binanın həyətinə daxil olurlar. Vaxt 16:59:52-ni göstərən zaman isə həmin avtomobil binanı tərk edir. Həmin linkdəki görüntünün digər hissəsi 21:05:14-dən başlayır. 21:05:25-də bir avtomobil binanın həyətinə daxil olur. Həmin avtomobil binanın qarşısında dayanır və bir qədər sonra irəlidə geri dönərək binanı tərk edir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yeznəsi X5 ilə birlikdə sonuncuya məxsus “Daewoo Nexia” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oraya gəldiyini, özünün evə qalxdığını, Şahinə hara və nə məqsədlə gəlməsi barədə heç bir söz demədiyini, Şahinin isə avtomobildə aşağıda gözlədiyini bildirmişdir. 21:48:05-də açıq rəngli kofta geyinmiş bir nəfər şəxsin qaçaraq binanın digər tərəfinə gəldiyi müşahidə edildi. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin götüntüdəki şəxsin özü olduğunu, həmin vaxt Xuramanı Həsənovanı öldürüb evdən çıxdığını, lakin baş vermiş hadisə barədə heç kəsə, eyni zamanda X2 heç bir məlumat vermədiyini bildirmişdir (cild 1, iş vərəqi 129-130).
48. İş materiallarında olan Respublika Psixatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 7208 nömrəli məktuba əsasən, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatriya Xəstəxanasında müalicə olunmayıb (cild 2, iş vərəqi 51).
49. İş materiallarında olan 2 nömrəli X1 daxil olmuş xx.xx.2022-ci il tarixli 1/2429 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri, 2 nömrəli KPX-na müraciət etməmişdir (cild 2, iş vərəqi 90).
50. Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-11572 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə olunmayıb və qeydiyyatda yoxdur (cild 2, iş vərəqi 110).
51. Elektron Məhkəmə portalından əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011 və 2012-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 110).
52. Kollegiya, ekspert rəylərini, şahid ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.
54. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub saxlanıldığı ilk gündən ibtidai istintaqın sonuna qədər olan bütün izahat və ifadələrində Xuraman Əhmədovanın özü tərəfindən öldürüldüyünü, mərhumu öldürdükdən sonra mənzili tərk edib gedərkən Xuramanın ütüləmək üçün yerə tökdüyü paltarları üst-üstə yığıb alışqanla mənzilə od vuraraq çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq zamanı videoçəkiliş altında verdiyi ifadəsindən görünür ki, dindirmə zamanı Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisələri ilə bağlı yalnız həmin əməlləri törətmiş şəxsə məlum ola biləcək halları istintaq orqanının diqqətinə çatdırmışdır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan da görünür ki, videoçəkilişlə aparılmış həmin istintaq hərəkəti zamanı şübhəli şəxs cinayət hadisəsinin baş verdiyi ünvanı özü göstərmiş, bu zaman mənzilə daxil olduqdan sonra ardıcıl olaraq hansı hərəkətləri etməsi, özünün və mərhum Zərərçəkmiş şəxs1 hansı qarşılıqlı duruş vəziyyətində durmaları, cinayət törədərkən istifadə etdiyi bıçağı və mərhumun üstünə atdığı şüşə qabı haradan götürməsi, Zərərçəkmiş şəxs1 necə və hansı istiqamətdə itələməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs1 polun üstünə yıxıldıqdan sonra hansı vəziyyətdə ona yaxınlaşıb boynunu sol qol bükümü hissəsinə keçirərək sağ əli ilə sıxmaqla boğub öldürməsi, qadının meyitinin mənzilin hansı hissəsində və baş-ayağının hansı otaqlara nisbətdə uzanıqlı vəziyyətdə qalması və Zərərçəkmiş şəxs1 öldüyünə əmin olduqdan sonra otaqda olan paltarları bir yerə yığmaqla mənzilin hansı hissəsində onlara od vurması və hansı şəkildə mənzili tərk edib getməsi barədə yalnız onun özünə bəlli olan və müvafiq istintaq hərəkətlərinin protokolları ilə, onlara əlavə edilmiş videogörüntülərlə və fotoşəkillərlə tam üst-üstə düşən ifadələr vermişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il taroixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).
56. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadəsində mərhum Zərərçəkmiş şəxs1 qapını gec açması və onu soyuq qarşılaması, həmçinin həyatında başqa birisinin olması və bu səbəbdən onunla olan münasibətlərə son qoyması xahişi ilə əlaqədar əsəbləşərək onu boğub qəsdən öldürməsi baş verən hadisədə ilk baxışda cinayət əməlinin şəxsi münasibətlərin pozulması zəminində törədilməsi əlamətləri mövcud olsa da, münasibətlərin pozulması üçün heç bir ciddi əsas olmamış və bu, qısa zaman kəsiyində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 özünün yaşayış hüququndan istifadə edərək gələcək həyatını qurmaqda sərbəst olmuş və həmin an Təqsirləndirilən şəxs onu qəsdən həyatdan məhrum etməsi üçün heç bir səbəbi və ciddi əsasları olmamışdır. Əksinə, təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 bu sözlərindən sonra mənzili tərk edib getmək əvəzinə, zərərçəkmiş şəxsi öldürmək üçün qəsdən münaqişə yaratmış, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmişdir.
58. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə kollegiya belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilir.
59. Təqsirləndirilən şəxs apellyasiya instansiyasında verdiyi izahatında qeyd etmişdir ki, ekspert rəyinə əsasən onun və zərərçəkmişin paltarlarında bir-birlərinin geyiminə aid lif aşkar edilməmiş, həmçinin onun paltarlarında zərərçəkmişə məxsus qan ləkələri olmamışdır.
60. Kollegiya müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərə aid olan geyimlərin üzərində liflərin olması ehtimalı ittihamı təsdiq edən sübutlardan yalnız biridir.
61. Cinayət Prosessual Məcəllənin 33.3-cü maddəsinə görə, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Qeyd edilən normaya əsasən, geyimlər üzərində lifin aşkar edilməsi və ya edilməməsi digər yanakı sübutlarla öz təsdiqini tapmadığı təqdirdə özlüyündə ittihamın həlli üçün yetərli deyildir.
63. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs əvvəlcə dərman şüşəsini zərərçəkmişin üzərinə atmış, sonra ona bıçaqla zərbələr yetirərək, yerə yıxıldıqdan sonra qol bükümü ilə boğazını sıxaraq boğmuşdur.
64. Göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında əlbəyaxa hərəkət və ya tutaşma olmamış, bıçaqla zərbə yetirdikdən sonra, təqsirləndirilən şəxs yalnız qolu ilə onun boğaz nahiyəsinə təmas etmiş, hətta zərərçəkmişi həyatdan məhrum etdikdən sonra onu başqa bir yerə daşımamışdır. Bütün bunlar onların üzərində olan geyimlərin səthində liflərin aşkar olunmaması, həmçinin təqsirləndirilən şəxsin geyimində zərərçəkmişə məxsus qan izlərinin olmaması səbəbini izah edə bilir.
65. Kollegiya bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etdiklərini təqsirli bilindiyi cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə apellyasiya şikayətinin dəlillərini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir.
66. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı istintaq hərəkətlərinin aparılması haqqında protokolları, şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
67. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir.
68. Beləliklə, Təqsirləndirilən şəxs uzun müddət sevgi və intim münasibətində olduğu Zərərçəkmiş şəxs1 25 may 2022-ci il tarixdə sonuncunun onunla olan münasibətlərinə son qoyması barədə xahişini qəbul etməyərək əsassız yerə mübahisə yaratmış, evin mətbəx otağına keçib oradan məlum olmayan sarı rəngli plastmas materialdan olan mətbəx bıçağını götürüb qonaq otağına gəlmiş, heç bir səbəb olmadan mübahisəni davam etdirib masanın üzərində olan şüşə dərman qabını Zərərçəkmiş şəxs1 tərəf atıb ona dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması, sol qulaq seyvanının əzilmiş yarası xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 onun üstünə gəldikdə, cibində olan bıçağı çıxararaq, sonuncuya zərbələr endirib dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan çənəaltı nahiyənin deşilmişkəsilmiş yarası, sol said nahiyəsinin kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, zərbələrin təsirindən üzü üstə yerə yıxılmış Zərərçəkmiş şəxs1 boğazını arxadan sol qol bükümü hissəsinə keçirərək sağ əli ilə sıxmaqla boğub mexaniki asfıksiya yaradaraq dil kökünün və qırtlaq ətrafı yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya aid sol çənə bucağının və boyun nahiyələrinin qançırları kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürüb həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə əmin olduqdan sonra sonuncunun üzərində və evində olan ümumilikdə 8100 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talamış, bundan sonra cinayətlərin izlərini gizlətmək üçün otaqda olan geyim paltarlarını yataq otağında taxta döşəmə üzərində yığıb yandıraraq evdən qaçaraq getmiş, törətdiyi yanğınla Zərərçəkmiş şəxs1 mülkiyyətində olan mənzilə ümumilikdə 19.060.00 manat dəyərində, eləcə də eyni əməllə həmin ünvanın döşəmə qatının tamamilə yanması ilə ünvan 8-də yerləşən evə keçmiş yanğın nəticəsində Zərərçəkmiş şəxs2 8.880.00 manat dəyərində ziyan vurub qəsdən onların əmlaklarını məhv etmişdir.
69. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
70. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur.
71. Kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin arvadının da cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir.
72. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsin arvadı hazırki iş üzrə hər hansı prosessual statusa malik olmamaqla, əməlində cinayət tərkbinin olması iş materialları ilə öz təsdiqini tapmadığından onun cinayət məsuliyyətinə cəlb edilməsi Cinayət Məcəlləsinin tələblərinə ziddir.
73. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin etməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
74. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutların mövcudluğu, şahid ifadələri istintaq hərəkətləri protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur.
75. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2, maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il, 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür.
76. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını onun barəsində yüngülləşdirici hal qismində nəzərə almışdır.
77. Kollegiya təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməllərin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə yüngülləşdirici halın da olmasını nəzərə almaqla qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etməsi ədalətli olmuşdur.
78. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.
79. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətlərinin dəlilləri özünümüdafiə xarakteri daşıdığından apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır.
80. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.
81. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair 1(101)-424/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.
82. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.
83. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 177.2.4, 186.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair 1(101)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən Anar Tanrıverdiyev Hakimlər Qədim Babayev İlqar Murquzov